< <
2 / total: 6

Terrorun Qanlı Nəticələri

XXI əsrdə dünyamızı təhdid edən ən böyük təhlükələrdən biri də terrorizmdir. Çünki terrorizm nəzərdə tutulan siyasi hədəfə nail olmaq üçün çıxış yolunu şiddətdə görür. Terroristlərə görə siyasi anlaşılmazlıqlar, etnik və mədəni fərqlərdən qaynaqlanan problemlərin yeganə həll yoluşiddətdir. Hər qrup öz tələbini ancaq zorbalıq və təzyiqlə əldə edə bilər. (Terroristlərin dünyagörüşünə görə problem, tələb və axsaqlıqlar da dəyişir.)

Terroristlər inanırlar ki, mövcud cəmiyyət nizamı pozulsa, gündəlik həyata qarışıqlıq, qorxu və narahatlıq hakim olsa hədəflərinə çatacaqlar. Bəzi terroristlərin məqsədi şiddət yolu ilətələblərini qəbul etdirmək və ya şiddətin meydana gətirdiyi xaos mühitindən faydalanaraq təşkilatlarının təbliğatını aparmaqdır. Sabitliyin ortadan qalxdığı, cəmiyyətdə qorxu və narahatlığın meydana gəldiyi bir mühitdə terrora əl atan qruplar hədəflərinə asanlıqla çatacaqlarını düşünürlər. Bu yolla "haqq və ədalət"i təmin edəcəklərini iddia edirlər. Halbuki haqq və ədalətin terror hərəkətləri ilə bərpa ediləcəyini zənn etmək, problemlərin şiddətə əl ataraq həll olunacağını düşünmək çox böyük səhvdir. Allahın "... yer üzündə fitnə-fəsad törədənlər..." (Rad Surəsi, 25) olaraq təsvir etdiyi bu şəxslərin indiyəkimi əldə etdikləri tək nəticə həm öz tərəfdarlarının, həm də günahsız insanların ölümləri olmuşdur. Dünyada hər il minlərlə insan terrorist hücumlar nəticəsində həyatını itirir, yaralanır, iqtisadi itkiyə məruz qalır, həyatını qorxu və narahatlıq içində davam etdirir. Terrorizmin nəticəsi çox ürküdücüdür. Buna görə də bütün cəmiyyəti təhdid edən terrorizm təhlükəsi ilə mübarizə aparmaqvacib və zəruridir.

Terrorizm çox yaxınımızdadır!

Dünyada 500-ə yaxın terrorist qrup olduğu təxmin edilir. Bu terrorist qruplar arasında narkotik, silah və fahişə alverinə nəzarət edən beynəlxalq cinayətkar şəbəkələr, yeraltı təşkilatlar, marjinal qruplaşmalar, azğın təriqətlər və din adından istifadə edən müxtəlif radikal qruplar var. Bir çox terrorist təşkilat öz ölkəsinin sərhədləri daxilində fəaliyyət göstərərkən bir qisim təşkilatlar düşmən olaraq qəbul etdikləri ölkələri yaxud da səs gətirəcəyini düşündükləri müxtəlif mərkəz nöqtələri və şəxsləri hədəf seçirlər.

Terrorizm qədim dövrlərdən bəri mövcuddur. Ancaq bu təhdid XX əsrdə daha da güclənmişdir. Bu əsrdə terrorizm və terroristlər böyük partlayışlarasəbəb oldular. Kütləvi təxribat gücü yüksək olan silahların ortaya çıxması və texnologiyada baş verən sürətli inkişafterror hərəkətlərinin şəklini dəyişdirdi, dağıdıcılığını artırdı.

60-cı illərdə atom bombası və ya fərqli bir nüvə silahı hər hansı terrorist qrupun əlinə keçərsə nə olacağı barədə ciddi şəkildə düşünülürdü. Nüvə, bioloji ya da kimyəvi silahla hücum on minlərlə, hətta yüz minlərlə insanın həyatını itirməsi ilə nəticələnə bilər, ölkələri ortadan qaldıra bilərdi. Ancaq belə bir hücum reallaşmadı. 1990-cı illərdə isə gözlənilən tərzdə bir hücumun reallaşma ehtimalı artdı. Xüsusilə də SSRİ-in dağılması və sahib olduğu nüvə silahları üzərindəki nəzarətin zəifləməsi bu qayğıları artırdı. İnternetin inkişafı və yayılması nəticəsində asanlıqla hər cür məlumatın əldə edilməsi bu qayğının daha da artmasına səbəb oldu. Mövzusu bu qorxunu əhatə edən yüzlərlə film çəkildi, kitablar yazıldı, araşdırmalar aparıldı, hesabatlar hazırlandı. Artıq terrorist hərəkətlər bombalama, qəsb etmə, təyyarə qaçırma, girov götürmədən daha qorxulu ola bilər, terroristlər geniş kütlələri hədəf alan hücumlar reallaşdıra bilərdilər. Üstəlik bu hərəkət insani müdaxilə olmadan uzaqdan bir düyməyə basmaqla ya da kompyuter köməyi ilə ola bilərdi.

Yaxın dövrlərdə bioloji silahdan istifadə edilərək reallaşdırılan bəzi terrorist hərəkatlar bioterrorizm təhlükəsinin ölçülərini də ortaya qoydu. Bu dövrdə terroristlər sadə laboratoriyada və təcrübəli kimyagərlərin köməyi ilə minlərlə insanın ölümünə səbəb ola biləcək bioloji silah əldə edə bilirlər. Bunun ilk nümunələrindən biri 1984-cü ildə ABŞ-ın Oregon əyalətindəki bir qəsəbədə restoranlarda yemək yeyən 750 nəfərin zəhərlənməsi oldu. Bu hadisədən həmin bölgədə fəaliyyət göstərən və Oregon yerliləri ilə qarşıdurma içində olan bir terrorist təşkilatın məsul olduğu aşkar edildi. Təşkilat üzvləri fermalarında yetişdirdikləri salmonella bakteriyalarını bölgədəki dörd restoranın barlarına yaymışdılar. 1995-ci ildə Tokio metrosuna "sarin" adı verilən kimyəvi silahla təşkil edilən hücum isə terrorizmin xalqı nə qədər yaxından təhdid edən bir təhlükə olduğunu göstərdi. Aum Shinrikyo (Üstün Gerçək) adlı azğın bir təriqətin təşkil etdiyi bu terrorist hücumda 12 nəfər öldü, 5500 nəfərisə yaralandı. Daha sonra aparılan araşdırmalar bu təriqətin öz laboratoriyalarında bioloji silahlar üzərində işlədiyini aşkar etdi.3

Bioloji və kimyəvi silahlarla yanaşı məlumat texnologiyasının da XXIəsrdə terrorist hücumlarda əhəmiyyətli rol oynaya biləcəyi nəzərə çatdırılmalıdır. Avropadan Amerikaya, Asiyadan Afrikaya qədər dünyanın hər tərəfində terrorist bombalama, yağmalama, təyyarə qaçırma, girov götürmə hadisələri də böyük sürətlə davam edir. Məsələn,İspaniyanın Bask Bölgəsinin müstəqilliyi üçün mübarizə apardıqlarını iddia edən ETA (Euskadi Ta Askatasuna) terroristləri 1962-ci ildən etibarən İspaniyada çox böyük terror hərəkatlarına imza atmış, 800-dən çox insanın ölümünə səbəb olmuşlar.4 Qarşısına Şimaliİrlandiyanın müstəqilliyini məqsəd qoyan İRA da periodik olaraq reallaşdırdığı bombalama hərəkatları iləneçə ildir dünya gündəmində ön sıralarda yer tutur. İngiltərənin Şimali İrlandiyadan çəkilməsini, İrlandiya Respublikası Hökumətinin süqutunu, sosialist respublika qurulmasını hədəfləyən İRA müxtəlif qaçaqmalçılıq, soyğun hadisələrinə də qarışmışdır. Ümumiyyətlə, Şimali İrlandiya və başda London olmaq üzrə İngiltərə daxilindəhərəkatda olan İRA Almaniya kimi Avropa ölkələrində də müxtəlif bombalama hadisələrinə qarışmışdır. İRA-ın 1969-cu ildən indiyə kimi reallaşdırdığı terrorist hücumlarda hər iki tərəfdən 3200-dənçox insan həyatını itirmişdir.5 İngiltərənin müxtəlif bölgələrində avtomobillərə, havalimanlarına, metro stansiyalarına və dinc əhaliyəqarşıİRA-nın reallaşdırdığı bombalı hücumlar milyonlarla dollarlıq zərərə səbəb olmuşdur. 15 iyun 1996-cı ildə İngiltərənin Mançester şəhərində Avropa Futbol Çempionatı qarşılaşması əsnasında İRA-ın avtomobilə yerləşdirdiyi bombanın ticarət mərkəzində partlaması nəticəsində 200 adam yaralanmışdır.

Bu dövrdə heç bir ölkə terror hücumlarından azad deyil və yuxarıda saydığımız bir neçə nümunə terrorizmin insan həyatına nə qədər müdaxilə etdiyini açıq-aşkar göstərir. Terrorizm artıq yalnız müəyyən ölkələrin problemi olmaqdan çıxmış, bütün cəmiyyətin problemi halına gəlmişdir. Terrorun nə vaxt, harada, kimi hədəf alacağı bilinmir. Buna görə də artıq heç kim terrorizmlə mübarizəni müəyyən ölkələrin və ya müəyyən təşkilatların vəzifəsi olaraq görə bilməz. Terrorizm bütün dünyamızı təhdid edir və bu problem ancaq insanları, sülhü, dostluğu, qardaşlığı sevən xoş niyyətli insanların əl-ələ verərək bir-birinə dəstək olması ilə həll ediləcək.

Terrorizmin qaranlıq üzü

Bu gün terror ABŞ-dan Anqola, Uqanda, Nigeriya kimi Afrika ölkələrinə, İngiltərə, İspaniya, Fransa kimi Avropa ölkələrindən Şri-Lanka, Tayland, Yaponiya kimi Asiya ölkələrinə, Orta Şərq ölkələrindən Latın Amerikasına qədər bir çox ölkədə minlərlə insanı narahat edir və çox böyük maddi itkilərə səbəb olur. İnsanlar evlərində oturarkən, kinoda film izləyərkən, ticarət mərkəzində gəzərkən, avtobusda səfərdə olarkən və ya işyerində işləyərkən heç gözləmədikləri bir anda terrorizmlə qarşılaşırlar. Təbii ki, terrorizmin evlərinə qədər girməsi insanlarda böyük narahatlıq, qorxu və həyəcan meydana gətirir. İnsanlar izdihamlı mühitlərə girməkdən, ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən qorxur, rahat yaşaya bilmirlər.Bu, terrorizmin hədəflədiyi cəmiyyət modelidir: Qorxaraq narahat yaşayancəmiyyət.

Dünyada baş verən terrorist hücumların ürküdücü cədvəli bu narahatlığı təsdiqləyir. 1996-cı ildəki 296 hadisə ilə müqayisə edildikdə 1997-ci ilərzində cəmi 304 beynəlxalq terror aktıqeydə alınmışdır. 1997-ci ildə 221 nəfər öldürülmüş, 693 nəfərhücumlarda yaralanmışdır. 1996-cı ildə 314 nəfər öldürülmüş və 2.912 nəfər yaralanmışdır. 1997-ci ildə bütün dünyada reallaşdırılan 439 hücumdan 398-i işyerlərinə və ya qeyri-rəsmi qurumlara qarşı təşkil edilmiş, 139 insan terrorist hücumlarda həyatını itirmişdir.6

ABŞ-ın Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumatlara görə 2000-ci il 1999-cu il ilə müqayisədə terrorist hərəkatların sayında 8 % artım olmuş və təkcə bu il ərzində 423 nəfər həyatını itirmiş, 791 nəfər yaralanmışdır. 1981-2000-ci illərdə terrorist hücumlar nəticəsində həyatını itirənlərin sayı isə 9.184 nəfərdir.7

Amerikan Xarici İşlər Nazirliyininin verdiyi bu cədvələ dünyadakı bütün terror hadisələri nəticəsində həyatını itirən bütün insanlar daxil edilməmişdir. Bu hesabat hazırlanarkən yalnız beynəlxalq terror təşkilatlarının hərəkətləri nəzərəalınmış, yerli terror təşkilatlarının hərəkətlərinə yer verilməmiş, ABŞ tərəfindən terror təşkilatı olaraq elan edilməmiş bəzi qrupların hücumları məlumatlara daxil edilməmişdir. Daxil edilməyən bu rəqəmlər də nəzərəalındıqda cədvəl daha dəhşətli bir hala gəlir. Məsələn, yalnız Türkiyədə 15 avqust 1984-cü il ilə 31 oktyabr 2001-ci il tarixləri arasında 21.866 terrorist hücum reallaşdırılmış və bu hücumlar nəticəsində 5605 təhlükəsizlik işçisi ilə yanaşı 4646 nəfər həyatını itirmişdir. 16.562 təhlükəsizlik işçisi, 5.091 nəfər dinc əhali hücumlar əsnasında yaralanmışdır.8

Amerikan Sağlamlıq Statistikaları üzrə Milli Mərkəzinin (National Center for Health Statistics) bir hesabatına görə 1998-ci ildə sadəcə ABŞ-da 3.792 uşaq və gənc odlu silahlarla yaralanaraq həyatını itirmişdir. 1998-ci ildə odlu silahlar vasitəsi ilə 30.708 nəfər insan öldürülmüşdür.9

Terror hadisələrinəticəsində yaranan maddi itki və iqtisadi böhran da hadisənin başqa tərəfidir. Terror hadisələrinin səbəb olduğu qarışıqlıq və anarxiya bu bölgələrə sərmayə qoyulmasına maneə törədir. Terroristlərin əlaqədar bölgələrin iqtisadi infrastrukturunu təşkil edən ünsürlərə istiqamətlənən hücumlar reallaşdırmaları bu bölgələrdə yalnız inkişafa maneə törətməklə qalmır, mövcud imkanları da yox edir. İqtisadi maneələr başda təhsil olmaqla ictimai həyatın bir çox sahəsində geriliyə səbəb olur. Terrorla mübarizə üçün sərf olunanpullar isə bütün ölkələr üçün əlavə yükdür.Xalqın rifah səviyyəsini yüksəltmək üçün istifadə edilə biləcək maddi imkanlar orduya istifadə olunur və bu vəziyyət həm ölkə iqtisadiyyatına, həm də qlobal iqtisadiyyata mənfi təsir edir.

Yuxarıda qısaca yekunlaşdırdığımız bu məlumatlar terrorun dünya üzərində meydana gətirdiyi çətinliyi əks etdirir. Terrorizm bütün dünyada böyük çöküntü əmələ gətirir, insanların həyatına mənfi təsir edir.

"Aydınlıq Yol"un qanlı nəticəsi

Dünyanın ən qanlı terror təşkilatlarından biri də Peruda fəaliyyət göstərən marksist-leninist-maoçu partizan qrupu "Aydınlıq Yol"dur. 1960-cı illərdə fəlsəfə professoru Abimael Guzmanınbaşçılığı ilə qurulan təşkilat ilk illərdə hər hansı bir siyasi hərəkat kimi qiymətləndirilirdi. Ancaq “Aydınlıq Yol” 1970-ci illərdə dünyanın ən vəhşi partizan təşkilatlarından biri halına gəldi.

Təşkilat lideri Guzmanın şiddəti təsdiqləyən ifadələri diqqəti özünə cəlbedirdi. Abimael Guzman 19 aprel 1980-cı ildəki bir nitqində "Gələcək silahlarda və toplarda yatır'' deyirdi.10 Bir “Aydınlıq Yol” partizanı isə "Qan bizi daha da güclü edir. Əgər o, axırsa, bizə zərər verməz, əksinə güc verər" şəklindəki sözləri ilə şiddəti ucaldırdı. Təşkilat mübarizələrinin təməlinin şiddət üzərində qurulduğunu açıq-aşkar ifadə edir və ölkədə şiddətin necə artırıla biləcəyini müzakirə edirdi. Nəticədə 23.000-dən çox insan yaşanan partizan müharibəsində həyatını itirmişdi. O dövrdə yaşananlar qısaca bu şəkildə cərəyan etmişdi:

1980-ci illərdə Guzman təhsil karyerasına son vermiş və Peruda davam edən terrorizmə yeni bir başlanğıc gətirmişdi... Guzman və “Aydınlıq Yol” da II Dünya Müharibəsi ərzində Yaponiyadakı kamikadzelər kimi ölümü romantikləşdirmişdilər. İnandıqları ölüm Guzmanın "qan çayı'' olaraq danışdığı və onları qarşıda gözləyən hədiyyələr üçün ödəməliolduqları kiçik pay idi. Çox sayda günahsız vətəndaş qaçırılmış, təcavüzə və işgəncəyə məruz qalmış, öldürülmüşdü. Əhalinin 1 %-indən çoxu şiddət siyasəti nəticəsində vəhşicəsinə qətl edilmişdi. Bu zaman "Başçı Gonzalo'' olaraq tanınan Guzman və “Aydınlıq Yol” müəllim, bələdiyyə başçısı və sivil liderləri öldürmüşdülər.11

“Aydınlıq Yol” illərlə Peru xalqına maddi və mənəvi cəhətdən çox böyük zərər vermiş, xalqın dəhşət içində yaşamasına səbəb olmuşdur. Bu, terrorun təbii nəticəsidir. Terroru məğlub etməyin yolu isə kitab boyunca üzərində ətraflı olaraq dayanacağımız kimi sevgidir.

 

Qeydlər

1 Vladimir Orlov, Anton Khlophov, Nezavissimaia Gazeta, Moskova, Le Courrier International, No: 571, 11-17 Ekim 2001, s. 99-100

2 Aslı Zülal, Biyolojik Silahlar, Bilim ve Teknik, sayı 407, Ekim 2001, s.44

3 Aslı Zülal, Biyolojik Silahlar, Bilim ve Teknik, sayı 407, Ekim 2001, s.44

4 http://www.terrorismfiles.org/organisations/ basque_fatherland_and_liberty.html

5 http://www.terrorismanswers.com/groups/ ira.html

6 http://www.cia.gov/cia/di/products/terrorism/index.html

7 Patterns of Global Terrorism 2000, Department of State Publication Office, Nisan 2001, http:// www.usis.usemb.se/terror/rpt2000/yearinreview.html

8 http://www.teror.gen.tr/turkce/rakamlarla/index.html

9 http://www.cbsnews.com/stories/2000/07/ 24/national/main218209.shtml

10 http://www.worldtrek.org/odyssey/latinamerica/050899/050899team.html

11 http://www.worldtrek.org/odyssey/latinamerica/050899/050899team.html

2 / total 6
"Harun Yəhyanın Dinlər Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com