< <
10 / total: 15

İnkar edənlərin qəflətdə olduqları böyük həqiqət

Əvvəlki hissələrdə vurğuladığımız kimi, inkar edənlərin din əxlaqına və inananlara qarşı məsxərəçi davranmalarının ən əhəmiyyətli səbəblərindən biri hər şeyi dünyəvi meyarlara görə qiymətləndirmələridir. Bunun səbəbi də bütün həyatlarının dünya ilə məhdud olduğunu zənn etmələri və dünyaya həvəslə bağlanmalarıdır. Din əxlaqından uzaq yaşayan insanların bu əhvalı Quranda belə bildirilmişdir:

Qövmünün kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: "O, sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. O, sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir? Sizə vəd olunan şey çox uzaqdır, çox uzaq! Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik və biz dirildiləcək deyilik. (Muminun surəsi, 33-37)

Bu həvəs səbəbindən inkar edənlər dünyanı çox yanlış dərk edirlər. Ətraflarında gördükləri şeyləri Allah`dan müstəqil görür, bütün bunların ancaq Allah`ın diləməsi ilə varlıqlarını davam etdirə bildiklərini qavraya bilmirlər. Allah inkar edənlərin dünya həyatına aid həqiqətləri qavraya bilmədiklərini bir Quran ayəsində belə bildirmişdir:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)

İnkar edənlərin həyatları boyunca nəzərə almadıqları çox əhəmiyyətli bir həqiqət var. Onlar bu həqiqətdən xəbərsiz olaraq hər cür əxlaqsızlığı edir, dünyada özlərinə görə mənfəət əldə etməyə çalışır, yalan danışır, dinə qarşı istehza edir, inananlara böhtan atır, onlara zərər verməyə çalışırlar.

Ancaq, əslində, böyük qəflət içindədirlər və bunun şüurunda deyildirlər. Sonrakı səhifələrdə din əxlaqından uzaq insanların şüursuzca, qəflət içində yaşadıqları bu böyük həqiqət izah ediləcəkdir.

Xəbərdarlıq

Oxuyacağınız bu hissə həyatın çox əhəmiyyətli bir sirrini izah edir. Maddi dünyaya baxışınızı kökündən dəyişdirəcək bu mövzunu çox diqqətlə və anlayaraq oxumalısınız. Burada izah edilənlər yalnız bir dünyagörüşü, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil, dinə inanan və inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin də sübut etdiyi qəti bir gerçəkdir.

 

10 / total 15
"Harun Yəhyanın İstehza Deyilən Zülm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net