Xalqların Həlakı

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
6 / total: 12

4 Hissə – Ad Qövmü və Qumluqlarin Atlantidasi - Ubar

"Ad qövmü isə uğultulu, çox şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!"
("Haqqə" surəsi, 69/6-8).

Quranın bir çox surələrində nəsihət üçün daha bir xalqın - Ad xalqının düşkünlüyü, deqradasiyası və məhv olması tarixi verilir. Xalqın kədərli tarixi Nuh peyğəmbərin xalqı barədəki hekayətlə eyni xatırladılır. Ad xalqına göndərilmiş Hud peyğəmbər öz xalqını tək olan Allaha inanmağa, Ona yeni tanrıları şərik qoşmamağa və Onun əmrlərinə tabe olmağa çağırırdı, ancaq xalq Hudu ağılsızlıqda, yalanda və əcdadlarının qoyduğu "düzgün" sistemi dəyişmək cəhdində günahlandıraraq ona düşmənçiliklə cavab verdi.

Qurani-Kərimdə Hud və Ad xalqı arasında baş verən hadisələr haqda ətraflı bəhs edilir:

"Ad tayfasına da qardaşları Hudu peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz? Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!" Onlar da dedilər: "Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız sənə sədəmə (xətər) toxundurmuşdur". Belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin! Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!" Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq! Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular. Və, beləliklə, dünyada da, qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad kənar oldu" ("Hud" surəsi, 11/50-60).

Ad xalqından bəhs edən daha bir surə "Şuəra" surəsidir. Burada "hər yüksəklikdə əcaib şeylər quran" və "əbədi olmaq" ümidilə "çənlər düzəldən" Ad xalqının bəzi xüsusiyyətlərinə diqqət artır. Bundan əlavə, Ad xalqı başqa xalqları zorakılıqla əsarət altına almaları ilə, öz qəddarlıqları ilə seçilir, fitnə-fəsad, nifaq və hərc-mərclik toxumu səpirdilər. Hud peyğəmbər xalqını qoruduqda onlar peyğəmbərin sözlərini "ilklərin yaradılışı" kimi izah edirdi və cəzasız qalacaqlarına son dərəcə əmin idilər:

"Ad tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Hud onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz! Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!" Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir! Və biz əzaba da düçar olmayacağıq!" Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir!" ("Şuəra" surəsi, 26/123-140).

Hud peyğəmbərə düşmənçilik göstərən və bununla Uca Allahın əmrlərinə qarşı qiyam edən xalq həqiqətən qırıldı. Qorxulu qum fırtınası Ad xalqını məhv etdi, "sanki onlar heç zaman olmamışdılar".

İrəm Şəhərindəki Arxeoloji Tapıntılar

The People of 'AD
ad

1. Irak
2. Iran

3. Suudi Arabistan
4. Umman

5. Ad Kavmi
6. Yemen

Ad Kavmi'nin yaşadığı Ubar kentinin kalıntıları, Umman'ın sahile yakın bir yerinde bulundu.

1990-cı illərin əvvəllərində dünyanın iri qəzet nəşrlərinin ilk səhifələri "Gözəl ərəb şəhəri tapıldı", "Mifik ərəb şəhəri tapıldı", "Qumluqların Atlantidası - Ubar" sərlövhələri ilə bəzənmişdi və onlar ən vacib arxeoloji kəşf barədə xəbər verirdilər. Bu kəşf xüsusi əhəmiyyətə malik idi, çünki bu şəhərin adı Qurani-Kərim ayələrində də keçir. Əksər alimlər Quranda adı çəkilən Ad xalqının bir vaxtlar dünyada yaşayan mifik xalqlardan biri olduğunu və ya Ad xalqının sivilizasiyasının qalıqlarını tapmağın mümkün olmayacağını güman edirdilər. Buna görə də arxeoloqların aşkar etdiyi şəhər elm aləmində sensasiya doğurdu. Yalnız bədəvi əfsanələrinin və nağıllarının zəngin fantaziyasının bəhrəsi kimi təsəvvür edilən şəhər real oldu.

Quranda adıçəkilən bu mifik şəhəri aşkarlayan ilk adam Nikolas Klepp adlı həvəskar arxeoloq idi.19 Ərəbşünas və sənədli filmlər prodüsseri olan Nikolas Klepp ərəb tarixi ilə bağlı materialları öyrənmək prosesində tam təsadüfən çox maraqlı bir kitaba - ingilis tədqiqatçısı Bertram Tomasın 1932-ci ildə yazdığı son dərəcə maraqlı Arabia Felix kitabına rast gəldi. Qədim romalılar Ərəbistan yarımadasında yerləşən və hazırda Yəmən və Omanı özünə daxil edən rayonu Arabia Felix adlandırırdılar. Qədim yunanlar bu rayonu Eudaimon Arabia, orta əsrlərin ərəb alimləri isə "Əl-Yəmən Əs-Səidə" adlandırırdılar.20 Bütün bu adlar "Xoşbəxt Ərəbistan" deməkdir. Çünki Ad xalqı öz dövrünün ən inkişaf etmiş, xoşbəxt və firavan xalqı kimi tanınırdılar.

Bu tərəqqinin səbəbi nə idi? İndi səhralıq olan bu ərazilər nə üçün belə ad almışdı?

Bunun səbəbi buranın Hindistanla Şimali Ərəbistan arasında bərqərar olmuş ədviyyat ticarətinin mərkəzinə çevrilməsi və onun strateji mövqeyi idi. Bundan əlavə, yerli əhali nadir frankincense (büxur) adlı bitkinin becərilməsi və ticarəti məşğul idi. Qədim xalqların böyük tələbat hiss etdiyi bu bitkidən qədim xalqların dini ayinlərində tüstülətmə üçün istifadə edilirdi. Büxur o zamanlar elə yüksək dəyirləndirilirdi ki, dəyəri qızıla bərabər idi.

Ubar lost sity

Ubar'da yapılan kazılarda Kuran'da belirtilen şekliyle birçok sanat yapıları ve yüksek medeniyet eserleri bulundu.

İngilis tədqiqatçısı Bertram Tomas kitabının bir bölümünü "uğur qazanmış" xalqların təsvirinə həsr etdi. O, bəyan etdi ki, bu xalqlardan birinin əsasını qoyduğu şəhərin izinə düşüb. Bu, bədəvilərin Ubar adlandırdığı şəhər idi. B.Tomasın bu yerə tədqiqat ekspedisiyalarından birində səhrada yaşayan bədəvilər ona köhnə cığırı göstərdilər və onun Ubar adlı qədim şəhərə məxsus olduğunu bildirdilər. Ancaq B.Tomas tezliklə, tədqiqatlarını bitirmədən vəfat etdi. 21

Ondan qalma əlyazmaları öyrənən və Tomasın işlərinin davamçısı olan arxeoloq Klepp kitabda adıçəkilən bu itmiş şəhərin mövcudluğuna əmin oldu və vaxt itirmədən axtarışlara başladı.

Klepp Ubarın mövcudluğunu sübut etmək üçün iki tədqiqat üsulundan istifadə etdi: o, bədəvilərin söylədiyi cığırın izlərini tapdı, həmçinin NASA (ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyi) mütəxəssislərindən bu yerin peykdən şəklini çəkməsini xahiş etdi. Uzun-uzadı xahiş-minnətdən və dilətutmalardan sonra NASA bu işlərin aparılmasını bəyəndi və bu rayonun şəklini çəkmək kimi qeyri-adi xahişi yerinə yetirməyə razılıq verdi.22

Bunun ardınca Klepp Kaliforniya ştatının Hantinqon kitabxanasında olan coğrafi xəritələrin və qədim əlyazmaların öyrənilməsinə başladı. O bu rayonun coğrafi xəritəsini tapmağa çalışırdı və qısamüddətli tədqiqatlardan sonra buna nail oldu. Onun tapdığı xəritəni Misir və Yunanıstan vilayətlərində eramızın 200-ci ilində qədim yunan alimi Ptolemey tərtib etmişdi. Xəritədə qədim şəhərin yeri və ona aparan yolun sxemi aydın göstərilirdi.

Bu vaxt NASA-dan çəkilmiş şəkillər haqda məlumat gəldi. Şəkillərdə adi gözlə görünməyən, yüksəklikdən bir bütöv kimi görünən bəzi yolların izləri aşkar edildi. Klepp əlindəki xəritəni bu fotoşəkillərlə tutuşduraraq nəhayət, arzuedilən nəticəyə gəldi. Qədim xəritədə və şəkillərdə işarə edilən yollar tam eyni idi. Onların qırıldığı, kəsildiyi yerlərdə isə böyük bir ərazi var idi. Görünür, firavan şəhər özü keçmişdə elə orada yerləşirmiş.

Nəticədə bədəvilərin şifahi danışıqlarının süjeti olan əfsanəvi şəhərin yeri aşkar olundu. Bir müddət sonra qazıntılar başladı və "qumluqların Atlantidası" adlanan Ubarın xarabalıqları qumların altından tezliklə üzə çıxarıldı.

Ubar excavation

Ubar'da sürdürülen kazı çalışmaları

Hər halda məhz bu qədim şəhərin Quranda bəhs edilən Ad xalqının şəhəri - Ubar olduğuna əminlik necə yarandı?

Hələ qazıntıların lap əvvəlində qumlardan bu xarabalıqların adı Quranda çəkilən Ad xalqının şəhərinə və İrəm sütunlarına məxsus olmasını təsdiqləyən sübutlar çıxırdı. Çünki qazıntılar zamanı tapılan tikililər arasında Quranda xüsusi qeyd edilən hündür sütunlar var idi. Qazıntılarda iştirak etmiş doktor Zarins həmçinin bəyan edirdi ki, şəhər başqa arxeoloji tapıntılardan yüksək sütunların olması ilə fərqlənir və beləliklə, Quranda adıçəkilən Ad şəhəri İrəmdir. İrəm Quran ayələrində belə təsvir edilir:

"Məgər görmürsənmi ki, Rəbbin nələr etdi Ada?! Sütunlar sahibi İrəmə?! Məmləkətlər arasında onun kimisi yaradılmamışdı" ("Fəcr" surəsi, 89/6-8).

ubar

Uzay mekiğinden çekilen fotoğraflarla elde edilen görüntülerde Ad Kavmi'nin yeri tespit edildi. Fotoğrafta ticaret yollarının kesiştiği yer, yani Ubar işaretlenmiştir.

1. Ubar, kazı yapılmadan önce ancak uzaydan görülebiliyor.
2. Yapılan kazılarda 12 metre kumun altından bir şehir çıktı.

Ad Xalqı

Beləliklə, biz müasir arxeoloqların Ubar şəhərinin elə Quranda adı çəkilən İrəm şəhəri olduğunu sübut edən tədqiqatlarını nəzərdən keçirdik. Quran deyir ki, şəhərin əxlaqsız sakinləri onlara vəhy gətirən və Allahın gözlənilən cəzasından qorumaq istəyən peyğəmbərə qulaq asmadılar və məhv edildidər.

İrəmi tikmiş Ad xalqının adı ətrafında da xeyli mübahisələr var idi. Tarixi sənədlərdə bu xalqın qurduğu bu dərəcədə yüksək inkişaf etmiş mədəniyyət və həyat səviyyəsi haqda heç bir məlumat qalmayıb. Tarixi sənədlərdə bu cür məlumatın olmaması çox qəribədir.

Ancaq unutmayaq ki, Ad xalqı Cənubi Ərəbistanda - Orta Şərq və Mesopotamiyanın yaşayış məskənlərindən çox uzaq yerdə yaşayırdılar və onların başqa xalqlarla əlaqələri ya çox məhdud idi, ya da heç yox idi. Çox az tanınan dövlət haqda məlumatın olmaması çox normaldır. Bununla yanaşı, Orta Şərq əfsanələrində Ad xalqı haqda da eşitmək olar.

Yazılı mənbələrdə Ad xalqı haqda məlumatın olmamasının əsas səbəbi yəqin ki, bu regionda yazının hələ yayılmaması idi. Yəqin Ad xalqı dövlət qurublar, ancaq bu, tarixi salnamələrdə qeyd edilməyib. Əgər bu dövlət yazının əmələ gəlməsinə qədər bir müddət fəaliyyət göstəribsə, çox güman ki, indi o haqda daha çox şey məlumdur.

Ad xalqı haqda heç bir tarixi qeydlər yoxdur, ancaq sirli xalqın mövcudluğunu işıqlandıran "əcdadları" haqda məlumatlara rast gəlinir.

Ad Xalqının Törəmələri - Hədramilər

Ad xalqının və ya onların əcdadlarının tikdiyi güman edilən sivilizasiya izlərinin axtarışını ilk növbədə qumluqların Atlantidası - Ubar yerləşən Cənubi Yəməndən başlamaq lazımdır. Yunanların "uğur qazanmış ərəblər" adlandırdıqları dörd xalq - hədramilər, səbalılar, minalar və qatabanlılar məhz burada yaşayırdı. Bu xalqlar bir-birinə yaxın ərazilərdə yetərincə uzun müddət ərzində hökmranlıq etdilər.

İndi əksər tarixçilər iddia edirlər ki, Ad xalqı müəyyən dəyişikliklər dövrünü keçdilər və yenidən tarix səhnəsinə çıxdılar. Bu alimlərdən biri Ohayo Universitetindən olan tədqiqatçı doktor Mikail H.Rəhman hesab edir ki, Ad xalqı Cənubi Yəməndə yaşamış dörd xalqdan birinin - hədramilərin əcdadları idilər. Meydana çıxması e.ə. 500-cü illərə uyğun gələn hədramilər "uğur qazanmış ərəblər" adlananların arasında ən az tanınanlarıdır. Bu xalq uzun müddət ərzində bütün Cənubi Yəmən rayonuna nəzarət edirdi, ancaq o, e.ə. 240-cı ildə dövlətçiliyin uzunmüddətli süqutu dövründən sonra öz mövcudluğuna son qoydu.

Hədrəmilərin Ad xalqının əcdadları olmasının sübutu çox güman ki, elə bu xalqın adındadır. E.ə. üçüncü əsrdə yaşamış qədim yunan yazıçısı Plini bu xalqı "Adramitai", yəni hədramilər adlandırırdı.23 "Adramitai"nin ismi isə "hədrəm" sözüdür. Çox güman ki, "hədrəm" sözü Quranda "Ad-ı-Irəm", yəni “İrəm Ad xalqı" kimi keçir və o dövrdən bəzi fonetik dəyişikliklərə məruz qalıb.

Qədim yunan coğrafiyaçısı Ptolemey (b.e. 150-160) Ərəbistan yarımadasının cənubunu "hədramiai" xalqının yaşayış rayonu kimi göstərir. Bu rayon yaxın zamanlara qədər "Hadramaut" kimi tanınırdı. Hədrəmilər dövlətinin paytaxtı Sabvah Hadramaut dərəsinin qərbində yerləşirdi. Həmçinin qeyd etmək lazımdır ki, deyilənlərə görə, Ad xalqına göndərilmiş Hud peyğəmbərin qəbri məhz Hadramautda yerləşir.

Hədrəmilərlə Ad xalqının qohumluğuna işarə edən digər amil onların saysız-hesabsız var-dövlətidir. Yunanlar hədramiləri "yer üzündə ən varlı xalq" kimi xarakterizə edirdilər. Qədim yunan salnamələri hədramilərin bu cür var-dövlətə qiymətli ətir bitkisinin - büxurun sayəsində nail olduqlarına dəlalət edir. Hədrəmilər bu bitkinin yeni tətbiq sahəsini tapdılar və bu regionun əksər ölkələri ilə bu strateji məhsulun geniş ticarətini apardılar. Qədim yunan tarixçilərinin salnamə mənbələrinə görə, kənd təsərrüfatı dövriyyəsinin həcmi və bu ətrin istehsalı indikindən xeyli artıq idi.

Hədrəmilərin paytaxtı kimi tanınan Sabvah şəhərində aparılmış qazıntılar olduqca maraqlı memarlıq tikintilərini üzə çıxardı. 1975-ci ildə başlanmış bu işlər zamanı arxeoloqlar iri qum kütləsi ucbatından şəhərin qalıqlarını çox çətinliklə tapa bildilər, ancaq onların qalın qum qatını uzun-uzadı təmizlədikdən sonra qarşılaşdığı mənzərə hər kəsi öz mükəmməlliyi və əzəməti ilə heyran etdi. Tapılmış antik şəhər arxeoloqların bu günə qədər aşkar etdiyi qədim dünyanın ən böyük memarlıq incisindən biri idi. Şəhəri əhatə edən qalanın divarları Yəməndə tapılmış şəhər divarları arasında ən qalını və ən möhkəmi idi. Çar sarayı isə yarıuçmuş vəziyyətinə baxmayaraq hələ də özündə olan əzəmətin və monumentallığın izlərini daşıyırdı.

Hədrəmilərin bu memarlıq mirasını öz əcdadları Ad xalqından götürdüklərini düşünmək tam məntiqli olardı. Çünki Quran Hud peyğəmbərin Ad xalqına yönələn xəbərdarlığı haqda deyir:

"Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!" ("Şuəra" surəsi, 26/128-129).

Aşkar edilmiş Səbvah memarlığının başqa cəlbedici xüsusiyyəti təmtəraqlı və möhtəşəm sütunlar idi. Bu sütunlar monolit və kvadrat şəklində yonulmuş Yəmən şəhərləri sütunlarından fərqlənirdi. Səbvah sütunları isə yumru formada yonulmuşdu və dairəvi şəkilli idilər. Səbvah xalqı öz əcdadlarının - Ad xalqının arxitektura üslubuna yiyələnmişdilər. Eramızın 9-cu əsrində yaşamış Bizans Konstantinopolunun baş yepiskopu Fotiy indi itmiş qədim yunan əlyazmalarından, o cümlədən tarixçi Aqatarasidin (e.ə. 132-ci il) "Qırmızı dəniz haqda" kitabından istifadə edərək cənub ərəbləri və onların ticarət fəaliyyəti haqda xeyli tədqiqatlar apardı. Əsərlərinin birində Fotiy yazırdı: "Deyirlər ki, onlar (cənub ərəbləri) gümüş və qızıla bürünmüş xeyli sütunlar tikirdilər. Bu sütunların dairəvi yerləşməsi diqqətəlayiq idi".24

Fotiyin bu ifadəsi birbaşa hədramilərə işarə etməsə də, bu ifadə regionun xalqlarının memarlıq məharətini və var-dövlətini əks etdirdiyinə görə vacibdir. Qədim yunan tarixçi və yazıçıları Plini və Strabon Cənubi Yəmən haqda "valehedici gözəl məbəd və saraylarla bəzədilmiş" diyar kimi danışırlar.

Bu şəhərlərin sakinlərinin Ad xalqının əcdadları olduğunu güman etdikdə Quranda Ad xalqı diyarının "sütunlar sahibi İrəm" ("Fəcr" surəsi, 89/6-7) kimi anıldığı aydın olur.

Ad Xalqının Çeşmələri Və Bağları

Müasir Cənubi Ərəbistan səyyahın gözü qarşısında geniş səhra kimi dayanır. Şəhərləri və süni yaşıllaşmış rayonları çıxmaqla ərazilərin böyük hissəsi qumla örtülüb.

Ancaq Ad xalqından bəhs edən Quran ayələrinin birində olduqca maraqlı məlumat var. Ad xalqını xəbərdar edən Hud peyğəmbər onlara nümunə olaraq Allahın bəxş etdiyi çeşmələri və bağları misal gətirir:

"Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!" ("Şuəra" surəsi, 26/131-135).

Ancaq artıq deyildiyi kimi, bir vaxtlar Ubarın yerləşdiyi torpaqlar İrəm şəhəri ilə oxşadılaraq eyniləşdirilib və ya praktiki olaraq bütün Cənubi Yəmən bu gün qum səhraları ilə örtülüb. Bəs onda Hud peyğəmbər xalqına müraciət etmək üçün o zaman niyə bu ifadədən istifadə edib?

Cavab sadədir - zaman keçdikcə iqlimin dəyişməsi bir vaxtlar çiçəkləyən diyarı səhraya çevirdi. Tarixi faktlar ona dəlalət edir ki, qədimdə, bir neçə min il bundan əvvəl Cənubi Yəmənin əraziləri Quranda da deyildiyi kimi, yaşıllıq içində üzürdülər və kiçik çaylarla bol idilər. Yerli sakinlər bu nemətlərdən faydalanır, meşələr bölgənin sərt iqlimini yumşaldır və onu həyat üçün yararlı edirdi. Səhralıq da var idi, ancaq o, hazırkı qədər yer tutmurdu.

Cənubi Ərəbistanda Ad xalqı yaşayan yerlərdə qazıntılar zamanı bu sualın cavabı tapıldı. Kəşflər göstərdi ki, yerli xalqlar inkişaf etmiş suvarma sistemindən istifadə edirmiş. Bu isə yalnız bir şeyi təsdiqləyir: indi insan həyatı üçün yararsız olan bu rayonlarda bir vaxtlar suvarma əkinçiliyi çiçəkləmişdi.

Ramlat at-Sabatayan yaşayış məskəninin ətrafının peykdən çəkilmiş şəkillərində bənd xarabalıqları və suvarma arxlarının qalıqları aşkar edilmişdir. Bu tikintilərin forma və ölçüləri onların 200 min nəfərlik əhalinin ehtiyacını ödəyə biləcəyini göstərir.25 Ərəbistan yarımadasının tədqiqatlarında iştirak edən arxeoloq Doe yazırdı: "Məribin ətrafındakı ərazi o qədər məhsuldar idi ki, əminliklə demək olar: burada Mərib və Hadramaut arasında bir vaxtlar bol məhsuldar əkinçilik çiçəkləyib".26

Qədim yunan tarixçisi Plini də öz əsərlərində buranın məhsuldar torpağı, zəif bitki örtüyünə malik ucsuz-bucaqsız meşəli dağları haqda danışırdı. Hədrəmilərin paytaxtı Sabvahın yaxınlığında yerləşən erkən dövr məbədlərinin divar yazılarında deyilir ki, burada heyvanları ovlayır və onları qurban kəsirdilər. Bütün bunlar bu diyarlarda bir zamanlar səhralarla yanaşı məhsuldar və çiçəkləyən torpaqların olmasına şahidlik edir.

Bu yerin səhraya dönməsi üçün nə qədər zamanın keçməsəi məsələsi əksər tədqiqatların mövzusu oldu. Onlardan biri Pakistanda Smitsonian Institutunda aparılmışdı. Geoloqlar müəyyən ediblər ki, orta əsrlərdə məhsuldar sahə kimi tanınan bu rayon indi 6 metrlik qum qatı altında qalıb. Bu qat qum fırtınaları nəticəsində gündə 15 santimetr arta, yəni səhra hətta ən yüksək tikintiləri qısa zaman müddətində "udub" onu qum altında qoya bilər. Məsələn, 50-ci illərdə Yəmənin Timna rayonunda qazıntılar zamanı aşkar edilən tikintilər indi yenə qumla örtülüb. Bu qumlar yalnız uzunmüddətli qazıntılar zamanı yerin üstünə çıxarılmış Misir piramidalarını da bir vaxtlar tamamilə örtürdülər. Bir sözlə, bunu ehtimal etmək tam məntiqidir ki, qumla örtülmüş səhra regionun keçmişdə tam başqa cür görünüşü var idi.

Ad Xalqı Necə Məhv Edildi?

ubar desert

Today, the region where ‘Ad lived is full of sand dunes.

Quranda deyilir ki, Allah-Təalanın xəbərdarlığına tabe olmayan Ad xalqı səkkiz gün və yeddi gecə davam edən "gurultulu küləklə" məhv edildilər:

"Ad təkzib etmişdi. Mənim əzabım və qorxutmağım necə oldu! Biz uzun sürən uğursuz bir gündə onların üstünə uğultulu bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi qopardıb atırdı" ("Qəmər" surəsi, 54/18-20).

"Ad isə uğultulu, çox şiddətli bir küləklə tar-mar oldu. Allah o küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər" ("Haqqə" surəsi, 69/6-7).

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq xalq öz lovğalığı və qüruru ilə kor olmuşdu və Hud peyğəmbərdən inadla imtina etməkdə davam edərək heç bir nəsihəti eşitmirdi. Bununla belə camaat elə səhlənkar idi ki, hətta fəlakətin yaxınlaşdığını görərək baş verənlərin mahiyyətini dərk etmədi və Allahı inkar etməkdə davam etdilər:

"Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!" - dedilər. "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!" ("Əhqaf" surəsi, 46/24).

Ayədə deyilir ki, insanlar onlara cəza gətirən bulud gördülər, ancaq əslində nə baş verdiyini yenə də dərk etmədilər. Onlar bunu yağış sandılar. Bu vəziyyət bizə hadisələrin gedişatını təsəvvürə gətirməyə imkan verir. Qum fırtınası həqiqətən uzaqdan yağış buluduna bənzəyir. Bəlkə Ad xalqılər də buludun bu görünüşünə aldanıb və hadisələrin başqa axarını gözləməyiblər. Cənubi Ərəbistanı tədqiq edən arxeoloq Doe qum fırtınasını belə təsvir edir: "(Qum fırtınasının) ilk əlaməti güclü küləklə qalxan və hava axını ilə bərabər yüz metr yüksəkliyə qalxan qum bulududur".27

ubar

The excavations made in Ubar where the remains of a city was recovered from under a layer of sand metres thick. In this region, it is very well known that a catastrophic sand storm can cause a huge amount of sand to accumulate in a very short time. This can happen suddenly, and in a very unexpected way.

Xarabalıqları Ad xalqılərin paytaxtı hesab edilən qumluqlar Atlantidası - Ubar bir neçə metrlik qum qatının altından çıxarılmışdı. Quranda deyilənlərdən aydın oldu ki, fırtına şəhərə tonlarla qum gətirərək və altında bütöv xalqı dəfn edərək "yeddi gecə və səkkiz gün" davam etdi. Ubarda aparılan qazıntılar bu faktı təsdiqləyir. Fransız jurnalı "Ça m'Interesse" qeyd edir ki: "Ubar güclü fırtına nəticəsində 12 metrlik qum qatı altında basdırıldı".28

Ad xalqılərin həqiqətən də qum fırtınası nəticəsində batmasının əsl sübutu Quranda Ad xalqılərin yerini aydınlatmaq üçün istifadə edilmiş "əhkəf" sözüdür. "Əhqaf" surəsinin 21-ci ayəsində bizə belə xəbər verilir:

"Ad qövmünün qardaşını da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib getmiş Əhqafda olan qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əhqaf" surəsi, 46/21).

Ərəb dilindən tərcümədə "əhqaf" sözü "qum barxanları" (qum, qum təpələri) deməkdir və "qum barxanı"nı ifadə edən "hiqf" sözünün cəmidir. Ad xalqılər şəhərinin qum fırtınası nəticəsində batmasının bundan məntiqli izahı sadəcə olaraq yoxdur. Başqa versiyaya görə, "əhqaf" sözü "qum barxanı" mənasını itirərək sonralar Cənubi Yəmənin Ad xalqı yaşayan hissəsinin adı oldu. Ancaq bu da sözün özünün mənşəyinə heç bir dəyişiklik gətirmir, belə ki, yalnız onu göstərir ki, bu söz haqqında danışılan ərazi üçün çoxsaylı qum barxanlarının olmasına görə ümumi ad oldu.

Qum fırtınası özlərinə bəndlər və arxlar tikən, məhsuldar yerləri becərərək yaşayan Ad xalqını məhv etdi, onları "sanki yıxılmış palma budaqları" kimi heçliyə məhkum etdi. Yəqin ki, qum fırtınası qısa bir müddət ərzində bütün xalqı məhv etdi. Məhsuldar yerlər, suvarma arxları, bəndlər - hər şey qumlar altında qaldı, şəhər özü və onun sakinləri isə diri-diri basdırıldılar. O zamandan genişlənən səhrada isə Ad xalqının əvvəlki sivilizasiyasının əzəmətindən iz belə qalmadı.

Sonda demək olar ki, tarixi və arxeoloji faktlar Ad xalqının və İrəm şəhərinin olmasını sübut edir və yalnız Qurani-Kərimin bildirdiklərini təsdiqləyir.

Qumların altında qalan və bir vaxtlar qüdrətli olmuş xalqın bu cür kədərli aqibəti düşünən insanlar üçün ibrət ola bilər:

"Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: "Bizdən daha qüvvətli kim ola bilər?!" Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər" ("Fussilət" surəsi, 41/15).

Bu sarsılmaz həqiqəti unutmaq olmaz: yalnız tək Uca Allah bizim üzərimizdə Qüdrətli və hər şeyə Qadirdir və insanın payına yalnız Yaradanın əmrləri ilə xilas olmaq və həqiqəti axtarmaq düşür.

 

Qeydlər

19. Thomas H. Maugh II, Ubar, Fabled Lost City, Found by LA Team, The Los Angeles Times, 5 February 1992.

20. Kamal Salibi, A History of Arabia, Caravan Books, 1980

21. Bertram Thomas, Arabia Felix: Across the Empty Quarter of Arabia, New York: Schrieber’s Sons 1932, p. 161

22. Charlene Crabb, Frankincense, Discover,January 1993

23. Nigel Groom, Frankincense and Myrrh, Longman, 1981, p. 81

24. Ibid., p. 72

25. Joachim Chwaszcza, Yemen, 4PA Press, 1992

26. Ibid.

27. Brian Doe, Southern Arabia, Thames and Hudson, 1971, p. 21

28. Ça M’Interesse, January 1993

6 / total 12
"Harun Yəhyanın Xalqların Həlakı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top