Xalqların Həlakı

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
10 / total: 12

8 Hissə – Hz. Süleyman və Səba Hökmdari

"Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!""
("Nəml" surəsi, 27/44).

Cənubi Yəməndəki qədim Səba çarlığının ərazisində aparılan arxeoloji qazıntılar zamanı Süleyman peyğəmbərin və Səba hökmdarının görüşü haqda tarixi qeydlər aşkar edilmişdir. Tapılmış saray xarabalıqlarının öyrənilməsi göstərdi ki, eramızdan əvvəl təxminən 1000-950-ci illərdə məhz burada şimala (Əl-Qüdsə, yəni Yerusəlimə) səfər edən qadın hökmdar yaşayırdı.

Sebe Krallığı
Solomon and the people of Saba

a. Gidiş Yolu
b. Dönüş Yolu

1. Süleyman Krallığı
2. Arap Yarımadası
3. Sebe Krallığı

4. Kudüs
5. Dicle
6. Fırat
7. Nil

Sebe Melikesi'nin kuzeye yolculuğunu ve gidiş - dönüş yollarını belirten harita

İki hökmdarın görüşü, onların idarə etdiyi ölkələrin iqtisadi və siyasi gücü, həmçinin digər tarixi təfsilatlar haqda Qurani-Kərimin "Nəml" surəsində xəbər verilir. Surənin xeyli hissəsini tutan hekayə ondan başlayır ki, Süleymanın ordusundakı Hüd-hüd quşu peyğəmbərə Səba qadın hökmdarı haqda xəbər gətirir:

"Bir azdan gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilmişdir. Onun çox böyük bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə şeytan belə etmişdir. O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir tanrı yoxdur!" Dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!"" ("Nəml" surəsi, 27/22-27).

Bundan sonra Süleyman peyğəmbər ona buyurur:

"Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəkdir!" ("Nəml" surəsi, 27/28).

Sonra Quranda çariçanın naməni aldıqdan sonra baş verən hadisələr təsvir edilir:

"Dedi: "Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. O məktub Süleymandandır və o "Bismillahir-rəhmanir-rəhim"lədir. "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin! Dedi: "Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!" Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!"

Dedi: "Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər. Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz. Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!"

The Temple of Solomon

Süleyman Mabedi

Dedi: "Ey əyanlar! Onlar müti vəziyyətdə yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?" Cinlərdən olan bir ifrit dedi: "Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! Kitabdan bir qədər xəbəri olan birisi dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Onu yanında hazır durmuş görüncə dedi: "Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!" Süleyman dedi: "Taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yox?!" Gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" - deyə cavab verdi. "Bizə ondan daha öncə elm verilmiş və biz müsəlman olmuşuq!" Allahdan başqasına ibadət etməyi o qadına Allaha ibadət etməyə mane olmuşdu! Çünki o, kafir bir tayfadan idi. Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir -gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 27/29-44).

Kubbet us Sahra and the Wailing Wall

Bazı kaynaklara göre, Süleyman Mabedi yıkıldıktan sonra mabedin ayakta kalan tek duvarı, Yahudiler tarafından "Ağlama Duvarı"na dönüştürüldü. 7. yüzyılda Kudüs'ü fetheden Müslümanlar ise mabedin eski yerine Hz. Ömer Camii ve Kubbet-üs Sahra'yı inşa ettiler. Kudüs hala bu durumdadır. Yanda, Kubbet-üs Sahra ve hemen yakınındaki Ağlama Duvarı görülüyor.

Süleyman Peyğəmbərin Sarayı

Solomon’s Temple

Hz. Süleyman'ın sarayı, döneminin en ileri teknik özelliklerine ve üstün bir estetik anlayışına sahipti. Üstteki planda Hz. Süleyman zamanında Kudüs'ün merkezi gösterilmiştir. 1) Güneybatı kapısı, 2) Kraliçenin sarayı, 3) Hz. Süleyman'ın sarayı, 4) 32 sütunlu giriş, 5) Adliye, 6) Lübnan ormanı, 7) Yüksek rahipler evi, 8) Tapınağın giriş kapısı, 9) Tapınağın avlusu, 10) Tapınak.

Səba çariçasından bəhs edən Quran ayələrində Süleyman peyğəmbər, onun gücü və gözəl sarayı haqda da danışılır.

Biz öyrənirik ki, Süleyman peyğəmbərin sarayı o dövrün ən qabaqcıl texnologiyaları əsasında tikilib, nadir incəsənət əsərləri ilə bəzədilib, sarayın döşəməsi isə təmiz büllurdan işlənib.

Bu tikintinin cah-cəlalı və onun Səba çariçasında yaratdığı təəssürat Quranda bu cür təsvir edilib:

"Ona belə deyildi: "Saraya daxil ol!" sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. Dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 27/44).

Süleymanın sarayı yəhudi mənbələrində "Solomonun məbədi" kimi tanınır. Sarayın və ya məbədin yeganə bütöv hissəsi yəhudilərin "Fəryad divarı" adlandırdığı qərb divarıdır. Süleymanın sarayının və Əl-Qüdsdə bir çox yerlərin dağılmasının səbəbi yəhudilərin hər yerdə yaydığı fitnə-fəsad və onların təkəbbürüdür. Quran bizə bu haqda belə xəbər verir:

"Biz İsrail oğullarına kitabda: "Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!" - deyə bildirdik. Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik. Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın vaxtı gəldikdə üzünüzü qara etmək, məscidə birinci dəfə girdikləri kimi girmək və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmək üçün üstünüzə göndərdik" ("İsra" surəsi, 17/4-7).

Haqqında əvvəlki bölümlərdə bəhs edilən bütün xalqlar Allah-Təalanı təhqir etdiklərinə, Ona nifrin etdiklərinə, Onun bəxş etdiyi nemətlərin əvəzinə naşükürlük etdiklərinə görə ədalətli şəkildə cəzalandılar. Allah onları dəfələrlə xəbərdar etdi, peyğəmbərlər göndərdi, ancaq onların ürəklərində tövbənin və peşmançılığın əlaməti belə yox idi və bunun ardınca onlar gözlənilən mütləq cəzadan qaça bilmədilər. Vətənsiz və dövlətsiz halda bütün dünyanı dolaşan və Süleyman peyğəmbərin dövründə müqəddəs torpaqda məskunlaşan yəhudilər həddi aşdıqlarına, Uca Yaradanın əmr və buyruqlarını inkar etdiklərinə, fitnə və ədavət yaymağa başladıqlarına görə müflisləşdilər. Yaxın keçmişdə həmin torpaqda rahatlıq tapan yəhudilər bu gün təkəbbürlə o vaxt Rəbbin ilk vədinin gəldiyi vaxtda olduğu kimi "böyük təkəbbürlə lovğalanırlar". Eynilə o vaxtkı kimi, vəd yerinə yetməmişdən əvvəl...

 

10 / total 12
"Harun Yəhyanın Xalqların Həlakı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top