< <
2 / total: 8

Allah`ın isimləri: ƏDL - XƏBİR

ƏDL (Adil olan, ədaləti əmr edən)


Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8)

Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcək. Hər şeyi haqqı ilə görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allah`ın bütün işləri hikmətli və ədalətlidir.

İnsanların həyatları boyu işlədikləri bütün əməllər mütləq Allah`ın ədalətinə görə qiymətləndiriləcək. Allah Quranda zülm edənlərin zülmlərinin qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allah`ın sonsuz ədalətinin təcəlli edəcəyi yer...

Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə yaratdıqları çətinliklər, atdıqları şərlər, işlədikləri günahlar qarşılıqsız qalmayacaq. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrinə düşmələrinə vəsilə olacaq. Allah hesab günündə son dərəcə həssas tərəzilərlə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını görəcək. Şübhəsiz, Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləliklə, inkarçılar əməllərinin qarşılığını ən ağır şəkildə tapacaq, Allah`a imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəli ilə Allah`dan alacaqlar. Ayədə belə buyurulur:

Sənə beyət edənlər, şübhəsiz ki, Allah`a beyət etmiş olurlar. Allah`ın əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allah`la etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth surəsi, 10)

Ancaq burada üzərində diqqətlə düşünülməli cəhət var. Allah`ın ədalətini düşünərkən bu, qətiyyən insanların ədalət anlayışı ilə müqayisə edilməməlidir. Çünki inkar edən insan istəkləri və zəiflikləri qarşısında aciz qala bilər, ədalətli olmağa çalışarkən emosionallıq edə bilər, bir mövzu haqqında səhv hökmlər verə bilər və etdiklərini unuda bilər. Ən vacibi də qarşısındakının içindən keçirdiklərini bilməsi mümkün deyil. Allah isə əsla səhv etməz və əsla unutmaz. Allah hər insan üçün onun hərəkətlərinə nəzarət edən və əməllərini yazan mələklər təyin edib. Bu mələklər insanların həm içindən keçəni, həm də bütün hərəkətlərini yazırlar. Nəticə olaraq, Allah insanın ruhuna tamamilə hakimdir. Ən ədalətli hökm verəcək olan da Rəbbimizdir. İsra surəsinin 71-ci ayəsində Allah`ın sonsuz ədalət sahibi olduğu belə xəbər verilir:

Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz. (İsra surəsi, 71)

Bütün pisliklərin, inananların əleyhinə qurulan qruplaşmaların, hazırlanan tələlərin qarşılığı ən kiçik detalına qədər axirətdə veriləcək. Əslində, Allah inkarçılara dünya həyatında yalnızca onların pisliklərini artırmağa səbəb olacaq mal, mülk, zənginlik və bunun kimi bir çox imkan verə bilər. Allah ayələrində bunlara aldanmamağı bildirmişdir. Çünki qısa dünya həyatındakı mənfəətin axirətdəkinin yanında heç bir mənasının və əhəmiyyətinin olmadığı, şübhəsiz, həqiqətdir. Həm də sonsuz cəhənnəm inkarçılara get-gedə yaxınlaşarkən...

Əsl yurd olan axirətdə hər nəfs etdiklərini qarşısında hazır tapacaq. Allah sonsuz ədalətinin təcəllisini qullarına cənnət və cəhənnəmində sonsuza qədər göstərəcək. Allah ən sonunda Özünə inananlarla inanmayanların arasını haqq ilə ayıracaq.

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mumtəhinə surəsi, 8)

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allah`ın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa surəsi, 58)

Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə surəsi, 42)

De: "Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur! (Səba surəsi, 26)

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

ALİM (Hər şeyi çox yaxşı bilən)

Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə, 'bilmək' felinin insanlarla əlaqədar olan qismidir. Ancaq 'bilmək' felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir ölçüsü var: Allah`ın bilməsi...

Allah göylərin, yerin, bu ikisinin arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının yaradıcısı Odur. Üstəlik, Allah`ın bilməsi sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da, əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yer üzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlanmış şifrləri də bilir.

İnsanın unutmamalı olduğu çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detallarla yanaşı, insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün əməlləri də bilir. İnsan içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özünün bildiyini zənn edir, amma bu, böyük yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah insanın daxilinə və xaricinə də hakimdir. Belə ki, Allah`ın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir:

Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)
Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allah`ı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir! . (Nur Surəsi, 41)
Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah`ın təqdiridir. (Yasin surəsi, 38)
Bilin ki, Allah`dan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. (Hud surəsi, 5)
Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! (Bəqərə surəsi, 95)
Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal surəsi, 17)
"Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. " (Hud surəsi, 57)
De: "O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz" (Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah`ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)

ƏFÜVV (Əfvi çox olan)

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)

İnsan, yaradılış etibarı ilə səhv etməyə meyilli varlıqdır. Hər an bir çox mövzuda qüsurlu düşünə bilər, səhv qərar verə bilər, xəta edə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmazlıqları bilən Allah edilən səhvləri də əfv edəndir. Allah`ın əfvi olmazsa, heç bir insanın cənnətə girməsi mümkün olmazdı. Bu həqiqətə Quranda açıq-aşkar diqqət çəkilir:

Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl surəsi, 61)

Lakin unudulmamalıdır ki, Allah`ın əfvediciliyi səmimi qullarına aiddir. O, Özünə səmimi yönələn insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub qəti şəkildə tövbə etməsidir. Yoxsa tövbə edib təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi peşmançılıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 17)

AXIR (Hər şey yox olandan sonra da var olan)

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi, Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi, sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.

Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamana və məkana tabe olmayan Allah`dır. Nəticədə, kainat təkrar başlanğıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaq. Yalnız Allah`ın varlığı baqi qalacaq. Allah bu həqiqəti Quranda bu cür bildirir:

(Yer) üzündə olan hər kəs fanidir;

Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Göylərdə və yerdə olanların hamısı Allah`ın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O, həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)

Göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)

ƏHKAMÜL-HAKİMİN (Hökm verənlərin hakimi)

Məgər Allah hakimlərin hakimi deyilmi?! (Tin surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allah`dır. Bütün hadisələr Onun əmri ilə, diləməsi ilə meydana gəlir və inkişaf edir. Allah`ın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allah`ın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allah`ın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağılın sahibidir. Üstəlik, zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun biləndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilmir. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nə ilə nəticələnəcəyinə də hakimdir. Buna görə də verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır.

FLakin iman etməyənlər bu həqiqəti başa düşmürlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq təsadüfən meydana gəldiyini zənn edirlər. Allah`ın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilmirlər. Meydana gələn hər hadisənin Allah`ın idarəsində olduğunu anlamırlar. Möminlər isə Allah`ın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışır və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilirlər. Allah Quranda belə buyurur:

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)
Nuh Rəbbinə müraciət edib dedi: "Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!" (Hud surəsi, 45)

ƏLİYY (Çox uca olan)

Allah bəşər övladı ilə ancaq vəhy ilə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allah`ın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir!(Şura surəsi, 51)

Allah Özünü Quranda bizə tanıdıb: bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisinin arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox ucadır. Bütün mülk Allah`a aiddir; O, hər şeyə gücü çatandır. O, uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.

(Allah) qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər.Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə sizə şimşək göstərən və (yağış dolu) ağır buludları var edən Odur. (Rad Surəsi, 9-12)

'Şübhəsiz, ən gözəl adlar Allah`a aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək mümkün deyil. Allah`ı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, ucalığını ancaq Quran ayələri ilə təqdir edə bilirik. Allah bir ayəsində Öz ucalığını bu cür tərif edib:

Allah, Ondan başqa ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

ASİM (Qoruyan)

(Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar." Nuh dedi: "Allah`ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!"... (Hud surəsi, 43)

İnsan aciz olduğu üçün hər an hər cür çətinliklə qarşılaşa bilər. Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə, insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: insan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allah`ın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allah`dır. Quranda bu vəziyyət belə bildirilmişdir:

De: "Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq"deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?" De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah`dır. Sonra siz yenə də şərik qoşursunuz?" (Ənam surəsi, 63-64)

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allah`ı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allah`dan başqa qoruyucu tapa bilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər.

Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

... (Allah`a ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allah`dan savayı nə bir dost, nə də havadar tapacaqlar! (Nisa surəsi, 173)
"Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. " (Hud surəsi, 57)
De: "O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz" (Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah`ın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 61-63)

ƏZİM (Çox əzəmətli, böyük olan)

Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! (Şura surəsi, 4)

Şübhəsiz ki, Allah`ın böyüklüyü və əzəməti insanların qavrayış sərhədlərini aşır. Lakin insan yenə də öz ağlının sərhədləri çərçivəsində Allah`ın nə qədər güclü və qüdrətli olduğunu görüb anlaya bilər. Çünki bütün kainat Allah`ın böyüklüyünü göstərən saysız-hesabsız nümunə ilə doludur. İnsan sadəcə yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allah`ın əzəmətini hiss edəcək.

Ağırlığı tonlarla olan buludları daşıyan səma, minlərlə metr yüksəyə uzanan dağlar, milyonlarla növ canlının yaşadığı dənizlər, çaxan şimşək, onun ardından gələn göy gurultusu və Allah`a boyun əymiş milyardlarla canlı... Bunlar və burada saymadığımız saysız detal Allah`ın böyüklüyünün açıq dəlillərindəndir.

İndi dünyanın bir az xaricinə çıxıb düşünək. Bu nümunə kainatı yaradan, sonsuz əzəmət sahibi olan Rəbbimizi bir az daha dərin qavramağımıza kömək olacaq:

Kainat adı verdiyimiz sərhədsiz məkanın içində yaşayırıq. Bu gün elm adamlarının araşdırmalarına görə, kainatda milyardlarla qalaktika mövcuddur. Bəs bu qalaktikaların içində nələr var? Elmin bizə bildirdiyinə görə, hər qalaktikanın içində milyardlarla ulduz olduğunu bilirik. Biz də içində milyardlarla ulduz ehtiva edən milyardlarla qalaktikadan birinin içində, Dünya adı verilən və saatda 1670 km sürətlə heç dayanmadan dövr edən planetin üzərində yaşayırıq. Şübhəsiz, bu rəqəmlərlə düşündükdə kainatdakı varlığımızın toz zərrəciyi ilə müqayisə edilməyəcək dərəcədə kiçik olduğu aydın olacaq.

İnsan səmimi olaraq düşünəndə də milyardlarla qalaktikanı yaradan və hamısını hökmü altında saxlayan Rəbbimizin əzəmətini dərk edə bilər. Rəbbimiz bütün kainatı yaradan, milyardlarla ulduzu, qalaktikaların hamısını idarə edən üstün gücün sahibidir. Allah Öz üstün sifətlərini bir ayədə belə xəbər verir:

Allah… Ondan başqa heç bir ilah yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da (Allah dərgahında) eynidirlər. Allah`ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. Qorxasınız və ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və ağır buludları var edən Odur. (Rəd surəsi, 9-12)

ƏZİZ (Üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan)

Allah`ın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!(İbrahim Surəsi, 47)

Allah`ın Əziz sifəti Onun məğlub edilməsinin qeyri-mümkün olduğunu, hər zaman qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur.

Kainatdakı bütün nizamı, insanların sirrini qavramadıqları və ya yeni-yeni kəşf etdikləri bütün qanunları yaradan Allah`dır. Bununla yanaşı, yer üzündə olan hər canlını yaradan da Odur. Allah`ın sonsuz gücü və qüdrəti qarşısında yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar, ancaq Onun əmri ilə hərəkət edir, həyatlarını davam etdirir, müəyyən nizam içində yaşayırlar.

Şübhəsiz, bu acizlik yer üzünə hakim olduğunu zənn edən insan üçün də əsaslıdır. İnsan nə qədər güclü, zəngin və etibarlı olsa da, Allah qarşısında aciz və gücsüzdür. Nə malı, nə pulu, nə də ona etibar edən insanların sayı onu Allah`ın əzabından qoruya bilməz. Ancaq Allah`a təslim olan, Onun əmrlərinə tabe olan, razılığını qazanmağa çalışanlar xaric... Allah Quranda həmişə Öz tərəfdarlarına üstünlük verəcəyini vəd etmişdir. Ayələrdə belə buyurulur:

Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə surəsi, 21)
Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allah`ın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! (Ali-İmran surəsi, 4)
Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran surəsi, 18)
Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət bütövlükdə yalnız Allah`a məxsusdur. O, eşidəndir, biləndir! (Yunis surəsi, 65)
Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. Allah`ın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın. Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. (Bir görəydin) Mənim cəzam necə oldu! "Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin " sözü beləcə həqiqətə çevrildi. (Mömin (Ğafir) surəsi, 2-6)

BAİS (Göndərən (peyğəmbər), oyandıran, dirildən)

Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə surəsi, 28)

Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq, insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəklərini də görməzlikdən gəlirlər. Quranda bu şəxslərin vəziyyəti belə xəbər verilir:

Deyirlər: "Doğrudanmı, biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" (Naziat surəsi, 10-11)

Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilir:

Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!"deyə, hələ Bizə bir məsəl də çəkdi. " De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!" (Yasin surəsi, 78-79)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi, hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz, onları ilk dəfə yaradan Allah ikinci dəfə və hətta sonsuz sayda eyni şəkildə yaratmağa qadirdir. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirilməsində göstərir.

Ətrafımıza baxdığımız zaman hər payız bütün təbiətin “öldüyünə” şahid oluruq. Bu “ölüm” bütün qış mövsümü ərzində davam edir. Ancaq yaz gəldiyi zaman ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını, bütün təbiətin canlanaraq yaşıllandığını görürük. Üstəlik, bu “ölümdən sonra diriliş” minlərlə ildir heç dayanmadan davam edir. Belə ki, insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. (Rum surəsi, 19)
Sən Allah`ın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da O, ölüləri dirildəndir. O, hər şeyə qadirdir! (Rum surəsi, 50)

Allah`ın Bais sifətinin bir başqa mənası da peyğəmbər göndərəndir. Allah insanlara xəbərdarlıq edən, qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz, bu, Allah`ın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulur:

İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki, (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər. (Bəqərə surəsi, 213)
Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allah`ın) ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali-İmran surəsi, 164)

BAQİ (Davam edən, fani olmayan)

(Yer) üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman surəsi, 26-27)

Kainatdakı bütün varlıqlar ölümə məhkumdur. İnsan doğulur, yaşayır və dünyada yaşadığı məhdud ömrün sonunda ölür. Bu son bütün insanlar üçün qaçılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölürlər. Məsələn: ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən sonda ölümə məhkumdur. Canlı olan hər şey həyatını bitirib torpağın altına girəcək və yox olacaq.

Eyni şəkildə, cansız varlıqların da sonu var. Zamanla hamısı məhvə məhkumdurlar. Məsələn, min illərlə bundan əvvəl ehtişam içində yaşamış qövmlərdən bu gün yalnız xarabalıqların geriyə qaldığını görürük.

Allah Quran'da, "Neçə-neçə məmləkəti zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı" (Həcc surəsi, 45) ayəsi ilə bu gerçəyə diqqət çəkmişdir.

İçində yaşayan varlıqların sonu olduğu kimi, kainatın da sonu var. Kainatdakı bütün göy cisimləri, günəş, ulduzlar, bir gün enerjilərini bitirib yox olacaqlar və ya Allah dilədiyi başqa bir səbəblə bütün kainatı yox edəcək, qiyamət günü ilə əlaqədar olan vədini reallaşdıracaq.

Görüldüyü kimi, hər şey sonludur; kainat da, yaradılmış bütün varlıqlar da...

Allah isə yaradandır. Və sonsuzluq yalnız Özünə aiddir.

Rəbbimiz insanlara Quranda belə buyurur:

Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər başa düşmürsünüz? (Qəsəs surəsi, 60)
Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

BARİ (Yaradan, qüsursuz şəkildə var edən )

O, yaradan, yoxdan var edən, surət verən Allah`dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Yaşadığımız kainatda hara baxsaq, tarazlıq və ahəngə rast gəlirik. Xüsusilə elm sahəsində yeni inkişaflarla bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem üstün bir ağılın dizaynıdır. Bu üstün ağılın sahibi hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı möhtəşəm ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə bir çox heyrətamiz detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Məsələn, havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə təşkil olunmuşdur. İnsanlar və heyvanlar yaşamaq üçün oksigen alıb, karbon verirlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi üçün havadakı oksigen miqdarı azalıb, karbonun miqdarı artaraq mövcud tarazlığı pozmur. Çünki burada çox incə nizam var: insanların və heyvanların əksinə bitkilər həyatlarını davam etdirərkən karbon alıb oksigen verirlər. Buna görə də insanların və heyvanların aldığı oksigen bitkilər vasitəsilə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.

Şübhəsiz, bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən sadəcə biridir. Həm mikro, həm də makro aləmi araşdırdıqda bunun kimi saysız nümunə ilə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı, dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin yaradıcısı olan Rəbbimizin hər şeyi bir-birinə uyğun olaraq yaratması ilə mümkündür. Allah bir ayəsində belə buyurur:

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!" demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Bəqərə surəsi, 54 54)

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allah`ın Haqq olmasında’dır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)

BASİR (Yaxşı görən)

Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)

İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik, bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa, mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da, görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.Halbuki, bu, səhvdir. Çünki insanın unutduğu çox əhəmiyyətli bir həqiqət var: Allah hər an hər şeyi bütün detalları ilə görəndir.

İnsan gözləri ilə ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o adamın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allah`ın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 110)
Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. (Ali-İmran surəsi, 163)
Ayələrimizi inkar edənlər Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O, nə etdiyinizi görəndir. (Fussilət surəsi, 40)

Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.

Allah`ın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allah`ın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!

Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Fəth surəsi, 22-24)
Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə surəsi, 22)

BASİT (Açan, genişlədən, bollaşdıran)

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıq və xəstəlikdə yalnız Allah`a sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.

Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn, hz. Musa və ona tabe olan İsrail oğulları fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq firon onları təqib etmiş və tutmaq üçün ordusu ilə birlikdə onları izləmişdir. Bu qaçış əsnasında fironun ordusu ilə dəniz arasında qalan İsrail oğulları həqiqətən tutulduqlarını zənn etmişdilər. Lakin Allah hz. Musanın duasını qəbul etmiş, möcüzə göstərərək dənizi yarmış və İsrail oğullarını fironun zülmündən qurtarmışdır. Üstəlik, bunun ardından fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrail oğullarını varis etmişdir. "Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allah`a və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!" (Nisa surəsi, 100) ayəsi də təcəlli etmişdir. Şübhəsiz, Allah`ın vədi bütün inanan qulları üçün hər dövrdə etibarlı olub və olacaq. Bir ayədə belə xəbər verilir:

Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O, Öz bəndələrinin halından xəbərdardır, görəndir! (İsra surəsi, 30)
De: "Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir" (Səba surəsi, 26)

BATİN (Gizli)

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Hal-hazırda olduğunuz otaqda ətrafınıza baxın. Gözlərinizlə görə bildiyiniz hər şeyin hazırlanmış olduğunu görərsiniz. Qapı, stolun üzərindəki maqnitofon, divara asılmış şəkil, pəncərə... Bütün bunların kimsə tərəfindən hazırlanıb, oraya yerləşdirildiyindən əminsiniz. İndi də pəncərədən çölə baxın. Gördüyünüz mənzərədə böyük ehtimalla dəniz, ağaclar, Günəş, səma, uçan quşlar, bəlkə ada və ya bunlara bənzər şeylər olacaq. Əgər gecədirsə, səmada parıldayan ulduzları və Ayı da görə bilərsiniz. Bəs oturduğunuz otaqdakı əşyaların kimsə tərəfindən hazırlanmış olduğuna əmin olduğunuza görə, çöldə gördüklərinizin də hazırlandığı dəqiq deyilmi?

Əlbəttə, dəqiqdir. Əgər divardakı şəkilin təsadüfən meydana gəlib oraya gəldiyini iddia edə bilmirsinizsə, Günəşin, ulduzların və Ayın da təsadüfən meydana gəlib səmadakı yerlərini aldıqlarını əsla iddia edə bilməzsiniz. Yerdə və göydə gördüyünüz hər şeyin hazırlayanı, istehsalçısı, yaradıcısı var. Belə ki, hər şeyi üstün sənətlə var edən Rəbbimiz yaratdığı şeylərlə Özünü bizə tanıdır.

Pəncərədən çölə baxdığınızda Onu görə bilməzsiniz, çünki Allah`ın varlığı, gücü və sənəti yaratdığı şeylərlə açıq-aşkar görünməsinə baxmayaraq, Şəxsi gizlidir.

Allah`ın yuxarıdakı ayədə bildirilən Batin sifətinin mənası budur. Onun varlığı və hakimiyyəti kainatdakı hər nöqtədə açıq-aşkar görülür, ancaq insanlar Onun Şəxsini görə bilməz. Onu (Allah`ın diləməsi xaricində) heç kim görə bilməz, amma O, hər yeri əhatə etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, Lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

BƏDİ (Nümunəsiz olaraq yaradan)

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol" deyər, o da olar. (Bəqərə surəsi, 117)

Ən qabiliyyətli, ən ağıllı insanın kəşf edə biləcəyi yenilik, düşünə biləcəyi fərqli fikir, ancaq o günə qədər öyrəndikləri və ətrafında gördükləri ilə məhdudlaşır. İnsan yer üzünə beş hiss ilə gəlmişdir və bu hisslərdən başqa altıncı hissi təxəyyül etməsi belə mümkün deyil. Üstəlik, sahib olduğu hisslərdən də ancaq müəyyən çərçivədə istifadə edə bilir. Məsələn, müəyyən rəngləri görür, müəyyən tezliklərdəki səsləri eşidir. Buna görə də yer üzündə olmayan bir şeyi düşünməsi, kəşf etməsi, ağlına gətirməsi əsla mümkün deyil.

Necə ki, bu gün elmi kəşflərin bir qismini araşdırdığımız zaman insanların təbiətdə gördükləri canlıları və bunların arasındakı qüsursuz sistemləri özlərinə nümunə götürdüklərini görürük. Məsələn, delfinlərin burun çıxıntısı müasir böyük gəmilərin hazırlanmasında istifadə edilir. Radarların iş prinsipi yarasaların səs dalğaları yayaraq çalışan qəbul etmə sistemi ilə eynidir. Bunlar kimi daha bir çox nümunə də verilə bilər. (Baxın Harun Yəhya, Düşünen İnsanlar İçin , İstanbul: Qlobal nəşriyyat)

Halbuki, Allah`ın elmi sonsuzdur. İnsanın ətrafında gördüyü və görə bilmədiyi hər şeyi Allah nümunəsiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta sadəcə bir hüceyrənin belə olmadığı zamanda Allah`ın diləməsi və: “Ol”, -deməsi ilə atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət olan qüsursuz bir sistem meydana gəlmişdir. İnsanların minlərlə il sonra kəşf etdikləri mikrodünyadan, ancaq 20-ci əsrdə xəbərdar olunan göy cisimlərinə qədər hər şey Allah`ın hazırladığı sistemlərdir və Onun təyin etdiyi qanunlara tabedir. Allah heç bir nümunə yox ikən kainatı və içindəki hər detalı meydana gətirmişdir. Allah`ın hər şeyi yaradan olduğu ayələrdə belə xəbər verilir:

De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona) tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. "Sizi (yoxdan) yaratdığı kimi" yenə Onun hüzuruna qayıdacaqsınız!" (Əraf surəsi, 29)
O, göyləri və yeri var edəndir. Allah`ın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! (Ənam surəsi, 101)
Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.   (Bəqərə surəsi, 26)
Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

BƏRR (Qullarına qarşı yaxşılığı çox olan)

"Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! " (Tur surəsi, 28)

Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. Nəhl surəsində Allah insanlara təqdim etdiyi nemətlərin bir qismini belə xəbər verir:

Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allah`a aiddir. Ondan kəc olan yol da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar da içər. (Allah) onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Allah`ın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını ulduzlar vasitəsilə taparlar. (Nəhl surəsi, 4-16)

Şübhəsiz, yuxarıda sayılan nemətlərdən sadəcə biri belə insanın öz imkanları ilə əldə etməsi, meydana gətirməsi, sahib olması mümkün olan şeylər deyil. Bunların hamısı Allah`ın insana lütf etdiyi gözəlliklərdir. Yuxarıda ard-arda sıralanan nemətlər Allah`ın qullarına qarşı yaxşılığının çox olduğunun açıq-aşkar dəlilləridir.

Bəs bu qədər yaxşılıq qarşısında insan nə etməlidir?

Allah yuxarıdakı ayələrin davamında verdiyi nemətlərin qarşılığında qullarının nəsihət alıb düşünməli və Özünə qulluq etməli olduqlarını belə bildirir:

Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 17-18)

CAMİ (İstədiyini, istədiyi zaman, istədiyi yerdə toplayan)

"Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz! " (Ali-İmran surəsi, 9)

Dağınıq şeylərin bir yerə toplanması mənasını verən “cəm” sözü Allah`ın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Bəqərə surəsi, 148)

Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq. Özünə şübhə olunmayan qiyamət günündə Allah`ın bütün qulları Onun hüzurunda toplanacaqlar. Dünyada Özünü və elçilərini yalanlayanların inkarlarını və bu inkarlarından qaynaqlanan bütün hərəkətlərini bilən Allah, elçiləri ilə bütün insanlığa xəbər verdiyi böyük hesab günündə gəlmiş-keçmiş bütün cəmiyyətləri bir yerə yığacaq. Sura üfürüldüyü gün günahkarların hamısı bir yerə yığılacaq və etdiklərindən hesaba çəkiləcəklər. İnkar edənlər üzüaşağı cəhənnəmə sürüklənəcək, layiq olduqları cəzanı yenə yoldaşları ilə birlikdə alacaqlar.

Allah Özünə iman edənləri isə etdiklərinə qarşılıq olaraq cənnətdə də -dünyada olduğu kimi- birlikdə mükafatlandıracaq. Allah təqva sahiblərini də rəhbərləri ilə birlikdə hüzuruna gətirəcək. Onlar nurları önlərində və yanlarında Allah`ın izni və rəhməti ilə cənnətə girəcəklər. Özünü inkar edən insanları isə dünyada da bir-birlərinə dəstək olub qruplaşdıqları kimi, cəhənnəmdə də həmişə bir yerdə saxlayacaq, bir-birləri ilə dalaşıb mübahisə etmələrinə izn verəcək. Zülm edənlərin yoldaşları və ibadət etdikləri həmişə bir yerdə olacaqlar, işlədikləri günahların cəzasını cəhənnəmdə həmişə birlikdə çəkəcəklər. Çox arxalandıqları yoldaşları və dostları ilə birlikdə cəhənnəmə sürüklənmənin əzabını yaşayacaqlar. Allah dünyada şeytana itaət edən insanları axirətdə bir yerə yığaraq cəhənnəmə atacağını aşağıdakı ayəsi ilə bildirmişdir:

Allah kitabda sizə nazil etmişdir ki, "Allah`ın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı " olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə bir yerdə toplayacaqdır! (Nisa surəsi, 140)
De: "Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir" (Səba surəsi, 26)
"Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz! " Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar cəhənnəmin yanacağıdırlar. (Ali-İmran surəsi, 9-10)

CABBAR (Dilədiyini zorla etdirməyə qadir olan)

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah`a qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında insanın özünü Allah`dan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki, bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsi ilə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimi ilə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla, sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.

İnsanın bütün bu gerçəklər qarşısında özünü yaradan Rəbbinə qarşı böyüklənməyə cəhd etməsinin nə qədər ağılsız hərəkət olduğu aşkardır.
Halbuki, insan Allah`ın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını, insanların sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin Allah olduğunu, dilədiyi anda da hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, tək baqi olanın Allah olduğunu qəbul edib, gerçək sahibinə təslim olmalıdır. Çünki Allah Özünə qarşı haqsız yerə böyüklənən, acizliyini bilməyən və üz çevirən hər kəsə dilədiyi zaman məcburən boyun əydirməyə qadir olandır.

Quranda sahib olduğu şeylərdən ötəri qürurlanan və sonunda da Allah`ın Cabbar sifəti ilə acizliklərini görən və səhvlərini qəbul edən bağça sahiblərinin vəziyyəti ibrət olaraq izah edilmişdir. Sabahısı gün bağçalarını erkəndən yığacaqlarına dair and içən bağça sahiblərinin başlarına gələnlər belə bildirilmişdir:

... Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o, (yanıb) qapqara qaraldı. (Qələm surəsi, 19-20)
(Bağı) bu vəziyyətdə gördükdə dedilər: "(Bağı) bu vəziyyətdə gördükdə " dedilər: .
"Yəqin ki, azmışıq! Xeyr, biz məhrum olmuşuq!"
Onların ən ağıllısı dedi: "Məgər mən sizə (Allah`ı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!"
Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!. "– dedilər
Onlar bir-birini danlamağa başladılar.
Və dedilər: "Vay halımıza! Biz azğınlıq edirdik."
"Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını) diləyirik!"
Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm surəsi, 26-33)

Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

DAİ (Çağıran, dəvət edən)

Ey iman gətirənlər! Peyğəmbər sizi sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allah`ın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! (Ənfal surəsi, 24)

İnsan həmişə ən doğru olanı düşündüyünü, həyatı ilə əlaqədar ən məqsədəuyğun qərarları özünün qəbul etdiyini zənn edir. Özünə görə təyin etdiyi bəzi qaydalar var; əgər o qaydalar çərçivəsində bir həyat yaşasa, özü üçün ən yaxşı olanı təmin etmiş olacağını düşünür. Halbuki, bu, bir çox insanın yaşadığı səhv düşüncə tərzidir.

İnsanı Allah yaradıb və ona şahdamarından daha yaxındır. İnsan bəzən özü ilə əlaqədar olan bir çox mövzunu bilmir, amma insan özü ilə əlaqədar olan məlumatlardan xəbərsiz ikən Allah bunların hamısını bilir. Çünki onun daxilinə, xaricinə, düşüncələrinə, şüur altına tamamilə hakimdir. Hətta insan bir an sonra nə ilə qarşılaşacağını bilmir və ya keçmişdə qarşılaşdığı bəzi hadisələri unuda bilər. Amma Allah unutmur və yanılmır. İnsanın keçmişdə yaşadığı və gələcəkdə yaşayacağı hər hadisəyə də hakimdir. Buna görə, insan üçün ən xeyirli olanı bilən ancaq onu yaradan və həyatda yaşadığı hər anın məlumatına sahib olan Allah`dır.

Necə ki, Quranda "... Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz" (Bəqərə surəsi, 216) ayəsi ilə bu həqiqətə açıq-aşkar diqqət çəkilmişdir.

Buna görə, insanın vəzifəsi Allah`ın özünə bildirdiyi, dəvət etdiyi haqq yola, yəni özünə həyat verəcək şeylərə təslim olmaqdır. Allah bu doğru yolu Peyğəmbərimizə (s.ə.v.) vəhy etdiyi Quran vasitəsilə insanlara bildirmişdir. Hamının həyatı boyunca nə etməli olduğu, necə həyat yaşamalı olduğu, necə hərəkət etdikdə qurtulacağı Allah`ın ayələri ilə bir-bir bildirilmişdir.

DAFİQ (Bəlaları dəf edən, uzaqlaşdıran)

Nəhayət, onlar Allah`ın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.(Bəqərə surəsi, 251)

Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz güc verir. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən Allah onlar üçün başqa bir tələ qurur. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.

Digər tərəfdən, Allah inkarçıları öz aralarında da ayrılığa salaraq, bir-birləri ilə mübarizə etdirir və bu şəkildə gücdən salır. Müsəlmanlara kin saxlayanları onlardan uzaq saxlayır, öz canlarının dərdinə düşəcək bəlalar göndərir. Bu ilahi kömək Quranda belə bildirilmişdir:

 

O kəslər ki, haqsız yerə, ancaq: ; "Rəbbimiz Allah`dır", dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah`ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər…(Həcc surəsi40)

Bununla yanaşı, bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərini və bəlasını da möminlərin üzərindən dəf edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən yalnız Allah`dır. Şübhəsiz, bunların hər biri Allah`ın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)
(Yaxud onlar Allah`ın hiyləsindən ehtiyat etmirdilərmi? Allah`ın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. Məgər yer üzünün sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir. (Əraf surəsi, 99-101)
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

DƏRR (Zərər verən şeylər yaradan)

"Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. " (Yasin surəsi, 23)

Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...

Şübhəsiz, bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik yaradan hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biri ilə və ya bunların bənzəri ilə hər an qarşılaşa bilər. Bu qarşılaşma böyük ehtimalla insanın heç gözləmədiyi bir anda reallaşır. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.

Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allah`ın dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?

Bunun ən əhəmiyyətli səbəblərindən biri Allah`ın insanı çətinlik və sıxıntı ilə tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda, şikəst ikən yenidən yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan insan, şübhəsiz, bunların dəyərini daha yaxşı qavrayır. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edir.

Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmur. Başına gələn hər cür çətinliyin Allah`dan olduğunu bilir və bunlara səbir edir, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da, yalnız Allah olduğunu bildiyi üçün Ona dua edir, Ondan kömək diləyir. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədir, Özünə yaxınlaşmalarını təmin edir və axirətdəki dərəcələrini yüksəldir.

Allah`a və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah "Darr" sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox xəfif sayılar, çünki buradakıların hamısı müvəqqətidir.

Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə, yeniləri ilə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək.

İnkarçılar cəhənnəm gözətçilərinə: "Rəbbinizə söyləyin, bizi buradan çıxarsın",deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bolluq və nemət içində olduqlarını göstərər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allah`ın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində saxlanılarlar. Allah, beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" deyə soruşsan, mütləq: "Allah" deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah`dan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!" (Zumər surəsi, 38)

Allah inkarçıların üzərinə Dərr ismini təcəlli etdirir. Əlbəttə, bu, həmin insanların haqdan bilərəkdən üz çevirmələrinə görədir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir. Rəbbimiz bütün insanların doğru yola yönəlmələri, sonsuz cənnət nemətinə qovuşmaları üçün dünya həyatında saysız-hesabsız fürsətlər yaradır. Xəta etdiklərində onları bağışlayır, dua edib yardım istədiklərində onlara lütf edir. Dünyadakı qüsurları göstərib onları cənnət üçün çalışmağa çağırır. Axirətdə sonsuz əzabın da olduğunu bildirib onları xəbərdar edir. Lakin uca Allah`ın insanlar üzərindəki bu rəhmətini və yaradılış hikmətlərini təqdir etməyənlərə Allah`ın əzabı gerçəkləşmiş olur. Çünki bu insanlara cənnət və cəhənnəm haqqında bilgi verilməsinə baxmayaraq, bu həqiqətdən üz çevirmişlər.

"Allah`ı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. " Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir.(Yunis surəsi, 106-107)

ƏRHAMÜR-RAHİMİN (Mərhəmət edənlərin ən mərhəmətlisi)

Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!" (Ənbiya surəsi, 83)

Yer üzündəki bütün canlılar kimi insan da ehtiyacları olan varlıqdır. Həyatının davam etməsi üçün çoxlu şərt vardır. Nəfəs almaq üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirmək üçün su və qidaya ehtiyacı olur. Əslində, bu nümunələri saymaqla bitirmək olmaz. Çünki insanın fiziki olaraq varlığının davam etməsi üçün saysız detala ehtiyacı var.

Ancaq yer üzündəki bütün insanlar ehtiyacları olan şeyləri əldə etmək üçün çox böyük səy göstərmədən həyatlarını rahat şəkildə davam etdirirlər. Hər birinin həm bədənlərində, həm də xarici dünyada ehtiyacları olan hər şey onlar üçün əvvəldən təyin olunmuş və onlara təqdim edilmişdir. Burada ilk aığla gələn nümunə yenə insanın nəfəs almasıdır. İnsanlar həyatlarını davam etdirmək üçün oksigen qəbul etməlidirlər. Bəs bu oksigenin atmosferdə lazım olan nisbətlərdə olmasını təmin edən kimdir? İnsanın bədəninə bu oksigeni qəbul etdirən və lazım olan hər hüceyrəyə bir-bir çatmasını təmin edən sistemi quran kimdir?

Əlbəttə, bunların heç biri insanın müvəffəqiyyəti deyil. Atmosferin və ya öz tənəffüs sisteminin meydana gəlməsində insanın heç bir rolu yoxdur.

İnsanın bu ən həyati ehtiyacından tutmuş bütün detallar özü üçün hazırlanmış və lazım olduğu şəkildə var edilmişdir. Şübhəsiz, burada qarşımıza hər cür detalı insan üçün hazırlayan üstün ağılın varlığı və o ağılın sahibinin insana göstərdiyi sonsuz mərhəməti çıxır. Bu gücün sahibi isə mərhəmətlilərin ən mərhəmətlisi olan Allah`dır.

Allah`ın mərhəməti, əlbəttə ki, insanların fiziki ehtiyaclarının qarşılanması ilə məhdud deyil. O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmiş və bunun qarşılığında da yalnız Özünə qulluq etmələrini istəmişdir. İnsanlara Özünü necə razı edəcəklərini də bildirmiş, bunu öyrətmək üçün onlara dərgahından kitablar endirmiş, bütün ayələrini açıqlayan peyğəmbərlər göndərmişdir. Beləliklə, Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları dinə və gözəl əxlaqa dəvət etmişdir. Şübhəsiz, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.

Dedi: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. " (Yusif surəsi, 92)
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik, bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 83-84)
Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik. (İsra surəsi, 54)

ƏVVƏL (İlk)

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Kainatın başlanğıcı vardırmı?

Şübhəsiz, bu sual əsrlərlə insanların cavab axtardıqları sual olmuşdur. Bu mükəmməl nizamın Yaradıcısının da olmasını qavrayan insanlar kainatın başlanğıcı olduğuna inanmışlar. Ancaq insanların bir qismi də Yaradıcının varlığını qəbul etmək istəməmiş və buna görə, kainatın başlanğıcı olmadığını, əzəldən gəldiyini və sonsuza gedəcəyini iddia etmişlər. Ancaq bu gün elmin gəldiyi nəticə bu şəxslərin açıq-aşkar səhv etdiklərini sübut etmişdir.

Bu günə qədər kainatın yaranması ilə əlaqədar müxtəlif tezislər ortaya qoyulub, ancaq bu dövrdə bütün elm sahələri ortaq nəticəyə gəliblər. Elmin yaxın zamanda kəşf etdiyi həqiqət bu vəziyyətə aydınlıq gətirib. 1929-cu ildə Edvin Habl tərəfindən kəşf olunduğu kimi, kainat davamlı genişlənir. Bu həqiqətdən qaynaqlanan elm adamları belə bir nəticəyə gəliblər: zaman anlayışını tərsinə çevirsək, genişlənməkdə olan kainatı büzüşən bir sistem olaraq, məsələn, yığılmaqda olan nəhəng ulduz kimi düşünə bilərik. Bu zaman ortaya çıxan nəticə belədir; keçmişə doğru səyahət etsək, daralan kainatın nə vaxtısa bir nöqtə halında olduğunu görərik. Yəni kainatın başlanğıcı bir nöqtənin partlaması ilə olmuşdur.

Bizim bundan çıxarmalı olduğumuz nəticə budur: içində yaşadığımız kainatın bir başlanğıcı var. Bu cür qüsursuz sistemin başlanğıcı olduğuna görə, əlbəttə, bu başlanğıcı hazırlayan bir gücün varlığı da aşkardır. Bu güc sahibinin varlığı əzəli və əbədidir. Yəni O, hər şeydən əvvəl də vardır, sonra da olacaq.

Bu sonsuz gücün sahibi Allah`dır və canlıların, planetlərin, qalaktikaların, bütün kainatın yaradılmadığı və hətta zamanın da hələ var olmadığı anda yalnız Allah var. Çünki O, Əvvəldir.

FALİQ (Yaran, qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allah`ın təqdiridir. (Ənam surəsi, 95-96)

Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib.

'Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxum torpaqdan lazımi vəsaitləri götürərək cücərməlidir. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik, bunu bacarsa belə, bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.

Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək, toxumun qabiliyyətli olduğunu qəbul etməli olarıq. Ancaq, əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, "toxumu və çəyirdəyi yaran " Allah`dır.

Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allah`ın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır. (Ənam surəsi, 99)
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 3)

Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da bunda başa düşən adamlar üçün dəlillər vardır.

Əgər təəccüblənirsənsə, onların: "Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?" sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar.(Rəd surəsi, 4-5)

FASİL ( Ayıran, açıqlayan)

Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Həcc surəsi, 17)

İnsanlardan bəzisi həyatlarını dünyəvi məqsədlər əldə etmək üçün keçirir və axirəti unudaraq dünya həyatı üçün çalışırlar. Gerçək məsuliyyətini unudaraq dünya mənfəətlərinin arxasına düşürlər. Allah`a ortaq qoşduqları bu bütləri razı etmək, onların məmnuniyyətini qazanmaq üçün səy göstərir və bu şəkildə, çox qazanclı iş gördüklərini düşünürlər.

İnsanlardan bəziləri də bütün həyatlarını özlərini yaradan Allah`ı razı etmək üçün keçirirlər. Dünya həyatındakı imkanları və nemətləri bu şüurla qiymətləndirirlər. Hədəfləri doğru yola yönəlmək, Allah`ın razı olacağı saleh əməllər işləmək, Onun tövsiyə etdiyi üstün əxlaqa sahib olmaqdır.

Əlbəttə, bu iki insanın vəziyyəti eyni deyil. Allah bu insanların vəziyyəti ilə əlaqədar Quranda belə bir nümunə verir:

Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən! (Fatir surəsi, 19-22)

Bir-birindən fərqli vəziyyətdə olan, tam fərqli yollara yönələn bu insanların arasını Allah qiyamət günü ayıracaq, hər birinə etdiklərini bildirəcək. O gün hər kəsə etdiklərinin qarşılığı tamamilə ödənəcək. O gün Allah`ın sonsuz ədaləti təcəlli edəcək...

Həqiqətən, sənin Rəbbin onların arasında qiyamət günü ixtilafda olduqları məsələlər barədə hökm verəcəkdir! (Səcdə surəsi, 25)

Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq. Sonra cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik.

Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin buyurduğu vacib bir hökmdür.

Sonra Biz Allah`dan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! (Məryəm surəsi, 69-72)
Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verə bilər. Qiyamət günü Allah sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görür. (Mumtəhinə surəsi, 3)
De: "Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir" (Səba surəsi, 26)

FATİR ( Yaradan, icad edən)

"Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" (Yusif surəsi, 101)

Yaşadığımız dünyaya baxdığımız zaman üzərində həyatın olması üçün xüsusi olaraq yaradıldığını görürük. Dünyanın kosmosdakı mövqeyi, canlıların ehtiyacı olan hər cür detalın dünyada var olması bu planetin üstün bir ağılın əsəri olduğunun açıq-aşkar dəlilidir.

Həyat üçün son dərəcə əlverişli yaradılan bu planetin üzərində yaşayan canlılara baxdığımız zaman da eyni gerçəklə qarşılaşırıq. Dünya üzərində var olan bütün canlılarda heyrətamiz bir dizayn var. Hər canlı özü üçün uyğun mühitdə, uyğun bədən quruluşu ilə həyatını davam etdirir.

Bununla yanaşı, canlıların meydana gəlməsindəki detalları araşdırdıqca qarşıya çıxan yaradılış həqiqəti daha da dəqiqləşir. Bütün canlıların əsas quruluş mənbəyi olan hüceyrə mükəmməl sistemə malikdir. Hüceyrədəki nizam elə qüsursuzdur ki, canlıların təsadüfən əmələgəlmə ehtimalının qeyri-mümkünlüyünü öz-özlüyündə sübut edir.

Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bütün detallarda açıq-aşkar dizayn’ın izləri var. Şübhəsiz, bunların hamısının dizaynı hər şeyin yaradıcısı olan Allah`a aiddir. Kainatdakı varlıqlara aid olan ən kiçik detalda belə Rəbbimizin qüsursuz sənətini görmək mümkündür. Allah yaratdığı sistemin qüsursuzluğunu “Mülk” surəsində belə xəbər vermişdir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
De: "Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən Allah`dan başqasını özümə Rəbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və: Müşriklərdən olma!" (deyə buyuruldu.) (Ənam surəsi, 14)
Peyğəmbərləri də belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allah`a da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir." Onlar demişdilər: "Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz, elə isə açıq-aşkar bir dəlil gətirin!" (İbrahim surəsi, 10)
De: "Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!" De: "Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!" (Mülk surəsi, 23-24)
Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol" deyər, o da olar. (Bəqərə surəsi, 117)

FƏTTAH(Çox yaxşı hökm verən, açan, hökm edən)

Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. (Əraf surəsi, 96)

Fəttah Allah`ın açan sifətidir. Allah insanları çətinliklərlə sınayır, ancaq heç kimə qaldıra biləcəyindən çoxunu yükləmir. Allah səmimi qullarına çətinlik verdiyi zaman ondan çıxış yolunu da açır; mütləq çətinliyin yanında bir asanlıq da göstərir. Necə ki, Quranda Peyğəmbərimizin (s.ə.v) qarşılaşdığı çətinliklər nümunə verilərək bunların asanlıqla birlikdə verildiyi belə bildirilmişdir:

Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?!
Ağır yükünü səndən götürmədikmi?!
(Elə bir yük ki) sənin belini bükürdü.
Sənin ad-sanını ucaltmadıqmı?!
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah surəsi, 1-6)

Quranda Allah`ın iman edənlərə verdiyi asanlıqlara bir çox nümunə verilmişdir. Hz. Musa da Allah`ın müxtəlif çətinliklərlə sınadığı elçilərdən biridir. Ancaq Allah hz. Musanı köməyi ilə dəstəkləmiş və işlərini asanlaşdırmışdır.

Hz. Musa firona təbliğ etməyə gedərkən qardaşı Harunu özünə köməkçi etməsini Allah`dan istəmiş, Allah da onun duasını qəbul edərək hz. Harunu ona köməkçi etmişdir.

Quranda bir çox başqa hadisələrdə də göstərildiyi kimi, Allah möminlərə həmişə kömək edib. Onların başına gələn və aşılması qeyri-mümkün kimi görünən çətinlikləri ortadan qaldırıb. Ancaq bu inkarçılara aid deyil. Allah onların ürəklərini daraldır, sıxır və bütün nemətlərin qapısını bağlayır. Rəbbimizin diləməsi ilə bağlanan bu qapıları sonsuza qədər aça biləcək heç bir güc yoxdur.

Allah inkarçılar üçün nemət qapılarını bağladığı kimi, onların üzərinə əzab qapısı açar. İnkarçılara verilən bu əzab bir ayədə belə bildirilir:

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)
Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər?
Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah`a.
De: "Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allah`dan başqa hansı ilah onları sizə qaytara bilər?" Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər.
De: "Bir deyin görək, əgər Allah`ın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?" (Ənam surəsi, 43-47)

QƏFFAR ( Bağışlaması çox olan )

"Və dedim: " dedim. "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır" (Nuh Surəsi, 10)

Allah`ın bağışlaması sonsuzdur. O, yaratdığı bütün qullarına tövbə edərək təmizlənmə imkanı verir. İnsan cahilliklə etdiklərindən ötəri dünyada bağışlanma diləyərək cəhənnəm əzabından xilas ola bilər. Səmimi bir şəkildə Qurana tabe olaraq Allah`ın əmrlərinə dəqiq şəkildə itaət etdiyi təqdirdə Rəbbimizin bağışlayan və əsirgəyən olduğunu görər. Allah saleh əməllər işləyən qullarının bütün günahlarını bağışlayacağını müjdələmişdir. Allah bir ayəsində: "Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki…" (Nisa surəsi, 147) deyərək insanlar üzərində nə qədər geniş bağışlama sahibi olduğunu onlara bildirmişdir. Necə ki, cahil və nankor olan insanların bir çox nemət içində həyatlarını davam etdirmələri də Allah`ın bağışlaması ilədir. Allah bu həqiqəti Quranda belə bildirir:

Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda artıq, şübhəsiz, Allah öz bəndələrini görəndir! (Fatir surəsi, 45)

Allah bütün insanlara nəsihət alanın nəsihət ala biləcəyi qədər müddət verir. Onlara özlərini xəbərdar edib qorxudacaq elçilər göndərir və bu elçilər vasitəsi ilə qorxub çəkinməli olduqları hər şeyi bildirir. Ancaq bütün bunlara baxmayaraq, inkarda dirənən insanlar da, əlbəttə, işlədikləri günahların cəzasını çəkəcəklər. Allah ayələrdə belə buyurur:

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! (Taha Surəsi, 82)
Sonra Rəbbin cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin sonra bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 119)
Ey iman gətirənlər! Allah`dan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir! (Hədid surəsi, 28)
Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir! (Əraf surəsi, 153)
Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!" (Ənfal surəsi 70)
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allah`dandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! (Mömin (Ğafir) surəsi, 3)

QƏNİYY (Çox zəngin, hər şeydən müstəğni (münəzzəh) olan (heç kimə ehtiyacı olmayan))

Ey insanlar! Siz Allah`a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükürə layiqdir! (Fatir surəsi, 15)

Tarix boyunca yaşayan azğın və özündənrazı şəxslərin ortaq xüsusiyyətlərindən biri də güc və mal-mülk sahibi olmalarıdır. Bu şəxslər Allah`ın verdiyi nemət və imkanlarla Allah`a qarşı böyüklənmiş və Ondan üz çevirmişlər. Sahib olduqları hər şeyin gerçək sahibinin Allah olduğunu unutmuş, Onun özlərinə lütf edib bağışladığı mal-mülkü sahiblənməyə çalışmışlar. Sadəcə inkar etməklə qalmamış, iman edənlərə də təzyiq və zülm etmiş, Allah`ın elçilərinə də düşmənliklə baş qaldırmışlar. Sonda Allah dözülməz bir əzabla onları cəzalandırmış, özlərini də, mallarını da məhv etmiş və hər şeydən müstəğni olduğunu (heç kimə ehtiyacı olmadığını) göstərmişdir. Allah bu qövmlərin vəziyyətlərini bir ayədə belə xəbər verir:

Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: "Məgər bizi doğru yola bir insanmı salacaqdır?!" deyərək inkar edir və üz döndərirlər. Allah`ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)

Bu inkarçı və təkəbbürlü insanların unutduqları, ya da qavraya bilmədikləri həqiqət göylərin, yerin və bu ikisi arasında olan hər şeyin xəzinələrinin gerçək sahibinin Allah olduğudur. Allah bu həqiqəti Quranda belə bildirmişdir:

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də "Allah`dan qorxmanızı" tövsiyə etdik. Əgər Allah`ı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allah`ındır. Allah ehtiyacsızdır, şükür olunmağa layiqdir. (Nisa surəsi, 131)

Ayələrdə xəbər verilən bu şəxslər mal sahibi olduqları üçün böyüklənmiş, Allah`a ibadət etməkdən və özlərinə haqqı gətirən elçilərdən üz çevirmişlər. Quranda inkarçıların bu davranışlarına qarşılıq hz. Musanın sözləri nümunə verilərək belə buyurulur:

Musa dedi: "Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. Tərifə layiqdir!" (İbrahim surəsi, 8)

Qurandakı bir çox ayədə xəbər verildiyi kimi, Allah güc və zənginliyin gerçək sahibidir. O, heç kimə və heç nəyə möhtac deyildir, ancaq hər şey Ona möhtacdır. Bu gerçək bir ayədə belə bildirilir:

Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki, onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah`ı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir, qadirdir! (Fatir surəsi, 44)
Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: "Məgər bizi doğru yola bir insanmı salacaqdır?!" deyərək inkar edir və üz döndərirlər. Allah`ın ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, şükürə layiqdir! (Təğabun surəsi, 6)
Cihad edən ancaq özü üçün cihad edər. Allah aləmlərə əsla möhtac deyildir. (Ənkəbut surəsi, 6)

XƏBİR (Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan)

Ey iman edənlər, Allah`dan qorxun. Hər kəs sabah üçün nəyi təqdim etdiyinə baxsın. Allah`dan qorxun. Heç şübhəsiz Allah, etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

İnsan zaman və məkana tabe olan varlıqdır. Başqa bir nəfərdən xəbər almadıqca ancaq öz olduğu yerdə (məkanda) və zamanda baş verən hadisələrdən xəbərdar ola bilər. Olduğu zaman və məkanın xaricinə çıxaraq hadisələri qiymətləndirməsi əsla mümkün deyil. Bu da insanın ən böyük acizliklərindən biridir.

Halbuki, insanı yaradan Allah zaman və məkanın da yaradıcısıdır, bu səbəbdən də bunlardan asılı deyil. Zamandan və məkandan münəzzəh olan Allah təbii ki, kainatda baş verən hər hadisədən də xəbərdardır. Belə ki, içində yaşadığımız Südyolu qalaktikasından milyonlarla işıq ili uzaqlıqda olan qalaktikada neçə ulduz olduğundan, hansı səma cisminin hansı orbiti izlədiyindən, torpağın altından yerin üstünə çıxmağa çalışan cücərmiş toxumdan da xəbərdardır... Bundan başqa, Allah bu ana qədər yaşamış, bu an yaşayan və bundan sonra da yaşayacaq bütün insanların həyatlarının hər saniyəsindən də xəbərdardır.

Kimin nə vaxt, harada doğulduğu və öldüyü, həyatı boyunca nələr etdiyi, hansı məqsədlər üçün çalışacağı, hətta nə vaxt güldüyü, nə vaxt ağladığı kimi bütün detalların elmi də Onun qatındadır. Çünki O, hər şeyin yaradıcısıdır. Üstəlik, bu insanların hər an gördükləri işlərlə yanaşı, ürəklərindən keçirdikləri də Allah`dan gizli qalmır. Allah insanların içlərindən keçirdikləri, niyyət edib tətbiq etdikləri, gizlicə hazırladıqları hər şeydən xəbərdardır.

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allah`a məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Ali-İmran surəsi, 180)
Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır. (Ənam Surəsi, 103)
Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103) Ölməz, həmişə diri olana bel bağla və Onu həmd-səna ilə təqdis et. (Allah`ın) Öz bəndələrinin günahlarından xəbərdar olması kifayət edər. (Furqan surəsi, 58)
Qiyamət saatının məlumatı, şübhəsiz, Allah`ın qatındadır. Yağışı yağdırar; rəhmlərdə olanı bilər. Heç kim sabah nə qazanacağını bilməz. Heç kim də hansı yerdə öləcəyini bilməz. Heç şübhəsiz, Allah biləndir, xəbərdardır. (Loğman surəsi, 34)
"Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. "(Loğman surəsi, 16)
O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir! (Təğabun surəsi, 4)
2 / total 8
"Harun Yəhyanın Allahın İsimləri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."