Yaxşılıq edən yaxşılıq tapar

Yaxşılıq edənlərin dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəkləri Allahın Quranda bildirdiyi sirlərdən bir başqasıdır. Bu mövzuyla əlaqədar ayələrdən biri belədir:

De ki: "Ey iman edən qullarım, Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (Zumər surəsi, 10)

Ancaq bunun üçün həqiqi yaxşılığın nə olduğunun bilinməsi lazımdır. Hər cəmiyyətdə məşhur olan bir yaxşılıq anlayışı vardır; gülərüzlü olmaq, dilənçilərə pul vermək və ya hər şeyi anlayışla qarşılamaq kimi. Halbuki həqiqi yaxşılıq Quranda bildirildiyi kimidir. Allah bir ayədə həqiqi yaxşılığın nə olduğunu belə açıqlayır:

Yaxşı əməl üzlərinizi şərqə və qərbə çevirmək deyil. Amma yaxşı əməl sahibləri Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman edən; mala olan sevgisinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalmışa, dilənənə və kölələrə azad edilməsinə sərf edən; namaz qılıb zəkat verən və əhd bağladıqlarında əhdlərinə vəfa göstərənlər ilə çətində, xəstəlikdə və döyüşün qızışdığı zamanlarda səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır və müttəqi olanlar da onlardır. (Bəqərə surəsi, 177)

Ayədə də diqqət çəkildiyi kimi, bir adamın yaxşılıq etməsi, Allahdan qorxub çəkinərək, axirətdəki hesabını düşünməsi və vicdanını dinləyərək hər an Allahı ən çox məmnun edəcək davranışı seçməsidir. Allah imanlarından, Allah qorxularından və Allaha duyduqları sevgidən həmişə yaxşılıq edənləri sevəcəyini və onlara yaxşılıqla cavab verəcəyini bildirməkdədir:

Beləliklə Allah onlara həm dünya mükafatını, həm də axirət savabının gözəlliyini verdi. Allah yaxşı iş görənləri sevir. (Ali- İmran surəsi, 148)

... Bu dünyada xeyir iş görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

Bu, yaxşılıqda edərək fədakarlıq edənlərə, Allahın məmnuniyyətini qazanmaq üçün ciddi bir səy göstərənlərə Allahın Quranda bildirdiyi bir müjdədir. Allah həm dünyada, həm də axirətdə belə insanları gözəl bir həyatla yaşadacağını müjdələyir. Bu, həm maddi, həm də mənəvi nemətlərdə bir artımdır. Quranda kimsənin çata bilməyəcəyi qədər böyük bir mülkə qovuşan hz. Süleyman, Misir xəzinələrinin rəhbərliyinə keçən hz. Yusif bu mövzuda nümunədirlər. Allah hz. Məhəmməd (s.ə.v) üçün də "Bir yoxsul ikən səni tapıb zəngin etmədimi?" (Zuha surəsi, 8) ayəsiylə Peyğəmbərimiz (s.ə.v)-in üzərinə yaydığı nemətini bildirir.

Unutmaq olmaz ki, dünyada gözəl və ehtişamlı bir həyat yalnız keçmişdə yaşamış möminlərə verilmiş bir nemət deyil. Allah hər dövrdə iman edən qullarını gözəl bir həyatla yaşadacağını da vəd etmişdir:

 Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

İman edənlər heç bir zaman dünyanın arxasınca qaçmazlar. Dünya malının, etibarının və gücünün ehtirasını etməzlər. Allahın ayəsində də bildirdiyi kimi, onlar axirəti satın almaq üçün canlarını və mallarını satarlar. Nə alverləri, nə ticarətləri onların ibadətlərinə, Allahı xatırlamalarına, din üçün xidmət göstərmələrinə maneə törətməz. Hətta aclıq və yoxsulluqla sınandıqlarında da son dərəcə təslimiyyətli və səbirli olarlar və əsla şikayət etməzlər.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə hicrət edən möminlər bunun bir nümunəsidir. Onlar Allah yolunda evlərini, işlərini, ticarətlərini, bütün mallarını, bağlarını, bağçalarını arxalarında buraxaraq, başqa bir şəhərə getmişlər və çox azla kifayətlənməyi bilmişlər. Bunların qarşılığında isə yalnız Allahın özlərindən məmnun olmasını diləmişlər.

Allah möminlərin bu səmimi axirət yurdunu düşünən qənaətkarlıqlarına qarşılıq olaraq onlara daim ruzi vermiş və gözəl, təmiz nemətlər içində yaşatmışdır. Bu nemətlər və zənginliklər isə onların dünyaya bağlanmalarına deyil, əksinə Allaha şükür edib Onu xatırlamalarına vəsilə olmuşdur. Allahın vədinin bir nəticəsi olaraq, bu əxlaqlarına qarşılıq hər mömin dünyada gözəl bir həyatla yaşayar.

 Hər yaxşılığın qat-qat artırılaraq sahibinə dönməsi

Allah yaxşılıq edən qullarına verdiyi qarşılığı qat-qat artıracağını da vəd etmişdir. Allahın Quranda bu mövzu ilə əlaqədar olaraq bildirdiyi ayələrdən bəziləri belədir:

Kim bir yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim bir pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Allahın yaxşılığın qarşılığını qat-qat artıtmasının ən gözəl göstəricisi dünya həyatı və axirət həyatı arasındakı fərqdir. Dünya həyatı orta hesabla 60 il davam edən çox qısa bir zaman müddətidir. Halbuki bu dünyada saleh olan, yaxşılıq edən insanlar, qısa bir ömürdə etdikləri yaxşılıqlara görə axirətdə sonsuz bir gözəlliklə qarşılıq görəcəklər. Allah bu vədini bir ayəsində belə bildirmişdir:

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır… (Yunis surəsi, 26)

Bunun nə qədər böyük bir mükafat olduğunu anlaya bilmək üçün "sonsuz" anlayışı üzərində bir az düşünmək lazımdır. Dünya üzərində bu günə qədər yaşamış və bundan sonra yaşayacaq olan bütün insanların, həyatlarının hər saniyəsini sayaraq keçirdiklərini düşünək. Şübhəsiz, bu insanların hamsının saydıqları ədədlər ard-arda əlavə olunaraq bir ədəd əldə edilsə, burada tələffüz edilə bilməyəcək böyüklükdə bir ədəd çıxar. Amma bu fövqəladə ədəd də "sonsuz" anlayışının yanında sıfırdan fərqsizdir. Çünki "sonsuz" demək əsla bitməyən və tükənməyən bir müddət deməkdir. Dünyada Allah üçün yaşayan insanların axirətdə yurdları cənnət olacaq və orada müddətsiz qalacaq, sərhədsiz olaraq nəfslərinin istədiyi və ruhlarının zövq aldığı hər şeyə sahib olacaqlar. Şübhəsiz, bu, Allahın rəhmətinin genişliyini qavraya bilmək üçün üzərində düşünülməli bir nümunədir.

2017-03-17 19:22:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top