Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
7 / total: 18

Beşinci Fəsil: Sudan Quruya Olan Keçid Təkamül Nəzəriyyəsinin Uydurduğu Nağıldır

Təkamülçülər belə iddia edirdilər ki, kembri dövründə əmələ gələn dəniz onurğasızları on milyonlarla illər ərzində balıqlara çevrilmişlər. Lakin onurğasızlarla balıqlar arasındakı təkamülü sübut edən keçid formaları mövcud deyil və həmçinin onların ümumi əcdadları tapılmayıb. Onurğasızların skeleti olmadığının və bərk hissələrinin üst təbəqədə yerləşdiyinin əksinə olaraq balıqların skeleti içəridə olduğu üçün onurğasızların balıqlara təkamülü (çevrilməsi) saysız-hesabsız keçid formalarında öz izini qoya biləcək böyük dəyişikliklər tələb edir.

transition_from_water_to_land_lie_en

According to the hypothetical scenario of "from sea to land", some fish felt the need to pass from sea to land because of feeding problems. This claim is "supported" by such speculative drawings.

Bu mövcud olmayan formaları tapmaq üçün təkamülçülər 140 il vaxt sərf edərək yer qabığını alt-üst ediblər. Balıqların milyonlarla qalıqları tapıldığı halda onurğasızların bir dənə də olsun keçid forması tapılmayıb.

Təkamülçü paleontoloq Cerald T.Todd "Sümüklü balıqların təkamülü" adlı məqaləsində aşağıdakı sualları qoyur:

"Sümüklü balıqların üç sinfinin hamısı geoloji qatlarda eyni zamanda əmələ gəliblər. Yaxşı, bəs onlar haradan əmələ gəliblər? Belə müxtəlif və mürəkkəb məxluqların yaranmasının səbəbi nədir? Ondan törəyə biləcəkləri əcdadın izi niyə yoxdur?"31

Təkamül nəzəriyyəsi iddia edir ki, müəyyən dövr keçdikdən sonra balıqlar sudan çıxıb quru canlılarına çevrilmişdir. Lakin bu keçidi təkzib edən çoxsaylı fizioloji və anatomik faktorlar mövcuddur. Həmçinin sudan quruya olan keçidi təsdiq edən heç bir arxeoloji tapıntı yoxdur. Təkamülçülərin ssenarisinə görə, balıqlar amfibiyalara çevrilmişlər. Zənn edildiyi kimi, bu ssenarinin də sübutu yoxdur. Yarıbalıq-yarıamfibiyanın bir dənə də olsun qalığı aşkar edilməmişdir. "Onurğasızların paleontologiyası və təkamülü" kitabının müəllifi, məşhur təkamülçü Robert Kerrol könülsüz də olsa belə bir etirafda bulunur:

"Bizdə ilk amfibiyalarla balıqlar arasında olan keçid formalarının qalıqları yoxdur".32

coelacanth, fosil coelacanth, balıkçılar canlı coelacanth, canlı balık

410-million-year-old coelacanth fossil. Evolutionists claimed that it was the transitional form representing the transition from water to land.

Living examples of this fish have been caught many times since 1938, providing a good example of the extent of the speculations that evolutionists engage in. 

Təkamülçü paleontoloqlar Kolbert və Morals amfibiyaların üç sinfi: qurbağalar, səməndərlər və caecilian-lar haqqında bunları deyirlər:

"Paleozoy dövrü amfibiyalarının əcdadlarının mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. Məlum olan qədim qurbağa, səməndər və caecilian növləri indikilərdən heç nə ilə fərqlənmir".33

Ancaq 50 il bundan əvvəl balıq-amfibiya qalıqlarının mövcud olduğu hesab edilirdi. Yaşı 410 milyon il müəyyən olunmuş "coelacanth" balığının daşlaşmış qalıqları bir çox təkamülçü qaynaqlarda keçid forması kimi təqdim olunurdu. Təkamülçülər "coelacanth" balığında quruya çıxmaq üçün yetərli olan primitiv ağ ciyərlərin, inkişaf etmiş beynin, qan dövranı və həzm sistemlərinin, hətta primitiv yerişin olmasını iddia edirdilər. 1930-cu illərin sonuna kimi bu izahlar bütün elmi yığıncaqlarda mübahisəsiz şəkildə qəbul olunurdu.

Təkamül nəzəriyyəsinin elmi əsassızlığının nümunələrindən biri: Tısbağa
 kaplumbağa fosili, fosil

Təkamül nəzəriyyəsi balıqları və yaxud sürünən heyvanlar kimi canlı qruplarının əmələ gəlməsini məntiqlə izah etmək iqtidarında olmadığı kimi bu qrupları təşkil edən ayrı-ayrı növlərin əmələ gəlməsi məsələsində də gücsüzdür. Məsələn, sürünən heyvanlar sinfindən olan tısbağalar paleontoloqların qazıntı halında aşkar etdiyi heyvan qalıqlarının arasında xüsusi və inkişaf etmiş müasir tısbağalardan heç nə ilə fərqlənməyən bağa qını ilə tapılıblar.

Təkamülçü nəşrlərin birinin ifadəsinə görə, tısbağaların yaxşı qorunmuş çoxsaylı qalıqlarının olsa da əvvəllər olduğu kimi tısbağalardan təkamül zəncirində şərti olaraq əcdadı tısbağa sayılan heyvanlara qədər keçid formada qalıqlarını tapmaq mümkün olmur.

Lakin 1938-ci il, dekabrın 22-də Hind okeanında maraqlı kəşf edildi. 70 milyon il bundan əvvəl nəsli kəsilmiş sayılan keçid forması - "coelacanth" balığı okeanda diri halda aşkar olundu. Heç şübhəsiz ki, bu tapıntı təkamülçüləri pərt etmişdi. Təkamülçü-paleontoloq C.L.B.Smit belə demişdi: "Mənim qarşıma hətta dinozavr çıxsaydı, mən bu dərəcədə təəccüblənməzdim".34 Sonrakı illərdə başqa yerlərdə də "coelacanth" balığının 200-dən artıq sayda fərdləri aşkar olunmuşdu. Təkamülçülərin uydurmasının necə dərin ola bilməsi bu balıqların aşkar olunması ilə meydana çıxdı. Bütün iddialara baxmayaraq bu balıqlarda nə inkişaf etmiş beyin, nə də primitiv ağ ciyərlər yox idi. Ağ ciyər kimi qəbul etdikləri isə əslində yalnız piy vəzisi idi.35 Həmçinin bəlli olduğu kimi, "quruya keçmək üçün hazır olan namizəd", yəni "coelacanth" balığı okeanın dərin sularında yaşayır və dərinliyi 180 metrdən az olan məsafəyə qalxmır.36

Sudan Quruya Keçid Niyə Mümkün Deyil?

Təkamülçülər iddia edir ki, günlərin bir günündə suda yaşayan heyvanlar necə olursa quruya çıxaraq quru heyvanlarına çevriliblər. Amma bu keçidi mümkünsüz edən saysız-hesabsız anatomik və fizioloji faktorlar var. Diqqətinizə ən parlaq təzahür edən faktorların təsnifatını çatdırırıq.

1. Öz bədəninin ağırlığını daşımaq:

Suda (dənizlərdə) yaşayan canlılar heç vaxt öz bədənlərinin ağırlığı problemi ilə üzləşmirlər. Bunun əksinə olaraq quruda yaşayan heyvanların əksər hissəsi enerjisinin 40%-ni öz bədən ağırlığını daşımağa sərf edir. Su mühitini tərk edən və quruda həyata başlayan heyvan mütləq bədəninin ağırlığına tab gətirə biləcək yeni skelet və əzələlər yetişdirməli, çəkini daşıyıb gətirmək üçün enerjini təmin etməlidir. Lakin həyati sistemlərin bu cür mürəkkəb komplekslərinin inkişafını təsadüfi mutasiyalarla izah etməyə cəhd göstərmək mənasızdır.

2. Bədən hərarətinin saxlanılması:

Quruda havanın hərarəti tez-tez və böyük amplitudada dəyişə bilir. Quruda yaşayan heyvanın orqanizmində hava şəraitinin dəyişməsindən asılı olaraq heyvan orqanizmində sabit temperaturu (hərarəti) qoruyub saxlayan, yaxşı inkişaf etmiş metabolizm sistemi mövcuddur. Eyni zamanda isə dənizlərdə temperatur tədricən dəyişir və heç vaxt quruda olduğu kimi tez-tez dəyişmir.

Buna görə də suda yaşayan heyvanlar suyun sabit temperaturuna uyğun fizioloji sistemlərə malikdir. Beləliklə, sudan quruya keçid zamanı heyvan öz orqanizmində xarici mühitin şərtlərinə müvafiq olaraq bədən temperaturunu tənzim edən qoruyucu mexanizmlər formalaşdırmağa məcburdur. Heç şübhəsiz ki, balıqların sudan quruya keçdiyi vaxt təsadüfi mutasiyalar nəticəsində yuxarıda adıçəkilən sistemlərə malik olması iddiasını irəli sürmək ən azı sadəlövhlükdür.

3.Sudan istifadə edilməsi:

Bütün canlılar üçün həyatın vacib qaynaqlarından olan su quruda olduqca məhdud miqdardadır. Bu səbəbdən heyvan sudan, hətta havanın rütubət səviyyəsindən çox qənaətlə istifadə etməlidir. Beləliklə, məsələn, dəri nəmliyin (rütubətin) itirilməsinə və buxarlanmasına mane olan sistemlərə malik olmalıdır. Heyvan orqanizmin daxilində tənzimlənən susuzluq hissini duymalıdır. Eyni zamanda suda yaşayan canlılar susuzluq hissinə bələd deyillər və onların dərisi su olmayan mühitə uyğun deyil.

4. Böyrəklər:

Suda yaşayan canlı orqanizmlər suyun bol olması sayəsində bədəndə yığılmış ammonyak və s. kimi kimyəvi maddələrin qalıqlarını süzüb təmizlənə bilirlər. Quraqlıqda yaşayan heyvanlar isə sudan qənaətlə istifadə etməyə məcburdur, amma orqanizmin şlaklardan (qalıqlardan) təmizlənməsi üçün onlarda yaxşı inkişaf etmiş böyrək sistemi var. Böyrəklərin funksiyası sahəsində ammonyak öz şəklini dəyişib sidik kisəsinə toplanır və beləliklə, şlakların orqanizmdən çıxarılması üçün suyun minimum miqdarından istifadə olunur. Bundan əlavə, böyrəklərin işləməsi üçün tamamilə yeni fizioloji mexanizmlərin olması labüddür.

Yuxarıda deyilənləri yekunlaşdıraraq nəticə belə çıxaraq: böyrəkləri olmayan suda yaşayan heyvan sudan kənar həyata başlamaq üçün o saat orqanizmində şlaklardan təmizləyən böyrək sistemini inkişaf etdirməlidir.

5. Tənəffüs sistemi:

Balıqlar suda həll olmuş oksigeni qəlsəmələr vasitəsilə alırlar. Buna görə quruya keçəndən sonra boğulmamaq üçün balıqlar orqanizmlərində ani surətdə ağ ciyərlər vasitəsilə gerçəkləşən mükəmməl tənəffüs sistemini işləyib hazırlamalıdır

Əlbəttə, tamamilə aydındır ki, bir heyvanın orqanizmində yuxarıda sadalanan bütün fizioloji dəyişikliklərin dərhal və təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil.

 

Qaynaqlar

31. Gerald T. Todd, "Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship", American Zoologist, Cilt 26, No. 4, 1980, s. 757

32. R. L. Carroll, Vertebrate Paleontology and Evolution, New York: W. H. Freeman and Co. 1988, s. 4

33. Edwin H. Colbert, M. Morales, Evolution of the Vertebrates, New York: John Wiley and Sons, 1991, s. 99

34. Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd., 1984, s. 120

35. Jacques Millot, "The Coelacanth", The Scientific American, Cilt 193, Aralık 1955, s. 39

36. Bilim ve Teknik Dergisi, Kasım 1998, Sayı 372, s. 21

7 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com