Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
5 / total: 18

Üçüncü Fəsil : Təkamülün Ütopik Mexanizmləri

Bu gün neodarvinist modeli kimi tanınan təkamül nəzəriyyəsi canlı orqanizmlərin guya inkişaf etdikləri iki əsas mexanizm irəli sürür: "təbii seçmə" və "mutasiya". Nəzəriyyənin əsas müddəası belədir: "Təbii seçmə və mutasiya bir-birini tamamlayan iki mexanizmdir. Təkamül dəyişikliklərinin mənbəyi canlı orqanizmdə genetik səviyyədə baş verən təsadüfi mutasiyalardır. Mutasiyaların səbəbləri olan xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir və bu yolla canlı orqanizmlərin təkamülü baş verir".

Dərindən fikirləşsək görərik ki, tamamilə məntiqi və düzgün kimi qələmə verilən bu nəzəriyyə sağlam düşüncədən tam məhrumdur və inandırıcı deyil, çünki nə təbii seçmə, nə də mutasiya növlərin təkamülünə səbəb olmur.

Təbii Seçmə

Təbii seçmə mexanizmi bioloqlara növlərin bütövlüyünü pozmadan onların sabitliyini təmin edən təbii proses kimi hələ Darvinə qədər də məlum idi. Darvin bu prosesin təkmilləşdirici qüvvəsi haqqında fikri ilk dəfə irəli sürdü və öz nəzəriyyəsini bu iddianın üzərində qurdu. Darvinin ən əsas əsərinin adı onun öz nəzəriyyəsinin əsası kimi məhz təbii seçmə ideyasını götürdüyünü təsdiqləyir: "Növlərin təbii seçmə yolu ilə yaranması".

 Lakin Darvinin dövründən bu günə kimi canlı orqanizmlərin təbii seçmə yolu ilə təkamülünü təsdiq edən heç bir nümunə və sübut müəyyən edilməmişdir. Tanınmış təkamülçü, İngiltərə Təbiət Tarixi Muzeyinin direktoru, paleontoloq Kolin Patterson bunu belə etiraf edir:

"Heç kim təbii seçmə mexanizminin köməyi ilə yeni növ hasil edə bilməmişdir. Hətta heç kim buna yaxınlaşa da bilməmişdir. Bu gün neodarvinizmin məhz bu problemi nəzəriyyənin ən mübahisəli məqamıdır".12

Təbii seçmə təbii-coğrafi şərtlərə daha çox uyğun gələn canlı orqanizmlərin sağ qalmasını və mövcud şəraitə uyğunlaşa bilməyənlərin yox olmasını nəzərdə tutur. Məsələn, yırtıcı heyvanın izlədiyi maral sürüsündən yalnız öz sürəti və cəldliyi ilə təhlükədən uzaqlaşa bilən fərdlər sağ qala bilərlər. Amma bu təbii seçmə prosesi nə qədər uzun müddət davam etsə də marallar başqa heyvan növünə çevrilə bilməz. Marallar maral olaraq qalacaqlar. Təkamülçülərin "təbii seçmə prosesinin müşahidələri" kimi təqdim etdiyi başqa süni nümunələrə nəzər salsaq, əmin olarıq ki, bunlar sadəcə olaraq fantaziyalardır.

" Sənaye İnqilabının Kəpənəkləri "

endüstriyel devrim, kelebek

Industrial Melanism is certainly not an evidence for evolution because the process did not produce any new species of moths. The selection was only among already existing varieties. Moreover, the classical story of melanism is deceptive. The textbook pictures above (portrayed as genuine photos) are in fact of dead specimens glued or pinned to tree trunks by evolutionists.

Tanınmış təkamülçü Duqlas Futuymanın 1986-cı ildə nəşr olunmuş "Təkamülün biologiyası" kitabı təbii seçmə nəzəriyyəsini rahat şəkildə açıqlayan ən yaxşı mənbələrdən biri hesab edilirdi. Futuymanın bu mövzuda gətirdiyi ən parlaq nümunələrdən biri İngiltərədə sənaye inqilabı zamanı müşahidə olunan kəpənəklərin qanadlarının rənglərinin "dəyişməsi" idi.

İngiltərədə sənaye inqilabının əvvəlində Mançester şəhəri ətrafında ağacların qabığının rəngi açıq idi. Bu səbəbə görə bu ağaclara qonan tünd rəngli kəpənəklər quşlar üçün yüngül qənimət olur və onların yaşamaq şansı azalırdı. Amma 50 ildən sonra regionda sənayenin inkişafı ətraf mühitin çirklənməsinə gətirib çıxardı və bu hal ağacların qabığının rənginin qaralmasına səbəb oldu. Bu dəfə açıq rəngli kəpənəklər quşların asan ovuna çevrildi.

Bunun nəticəsində açıq rəngli kəpənəklərin sayı azaldı, aşkar edilməsi quşlar üçün çətin olan tünd rəngli kəpənəklərin sayı isə birdən-birə artdı. Təkamülçülər bu nümunədən sübut kimi istifadə etdilər ki, açıq rəngli kəpənəklər vaxt keçdikcə guya tünd kəpənəklərə çevrildilər və bu üsulla təkmilləşdilər. Lakin aydın məsələ idi ki, bu nümunədən təkamülün xeyrinə bir sübut kimi istifadə oluna bilməzdi, belə ki, təbii seçmə nəticəsində yeni kəpənəklər yaranmamışdı. Kəpənəklərin arasındakı qara rəngli fərdlər sənaye inqilabından əvvəl də mövcud idi. Kəpənək növlərinin yalnız sayı dəyişilmişdi. Onlar "növün dəyişməsi" üçün vasitə olan heç bir xüsusiyyət əldə etməmişdilər. Kəpənəyin başqa canlıya, məsələn, quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız dəyişikliklərin baş verməsi vacibdir, başqa sözlə, kəpənəyin genetik xüsusiyyətlərinə özündə quşların fiziki xüsusiyyətlərini ehtiva edən genetik proqram qoşulmalıdır.

Bir sözlə, təbii seçmə növlərin dəyişməsi üçün vasitəçilik etmir, yəni təkamülçülərin yaratdıqları obraza uyğun gəlmir. Bu sahədə yeganə nümunə olan kəpənəklər İngiltərədə sənaye inqilabı vaxtları barədə sadəcə bir nağıl olaraq qaldı

Təbii Seçmə Kompleksliliyi İzah Edə Bilərmi?

Təbii seçmə mexanizmi təkamül nəzəriyyəsi üçün heç bir "irəliləyiş" gətirmədi. Çünki aydındır ki, bu mexanizm genetik məlumatı artırmaq və ya təkmilləşdirmək, bir növü o birisinə çevirmək iqtidarında deyil. Yəni dəniz ulduzunu balığa, balığı qurbağaya, qurbağanı timsaha, timsahı quşa çevirə bilməz.

Təkamül nəzəriyyəsinin qızğın tərəfdarlarından biri, "sıçrayışlı təkamül" nəzəriyyəsinin banisi Stefan Cey Qould təbii seçmə mexanizminin çıxılmaz vəziyyətdə olmasını belə ifadə edirdi:

"Darvinizmin məğzini bir cümlə ilə belə ifadə etmək olar: təbii seçmə təkamül dəyişikliklərinin aparıcı qüvvəsidir. Heç kim təbii seçmənin neqativ təsirini inkar etmir, təbii seçmə nəticəsində güclülərin və zəiflərin ayrılması baş verir. Lakin Darvinin nəzəriyyəsi "daha çox uyğunlaşanları əmələ gətirməyə" cəhd göstərir".13

kaplan, ceylan

Natural selection serves as a mechanism of eliminating weak individuals within a species. It is a conservative force which preserves the existing species from degeneration. Beyond that, it has no capability of transforming one species to another

Təkamülçülərin səhvi ondadır ki, onlar bu mexanizmi şüurlu yaradıcı rolunda göstərməyə çalışır. Lakin təbii seçmə canlı orqanizmlər üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilən şüura malik deyil. Beləliklə, təbii seçmə mürəkkəb quruluşu olan sistem və orqanların mənşəyini aydınlaşdırmaq iqtidarında deyil. Bu sistem və orqanlar qarşılıqlı əlaqəli hissələrin birgə fəaliyyəti nəticəsində yaranır və bu orqanlardan ən azı birinin olmaması və ya qüsurlu olması onların funksiyasının pozulmasına gətirib çıxarır. Bu cür sistemlərə "sadələşdirilməyən komplekslilik" xasdır. Məsələn, insan gözünün quruluşu olduğundan sadə ola bilməz, çünki bu üzvün hansısa bir hissəsinin olmaması onun natamam fəaliyyət göstərməsi ilə nəticələnər.

Belə bir sistemi yaradan şüur uzağı görərək qarşısına ancaq mükəmməl formadan alına biləcək fayda üçün məqsəd qoymalı idi. Amma təbii seçmə şüura və qüvvəyə malik olmayan bir mexanizm olduğuna görə o, mütləq və mükəmməl quruluşun modelini hesablamağa qadir deyil. Bu dəlil təkamül nəzəriyyəsini kökündən sarsıdır ki, Darvin də elə bundan ehtiyat edirdi: "Əgər çoxsaylı ardıcıl kiçik dəyişikliklər nəticəsində kompleks orqanın yaranmasının qeyri-mümkünlüyü sübut olunarsa, mənim nəzəriyyəm iflasa uğrayacaq".14

Təbii seçmə yalnız ətraf mühitin şərtlərinə uyğungəlməyən zəif, şikəst və natamam canlıları seçib "ələyir". Lakin bu mexanizm yeni növlər, yeni orqanlar və yeni genetik informasiya yaratmağa, yəni inkişafa (təkamülə) gətirib çıxarmağa qadir deyil. "Əgər faydalı dəyişikliklər yoxdursa, onda təbii seçmə nəyisə dəyişdirməkdə gücsüzdür" deyən Darvin özü də yuxarıdakı fikirlə razılaşırdı.15 Neodarvinizm elə bununla əlaqədar olaraq təbii seçmə ilə yanaşı həm də mutasiya mexanizmini "müsbət dəyişikliklərin səbəbi" kimi təqdim etməyə məcbur oldu. Yeri gəlmişkən, mutasiyalar yalnız "mənfi dəyişikliklərin səbəbi" ola bilər.

Mutasiyalar

dna, mutasyon

Mutations add no new information to an organism's DNA: As a result of mutations, the particles making up the genetic information are either torn from their places, destroyed, or carried off to different places. Mutations cannot make a living thing acquire a new organ or a new trait. They only cause abnormalities like a leg sticking out of the back, or an ear from the abdomen.

Mutasiya özündə genetik məlumatları saxlayan və canlı orqanizmin hüceyrəsinin nüvəsində yerləşən DNT molekulunda radiasiya və kimyəvi təsirlər kimi xarici amillərin təsiri nəticəsində meydana gələn dəyişikliklərdir. Mutasiyalar DNT molekulunun özəyini təşkil edən nukleotidlərin yerlərini dəyişir və ya onları dağıdır. Əksər hallarda mutasiyalar hüceyrədə bərpası mümkün olmayan mənfi proseslərin səbəbi kimi çıxış edirlər. Buna görə də təkamülçülərin istifadə etməyə çalışdığı mutasiya heç də canlı orqanizmi təkmilləşdirən sehrli çubuq deyil. Açıq-aşkar görünür ki, mutasiya orqanizmə həmişə mənfi təsir göstərir. Mutasiya dəyişikliklərinin acı nəticələrini Xirosima və Naqasakinin bombalanması, Çernobıl AES-in partlayışı zamanı radioaktiv şüalanmaya məruz qalan insanlarda müşahidə etmək olar: minlərlə ölüm, şikəst olmuş, eybəcərləşmiş varlıqlar.

Səbəb çox sadədir: DNT molekulu çox yüksək səviyyədə nizamlı və komplekslidir və xırda təsadüfi dəyişikliklər ona ziyan vurur. Amerikalı genetik B.Ranqanatan bunu belə izah edir:

"Mutasiyalar cüzi, təsadüfi və çox zərərlidir. Onlar nadir hallarda baş verir və ən yaxşı halda zərərsizdirlər. Bu dörd xüsusiyyət göstərir ki, mutasiyalar təkamül dəyişikliklərinə gətirib çıxara bilməz. Orqanizmdə baş verən təsadüfi dəyişikliklər ona ya mənfi təsir göstərir, ya da nəticəsiz qalır. Məsələn, qol saatına vurulan nizamsız zərbələr onu təkmilləşdirmir. Onlar yəqin ki, ya saatı sındırar və ya da ən yaxşı halda saata zərər verməz. Zəlzələ heç vaxt şəhərə fayda gətirmir, ancaq onu dağıdır".16

Biz indiyədək müsbət mu tasiya nümunələri ilə rastlaşmamışıq. Əksinə, bütün mutasiyalar mənfi nəticələrə gətirib çıxarmışlar. Təkamülçü alim Uorren Uiv II dünya müharibəsində atom silahından istifadə nəticəsində meydana gələn mutasiyaların tədqiqi üçün yaradılmış atom radiasiyasının genetik nəticələrinin öyrənilməsi üzrə komitənin hazırladığı hesabatı belə şərh edir:

"Təkamül prosesinin bölünməz hissəsi sayılan çoxsaylı mutasiya proseslərinin mənfi təsiri ilə qarşılaşanlar dəhşətə və heyrətə gələcəklər. Axı necə ola bilər ki, növün təkmilləşməsi kimi müsbət təsir praktikada ancaq mənfi təsirə malik olan mutasiyanın nəticəsi ola bilər?"17

Təkamülçülərin müsbət mutasiya nəticələrini yaratmaq istiqamətindəki bütün səyləri uğursuzluqla nəticələndi. Təkamülçülər asanlıqla mutasiyaya məruz qalan və intensiv inkişaf edən drozofil milçəkləri üzərində on illər ərzində milyonlarla təcrübə apardılar. Amma bu təcrübələrdən heç biri istənilən faydalı mutasiyanı vermədi.

Təkamülçü-genetik Qordon Teylor bu faktla əlaqədar yazırdı: "Bütün dünyanın genetikləri təkamülün sübutu üçün altmış il milçəklər yetişdirdilər. Amma indiyə kimi nəinki yeni növ, hətta bir ferment də hasil olmayıb. Bu həqiqət neçə illərdir ki, nəzərdən kənar qalıb".18

Başqa tədqiqatçı Maykl Pitman isə milçəklər üzərindəki təcrübələrin uğursuzluğunu belə izah edir:

"Çoxlu sayda genetik dəfələrələ milçəkləri cürbəcür mutasiyalara məruz qoymuşlar. Nəticə nə oldu? Onlar nəticədə insan əldə edə bildilərmi? Təəssüf ki, yox. Genetiklərin əmələ gətirdikləri əcaib məxluqlardan ancaq bəziləri onların saxlandıqları qablardan kənarda yaşamağı davam etdirə bildilər. Mutasiyaya məruz qalan milçəklər ya həmin an ölür, ya şikəst, ya da ki, sonsuz olurdular".19

All Mutations are Harmful
mutasyon, sinek

A. NORMAL 1. Eye, 2. Antenna

B. MUTANT 3. Leg

A normal fruit fly (drosophila).

A fruit fly with its legs jutting from its head; a mutation induced by radiation.

çernobil, el

The boy at left is a Chernobyl nuclear plant accident victim.

A disastrous effect of mutations on the human body.

Mutasiyanın insan orqanizminə olan təsiri haqqında da eyni sözləri demək olar. İnsanlara təsir edən bütün mutasiya növləri zərərlidir. Tibbi ədəbiyyatda monqolizm, Daun sindromu, onkoloji xəstəliklər, albinizm, cırtdan boyluluq, əqli və fiziki pozuntuların başqa növləri mutasiya təsirlərinin nəticələri kimi xarakterizə olunur. Sözsüz ki, insanları şikəst edən proses "təkamül mexanizmi" adlana bilməz.

Mutasiyaların təkamülçülərin iddialarının doğruluğunu sübut edə bilməməsi səbəblərini üç əsas bənd üzrə göstərmək olar.

l) Mutasiya həmişə zərərlidir: mutasiya canlı orqanizmə kortəbii olaraq demək olar ki, həmişə ziyan vurur. Canlı orqanizmin möhkəm, yüksək nizamlı quruluşuna şüursuz müdaxilə onun dağılmasına gətirib çıxarır. Elm tarixində "müsbət mutasiyaların" heç bir nümunəsi müşahidə olunmayıb.

2) Mutasiya nəticəsində DNT molekuluna yeni məlumat əlavə oluna bilməz: DNT molekulunun daxilindəki genetik məlumata cavabdeh olan strukturlar mutasiya nəticəsində öz yerlərini dəyişir, xəsarət alır və ya sadəcə olaraq itirlər. Lakin mutasiya canlı orqanizmdə yeni üzv yaratmağa və ya yeni xüsusiyyətlərin əmələ gəlməsində vasitəçilik etməyə qadir deyil. O, ancaq anormal hadisələrin, məsələn, ayağın kürəkdə və yaxud qulağın qarın nahiyəsində bitməsinin səbəbi ola bilər.

3) Mutasiyanın yeni nəsillərə ötürülməsi üçün bu dəyişikliklərin məhz cinsi hüceyrələrdə baş verməsi vacibdir: başqa hüceyrə və orqanlarda baş verən müxtəlif mutasiya dəyişiklikləri növbəti nəsillərə keçmir. Məsələn, radiasiya və ya başqa amillərin nəticəsində mutasiyaya məruz qalan insanın gözü öz formasını dəyişə bilər, amma bu, sonrakı nəsillərə heç cür keçə bilməz.

Bir sözlə, canlı orqanizmlərin təkamülü mümkün deyil, çünki təbiətdə onu həyata keçirə bilən mexanizm yoxdur. Tapılan skelet qalıqlarının göstəricilərinə baxsaq, əmin olarıq ki, bu cür uydurulmuş ssenari heç vaxt mövcud olmamışdır.

 

Qaynaqlar

12. Colin Patterson, "Cladistics", Brayan Lik ilə reportaj, Peter Franz, 4 mart 1982, BBC

 13. Stephan Jay Gould, "The Return of Hopeful Monsters", Natural History, c. 86, iyul-avqust 1977, s. 28

14. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189

15. Charles Darwin, The Origin of Species, s. 177

16. B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988

17. Warren Weaver, "Genetic Effects of Atomic Radiation", Science, Cilt 123, 29 Haziran, 1956, s. 1159

18. Gordon R. Taylor, The Great Evolution Mystery, New York, Harper & Row, 1983, s. 48

19. Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, s. 70

5 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com