Yuxuda hərəkət etməyin əhəmiyyəti

"Onlar yuxuda ikən sən onları oyaq sanardın. Biz onları sağa-sola çevirirdik. Onların iti də iki əlini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, yəqin ki, dönüb qaçar, dəhşət səni bürüyərdi". ("Kəhf" surəsi, 18/18)

 
Yuxarıdakı ayədə yüz illərlə yuxuda qaldıqları bildirilən "Kəhf əhli"ndən bəhs edilir. Bununla yanaşı, Allah bu ayədə həmin insanların bədənlərini sağa-sola çevirdiyini bildirir. Bunun hikməti isə çox yaxın bir tarixdə kəşf edilmişdir. Belə ki, uzun müddət eyni vəziyyətdə yatan insanlar qan dövranında tarazlığın pozulması, dəridə yaraların olması, yataq tərəfə dəyən nahiyələrdə qanın laxtalanması kimi ciddi bir səhhət problemi ilə qarşılaşırlar.
 
Uzun müddət eyni vəziyyətdə yatanda meydana gələn yataq yaralarına "təzyiq yaraları" da deyilir. Çünki çox uzun müddət eyni vəziyyətdə yatanda bədənin müəyyən bir hissəsinə davamlı olaraq düşən təzyiq qan damarlarının sıxılıb qapanmasına səbəb ola bilir. Bunun nəticəsində isə qan yolu ilə daşınan oksigen və başqa qidalar dəriyə çatmır və dəri ölməyə başlayır. Bu vəziyyət bədəndə yaraların əmələ gəlməsinə səbəb olur. Əgər bu yaralar müalicə edilməsə, dərinin qatları, yağ və əzələ toxumaları da ölə bilər.
 
Dərinin, ya da toxumanın altında əmələ gələn bu yaralar müalicə edilməzsə və ya infeksiyaya yoluxarsa, o, təhlükəli vəziyyətlərə gətirib çıxara bilər, hətta həyati təhlükələrə də səbəb ola bilər. Buna görə də dərinin üzərindəki təzyiqi azaltmaq üçün hər 15 dəqiqədən bir vəziyyəti dəyişdirmək sağlamlıq baxımından vacibdir. Öz-özünə hərəkət edə bilməyən iflic xəstələr də buna görə xüsusi nəzarətə götürülür və hər iki saatdan bir başqasının köməyi ilə hərəkət etdirilirlər. Yuxarıdakı ayədə məhz əsrimizdə kəşf edilən bu tibbi məlumatlara diqqət çəkilməsi, şübhəsiz ki, Quranın ayrı bir möcüzəsidir.
2014-11-11 20:00:03

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top