< <
4 / total: 6

Terrorizmin Qarşısını Ancaq Sevgi ilə Almaq Olar

Allah insana Öz ruhundan üfürdüyünü (Səcdə Surəsi, 9) və insanın yer üzündəki xəlifəsi olduğunu (Ənam Surəsi, 165) bildirir. İnsanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun nəfs və vicdanla birlikdə yaradılmasıdır. Hər insanda özünə pisliyi əmr edən nəfs və pislikdən çəkinməsinə ilham verən vicdan var. İnsan vicdanının ilhamlandırdığı sevgi, fədakarlıq, mərhəmət, təvazökarlıq, şəfqət, doğruluq, səmimilik, sədaqət, nəzakət kimi gözəl xüsusiyyətlərlə yanaşı nəfsindən gələn mənfi xüsusiyyətlərə də malikdir. Ancaq inanan insan vicdanı sayəsində doğru ilə səhvi bir-birindən fərqləndirər və hər zaman gözəl əxlaqı seçər. Allaha olan güclü imanı və qorxusu, axirətin varlığına olan inancı, sonsuz cəhənnəm əzabına qarşı hiss etdiyi şiddətli qorxu və cənnət həyatına qarşı hiss etdiyi həsrət onu nəfsinin azğınlıqlarından qoruyar. İnsanlarla xoş rəftar edər, hər zaman bağışlamağa üstülük verər, pisliyə yaxşılıqla qarşılıq verər, ehtiyac içində olanın köməyinə qaçar. Mərhəmətli, şəfqətli, sevgi dolu və xoş niyyətlidir.

Terroristlər isə vicdanlarının deyil, nəfslərinin səsini dinləyirlər. Buna görə də sevgisiz və təcavüzkardırlar. Asanlıqla əxlaqsızlıq edir, insanlara heç vicdan əzabı çəkmədən əziyyət verə bilirlər. Bunun səbəbi isə bu şəxslərin Allahdan qorxmamaları və din əxlaqını bilib tətbiq etməmələridir. Çünki Allahdan qorxmayan insanı cinayət törətməkdən çəkindirən heç bir güc yoxdur.

Cəmiyyətin mövcud qaydaları insanları cinayət və pis əxlaqdan müəyyən bir yerə qədər çəkindirər. Dövlət cəmiyyətdə açıq yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik orqanları sayəsində qismən qoruya bilər, cəmiyyətin nizamını təmin edə bilər, güclü ədalət sistemi sayəsində cinayət nisbətini azaltmaq üçün lazım olan tədbirləri görə bilər. Ancaq hər insana iyirmi dörd saat nəzarət etmək mümkün olmadığı üçün müəyyən bir yerdən sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Vicdanını dinləməyən insan tək olduğu zaman ya da özü kimi düşünən insanlarla birlikdə olarkən asanlıqla cinayət törədə bilər. Bu halda çarəsiz qaldığı zaman yalan danışan, çəkinmədən haqsız qazanc əldə edən, heç bir narahatlıq hiss etmədən zəifləri əzən fərdlərdən ibarət olan bir cəmiyyət modeli ortaya çıxar. Allahdan qorxmayan, mənəvi dəyərlər gözardı edilən cəmiyyətdə fiziki tədbir və tətbiqlərin nəticə verməyəcəyi aydındır. Halbuki din əxlaqı insana tək də olsa, etdiyi səhvə görə ətrafındakı heç kim onu cəzalandırmasa da, günahdan çəkinməsini əmr edir. Etdiyi hər hərəkətə, aldığı hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən insanın pislikdən qətiyyətlə çəkinəcəyi aydındır.

İnsanlar özləri istəyərək pislikdən çəkinməyi öyrəndikləri üçün terror təşkilatları cəmiyyətdə özünə yer tapa bilməyəcək. Çünki din əxlaqının hakim olduğu cəmiyyətdə şiddət tərəfdarı olan təşkilatların ortaya çıxmasına səbəb olan problemlər də təbii olaraq ortadan qalxar. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək əxlaqa sahibdirsə, bu cəmiyyətdə yoxsulluq, sosial bərabərsizlik, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlıqların məhdudlaşdırılması kimi mənfi hallarla qarşılaşmaq mümkün olmaz. Əksinə ehtiyac içində olanların ehtiyaclarının aradan qaldırıldığı, zənginlərin kasıblara kömək etdiyi, güclünün zəifi qoruduğu, sağlamlıq, təhsil, nəqliyyat kimi ictimai imkanlardan hər kəsin istifadə edə bildiyi, fərqli etnik mənşələr, dinlər və mədəniyyətlər arasında xoşməram və anlayışın hakim olduğu bir cəmiyyət nizamı olar. Elə bu səbəbdən də gözəl əxlaq bir çox ictimai problemin həllidir. Bu əxlaqın qaynağı da Allahın insanlara rəhbər olaraq göndərdiyi Qurandır.

Həqiqi İslam

İslam dini Hz. Məhəmmədə (s.ə.v.) ilk ayənin vəhy edilməsindən sonra keçən yarım əsrlik dövr ərzində çox sürətlə inkişaf etmişdir. İslamın Ərəbistan yarımadasından çıxıb bütün Orta Şərq, Şimali Afrika və hətta İspaniyaya qədər yayılması qərbdə yaşayan bir çox insanın da diqqətini bu dinə yönəltmişdir. Məşhur İslam mütəxəssisi John L. Espositonun ifadəsi ilə “İslamın sürətlə və müvəffəqiyyətli şəkildə yayılması çox təsiredicidir. Qərbli alimlər buna heyran olublar”.13 İslam dini 14 əsr ərzində İndoneziyadan Latın Amerikasına qədər dünyanın hər tərəfinə yayılmışdır. Bu gün 1 milyardan çox müsəlman dünya əhalisinin təxminən 5-də birini təşkil edir və İslam çox sürətlə yayılan din olaraq qəbul edilir. Xüsusilə də 11 sentyabrdakı terrorist hücumlardan sonra İslama olan maraq daha da artmış, İslam dininin nə qədər əhəmiyyətli olduğu aydın olmuşdur.

Bu gün İslami qaydaların müsəlman dünyasında əhatəli şəkildə tətbiq edildiyini görürük. Cəmiyyətlərin adət-ənənələrinə, mədəniyyətlərinə və dünyanı qavrama formalarına görə tətbiqləri də fərqlidir. Bu müxtəliflik bəzən İslamı anlamağa çalışan və ya İslam dini ilə bağlı araşdırma aparanların səhv qənaətə gəlməsinə səbəb olur. İslamla əlaqədar doğru nəticə əldə etməyin tək yolu bu fərqlilikləri bir kənara qoyub İslam əxlaqının izah edildiyi Qurana və Peyğəmbərmizin (s.ə.v.) həyatına baxmaqdır. Çünki çox vaxt fərqliliklər Quran əxlaqında olmayan, ancaq o cəmiyyətin ənənəvi dəyərlərini təmsil edən ünsürlər ola bilir.

Cəmiyyətin böyük hissəsinin müsəlmanlardan ibarət olması o cəmiyyətdə bütün hərəkətlərin, anlayışların və mühakimələrin tam mənada İslami olduğu və ya bunların İslam adı ilə müdafiə edilməli olduğu mənasını vermir. Bir qrup və ya cəmiyyətə istinadən İslam anlayışı qiymətləndirilərkən bu nəzərə alınmalıdır. Fərqlər həmin insanların və ya qrupların yaşadıqları mühitə görə izahlarından qaynaqlanır. Bu izahların və nəticələrin doğru olub-olmadığı isə ancaq İslamı bizə ən doğru şəkildə izah edən qaynağa, yəni Qurana və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə baxaraq aydın ola bilər.

Quranı araşdırmadan, tətbiq edilən ibadət şəkillərinin Quranda olub-olmadığı bilmədən İslamiyyət və müsəlmanlar haqqında fikir formalaşdırmaq düzgün deyil. Bir birliyin və ya cəmiyyətin həyat tərzini müşahidə edərək İslamı anlamağa çalışmaq, İslam haqqında qənaətə gəlmək və müxtəlif fikirlər irəli sürmək insanı çox yanılda bilər. Bu halda ilk olaraq İslam öyrənilməlidir. İslam dini həqiqi qaynağından öyrənildikdən sonra dünyanın fərqli ölkələrində yaşanan modellər bu meyarlara görə nəzərdən keçirilməlidir. Bu zaman İslam dinini bildiyini zənn edən bir çox insan bəlkə də həyatında ilk dəfə həqiqi İslamla tanış olacaq və bu günə qədərki bütün səhv fikirləri ortadan qalxacaq.

İslam günahsız insanların öldürülməsini qadağan edir

İslam dininə görə günahsız bir insanı öldürmək çox böyük günahdır və günahsız bir insanı öldürən insan axirət həyatında çox böyük əzabla qarşılaşacaq:

... hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Yuxarıdakı ayədə də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməklə bir tutulur. Furqan surəsində möminlərin insan həyatına verdikləri əhəmiyyətə bu cür diqqət çəkilir:

Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

Allah başqa bir ayədə isə insanlara bu şəkildə əmr edir:

De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! (Ənam surəsi, 151)

Allaha səmimi qəlblə iman edən, Onun ayələrini dəqiq şəkildə tətbiq edən və sonsuz axirət əzabından qorxan müsəlman bir nəfərə belə zərər verməkdən çəkinər. Çünki Allahın sonsuz ədalət sahibi olduğunu və hər etdiyinin qarşılığını mütləq verəcəyini düşünər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində Allahın sevmədiyi insanları bu şəkildə sadalamışdır:

Hərəmdə (Müqəddəs bölgədə) zülm və haqsızlıq edənlər, cahiliyyə adətini arzulayanlar və haqsız yerə insan qanı axıtmaq istəyənlər.14

İslam ədalətli olmağı əmr edir

İslam əxlaqı iman edənlərə qərar verərkən, danışarkən, iş görərkən, qısacası həyatlarının hər anında ədalətli olmağı əmr edir. Allah Quranda bildirdiyi əmrləri və Peyğəmbərimizin (s.ə.v.) sünnəsi vasitəsilə ədalət anlayışını bütün incəlikləri ilə bizlərə təsvir etmişdir. Quranda bəhs edilən bütün elçilər göndərildikləri qövmlərə ədalət və sülh gətirmiş, peyğəmbərlərin gəlişi ümmətlərin üzərindəki zülmün və qəddarlığın qalxmasına səbəb olmuşdur. Allah Yunus surəsində bu şəkildə bildirir:

Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! (Yunus surəsi, 47)

Qarşısındakı insan öz yaxını olsa belə, hər vəziyyətdə ədalətlə hökm etmək müsəlmanın ədalət anlayışının ən əhəmiyyətli xüsusiyyətidir. Allah bir ayədə bu şəkildə buyurur:

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

Ayədə də göründüyü kimi, iman edən insan üçün qarşısındakı insanın maddi vəziyyəti əhəmiyyət kəsb etmir. Əhəmiyyətli olan haqqın yerini tutması, heç kimin haqsızlığa məruz qalmaması və Allahın ayələrinin qüsursuz şəkildə yerinə yetirilməsidir. Maidə surəsində isə bu şəkildə buyurulur:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8)

Yuxarıdakı ayədə isə Allah iman edənlərə öz düşmənləri lehində olsa belə, həmişə ədalətlə hökm etmələrini əmr edir. Müsəlman qarşısındakı insanın özünə haqsızlıq etdiyini, çətin vəziyyətə saldığını və ya düşmən olduğunu düşünüb ani qərarlar verməz, hər zaman vicdanı ilə və Quran ayələrinə uyğun düşünər. Qarşı tərəf həqiqətən səhv etdikdə belə o, yaxşı cavab vermək və Allahın əmr etdiyi əxlaqı göstərməklə məsuldur.

Allah Mumtəhinə surəsinin 8-ci ayəsində isə “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” şəklində buyurmuş və müsəlmanların digər insanlarla olan əlaqələrinin sərhədlərini bildirmişdir. Bu ayələr iman edən insanın bütün insanlara münasibətinin əsasıdır. Müsəlmanın rəftarı qarşısındakı insana görə deyil, Allahın Quranda bildirdiklərinə görədir. Buna görə də səmimi qəlblə iman edən müsəlman hər zaman doğruların tərəfindədir. İman edənlərin bu mövzudakı qətiyyətləri “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər.” (Əraf surəsi, 181) ayəsi ilə də bizlərə xəbər verilir. Quranda ədalətlə əlaqədar digər ayələr isə bu şəkildədir:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa surəsi, 58)

De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona tərəf) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız! (Əraf surəsi, 29)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl surəsi, 90)

Quranda təsvir edilən ədalət anlayışına görə qarşı tərəfin hansı dinə, irqə və ya cinsiyyətə sahib olduğu əhəmiyyət kəsb etmir. Çünki İslam irqlər, cinsiyyətlər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi rədd edir. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) "Bütün insanlar Hz. Adəmdən, Hz. Adəm isə torpaqdandır"15 şəklində buyuraraq insanlar arasında heç bir fərq olmadığını vurğulamışdır. Dərinin rəngi, ictimai status, zənginlik kimi xüsusiyyətlər üstünlüyə səbəb deyil.

Bu gün dünyanın hər tərəfində insanlar irqləri, dilləri ya da bədənlərinin rənginə görə vəhşicəsinə münasibətə məruz qalırlar. Quranda isə fərqli xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların "bir-birləri ilə tanış olmaları" olaraq bildirilir. Fərqli millətlər və ya qəbilələr bir-birləri ilə tanış olmalı, bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, qabiliyyətlərini öyrənməlidir. Fərqli irq və millətlərin olmasının məqsədi mübarizə və müharibə deyil, mədəni zənginlikdir. İman edən insan üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imandakı üstünlüklə olduğunu çox yaxşı bilir. Allah Hucurat surəsində bu şəkildə bildirir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat Surəsi, 13)

Bir başqa ayədə isə Allah "Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!" (Rum surəsi, 22) şəklində bildirir.

İslam tarixinə baxdığımız zaman iman edənlərin fərqli irqlərlə ədalətli münasibətlərinin nümunələrini görərik. İslam Afrika, Asiya və Avropanı əhatəedən çox geniş sahədə çox sürətlə yayılmış və bu fəthlər vasitəsilə İslam əxlaqının gözəllikləri də yayılmışdır. İslam hər irqə, millətə, ictimai quruluşa və coğrafiyaya yayılmış, dünyada daha əvvəl bənzəri görünməmiş şəkildə milyonlarla insanı birləşdirmişdir. İnsan irqinin qolları və qara irqin digər mədəniyyətlərlə olan əlaqələrini araşdıran və bu mövzudakı əhəmiyyətli işləri ilə tanınan tədqiqatçı Joel Augustus Ragers məşhur kitabı “Sex and Race” (“Cinsiyyət və İrq”) adlı əsərində İslam dininin dünya üzərindəki təsirini bu şəkildə təsvir edir:

İslam dinində irq və sinif hökmlərinin tamamilə ləğv edilməsi, dərisinin rəngi və ya sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın cəmiyyətin ən yüksək mərtəbələrinə qədər yüksəlmə imkanının olması bu dinin əsrlərdir varlığını davam etdirməsinin səbəblərindən biridir. İslam dini tarix boyunca öz daxilində bir çox irqi birləşdirmiş və həmçinin öz daxilində dünyanın bənzərini görmədiyi böyük bir imperiyanı saxlamışdır.İslam imperiyası gücünün zirvəsinə çatdığı zaman qərbdə İspaniya və Fransadan başlayaraq Orta Asiya bölgələri də daxil olmaqla Şərqdə Hind okeanı və Sakit okeana qədər uzanırdı. Bu geniş torpaqların sahiblərinin dərilərinin rəngi müxtəlif idi. Bağçada fərqli rənglərdə çiçəklərin olması bu çiçəklər üçün nə qədər əhəmiyyətlidirsə,müsəlmanlar üçündərilərinin rənginin fərqli olması bundan daha az əhəmiyyətli idi.16

Dünyanın əntanınmış İslam mütəxəssislərindən biri olan Professor Hamilton Aleksandr Rossken Gibb "Whither Islam?"(İslam Haraya?) adlıəsərində İslam dininin fərqli irqlərə münasibətini bu şəkildə ifadə edir:

Fərqli insan irqlərinin mövqe, fürsət, cəhd baxımından hüquqlarını bərabərləşdirməkdə bu qədər müvəffəqiyyətli olan başqa bir cəmiyyət yoxdur. İslam qətiyyənuzlaşmayacaq kimi görünənfərqli irqləri uzlaşdırma gücünə malikdir.Şərq və qərbdəki böyük cəmiyyətlərin müxalifəti əməkdaşlığa başladığı təqdirdə İslamın uzlaşdırıcı rolunun qarşısının alınması mümkün olmayacaq…17

İslam əxlaqı- təməli qardaşlıq, sülh, azadlıq və rahatlıq üzərində qurulmuş cəmiyyəti hədəfləyir. Buna görə də İslamla tanış olan bütün insanlar keçmiş dövrlərdəki kimi təzyiqə, qəddarlığa, mübarizəyə əsaslanmış cəmiyyət əvəzinəsülhə əsaslanan cəmiyyət qurmuşdur. (Əlavə məlumat üçün baxın:"Quranda ədalət və tolerantlıq", Vural Nəşriyyat, Harun Yəhya) Bir çox qərb tarixçisi də bu həqiqəti əsərlərində dilə gətirmiş, İslamla tanışlığın fərqli cəmiyyətlər üzərində çox dərin və müsbət təsir yaratdığını ifadə etmişdir.Professor Robert Briffault "İnsanlığın inkişafı" ("The Making of Humanity") adlı əsərində Qərb cəmiyyətinin İslamla olan əlaqəsinə bu şəkildə diqqət çəkir:

"Bütün bəşəriyyət üçün azadlıq, qardaşlıq, insanların qanun qarşısında bərabərliyi və ümumi seçkidən istifadəni nəzərdə tutan demokratik hökumət idealları, Amerikan konstitusiyasının hazırlanmasına liderlik edən və İnsan Haqları Bəyannaməsinin əsasında duran ideyalar qərbin nailiyyəti deyildi. Bu ideyaların hamısının təməli müqəddəs kitab- Quranda var. Orta əsrlər Avropasının ziyalıları bu ideyaları müsəlman İspaniyası, Siciliya, Xaçlılar və İslami qardaşlıq dərnəklərini təqlid edərək Xaçlılardan sonra Avropada inkişaf edən cəmiyyətlər vasitəsilə İslamdan öyrənmişdir."18

Yuxarıda izah edilən həqiqətlərİslam əxlaqının bütün dünyaya əsrlərləsülh, tolerantlıq və ədalət dərsi verdiyinin ifadəsidir.Bu dövrdə də bütün dünya insanları belə bir mədəniyyətin həsrətini çəkir və belə bir mədəniyyətin təkrar yaranmaması üçün heç bir səbəb yoxdur.Bunun üçün insanlar əvvəl özlərindən başlayaraq Quran əxlaqını yaşamağa niyyət etməli, daha sonra da insanlar arasında eyni əxlaqı yaymaq üçün səy göstərməlidirlər.Quranda əmr edilən əxlaq yaşandığı zaman idarəçilərdən tabe olanlara kimi hər kəs ədalətli, mərhəmətli, tolerant, sevgi dolu, hörmətcil, bağışlayan, səmimi olacaq, bütün cəmiyyətlərə rahatlıq və sülh gələcəkdir.

Müsəlman İslam əxlaqına gözəl sözlə dəvət edər

İnsanları İslam əxlaqına dəvət etmək, onlara Allahın varlığını və yaradılış dəlillərini izah etmək hər müsəlmanın məsuliyyətidir. Allah "İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!Bunlar, həqiqətən nicat tapmış şəxslərdir." (Ali-İmran surəsi, 104) ayəsiilə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir. Allah ayələrdə bu dəvətin necə olacağını da bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl surəsi, 125)

Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! (Bəqərə surəsi, 263)

Saleh möminlər “Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər.Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali-İmran surəsi, 114) ayəsi ilə də diqqət çəkilən bu vəzifənin əhəmiyyətini dərk edirlər.Buna görə də ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və bütün insanları Allaha iman etməyə, qorxub çəkinməyə və gözəl əxlaqı yaşamağa dəvət edirlər.Möminlərin bu gözəl xüsusiyyətləri Tövbə surəsində bu şəkildə xəbər verilir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar.Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər.Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)

Bu ayədən də aydın olduğu kimi, iman edən hər insan dünya həyatı boyunca davamlı gözəl əxlaqı təbliğ etməklə, özü yaşamaqla və insanlara gözəllikləri tövsiyə edib, onları pisliklərdən çəkindirməklə məsuldur.Allah “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…”(İsra Surəsi, 53) ayəsi ilə iman edənlərə gözəl sözlə danışmağı əmr etmişdir.Gözəl söz və pis söz İbrahim surəsində bu cür təsvir edilir:

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi?Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.O Rəbbinin izni ilə bəhrəsini hər vaxtverər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları sapdırar. Allah istədiyini edər! (İbrahim Surəsi, 24-27)

Gözəl yaşamaq istəyən gözəllikləri təşviq etməli, yaxşılıq istəyən yaxşılığı yaymaq üçün səy göstərməli, vicdanlı münasibətlər görmək istəyən vicdanlı olmağı tövsiyə etməli, zülmə razı olmayan zalımları xəbərdar etməli, qısası düzgünlük istəyən insan digər insanları da doğruya dəvət etməlidir. Dəvətedərkən hidayət verən və gözəl sözü qarşı tərəfə təsirli edənin ancaq Allah olduğunu ağlından çıxarmamalıdır. Allah Peyğəmbərimizin (s.ə.v.) də mükəmməl xarakterinin və üstün əxlaqının nəticəsi olaraq insanlara həmişə gözəlliklə davrandığını bildirmiş və onu bütün insanlara nümunə göstərmişdir.

İslam insanlar arasında həmrəyliyi və bir-birinə kömək etməyi əmr edir

Allah Quranda insanlara bu şəkildə əmr etmişdir:

... Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!(Maidə Surəsi, 2)

Ayədə də xəbər verildiyi kimi, möminlər sadəcə yaxşılıq etmək üçün səy göstərərlər. Onlar Allahın "Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!" (Nisa surəsi, 127) ayəsini düşünər və hər etdiklərinin qarşılığını Rəbbimiz qatında mütləq tapacaqlarını heç unutmazlar. Allah yuxarıdakı ayədə "yaxşılıq və təqva"da köməkləşməyinməqbul olduğunu bildirmişdir. Yaxşılığın nə olduğu isə bizə Quranda açıqlanmışdır:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır.Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Gördüyümüz kimi, həqiqi yaxşılıq cəmiyyətin qəbul etdiyindən fərqlidir.Quran əxlaqını yaşamayan insanlarürəkləri istədiyi zaman qarşı tərəfə kömək etməyi yaxşılıq hesab edirlər.Bu yaxşılıqlar isə yoldakı dilənçiyə pul vermək, səfərdə yaşlılara yer vermək kimi vərdişlərlə məhduddur.

Halbuki Bəqərə surəsindəki ayədə gördüyümüz kimi, Quranın bildirdiyi yaxşılıq möminin bütün həyatını əhatə edən əxlaq şəklidir və yalnız ürək istədikdə, ağla gəldikdə deyil, bütün ömür boyu tətbiq edilən ibadətdir. Müsəlman özü ehtiyac içində olsa belə yoxsula və yetimə kömək edən, istədikləri şeylərdən infaq edən (İnsan surəsi, 8) ixlas sahibidir. Çünki Allah "Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır." (Zəriyət surəsi, 19) ayəsi ilə köməkləşməyi, infaq etməyi və yaxşılıq etməyi müsəlman xüsusiyyəti olaraq xəbər vermişdir. Onların köməyi heç bir şərtə bağlı deyil.Mömin lazım olduğu zaman yaxşılıq edə bilmək və başqalarını yaxşılığa təşviq edə bilmək üçün hər cür fədakarlığı gözə ala bilər. Yalnız Allah rizasını hədəfalaraq qarşılıqsız kömək edər. Allah İnsan surəsində möminlərin əxlaqını bu şəkildə bildirir:

“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündənqorxuruq!” (İnsan surəsi, 9-10)

Müsəlman bilir ki, Allah sonsuz ədalət sahibidir. Bunun üçün də Allahın,etdiyi gözəl əməllərinin qarşılığınımütləqverəcəyini ağlından çıxarmır. Dünya həyatının müvəqqəti olduğunu, əsl yurdun Rəbbimizin qatında olduğunu heç vaxt unutmur. Çünki Allah insanları bu sonla xəbərdar etmiş və hər kəsi gözəl əməllər etməyə dəvət etmişdir:

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (Nisa surəsi, 36)

Gözəl əməllərin qarşılığını Allah ayələrdə bu şəkildə bildirir və bütün insanlara çox gözəl müjdə verir:

İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik! (Kəhf surəsi, 30)

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. (Nəhl surəsi, 30-31)

İslam yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyi əmr edir

İman edənlər həqiqi yaxşılığın və pisliyin nə olduğunu Allahın "doğrunu səhvdən ayıran" kitab olaraq göndərdiyi Qurandan öyrənirlər.Yaxşılıq və pislik, düz və səhv kimi anlayışlar Quranda nümunələrlə izah edilmişdir.Bundan əlavə möminlərə haqla-nahaqı ayırd edən bir nur və bacarıq da verilmişdir. (Ənfal surəsi, 29)

Müsəlman Quranda təsvir edilən doğru və səhvləri çox yaxşı bilir və bütün həyatında tətbiq etmək üçün cəhd göstərir.Ancaq onunəhəmiyyətli bir məsuliyyəti daha var: İnsanları doğruları görməyə, səhvlərdən çəkinməyə, Quran əxlaqını yaşamağa dəvət etmək. Bu səbəbdən möminlər bütün həyatları boyu insanlara yaxşı ilə pisin arasındakı fərqi izah edərlər. Allah möminlərə belə əmr etmişdir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir. (Ali İmran surəsi, 104)

Quranda Allahın bu əmrini yerinə yetirən insanların digər insanlar üçün nə qədər xeyirli olduqlarına da diqqət çəkilmişdir:

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır. (Ali İmran surəsi, 110)

Möminlər Quranın yaxşılığı əmr etmə hökmünü yalnız doğru və səhvi heç bilməyən və heç dini anlayışı olmayan insanlara deyil, eyni zamanda möminlərə qarşı da tətbiq edirlər.Çünki insan yalnız bilmədiyindən deyil, bəzən də unutduğundan, yanıldığından ya da nəfsinin təlqinlərini dinlədiyindən səhv edə bilər.Bu vəziyyətdə möminlər bir-birlərinə Quranın hökmlərini xatırladaraq yaxşılığı əmr edir və pislikdənçəkindirirlər. Bir-birlərinə dünya həyatında ancaq yaxşılıq edənlərin və saleh əməl sahiblərinincənnətlə müjdələnəcəklərini, pislikdən çəkinməyənlərin isə cəhənnəm əzabı ilə qarşılıq görəcəklərini söyləyərək xəbərdar edirlər.Bu məsuliyyətə görə heç bir bezginlik və ya çətinlik hiss etmir, qarşılarındakı insan nə qədər çox səhv edirsə-etsin səbirlə, şəfqətlə və mərhəmətlə xatırlatmağa davam edirlər.Çünki Allah bir çox ayəsində səbr edənləri sevdiyini bildirərək möminləri Quran əxlaqını tətbiq etməkdə səbirli olmağa dəvət etmişdir.Allah ayələrdə bu şəkildə bildirir:

Ey iman gətirənlər! Səbr və dua ilə kömək diləyin.Çünki Allah səbr edənlərlədir.(Bəqərə surəsi, 153)

Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır.Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir. (Hud surəsi, 11)

İslam pisliyə yaxşılıqla qarşılıq verməyi əmr edir

Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)

Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri sifətləri daha yaxşı bilirik!(Muminun surəsi, 96)

Yuxarıdakı ayələrdə də gördüyümüz kimi, Allah möminlərə pisliyə ən gözəl şəkildəqarşılıq verdikləri təqdirdə xeyirli nəticə əldə edəcəklərini vəd etmişdir.Hətta qarşılarındakı insanla aralarında düşmənçilik olsa belə, yaxın dostluq yarana biləcəyinə diqqət çəkmişdir.İman edən insanların mərhəmət anlayışının bir şərti də pisliyi yaxşılıqla dəf etməkdir.Qarşı tərəfin Allahın bəyənməyəcəyi pis əxlaqgöstərdiyini gördükləri zaman bunun o insanın axirəti üçün əhəmiyyətli olduğunu düşünərəktəkəbbür və qürur hissi keçirmədən ona qarşı mülayim və təvazökarşəkildə yanaşırlar.

İman edənlər həyatları boyu çox fərqli xarakterdə insanlarla qarşılaşa bilərlər. Amma qarşılarındakı insanların əxlaqına görə onlar da əxlaq anlayışlarını dəyişdirməzlər. Qarşı tərəf lağ edə bilər, pis sözlərdən istifadə edə bilər, hirslənə bilər, pislik edə bilərvə ya düşməncə münasibətgöstərə bilər. Ancaq möminin təvazökarlığı, mərhəmətli və mülayim əxlaqı heç vaxt dəyişməz. Biri pis söz dediyizaman eynilə cavab verməz. Lağ edənə lağ edərək, hirsli olana hirslənərəkcavab verməz. Hirslənən insana qarşı sakitvə etidallı olar.Səbr edər və dözümlü olar. Kobud rəftar edənə qarşı onu utandıracaq, gözəl əxlaqa yönəldəcək mehriban və mərhəmətli şəkildə hərəkət edər. Bu, Peyğəmbərimizin (s.ə.v.) də bizlərə tövsiyə etdiyi əxlaqdır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində "Səbirli ol ki, sənə qarşı dasəbirli davranılsın"19 şəklində buyurmuşdur. Bir başqa hədisində də möminlərə bu şəkildə səslənmişdir:

Heç biriniz: “Mən insanlarla eyniyəm. İnsanlar yaxşılıq etsə, mən də edərəm, pis davransa, mən də pis davranaram” deyən şəxsiyyətsizlərdən olmasın!” Əksinə insanlar yaxşılıq etsələr yaxşılıq etmək, pis davransalar haqsızlıq etməmək üçün nəfsinizi tərbiyə edin.20

Maidə surəsində Peyğəmbərimizə (s.ə.v.) bəzi İsrailoğullarının xəyanətlərini bağışlamalı olduğu bu şəkildə bildirilmişdir:

... xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə surəsi, 13)

Ayədə də göründüyü kimi, Allah Peyğəmbərimizə (s.ə.v.) daima xəyanət gördüyü bir qisim İsrailoğullarını belə bağışlamasını əmr etmişdir.Həmçinin bu da heç unudulmamalıdır: Qarşı tərəf pis əxlaq göstərərsə, insan özü də pis əxlaq göstərməli deyil. Hər insan Allaha qarşı etdiklərindən özü məsuldur.Əksinə pis rəftara qarşı şəfqət, mərhəmət və gözəl əxlaq göstərə bilmək Qurana görə üstün əxlaqın göstəricisidir.Çünki möminin bu gözəl əxlaqı onun Allaha olan bağlılığının gücünü göstərir.Bu gözəl əxlaqının qarşılığı isə Yunus surəsində bu şəkildə xəbər verilir:

Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir.Onların üzünə nə bir toz, nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! (Yunus surəsi, 26)

İslam dini möminlərə hər zaman bağışlayan olmağı əmr edir

Mərhəmətin əhəmiyyətli cəhətlərindən biri də insanların bağışlayan olmasıdır.Allah Quranda iman edən qullarını “bağışlayan” olmağa belə dəvət edir:

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! (Əraf surəsi, 199)

Bu, nəfsə çətin gələn, amma Allah qatında gözəl qarşılığı olan davranışdır.İnsan səhv qarşısında hirslənəbilərvə ya bağışlamaq istəməyə bilər.Ancaq Allah möminlərə bağışlamanın daha gözəl olduğunu bildirmiş və onları bu əxlaqa təşviq etmişdir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir... (Şura surəsi, 40)

Allah bir başqa ayədə “Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!” (Şura surəsi, 43) şəklində xəbər verərək bunun üstün bir əxlaq olduğuna diqqət çəkmişdir. Allah “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!” (Nur surəsi, 22) ayəsi ilə möminləri bağışlayan olmağa təşviq etmişdir. Çünki həqiqətən hər insan Allahın bağışlamasını, əsirgəməsini və rəhmətini istəyir. Yenə eyni şəkildə bir səhv etdiyi zaman ətrafındakı insanların özünü bağışlamasını diləyir. Allah möminlərə bu vəziyyəti xatırladaraq özlərinin bəyəndikləri əxlaqı başqalarına da göstərmələrini əmr etmişdir. Bu, möminlər arasında mərhəməti təşviq edən əhəmiyyətli hökmdür. Peyğəmbərimiz də bir hədisində “... Bir haqsızlığı, bir zülmü bağışlayan heç bir insan yoxdur ki, Allah onun izzətini artırmasın.21 şəklində buyurmuş və möminləri bağışlayan olmağa təşviq etmişdir.

Möminlər hər insanın səhv edə biləcəyini bildikləri üçün qarşı tərəfə mülayim yanaşırlar.Çünki Quranda tövbə ilə əlaqədar olan ayələrdə səhv etməyin deyil, səhvi hiss edən kimi bir daha təkrar etməmək üçün səylə cəhd etməyin əhəmiyyətli olduğu bildirilir.Bu ayələrdən biri belədir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 17)

Səmimiyyəti göstərən bu şərtlər meydana gəldiyi zaman möminlər də bir-birlərinə qarşı çox bağışlayıcı və mərhəmətli davranırlar.Əgər səhv edən insan etdiyi səhvibaşa düşüb bir daha etməməyə cəhd göstərirsə, o insanı keçmişdə etdiklərinə görə mühakimə etmirlər.Bundan başqa möminlər özləri tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüd etmədən bağışlaya bilirlər.Çünki Allah bunun gözəl əxlaq xüsusiyyəti olduğunu bildirərək möminlərə tövsiyə etmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.(Ali İmran surəsi, 134)

Möminlər səhvləri böyük, kiçik deyə ayırmaz və səhvə görə fərqli bağışlama tərzi seçməzlər.Səhv edən insan istəmədən canvə ya mal itkisinə səbəb ola bilər və bu qarşı tərəfin mənfəətlərinə böyük zərər verə bilər. Ancaq hər hadisənin Allahın izni ilə qədərdə baş verdiyini bilən möminlər bu cür bir hadisəni təvəkküllə qarşılayar və əsəbləşməzlər.

Yenə həmin insan cəhalət nəticəsində Quranın hər hansı bir hökmünə qarşı gəlmiş və Allahın qoyduğu hədləri aşmış ola bilər. Ancaq bu davranışına görəinsanı mühakimə etməyə layiq olan yalnız Allahdır. Buna görə də hər hansı bir mövzuda insanı mühakimə etməkvə ya bağışlamamaq möminlərin vəzifəsi deyil. İnsan səmimi olaraq tövbə edib bu davranışından peşman olarsa, alacağı qarşılıq yalnız Allah qatındadır. Allah bir çox ayədə "Allaha ortaq qoşmaqdan" başqa möminlərin səmimiyyətlə düzəltdikləri səhvlərini bağışlayacağını bildirmişdir. Möminlər bunu bildikləri üçün Allahın bildirdiyi şəkildə bağışlayar və əgər bu mövzuda Quranda birnümunə varsa, səhv edən insana qarşı bu cür davranarlar.

İslam dini insanlara həlim xasiyyətli olmağı əmr edir

Allah iman edənlərə qarşı çox mərhəmətlidir, bağışlayandır, əsirgəyəndir, həlimdir. O, kainatdakı bütün nemətləri insanın əmrinə tabe edən, onları doğru yola yönəldən elçilərlə dəstəkləyən, hidayət rəhbəri olan vəhyləri ilə saleh qul olmağa yönəldən, Rəhman və Rəhim olandır. Rəbbimiz, Həlim (çox yumşaq olan), Ədl (sonsuz ədalət sahibi), Əfüvv (əfvi çox olan), Asim (qoruyan), Bərr (qullarına qarşı yaxşılığı çox olan), Gaffar (bağışlaması çox olan), Hafiz (qoruyan və nəzarət edən), Kərim (ikramı bol və cömərd olan), Lətif (lütf sahibi), Muhsin (sonsuz lütfkar), Rauf (çox əsirgəyən, çox şəfqətli), Salam (hər cür təhlükədən qullarını təhlükəsizliyən), Tevvab (tövbələri qəbul edən) və Vehhab (hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən)dır.

İman edənlər Rəbbimizin üzərlərindəki qorumasının, sonsuz fəzl və lütfkarlığının fərqindədirlər.Buna görə də Allahın razı olacağı, sonsuz cənnətinə və rəhmətinə layiqliqul olmaq üçün ciddi səy göstərirlər.İman edənlərin ən nəzərəçarpan xüsusiyyətlərindən biri, əvvəlki səhifələrdə də vurğuladığımız kimi, sevgi dolu və mərhəmətli olmalarıdır.Müsəlman eyni zamanda çox həlim xasiyyətlidir və insanlara qarşı həmişə gözəl davranır.Allah Peyğəmbərimizin (s.ə.v.) bu həlim xasiyyətini iman edənlərə nümunə vermişdir:

Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin.Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər! (Ali İmran surəsi, 159)

Ayədə Peyğəmbərimizin (s.ə.v.) yumşaq xasiyyətli əxlaqının insanlar üzərində çox müsbət təsir meydana gətirdiyi və insanların ona daha da bağlanmalarına səbəb olduğu xəbər verilir.Quranda digər peyğəmbərlərin sevgi dolu və həlim xasiyyətli əxlaqları da insanlara nümunə olaraq verilmişdir.Bu peyğəmbərlərdən biri Medyən xalqına elçi göndərilən Hz. Şuaybdır. Ayədə qövmünün Hz. Şuayb üçün "… Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!" (Hudsurəsi, 87) şəklində söylədikləri xəbər verilir. Hz. İbrahim də üstün əxlaqı ilə bütün insanlara nümunədir. Allah Quranda Hz. İbrahimin həssas, həlim xasiyyətli və sevgi dolu olduğunu bildirir.Ayələr bu şəkildədir:

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi.Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o, öz atasından uzaqlaşdı.Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.(Tövbə surəsi, 114)

Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (Hud surəsi, 75)

Allah iman edənlərə həmişə gözəl davranmalarını, gözəl söz söyləmələrini və insanlara yaxşılıq etmələrini əmr etmişdir. Allahın elçiləri də insanlara Allahın əmr etdiyi şəkildə davranmış və gözəl əxlaqlarından əsla uzaqlaşmamışlar.Məsələn, dövrün ənazğın və ən zalım idarəçisi olan Firona göndərilən Hz. Musaya Allah bu şəkildə səslənmişdir:

Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır.Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxudqorxsun! (Taha surəsi, 42-44)

Yuxarıdakı ayələr bütün insanlar üçün çox əhəmiyyətli xatırlatmalar ehtiva edir.Hər insan Allahın Quranda bildirdiyi bu gözəl əxlaqı qüsursuz şəkildə yaşamaqla, peyğəmbərlərin əxlaqını nümunə götürməklə məsuldur.Quranda insanlara Allahın yaratdığı bütün varlıqlara qarşı çox böyük məhəbbət bəsləyən, sevgisini ən gözəl şəkildə ifadə edən, hər zaman uzlaşma və gözəlliklərintərəfdarı olan, ən çətin vəziyyətdə belə gözəl sözdən əsla uzaqlaşmayan, istəyərək və zövq alaraq fədakarlıq edən, insanlar üçün həmişə gözəllik və yaxşılıq istəyən, şəxsi mənfəətlərini hər zaman arxa plana atan, özü üçün istəmədiyini başqası üçün də istəməyən, ehtiyac içində olanın dərhal köməyinə qaçan, zülmlə qətiyyən razılaşmayan insan modeli təqdim edilir. Bu isə bütün insanların həsrətini çəkdikləri və ehtiyac duyduqları modeldir.

İslam dini inanc azadlığını müdafiə edir

İslam inanc mövzusunda insanlara qəti və açıq bir dillə tam azadlıq verir.İslamın vəhy edildiyi dövrdən günümüzə qədər etibarlı olan bu anlayış İslam əxlaqının da təməlini meydana gətirir.Bu mövzudakı ayələr çox açıqdır:

Dində məcburiyyət (zorakılıq) yoxdur.Artıq doğruluq (iman) azğınlıqdan ayırd edildi.Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

İslam əxlaqına görə insan istədiyi dini seçməkdə azaddır və dində məcburiyyət yoxdur.Müsəlman İslam dininə dəvət etdiyi insana sadəcə təbliğ etməklə, Allahın varlığını, Quranın Allahın haqq kitabı olduğunu, Hz. Məhəmmədin (s.ə.v.) Onun elçisi olduğunu, axirətin və hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini izah etməklə məsuldur. Amma bu vəzifəsi yalnız dini izah etməklə məhduddur.Allah Peyğəmbərimizin (s.ə.v.) də sadəcə təbliğ etdiyini Nəhl surəsində bu şəkildə bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!(Nəhl surəsi, 125)

Bir başqa ayədə isə "... Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." (Kəhf surəsi, 29) şəklində buyrulur və Rəbbimiz Peyğəmbərimizə (s.ə.v.) "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (Şuəra surəsi, 3) şəklində müraciət edir.Qaf surəsində isə Allah Peyğəmbərə bu xatırlatmanı edir:

Biz onların nə dediklərini çox gözəl bilirik.Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

İnsan Allah qatından hidayət olaraq endirilən İslam dini izah edildiyi zaman öz istəyi ilə iman edər, heç bir təzyiq və ya məcburiyyətqarşısında qalmadan qərar verər.İnsan doğrunu və ya yalnışı seçməkdə azaddır. Əgər səhv seçim etsə axirətdə bunun qarşılığını alacaq.Quran ayələrində bu mövzuyla əlaqədar çox açıq əmrlər və xatırlatmalar var:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi.İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunus surəsi, 99)

Məsələn, mömin təbliğ edərkən bir nəfər dərhal iman etdiyi halda digəri inkar edərək lağ edə və pis qarşılıq verə bilər.Başqa bir nəfər vicdanının səsini dinləyib həyatını Allahın razı olacağı şəkildə keçirməyə qərar verərkən digər isə inkarçılardan olub gözəl sözə pisliklə qarşılıq verə bilər. Ancaq bu inkar dəvət edən insanı heç bir şəkildə ümidsizliyəqapdırmaz ya da kədərləndirməz. Allah Yusuf surəsində bu şəkildə buyurur:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu aləmlər üçün ancaq bir öyüd-nəsihətdir. (Yusuf surəsi, 103-104)

Burada əhəmiyyətli olan Qurana tabe olmağa dəvət edən insanın qarşılaşdığı reaksiyalardan asılı olmayaraq hər zaman Allahın razı olacağı əxlaqı göstərməsi, gözəl əxlaqdan qətiyyənuzaqlaşmaması, təvəkküllü davranmasıdır. Necə ki, Allah "İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik" (Ənkəbut surəsi, 46) ayəsi ilə dinin necə izah ediləcəyini də bizlərə bildirmişdir: "Ən gözəl tərzdə".

Yer üzündəki bütün hadisələrin Allahın yaratdığı qədər daxilindəbaş verdiyi unudulmamalıdır.İmana dəvət edilən insana hidayəti verən də Allahdır. Buna görə də möminlər inkarçıların hərəkətlərindən kədərlənməzlər. Quranda bu mövzu ilə əlaqədar bir çox nümunə verilmişdir. Allah "Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?" (Kəhf surəsi, 6) ayəsi ilə Peyğəmbərimizə (s.ə.v.) Qurana dəvət etdiyi insanların iman etmədikləri üçünkədərlənməməli olduğunu bildirmişdir.Bir başqa ayədə isə "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (Qəsəs surəsi, 56) şəklində bildirilmişdir. Buna görə də insanların dəvətləri, söylədikləri gözəl sözlər, izah etdikləri hər incəlik yalnız Allahın istəyi ilə qarşısındakı insana təsir edər.

İman edənlərin məsuliyyəti insanları Qurana dəvət etməkdir.İnkarçıların inkarından və buna görə də cəhənnəm əzabına layiq olmalarından məsul olmaq deyil. Rəbbimiz, "Biz sənihaqq ilə müjdə verməyə və qorxutmağa göndərdik.Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan." (Bəqərə surəsi, 119) ayəsi ilə bu gerçəyi Peyğəmbərimizə (s.ə.v.) də bildirmişdir.

Allah insana ağıl və vicdan vermişdir.Elçiləri və elçilərinə vəhy etdiyi müqəddəs kitabları ilə haqq yolunu göstərmişdir.Buna görə də hər insan sadəcə öz qərarlarına görə məsuliyyət daşıyır.İslam əxlaqı ancaq səmimi qərarla, Allaha təslimiyyətlə və hər zaman doğruları əmr edən vicdanın səsini dinləməklə yaşana bilər.İnsanları ibadət etməyə məcbur etmək İslam əxlaqına tamamilə zidddir.Çünki əhəmiyyətli olan insanın ürəkdən Allaha təslim olması, səmimi olaraq iman etməsidir.Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar.Dini cəhətdən məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimizə (s.ə.v.) bu şəkildə buyurmuşdur:

Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə Allah onu ən böyük əzaba düçar edər!Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! (Ğaşiyə surəsi, 21-26)

İslam dini insanları dini inanclarını seçmədə azad buraxaraq onların digər dinlərə hörmət etmələrini də əmr edir.Bir insan Quranda batil olaraq təsvir edilən bir inanca sahib olsa belə,İslam torpaqlarında rahat və sülh şəraitində yaşaya bilər, ibadətlərini azad şəkildə yerinəyetirə bilər.Allah Peyğəmbərimizə (s.ə.v.) inkar edənlərə bu şəkildə söyləməsini əmr etmişdir:

Mən sizin tapındıqlarınıza tapınmam.Mənim tapındığıma siz tapınacaq deyilsiniz.Mən də sizin tapındıqlarınıza tapınacaq deyiləm.Siz də mənim tapındığıma tapınacaq deyilsiniz.Sizin dininiz sizə, mənim dinim mənə.(Kafirun surəsi, 2-6)

İslam əxlaqına görə hər insan öz inanclarına uyğun ibadətlərini azad şəkildə yerinə yetirə bilər.Heç kim bir başqasını öz dininin ibadətlərini yerinə yetirməyə məhdudiyyət qoya bilməz. Yaxud da bir insanı istədiyi şəkildə ibadət etməyə məcbur edə bilməz.Bu, İslam əxlaqına ziddir və Allahın razı olmadığı əxlaq modelidir. İslam tarixini araşdırdığımız zaman hər kəsin azad şəkildə ibadət edə bildiyi, inanclarının tələblərini yerinə yetirə bildiyi bir cəmiyyət modeli görürük.Quranda Əhli Kitabın ibadət yerləri olan monastır, kilsə və sinaqoqlardan Allahın qoruduğu ibadət məkanları olaraq bəhs olunur:

... Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi.Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)

Peyğəmbərimizin (s.ə.v.) həyatı da bu kimi nümunələrlə doludur.Hətta Peyğəmbərimiz (s.ə.v.) özü ilə görüşməyə gələn xristianların öz məscidində ibadət etmələrini söyləmiş və bu iş üçün məscidi onların istifadəsinə vermişdir.22 Peyğəmbərimizdən (s.ə.v.) sonrakı xəlifələr dövründə də bu xoş anlayış qorunmuşdur. Şam fəth edildiyi zaman məscidə çevrilən bir kilsə ikiyə bölünmüş, bir hissəsində xristianlar, o biri hissəsindəmüsəlmanlar ibadət etmişdir.23

İslam dini zülmə razılaşılmamağı əmr edir

Möminlər şahid olduqları, eşitdikləri, hətta bilvasitə xəbərdar olduqları heç bir zülmə qarşı laqeyd qalmazlar.Quran əxlaqından qaynaqlanan mərhəmətləri onları hər cür vəhşiliyə, pisliyə və zülmə qarşı olmağa, məzlumların haqqını qorumağa və onlar üçün fikri mübarizə aparmağa yönəldir.Qarşılarındakı ən yaxın dostları da olsa, heç tanımadıqları və heç bir mənfəətlərinin olmadığı yad biri də olsa, edilən zülmə maneolmaqüçün qərarlı davranarlar.Bu vəziyyətin Allahın razılığını qazanmaq və Quran əxlaqını tətbiq etmək üçün böyük fürsət olduğunu düşünərlər.Möminin vicdanı çox həssas olduğu üçün mərhəmət anlayışı ən kiçik bir haqsızlığa və ya zülmə göz yummasına qətiyyənrazı olmaz.Özü heç kimə zülm etməz, haqsızlıq etməyərək bu əxlaqda nümunə olar.Başqalarında şahid olduğu zaman isə bu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələn ən son ana qədər səy sərf etmədikcə vicdanı rahatlamaz.Çünki həqiqi mərhəmətdə zülmü gözardı etmək, unutmaq, ona əhəmiyyət verməmək olmaz.

Cahil cəmiyyətdəisə insanlar,zülm onlara toxunana qədər heç bir hərəkət etməzlər."Mənə toxunmayan ilan min il yaşasın" atalar sözü bu məntiqi ən gözəl şəkildə vurğulayır.Bu onların edilən yaxşılıqların və göstərilən gözəl əxlaqın axirətdə qarşılarına çıxacağını unutmalarından və ya bunu inkar etmələrindən qaynaqlanır.Mömin isə bu vəziyyətin şüurundadır,buna görə də tanımadığı bir insana belə mərhəmətlə yaxınlaşıb onu zülmdən qurtarmağa çalışar. Heç kimköməketməsə belə, tək özü bütün imkanlarını səfərbər edərək pisliyinqarşısınıalmağa çalışar. Əksəriyyət fərqli fikirdə olsa da, onların vicdansızlıqları və heç nəyi veclərinə almamaları inananların zəiflik göstərmələrinə səbəb olmaz.Müsəlmanlaraxirətdə hər şahid olduqları hadisədə nə cür səy göstərdiklərindən sorğuya çəkiləcəklərini və bu zülmə mane olmaq üçün nə etdiklərindənsorğu-sual olunacaqlarını bilərlər.Dünyada bir çox insanın etdiyi kimi "görmədim, eşitmədim,hiss etmədim" deyərək məsuliyyətdən qaça bilməyəcəklərini, yalnız vicdanlı davrananın qazanclı olacağını unutmazlar.Çünki insan tək başına imtahan verir və "... hüzurumuza tək-tənha gələcəkdir" (Məryəm surəsi, 80) ayəsində də ifadə edildiyi kimi, tək başına Allahın hüzuruna gedib, dünyada etdiklərinin hesabını verəcəkdir.Yaxşı və gözəl əməllər edib hər cür zülmə qarşı çıxanlar və pisliklərə qarşı Allah yolunda gözəl mübarizə aparanlar əməllərinin qarşılığında Allahdan gözəl bir əcr ümid edə biləcəklər. Allah bir ayəsində bu mövzudan belə bəhs edir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar.Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

 

Qeydlər

13 John L. Esposito, Islam: The Straight Path, Oxford : Oxford University, England, 1991, s. 33

14 Buhari, Rudani, Büyük Hadis Külliyatı Cem'ul-fevaid, cilt 5, No: 9704, İz Yayıncılık, İstanbul, s.324

15 İbni Mace, Menasik, s. 84, http://www.esselam. com/ogutler.html

16 Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s. 33

17 H.A.R. Gibb, Whither Islam, London, 1932, s. 379., Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s. 37

18 Prof. Robert Briffault, İnsanlığın Gelişimi (The Making of Humanity), http://www.tolueislam. com/Shabbir/SA_WINC_4.htm, Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s.38

19 Ahmet, I. 248 (El-Camiu's Sağir, I, 34, Abdurrezzak'dan, Ata), Doç. Dr. Talat Sakallı, Hadislerle İslam'da Hoşgörü ve Kolaylık, Çağlayan Yayınları, İzmir, 1996, s. 78

20 Tırmizi, Rudani, Büyük Hadis Külliyatı Cem'ul-fevaid, cilt 5, No: 9692, İz Yayıncılık, İstanbul, s.323

21 Ahmet, II. 235, İşaru-İnsaf, s. 219, Doç. Dr. Talat Sakallı, Hadislerle İslam'da Hoşgörü ve Kolaylık, Çağlayan Yayınları, İzmir, 1996, s.52

22 Ali Bulaç, Çağdaş Kavramlar ve Düzenler, İz yayıncılık, 16. Baskı, İstanbul, 1998, s. 241

23 Ali Bulaç, Çağdaş Kavramlar ve Düzenler, İz Yayıncılık, 16. Baskı, İstanbul, 1998, s. 241

4 / total 6
"Harun Yəhyanın Dinlər Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com