“New Scientist” jurnalı nautiluslarla bağlı nələrdə yanılıblar?

16 sentyabr 2015-ci il tarixində “New Scientist” jurnalının internet saytında1, eləcə də bir çox mətbuat orqanında bioloq Piter Vodun (Peter Ward) Sent-Luis Vaşinqton Universitetində apardığı araşdırma ilə bağlı məqaləsi nəşr olunub. Bu məqalədə 500 milyon il əvvəl yaşamış, heç bir dəyişikliyə məruz qalmamış və bu səbəbdən “yaşayan fosil” adlandırılan yeni tapılmış “allonautilus scrobiculatus” adlı nautilusdan bəhs olunur.

Məqalədə bu nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Burada diqqətçəkən məqam budur ki, “bu nautilusda keçmişdə yaşayan nautiluslara nisbətən bəzi fərqlər var, bu fərqlərin də son dövrlərdə qazanılmış xüsusiyyətlər olduğu” iddia edilir. İlk növbədə, bu cümlə sadəcə iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur.

Məqaləmizdə möcüzəvi dəniz canlısı olan nautilusun bəzi xüsusiyyətlərinə yenidən toxunulacaq və Sent-Luis Vaşinqton Universitetinin internet səhifəsində verilən məqalədəki ziddiyyətlərə və səhvlərə cavab veriləcək2.

Nautilus niyə “yaşayan fosil”dir?

Nautilus bu ada ən çox layiq olan canlılardan biridir. Qızıl nisbətində çox xüsusi quruluşlu xarici qabığı ilə dərhal diqqəti cəlb edir. Kembri dövrünün fosil qalıqlarında rast gəlinən bu canlı günümüzə qədər nəslini eynilə davam etdirib. 500 milyon il yaşındakı nautilus fosilləri dövrümüzdəki nümunələrdən fərqlənmir.

Dərin sularda sirli həyat

Nautilusun maraqlı xüsusiyyətlərindən biri də dənizin dərinliklərində yaşamasıdır. Bu canlı 200-900 metr dərinliklərdə yaşayır. Bilindiyi kimi, 200 metrdən daha dərin sularda yaşayan canlıların sayı olduqca azdır. Qida azlığı, günəş işığının ora düşməməsi və çox yüksək təzyiq kimi səbəblərdən yaşamaq olduqca çətindir. Nautilus bu çətinliklərə dözə bilən xüsusiyyətlərlə birlikdə yaradılıb. İsti suları çox sevmədiyi üçün bu canlılara dayaz sularda rast gəlmək qeyri-mümkündür. Bu səbəbdən nautilus tədqiqatçılar üçün nadir hallarda müşahidə edilən sirli canlıdır.

Yüksək təzyiqə dözümlü bədən quruluşu dərin sularda yaşadığı ilk anda mövcud olmasaydı, nautilus dərhal ölər və nəsli də yox olardı. Reaktiv itələmə sistemi ilə rahat hərəkət edən nautilus bədənindəki xüsusi qaz otaqcıqları endiyi dərinliyi dəyişdirib sabitləyə bilir. Bu xüsusiyyətlərinə görə canlı dövrümüzün sualtı qayıqlarından daha üstün sistemlərə malikdir.

Bir çox canlı üçün ölümcül olan dərinliklərdə nautiluslar möhtəşəm sistemlərlə birlikdə dünyaya gəlirlər. Bunların da o mühitdə təkamül nəticəsində ortaya çıxmadığı aydındır. Hər şeyin məlumatına sahib olan Uca Allahın nautilusu bir anda yaratdığı şübhə doğurmayan həqiqətdir.

Nautilus, həqiqətən, itmişdimi?

Sözü gedən məqalədə nautilusun “30 ildir itdiyi” bildirilir. Əslində, bu canlı itməyib. Sadəcə elm adamları canlını təkrar müşahidə etmək üçün yeni tədqiqat aparmamışdılar. 1986-ci ildə aparılan sonuncu müşahidədən sonra bu il aparılan müşahidələrdə nautilus kameralarda əks olundu. Çünki dərin sularda həyata keçirilən belə iş böyük xərc, xüsusi avadanlıq və uzun zaman tələb edir. Həmçinin nautilusa dünyanın bəlli yerlərində rast gəlindiyi üçün onu hər yerdə müşahidə etmək mümkün olmur. İndiyə qədərki müşahidələr də maddi səbəblərdən dolayı sadəcə müəyyən sahələrdə həyata keçirilə bilmişdi.

“Allonautilus scrobiculatus” digər nautiluslardan fərqlənir?

Nautilusun görünüşə sahib qabığının içində sədəf divarlarla bölünmüş bir çox otaqcıqdan ibarət daxili spiral uzanır. Canlı böyüdükcə spiral qabığı ağız qisimində əvvəlkindən daha böyük otaqcıq inşa edir və arxasındakı qapını sədəf təbəqəsi ilə örtərək daha geniş olan bu yeni hissəyə irəliləyir. Eynilə sualtı qayıqda olduğu kimi, bu qaz otaqcıqlarına çatan xüsusi boru sistemi ilə müəyyən miqdarda maye nasoslanaraq dərinlik tənzimlənməsi edilir. Bir nautilus yumurtadan çıxarkən 7 qaz otaqcığına sahib olur.

Fosil nümunələri bizə qaz otaqcıqlarından ibarət spiral quruluşdakı xarici qabığın milyonlarla ildən bəri dəyişmədən dövrümüzə qədər gəldiyini göstərir. Verilən yazıda bu həqiqət qəbul edilsə də, ona başqa fərziyyə əlavə edilir və canlının yumşaq toxumalarının zaman içində dəyişdiyi iddia edilir. Bunun üçün də “allonautilus scrobiculatus”un qabıq dəliyinin (umblikus) digər nautiluslardan daha geniş və kobud olduğu bildirilərək qabıq üstündəki təbəqədən (periostracum) sallanan incə saçaqlı quruluşun digərlərindən fərqləndiyi iddia edilir. “Bu xüsusiyyətlərin son zamanlarda qazanıldığı” bildirilərək bu fərqliliklər darvinizmə dəlil kimi göstərilməyə çalışılır. Ancaq əldə yumşaq toxumalara aid dəlil olmadan yalnız qabıq araşdırılaraq verilən izahlar fərziyyə kimi qalmağa məhkumdur.

Bu da qeyd edilməlidir ki, iki canlının fərqli növlər olduğu iddiasını sübut etməyin tək yolu var, o da hər iki canlının DNT quruluşunu tam araşdırıb müqayisə edərək fərqlərinin göstərilməsidir. Nə bu işdə, nə də başqa işdə genetik araşdırma aparılmayıb.

Edilən müqayisə isə tamamilə darvinist mühakimələrlə yaradılmış proqnozlar və fərziyyələrə söykənir. Çünki “fenotip” adlanan xarici anatomik fərqlər genetik fərqliliyi göstərmir. Bir nümunə verəsi olsaq, 1 m 50 sm boyundakı  insanla 1 m 90 sm boyundakı insanın, əslində, fərqli növlər olduğunu iddia etmək nə qədər gülüncdürsə, buradakı iddia da o qədər əsassızdır. Eyni növ daxilində fərdlərin xarici görünüşündə fərqliliklər ola bilər, ancaq bunlar həmişə genetik düzülüşün sərhədləri daxilində baş verir. Görünüşdəki bu müxtəliflik “variasiya”dan qaynaqlanır. “Allonautilus scrobiculatus”da iddia edilən bu kiçik fərqlərin səbəbi də variasiyadır.

Bundan əlavə, fosillərdə keçmişdə yaşamış canlıların yumşaq toxumalarına aid çox məhdud məlumat mövcuddur. Bir canlının orqanlarının və yumşaq toxumalarının illər ərzində dəyişdiyini iddia edən insanın sırf qalıqlara baxaraq hər hansı elmi dəlil təqdim etməsi isə qeyri-mümkündür.

Nautilus qalıqlarında da göstərilən yumşaq toxumalara aid izlər yoxdur, bundan yola çıxaraq nəticə çıxarmaq isə real olmayacaq. Belə vəziyyətdə darvinistlərin “nautiluslardakı dəyişmə” iddiaları fərziyyədən kənara çıxmır.

Nəticə

Bu məqalədə də bəhs etdiyimiz kimi, nautilusun təkamül nəticəsində dəyişikliyə məruz qaldığını göstərən heç bir elmi dəlil mövcud deyil. Minlərlə nautilus qalığı (fosili) bu canlının milyonlarla il ərzində hər hansı təkamül prosesi keçirmədiyini, tam əksinə, ortaya çıxdığı ilk andan bəri əskiksiz xüsusiyyətləri ilə Allah tərəfindən yaradıldığını sübut edir. Nautilus fizioloji xüsusiyyətləri ilə birlikdə dövrümüzün yüksək texnologiyasının nümunə almağa çalışdığı canlıdır.

İSTİNAD

1.https://www.newscientist.com/article/mg22730390-100-living-fossil-nautilus-re-emerges-after-30-years-of-hiding/

2. Urton, James (25 August 2015). "Rare nautilus sighted for the first time in three decades". UW Today (University of Washington). Archived from the original on 26 August 2015. Retrieved 1 September 2015.

2015-11-26 20:49:17

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top