Mehdinin ortaya çıxacağı dövrdə xəlifə (müsəlmanların mənəvi lideri) olmayacaq

Hədislərdə hz. Mehdinin çıxışından əvvəlki dövrdə müsəlmanların başlarında bir xəlifə, yəni müsəlmanların mənəvi liderliyini boynuna götürmüş bir adamın olmayacağı bildirilmişdir.

Əbu Səid Peyğəmbərin (s.ə.v) belə buyurduğunu rəvayət edir:"Axırzamanda sultanlar tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki, ondan daha şiddətlisi görülməmişdir. Eləki, yer üzü onlara dar gələcək və zülmlə dolacaq. MÖMİNLƏR BU ZÜLMDƏN XİLAS OLMAQ ÜÇÜN BİR SIĞINACAQ VƏ BİR XİLASKAR TAPA BİLMƏYƏCƏKLƏR..." (El-Beyan, səh. 72, Es-Sevaik-ul Muhrika, səh. 161, Yenabi-ul Mevedde, 2-ci cild, səh. 177)       

"Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (xəlifə) (müsəlmanların mənəvi lideri) olmadan gedəcəklər..." (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk Yayınları, səh. 168-169)

"İnsanlar başlarında bir İmam (xəlifə, müsəlmanların mənəvi lideri) olmadan həcc edərlər…" (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)        

Rəvayətlərdəki "heç kimin beyətinin hz. Mehdinin boynunda olmayacağı" ifadəsindən hz. Mehdi zamanında müsəlmanların başında bir xəlifə, yəni müsəlmanların mənəvi bir lideri olmayacağı, bu səbəbdən, hz. Mehdinin də bir xəlifəyə bağlı olmayacağı aydın olur.

"…Arxasında İsa ibn Məryəmin namaz qılacağı Qaim (hz. Mehdi) xaricində biz Əhli-beytdən olan hamımızın boynunda zamanın tağutunun (Allahın hökmünü tanımayan hər varlıq, güc, şeytan) beyəti olacağını (hz. Mehdi dövründə dinsizliyin hakim olacağını, dərhal hər kəsin bu sistemə bağlı olacağını) bilmirsiniz? Uca Allah onun zühurunu və şəxsini gizləyəcək. BELƏCƏ O, ZÜHUR EDƏNDƏ HEÇ KİMİN BEYƏTİ ONUN BOYNUNDA OLMAYACAQ..." (Kemal-üd -Din, 1-ci cild, səh. 305) 

 

Həsən ibn Münzirin Zürarədən nəql etdiyinə görə, İmam Cəfər Sadiq əleyhissalam belə buyurdu: "Vallah sahibiniz mütləq zühur edəcək və BOYNUNDA HEÇ KİMİN BEYƏTİ olmayacaq." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 402)     

 

İbrahim ibn ÖmərYemani deyir ki: İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Qaim (hz. Mehdi) qiyam edəndə BOYNUNDA HEÇ KİMİN BEYƏTİ OLMADAN ZÜHUR EDƏCƏK." (Şeyx Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 218-219)

 

Hişam ibn Salam deyir ki: İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Qaim qiyam edəndə ONUN BOYNUNDA HEÇ KİMİN MÜQAVİLƏSİ, ƏHDİ VƏ BEYƏTİ OLMAYACAQ." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 219)        

2014-06-17 09:31:06

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top