< <
13 / total: 15

Məsxərəçi insanların axirətdə görəcəkləri qarşılıq

Dinlərini oyun və əyləncə mövzusu edən, müqəddəs dəyərlərə qarşı ağılsız şəkildə lağ edən insanların görəcəkləri qarşılıq yalnız dünyadakılarla bitməz. Quranda bildirildiyi kimi, onları əsl axirət qarşılığı gözləyir. Allah möminləri necə cənnətlə müjdələyirsə, eyni şəkildə, inkarçıları da əzabla təhdid edir.

Hər kəsin dünya həyatında etdiklərinə görə bir-bir hesaba çəkiləcəyi din günü gəldikdə bu insanlar, əlbəttə, böyük peşmançılıq yaşayacaq və dünyada olarkən etdikləri günahların qarşılığını da mütləq alacaqlar. Bax, o gün əsl özləri lağ ediləcək vəziyyətə düşəcəklər. Çünki onlar bu günləri ilə qarşılaşacaqlarına inanmamış, üsyan etməyə davam etmişlər. Lakin artıq qaça biləcəkləri yer yoxdur. Alçaldıcı əzab özlərini gözləməkdədir. Bunun səbəbi dünyada olarkən Allah`ın ayələrinə istehza etmələridir. Ancaq cəhənnəmdə qarşılaşacaqları vəziyyətə görə, əslində, onların özünə lağ etmək lazımdır. Quranda onların bu vəziyyəti belə bildirilir:

O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Qarşıda onları cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allah`dan başqa tutduqları himayəçilər onları qurtara biləcəklər. Onları böyük bir əzab gözləyir. (Casiyə surəsi, 9-10)

Göründüyü kimi, dünyada olarkən çirkin cəsarətlə dinə lağ etməyə çalışan bu insanlar fərqində olmadan böyük bir tələyə düşürlər. Onlar üçün əzab hazırlanmış və Allah dünyada olarkən etdikləri hər şeyi öz əleyhlərinə çevirmişdir. Din və möminlərə lağ etməklə etdikləri pisliklər özlərinə qayıtmışdır. Beləliklə, üstün olmaq istəyərkən və böyüklük iddiasında ikən alçaldıcı vəziyyətə düşmüşlər. Allah bir çox Quran ayəsi ilə bu acı sonu insanlara xatırlatmışdır:

Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir. (Zümər surəsi, 48)

Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri onları ağuşuna aldı. (Nəhl surəsi, 34)

Dünyada Allah`ın ayələrinə, elçilərinə və möminlərə lağ edənlər etdiklərinin qarşılığı olaraq cəhənnəm atəşi ilə əhatə olunacaqlar. Beləliklə, dinə qarşı göstərdikləri istehzalı rəftarın acı qarşılığını görəcəklər. İbrət verici bir başqa mövzu isə bu insanlar üçün hazırlanan cəhənnəm əzabının sonsuz olmasıdır. Çünki onlar axirəti və hesab gününü görməzlikdən gəlib unutduqları kimi, din günü gəldiyində də onlar unudulacaq və Allah`ın rəhmətindən uzaq olacaqlar. Şübhəsiz, bu, bir insanın qarşılaşa biləcəyi ən qorxunc aqibətdir. Bu həqiqət Quranda belə izah edilir.

Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri onları bürüyəcək və (onlara) deyiləcəkdir: "Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. Bu ona görədir ki, siz Allah`ın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı". Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Casiyə surəsi, 33-35)

Möminlər də axirətdə inkarçılara lağ edəcəklər

Bu hissəyə qədər inkarçıların, müşriklərin, münafiqlərin və ya din əxlaqını yaşamayan insanların təkəbbürləri səbəbindən dinə, elçilərə və möminlərə lağ etdiklərindən və bunu vərdiş halına gətirdiklərindən danışıldı. Həqiqətən də tarix boyunca cahiliyyə insanları möminlərə çətinlik vermək, onların şövqlərini qırmaq, mübarizələrində onlara mənfi təsir etmək məqsədi ilə məsxərəyə əl atmışlar. Ancaq onların nəzərə almadıqları əhəmiyyətli bir həqiqət vardır. Zamanı gəldiyində möminlər də onlara lağ edəcəklər.

Bütün insanların dünyada etdikləri ilə sorğu-sual ediləcəyi hesab günü reallaşacaq qəti bir vəddir. O gün heç bir insana geri qayıtma imkanı yoxdur və hər kəs etdiklərinin qarşılığını mütləq alacaqdır. Bax, o gün gəldikdə Allah`a və elçisinə bağlı olan, onların göstərdiyi yolla gedənlər, yəni möminlər, Allah`ın onlar üçün yaratdığı nemətlərlə dolu cənnətə girəcəklər və Allah`ın diləməsi xaricində sonsuza qədər orada qalacaqlar. Allah`a və elçisinə üsyan edən, Onun dini və elçilərinə lağ edən, inananları istehzalı sözlərlə və təhqirlərlə incitməyə çalışanlar isə hər cür əzabın mövcud olduğu cəhənnəmə girəcəklər və bütün zaman boyunca onun içində qalacaqlar. Bu səbəbdən, o gün möminlərin inkarçılara lağ edəcəyi gün olacaqdır. Çünki onlar möminlərə lağ edərkən bu etdiklərinə görə hesab verəcəklərini və bunun nəticəsində sonsuza qədər cəzalandırılacaqlarını düşünməmişlər. Yalnız dünya həyatını yaşayacaqlarını, təkrar dirilməyəcəklərini zənn etmiş, axirətin varlığını ya inkar etmiş, ya da uzaq görmüşlər. Bunlara görə cəza alacaqlarını isə heç ağıllarına belə gətirməmişlər. Özlərinə deyiləndə də buna lağ etmişlər. Bununla da qalmamış, din əxlaqını yaşayan, Allah`a təslim olan, Qurandakı gözəl əxlaqı mənimsəyən insanlara əks cəbhə almış, hər fürsətdə onları kinayəli ifadələrlə təhqir etmişlər. Lakin axirət günü gəldikdə möminlərin doğru yolda olduqları aydın olacaq, əsl məsxərə mövzusu olanların isə inanmayanlar olduğu ortaya çıxacaqdır. Çünki bu şəkildə davranaraq yalnız özlərinə pislik etmiş və sonsuz həyatlarını məhv etmişlər.

Allah`ın cəhənnəmdə verəcəyi əzab çox şiddətli olacağı üçün daha əvvəl yaşamadıqları çətinliklər və əzablar onları gözləyir. Buna qarşı möminlər isə bənzəri görülməmiş bir gözəllik və nemətlə mükafatlandırılacaqlar. İnkarçıların dünyada lağ etdikləri o insanlar sonsuza qədər nemət yurdu olan cənnətlərdə qarşılanacaqlar. Hər iki tərəf də bir-birini görəcək və Allah`ın ədalətinə şahid olacaqlar. Quranda o mühit belə təsvir edilmişdir:

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutəffifin surəsi, 34-36)

Ancaq bir daha ifadə etmək lazımdır ki, o gün Allah`ın ədaləti tam təcəlli edəcəkdir. Çünki Allah bu insanlara dünyada öyüd ala biləcəkləri qədər möhlət vermiş, onları axirətin və hesab gününün yaxınlığı ilə xəbərdar etmişdir. Ancaq onlar buna baxmayaraq, vicdanlı davranmamış və məsxərəyə davam etmişlər. Quranda bu həqiqət belə xəbər verilir:

Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allah`ın ayələrini inkar edirdilər. Onları ələ saldıqları bürüdü. (Əhqaf surəsi, 26)

Göründüyü kimi, özlərinə dünyada bir çox fürsətlər verilən bu insanlar bundan yaxşı istifadə etmədikləri və məsxərəçi rəftarlarına davam etdikləri üçün bu vicdansızlıqlarının cəzasını çəkməyə məhkumdurlar.

Möminlərə lağ edən bu insanlar axirətdə möminləri görüb çox böyük çaşqınlıq yaşayacaqlar. Özləri etdiklərinə görə cəhənnəmə göndərilərkən dünyada olarkən səhv yolda olduqlarını zənn etdikləri möminləri də orada görmək istəyəcəklər və o an yanıldıqlarının fərqinə varacaqlar. Onlar möminlərə gülərkən, onlara lağ edərkən bir anda özləri alçaq vəziyyətə düşmüş və lağ ediləcək hala gələcəklər. Aşağıdakı ayədə onların bu əzablı vəziyyəti belə izah edilir:

(Günahkarlar) deyəcəklər: "Bizə nə olub ki, pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları məsxərəyə qoyurduq. Nə isə onlar gözə dəymirlər?" Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 62-64)

Möminlərin cənnətdə olması inkar edənlərə böyük bir zərbədir. Çünki cənnət Allah`ın möminlər üçün hazırladığı, içində sonsuza qədər yaşanacaq olan mükəmməl bir mühitdir. Orada nemətlərin hər çeşidi var. Bu fövqəladə mühit inkarçılara göstərildikdə, möminlərin belə gözəl bir yerdə qarşılanması onları çaşqın hala salar. Halbuki, hər kəs yalnız dünya həyatında etdiyinin qarşılığını almışdır. Allah Quranda haqlının haqsızdan ayrılacağı o böyük günü belə təsvir edir:

Zalımların qazandıqları özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (Şura surəsi, 22)

Beləliklə, Allah zamanı gəldiyi zaman həm dünya həyatında möminlərlə lağ edən inkarçılara etdiklərinin qarşılığını verir, həm də möminləri səbir etdikləri üçün mükafatlandırır. Allah Quranda bu həqiqəti belə bildirir:

Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. (Onlar) cəhənnəmdə əbədi qalacaqlar.

Od onların üzünü yandıracaq.

Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.

Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?

Onlar deyəcəklər: "Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.

Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də qayıtsaq, həqiqətən də zalım olarıq".

(Allah) buyuracaq: "Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!

Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!"– deyirdilər.

Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!"
(Muminun surəsi, 103-111)

 

13 / total 15
"Harun Yəhyanın İstehza Deyilən Zülm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net