Təkamül Nəzəriyyəsinin Süqutu

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
16 / total: 18

On Dördüncü Fəsil: Kütləvi İnformasiya Vasitələri: Təkamül Nəzəriyyəsi Üçün Həyati Məkan

ABura qədər öyrəndiklərimizin hamısı təkamül nəzəriyyəsinin elmi əsasının olmadığını sübut etdi. Amma dünyadakı insanların bu haqda təsəvvürləri yoxdur və onlar təkamülü hələ də elmi həqiqət hesab edirlər. Bu yanlış fikrin yayılmasının ən əsas səbəbi isə dövri mətbuatın həyata keçirdiyi daimi təbliğat və təkamülün təlqin edilməsidir. Buna görə də təbliğatın və təlqinin bu xüsusiyyətlərinə toxunmağa dəyər. Əgər Qərbin bugünkü kütləvi informasiya vasitələrinə diqqətlə nəzər salsaq, orada təkamül nəzəriyyəsini tez-tez xatırladan xəbərlərlə rastlaşmaq olar. İri mətbuat orqanları, tanınmış və "nüfuzlu" jurnallar mütəmaddi olaraq bu nəzəriyyəni gündəliyə daxil edirlər. Onların istifadə etdiyi üsullar təkamül nəzəriyyəsi barədə onun mübahisəsiz, şübhə doğurmayan, sübut olunmuş həqiqət olması təəssüratını yaradır. Təbii ki, bu xəbərləri oxuyan sadə xalq təkamül nəzəriyyəsini gerçəklik kimi - hansısa məşhur riyazi qanun kimi - qəbul edir. Bu nəhənglərin yaydığı xəbərlər böyük qəzetlər vasitəsilə bizim ölkədə də nəşr edilir. İstifadə olunan üsullar klassikdir:

Təkamülçülərın Təblığatı
 focus, bilim teknik

Qərbin təkamül nəzəriyyəsinin təbliğatında birinciliyi öz üzərinə götürmüş elmi-populyar jurnalları darvinizm əqidəsinin kütləvi şüura yeridilməsində "mühüm" rol oynayırlar. (Şəkil kənarı)

 national geographic, dergi discovery, dergi archaeology, dergi

"Time"dan yeniliklər: "Təkamül zəncirindəki boşluğu dolduran çox mühüm skelet qalığı tapılmışdır..." və ya "Nature" xəbərlərində böyük şriftlə bu tipli cümlələr yazılır: "Alimlər cavabları məlum olmayan sualları işıqlandırıblar..."

Əslində isə "təkamül zəncirindəki boşluğu dolduran" heç bir sübut tapılmamışdır. İrəli sürülən bütün "sübutlar" saxtadır, bu haqda biz əvvəlki fəsillərdə ətraflı məlumat vermişdmk. Əgər elmi mənbələrə baxsaq, kütləvi informasiya vasitələri ilə bərabər ensiklopediyalarda, bioloji mövzuda yazılan kitablarda da anoloji halı müşahidə etmək olar.

Bir sözlə, materialistlərin nəzarəti altında olan mətbuat və akademik mənbələr təkamülçülərin maraqlarını və nöqteyi-nəzərini müdafiə edərək bunu cəmiyyətə təlqin edir. Bu təlqin o qədər təsirlidir ki, təkamül nəzəriyyəsi vaxt keçdikcə tabuya çevrildi. Təkamülü inkar etmək elmə qarşı çıxmaq, konkret dəlilləri qəbul etməmək kimi qəbul olundu. Bu səbəblər üzündən 1950-ci ildən bu günə kimi nəzəriyyənin ziddiyyətlərinə və bunun təkamülçü alimlər tərəfindən etiraf edilməsinə baxmayaraq elmi dairələrdə, alimlər arasında və mətbuatda təkamülü tənqid edən hər hansı fikrə rast gəlmək çətindir.

Təkamülçülərdən biri olan Duqlas Devar hind toyuqlarını ətraflı öyrənərək növlərin dəyişmədiyi qərarına gəlib. O, təkamül nəzəriyyəsi ilə mətbuat arasında olan mühüm qarşılıqlı əlaqəni belə vurğulayır:

"Yalnız çox az sayda insan başa düşür ki, təkamülçülərin kütləvi informasiya vasitələrini nəzarət altında saxlaması nə dərəcədə mühümdür. Bu gün jurnallarda təkamülü inkar edən məqalələrə rast gəlmək demək olar ki, mümkün deyil. Hətta modernistlərin əlində olan bir çox dini jurnallar da insanın heyvandan əmələ gəlməsi fikri ilə razılaşır. Əgər ümumi danışsaq, bütün qəzet mətbəələrinə başçılıq edən insanlar təkamülü sübut olunmuş dəlil hesab edir və nəzəriyyənin bütün düşmənlərini ağılsızlıqda və cahillikdə günahlandırırlar. Təkamülçülərin nəşr etdiyi jurnallar təkamül məfhumuna kölgə salan məqalələri dərc etməzlər. Mətbəələr alıcı tələbatı olmayan kitabı və ya qüvvədə olan nəzəriyyənin tərəfdarlarının hücumlarına məruz qalan kitabı çap etməzlər. Nəşriyyat öz nüfuzunu nəzərə alaraq kitabın müəllifi bütün xərcləri öz üzərinə götürsə də belə kitabı nəşr etməz. Bunun nəticəsində xalq məsələnin ancaq bir yönünü bilir. Normal insan cazibə qüvvəsi qanunu kimi təkamül nəzəriyyəsini də sübut olunmuş və həqiqi hesab edir".154

Widely accepted as the most "respected" publishing vehicles on biology and nature in the West, magazines such as Scientific American, Nature, Focus, Discover, Science and National Geographic adopt the theory of evolution as an official ideology and try to present this theory as a proven fact.

Nüfuzlu və məşhur nəşrlər hesab olunan təbiətşünaslıq profilli "Scientific American", "Nature", "Focus", "Discover", "National Geographic" kimi Qərb jurnalları təkamül nəzəriyyəsini rəsmi ideologiyalardan biri hesab edir və onu sübut olunmuş, inkaredilməz həqiqət kimi qələmə verməyə çəhd göstərirlər.

Türkiyədə isə bu vəzifə əvvəlcə "Bilim ve Texnik", "Focus" kimi "elmi" nəşriyyatlar, sonra isə əksər mətbəə, nəşriyyat orqanları tərəfindən yerinə yetirilmiş, onların köməyi ilə əhali arasında təkamül nəzəriyyəsinin şüurlu təbliğatı aparılmışdır.

"Milliyet", "Hürriyet", "Sabah", "Cümhuriyet" qəzetlərində və onların "ikinci dərəcəli" ədəbiyyatlarında mütəmadi olaraq təkamülün təbliğatı aparılır. Mətbuat yaydığı təkamül xəbərləri və izahlarla birgə öz "ictimai tədbirlərində" də bu missiyanı həyata keçirməyə çalışır. Onların nəşriyyatında dərc olunan və pulsuz paylanan kitablarla tanış olduqca açıq təkamül təbliğatını və paralel olaraq dinə qarşı düşmən münasibətini müşahidə etmək olar.

Məsələn, 1996-cı ildə "Milliyət" nəşriyyatında buraxılmış "Darvin: yeni başlayanlar üçün" kitabı Darvini tərifləyir və dinin ünvanına çoxlu sayda təhqirlər yağdırır. Kitab gənclərə təkamülü elmi cəhətdən sübut olunmuş həqiqət kimi təqdim edir, təkamülün əleyhdarlarını isə əqli zəiflikdə və cahillikdə günahlandırır.

Bu kitabdan bəzi sətirləri təqdim edirik:

"Çarlz Darvin 30-cu illərdə artıq növlərin mənşəyini aydınlaşdıra bilmiş, bu zaman müxtəlif istiqamətli dəyişiklikləri və həyat uğrunda mübarizə anlayışlarını birləşdirərək növlərin inkişafında Allahın rolunu istisna etmişdir. 1959-cu ildə tərəddüdlərə baxmayaraq nəzəriyyə əksəriyyət tərəfindən qəbul olunmuşdu. Təbii ki, əleyhdarlar da var idi. Geridə qalmışlar və savadsızlar kitabı başa düşə bilmədilər... Qalan dindar insanlar isə Darvinin Avropada ən təhlükəli insan olması haqqında şayiələr yayaraq sakitləşdilər. Əleyhdarların arasında yalnız dinin "səfeh" nümayəndələri deyildilər. Ənənəvi Yaradılışa inanan alimlər də nəzəriyyə ilə razılaşa bilmirdilər... "

Təkamülün tərəfdarları olan yerli mətbuat nümayəndələri əksər hallarda cahil olduqları qədər də dinin əleyhdarları idilər. Onlar çox zaman təkamül haqqında heç nə bilmədən inadla təbliğat aparırlar. Bu səbəbdən onlar hərdən gülünc vəziyyətdə qalırlar... 1985-ci il, martın 28-də "Cümhuriyet" qəzetində dərc olunan "Dinçerler 25 min illik yaşı olan skelet qalıqlarını inkar edir" başlıqlı məqalə buna yaxşı nümunədir (Dinçerler hər şeyin İlahi tərəfindən yaradılmasına inanan, təkamülü inkar edən tanınmış türk jurnalistidir). Təkamülün kor tərəfdarı olan "Cümhuriyet" qəzeti öz xəbərlər bölməsində yazır: "Xalq Təhsili Nazirliyi tərəfindən elmi saxtakarlıq kimi xarakterizə olunmuş Yava, Pekin, Piltdaun, Nebraska skelet qalıqları müasir antropologiya tərəfindən tapılmış insan təkamülünün ən mühüm sübutları hesab olunur".

Bununla belə əvvəlki fəsillərdən bildiyimiz kimi, bu qalıqlardan ikisi - Piltdaun və Nebraska qalıqları saxtadır və bu, hamıya məlum faktdır. 1950-ci ildə aydın oldu ki, Piltdaun skelet qalıqları insanın kəllə sümüyündən və meymunun çənə sümüyündən quraşdırılmışdır. Amma "Cümhuriyet" qəzeti nədənsə bilmirdi ki, əsl həqiqət bu xəbərin dərcindən hələ 30 il öncə məlum idi.

"Gözəl" Şəkildə Qablaşdırılmış Yalan

Təkamülçülər onlara təqdim olunan KİV-in köməyi ilə "beyinləri yuma" texnikasının üstünlüyündən məharətlə istifadə edirlər. İnsanların əksəriyyəti təkamülün doğruluğuna o qədər əmindir ki, heç vaxt "necə" və "nəyə görə" suallarını vermir. Təkamülçülərin nə yazmasından asılı olmayaraq bu hal dəyişməz qalır. Ona görə də təkamülçülər yalan məlumatı gözəl bəzəyərək onu elmi dəlil kimi təqdim edə bilirlər. Məsələn, təkamülün ən çıxılmaz məsələsi olan "sudan quruya keçid mərhələsi" təkamülçülərin hətta ən "elmi" əsərlərində o qədər primitiv şəkildə izah edilir ki, buna körpə uşağı da inandıra bilməzsən. Təkamül nəzəriyyəsinə görə, həyat suda əmələ gəlib, ilk heyvanlar isə balıqlar olub. Nəzəriyyənin iddiasına görə, aydın deyil ki, bir gün balıqlar özlərini quruya məhz hansı üsulla (!) çıxarıblar! (Bu məsələdə əksər hallarda quraqlıq "günahlandırılır"). Yenə də bu nəzəriyyəyə görə, quruda yaşamağa üstünlük verən balıqlarda üzgəclərin yerində hansı üsullasa ayaqlar, qəlsəmələrin yerində isə ağ ciyər əmələ gəlmişdir.

Balına Haqqında Təkamül Nağılı

Bütün dünyada tanınmış ciddi elmi jurnal olan "National Geoqraphic" öz nömrələrinin birində balinanın təkamülünün "maraqlı" şərhini dərc edərək bununla təkamülçülərin mətbuatda yayılan uydurmalarının parlaq bir nümunəsini yaratmışdı:

"Balinalar 60 milyon bundan əvvəl dördayaqlı tüklü məməlilər dənizə qida axtarmaq üçün keçərkən əmələ gəlmişlər. Əsrlər ötdükcə bu dördayaqlı məməlilərdə tədrici dəyişikliklər baş vermişdi. Arxa ətraflar yox olmuş, qabaq ayaqlar üzgəclərə çevrilmiş, tüklər yox olmuş, dəriləri isə tədricən rezin kimi qalın və yumşaq balina dərisinə oxşamağa başlamışdı. Burun dəlikləri başın yan hissəsinə yığılmış, quyruqları enlənmiş və balinanın enli üzgəclərinə çevrilmişdi. Bədənləri də mütəmadi şəkildə böyüyərək nəhəng ölçülərə çatmışdır".

Balinaların bu cür yaranması haqqında nəticəyə gəlməyə şübhəsiz ki, heç bir əsas yoxdur. Belə prosesin başvermə ehtimalı bütün təbiət qanunlarına ziddir. "National Geoqraphic" jurnalı tərəfindən dərc olunmuş bu nağıl bir daha göstərdi ki, ən çox hörmət olunan "ciddi" təkamülçü nəşr əslində hansı cəfəngiyyatı müdafiə edir.

----------------------------

1- Victor B. Scheffer, "Exploring the Lives of Whales", National Geographic, vol. 50, December 1976, p. 752

Təkamülçü kitabların əksəriyyəti heç vaxt bu ambisiyalı iddia haqqında "necə" sualını vermir. Bu iddianın əsaslandırılmaması ən "elmi" mənbələrdə gizlədilir və "Canlı orqanizmlər sudan quruya keçmişlər" şəkilli dəlil-sübutsuz ibarə ilə müdafiə olunurlar.

Maraqlıdır, görəsən bu "keçid" necə baş verib? Bilirik ki, balıq quruda 1-2 dəqiqədən artıq yaşaya bilməz. Əgər o fikirlə razılaşsaq ki quraqlıq balıqları quruya çıxmağa məcbur edib,- necə ki, təkamülçülər bunu təsdiqləyir,- onda təsəvvür edin balıqlar nə "çəkiblər"! Cavab aydındır: sudan çıxan balıqların hamısı 1-2 dəqiqədən sonra məhv olarlar. Qoy bu proses 10 milyon il davam etsin, amma cavab eyni olacaq: bütün balıqlar məhv olacaqlar. Çünki ağ ciyər kimi mürəkkəb əza "təsadüf", yəni mutasiya nəticəsində yarana bilməz. Ağ ciyərin yarısı, yəni natamam ağ ciyər isə faydasızdır.

Amma təkamülçülərin əsas iddia etdiyi "sudan quruya keçid", "qurudan havaya" və daha milyonlarla belə adlanan "sıçrayışlar" bu qeyri-məntiqi izahlarla açıqlanır. Lakin qulaq və göz kimi mürəkkəb üzvlərin yaranması sualına təkamülçülər ümumiyyətlə toxunmamağı daha üstün tuturlar, belə ki, bu metodu özləri üçün daha əlverişli hesab edirlər.

Lakin sadə insanlar "elmi qablaşdırma"nın təsirinə daha çox düşür: sudan quruya keçidin təsvir olunduğu bir şəkil çəkin; suda yaşayan heyvana, onun quruda olan "nəvəsinə" və "keçid formasına" latın dilində adlar fikirləşin və bu adları onlara verin. Sonra isə "bağlamanın" üzərində yalan yazın: "Eusthenopteron uzun sürən təkamül nəticəsində əvvəlcə Rhipitistish Yrossopteydiana sonra isə İchthuostega-ya çevrilmişdir". Bundan sonra bu yeni qondarma sözləri ağ xalatda olan eynəkli alimə təkrar etdirməyə çalışın. Bununla siz insanların əksəriyyətini tam əmin etmiş olarsınız. Çünki təkamülün kütlə arasında yayılmasını özünün əsas məqsədi hesab edən mətbuat ertəsi gün böyük sevinclə bu "kəşfi" Yer kürəsinin bütün nöqtələrinə xəbər verəcək.

 

Qaynaqlar

154. Douglas Dewar, İnsan: Özel Yaratık, s. 103-104

16 / total 18
"Harun Yəhyanın Təkamül Nəzəriyyəsinin Süqutu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com