FƏTH SURƏSİNİN 28-Cİ AYƏSİ AXIR ZAMANA VƏ HZ. MEHDİ (Ə.S)-A İŞARƏ EDİR

Onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər! (Fəth surəsi, 28)
 
-1-
 
Öz Peyğəmbərini hidayət və haqq dinlə…
 
Fəth surəsində qeyd olunan ayənin bu hissəsində Allah insanları xəbərdar edib qorxutsunlar deyə göndərdiyi elçilərindən bəhs edir. Ayədə Allah peyğəmbərlərini, mücəddidlərini, vəlilərini, övliyalarını, hidayət öndərlərini doğru və haqq olan hökmlərlə və razı olduğu haqq dini insanlara təbliğ etmək üçün göndərdiyini bildirir.
Hz. Mehdi (ə.s.) da Axırzamanın ən böyük hidayət öndəridir. Axır zamanın ən böyük müctəhidi (ayələrdən hökm çıxaran böyük islam alimi), ən böyük mücəddidi (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs verməklə göndərilən böyük islam alimi, yeniləyən, yeniləyici), ən böyük mürşidi (doğru yolu göstərən adam) və qütbü-azamıdır.(1) (yəni müsəlmanları özünə bağlayan böyük övliyalardan olub zamanın ən böyük mürşididir)
Bundan əlavə ayənin bu hissəsində Allah elçilərini hidayətlə göndərdiyini bildirir. Məlum olduğu kimi "Mehdi" sözü hidayətə çatan, hidayətə vəsilə olan mənasını verir.  Buna görə də ayə Hz. Mehdi (ə.s.)a yəni axırzamanın ən böyük hidayət öndərinə də işarə edir. Allahın icazəsi ilə, axırzamanda insanların hidayətinə vəsilə olan Mehdi (ə.s.), İslam dinini bütün bidətlərdən təmizləyəcək (2) və Peyğəmbərimiz (s.ə.v.) dövründə olduğu kimi dinin İslam əxlaqına tam uyğun şəkildə yaşanmasına vəsilə olacaq. (3)
 
-2-
 
... bütün dinlərdən üstün olduğunu göstərmək üçün göndərdi. Allahın şahid olması kifayət edər!
 
İnsan yaranandan bu günə kimi din əxlaqının hakimiyyəti yalnız Hz. Zülqərneyn (ə.s.) və Hz. Süleyman (ə.s.) dövrlərində yaşanmışdır. Onlardan sonra içində olduğumuz axır zamana qədər yer üzündə dinin belə bir hakimiyyət dövrü bir daha yaşanmamışdır. Allahın Peyğəmbərimiz (s.ə.v.)ə bildirdiyi xəbərlərə görə yer üzündə dünya səviyyəsində bir din hakimiyyəti son olaraq axırzamanda Hz. Mehdi (ə.s.) vəsiləsi ilə olacaq. Hz. Mehdi (ə.s.)ın zühur edəcəyi hicri 1400-cü ildən etibarən Allah onun əli ilə bütün inkarçı fəlsəfələri fikirlə məhv edəcək, insanları dəstə-dəstə İslam dininə girmələrinə, Allaha iman etmələrinə, gözəl əxlaqın dünya səviyyəsində yaşanmasına vəsilə olacaq. Hz. Mehdi (ə.s.) vəsiləsi ilə haqq din olan İslam yer üzünə hakim olacaq. Hz. İsa (ə.s.)ın zühurunun ardından bütün Xristianlar kütləvi şəkildə İslam dinini qəbul edəcəklər.
Yenə də bir çox yəhudi Hz. Mehdi (ə.s.) vəsiləsi ilə müsəlman olacaq. Bu çağda insanlar dəstə-dəstə Allahın haqq dininə yönələrək müsəlman olacaqlar. İslam dini bütün digər dinlərə üstün olacaq və dünya miqyasında bir hakimiyyət dövrü yaşanacaq.
 
1. Axir zamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük bir müctəhid (ayələrdən hökm çıxaran böyük islam alimi) həm ən böyük mücəddid (hər əsr əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük islam alimi, yeniləyən, yeniləyici), həm Hakim, həm Mehdi həm Mürşid (doğru yolu göstərən adam) həm Qütbü-Azam (müsəlmanları özünə bağlayan böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq nurlu bir şəxsi göndərəcək və o şəxs də, Əhli-beytimdən (Peyğəmbərimiz (s.ə.v.)in soyundan) olacaq. (Məktubat, s. 411-412)
2. Rəsulullahın (s.ə.v.) gördüyü hər işi o da (Hz. Mehdi (ə.s.) da) edəcək, Rəsulullah (s.ə.v.) cahiliyyətin təməllərini yıxdığı kimi o da Hz. Mehdi (ə.s.) da) əvvəlki təməlləri yıxacaq. O (Hz. Mehdi (ə.s.)), İslamı yenidən, başdan başlayacaq. (Mikyalu'l Mekarim, c. 1, s. 5)
3. http://www.harunyahya.com.tr/Makaleler/islam_ahlakinin_yeryuzu_hakimiyeti.html

2010-11-26 13:36:09

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com