Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 18

Niyə Məhz Təkamül Nəzəriyyəsi?

FBir çox insanlar "darvinizm" və ya təkamül nəzəriyyəsi kimi anlayışları eşitdikləri zaman elə sanırlar ki, bu terminlər ancaq biologiya sahəsinə aiddir və onların həyatı ilə heç bir əlaqəsi yoxdur. Əslində isə bu, böyük səhvdir. Belə ki, təkamül nəzəriyyəsi bioloji anlayışdan çox XX əsr boyunca dünyanı idarə edən və milyonlarla günahsız insanı həyatdan aparan qanlı, allahsız ideoloji sistemin bütün dünyada yaranmasını və yayılmasını hazırlayan bir təlimdir. Bu ideologiyanın adı materializmdir. Bu sistem iddia edir ki, yer üzündəki bütün canlıların əsasını maddə təşkil edir. Həyatın əmələ gəlməsi isə bir sıra şüursuz, cansız maddələrin təsadüfi birləşməsi nəticəsində baş vermişdir. Bu iddiaları ilə onlar dünyamızı ən ali bir şəkildə yaradan Uca Yaradanın varlığını inkar edirlər.

Materializmin bu postulatı insanın düşüncəsinə planlı bir şəkildə yeridilir, onu eqoist bir varlığa, yalnız şəxsi mənfəətlərini düşünən lovğa və nəzakətsiz insana çevirir. Ulu Tanrı tərəfindən göndərilmiş əxlaqi, dini ehkamları, həyatın həqiqi dəyərlərini inkar etdirir. Materializm ideyaları öz zəhərli və dərin köklərini insanın şüuruna salaraq Yaradan tərəfindən insana bəxş edilən ruhun təmizliyinə xələl gətirir. XIX əsrdə materialist düşüncənin kütləvi şəkildə yayılması dini-əxlaqi ehkamların və insanların həyatının ülvi mənasının süqutunun başlanğıcı oldu. Məsələnin təhlükəli cəhəti burasındadır ki, materializm öz mənfi təsirini yalnız ayrı-ayrı fərdlərə deyil, bütünlüklə cəmiyyətə göstərir. Materializm cəmiyyətin inam və mənəviyyatının əsaslarını sarsıdıb bütünlüklə cəmiyyət və dövlətin qanunlarını, mənəvi dəyərlərini, müqəddəs dini ehkamları ayaq altına alaraq öz şəxsi mənfəətlərini əldə etmək üçün hər şeyə hazır olan, ilk növbədə öz eqoist məqsədlərinin qayğısına qalan hissiyyatsız və qəlbsiz xüsusiləşmiş şəxslərin cəmiyyətini yaratmışdır. Vətənə məhəbbət, ədalət, dövlətçilik ideyalarına hörmət və bağlılıq, qardaşlıq, fədakarlıq, namus və əxlaq anlayışları olmayan cəmiyyət yox olmağa məhkumdur. Beləliklə, materializm bütün insanlığa, istənilən ölkənin sosial-siyasi quruluşuna böyük bir təhlükədir.

das kapital, marks karl marks, das kapital

Karl Marx made it clear that Darwin's theory provided a solid ground for materialism and thus also for communism. He also showed his sympathy to Darwin by dedicating Das Kapital, which is considered as his greatest work, to him. In the German edition of the book, he wrote: "From a devoted admirer to Charles Darwin"

Materializm ideologiyasının özəyində gizlənən təhlükələrdən biri də ondan ibarətdir ki, bu fikirlər "parçala və hökm sür" ideologiyası və anarxiyanın inkişafı üçün bir mənbədir. Bu ideologiyaların biri də materialist fəlsəfənin inkişafının labüd siyasi nəticəsi olan kommunizmdir

Kommunizm hər insan üçün müqəddəs olan ailə, vətən, inam kimi anlayışları kökündən yıxaraq unitar, güclü və yüksək əxlaqlı dövlətə qarşı yönəlmiş bir fundamental ideologiyanı təcəssüm etdirir

Təkamül nəzəriyyəsi tarixin bu mərhələsində böyük əhəmiyyət kəsb edir, çünki kommunist ideologiyasının bünövrəsi olan materializmin "elmi" əsasını təşkil edir. Təkamül nəzəriyyəsinin postulatlarını özünə ideoloji əsas kimi qəbul edən kommunizm öz ideyalarını yeganə həqiqət olaraq təqdim etməyə və yüksəltməyə can atır. Belə ki, məsələn, kommunist ideologiyasının əsasını qoyan Karl Marks Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin yaranması" kitabı haqqında belə deyirdi: "Bizim təbiət tarixinə dair baxışlarımızı özündə əks etdirən kitab məhz budur".1

Müasir fundamental elm materialistlərin, eləcə də Marksın ideya, iddia və dəlillərini yıxaraq materializmin elmi dayağı olan təkamül nəzəriyyəsinin XIX əsrin ehkamçı yalanından başqa bir şey olmadığını sübut etdi. Müasir elm şüursuz maddənin aliliyini inadla müdafiə edən materialistlərin iddialarının əsassız olduğunu sübut edib və sübut etməkdədir. Elmin bütün sahələrində aparılan tədqiqatlar bizə göstərir ki, bütün canlılar ali yaradılışın nəticəsidir.

Bu kitabın məqsədi təkamül nəzəriyyəsinin bütün postulatlarını rədd edən elmi dəlilləri oxucuların nəzərinə çatdırmaq, eləcə də bu nəhəng fırıldağın həqiqi üzünü və gizli təsirlərini göstərməkdir. Bu kitabda yığılmış bütün materiallar müasir elmlə sübut edilmiş faktlardır, belə ki, hətta təkamül nəzəriyyəsinin ən alovlu tərəfdarları belə gətirilmiş sübutların doğruluğuna etiraz edə bilməzlər. Təkamülçülərin hər bir yeni əsassız iddiası onların ideyalarının tam iflasına doğru atılmış yeni bir addım olsacaq və onları həyatın Allah tərəfindən yaradılmasını qəbul etməyə məcbur edəcək.

 

Qaynaqlar

1. David Jorafsky, Soviet Marxism, Natural Science, s. 12

2 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com