Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
15 / total: 18

On Üçüncü Fəsil: Təkamül Nəzəriyyəsi Materialist Zərurətdir

Kitabda gətirilən məlumatlar təkamül nəzəriyyəsinin nə qədər əsassız, onun ehkamlarının isə elmi kəşflərə nə dərəcədə zidd olduğunu açıq şəkildə göstərir. Təkamül nəzəriyyəsini müdafiə edən qüvvə elm deyil. Ola bilər ki, bəzi "alimlər" təkamül nəzəriyyəsini müdafiə edirlər, amma bunun səbəbi başqa amildir. Bu amil materialist fəlsəfədir. Materialist fəlsəfə tarixin maddəni mütləq varlıq kimi qəbul edən ən qədim ideologiyalarından biridir. Bu ideologiyaya görə, maddə əzəlidir və bizi əhatə edən hər şey yalnız maddədən ibarətdir. Əlbəttə ki, bu tərif Yaradana inamı istisna edir. Çünki əgər maddə hər zaman mövcud olmuşdursa və ya hər şey maddədən ibarətdirsə, bu halda maddəni yoxdan Yaradan kamil qüvvə də ola bilməz. Bu "məntiq" nəticəsində materializm tarixin qədim zamanlarından bu günə qədər Allaha və başqa dinlərə qarşı çıxır.

kormozom, dna

Materializm doğrudurmu? Hər hansı bir fəlsəfənin düzgün yaxud səhv olduğunu yoxlamaq üçün o fəlsəfənin müddəalarını elmi cəhətdən əsaslandırmaq lazımdır. Məsələn, X əsrdə hansısa bir filosof deyə bilərdi ki, Ayda budaqlarında meyvələr kimi hər növ canlı orqanizm yetişən müqəddəs bir ağac bitir və canlılar oradan Yerə düşürlər. Bu fəlsəfə bəzilərinin xoşuna gələ və ya cəlbedici görünə bilər. Amma XX əsrdə Aya uçuşdan sonra bu fəlsəfə öz qüvvəsini itirir, çünki belə bir ağacın yoxluğu aydın olur və bu qənaət müşahidə və təcrübələrin köməyi ilə elmi cəhətdən təsdiq edilir. Elmi üsullarla analoji qaydada materialist müddəanı da dərk etmək olar. Maddə əzəldən mövcud idimi, o, əbədidirmi, Yaradanın müdaxiləsi olmadan maddə özünü nizama sala və canlı orqanizm yarada bilərmi? Bütün bunları tədqiq edib araşdırmaq olar. Bu araşdırmadan sonra materializmin iflasa uğradığını görəcəyik. Çünki maddənin əbədilik ideyası Kainatın heç nədən yaranmasını sübut edən Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsi ilə təkzib olunub. Maddənin özü-özünü birləşdirməsi və canlı orqanizmləri əmələ gətirmə xüsusiyyəti haqqında müddəa "təkamül nəzəriyyəsi" adlanır. Əvvəl də əmin olduğumuz kimi, bu nəzəriyyə tamamilə iflasa uğramışdır.

Amma əgər insan öz materialist əqidəsində ardıcıl və qətiyyətlidirsə və materialist fəlsəfəyə sədaqəti ən vacib məsələ hesab edirsə, o zaman bu insan başqa cür hərəkət edəcək. Əgər o, "alim olmaqdan öncə materialistdirsə", bu halda elmin materializmi təkzib etməsini görsə belə materialist əqidədən əl çəkməyəcək. Hətta tam əksinə, o, materializmi nəyin bahasına olursa olsun xilas etməyə, dəstəkləməyə çalışacaq. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən alimlərin durumu məhz belədir.

Qəribədir ki, bu alimlərdən bəziləri bunu etiraf edir. Harvard Universitetindən (ABŞ) olan məşhur genetik Riçard Levontin ilk növbədə materialist, sonra isə alim olduğunu belə etiraf edir:

DARVINIZM VƏ MATERIALIZM
leon trotsky,komünizm charles darwin, evrim teorisi karl marks, materyalizm

Leon Trotsky

Charles Darwin

Karl Marks

Təkamülçülərin Darvinin nəzəriyyəsini bütün elmi təkziblərə baxmayaraq inadla müdafiə etməsinin yeganə səbəbi materializmlə təkamül nəzəriyyəsi arasındakı qırılmaz əlaqədir. Darvin materialist fəlsəfəni təbiət elmlərinə tətbiq etdi, bu fəlsəfənin "sadiq qulluqçuları" isə başda marksistlər olmaqla heç nəyə baxmayaraq darvinizmi müdafiə etməkdə davam etdilər. Təkamül nəzəriyyəsinin tanınmış müasir tərəfdarlarından olan bioloq, professor Duqlas Futuyma yazır: "Marksın bəşəriyyətin inkişaf tarixini açıqlayan materialist nəzəriyyəsi və Darvinin təkamül nəzəriyyəsi materializm sahəsində böyük addımdır". Futuyma bununla da təkamül nəzəriyyəsinin onlar üçün nə qədər vacib olduğunu etiraf edirdi. Təkamülçü alim, tanınmış paleontoloq S.C.Qould yazır: "Darvin təbiətə öz şərhini verməklə materialist fəlsəfəni həyata çox effektiv şəkildə tətbiq etdi".

Rusiyadakı bolşevik inqilabında Leninin silahdaşlarından olan Lev Trotski yazırdı: "Darvinin kəşfi dialektik materializmin üzvi materiyanın bütün sahələri üzərində dialektikanın (dialektik materializmin) ən böyük qələbəsi oldu".

Lakin elm göstərdi ki, darvinizm materializm üçün qələbə deyil, onun sarsıdıcı, tam məğlubiyyəti oldu.

1. Douglas Futuyma, Evolutionary Biology, 2.b., Sunderland, MA: Sinauer, 1986, p. 3.

2. Alan Woods, Ted Grant, "Marxism and Darwinism", Reason in Revolt: Marxism and Modern Science, London: 1993.

3. Alan Woods, Ted Grant. "Marxism and Darwinism", London: 1993.

"Biz materializmə inanırıq, bu əqidə "apriori"dir (əvvəlcədən qəbul edilmişdir). Bizi Kainatı materializmlə izah etməyə heç də elmi metod və qaydalar sövq etmir. Əksinə, "apriori"yə bağlılıq səbəbilə biz kainata materialist baxımdan izahlar verən metod, araşdırma və qaydalar icad edirik. Materializm tamamilə doğrudur və biz heç bir ilahi izaha yol verə bilmərik".147

Levontinin istifadə etdiyi "apriori" ifadəsi çox mühümdür. Bu fəlsəfi termin elmi dəlili olmayan, təcrübələr nəticəsində sübut edilməmiş nəzəriyyəni ifadə edir. Levontinin açıq-aşkar dediyi kimi, materializm təkamülçülər tərəfindən "apriori" kimi qəbul edilmiş və onlar elmi bu prinsipə uyğunlaşdırmağa cəhd göstərirlər. Materializm Yaradanın varlığını tamamilə inkar etdiyi üçün onun yeganə çıxış təkamül nəzəriyyəsini qəbul etməkdir. Təkamül nəzəriyyəsinin elmi faktlarla ziddiyyət təşkil etməsi isə heç bir şeyi dəyişmir. Çünki haqqında yuxarıda bəhs edilən "alimlər" bu nəzəriyyəni artıq həqiqət kimi qəbul etmişlər. Bu əqidə təkamülçüləri nəinki elmə, hətta sağlam məntiqə də zidd olan "şüursuz maddə özü-özünü nizamlamışdır" düşüncəsinə inanmağa məcbur edir.

Nyu-York Universitetinin DNT üzrə mütəxəssisi Robert Şapiro materializm əqidəsini təkamül nəzəriyyəsinin əsası kimi belə izah edir:

"Bizə təkamülün ilkin səbəbi, sadə kimyəvi birləşmədən aktiv replikatorlara qədər bizə hər şeyi izah edən bircə başlanğıc səbəb lazımdır. Bu başlanğıc səbəb "kimyəvi təkamül" və ya "maddənin özü-özünü nizamlaması" adlanır. Ancaq bu başlanğıcın mövcud olması göstərilməmiş və heç bir zaman təsvir olunmamışdır. Belə bir prinsipin mövcud olmasına inanmaq yalnız dialektik materializmə olan sədaqət və inamdan qaynaqlanır"148

Tanınmış bioloq Hubert Cokey isə həmin həqiqəti belə izah edir:

"Dialektik materializmin mükəmməl və hər şeyi əhatə edən təliminə inam həyatın mənşəyinin izahı ssenarisində mühüm rol oynayır... Həyatın hər hansı üsulla əmələ gəlməsinin labüdlüyü sübutların olmamasına, bəzən isə sübutlarla ziddiyyət təşkil etməsinə baxmayaraq müdafiə olunur".149

Təkamülün dünya miqyasında aparılan təbliğatının əsasında məhz materialist ehkam durur. Qərb mətbuatında aparıcı yer tutan qabaqcıl, tanınmış və rəğbət bəslənən elmi jurnallarda tez-tez rast gəlinən təkamül təbliğatı bu tip ideoloji və fəlsəfi təzyiqin nəticəsidir. Elmin standartlarını müəyyən edən materialistlər təkamülü danılmaz və mübahisəsiz tabuya çeviriblər. Belə ki, bu nəzəriyyə ideoloji nöqteyi-nəzərdən zəruri hesab olunub. Başqa alimlər isə karyeralarını qurmaq üçün qeyri-iradi olaraq bu nəzəriyyəni müdafiə etməyə, heç olmasa onun əleyhinə çıxmamağa məcburdur. Qərb ölkələrində elmi əməkdaşlar dosent və professor elmi dərəcəsini qazanmaq üçün müəyyən elmi jurnallarda hər il öz məqalələrini dərc etməlidirlər. Bioloji yönümlü bütün nüfuzlu jurnallar materialistlərin və təkamülçülərin nəzarəti altındadır. Təkamülçülər isə öz növbəsində təkamülə qarşı çıxan məqalələrin dərcinə icazə verməzlər. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir bioloq hakim olan təkamül inamına sadiq qalaraq işləməlidir. Ona görə ki, onlar da həmin təkamülə ideoloji zərurət kimi baxan mütəşəkkil materialist rejimin tərkib hissəsidir. Bu səbəbdən onlar hər şeyə göz yumaraq bizim də bu kitabda müzakirə etdiyimiz "bütün mümkün təsadüfləri" müdafiə edirlər.

Materialistlərin Etirafları sitokrom-c, protein

Alman bioloqu, tanınmış təkamülçü Qoymar Fon Ditfurt tərəfindən yazılmış bəzi sətirlər materialistlərin kor ideologiyasını yaxşı ifşa edir. Ditfurt canlı orqanizmin mürəkkəb quruluşunu misal gətirərək canlıların təsadüfən əmələ gəlməsinin mümkünlüyü haqqında suala belə cavab verirdi:

"Doğrudanmı, belə nizam və harmoniyanı təsadüflərin nəticəsində əldə etmək olar? Bu, bütün bioloji təkamülün əsas suallarından biridir... Müasir təbiiyyat elmlərinin tərəfdarının razılaşmaqdan başqa heç bir çıxış yolu qalmır və o, "bəli" çavabını verir. Çünki o, fövqəltəbii müdaxiləni nəzərə almadan və təbiətin qanunlarına arxalanaraq təbiət hadisələrini bəlli üsullarla izah etməyi qarşısına məqsəd qoymuşdur".150

Bəli, Ditfurtun qeyd etdiyi kimi, həyatın yaranmasında İlahi faktorun inkar edilməsi, yəni Yaradanın varlığının danılması materialist ideologiyanın əsas prinsipidir. Əgər bu prinsiplə razılaşsaq, onda ən qeyri-mümkün ehtimalların mümkünlüyünü güman etmək olar. Belə ehkamçı fikirlərə təkamülçülərin bütün əsərlərində rast gəlmək olar.

Türkiyədə təkamülçülərin ən qabaqcıl nümayəndələrindən biri Əli Dəmirsoydur. Əvvəl də qeyd etdiyimiz kimi, Dəmirsoyun fikrincə, həyat üçün vacib olan sitoxrom-C zülalının yaranma ehtimalı meymunun yazı makinasının arxasında əyləşib bəşəriyyət tarixini heç bir səhv olmadan yazması ehtimalı qədər azdır.151

Şübhəsiz ki, belə ehtimalın qəbul edilməsi sağlam düşüncənin əsas prinsipinə və şüura qarşı yazılmış bir davranış olardı. Əgər insan kağız üzərinə yazılmış bir hərf görsə, onun şüurlu bir kəs tərəfindən yazıldığına əmin olar. Bəşəriyyətin tarixindən bəhs edən kitabı gördükdə onun yazıçı tərəfindən yazıldığına əmin olar. Psixoloji cəhətdən sağlam olan heç bir insan deyə bilməz ki, bu həcmdə olan kitabdakı hərflər "təsadüfən" birləşdirilib. Lakin son dərəcə təəcüblüdür ki, "təkamülçü alim", professor Əli Dəmirsoy məhz bunu qəbul edir.

"Sitoxrom C-nin əmələ gəlmə ehtimalı praktiki olaraq sıfra bərabərdir. Yəni canlının əmələ gəlməsi üçün müəyyən nizam tələb olunursa, onda demək olar ki, bu, bütün Kainatda bir dəfədən artıq baş verə bilməz. Yaxud da bu prosesdə bizim müəyyən etməyə qadir olmadığımız fövqəladə qüvvələrin iştirakı var. Amma sonuncunun etiraf edilməsi elmi məqsədlərə ziddir. Bu halda birinci varianta yenidən baxılmalıdır".152

mitokondri, enerji kaynağı

Mitochondria

Bir sözlə, Dəmirsoy mümkün olmayan bir şeyi fövqəladə qüvvənin, yəni Allahın varlığının etirafından üstün tutur. Aydındır ki, belə yanaşmanın elmə heç bir aidiyyatı yoxdur. Belə ki, Dəmirsoy hüçeyrənin mitoxondriyasının əmələ gəlməsini "elmə zidd olmasına baxmayaraq" təsadüflərlə əlaqələndirir və açıq-aşkar vurğulayır:

"Günün ən mühüm məsələlərindən biri mitoxondriyaların bu xüsusiyyəti necə əldə etmələridir. Çünki bir individiumun bu xüsusiyyəti əldə etməsi ağlasığılmaz sayda ehtimalların bir yerdə toplaşmasını tələb edir. Mexanizmin mahiyyətini katalizator rolunu yerinə yetirən və tənəffüs proseslərində iştirak edən fermentlər təşkil edir. Fermentlərin hansısa bir hissəsini saxlanmasının mənasız olduğu üçün hüceyrə onların bütün tərkibini özündə saxlayır. Daha doqmatik və spekulyativ izahlar verməmək üçün biz iradəmizdən asılı olmayaraq etiraf etməliyik ki, bütün tənəffüs fermentləri oksigenlə ünsiyyətdə olmazdan əvvəl də hüceyrədə lazımi miqdarda vardır, baxmayaraq ki, bu, elmi fikrə ziddir".153

Bu sətirlərdən də aydın olur ki, təkamül doğrudan da elmi tədqiqatlara əsaslanmayan bir nəzəriyyədir. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin ehtiyacları üçün yaradılmış, bunun nəticəsi kimi elmi faktlara baxmayaraq qəbul edilmiş və tabuya çevrilmişdir. Təkamülçülərin yazdıqlarından biz belə başa düşdük ki, bütün bu cəhdlər hansısa bir "məqsədi" güdür və bu məqsəd Yaradanı inkar etməyə məcbur edir.

Təkamülçülər bu məqsədi "elmi məqsəd" kimi ifadə edirlər. Əslində isə onların dedikləri elm yox, materialist fəlsəfədir. Materializm isə "fövqəltəbii" hadisələrin varlığını qəti olaraq inkar edir.

Elm isə bu ehkamı qəbul etməyə borclu deyil. Elm təbiətin öyrənilməsinə və nəticələrin alınmasına cavabdehdir. Əgər nəticələr sübut edirsə ki təbiət yaradılıb, bu zaman elm bunu etiraf etməlidir. Əsl alim məhz bununla məşğul olmalı, XIX əsrin köhnəlmiş materialist ehkamlarından asılı vəziyyətdə qalaraq mümkün olmayan ssenariləri müdafiə etməməlidir.

Materializmin Elmi İflası

Təkamül nəzəriyyəsi fəlsəfəsinin əsasını təşkil edən materializm XIX əsrdə Kainatın əzəli-əbədi mövcudluğu fərziyyəsini irəli sürdü və bununla da Yerdə olan bütün canlı varlıqları maddədaxili proseslərin nəticəsi kimi izah edərək onların yaradılmasını inkar etdi. Amma XX əsrin elmi kəşfləri bu fərziyyəni tamamilə təkzib etdilər.

Kainatın 15 milyard il bundan əvvəl fövqəladə dərəcədə güclü bir partlayış nəticəsində bir anda yaranmasını sübut edən Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsi Kainatın əzəli olması fikrini təkzib etdi. Bu nəzəriyyə həmçinin Kainatın yoxluqdan, yəni "heç nədən" yaradılmasını sübut etdi. Materializmin aktiv müdafiəçilərindən biri, ateist-filosof Entoni Flyu bunları etiraf edir:

"Deyirlər ki, səmimi etiraflar insan ruhunu rahatlaşdırır. Mən də etiraf edirəm: Böyük Partlayış modeli ateistin ruhunu ciddi təşvişə salır, çünki elm əsrlərdən bəri dini mənbələrdə göstərilən bir faktı sübut etdi: Kainatın öz başlanğıcı var idi".1

Böyük Partlayış həmçinin onu göstərdi ki, Kainatın yaranmasının hər bir mərhələsi nəzarət olunan yaradılışla formalaşırdı. Çünki Böyük Partlayışdan sonra elə bir mükəmməl qayda-qanun yarandı ki, buna nəzarət olunmayan partlayış nəticəsində nail olmaq qeyri-mümkün idi. Tanınmış fizik Pol Deyvis bu unikal vəziyyəti belə şərh edir: 2

"Kiçicik proporsional və rəqəm dəyişikliklərinə fövqəladə dərəcədə həssas olan Kainatın hazırkı quruluşunun çox diqqətli şüur tərəfindən yaradılması fikrinə qarşı çıxmaq çətindir... Təbiətin müvazinətinin əsasını təşkil edən həssas tarazlıq kosmik iradənin varlığının aşkar sübutudur".

Astronomiya professoru Corc Qrinşteyn (ABŞ) bu faktla bağlı yazırdı: "Sübutları tədqiq edərkən biz aşkar bir reallıqla üz-üzə gəlirik. Kainatın yaranmasında fövqəltəbii və ya Yüksək Şüur iradəsi olmalı idi".Materializm elmi əsasən canlı orqanizmlərin maddi amillərlə heç cür izah edilə bilinməyən bütün xüsusiyyətlərini müəyyən edən genetik məlumatın mənşəyi məsələsində iflasa uğradı. Təkamül nəzəriyyəsinin qabaqcıl tərəfdarlarından biri Corc Uilyams 1995-ci ildə öz məqaləsində bunu etiraf etmişdi:

"Təkamülçü bioloqlar ağıllarına belə gətirmirdi ki, bu günə qədər onlar iki müxtəlif sahələrdə - maddə və məlumat sahələrində işləmişlər... Genlər maddi obyektlərdən daha çox məlumat qovluqlarıdır... Bu hal göstərir ki, materiya və məlumat varlığın iki müxtəlif sahəsidir və bu sahələrin kökləri ayrılıqda tədqiq olunmalıdır". Bu hal genetik məlumatı yaradan, qeyri-maddi şüurun mövcudluğunun sübutudur. Çünki maddə öz daxilində məlumat istehsalına qadir deyil. Almaniya Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri, professor Verner Gitt bu halı belə izah edir:

"Bütün təcrübələr göstərir ki, məlumatın yaranması üçün sərbəst iradə, hökm və öz yaradıcı qüvvəsindən istifadə edən şüurun mövcudluğu labüddür... Maddənin məlumat yaratmaq imkanını təmin edə bilən heç bir təbiət qanunu, fiziki proses və maddi hadisə yoxdur..." Bütün bu elmi dəlillər sübut edir ki, Kainat bütün canlıları sonsuz İradəyə və Sonsuz Biliyə malik olan Ali Yaradan, yəni Haqq-Təala Allah tərəfindən yaradılmışdır. Materializm isə bizim əsrin tanınmış mütəfəkkiri Artur Kostlerin dediyi kimi, "artıq iddia edə bilməz ki, o, elmi fəlsəfədir".

Qaynaqlar_Ara

1. Henry Margenau, Roy A. Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, p. 241

2. Paul Davies. God and the New Physics. New York: Simon & Schuster, 1983, p. 189

3. Hugh Ross. The Creator and the Cosmos. Colorado Springs, CO: Nav-Press, 1993, pp. 114-15

4. George C. Williams. The Third Culture: Beyond the Scientific Revolution, New York, Simon & Schuster, 1995, pp. 42-43

5. Werner Gitt. In the Beginning Was Information. CLV, Bielefeld, Germany, p. 107, 141

6. Arthur Koestler, Janus: A Summing Up, New York, Vintage Books, 1978, p. 250

Materialistlər, Yalançı və Həqiqi İnam

İndi biz görürük ki, materialist fəlsəfədən asılı olan mühit cəmiyyəti kor-koranə inandığı təkamül nəzəriyyəsinin xətrinə açıq şəkildə və utanmadan aldadaraq elmə çox böyük ziyan vurdu. Amma onunla da razılaşmaq lazımdır ki, yuxarıda göstərilən mühit öz iradəsindən asılı olmayaraq çox mühüm "xidmət" də göstərdi.

Bu "xidmət" də ondan ibarətdir ki, bəlli çevrələr öz qeyri-real ateist fikirlərini yaymağa və qanuniləşdirməyə can ataraq insanlara İslam adı altında gizlənən, təhrif edilmiş mürtəce fikirlər təqdim edir. Rəvayətlərə, xurafata, əfsanələrə əsaslanan və Quran və İslamla heç bir əlaqəsi olmayan saxta din materialist-təkamülçülərin təzyiqi nəticəsində ifşa olundu. Burada Quranda müəyyənləşdirilmiş həqiqi İslamla heç bir qarşılıqlı əlaqə yoxdur. Səhih mənbələrə və həqiqi sübutlara əsaslanmayan, riyakar təbəqələr tərəfindən İslam adı ilə təqdim olunan saxta dinin məntiqsizliyi, nizamsızlığı, ziddiyyətli olması təkamülçülərin fəaliyyəti nəticəsində üzə çıxdı.

Beləliklə, materialistlər külli miqdarda insanın cəhalət qaranlığından çıxaraq həqiqi mənbələrə müraciət etməsinə, Quranı öyrənməsinə və onu əsas tutmasına səbəb oldular. Onlar özlərinin də xəbəri olmadan Allahın iradəsini həyata keçirir, onun dininə xidmət edirlər. Bununla bərabər cəmiyyətə Allah adından saxta dini təqdim edən düşüncələrinin bütün primitivliyini göstərirlər və insanları hədələyən mürtəce sistemin təsirinin zəifləməsinə kömək edirlər. Allah onun dininin düşmənlərini bir-birinin əksinə olmaqla qarşı-qarşıya qoyub bundan istifadə edərək əsl dinin varlığına şərait yaradır. Burada materialistlər onlar üçün ayrılmış rolu oynayırlar. Allahın bu qanunu haqqında Quranda belə deyilir:

 "...Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, birini o birilərinin üstündə saxlamasaydı, yer üzü fitnə-fəsada uğrardı..." ("Bəqərə" surəsi, 251).

Burada biz təkamül materializmi əqidəsinin tərəfdarlarına şans verilməsinin zəruri olduğunu hesabladıq. Bəlkə də bu insanlar düzgün yol axtarışında idilər, amma hələ uşaq vaxtından İslam haqqında uydurmaların, xurafatların və hər cür xülyaların, İslam adından təqdim olunan yalanların təsiri altına düşərək inamdan uzaqlaşmış və həqiqəti başa düşmək imkanından məhrum olmuşlar. Əslində Quranın məğzi onlara öyrədilən və İslam kimi təqdim olunandan çox fərqlidir.

Buna görə də biz onlara Quranı götürməyi və Allahın bu kitabını səmimi və qərəzsiz şəkildə, vicdanla oxumağı və dinin həqiqətlərini bu mənbədən öyrənməyi məsləhət görürük. Onlar anlamaqda çətinlik çəkdikləri sualların cavabını təfsirçi ədəbiyyatda, o cümlədən bu sətirlərin müəllifinin Harun Yəhya və Cavit Yalçın təxəllüsü ilə yazdığı və Quranın əsas mövzularının izah olunduğu kitablarda tapa bilərlər.

 

Qaynaqlar

147.Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, s. 28

148.Robert Shapiro, Origins: A Sceptic's Guide to the Creation of Life on Earth, Summit Books, New York: 1986, s. 207

149. Hubert Yockey, "Self-Organization, Origin of Life Scenarios and Information Theory", Journal of Theoretical Biology, c. 91, 1981, s. 27-28 3

150. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, s. 36

151.Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, s. 61

152.Ali Demirsoy, Kalıtım ve Evrim, s. 61

153.Ali Demirsoy, Kalıtım ve Evrim, s. 94

15 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com