< <
9 / total: 15

Məsxərəçiliyin sonu ilə əlaqədar Qurandan nümunələr

Hz. Musa (ə.s) zamanında yaşayan firon məlum olduğu kimi, üsyankarlığı və azğınlığı ilə tarixə keçmiş bir insandır. Onun və ətrafının qüruru ayələrdə belə təsvir edilir:

Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər. (Muminun surəsi, 45-46)

Firon özü haqqı inkar etdiyi kimi, qövmünü də azdırmaqla məşğul olmuşdu. Musa peyğəmbəri (ə.s) guya hörmətdən salmaq və hər kəsin gözü qarşısında ona lağ etmək üçün xüsusi bir plan hazırlamış, buna baxmayaraq, özü alçalmışdır. Firon sehrbazlarını insanların toplandığı gün hz. Musa (ə.s) ilə qarşı-qarşıya gətirmiş, bu şəkildə, sehrbazların üstün gələcəyini, Musa peyğəmbərin (ə.s) isə alçalacağını zənn etmişdi. Ancaq nəticə gözlədiyi kimi olmamış, Allah hz. Musa (ə.s) vasitəsilə sehrbazların hiyləsini pozaraq həm fironu, həm də yaxın ətrafını alçaltmışdır. Quranda bu hadisə belə izah edilir:

(Musa) dedi: "Siz atın!" Onlar atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: "Əsanı at!"– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Əraf surəsi 116-118)

Quranda fironun hz. Musaya (ə.s) qarşı qurduğu bir çox tələnin də boşa çıxdığı xəbər verilmişdir. Allah fironun sonunu da bütün insanlara bir ibrət olaraq Quranda belə bildirmişdir:

Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!" (Firona deyildi:) "İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik ki, səndən sonra gələnlərə ibrət olasan". Həqiqətən də insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunis surəsi, 90-92)

Yuxarıdakı ayələrdən aydın olduğu kimi, firon heç ümid etmədiyi bir sonla qarşılaşmışdır. Qarşısında nəhəng dalğaları gördükdə vəziyyətin ciddiliyini fərq etmiş, Allah`dan başqa İlah olmadığını anlamış və tək sığına biləcəyi gücün Allah olduğunu dərk etmişdir. Belə ki, bütün ömrünü təkəbbür və Allah`a üsyan ilə keçirən firon ilk dəfə o an Allah`a sığınma ehtiyacı duymuşdur. Lakin bunun səmimi təslimiyyət olmadığına, çətin anda göstərilən rəftar olduğuna görə Allah qəbul etməmişdir. Çünki təhlükə və ya çətin anlarda Allah`a sığınmaq və daha sonra əvvəlki nankorluqlarına geri dönmək din əxlaqını yaşamayan insanların əhəmiyyətli bir xüsusiyyətidir. Onlar bütün həyatlarını üsyan içində keçirib, bir bəla ilə qarşılaşdıqları anda tövbə edərək xilas ola biləcəklərini zənn edirlər. Lakin Allah onların bu planlarını boşa çıxarar.

Gücün, qüdrətin, böyüklüyün Allah`a aid olduğunu anlayan fironun vəziyyəti də bundan fərqli deyil. O an təslim olduğunu deməklə bağışlanacağını zənn edən firon çox yanılmışdır. Qurtulacağını ümid edərkən yalnız bədəni ilə xilas olması və bu halı ilə insanlığa ibrət olması özü üçün böyük alçaldılma olmuşdur. Allah onu sonrakı nəsillərə ibrət olması üçün alçaltmışdır. Dünya həyatında Misirin hakimi olan, saraylarda yaşayan, əmrində saysız köləsi və əsgəri olan, böyük güc və zənginlik sahibi fironun bu gücü özünü azğın dalğalardan qurtarmağa çatmamışdır. Bu şəkildə, dinə qarşı istehzalı və laqeyd rəftar göstərməsinin qarşılığını görmüşdür. Bu halı ilə firon lağ edən deyil, lağ edilən mövqeyindədir. Firon və yaxın ətrafının məruz qaldığı son bunun əhəmiyyətli bir göstəricisidir. Ayədə belə buyurulur:

(Bunların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi. (Ənfal surəsi, 54)

Bunun kimi tarixdə azğınlığı ilə bir çox məşhur cəmiyyəti də Allah bənzər vəziyyətə salmışdır. Məsələn, azğınlığı ilə məşhur Ad qövmü Allah`ın göndərdiyi əzabla həlak olmuşdur. Çox təkəbbürlü olan bu insanlar əzabın ardından içi boş xurma kötükləri kimi yerə yıxılmışlar. Bunu xəbər verən ayələrdə belə buyurulur:

Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızlıqla təkəbbür göstərib: "Bizdən daha qüvvətli kim ola bilər?"– dedilər. Məgər onları yaradan Allah`ın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara kömək də edilməz. (Fussilət surəsi, 15-16)

Ad (tayfası) isə hədsiz soyuq və şiddətli küləklə yox edildi. (Allah) onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin. (Haqqə surəsi, 6-7)

Allah inkar edənlərə dünyada müəyyən qədər möhlət verir, ancaq onlar azğınlıq və məsxərələrinə davam etdikləri təqdirdə də bu müddətin bitməsi ilə qarşılığını çox şiddətli şəkildə verir. Xüsusilə də Allah`ın elçilərinə qarşı edilən günahlar mütləq qarşılığını alır. Allah Müntəkim (intiqam alan) ismi ilə elçisinə və möminlərə qarşı edilən bu çirkin rəftarların, məsxərəçi davranışların intiqamını almış və günahkarları cəzalandırmışdır. Allah bir ayədə bu mövzunu belə xəbər verir:

Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rəd surəsi, 32)

Başqa bir ayədə isə Allah möminlərə lağ edənlərin pis əməllərinin özlərinə mütləq zərər verəcəyini belə xəbər vermişdir:

Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri onları bürüyəcək. (Casiyə surəsi, 33)

Bu ana qədər izah edilənlərdən də aydın olur ki, dinə və iman edənlərə qarşı istehza edənlər Allah`ın əzabından uzaq qala bilməzlər. Azğınlıq edən, baş qaldıran, özünü üstün görən hər insan Allah`ın Quranda bildirdiyi kimi, dünyada müxtəlif bəlalarla qarşılıq görər. Üstəlik, bu, yalnız dünya həyatında verilən qarşılıqdır, axirətdə veriləcək qarşılığın daha şiddətli olduğu isə Quranda belə bildirilir:

Sonra isə Allah`ın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu. (Rum surəsi, 10)

 

9 / total 15
"Harun Yəhyanın İstehza Deyilən Zülm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net