Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
14 / total: 18

On İkinci Fəsil: Təkamülçülərin Əsassız Fikirləri

Əvvəlki fəsillərdə biz təkamül nəzəriyyəsinin yanlışlığını paleontologiya və molekulyar biologiya tərəfindən təqdim olunan sübutlar vasitəsi ilə incələdik. Bu fəsildə biz təkamülçülərin öz nəzəriyyələrinə sübut kimi təqdim etdikləri bir sıra bioloji anlayış və hadisələri müzakirə edəcəyik. Aşağıda göstərilən məsələlər iki səbəbdən çox mühümdür: birincisi, onlar təkamül nəzəriyyəsini sübuta yetirən elmi kəşflərin olmadığını təsdiqləyir; ikincisi, təkamülçülərin öz mövqelərini qorumaq üçün hansı saxtakarlıqlara əl atdığını göstərir.

Variasiyalar və Növlər Arasındakı Keçilməz Sərhədlər

Növlərdəki Variasiyaları Təkamül Deyil
köpek, varyasyon

In The Origin of Species, Darwin confused two separate concepts: variations within a species and the emergence of an entirely new one. Darwin observed the variety within the various breeds of dogs, for example, and imagined that some of these variations would one day turn into a different species. Even today evolutionists persist in seeking to portray variations within species as “evolution”.

However, it is a scientific fact that variations within a species are not evolution. For instance, no matter how many breeds of dog there are, these will always remain a single species. No transition from one distinct species to another will ever take place.

Variasiya genetika elmində istifadə olunan və növ dəyişməsi mənasını daşıyan termindir. Bu genetik hadisə bir növün ayrı-ayrı numayəndələrinin və ya bütöv bir qrupun fərqli xüsusiyyətlərə malik olmasına səbəb kimi səciyyələndirilir. Məsələn, Yer kürəsində yaşayan bütün insanlar eyni genetik məlumatlara malik olsa da onların bəziləri ağbənizli, digərlərinin burunları bir az uzun, boyu daha qısa olur. Öz nəzəriyyələrini subuta yetirmək üçün təkamülçülər bu sinifdaxili variasiyalardan istifadə edirlər. Bununla belə bu variasiya hadisələri nəzəriyyəni sübut etmir, çünki bu proses öncədən mövcud olan genetik məlumatlar hüdudlarında baş verən müxtəlif kombinasiyalar vasitəsilə əmələ gəlir. Genetika elmində bu hüdudlara "genofond" deyilir. Hər bir sinfin xüsusiyyətləri onun genofondundadır və variasiya hesabına müxtəlif formalarda özünü göstərir. Məsələn, variasiyanın nəticəsi olaraq bəzi sürünənlər sinfinə aid olan heyvanların quyruğu digərləri ilə müqayisədə qısa və ya uzun olur. Bunlar hamısı ona görədir ki, uzun və ya qısa quyruq haqqında məlumat genofondda artıq mövcuddur. Lakin variasiya sürünənlərin maddələr mübadiləsinə, onlarda lələklərin, qanadların əmələ gəlməsinə və ən nəhayət, onların quşa çevrilməsinə heç cür təsir göstərə bilməz. Çünki bu cür "çevrilmə" üçün canlının genetik məlumatı əsaslı dəyişikliyə uğramalı və artmalıdır, bu isə öz növbəsində variasiya üçün qəbulolunmazdır.

Darvin öz nəzəriyyəsini irəli sürərkən bu faktdan xəbərdar deyildi və elə düşünüdü ki, variasiyanın heç bir hüdudu yoxdur. 1844-cü ildə işlərinin birində o, belə yazır ki: "Bir çox alim variasiyanın məhdud olduğunu ifadə edir, amma mən bu fikri əsaslandıracaq bir dənə də olsun konkret səbəb görmürəm".128

Darvin özünün "Növlərin mənşəyi" adlı kitabında müxtəlif variasiyaları öz nəzəriyyəsinin ən əsaslı sübutları kimi təqdim edir. Darvinin fikrincə, heyvandarlar daha çox süd verən növ əldə etmək məqsədilə inəklərin müxtəlif variasiyalarını calaşdıraraq nəticədə yeni bir heyvan növü əldə edirlər. Darvinin "sonsuz dəyişilmələr" haqqındakı fikirləri öz əksini onun "Növlərin mənşəyi" əsərində tapmışdır:

"Mən hər hansı bir ayı növünün təbii seçmə nəticəsində yavaş-yavaş suda yaşamaq xüsusiyyətini əldə etməsində də, sonradan onun ağzının genişlənməsində də və ən nəhayət, onun böyük bir balinaya çevrilməsində heç bir qəribə şey görmürəm".129

Darvinin bu cür "cəsarətli" fikirləri o dövrün elmi səviyyəsinin primitiv olmasından xəbər verir. Müasir elm isə heyvanlar üzərində aparılan analoji eksperimentlər əsasında genetik sabitlik prinsipini meydana çıxarmışdır. Bu prinsip canlı növləri arasında keçilməz sərhədlər cızaraq növün variasiyası yolu ilə digər növə çevrilməsi cəhdlərini boşa çıxarmışdır. Yəni müxtəlif inək növlərini calaşdıran heyvandarlar digər bir canlı növü əmələ gətirə bilməzlər.

Özünün "Darvin Retried" adlı kitabında darvinizmi inkar edən Norman Makbet bu barədə aşağıdakıları yazır:

Balinalar ayılardan əmələ gəlib?!!....
ayı, balina

Çarlz Darvin özünün "Növlərin təbii seçmə yolu ilə yaranması" adlı kitabında iddia edir ki, balinalar üzməyi öyrənmək istəyən ayıların təkamülə məruz qalması nəticəsində əmələ gəlmişlər! Belə bir iddianın sübutu kimi Darvin növdaxili dəyişikliklərin sonsuzluğunu göstərmişdir. XX əsrin elmi isə zəngin fantaziyalara əsaslanan bu fikirləri alt-üst etmişdir..

"Əsas problem ondadır ki, həqiqətənmi canlılar "hədsiz" dəyişmələr göstərə bilər... Növlər həmişə sabitdir. Biz bilirik ki, hər hansı növ bitki və heyvanın inkişafı bəlli bir zamana qədər davam edir, eləcə də onlar hər zaman özünün ilkin formasını alırlar. Yüz illərdir davam edən səylərə baxmayaraq indiyə qədər məsələn, qara zanbaq və ya mavi qızılgül yetişdirmək mümkün olmamışdır".130

Heyvanların seleksiyası sahəsində dünyanın ən tanınmış alimlərindən biri olan Lüter Burbank bu faktı belə izah etmişdir: "Canlı orqanizmin dəyişməsinin mümkünlüyünün bəlli hüdudları vardır və məhz bu qanun canlı orqanizmlərin bəlli hüdudlar daxilində sabit, dəyişməz qalmasını təmin edir".131

Danimarka alimi U.L.Cohannsen bu mövzuda belə deyir: "Darvinin üzərində durduğu variasiya əslində bəlli bir məqama qədər davam edir və buna görə də "sonsuz dəyişilmələrin" (təkamülün) səbəbi olaraq səciyyələndirilə bilməz".132

Antibiotiklərə Qarşı Müqavimət və DDT-ya Qarşı İmmunitet Təkamülün Sübutu Deyil

bakteri, antibiyotik

Təkamülçülərin, bakteriyaların antibiotik müqavimətini təkamülə dəlil göstərmələri bir yalandan ibarətdir.

Təkamül nəzəriyyəsinin sübutu kimi bir sıra bakteriya növlərinin antibiotiklərə qarşı müqaviməti (resistance) və həşəratlarda DDT-ya qarşı olan immunitet göstərilir. Təkamülçülərə görə, müqavimət və immunitet mexanizmləri yuxarıda göstərilən maddələrin canlılara göstərdiyi təsir nəticəsində meydana gələn mutasiyalar səbəbi ilə yaranmışlar.

Bununla belə bəzi bakteriya və həşəratların bu xüsusiyyətləri antibiotik və DDT-ların təsirinin nəticəsi deyil. Çünki bu canlılar öncədən bu xüsusiyyətləri ilə yaradılmışdır. Təkamül nəzəriyyəsinin müdafiəçilərindən sayılmasına baxmayaraq "Scientific American" jurnalında aşağıdakılar etiraf edilmişdi:

"Bakteriyaların çoxu hələ antibiotiklərin istifadəsindən öncə müqavimət geninə malik olmuşlar. Alimlər bu genlərin yaranma və mövcudolma səbəblərini bilmirlər".133

Gördüyümüz kimi, ilk antibiotiklərin meydana gəlməsinə qədər də müqavimət genetik kodunun mövcudluğu təkamülçülərin izah edə bilmədiyi və onların bu fikirlərini alt-üst edən bir faktdır. Antibiotiklərdə müqavimət göstərən bakteriyaların mövcudluğu haqqında nüfuzlu "Medical Tribune" elmi jurnalının 29 dekabr, 1988-ci il tarixli sayında aşağıdakı maraqlı hadisə haqqında məqalə dərc olunmuşdu: 1986-cı ildə aparılan tədqiqat zamanı 1845-ci il qütb ekspedisiyasında xəstəlikdən həlak olan tədqiqatçıların cəsədləri tapılmışdı.

Meyitlərin öyrənilməsi zamanı XIX əsrdə geniş yayılmış bir sıra bakteriya növləri aşkar olunmuşdu. Bu bakteriyaların analizi zamanı bir çoxlarını heyrətləndirən bir fakt da məlum olmuşdu. Aşkar olunan bakteriyaların XX əsrdə mövcud olan antibiotiklərə qarşı davamlı olduqları müəyyən edilməmişdi.134 Öz növbəsində pensilin almadan bakteriya növlərinin çoxunun davamlılıq xüsusiyyətlərinə malik olması tibbdə qəbul olunan faktlardan biridir. Deməli, bakteriyaların müqavimət xüsusiyyətlərinin təkamülün nəticəsi olması fikri doğru deyil. Yaxşı, bəs onda "bakteriyaların immun qazanması" adlandırdığımız proses necə həyata keçir?

Bakteriyaların Antibiotiklərə Müqaviməti

Hər bir bakteriya növlərinin bir çox çeşidləri (variasiyalar) var. Bu çeşidlərin bəziləri bir sıra preparata qarşı müqavimət göstərmə kimi genetik məlumata malikdir. Belə bir genetik məlumatı olmayan bakteriyalar müəyyən preparatın təsiri altında məhv olur, davamlılar isə mövcudluğunu davam etdirərək çoxalmaq imkanı qazanırlar. Məhv olmuş bakteriyaların yerini müəyyən vaxtdan sonra daha davamlılar alır ki, bunlar da sonradan bütöv bir koloniya əmələ gətirirlər. Əvvəlki preparat artıq onlara xətər gətirə bilmir. Lakin bakteriya növü dəyişməz olaraq qalır.

Burada təkamülçülərin iddia etdiklərinin əksinə olaraq antibiotiklərə qarşı davamlı olmayan bakteriyaların preparatların təsiri ilə mutasiyaya uğraması və yeni genetik məlumat alaraq davamlı bakteriyaya çevrilməsi hadisəsi deyil, bunun tam əksinə, təkamülçülərin fərziyyəsinin əsassız olduğu subuta yetir. Burada sadəcə olaraq bakteriyaların bir hissəsinin məhvi və digər hissəsinin məhv olmuşların yerini alması prosesi gedir. Bu da öz növbəsində heç də yeni növün yaranması, yəni "təkamül" demək deyil. Burada yalnız mövcud olan variasiyalardan birinin məhvi prosesi gedir ki, bu da öz-özlüyündə təkamül nəzəriyyəsinə ziddir.

Həşəratların DDT-yə Qarşı İmmuniteti

Təkamül nəzəriyyəsinin sübutu kimi təkamülçülər tərəfindən göstərilən digər bir fenomen də yuxarıda sadalanan həşəratların DDT-yə qarşı immunitetidir. Bu fenomenin inkişafı bakteriyaların antibiotiklərə müqaviməti fikrinin inkişafı ilə üst-üstə düşür.

Bu cür immunitetin "qazanılması"ndan heç söhbət belə gedə bilməz, çünki bir sıra həşəratlar onsuz da immunitetə malikdir. DDT maddəsinin kəşfindən sonra ona qarşı immuniteti olmayan həşəratlar bu kimyəvi maddənin təsiri nəticəsində məhv olmuş, qalanlar - immunitetə əvvəldən malik olanlar isə çoxalmağa başlamışlar. Nəticədə eyni növə aid həşəratlardan yalnız DDT-yə davamlı həşəratlar öz mövcudluğunu qoruyub saxlamışdır. Müvafiq olaraq DDT artıq onlara təsir etməmişdir. Bu fenomen sadə dildə belə adlandırılır: "Həşəratlar DDT-yə qarşı immunitet qazandılar".

Təkamülçü bioloq Fransisko Ayala bu faktı etiraf edərək deyir: "Bir sıra həşərat növlərinin məhv edilməsi üçün insan tərəfindən sintezləşdirilmiş zəhərli kimyəvi maddələrin tətbiqi nəticəsində bu növlərin müxtəlif genetik çeşidlərində aşkar olunan immunitetin onlarda öncədən də mövcud olduğu müəyyən edilmişdir".135

Təkamülçülər insanların çoxunun mikrobiologiya sahəsində bilik almaq və tədqiqat aparmaq imkanının olmamasından istifadə edərək izah etdiyimiz müqavimət və immunitet fenomenlərini açıq-aşkar saxtalaşdırmağa çalışmışlar. Təkamülçülər çox tez-tez mətbuatda bunları təkamül nəzəriyyəsinin sübutları kimi göstərirlər. Bununla yanaşı aydındır ki, nə bakteriyaların antibiotiklərə qarşı davamlılığı, nə də həşəratların DDT-yə qarşı immuniteti təkamül nəzəriyyəsi xeyrinə heç bir sübut demək deyil. Lakin bu mövzuların ikisi də təkamülçülərin öz nəzəriyyələrinə haqq qazandırmaq üçün hansı təhrif və yalanlara əl atdığına çox açıq sübutlardır.

Yoxa Çıxmış Orqanlar Haqqında Cəfəngiyyat

körelmiş organlar, göz

1. Eyelid
2. Pupil

3. Sclera
4. iris

İnsan və sprut gözü olduqca bənzər strukturlara sahibdirlər. Ancaq hər iki canlı növünün bənzər orqanlara sahib olması, onların ortaq bir atadan evrimleştikleri mənasını verməz. İnsanla sprutun bənzər gözlərə sahib ortaq bir ataları olduğunu təkamülçülər belə iddia edə bilməməkdədirlər.

Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, yanlışlığı məlum olduqdan sonra isə bu ədəbiyyatdan səssiz-səmirsiz çıxarılan digər bir iddia da "fəaliyyətini itirmiş orqanlar" məfhumudur. Bu məfhumun yanlışlığının sübut olunmasına baxmayaraq bəzi təkamülçülər bu fərziyyəni hələ də müdafiə edirlər.

Fəaliyyət qabiliyyətini itirmiş (atrofit) orqanlar haqqında iddialar hələ XIX əsrdə ortaya atılmışdı. Bu iddiaya görə, canlıların orqanizmlərində əcdadlarından qalma bəzi orqanlar olmuşdur ki, bunlar öz təyinatını itirərək bəlli bir zaman keçəndən sonra öz fəaliyyət qabiliyyətini itirmişlər.

Bu, olduqca qeyri-elmi bir fikirdir, çünki bu fikir kifayət qədər elmi faktlara əsaslanmır. "Təyinatını (funksiyasını) itirən orqanlar" əslində "funksiyaları bəlli olmayan orqanlar" olmuşlar. Buna ən yaxşı sübut təkamülçülər tərəfindən hazırlanmış "fəaliyyət qabiliyyətini itirmiş orqanların" siyahısında yer alan orqan sayının yavaş-yavaş azalmasıdır.

"Evolutionary Theory" jurnalında dərc olunan "Atrofit orqanlar təkamül nəzəriyyəsinin sübutudurmu" adlı məqaləsində S.R.Skeddinq bu faktı belə etiraf edir:

Biologiya sahəsində məlumatlarımızın artmasına uyğun şəkildə "fəaliyyət qabiliyyətini itirmiş" orqanların sayı da azalır... İstifadəsiz orqanların müəyyən edilməsinin mümkün olmaması və yoxa çıxmış orqanlar fikrinin qeyri-elmi olması faktı mənə belə deməyə əsas verir ki, "fəaliyyət qabiliyyətini itirmiş orqanlar" fikri təkamül nəzəriyyəsinin sübutu deyildir".136

Alman anatomu R.Vayderşeym tərəfindən 1895-ci ildə hazırlanan fəaliyyət qabiliyyətini itirmiş orqanların siyahısına təxminən 100 müxtəlif orqan daxil idi ki, bunların arasında appendiks və büzdüm də var idi. Lakin elmin inkişafı ilə Vayderşeymin siyahısına daxil olan orqanların insan orqanizmində mühüm funksiyalara malik olması müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, fəaliyyət qabiliyyətini itirmiş sayılan appendiks əslində limfa sisteminin bir hissəsi olaraq orqanizmə daxil olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Bu fakt 1997-ci ildə tibbi mənbələrin birində belə vurğulanmışdı:

"Boğaz uru vəzisi (zob), qara ciyər, dalaq, appendiks və ilik limfa sisteminin üzvlərindən hesab edilir və onlar orqanizmə infeksiyalarla mübarizə aparmaqda kömək edirlər".137

Eləcə də müəyyən edilmişdir ki, badamcıq vəzisi xüsusən həddi-büluğa çatmamış insanlarda boğazın infeksiyalardan qorunmasında çox mühüm rola malikdir. Bundan başqa, məlum olmuşdur ki, büzdüm bəzi sümüklər üçün dirək rolunu oynayır, eləcə də bir sıra kiçik əzələlər üçün bitişmə nöqtəsi funksiyasını daşıyır. Sonralar isə digər faktlar aşkar edilmişdir:

1) atrofir orqan (funksiyasını itirmiş orqan) sayılan boğaz uru vəzisi (zob) T limfositlərini hərəkətə gətirərək orqanizmin müdafiə sistemini aktivləşdirir;

2) epifiz mühüm hormonların hazırlanmasına cavabdehdir;

3) qalxanabənzər vəz südəmər və azyaşlı uşaqların hərtərərfli inkişafını təmin edir;

4) hipofiz vəzi isə bir çox endokrin vəzlərin düzgün işləməsinə nəzarət edir.

Təkamülçülərin atrofir orqanlara dair fikirlərində bir də çox kobud məntiqi səhvlər buraxılmışdır. Bildiyimiz kimi, təkamülçülər canlıların atrofir orqanlarının əcdadlardan qaldığını iddia edirdilər. Buna baxmayaraq insanın əcdadları adlandırılan canlılarda atrofir orqanlardan bəziləri ümumiyyətlə olmamışdır. Məsələn, məlum olmuşdur ki, təkamülçülərin insanın "əcdadı" saydıqları meymunların bəzi növlərində appendiks tamamilə yoxdur. Atrofir orqanlar fərziyyəsinə qarşı çıxan bioloq H.Enox bu məntiqi səhvi belə izah edir:

"İnsanların appendiksi var. Amma onların qədim əcdadlarında - meymunlarda - appendiks yoxdur. Maraqlı bir formada appendiks daha aşağı növdən olan canlı siniflərində, məsələn, opposumlarda (Amerikada yaşayan kisəli siçovul.-red.) rastlanır. Təkamül nəzəriyyəsi bəs bunu necə izah edər?"138

Bir sözlə, atrof orqanlarla bağlı ssenari bir tərəfdən, məntiqi nöqteyi-nəzərdən yanlışdır, digər tərəfdən isə elmi nöqteyi-nəzərdən doğru deyil. İnsanların əcdadlarından qəbul etdikləri və sonra da atrof hala düşən heç bir orqanı yoxdur. İnsanlar təsadüf nəticəsində və digər canlılardan törəməmiş, yalnız qüsursuz olaraq bugünkü şəkildə yaradılmışlar.

Canlı Orqanizmlərin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil

Canlı orqanizmlərin müxtəlif növləri arasında struktur bənzərliyinə biologiya elmində "homologiya" deyilir. Təkamülçülər bu bənzərlikləri təkamül nəzəriyyəsinin sübutları kimi qələmə verməyə cəhd edirlər.

Darvin güman edirdi ki, bənzər orqanlara malik canlı orqanizmlər arasında təkamül əlaqəsi mövcuddur və bu əlaqə ümumi bir əcdaddan irsən qalmışdır. Məsələn, həm göyərçinlərin, həm də qartalların qanadları var; deməli, göyərçinlər, qartallar və digər qanadlı quşlar təkamül nəticəsində eyni bir tarixi əcdaddan törəmişlər.

sinek, kanat

Kartal, yarasa və ağcaqanad, üçü də qanadlara sahib canlılardır. Ancaq onların bənzər orqanlara sahib olmaları, ortaq bir atadan evrimleştiklerinin dəlili deyil.

kartal, kanat yarasa, kanat

Bununla birlikdə homologiya səthi bir fikir olub ümumi görünüşün təxmini qiymətləndirilməsi əsasında irəli sürülmüşdür. Bu fərziyyə Darvinin vaxtından bu günə qədər heç bir konkret elmi faktla sübut olunmamışdır. Yerin heç bir geoloji qatında bu uydurulmuş homoloji orqana malik ümumi "əcdadın" qalıqlarına rast gəlinməmişdir. Bundan başqa:

1) təkamülçülərin əlaqələndirə bilmədikləri müxtəlif siniflərə aid olan canlılardaki mövcud homoloji orqanlar;

2) müxtəlif orqanizmlərdə homoloji orqanların genetik kodlarının bir-birindən tamamilə fərqlənməsi;

3) canlıların homoloji orqanlarının embrional inkişafı mərhələlərindəki fərqlər homologiyanın təkamül nəzəriyyəsi üçün bir əsas təşkil etmədiyini göstərir.

Gəlin bunları ardıcıllıqla nəzərdən keçirək.

Tamamilə Müxtəlif Siniflərdən Olan Canlılardakı Bənzər Orqanlar

Təkamülçülərin heç cür əlaqələndirə bilmədikləri növlərin çoxlu bənzər (homoloji) orqanları var. Qanadlar bu bənzərliyin bir nümunəsidir. Belə ki, yarasaların, quşların və eləcə də milçəklərin qanadları var. Bundan başqa, tarixə qədərki qanadlı kərtənkələlərin bəzi növləri məlumdur.

Amma hətta darvinistlər də göstərilən bu dörd sinfin təmsilçiləri arasında heç bir qohumluq əlaqəsi aşkar edə bilmirlər. Digər bir heyrətamiz nümunə müxtəlif canlı orqanizmlərin göz quruluşunda olan bənzərliklərdir. Məsələn, səkkizayaqlı ilbiz və insan tamamilə fərqli canlı orqanizmlərdir ki, bunlar arasında heç bir təkamül əlaqəsi qurmaq mümkün deyil. Lakin bu iki canlının gözlərinin quruluşuna və funksiyalarına baxanda çox böyük bənzərliklər görmək olar. Burada hətta təkamülçülər də insanın və səkkizayaqlı ilbizin eyni göz quruluşuna malik bir əcdaddan əmələ gəldiyini iddia edə bilməzlər. Bu və buna bənzər misallar göstərir ki, "homoloji orqanları olan canlı orqanizmlərin eyni ümumi əcdaddan əmələ gəlməsi" nəzəriyyəsinin heç bir elmi əsası yoxdur.

Bu məsələ təkamülçüləri çıxılmaz bir dalana salır. Məşhur təkamülçü Frenk Salisberi tamamilə müxtəlif canlılarda eyni gözün əmələ gələ bilməsini şərh edərkən aşağıdakıları etiraf etmişdir:

Homolojiye Meydan Oxuyan Məməlılər
Nəhəng dişlərə sahib iki maraqsız məməli

Plasentalı və kisəli məməlilər arasında fövqəladə dərəcədə bənzər "əkiz" lərin bir digər nümunəsi, hər ikisi də nəhəng ön dişlərə sahib olan yırtıcı bir məməli olan Smilodon (solda) və Thylacosmilus'dur (sağda). Aralarında heç bir təkamüllü əlaqə edilə bu canlıların kəllə və diş strukturlarının fövqəladə dərəcədə bənzər olması, bənzər strukturların təkamülə dəlil meydana gətirdiyi istiqamətindəki homoloji anlayışını yenə çıxılmaz vəziyyətdə soxmaqdadır.

smilodon, thylacosmilus
Tazmanya Kurdu Və Şimali Amerikalı Bənzər

Kisəli məməlilər ilə plasentalı məməlilər arasında "əkiz" növlərin olması, homoloji iddiasına çox böyük bir zərbədir. Məsələn üstdəki kisəli Tazmanya qurdu ilə, Şimali Amerikada yetişən plasentalı qurd, bir-birlərinə fövqəladə dərəcədə bənzərdir. Yanda, bu iki canlının bir-birlərinə çox bənzəyən kəllələr iştirak edir. Heç bir "təkamül qohumluq" önə sürülemeyen iki canlı arasında bu cür bənzərlik olması, homoloji iddiasını əsassız buraxmaqdadır

tazmanya kurdu

1. North American wolf skull

2. Tasmanian wolf skull

kuzey amerikakurdu, tazmanya kurdu

"Hətta göz kimi kompleks bir orqan müxtəlif qrup canlı orqanizmlərdə ayrıca meydana gəlmişdir. Məsələn, səkkizayaqlı ilbizdə, onurğalılarda və antropoidlərdə (insanabənzərlərdə). Bu orqanların eyni zamanda əmələ gəlməsinin izahının onsuz da problemlər yaratdığı bir halda müasir sintetik nəzəriyyənin izahı (neodarvinizm) mənə başağrısı verir".139

Homologiyanın Düşdüyü Genetik və Embrioloji Dalan

körelmiş organlar, göz

Prof. Michael Denton: "Təkamül: Böhran içində bir nəzəriyyə"

Təkamülçülərin homologiyaya aid fikirlərinin ciddiyyət qazanması üçün ilk öncə canlı orqanizmlərin homoloji orqanlarının eyni (homoloji) şifrələrlə (DNT) kodlaşdırılması lazımdır. Buna baxmayaraq bu orqanlar əsasən tamamilə fərqli genetik kodlara DNT-yə malikdir. Müxtəlif canlı orqanizmlərdə homoloji genetik DNT kodları tamamilə fərqli orqanlara uyğun gəlir.

Avstraliyalı biokimyaçı professor Maykl Denton "Təkamül: böhranda olan nəzəriyyə" adlı kitabında homologiyanın genetik yöndən izahında təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətə düşməsini aşağıdakı kimi şərh edir:

"Homologiyanın təkamülçü əsası canlılarda zahiri bənzərliklərin tamamilə fərqli genlərlə ifadə olunmasının sübut edilməsindən sonra dağıldı".140

Bundan başqa, təkamülçü fərziyyələrin ciddi qəbul olunması üçün homoloji orqanların embrional inkişafı zamanını paralel keçməsi gərəkdir. Bunun tam əksinə olaraq bu orqanların embrional inkişafı prosesi hər canlı orqanizmdə fərqli şəkildə baş verir.

Genetika və embriologiya sahələrində aparılan tədqiqatlar Darvinin "canlı orqanizmlərin ümumi tarixi əcdaddan təkamülünün sübutu" kimi təsvir edilən homologiya anlayışının həqiqətəuyğun olmadığını üzə çıxardı. Beləliklə, elm darvinizm nəzəriyyəsinin növbəti tezisinin reallığa zidd olduğunu bir daha subut etdi.

Molekulyar Homologiyanın Qüvvədən Düşməsi

Orqanların homologiyası ilə bağlı nəzəriyyə ilə birlikdə molekulyar homologiya nəzəriyyəsi də yanlışdır. Təkamülçülər müxtəlif növ canlıların DNT şifrələrini və ya zülal quruluşlarının bənzərliyini əldə əsas tutaraq canlıların bir-birindən təkamül yolu ilə törədiyini subut etməyə çalışırlar. Məsələn, bir çox təkamülçü kitablarda "insan və meymunun DNT-si arasında bənzərlik"dən söhbət açılır, "insanla meymun arasında təkamül əlaqəsi arqumentləşdirilir".

Bu növ misallardan ən çox qarşılaşdığımız nümunə insanda 46, şimpanze və qorillada isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosomların sayında olan belə yaxınlığı təkamül əlaqəsinin sübutu kimi qələmə verirlər. Lakin əgər bu məntiq doğru olsaydı, o zaman gərək insanın daha yaxın qohumu kartof bitkisi olaydı. Çünki kartofun xromosom sayı şimpanze və qorillanın xromosom sayından insana daha yaxındır, hətta eynidir, yəni 46-ya bərabərdir! Bu məsələ DNT quruluşundakı bənzərliyin təkamül nəzəriyyəsinin sübutu olmadığını bariz bir şəkildə göstərir.

Eləcə də ilk baxışdan bir-birinə yaxın görünmələrinə baxmayaraq canlılar arasında böyük molekulyar fərqlər var. Məsələn, tənəffüs prosesində mühüm olan sitoxrom-C zülalı eyni bir canlı sinfinin təmsilçilərində inanılmaz fərqli quruluşlara malikdir. Bu meyarlar üzrə aparılan müqayisələr nəticəsində bəlli olmuşdur ki, sürünənlər sinfinin iki növü arasında olan fərq balıqlar və quşlar yaxud balıqlar və məməlilər arasında olan fərqdən daha çoxdur. Digər bir tədqiqat göstərdi ki, bəzi quşlar arasındakı molekulyar quruluş fərqləri o quşlarla məməlilər arasında olan fərqlərdən daha çoxdur. Eləcə də müəyyən edilmişdir ki, bir-birinə bənzər bakteriyaların molekulyar quruluşları arasında olan fərq məməlilər və sürünənlər yaxud iki həşərat arasında olan fərqdən daha çoxdur..141Hemoqlobin, mioqlobin, hormonlar və genlərlə aparılan analoji müqayisələr də eyni nəticəni vermişdir. 142

Professor Maykl Denton yuxarıda sadalanan və buna bənzər faktlara əsaslanaraq məsələni belə şərh edir:

 

"Molekulyar səviyyədə hər bir canlı özünəməxsusdur, digər növlərə bənzəmir və onlarla əlaqəli deyil. Buna görə də molekullar da daşlaşmış qalıqlar kimi təkamülçü bioloqların uzun müddətdən bəri axtardıqları nəzəri ara keçidlərin mövcud olmadığını göstərdi. Molekulyar səviyyədə heç bir orqanizm digərinin əcdadı ola bilməz, necə ki, biri o birindən mükəmməl və ya primitiv ola bilməz. Əgər bu molekulyar sübutlar yüz il bundan öncə bilinsəydi, çox güman ki, üzvi təkamül haqqında fikir heç vaxt ciddi qəbul edilməzdi".143

Təkamül Nəzəriyyəsinin Embrioloji Sübutları Yoxdur

körelmiş organlar, göz

Embrioloji təkamül nəzəriyyəsini haqlı çıxarmaq üçün saxtakarlıqlara əl atmaqdan utanmayan Ernst Hekkel.

Bu gün türk təkamülçülərinin nəşrlərində çoxdan elmi əsrlərdən çıxarılmış "rekapitulyasiya" nəzəriyyəsi elmi bir fakt kimi göstərilir. "Rekapitulyasiya" termini təkamülçü bioloq Ernst Qekkel tərəfindən XIX əsrin axırlarında irəli sürülən nəzəriyyənin qısa ifadəsidir. Bu nəzəriyyəyə görə, hər bir fərd öz individual inkişafı zamanı (ontogenez) öz növünün tarixi inkişafını təkrar edir (filogenez). Yəni inkişaf prosesi zamanı canlı orqanizmlərin embrionları onların "əcdadları"nın keçirdiyi təkamül prosesini təkrar edir. Məsələn, bu nəzəriyyəyə görə, insan embrionu embrioloji inkişaf prosesi zamanı öncə balıq, sonra sürünən heyvan xüsusiyyətlərini göstərir və daha sonra insana çevrilir.

Sonraki illərdə bəlli olmuşdur ki, bu nəzəriyyə sadəcə olaraq illüziya və təxəyyülün məhsuludur. İnsan embrionu inkişafının başlanğıc mərhələsində meydana gələn və "qəlsəmə" olduğu güman edilən orqan əslində orta qulaq kanalının, qalxanabənzər vəzinin və boğaz uru vəzisinin ilkin formasıdır. Ernst Qekkelin və onun davamçılarının "quyruq" adlandırdıqları embrion hissəsi əslində onurğa sütunu sümüyüdür. Onun quyruq şəklində olması isə bu sümüyün digər aşağı ətraflardan əvvəl əmələ gəlməsi ilə izah edilir.

Bu faktlar bütün elm aləminə məlumdur. Təkamülçülər də bunu təsdiq edirlər. Neodarvinizmin qurucularından biri olan Ç.Q.Simpson yazır ki,

"Qekkel təkamül inkişafını doğru göstərməmişdir. Bu gün isə tamamilə məlumdur ki, canlının embrional inkişafı onun keçmişini əks etdirmir".144

"American Scientist" jurnalında dərc olunan məqalədə isə belə deyilir:

Hekkelin Saxta Şəkilləri
köpek, varyasyon

"Siz aşağıda insan və balıq embrionlarını oxşar göstərmək üçün Hekkelin çəkdiyi rəsmi görürsünüz. Əsl insan embrionu ilə bu rəsmi müqayisə edəndə görürük ki, bir sıra insan orqanı bu saxta rəsmdə qəsdən göstərilməmişdir".

(Frensis Hitçinqin "Zürafənin boynu: Darvin harada səhv edib?" kitabından, səh. 205).

"Biogenetik qanun (rekapitulyasiya nəzəriyyəsi) tamamilə darmadağın olmuşdur. 50-ci illərdə bu nəzəriyyə bütün dərsliklərdən çıxarılmışdır. Lakin 20-ci illərdə bu nəzəriyyə elmi mübahisələrin mövzusu olmaqda davam etmişdir".145

Məsələnin daha maraqlı tərəfi ondadır ki, Ernst Qekkel sadəcə olaraq şarlatandır, çünki o, öz nəzəriyyəsini sübut etmək üçün saxta təsvirlər vasitəsi ilə insan və balıq embrionları arasında bənzərlikləri göstərməyə cəhd etmişdir. Bütün bu saxtakarlıqlar aşkara çıxdığı zaman o, digər bu cür yollara əl atan təkamülçülərin ünvanına ittihamlar yağdıraraq özünümüdafiə yönündə heç bir şey söyləyə bilməmişdi:

"Yol verdiyim saxtakarlıqları etiraf etdikdən sonra mən özümü əslində günahkar və mühakimə olunmuş hiss etməliydim. Lakin mən özümü onunla sakitləşdirirəm ki, bizimlə bərabər yüzlərlə həmkarımız, etibarlı müşahidəçilərimiz və məşhur bioloqlar da özlərinin qəbul edilmiş kitablarında, jurnallardakı məqalələrində mənim etdiyim analoji saxtakarlıqlara, doğru olmayan məlumatlara, təhrif olunmuş faktlara, saxta rəsmlərə yol verirlər". 146

Bəli, həqiqətən də əsərləri doqmatik nəticələrlə, yalanlarla və saxtakarlıqlarla dolu bir çox "etibarlı müşahidəçi"lər, "məşhur bioloq"lar var. Bu şəxslər haqqında heç bir sübut olmayan təkamül nəzəriyyəsini "doğru çıxarmaq" üçün belə etmişlər.

Qaynaqlar

128. Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, s. 186

129. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 184

130. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, s. 33 1

131. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, s. 36

132. Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958. s 227

133. Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, mart 1998, s. 35

135. Francisco J. Ayala, "The Mechanisms of Evolution", Scientific American, c. 239, sentyabr 1978, s. 64

 136. S. R. Scadding, "Do 'Vestigial Organs' Provide Evidence for Evolution?", Evolutionary Theory, c. 5, may 1981, s. 173

137. The Merck Manual of Medical Information, Home edition, New Jersey: Merck & Co., Inc. The Merck Publishing Group, Rahway, 1997

138. H. Enoch, Creation and Evolution, New York: 1966, s. 18-19

139. Frank Salisbury, "Doubts About the Modern Synthetic Theory of Evolution", American Biology Teacher, sentyabr 1971, s. 338

140. Michael Denton, Evolution: A Theory in Crisis, London, Burnett Books, 1985, s. 145

141. W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville: 1991, s. 98-99; Percival Davis, Dean Kenyon, Of Pandas and People, Haughton Publishing Co., 1990, s. 35-38

142. W. R. Bird, The Origin of Species Revisited, s. 98-99, 199-202

 143. Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, s. 290-91

144. G. G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, s. 241

145. Keith S. Thompson, "Ontogeny and Phylogeny Recapitulated", American Scientist, c. 76, may/iyun 1988, s. 273

146. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204

14 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com