Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
9 / total: 18

Yeddinci Fəsil: Təkamülçülərin Tapılan Skelet Qalıqları Məlumatlarına Aid Yalançı Şərhləri

İnsan təkamülü əfsanəsinin təfərrüatını araşdırmadan öncə cəmiyyətin əsas hissəsinin yarımeymun-yarıinsan varlığın mövcud olması ilə razılaşdığı təbliğat metodlarına toxunmaq lazımdır. Bu təbliğat metodu arxeoloji tapıntılar əsasında düzəldilmiş "rekonstruksiyalardan" ibarətdir. Rekonstruksiya - "bərpa olunma", yəni heyvanın yalnız bir sümüyü tapıldığı halda onun rəsminin və ya maketinin düzəldilməsi deməkdir. Sizin bəlkə də qəzetlərdə, jurnallarda yaxud da filmlərdə gördüyünüz meymunabənzər insan rekonstruksiya yolu ilə düzəldilib. Əksər hallarda daşlaşmış qalıqlar dağınıq və natamam halda tapılır və buna görə də bunlara arxalanaraq nəyisə zənn etmək xəyala qapılmaq kimi bir şeydir. Bu səbəbdən təkamülçülərin bu qalıqlar əsasında həyata keçirdiyi rekonstruksiyalar təkamül ideologiyasının tələblərinin yerinə yetirilməsinə yönəldilib. Harvard Universitetinin antropoloqu Devid Pilbim bu faktı xüsusilə vurğulayır: "Paleoantropologiya sahəsində nəzəriyyə hər zaman səhih faktlar üzərində üstünlük qazanıb".54

java adamı, sahte çizim

(sol) Steven M.Stonley (Human Origins) tərəfindən çəkilmiş şəkil
(sağ)Mourice Vilson (From Age to Adam: the Search for the Ancestry of man) tərəfindən çəkilmiş şəkil

Rekonstruksiyaların məqsədi təsir altına daha asanlıqla düşən insanların görmə hisslərinə nüfuz etməkdən ibarətdir və beləliklə də onları bu məxluqların keçmişdə var olmasına inandırmaqdır. Burada onu da vurğulamaq lazımdır ki, sümük qalıqlarının üzərində aparılan tədqiqatlar nəticəsində konkret obyektin yalnız ümumi cizgilərini müəyyən etmək olar. Xassələrin daha müfəssəl müəyyən olunması üçün parçalanmaya tez məruz qalan yumşaq toxumaların olması labüddür. Təkamül tərəfdarı yumşaq toxumaya öz mülahizəsi ilə istədiyi formanı asanlıqla verə bilər. Harvard Universitetindən Ernst A.Xuten bu halı belə izah edir:

"Yumşaq toxumaların "təkrar istehsalı" çox riskli bir işdir. Dodaqların, gözlərin, qulaqların və burun kimi orqanların onların altında yerləşən sümüklə heç bir əlaqəsi yoxdur. Yəni siz neandertal insanın kəlləsini hər hansı bir meymunun və ya filosofun başına eyni uğurla oxşada bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanan bu cür rekonstruksiyalar heç bir elmi dəyər daşımır və onlardan xalq kütləsini idarə etmək üçün istifadə olunur. Buna görə də onlara etibar etməyə dəyməz".55

Eyni bir kəllədən istifadə olunmaqla hazırlanan üç müxtəlif şəkil
kafatası, sahte çizimler

1964-cü il, aprelin 5-də "Sunday times" qəzetində nəşr olunan şəkil Moris Uilson tərəfindən çəkilmiş şəkil

Steven M.Stonley (Human Origins) tərəfindən çəkilmiş şəkil

N.Parker tərəfindən çəkilmiş və "National Geoqraphic" jurnalında 1960-cı ilin sentyabr ayında nəşr olunmuş rəsm

 

Imaginary Drawing
lucy ailesi, sahte çizimler
evrim, hayali çizim
evrim, hayali çizim

Gehemnisee der Urzeit und Menschen, səh. 200

National Geograrhik, mart 1996-cı il

Uydurulmuş şəkillər: təkamülçülər öz nəzəriyyəsini isbat etmək üçün bilərəkdən özlərinə sərfəli olan görkəmi insanın qalıqlarda qalmayan forma və xassələrinə verirdilər, məsələn, burunun və dodaqların quruluşu, saçlar və saç düzümü, qaşların forması. Bundan əlavə, onlar tərəfindən uydurulmuş məxluqlar ailə çevrəsində, ovda və həmçinin gündəlik həyatın başqa epizodlarında təsvir olunurdular. Ancaq bu şəkillər yalnız fantaziyanın məhsuludur. Təkamülçülərin rekonstruksiyalarını təsdiq edən bir dənə də qədim insan qalıqları tapılmayıb.

 

Qaynaqlar

54. David Pilbeam, "Rearranging Our Family Tree", Nature, Haziran 1978, s. 40

55. Earnest A. Hooton, Up From The Ape, New York: McMillan, 1931, s. 332

9 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com