Hz. Mehdi (ə.s), internet, televiziya və radio vasitəsilə dünyanın dörd bir tərəfində tanınacaq

Axırzamanda hz. Mehdi (ə.s)-ın adı və şöhrəti həmişə yayılacaq. Bunda internet, televiziya və radioların çox böyük təsiri olacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın şanının, internetdə yayımlanan təsvir və videolarla, televiziya filmləri və radiolar yoluyla yayılacağı belə xəbər verilmişdir:

İmam (ə.s) (hz. Mehdi (ə.s)) dünyanın şərqini və qərbini (mənəvi olaraq) fəth edib İslamı (İslam əxlaqını) dünyanın dörd bir tərəfinə hakim edəcək... ALLAH TƏALA İNSANLARA ELƏ BİR GÜC VERƏCƏK Kİ, HƏR KƏS OLDUĞU YERDƏ ONUN (HZ. MEHDİ (Ə.S)-IN) SÖZLƏRİNİ EŞİDƏCƏK və İmam (ə.s) İslama həyat verəcək. (1)

 

Şübhəsiz ki, QAİM (HZ. MEHDİ (Ə.S)) ZAMANINDA BİR MÖMİN ŞƏRQDƏ OLSA, QƏRBDƏ OLAN QARDAŞI ONU GÖRƏR. Həmçinin QƏRBDƏ OLSA, ŞƏRQDƏ OLAN QARDAŞINI GÖRƏR. (2)





 

Hədislərdə bundan əlavə, yenə internet, televiziya, radio kimi ünsiyyət kanalları vasitəsilə hər cəmiyyətin, hz. Mehdi (ə.s)-ın səsini və təsvirlərini, öz danışdıqları dildə tərcümə edilmiş olaraq dünyanın hər tərəfindən dinləyə biləcəklərinə də işarə edilmişdir:

 

İkdud Durərdə deyir ki: BU SƏS BÜTÜN YER ÜZÜNƏ YAYILACAQ, HƏR QÖVM ÖZ DİLİNDƏN EŞİDƏCƏK. (3)

 

Səmadan, ərz əhlinə şamil olan BİR SƏS Kİ, HƏR KƏS BU SƏSİ ÖZ DİLİNDƏ EŞİDƏR. (4)

 

Səmadan bir səs onu adıyla çağıracaq və ŞƏRQDƏ, QƏRBDƏ HƏTTA YUXUDA OLAN BELƏ BU SƏSİ EŞİDƏCƏK və oyanacaq. (5)

 


 

Bir başqa hədisdə isə, hz. Mehdi (ə.s)-ın, insanların şərq (müsəlman aləmi) və qərb (xristian aləmi) haqqında maraqlanıb özünə yönəldilən bütün suallara cavab verəcəyinə və bunlara insanların da şahid olacağına işarə edilmişdir.

 

Axır zamanda inkişaf edən texnologiyanın vəsiləsi ilə internet və televiziya vasitəsilə dünyanın hər yerindəki insanlar hz. Mehdi (ə.s)-ın izahlarına şahid olacaqlar. Ona, maraqlandıqları bütün suallar veriləcək, o da bunları cavablandıracaq:


 

... HZ. MEHDİ (Ə.S) ŞƏRQ İLƏ QƏRB ARASINDAKI ŞEYLƏR HAQQINDAKI BÜTÜN SUALLARA CAVAB VERƏR. (6)

 

 

_________________________________

1) Bihar'ul-Envar, cild 52, səh. 279 və cild 53, səh.12.  İkmal'ud- Din, cild 2, səh. 367

2) Bihar'ul-Envar, cild 52, səh. 391

3) Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 51. Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 201

4) Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 37

5) Ahmed İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdinin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 56

6) Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 283

2018-05-06 21:31:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com