< <
7 / total: 15

İnkar edənlərin istehzalarına səbir etmək möminlər üçün şərəfdir

Kitabın əvvəlindən etibarən tarix boyunca inkar edənlərin iman edənlərə istehzalı yanaşmasından bəhs etdik və onların bu davranışlarının heç bir nəticə verməyəcəyinə də toxunduq. Ancaq bu mövzunu bir az daha da incələməkdə fayda görürük.

Cahil cəmiyyətdən olan bir insan ona lağ edəndə və ya böhtan atanda o, bundan çox kədərlənir. Bunu bilən cahiliyyə cəmiyyəti birisinin şövqünü qırıb, onu zəiflətmək üçün bu üsuldan istifadə edərlər. Belə ki, möminlərə qarşı istehzalı davranışlarının səbəbi də budur. Ancaq bu, əsla mümkün deyildir. Çünki inkarçıların lağlağı hərəkət və sözləri ilə, əsassız ittihamları ilə qarşılaşmaq möminlərin onsuz da gözlədiyi bir vəziyyətdir. İnkarçıların bu şəkildə davranacağı Quranda möminlərə bildirilmiş və möminlər bu vəziyyətə qarşı xəbərdar edilmişlər:

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Al-i İmran surəsi, 186)

Göründüyü kimi, Allah möminləri belə bir vəziyyətə qarşı qəti olaraq xəbərdar etmişdir. Bu səbəbdən, inkar edənlərin onlara lağ etməsi, möminlərin imanlı olmalarının göstəricisidir. Bu səbəblə, Allah`a iman edən bir insan belə bir hadisə ilə qarşılaşdığında nəinki kədərlənər, əksinə, sevinər və hətta Allah`ın vədi reallaşdı deyə, imanı daha da artar. Yəni inkar edənlərin möminlərə lağ etməsi, zənn edildiyi kimi onların əleyhinə deyil. Əksinə, Allah`ın yaratdığı hər hadisə kimi onların xeyrinədir. Onların əxlaqi üstünlüyünü, imanını və axirətdəki dərəcələrini artıran hadisədir.

Bu halda, möminlər din əxlaqından uzaq insanların istehzalı hərəkətlərinə görə əsla kədərlənməzlər. Bu, onlar üçün bir rəhmətdir və möminlər göstərdikləri səbir sayəsində Allah`ın razılığını və cənnətini ümid edərlər. Başqa bir ayədə Allah möminlərə belə bir vəziyyət qarşısında səbir etməyin lazım olduğunu bildirmişdir:

(Müşriklərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş. (Müzzəmmil surəsi, 10)

Bununla birlikdə möminlərin şövqünü artıran bir başqa mövzu da Allah`ın lağ edənlərə qarşı möminlərə kömək edəcəyini vəd etməsidir. Allah bu həqiqəti "Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik" (Hicr surəsi, 95) ayəsi ilə müjdələmişdir. Şübhəsiz ki, bu, möminlər üçün çox güvən verici bir vəziyyətdir. Quran əxlaqını yaşamayan insanlar möminlərə zərər vermək üçün hər nə etsələr də, məqsədlərinə çata bilməzlər. Etdikləri hər şey möminlərin lehinədir. Çünki bir ayədə belə xəbər verilir:

Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir. (Nisa surəsi, 141)

Allah başqa ayələrdə də möminlərə olan dəstəyini belə xəbər vermişdir:

… Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah`a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir, biləndir. Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 256-257)

Xüsusilə bunu da ifadə etmək lazımdır ki, möminlər inkarçıların hər cür bənzətməsindən uzaq, çox üstün və yüksək əxlaqlı insanlardır. Bu gözəl xüsusiyyətlərinin qarşılığını isə dünyada və axirətdə alarlar. Möminlərə istehza edilməsi isə onların üstünlüyünü, fəaliyyətlərinin gücünü və inkar edənlərin üzərindəki təsirini göstərir. Bu, eyni zamanda, xalq arasında məşhur olan "bar verən ağac daşlanar" sözünün də bir nümunəsidir.

Onların fikri mübarizə gücünü, üstün əxlaqını görən inkarçılar möminlərin yolunu kəsməyə, onları böhtan və yalanlarla ləkələməyə çalışarlar. Çünki möminlərin dünyaya sülh və nizam gətirəcəyini bildikləri üçün özlərinə görə əvvəldən tədbir görüb buna mane olmaq üçün çalışarlar. Məsələn, möminlərin Quran əxlaqını izah etmələrinə, insanları bu mövzuda maarifləndirmələrinə və ya Allah`ın varlıq dəlillərini anlatmalarına lağ edərlər. Bütün bunları etməkdə məqsədləri Allah`ın Quranda bildirdiyi kimi, haqqı batil ilə yenmə istəkləridir (Kəhf surəsi, 56). Ancaq Allah Quranda müsəlmanlara belə müjdə vermişdir:

De: "Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!" (İsra surəsi, 81)

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allah`a) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

7 / total 15
"Harun Yəhyanın İstehza Deyilən Zülm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net