< <
3 / total: 8

Allah'ın İsimləri: HADİ- MƏLCA

HADİ (Hidayət lütf edən, doğru yola aparan)

Və elm verilən kəslər də bilsinlər ki, haqq sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc surəsi, 54)

Yer üzündə iki cür insan var: Allah`ın gücünü bilib təqdir edənlər və Allah`ın gücünü tanımayıb buna görə də təqdir edə bilməyənlər.

İkinci qrupdakı insanlar normal həyat yaşayır və ölürlər. Həyatları ərzində nə üçün yaşadıqlarını, onları kimin yaratdığını, özlərini yaradan Allah`a qarşı hər hansı bir məsuliyyətlərinin olub-olmadığını və ya özləri ilə birlikdə bütün kainatı yoxdan var edən Rəbbimizin sonsuz gücünü düşünmək istəmirlər. Onların ağlını məşğul edən mövzular, ümumiyyətlə, necə təhsil alacaqları, iş yerində yaxşı bir mövqeyə gəlmək üçün nə etməli olduqları, uşaqlarını necə böyüdəcəkləri kimi gündəlik həyatla əlaqədar mövzulardır. Əlbəttə ki, bunların hamısı təbii istəklərdir və düşünülməlidir. Ətraflarındakı çox insan kimi beş-on il yaşayıb sona çatdırdıqları həyatlarını bu mövzuları özlərinə məqsəd edərək keçirirlər. Bu zaman dünyada və bütün kainatda var olan saysız möcüzələri görə bilmirlər. Üstəlik, görsələr də, üzərində düşünmək istəmirlər.

Birinci qrup olaraq bəhs etdiyimiz Allah`ın varlığının dəlillərini və mütləq gücünü tanıyıb təqdir edən insanlar isə bundan tam fərqli həyat yaşayırlar. Vicdanları güclü olduğu üçün ətraflarını heyranlıqla müşahidə edir, gördükləri detalları yaradanın Rəbbimiz olduğunu bilirlər. Buna görə də kainatın yaradıcısı, üstün güc sahibi Allah`a qarşı məsuliyyətlərinin də şüurundadırlar. Həyatlarını Allah`ın məmnuniyyətini qazanacaqları işlər görərək, Onun tövsiyə etdiyi həyatı yaşayaraq və ən əhəmiyyətlisi də öldükdən sonra Ona hesab verəcəklərini bilərək keçirirlər.

Bu birinci qrup Allah`ın hidayət verdiyi insanlardır. Dünya üzərindəki sayları hər zaman çox az olub, amma doğru olan yol onlarınkıdır. Allah hidayətə çatmış olanlarla inkar edənlər arasındakı fərqi ayələrində belə xəbər verir:

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.

Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 4-7)

Şübhəsiz, bu insanlardan olmaq Allah`dan verilən çox böyük bir nemətdir. Çünki O, diləməzsə, hidayət verəcək, doğru yola çatdıracaq heç kim yoxdur:

Gerçək budur ki, sən sevdiyini hidayətə çatdıra bilməzsən, ancaq Allah dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsəs surəsi, 56)

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. (Bəqərə surəsi, 3-6)

HAFİD (Alçaldan)

O alçaldacaq, ucaldacaqdır. (Vaqiə surəsi, 3)

Hər insan müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən nəticə çıxarma qabiliyyətinə malikdir. Məsələn, insan öz bədəninin quruluşundakı qüsursuzluğa baxdıqda mükəmməl bir dizayn görür. Bu dizaynın detallarındakı ağıl əlamətlərini düşündükdə bütün bunları planlayan, hazırlayan və var edənin olduğunu dərk edir.

Ancaq, şübhəsiz, bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən insanlara aiddir. Bir də qarşılaşdıqları hadisələr üzərində heç düşünməyən insanlar vardır ki, bunlar yer üzündəki insanların əksəriyyətini təşkil edirlər. Daha əvvəl də ifadə etdiyimiz kimi, bu insanlar dünyaya gəlir, böyüyür, hər kəs kimi normal bir həyat yaşayır və ölürlər. Halbuki, Allah Quranda düşünüb nəticə çıxaranları tərifləmiş, digərlərini isə alçaldacağını bildirmişdir. Ayələrdə belə buyurulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! Ey Rəbbimiz! Sən oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz." (Ali-İmran surəsi, 191-192)

Düşünüb nəticə çıxaranlar Allah`ın ucaltdığı insanlardır. Bu insanlar Allah`a qul olmaq üçün əmrləri tam olaraq yerinə yetirir və bu xüsusiyyətləri ilə digərlərindən tamamilə fərqlənirlər. Digər qrup (düşünməyən insanlar) isə insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq, bunlardan istifadə etmir və sadə həyat yaşayırlar. Heyvan kimi fiziki ehtiyaclarını təmin edəcəkləri həyatı seçirlər. Bu insanlar da Allah`ın yaratdığı, ancaq vicdanlarından istifadə etmədikləri, düşünmədikləri və adi yaşayışı seçdikləri üçün alçaltdığı şəxslərdir. Bu şəxslərlə əlaqədar Quranda belə bir nümunə verilir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları haylayanın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar. (Bəqərə surəsi, 171)

Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: "Mənfur meymunlar olun!" dedik.

O zaman Rəbbin onlara qiyamət gününədək ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də O, bağışlayandır, rəhmlidir.

Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə dönələr. (Əraf surəsi, 166-168)

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

HAFİZ (Qoruyan, nəzarət edən, mühafizə edən)

"Əgər üz çevirsəniz, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. " (Hud surəsi, 57)

Bu gün elm adamlarının çoxu kainatın yoxdan var olması mövzusunda ortaq fikirdədirlər. Çünki əllərindəki bütün dəlillər bu gerçəyə işarə edir. Kainatın yoxdan yaranması əsnasında ortaya çıxan atomlarla, bu gün canlı-cansız hər şeyi meydana gətirən atomların bir-birləri ilə eyni olduğunu da elm ortaya qoyur. Kainatın ilk yaradılış anında nə qədər atom varsa, hazırda da o qədər atom var. Ancaq bir fərqlə: yoxdan yaranma anında böyük bir sürətlə ətrafa dağılan atomlar bu gün ulduzları, dünyanı, atmosferdəki havanı, yer üzündəki suyu, torpağı və hətta sizin bədəninizi meydana gətirirlər. Üstəlik, bunu elə qüsursuz bir şəkildə təşkil edirlər ki, hər bir atoma hakim olan yaradıcı gücün varlığı dəqiq şəkildə özünü göstərir. Çünki bir nizamın varlığı onu yaradanın varlığını zəruri edir.

Bu nöqtədə qarşımıza bu həqiqət çıxır: ortada heç bir şey yox ikən maddəni yaradan və qüsursuz bir nizam meydana gətirən Allah, əlbəttə ki, bu nizamın meydana gəlməsindəki hər mərhələdən də xəbərdardır. Çünki belə kompleks sistemin tək bir anının belə idarəsiz meydana gəlməsi mümkün deyil.

Budur, bu həqiqət bizə kainatdakı sistemi təşkil edən, var edən Allah`ın sonsuz elmini göstərir. O, hər şeyi yoxdan var etmiş və qüsursuz bir nizam qurmuşdur. Hələ də bu nizamı müşahidə edir və qoruyur. Necə ki: "Həqiqətən, sənin Rəbbin nəzarət edir" (Fəcr surəsi, 14) ayəsi Allah`ın kainat üzərindəki davamlı qorumasını bizlərə bildirir.

Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə qoruyan bir kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)
Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)
Allah`dan başqası ilə dostluq edənlərə Allah Özü nəzarət edir. Sən onların mühafizəçisi deyilsən. (Şura surəsi, 6)
Allah`ın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də insanlar nəfslərində olanı dəyişmədikcə Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur. (Rəd surəsi, 11)
Həqiqətən də Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır. (Ali-imran surəsi, 77)

HAKİM (Hökm edən, haqqı yerinə yetirən)

(De:) “Allah bu kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

Allah insanları yaratmış, yaxşılıq edənlərlə pislik edənləri ayırmaq üçün imtahan yeri olan dünyaya yerləşdirmişdir. Bundan başqa, insanlara elçilər göndərmiş və elçilərinə də doğrunu səhvdən ayırmalarını təmin edəcək hökmləri olan kitablar vermişdir. İnsanlıq tarixi boyunca bütün elçilər göndərildikləri qövmləri Allah`ın əmr etdiyi hökmləri olan bu haqq kitablarla xəbərdar edib qorxutmuşlar, onları doğru yola çağırmışlar.

Ancaq zaman içində elçilərin gətirdiyi kitablar insanlar tərəfindən təhrif edilmiş, Allah`ın göndərdiyi hökmlər inkarçı sistemlərin öz mənfəətlərini qoruyan səhv hökmlərlə dəyişdirilmişdir. Lakin Allah insanlara yenə özlərini doğru yola çatdıracaq bir rəhbər olaraq Quranı endirmiş və "Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (Hicr surəsi,, 9) ayəsi ilə içindəki hökmləri qiyamətə qədər qoruyacağını vəd etmişdir.

Əlbəttə, Quran insanın qarşılaşacağı hər hadisədə doğru olanı tapmaq, doğruya çatmaq üçün müraciət edəcəyi yeganə qaynaqdır. Çünki Quran Allah`ın hökmlərini ehtiva edən tək haqq kitabdır və Allah`ın göndərdiyi bu kitaba tabe olanlar, Allah`ın əmrlərinə itaət edənlər doğru yolu tapanlardır. Dünyada Allah`ın hökmləri ilə hökm edənlər, Onun əmrlərinə itaət edənlər, əlbəttə, axirətdə də qazanc içində olacaqlar.

HƏKİM(Hikmət sahibi, sağlam, möhkəm olan)

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!(Həşr Surəsi, 24)

Daha əvvəl də üzərində dayandığımız kimi, insanın çevrəsində gördüyü hər şey yaradılışın açıq dəlillərini göstərir. Kainatda müəyyən bir istiqamətdə hərəkət edən qalaktikalar, Günəşin ətrafında müəyyən orbitdə dövr edən dünya, canlıların vücudlarındakı -hələ yeni kəşf edilən- mürəkkəb sistemlər və gözlə görülməyən mikro aləmdə meydana gələn hadisələr... Şübhəsiz, insanların elmi sahədəki inkişaflarla biliyi artdıqca kainatdakı ən kiçikdən ən böyüyə qədər hər bir xüsusiyyətin nə qədər incə hesablarla var edilməsi də artıq dəqiqləşir.

Bu gün əldə olunan elmi səviyyə ilə bu həqiqət ortaya çıxmışdır: kainatın yoxdan var olduğu ilk andan bu yana bütün hadisələr müəyyən bir plan daxilində baş vermişdir. Belə ki, bu planın nəticəsində üzərindəki bütün canlılarla birlikdə dünya yaranmışdır. Ağıl sahibi bir varlıq olan insan da yer üzündə yerini almışdır. Əlbəttə, bu durumda insanın üzərinə düşən öz varlığı üçün ən uyğun olan şərtlərin nizam içində yaradıldığının fərqində olmaq, kainatın əmələgəlmə mərhələlərindəki hikmətləri qavramaqdır.

İnsan özünə verilən bu qədər nemət qarşısında unutmamalıdır ki, hər şeyin müəyyən bir yaradılış məqsədi və hikməti vardır. Özünün rahat yaşaya bildiyi bir qalaktika yaradılmışdır. Sadəcə bu mövzu üzərində düşünmək belə Allah`ın hər şeyi sonsuz bir hikmətlə yaratdığını görmək üçün kafidir. Ayələrdə belə buyurulur:

Onlar: "Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. bilən Sən, hikmət sahibi Sənsən" , - dedilər. (Bəqərə surəsi, 32)
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah`a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi , 71)
Həqiqətən, Rəbbin onları bir yerə yığacaq. O, hikmət sahibidir, biləndir! (Hicr surəsi , 25)
Yenilməz qüvvət, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir! Göylərdə və yerdə nə varsa Onundur! O, ucadır, uludur! Göylər az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir! Allah`dan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Şura surəsi, 3-6)
Özlərindən savayı hələ onlara qoşulmamış başqalarına da (peyğəmbər göndərmişdir) O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Cümə surəsi, 3)

HAQQ (Varlığı heç dəyişmədən dayanan)

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

Zaman və məkan canlı-cansız hər şey kimi yaradılmış anlayışlardır. Zaman və məkanın heç olmadığı bir anda yoxdan bir maddə aləmi yaradılmış və bu aləmin daxilində zaman-məkan anlayışları meydana gəlmişdir. Belə ki, zaman içində geriyə getdiyimizdə bir sərhədlə qarşılaşırıq və bu sərhədin gerisinə əsla gedə bilmirik. Bir hadisə üçün istifadə edə biləcəyimiz ən qədim ifadə kainatın yaradılış anıdır. Hətta bu gün elm sahələrində təsbit edilən sərhəd kainatın yaradılma anından etibarən 10-43 saniyədir. Bu zaman dilimindən əvvəl nə vaxt, nə də məkan təyin edilmir.

Bu an qarşımıza zamanın və məkanın olmadığı vaxt çıxır. İnsanın tabe olduğu bu iki anlayış müəyyən bir anda yaradılmış olduqlarına görə bu yaradılışdan əvvəl bir zamansızlıq və məkansızlıq mövcud idi. Bizim əsla xaricinə çıxa bilmədiyimiz bu anlayışları yaradan onların xaricində olan Allah`dır.

Allah zamandan və məkandan münəzzəhdir və dolayısilə, varlığı hər zaman mövcuddur, əsla dəyişməz. Tək gerçək varlıq Odur, Onun Şəxsi xaricində hər şey ancaq Onun: “Ol”, -deməsi ilə var olmuşdur. Allah`ın Şəxsi xaricində hər şey ölümlüdür və yox olacaqdır. Quranda da bildirildiyi kimi, Haqq olan yalnız Odur.

Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Elmimi artır!"– de. (Taha surəsi, 114)
Bunun səbəbi Allah`ın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 6)
Belə hallarda kömək etmək ancaq Haqq olan Allah`a məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 44)
Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
Göylərin və yerin açarları Onun əlindədir. Allah`ın ayələrini inkar edənlər – məhz onlar ziyana uğrayanlardır!
De: "Ey cahillər! Mənə Allah`dan başqasınamı ibadət etməyi əmr edirsiniz?"
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər (Allah`a) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!
"Xeyr, yalnız Allah`a ibadət et və şükür edənlərdən ol!"
Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!
Sur çalınacaq, Allah`ın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allah`ın əmrinə) müntəzir olacaqlar! (Zumər surəsi, 62-68)

XALİQ (Hər şeyin varlığını və varlığı boyunca görüb-keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən)

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq temperaturunu həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir. Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır.

YYuxarıda bəhs etdiyimiz canlılar yer üzündə yaşayan saysız canlıdan sadəcə ikisidir. Digər canlılarda olduğu kimi, bu canlıların da doğumlarını, həyatlarını və ölümlərini Allah təyin etmişdir. Bu canlılar yaradıldıqları andan etibarən Allah`ın təsbit etdiyi, uyğun hesab etdiyi və əmr etdiyi şəkildə həyatlarını davam etdirirlər. Əsla Allah`ın özləri üçün təqdir etdiyi vəzifənin xaricinə çıxmırlar. Səhralarda +50 dərəcədə yaşayan kərtənkələlər də, qütblərdə -50 dərəcədə yaşayan pinqvinlər də, dənizin minlərlə metr altında yaşayan süngərlər də eyni vəziyyətdədir. Hamısı həyatlarını Allah`ın təsbit etdiyi şəkildə yaşayırlar. Onlardan əvvəlki nəsillər də eyni şəkildə yaşamışdır, sonrakı nəsillər də eyni şəkildə yaşayacaqlar. Çünki Allah canlıların hamısı üçün bir həyat forması seçmişdir.

Nəticə olaraq, kainatdakı heç bir canlının öz həyat tərzini təyin etmə haqqı yoxdur. Bütün canlıları Allah yaratmış və bu şəkildə həyatlarını təqdir etmişdir. Onlar da qeydsiz-şərtsiz bu hökmə boyun əymişlər.

İnsan da kainatın kiçik bir hissəsidir. Allah insanı bir damla sudan yaratmış və həyat tərzini təqdir etmişdir. Heç bir insan öz qərarı ilə həyatda yaşayacağı müddəti təyin edə bilməz, yaşlanmağı və ölümü gecikdirə bilməz, acizliklərindən xilas ola bilməz. Bütün bunları təyin edən, dilədiyi şəkildə yaradan Allah`dır. Allah`ın gücünün bənzərsizliyi və hər şeyi hakimiyyəti altında saxladığı ayələrdə belə xəbər verilir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)
De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allah`dır!" De: "Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allah`dır. O, təkdir, qalib gələndir." (Rəd surəsi, 16)
Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şahidlik edirsiniz?" deyəcəklər. (Dəriləri) deyəcək: "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız." (Fussilət surəsi, 21)

HƏLİM (Şəfqətli, mərhəmətli, həlim olan)

(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, Həlimdir. (Ali-İmran surəsi, 155)

İnsanları yaradan Allah onlara doğru yolu göstərən kitab göndərib. Onun qatından göndərilən, hökmləri qorunan bu kitab son haqq kitabdır. Allah bu kitabda insanların yerinə yetirməli olduqları əmrləri, qadağaları açıq-aşkar bildirmişdir. Üstəlik, bu kitabdakı əmrlərə itaət edərək həyatını Allah`ın razılığını qazanmaq üçün keçirənlərin sonsuza qədər cənnətdə qalacaqlarını müjdələmişdir. İtaət etməyənlərin isə sonsuza qədər içində qalacaqları cəhənnəmi və onun içindəki əzabları bütün detalları ilə izah etmişdir.

Allah`a yönəlmək və Onun razılığını qazanmağa çalışmaq üçün endirilən bu kitab 1400 il əvvəl Peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v) nazil edilən Qurandır. Allah Quranda insanlara hər şeyi izah etmişdir; həyatı, ölümü, cənnəti, cəhənnəmi...

Lakin insanların bir çoxu haqq kitabı oxumaqdan üz çevirir, hətta bir qismi ömürləri boyunca Allah`ın göndərdiyi bu kitabı əllərinə belə almırlar. Allah`ın ayələrini görməzlikdən gəlib dünya həyatının zövqünə və əyləncəsinə aldanırlar. Ölümlərindən sonra qarşılaşacaqları hesabı və axirət həyatını isə heç düşünmürlər. Allah`ın qadağalarına əməl etmir, əmr etdiyi gözəl əxlaqı da yaşamırlar. Mallarını, mülklərini heç kimlə paylaşmır, çətində olanlara kömək etmirlər. Üstəlik, özlərinə iman etmələri təklif edildiyində: "Biz nə etdiyimizi bilirik" , - deyə cavab verirlər. İçlərindən çox az qismi Allah`a lazımınca iman edir və Onun hökmlərini əskiksiz tətbiq edirlər.

Yuxarıda izah edilənləri düşündükdə Allah`ın insanlar üzərindəki sonsuz mərhəməti və şəfqəti aydın şəkildə görünür. İnkar edənlər bilə-bilə haqq dindən üz çevirmələrinə və Allah`ın qadağanlarını pozmalarına baxmayaraq, Allah onları dərhal əzablandırmır. Hətta onları dünya həyatında rifah içində yaşadır, hər cür neməti verir. Onlara iman etmələri və haqq dinə dönmələri üçün müddət verir. Üstəlik, Allah göndərdiyi dini çox asanlaşdıraraq sonsuz şəfqətini göstərir. Bundan başqa, insanları unutduqlarına və yanıldıqlarına görə məsul tutmur. Kor, topal, xəstə olana məsuliyyət yükləmir. İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü qaldırır. Bütün bu nümunələr Allah`ın sonsuz mərhəmətini və şəfqətini, inkar edən insanların isə nankorluğunu anlamaq üçün kifayətdir.

Amma insan bir məqamı da unutmamalıdır: Allah həm də sonsuz ədalət sahibidir. Dünyada da, axirətdə də insanların etdiklərinin qarşılığını lazımi şəkildə verəcək. Allah`ın Həlim sifəti ayələrdə belə xəbər verilir:

Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə görə cəzalandıracaqdır. Allah bağışlayandır, Həlimdir. (Bəqərə surəsi, 225)
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

HƏMİD (Ancaq Özünə şükür edilən, bütün varlığın dili ilə tək təriflənən)

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, Vəlidir, Həmiddir. (Şura surəsi, 28)

Kainatdakı bütün bitkilər və heyvanlar Allah`ın onları yer üzündə yerləşdirdiyi şəkildə yaşayırlar. Beləliklə, Allah`ı təsbih edib Onu ucaldırlar. Dənizin dibində yaşayan balıq da, səhrada yetişən kaktus da tam təslimiyyətlə həyatını davam etdirir. Allah`ın özləri üçün təqdir etdiyi şəkildə yaşamaları, Onun qurduğu nizamı əsla pozmamaları bütün canlıların Allah`ı təsbih etdiklərini göstərir. Səmadakı və yer üzündəki hər şey; dənizlər, dağlar və səmada uçuşan buludlar, ard-arda çaxan şimşək və göy gurultusu da Allah`ı təsbih edir. Onun sonsuz elmini və gücünü insanlara göstərir. Lakin iman etməyənlər onların bu təsbihlərini qavraya bilmirlər. Allah “İsra” surəsinin 44-cü ayəsində bu gerçəyi insanlara bildirir:

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)

İman edənlər də Allah`ın ucalığını və böyüklüyünü qavrayaraq Rəbbimizi zikr edir, lütf etdiyi nemətlər üçün Allah`a şükür edirlər. Çünki verilən hər cür nemət qarşılığında özlərindən istənilən yalnız şükür edən, həmd edən bir qul olmalarıdır. Ayələrdə belə buyurulur:

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də "Allah`dan qorxmanızı buyurduq. " Əgər inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah Zəngindir, tərifəlayiqdir. (Nisa surəsi, 131)

Musa dedi: "Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də Zəngindir, tərifə layiqdir" (İbrahim surəsi, 8)
Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun qüdrətli, tərifəlayiq Allah`ın yolunu göstərdiyini görürlər. (Səba surəsi, , 6)
O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim üz çevirsə, (bilsin ki,) Allah, həqiqətən də zəngindir, tərifəlayiqdir. (Hədid surəsi, 24)
Onlarda sizin üçün – Allah`a və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah zəngindir, tərifəlayiqdir. (Mumtəhinə surəsi,6)
Həqiqətən, Loğmana: "Allah`a şükür et!" (-deyə) hikmət verdik. Kim şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, şükürə layiqdir! (Loğman surəsi, 12)

HASİB (Haqq-hesab çəkən)

Onlar Allah`ın risalətini təbliğ edir, Ondan qorxur və Allah`dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Allah insanı yaradır və hələ o, ana bətnində ikən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir. Daha heç bir şeyin şüurunda deyil ikən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allah`ın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah insan tək bir hüceyrə ikən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığı ilə əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

Allah`ın şahid olduğu yalnız insanın əməl olaraq etdikləri deyil, həm də içindən keçirdikləridir. Çünki Allah insanın həm içinə, həm xaricinə, qısaca, ruhuna tamamilə hakimdir. O, nəfsini müdafiə edərək nəyi nə üçün etdiyini bilməzkən belə Allah onun hər hərəkətini nə məqsədlə etdiyini bilir. İnsan tək bir hüceyrə halında ikən də, ölmək üzrə son nəfəsini verərkən də Allah onun etdiklərinə şahiddir. Dünyada yaşadığı vaxt ərzində oturarkən, danışarkən, yemək yeyərkən, yatarkən, gecə-gündüz hər saniyə etdiklərini bütün detalları ilə bilir, ağzından çıxanı eşidir, ağlından keçirdiyi hər düşüncəni bilir. Heç bir şey Ondan gizli qalmır.

Halbuki, insan həyatı boyu etdiyi işləri, söylədiyi sözləri unudur. İllər keçdikcə zehnindəki xatirələr pozulur. Keçmişdə yaşadıqlarını saymağa çalışdıqda çox az şey saya bilər. On il əvvəl yaşadığı bir hadisə özünə xatırladılıb o an nə düşündüyü soruşularsa, heç bir şey xatırlaya bilməz. Sanki bütün yaşadıqları zehnindən silinmişdir, geriyə çox az bir qalıq qalmışdır. Allah isə bütün insanların həyatları boyunca etdiklərini, hər saniyə ağıllarından nələr keçdiyini bilir. Hesab günü hər kəsin önünə pisliklərini, yaxşılıqlarını, saleh əməllərini və günahlarını əskiksiz gətirəcəkdir. Buna görə, insan Allah`ın özünə şahid olduğunu əsla unutmamalıdır. Allah`ın Hasib sifəti ayələrdə belə xəbər verilir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)
Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan ) insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa surəsi, 6)
Ən yüksək dərəcələrin və ərşin sahibi Odur. O, Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) görüş günü ilə qorxutsun.
O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah`dan gizli qalmayacaqdır. (Allah deyəcək:) "Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah`a!"
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mömin (Ğafir) surəsi, 15-17)

HAYY (Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)

O, Hayy olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin surəsi, 65)

İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. Bu dövr ərzində qulluğa möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməzsə və təxirə salasa, qısa müddət ərzində pis vəziyyətə düşür.

Bundan başqa, insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: yuxu. İnsan ömrünün hardasa üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa nə isə etmək istəsə belə, buna bir-iki gündən çox dözə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, idrakında yavaşlama görünür. Həmişə təbii olaraq etdiyi işləri görə bilmir, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilmir, hətta danışmaqda çətinlik çəkməyə, bildiyi şeyləri unutmağa başlayır.

Əlbəttə, insan və insan kimi yaradılmış olan digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allah`ın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur. (Ali-İmran surəsi, 2)
Sən əsla ölməyən və daim diri olan (Allah`a) təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58)
(O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha Surəsi, 111)
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır. (Qaf surəsi, 43-44)

QABİD (Sıxan, daraldan)

Kim Allah`a gözəl bir borc versə, O da onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Göylərin, yerin və bu ikisi arasında olanların yaradıcısı olan Allah kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allah`a aiddir, mülkün tək sahibi Odur. Allah dilədiyi insanları dünyada ikən zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdır ki, sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allah`dır.

Allah dilədiyi adamın imkanlarını artıraraq şükür edib-etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib-etməyəcəyini sınayır. Bu səbəbdən, insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını, yoxsa gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allah`ın yaratdığı imtahanlardır.

Əgər adam bu həqiqəti dərk etməyib əlindəki hər şeyi özünün zənn edib xəsislik edərsə və Allah`ın dilədiyi şəkildə xərcləməzsə, o zaman Allah əlindəki imkanları daralda bilər. Əksinə, əlindəki hər şeyin özünə Allah`ın razılığını qazanacaq şəkildə istifadə edilməsi üçün verildiyini bilənlərin də imkanlarını artırar, dünyada da axirətdə də onlara ən gözəli ilə cavab verər. Ayələrdə bu gerçək belə xəbər verilir:

Nə qədər bacarırsınızsa, Allah`dan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. Əgər Allah`a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 16-17)

Əlbəttə ki, dünya həyatında Allah`ın insanlar üçün yaratdığı nemətlər təkcə maddi mövzularda deyil. Rəbbimiz mənəvi mənada da insanlara saysız-hesabsız nemət verir. Allah diləyərsə, insanı bu yöndəki nöqsanlarla da sınağa çəkər. Rəbbimizə olan təslimiyyət və təvəkküllərində qərarlı olmaları üçün Allah belə vəziyyət yarada bilər. İnkarçılara isə Allah inkarda inadkarlıq etdiklərinə görə, dünya həyatında belə bir qarşılıq verə bilər. Buna görə, insanın qəlbində mənəvi mənada sıxıntı hissi ola bilər. Bu, Allah`ın Qabid isminin təcəllisidir. Belə vəziyyətdə insan yenə də özünü hər cür sıxıntı və çətinlikdən qurtaran Allah`ı düşünməlidir. Allah sıxan və daraldan olduğu kimi, eyni zamanda da Basit, yəni "açan və genişləndirən "dir. Allah Özünə səmimi şəkildə yönələn, yardımı yalnız Ondan gözləyən ixlaslı qullarının qəlbinə hüzur, güvənlik və genişlik hissi verir. Onları yardımı, sevgisi və rəhməti ilə dəstəkləyib işlərini asanlaşdırar. Allah Quranda qəlblərin yalnız Rəbbimizə sığınmaqla hüzur tapacağını belə xatırladır.

De: "Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz." (Ənam surəsi, 64)
Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır. (Rəd surəsi, 28)

QABİL (Qəbul edən, bağışlayan )

Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 25)

İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməzsə, həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq, təkəbbür, azğınlıq və Allah`a qarşı nankorluq etməyə meyillidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:

Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab surəsi, 72)
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur. (Adiyat surəsi, 6)

İnsanı yaradan Allah, şübhəsiz, onun içindəkiləri də bilir. İnsanın hər an səhv edə biləcəyi, nankorluq, cahillik edə biləcəyi Onun elmi daxilindədir. Şübhəsiz, O, qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Bu qədər mərhəmətli olduğu üçün insanlara xilas yolunu göstərmişdir: tövbə etmək.

Zalım, cahil və nankor olan insana nəfsindəki bu pisliklərdən qorunmaq və işlədiyi səhvləri düzəltmək üçün böyük bir imkan verilib. İnsanın hər cür pis hərəkəti ola bilər, hər cür səhv edə bilər, Allah`a heç gözlənilməyən şəkildə nankorluq da etmiş ola bilər. Ancaq səmimi, Allah`a qəlbən bağlı və Onun əzabından içi titrəyərək qorxub çəkinən insandırsa, tövbə edər və bu şəkildə nicat tapar. Çünki Allah səmimi edilən tövbələri qəbul edəcəyini, Özündən qorxan qullarının səhvlərini bağışlayacağını vəd etmişdir.

Şübhəsiz, Allah`ın Qabil sifəti insanlar üzərindəki şəfqətinin və mərhəmətinin açıq nümunəsidir. Allah`ın heç nəyə ehtiyacı yoxdur. Diləsəydi, insanların bütün bu etdiklərinin heç birini qəbul etməzdi. Lakin Allah sonsuz rəhməti ilə insanların buna ehtiyaclarının olduğunu bilir və səmimi ürəklə edilən tövbələri qəbul edəcəyini xəbər vermişdir. Allah bağışlayan olduğunu bir ayədə belə bildirir:

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 104)
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi gecənin üçdə ikisindən az, yarısını, üçdə birini (namaz üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən¬-ləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə Qurandan asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah`ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə, Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah`a gözəl bir borc verin. Qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah`dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir! (Müzzəmmil surəsi, 20)

QADİ (Hökmünü yerinə yetirən, işini bitirən)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol" – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayələrdə də bildirildiyi kimi, bir şeyin olmasını istədiyi zaman ona yalnız: 'Ol' , deyir və dilədiyi şey dərhal reallaşır. Şübhəsiz, bu, Allah`ın əzəmətinin, kainatdakı hakimiyyətinin açıq-aşkar təcəllisidir.

İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrindən asılı olaraq yaşayır. Məsələn, yer səthində sabit dayanmaq üçün cazibə qüvvəsinə, gəmilərini suda üzdürmək üçün suyun qaldırma qüvvəsinə və daha saysız-hesabsız səbəbdən, qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəhdir. Çünki bütün səbəbləri və nəticələri yaradan Odur. Allah hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri çərçivəsində yaradır və bu şəkildə insanları sınayır. Kimin, həqiqətən, qulluq edəcəyini, kimin də başqa ilahlar qəbul edərək inkar edəcəyini təyin edir. Heç şübhəsiz, Allah üçün səbəbsiz yaratmaq çox asandır. Necə ki, Quranda Allah`ın insanlara göstərdiyi möcüzələrdən bəhs edilir. Məsələn, hz. İsanın atasız doğumu bunlara bir nümunədir:

Məryəm) dedi: "Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda, necə övladım ola bilər?" (Allah) dedi: Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq "Ol" deyir, o da olur (Ali-İmran surəsi, 47)

Ayədən də göründüyü kimi, Allah: 'Ol' dedikdən sonra baş verməyəcək heç bir hadisə yoxdur. Allah`ın sonsuz qüdrət sahibi, bütün kainatın maliki, bütün insanların hakimi olduğu ayələrdə belə xəbər verilir:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona"Ol" dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

 

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: "Ol" !”– dediyi gün (hər şey) olar. Onun sözü haqdır. Sur üfürüləcəyi gün hökm Ona məxsus olacaqdır. Qeybi və aşkarı bilən də Odur. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 73)

Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: "Ol" deyər, o da olar. (Yasin surəsi, 82)

Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: "Ol" deyir, o da olur.(Mömin surəsi, 68)

Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq "Ol" deyər, o da dərhal olar. Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur. (Məryəm surəsi, 35-36)

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

QƏDİM (Əvvəldən xəbərdar edən, əvvəldən bildirən)

(Allah) deyəcəkdir: "Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim." (Qaf surəsi, 28)

Allah sonsuz ədalət sahibidir. Özünə qulluq etmələri üçün yaratdığı insanlara elçilər göndərmiş, elçiləri vasitəsi ilə onları xəbərdar edib qorxutmuşdur. Yenə elçilərinə endirdiyi haqq kitablarla onlara doğrunu səhvdən ayıran düşünmə qabiliyyəti vermiş, yerinə yetirəcəkləri ibadətləri açıqlamış, məmnun olacağı əxlaqı xəbər vermişdir. Həmçinin kitablarında qeybdən xəbərlər vermiş; ölümün insanlara qəflətən gələcəyini, bütün kainatın yox olacağını, qiyamətin yaxınlaşaraq gəldiyini, hesab günündə bütün insanların xurma dənəsindəki sap qədər belə haqsızlıq edilmədən hesab verəcəklərini, dünyada Özünə qulluq etməyənlərin axirətdə sonsuz cəhənnəm əzabı ilə qarşılaşacaqlarını bildirmişdir.

Şübhəsiz, bütün bunlarla Allah insanları əvvəldən xəbərdar edir. Necə ki, Allah "Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın" (Əbəsə surəsi, 11-12) ayələri ilə insanların Quran ilə öyüd alıb doğru yolu tapa biləcəklərinə diqqət çəkmişdir. Bundan başqa, Allah digər ayələrində nankorluq edənlərin qarşılaşacaqları sonu və keçmiş qövmlərdə yaşamış inkarçıların başlarına gələnləri ətraflı təsvir etmiş və onların bu vəziyyətindən qullarının ibrət almalarını tövsiyə etmişdir. Ayələrdə belə buyurulur:

Məni, (ayələrimi) yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Həqiqətən, Bizdə qandallar və cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır). O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir. Həqiqətən, Biz firona elçi göndərdiyimiz kimi, sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (O gün) göy parçalanacaq. (Allah`ın) vədi mütləq yerinə yetəcəkdir. Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.(Müzzəmmil surəsi, 11-19)

Əlbəttə, Allah`ın xəbərdar edib qorxutmağı nəticəsində yuxarıdakı ayədə də bildirildiyi kimi, diləyən Rəbbimizə bir yol tapa bilər. Amma bütün bunlara baxmayaraq, üz çevirənlər üçün də kədərli bir əzab haqq olmuşdur. Çünki Allah ən ədalətli şəkildə cavab verəndir.

Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik! (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik! (Quranı) əsla şeytanlar endirmədi. Bu onlara layiq deyildir. Onlar heç bacara da bilməzlər! Axı onlara (vəhyə qulaq asmaq) qadağan edilmişdir. Elə isə çəkin, Allah`la yanaşı, başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!  (Şüəra surəsi, 208-213)

QADİR (İstədiyini istədiyi kimi etməyə gücü çatan)

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi, reallaşan hər hadisə Allah`ın elmi daxilindədir və Onun: "Ol" deməsi ilə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsi ilədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğulmaz. Kainatda reallaşan hər hadisə ancaq Onun diləməsi ilə baş verir. O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan mülk verər, dilədiyindən bütün mülkünü alar. İman etməyən qövmə əzab heç gözləmədikləri anda və heç gözləmədikləri şəkildə gələr. Allah diləyərsə, yer üzünün bütün bərəkətini alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allah`ı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə qadirdir. Allah`ın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah`dan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir və Qadirdir. (Fatir surəsi, 44)

And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

Rəbbimiz inkar edən bir qövmə əzab verdiyi kimi, mömin qullarına da dilədiyi rəhməti verməyə qadirdir. QurandaAllah`ın gücünün hər şeyə çatdığına dair müxtəlif nümunələr verilmişdir. Allah həmişə iman edən qullarına kömək etmiş, ən çətin və qurtuluşun imkansız göründüyü vaxtlarda belə Qadir ismini təcəlli etdirib onlara çıxış yolu göstərmişdir. Hz. İbrahimi oddan, hz. Yusifi quyudan, hz. Yunisi balığın qarnından xilas etmişdir. Allah, eyni şəkildə, zövcəsi qısır və özü də yaşlı olduğu halda, hz. Zəkəriyyaya uşaq ehsan edib gücünün hər şeyə çatdığını insanlara göstərmişdir. Tarix boyunca Allah bütün elçilərini və iman edənləri dəstəkləmiş, təvəkkül və səbirlərinə qarşılıq onlara rəhm etmişdir.

KAFİ (Varlığı varlıqların bütün ehtiyaclarına kifayət edən)

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Ondan qeyriləri ilə qorxudurlar. Allah`ın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz. (Zumər surəsi, 36)

Allah`a tam yəqinliklə iman etməyən insanların qorxduqları bir çox hadisə və varlıqlar var. Bəziləri insanlardan gələcək zərərlərdən qorxur, bəziləri təbiət hadisələrindən, bəziləri isə mal-dövlətini, sevdiklərini itirməkdən...

Halbuki, Allah yəqinliklə iman edən insanlara Quranda belə buyurur:

"Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa məbud yoxdur. O, həm dirildir, həm də öldürür. O, həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. " (Duxan surəsi, 7-8)

Ayələrdə də bildirildiyi kimi, göylərdə və yerdə tək ilah Allah`dır. Möminlər bilir ki, Ondan başqa heç bir varlıq özlərinə zərər və ya fayda verməyə qadir deyildir. Əgər çətinliklə qarşılaşsalar, Allah`a yönəlir və Onun özlərinə kömək edəcəyini, dualarına qarşılıq verəcəyini bilirlər. Allah`dan başqasından kömək, fayda ummurlar. Çünki yer üzündə tək güc sahibi olan Odur və heç bir varlığın Onun diləməsi xaricində zərər və ya fayda vermə qabiliyyəti yoxdur.

Buna görə də, həqiqətən, iman edən insan yalnızca Allah`dan kömək istəyir, yalnızca Allah`dan qorxur. Necə ki, yuxarıdakı ayələrdə xəbər verilən 'Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?'şəklindəki sualdan sonrakı ayələr belə davam edir:

Allah`ın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi? (Zumər surəsi, 37)

...De: "GBir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah`dan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi? " De: "Mənə Allah yetər..." (Zumər surəsi, 38)

...De: "Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər? Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır." (Fəth surəsi, 11)

QƏHHAR (Qəhr edən, hər şeyə istədiyini edəcək surətdə qalib və hakim olan)

O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) tək olan, qalib gələn Allah`ın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)

Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allah`ın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allah`a baş qaldırdıqları üçün səhər vaxtı heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi, Allah`ın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz.

Lakin bütün bu saydıqlarımız Allah`ın dünya həyatında insanlara verdiyi əzablardır və onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allah`ın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək.

Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm odu ilə yanan dərilərini yeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allah`dan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allah`ın bu vədi ayələrdə belə xəbər verilir:

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 18)

De: "Göylərin və yerin Rəbbi kimdir?" De ki: "Allah`dır!" De: "Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allah`dır. O, təkdir, qalib gələndir." (Rəd surəsi, 16)

O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah`dan gizli qalmayacaqdır. (Allah deyəcək:) "Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah`a!" (Mömin surəsi, 16)

Allah "qəhr edici" sifətini inkara davam edən və axirətə qədər iman etməyən kəslərə yönəldir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz bağışlayıcı və mərhəmətli olandır. Səmimi şəkildə tövbə etdikdə Allah qullarının bütün günahlarını bağışlayır. İman edən qullarına dünya və axirətdə yardım edir, onları rəhməti ilə dəstəkləyir. Allah Quranda səmimi qullarına əzab vermədiyini və möminlərin üzərindəki ehsanını belə bildirir:

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükürə qiymət verəndir, biləndir! (Nisa surəsi, 147)

QƏYYUM (İdarə edib qüvvədə saxlayan)

Allah... Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. (Ali-İmran surəsi, 2)

Bəzi insanlar kainatdakı qüsursuz sistemin bir dəfə yaradıldığını və bundan sonra da özbaşına buraxıldığını düşünürlər. Bu səhv düşüncə həmişə deyilməsə də, insanların şüur altına hakim olan ümumi fikirdir. Bu düşüncə özlərini Allah`a qarşı məsul saymayan, Allah`ın əmrlərinə tabe olmağı qəbul etməyən insanlar arasında bir növ qaçış yoludur. Belə düşündükləri zaman Rəbbimizə qarşı olan məsuliyyətlərinin azalacağını düşünürlər.

Ancaq varlığın təməlində o qədər incə və həssas detallarla nizamlanmış qanunlar, səbəblər var ki, hər an üstün bir gücün idarəsi olmadan fəaliyyətlərini davam etdirmələri mümkün deyil. Görən, eşidən və görüb-eşitdiklərindən bəsirətlə nəticə çıxarmağı bacaran insanlar bu böyük həqiqəti dərhal görürlər. Necə ki, Fatir surəsinin 41-ci ayəsində Allah göyləri və yeri Özünün saxladığını belə bildirir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)

Yuxarıdakı ayədən də göründüyü kimi, kainatı Allah yaratmışdır və onu hər an nəzarəti altında saxlayır. Kainatdakı həssas tarazlıqların, fövqəladə incəliklərlə dizayn edilmiş sistemlərin davam etməsi Allah`ın idarəsi ilə mümkündür. O diləməzsə, heç nə varlığını davam etdirə bilməz. Allah yoxdan var etdiyi kainatı Qəyyum sifəti ilə qoruyub saxlayır. Bu həqiqəti xəbər verən ayələr belədir:

Allah... Ondan başqa ilah yoxdur, yaşayandır, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

(O gün) üzlər yaşayan, (yaradılanların) Qəyyumu qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha Surəsi, 111)

Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. Yeri də Biz döşədik. Döşəyənlər necə də gözəldir! Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız! Allah`a tərəf qaçın! Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm! Allah`la yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan açıq-aşkar qorxudan bir Peyğəmbərəm!   (Zariyat surəsi , 47-51)

QARİB (Yaxın olan)

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allah`ı haqqı ilə tanımayanlar və Quran ayələrindən uzaq yaşayanlar, Allah`ın varlığı haqqında çox səthi və az məlumata sahibdirlər. Bunlardan:"Yeri və göyləri yaradan kimdir?" deyə soruşduqda: "Allah`dır", - deyirlər. Lakin insanı ən incə detalına qədər planlayıb, ən gözəl surətdə yaradan Allah`ın göylərdə olduğunu və özlərindən çox uzaqda olduğunu zənn edirlər. Halbuki, Allah qatından göndərdiyi ayələrlə Özünü qullarına tanıdır. İnsana nə qədər yaxın olduğunu “Qaf” surəsinin 16-cı ayəsində belə bildirir:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)

Belə ki, "iki adam danışarkən üçüncüsü Allah`dır, üç adam danışarkən dördüncüsü Allah`dır. " İnsan pıçıldasa da, Allah onu eşidir, yerindən tərpənsə belə, onu görür. Allah adamın içindən keçən hər düşüncəni bilir. O, yatarkən də, yeriyərkən də, danışarkən də Allah onun yanındadır. O, bütün bunları edərkən Allah`ı görə bilmir, lakin Allah onu görür.

... Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, cavab verəndir." (Hud surəsi, 61)

De: "Əgər mən (haqq) yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, eşidəndir, yaxındır." (Səba surəsi, 50)

QASİM (Paylaşdıran, ruziləri, nemətləri ədalət, hikmət və rəhmət içində bölüb hamıya nəsibini verən)

Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir. (Zuxruf surəsi, 32)

Amazonda yüz illərlə yıxılmadan dayanan ağaclar, şimal qütbündə hər tərəfi buzlarla əhatə olunmuş adada yaşayan pinqvin dəstəsi, səhrada 30 il heç tərpənmədən dayanan kaktus, yağış meşələrində daşıdıqları yarpaqlardan istehsal etdikləri göbələklərlə bəslənən qarışqalar və bunlar kimi milyonlarla il həyatlarını davam etdirən canlılar dəstəsi...

Yuxarıda sadalanan və sadalanması mümkün olmayan canlıların hamısı yaşamaq üçün qidalanmağa möhtacdır. Bəzisinin həddən artıq suya ehtiyacı olur, bəzisi illərlə heç su içmir, biri istini sevərkən, digəri istidə yaşaya bilmir. Bununla yanaşı, hamısının bir yerdə yaşaması üçün bir çox şərtin eyni anda olması vacibdir. Bütün bu canlıları yaradan Allah hər birinin ehtiyaclarını ayrı-ayrı yaratmışdır.

Allah 100 illərlə meşədə olan ağacı, burada adı çəkilən və ya çəkilməyən bütün canlıları qidalandırır və qoruyur. Bununla yanaşı, hamısına eyni torpaqla ruzi verir. Torpağın içindəki bütün mineralları, göydən endirdiyi yağışı canlılar arasında bərabər paylaşdırır.

Allah yaratdığı hər şeyin ehtiyacını qarşılaması və yaratdığı canlılar arasında rəhmətini paylaşdırması ilə sonsuz şəfqətini, mərhəmətini göstərir. Əlbəttə, insan da bu canlılar arasındadır. Allah insanın yaşaması üçün növbənöv nemətlər yaratmış, ehtiyacı olan hər şeyi özünə vermişdir. Necə ki, bu əhəmiyyətli həqiqətə Quranda belə diqqət çəkilir:

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah`ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın yazıdadır. (Hud surəsi, 6)

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. (Rəhman surəsi, 16-29)

QAVİ (Çox güclü olan )

(Bunların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allah`ın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir, cəzalandırması da şiddətlidir. (Ənfal surəsi, 52)

Tarix boyu Allah müxtəlif qövmlərə elçilər göndərmiş, onların vasitəsi ilə insanlara yönəlməli olduqları doğru yolu bildirmişdir. Göndərilən elçilər də tək ilahın Allah olduğunu, yalnız Allah`dan qorxub çəkinməli və əmrlərini yerinə yetirməli olduqlarını qövmlərinə təbliğ etmişlər. Ancaq "Bu, ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir" (Mömin surəsi, 22) ayəsində bildirildiyi üzrə qövmlərin çoxu inkar etmiş, elçiləri yalanlamış və Allah`ın əzabına düçar olmuşlar.

Hər dövrdə Allah`ın göndərdiyi elçiləri inkar edən, onlara mümkün olduğu qədər çətinlik yaratmağa çalışan inkarçılar Allah`ın əzabını görənə qədər bu hərəkətlərindən imtina etməmişlər. Onlar yer üzündə iqtidar, güc və sərvət sahibi olduqlarını düşündükləri üçün özlərini haqlı görmüş, təkəbbürlənmişlər. Halbuki, unutduqları çox əhəmiyyətli bir gerçək var: Allah ən böyük güc sahibidir.

Bu əhəmiyyətli gerçəyi qavramayan inkarçılar həmişə təkəbbürlənmişlər. Allah dilərsə, bütün mallarının bir fırtına ilə yox olacağını, şiddətli bir yağışla əkinlərinin məhv ediləcəyini, bir mikrobla bütün yaxınlarının ölə biləcəyini və bunun kimi bir çox səbəbi görməzlikdən gəlmişlər. Nəticədə, yer üzündə də, ölümdən sonra axirətdə də Allah`ın əzabı ilə üz-üzə gəlmişlər. Allah inkarçılara Quranda belə səslənir:

İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 74)

Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

Allah Özünün üstün əxlaqını, ucalığını və böyüklüyünü gərəyi kimi təqdir edən qullarına qarşı isə sonsuz rəhmət sahibi olandır. Quranda möminlərin Allahın rəhməti ilə müjdələndikləri belə bildirilir:

İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə qovuşdurar. Nəim cənnətlərində onların (köşkləri) altından çaylar axar. Onların oradakı duası "Pərvərdigara! Sən paksan, müqəddəssən!", orada salamlaşması "Salam!",duası: "Həmd olsun aləmlərin Rəbbi Allah`a!"sözləridir. (Yunis surəsi, 9-10)

 

KƏBİR (Çox böyük )

(Allah) qeybi və aşkarı biləndir, böyükdür, ucadır. (Rəd surəsi, 9)

Allah kainatdakı bütün canlıları öz idarəsi altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq fırlanan elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir.

Allah hamısının qədərini (qismətini) ən incə detalına qədər təyin edir. Qeybin elmi yalnız Allah`a məxsusdur. Allah`ın sonsuz ağlını, elmini, bağışlamasını, mərhəmətini və əzabını insanın qavraması qeyri-mümkündür. Allah dilədiyi hər şeyi yaratmağa qadirdir.

Heç kim Onun qərarlarına kiçik bir müdaxilə belə edə bilməz. Allah kainatdakı hər hansı bir canlı üçün zərər diləyərsə, onu heç kim qaldıra bilməz, rəhmət dilədiyində də Onun rəhmətinə heç kim mane ola bilməz.

İnsanın vəzifəsi isə sadəcə bu cür böyük gücün qarşısında hörmət dolu bir qorxu ilə səcdə etmək, hər şeyin hakimi olan Rəbbimizə sığınıb özünə mərhəmət etməsini istəməkdir. Çünki Allah mərhəmət etməzsə, insanın qurtulması mümkün deyil. Allah`ın böyüklüyü və Ondan başqa ilah olmadığı ayələrdə belə xəbər verilir:

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür. (Həcc surəsi, 62)

Bu, belədir. Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah ən ucadır, ən böyükdür. (Loğman surəsi, 30)

Onun hüzurunda, izn verdiyi kimsələr istisna olmaqla, heç kəsin şəfaəti fayda verməz. Nəhayət, ürəklərindən o qorxu çıxınca onlar: "Rəbbiniz nə buyurdu?" deyə soruşar, o biriləri də: "Haqqı. O, ucadır, böyükdür!" deyə cavab verərlər.
De: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?" De: " Allah`dır! Elə isə doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?"
De: "Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq! "
De: "Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!"
De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allah`dır! " (Səba surəsi, 23-27)

KƏRİM (Kərəmi bol olan, comərd olan )

... Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir! (Nəml surəsi, 40)

Allah kainatı ən incə detalına qədər yaratmış və Öz sifətləri ilə şəkilləndirmişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəlliləridir. Digər bütün varlıqlar kimi insanlar da Onun diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir tikə ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və beləliklə, Allah`ın yaratma sənətini əks etdirir. Necə ki, ayələrdə insanın üstünlüyü belə bildirilmişdir:

Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)

Ancaq bəzi insanlar düşünmə qabiliyyətinə sahib olduqları halda, bu cür mükəmməl təşkil edilmiş dünyaya necə gəldiklərini, ətraflarındakı saysız neməti kimin verdiyini düşünmürlər. Quranda bu insanlar üçün belə deyilir:

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor. (İnsan surəsi, 1-3)

Özünə verilmiş qabiliyyətdən istifadə edən və görüb-düşünən insan isə özünü kimin yaratdığını, özünün əldə edə bilməyəcəyi saysız neməti ona kimin verdiyini, hiss etmə, düşünmə qabiliyyətlərinə necə sahib olduğunu düşünür. Bunları düşünən insanın qarşısına çıxan gerçək budur: Onu var edən və əsla gücünün çatmayacağı üstün nemətləri bağışlayan, son dərəcə comərd bir yaradıcı var. Bu yaradıcı göyün və yerin Rəbbi olan Allah`dır və Quranda insanlara belə buyurur:

Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün! Axı sənin axır dönüşün Rəbbinədir! (Ələq surəsi, 1-8)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, insanın özünü yaradan ən böyük kərəm sahibi olan Allah`a qarşı vəzifəsi şükür etməkdir. Allah insana saysız nemətlər vermiş və qarşısında da yalnız Özünə ’qulluq etməsini, təkəbbür etməməsini istəmişdir. Bu, Allah`ın səmimi qullarının sahib olduqları əxlaqdır. Onlar da dünyada göstərdikləri bu fəzilətli davranışlarının qarşılığını axirətdə daha gözəli ilə alacaqlar.

Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

 

Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah`ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34)

QUDDÜS (Səhvdən, qəflətdən və hər cür əskiklikdən çox uzaq, çox təmiz )

Göylərdə və yerdə olanların hamısı Məlik, Quddüs, Əziz, Hakim olan Allah`ı təsbeh edər. (Cümə surəsi, 1)

Allah yerdə, göydə, kosmosda, torpağın altında olan hər şeyin, qısası mikro və makro aləmlərdəki hər şeyin tək yaradıcısıdır. İnsanın gözünü çevirib ətrafına baxdığı zaman gördüyü və görmədiyi hər yerdə olan nizam, qanunlar, sabit quruluş tamamilə Allah`a aiddir. "Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz..." (Fatir surəsi, 41) ayəsi ilə bildirildiyi kimi, var olan bütün sistemi təşkil edən və qoruyan Odur.

Allah`ın yaratdığı aciz insanlar səhv edir, unudur, qəflətə düşürlər. Eyni zamanda, həm bədəni, həm ruhi cəhətdən son dərəcə əskik və acizdirlər. Ömürləri boyu bədənlərinə baxmaq, yaşamaq üçün ona davamlı qulluq etmək məcburiyyətindədirlər. Bir az çox işləsələr, bir neçə gün yuxusuz və ya bir gün susuz qalsalar, çox aciz vəziyyətə düşürlər. Ancaq hər şeyin yaradıcısı və ən gözəl adların sahibi olan Allah bütün əskikliklərdən münəzzəhdir. Allah`ın sonsuz gücü, ucalığı, ağlı və sərhədsiz elmi Quranda insanlara bildirilmişdir. Bir ayədə Allah belə buyurur:

Allah, Ondan başqa ilah yoxdur, Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah`dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allah`ı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! Allah mələklərdən də elçilər seçər, insanlardan da. Həqiqətən, Allah eşidəndir, görəndir! (Allah) onların önlərindəkini də, arxalarındakını da bilir. Bütün işlər Allah`a qayıdar! Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə "Müsəlman" adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah`a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!   (Həcc surəsi, 73-78)

LƏTİF (Lütf sahibi, lütf edən)

Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir. O, qüvvətlidir, qüdrətlidir. (Şura surəsi, 19)

Daha əvvəl də dediyimiz kimi, dünyada iki cür insan yaşayır: Allah`a təslim olanlar və Onu inkar edənlər. Allah çoxlu sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allah`ı unutduqları, vicdanları qəbul etdiyi halda inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar.

Allah`a təslim olan, Onun razılığı üçün yaşayan insanlar isə dünyada və axirətdə xoşbəxt yaşayırlar. Şübhəsiz, insanların elçilərlə, kitablarla xəbərdar edilmələri və beləliklə, doğru yolu tapmaları Allah`ın lütflərindən biridir. Quranda Allah`ın möminlərə olan lütfü belə bildirilmişdir:

Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki, əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali-İmran surəsi, 164)

Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə kömək edərək də lütfünü göstərir. Quranda keçmiş qövmlərdən bəhs edilən hekayələrdə Allah`ın səmimi qullarına dəstək olması, onlara lütf etməsi ilə əlaqədar müxtəlif nümunələr verilmişdir. Məsələn, Allah hz. Musanın qövmünü fironun zülmündən qurtarmış və onları yer üzünə varis etmişdir. Bu həqiqət ayələrdə belə bildirilir:

Həqiqətən, firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 4-5)

Allah iman edənlərin dünyada tək dostu və vəlisi olduğu kimi, axirətdə də onlara kömək edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Necə ki, möminlərin cənnətdəki ifadələri bu gerçəyi belə bildirir:

Onlar deyəcəklər: "Biz əvvəllər ailəmiz içində olarkən qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, rəhmlidir!" (Tur surəsi, 26-28)

Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir. (Mülk surəsi, 14)

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, xəbərdardır. (Ənam surəsi, 103)

Məgər Allah`ın göydən yağış yağdırdığını və yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır. (Həcc surəsi, 63)

"(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. " (Loğman surəsi, 16)

MAKİR (Tələ quran)

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Tarix boyu haqq dinə qarşı hiylə quran inkarçılar öz eqoist istəkləri üçün (iqtidar həvəsi, fərdi mənfəətləri kimi) insanları dindən uzaqlaşdırmağa çalışmış və onları axirətdə: "...Siz bizə Allah`ı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz." (Səba surəsi, 33) deyəcəkləri vəziyyətdə qoymuşlar. Ancaq burada diqqət edilməli çox əhəmiyyətli bir nöqtə var, Allah bir ayəsində belə bildirir:

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki, bütün hiylələr Allah`a aiddir... (Rəd surəsi, 42)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, hiylə Allah`a aiddir, buna görə də inkarçıların qurduqları hiyləyə qarşılıq olaraq ən böyük hiyləni quran yenə Allah`dır. Allah “İbrahim” surəsinin 46-cı ayəsində inkarçıların möminlərə qarşı tələ qurmaq istəyərkən içində olduqları çıxılmaz vəziyyətə belə diqqət çəkmişdir:

(Zalımlar) öz hiylələrini qururdular. Halbuki, onların hiyləsi Allah`a bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Ayələrdən də göründüyü kimi, möminlərə qarşı qurulan hiyləli tələlərə qarşılıq olaraq Allah qatında mütləq rəhmani, yəni möminləri qorumaq üçün nizam var. Bu, Allah`a görə çox asandır. Allah elçilərini, möminləri hədəf seçən tələlərin hamısını puç edir və tələlərini inkarçıların öz başlarına keçirir. Ayədə buyurulduğu kimi: "... Allah daha tez hiylə qurar..." (Yunis surəsi, 21)

Şübhəsiz, Allah hər hadisəni bir xeyirlə yaradır. Allah inkarçıların bütün bu cəhdləri ilə iman edənləri imtahandan keçirir. Yaratdığı hadisələrdəki xeyir və gözəllikləri görə bilən qullarına yardım edir və bütün bunları onların lehinə çevirir.

Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allah`ın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah`ın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!  (Əraf surəsi, 97-99)

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz! ( (Həcc surəsi, 38)

MALİKİ-YƏVMUD-DİN (Din gününün sahibi )

Din gününün Malikidir. (Fatihə surəsi, 3)

İnsanların öldükdən sonra diriləcəkləri, bir yerə yığışaraq hesab verəcəkləri gün din günüdür. O gün insanın başqaları ilə, hətta öz anası, atası, yoldaşı və uşaqları ilə belə maraqlanmağa nə halı, nə fürsəti var. Din gününün şiddəti və fövqəladə qorxusu hər kəsi öz dərdinə salmışdır. Allah o diriliş gününü, digər adı ilə din gününü Quranda belə təsvir edir:

Sən haradan biləydin ki, haqq-hesab günü nədir? Doğrudan da sən haradan biləydin ki, haqq-hesab günü nədir? O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allah`a məxsus olacaqdır! (İnfitar surəsi, 17-19)

O gün dünya həyatında insanın ən çox dəyər verdiyi şeylərin Allah`ın əzabı qarşısında heç bir əhəmiyyəti yoxdur. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, qohumluqların heç bir mənası qalmayıb. Tək dəyər insanın imanıdır. Heç kim heç kimə kömək edə bilməz. İçində olduğu bu çətin vəziyyətdən onu ancaq Allah qurtara bilər. O da yenə Allah`ın diləməsinə bağlıdır.

İnsan din gününün tək sahibi olan Allah`ın hüzurunda ilk yaradıldığı kimi təkdir. Dünyadakı həyatı ərzində hər etdiyi, hər düşündüyü din günündə qarşısına çıxmışdır. Ən kiçik bir detal belə unudulmamışdır. Allah əzəmət və şanına yaraşan bir mühit yaratmış və yaratdığı qullarını sorğu-suala tutmuşdur. Ancaq kimi diləyərsə, onu rəhməti ilə qurtarar.

İnkarçıların çox böyük peşmanlıq yaşadığı bu gün möminlər şən və sevinclidirlər. "... O gün Allah peyğəmbəri və onunla birlikdə iman edənləri utandırmayacaq..." (Təhrim surəsi, 8). Çünki Allah Quranda "elçilərinə və iman edənlərə həm dünya həyatında, həm də şahidlərin (şahidlik üçün) gətiriləcəkləri gün kömək edəcəyini " vəd etmişdir.

O günün tək sahibi Allah`dır və əmr Onundur. Ayələrdə belə buyurulur:
Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən görməyə başlayacaqlar. (Günahkarlar)
Deyəcəklər: "Vay halımıza! Bu ki, haqq-hesab günüdür!"
(Onlara deyiləcək:) "Bu, yalan saydığınız ayırd etmə günüdür!" (Saffat surəsi, 19-21)
O gün yalan hesab edənlərin vay halına!
O kəslərin ki, haqq-hesab gününü yalan hesab edirlər.
(Amma) bunu həddini aşan günahkardan başqa heç kəs yalan hesab etməz. (Mutəffifin surəsi, 10-12)
Onlar: "Əgər doğru söyləyirsinizsə, bu vəd nə vaxt yerinə yetəcək?" deyərlər. Onlar bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə bənddirlər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Onlara deyiləcək:)". Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş! Yalnız bir dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar.(Yasin surəsi, 48-53)

MALİKÜL-MÜLK (Mülkün əbədi sahibi )

De: "Ey mülkün sahibi Allah`ım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən." (Ali-İmran surəsi, 26)

Hal-hazırda, gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin yaradıcısı Allah`dır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi yaradan Allah`ın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağlının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınız zaman həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də yaşadığınız dünya ilə və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmağınız mümkün deyil. Əlbəttə, bu həqiqət bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin yaradıcısı və sahibi olan Allah`a məxsusdur.

Bu həqiqətə baxmayaraq, insan bunları unudur və Allah`ın açıq-aşkar varlığını görməzlikdən gəlib əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan təkəbbürlənir və inkar edir. Lakin bu inkar yalnız özünə zərər verir, çünki hz. Musanın söylədiyi kimi: "... Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah`a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir." (İbrahim surəsi, 8)

MƏCİD (Şanı böyük və yüksək)

Ərşin sahibidir; Məciddir. (Büruc surəsi, 15)

Allah`ın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, Ona "inanmadıqlarını" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki təkəbbürə görə inkar edirlər.

Allah`ın kainatda yaratdığı möhtəşəm gözəlliklər, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqdakı ulduzlar, böyük səs-küylə və inanılmaz güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülmüş minlərlə metr yüksəklikdəki dağlar, içində bir-birindən fərqli rəngdə və səsdə saysız canlı növləri olan meşələr Allah`ın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan vulkan, hər şeyi önünə alıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi dağıdan tayfun, yalnız Allah`ın gücünün nümunəsidir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.

Sadalananlar və burada sadalanmayan milyonlarla nümunə yalnız Allah`ın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir. Allah ayələrdə belə buyurur:

"Doğrudan da Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmuşdur. " (Cin surəsi, 3)
Onlar dedilər: "Allah`ın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allah`ın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir" (Hud surəsi, 73)

MƏLCA (Özünə sığınılan )

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)

İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan qarşısına çıxa biləcək çətin, yaxud asan hər hadisəni kainatın yaradıcısı və hakimi olan Allah`a yönəltmiş, Ona sığınmışdır. Problemləri həll etmənin və ya zərərin qarşısını almanın bütün yollarının Allah`a dayandığını bilmək, bütün işlərdə yalnız Ona sığınmaq qullar üçün böyük güvən qaynağıdır.

Bu sığınma gücü məhdud və sonlu olan insanın sonsuz güc və qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsi ilə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, yaxud ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allah`dan istəyir. Allah`dan başqa kömək axtaranların isə öz nəfslərinə belə gücü çatmaz. İstəyən aciz olduğu kimi, özündən istənən də eyni mövqedədir, acizdir. Allah Özündən başqa kömək axtaranların içində olduqları vəziyyəti aşağıdakı ayədə bir nümunə ilə belə açıqlayır:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

İnsanların hamısı çətinliyə düşdükləri zaman Allah`dan başqa sığınacaq bir güc olmadığını anlayırlar və Allah`ın yardımını ümid edirlər. Bu həqiqət Quranda belə bildirilmişdir:

De: "Acizanə və gizlicə: Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?" (Ənam surəsi, 63)

İnsanın çətin anında yalnız Allah`ı ağlına gətirməsi, əslində, tək sığınacağı varlığın Allah olduğunu bildiyi mənasına da gəlir. Elə isə insan gecikmədən ayədə xəbər verildiyi kimi, Rəbbimizə sığınmalıdır:

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz! O, saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inanmaz! Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər! " (Mömin (Ğafir) surəsi, 58-60)

 

3 / total 8
"Harun Yəhyanın Allahın İsimləri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
SAYIN ADNAN OKTAR VE ARKADAŞLARININ DURUŞMALARIN İLK HAFTASINDAKİ...
DAVAMIZ METAFİZİKTİR
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.