Edilən bütün təzyiq və hücumlar hz. Mehdi (ə.s)-ı daha da gücləndirəcək

Mömin şəxs (hz. Mehdi (ə.s)) dəccalı görüncə: “Ey insanlar! Rəsulullahın zikr etdiyi dəccal bax budur” deyər. Dəccal dərhal onunla əlaqədar əmrini verər, o şəxs qarnı üzərinə uzadılar və arxasından: “Onu alın yaralayın” deyər. ARTIQ O ŞƏXSİN KÜRƏYİ VƏ QARNI DÖYƏ-DÖYƏ GENİŞLƏDİLƏR. Bu səfər (dəccal) onu iki əli və iki ayağı ilə tutar atar. İNSANLAR DƏCCALIN ONU BİR ATƏŞ İÇİNƏ ATDIĞINI SANARLAR. HALBUKİ O, BİR CƏNNƏT İÇİNƏ ATILMIŞDIR. (1)

Hədisdə məcazi mənada istifadə edilən, hz. Mehdi (ə.s)-ın “kürəyinin və qarnının döyülə-döyülə genişlədilməsi” ifadəsi, hz. Mehdi (ə.s)-a edilən təzyiq və hücumlarla, hz. Mehdi (ə.s)-ın səs-sədasının və şanının daha da yayılacağını və rəvayətdəki işarə mənasıyla təsirinin dünya səviyyəsində getdikcə genişləyəcəyini göstərməkdədir.

 

Yenə hədisdə, “Dəccalın hz. Mehdi (ə.s)-ı bir atəş içinə atması” da, dəccalın pislik etmək istəyərkən, əslində hz. Mehdi (ə.s)-ın gücünü artırmış olacağını göstərməkdədir. Dəccaliyyətin müdafiəçiləri, hz. İbrahim kimi hz. Mehdi (ə.s)-ı da mənəvi bir atəşdə yandıracaqlarını iddia edəcəklər, amma Allah o atəşi soyuq və sağlam edəcək, inkar edənlərin tələlərini pozacaq və istiqamətdəki hər cəhdlərini də hz. Mehdi (ə.s)-ın şanının, şöhrətinin, təsir gücünün artmasına vəsilə edəcək.

___________________________________

  1. Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu, səh. 40

 

 

2018-05-06 21:33:37

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com