Yunus surəsi, 103-109 (Hər şeyi yaradan Allah möminləri hər cür çətinlikdən xilas edəndir)

Adnan Oktarın 28 dekabr 2009-ci il tarixli Kral Karadeniz, Adıyaman Asu və Ekin TV müsahibəsindən

Adnan Oktar: 103-cü ayə, 2003-cü ilə baxdığını qəbul edirik eyni zamanda. Sonra elçilərimizi və möminləri xilas edərik ...” deyir Allah. Yəni böhtanlardan, təhqirlərdən, təzyiqlərdən, şiddətdən xilas edərik. “Möminləri xilas etmək”, bax, Möminləri xilas etmək Bizə vacibdir”. Cənab-ı Allah deyir; söz verirəm deyir, möminləri mütləq xilas edəcəyəm deyir. İkinci bir yol yoxdur. Allah Mən söz verdim deyir. Möminsinizsə mütləq xilas edəcəyəm deyir Allah, amma səbir etməlisiniz deyir Allah. Yəni hadisələrlə qarşılaşacaqsınız, amma səbir edəcəksiniz deyir. De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. Peyğəmbərimiz (s.ə.v) açıq şəkildə müşriklərə bunu deyir. “Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma”. Yəni tək bir Allaha inan və əsla müşriklərdən olma. Yəni üçləməyə, təslisə, və ya başqa azğın inanclara yönəlmə deyir Allah. 107-ci ayədə “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Yəni hər cür çətinlik, ağrı-acı, bəla Allahdan gəlir. Bu Mənə məxsus bir şeydir deyir Allah. Yəni sən başqa cür düşünmə deyir. Çünki əsli yoxdur, doğrusu yalnız Allahın yaratmasıdır. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir”. Mehdi (ə.s)-a baxan yönü olaraq izah edirik. “Allah sənə bir zərər toxundursa”, Məsələn, həbsə atsalar, bunu mən edərəm deyir, Allah. Yaxud bəziləri təzyiq etsə, bəziləri böhtan atsa, yaxud sui-qəsd edilsə, ki, bunlar Mehdi (ə.s)-a qarşı ediləcək. “... Ondan başqa heç kəs aradan qaldıra bilməz”. Mən edərəm deyir, Mən qaldıraram deyir. Səni həbsdən Mən çıxararam, sui-qəsdin qarşısını Mən alaram. Başına bir bəla gəlsə onun təsirini də mən aradan qaldıraram deyir Allah. “Əgər sənə bir xeyir diləsə”, səni İslam aləminin başına gətirəcəksə, İslamı dünyaya hakim edəcəksə, heç kəs Onun lütfünün qarşısını ala bilməz”. Kimsə bunu dayandıra bilməz deyir. Nə Amerika, nə Rusiya, nə Çin, nə iddia edilən Ergənəkon Təşkilatı, nə masonluq. Baxın Allah açıq-aydın deyir; Heç kəs Onun lütfünün qarşısını ala bilməz”. Heç kim qarşısını ala bilməz deyir Allah. O, bunu Öz qullarından istədiyinə nəsib edər”. Yəni bu xeyiri kimə diləsə ona nəsib edər. O, Bağışlayandır, Rəhmlidir”. Həm qoruyaram, həm də günahlarınız varsa bağışlayaram deyir Allah. 109-cu ayə “Sənə nazil edilən vəhylərə tabe ol”. Qurana tabe ol, Qurana görə hərəkət et. Və Allah Öz hökmünü verənə qədər səbir et”. Əsla təlaşlanma deyir. Səbr et, gözlə. Yəni xəstəlikdə də, bəlada da, dərddə də, həbsdə də, iftirada da, çirkin oyunlarda da, münafiqlərin hiylələrində də səbr et. O, hökmranların ən yaxşısıdır”. Yəni ən xeyirli hökm verən Mənəm deyir Allah və mənə güvən deyir Allah.

2017-01-08 21:28:05

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com