Xalqların Həlakı

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 12

Giriş : Keçmişdəki Xalqlar

“Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər”
(“Tövbə” surəsi, 9/70)

Allahın peyğəmbərlər vasitəsilə göndərdiyi müqəddəs çağırış bəşəriyyətin yaradıldığı ilk gündən insanların nəzərinə çatdırılır. Bəziləri buna qulaq asdılar, bəziləri isə onu rədd etdilər. Bəzən də elə oldu ki, bütöv bir kafirlər tayfasından yalnız cüzi bir insan toplusu Peyğəmbərin (s.ə.v.) ardınca getdi.

Ancaq müqəddəs çağırışın göndərildiyi xalqların böyük əksəriyyəti onu qəbul etmədi. Bundan əlavə, bu xalqlar Uca Allaha itaətsizliklə kifayətlənmir, həmçinin onlara göndərilən peyğəmbərləri və onlara inanan ardıcıllarını kobudcasına alçaldır, onları məsxərəyə qoyurdular. Hər dəfə peyğəmbərləri “yalanda, kafirlikdə və sehrbazlıqda, divanəlikdə, acgözlükdə və azğınlıqda” təqsirləndirirdilər. Üstəlik, xalqın içindən çıxan əyanlar peyğəmbərlərin həyatına da qəsd edirlər, halbuki peyğəmbərlərin hər biri öz xalqına ona nəsihət vermək və ona Allaha səcdə etməyin vacibliyini xəbər vermək üçün göndərilmişdi. Onlar nə pul, nə vəzifə, nə də digər dünyəvi nemət istəmirdilər. Onların bütün fəaliyyəti yalnız xalqı haqq dinə qayıtmağa və başqa həyata başlamağa dəvət etməkdən ibarət idi.

Keçmişdəki tarixi hadisələrin parlaq nümunəsi kimi Şuayb peyğəmbərlə onun göndərildiyi Mədyən çarlığının xalqı arasında baş verən hadisəni göstərmək olar. Mədyənliləri onların törətdiyi ədalətsizliklərdən çəkinməyə və Allaha inanmağa səsləyən Şuayb peyğəmbərin gəlişinə reaksiyası diqqəti xüsusilə cəlb edir:

“Mədyən əhlinə də qardaşları Şüeybi peyğəmbər göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi bürüyəcək bir günün əzabından qorxuram!

Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!”

Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

Belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə mən öz Rəbbimə asi ola bilərəmmi? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!

Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir!

Rəbbinizdən bağışlanmanızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!”

Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!”

Dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!

Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”

Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar.

Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi uzaq oldu!” (“Hud” surəsi, 11/84-95).

Allah onları xeyirxahlığa və ədalətə səsləyən Şuayb peyğəmbəri “daşlarla döyərək” öldürməyi düşünən Mədyən xalqını bu cür cəzalandıraraq məhv etdi. Mədyənlilər Quranda adı çəkilən yeganə misal deyillər. Şuayb və onun xalqı arasında olan dialoqlardan da aydın olduğu kimi, Mədyən sakinlərindən əvvəl və sonra da bir çox icma və tayfalar yer üzündən Allahın qəzəbi nəticəsində silinmişdir.

Daha sonra biz keçmişin məhv olmuş sivilizasiyaları haqda arxeoloji məlumatlardan bəhs edəcəyik. Quranda bu xalqların həyat tarixi bütün təfsilatı ilə təsvir edilir. Uca Allah insanları bu çarlıqların başına gələn pis aqibət haqda düşünməyə və bundan özləri üçün dərs götürməyə çağırır.

Maraqlısı budur ki, Allahın qəzəbinə uğramış xalqlar əksər hallarda yüksək səviyyədə inkişaf etmiş sivilizasiyaya malik idilər. Bu xüsusiyyət Quranda xüsusi qeyd edilir:

“Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar: “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” - deyərək ölkə-ölkə gəzib dolaşmışdılar” (“Qaf” surəsi, 50/36).

Ayədə həmin cəmiyyətlərin “güclü” olmasından bəhs edilir, görünür, adıçəkilən cəmiyyətlər güclü hərbi-dövlət sisteminə malik idilər, yeni torpaqları və xalqları işğal edir, başqalarından fərqlənən özünəməxsus arxitekturaya malik şəhərlər salırdılar.

Məhv olmuş səltənətlərin bu xüsusiyyətləri sizə texnologiya və elmin köməyi ilə yaradılmış yüksək inkişaflı dünya, mərkəzləşdirilmiş dövlətlər və böyük şəhərlər yaradan, ancaq bütün bunların Allahın bəxş etdiyi gücün sayəsində mümkün olduğunu unudan əksər müasir cəmiyyətləri xatırlatmırmı?! Bu cəmiyyətlər Allahın rəhminə etinasızlıq göstərərək Onun əmrlərinə tabe olmurdular. Ancaq ayədə deyildiyi kimi, məhv edilmiş xalqları nə yüksək inkişaflı sivilizasiya, nə də güc həlak olmaqdan xilas edə bilmədi, çünki onların irəli sürdükləri hər şey Allahın qanunlarını inkar etməyə, nifaq toxumu səpməyə və yer üzündə hərc-mərclik yaratmağa əsaslanırdı. Ətrafımızda ədalətsizlik və əzab toxumu səpdiyimiz müddətdə bizi də bu cür tale gözləmirmi?

Arxeoloji tədqiqatların nəticələri hadisələrin doğruluğunu faktiki olaraq təsdiqlədi və Quranın ibrətamiz xarakterini aydın və inandırıcı şəkildə göstərdi. Uca Allah bizi əvvəlki nəsillərin başına gələnləri unutmamağa və yer üzündə Onun rəhminə layiq yaşamağa çağırır:

“Səndən əvvəl də ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər göndərdik. Məgər yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz! Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. Bu Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!” (“Yusif” surəsi, 12/109-111).

Qurani-Kərimdə bəhs edilən keçmişdəki hadisələrin hekayələri şüurlu insan üçün bir ibrət dərsidir. Allah-Təalaya qarşı çıxan, Onun əmrlərini rədd edən və Onun peyğəmbərlərini ələ salan xalqlar bizim üçün ibrətdir. İnsanın uydurma gücü Allah qarşısında necə də miskin və cılızdır. Biz keçmişin ibrətamiz hadisələrini sizə xronoloji ardıcıllıqla çatdıracağıq. Şüurlular isə bunların üzərində düşünəcəklər...

 

2 / total 12
"Harun Yəhyanın Xalqların Həlakı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top