Yüksəklik artdıqca döş qəfəsinin daralması

İnsan yaşaya bilmək üçün oksigenə və hava təzyiqinə ehtiyac hiss edir. Nəfəs almağımız isə havadakı oksigenin ağciyərlərimizdəki hava kisəciklərinə daxil olması ilə mümkün olur. Ancaq yüksəklərə qalxdıqca Yerin atmosferi incəldiyi, yəni hava qatı seyrəldiyi üçün atmosfer təzyiqi, beləliklə də qan dövranına daxil olan oksigenin miqdarı azalır. Bunun nəticəsində, nəfəs almaq çətinləşir. Ağciyərin hava kisəcikləri daralıb büzülür, bu halda, sinə boğulan kimi olur, nəfəs alıb-vermək çətinləşir.
 
Əgər qandakı oksigen orqanizmin tələb etdiyindən daha az olarsa, orqanizmdə narahatçılıq yaranır. Bu zaman adamda həddindən artıq yorğunluq, baş ağrısı, başın hərlənməsi, mədə bulanması, düşünmək və mühakimə yürütmək qabiliyyətinin pozulması kimi əlamətlər özünü göstərməyə başlayır. Müəyyən bir yüksəkliyə çatanda isə insanın nəfəs alıb-verməsi, ümumiyyətlə, mümkün olmur.Beləliklə də insanın belə bir yüksəklikdə yaşaması üçün oksigenin köməyinə və xüsusi geyimlərə ehtiyacı olur.
 
Dəniz səviyyəsindən 5000-7500 metr hündürlükdə olan bir adam nəfəs almağın çətinliyi ucbatından ürəyi gedərək koma vəziyyətinə düşə bilər. Buna görə də təyyarədə uçarkən sərnişinləri nəfəs almaq üçün oksigenlə təmin edirlər. Təyyarələr dəniz səviyyəsindən 9000-10000 metr hündürlükdə uçarkən salonda hava təzyiqini nizamlayan xüsusi sistemlər olur.
 
"Anoksiya" ("hava çatışmazlığı") kimi tanınan narahatçılıq da oksigenin bədən toxumalarına daxil ola bilməməyindən meydana gəlir. Bu cür oksigen çatışmazlığı 3000-4500 metr yüksəklikdə baş verir. Bəzi adamlar belə bir şəraitdə ağlını da itirə bilər. Belə olan halda, dərhal oksigen verməklə onları həyata qaytarmaq mümkündür.
 
Aşağıdakı ayədə yer alan bənzətmədə bu fiziki həqiqətə - hündürlüyün artması ilə döş qəfəsində meydana gələn dəyişikliyə - belə işarə edilir:
 

"Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun sinəsini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!" ("Ənam" surəsi, 6/125)

2014-11-11 20:04:23

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top