< <
4 / total: 15

ALLAH ADINA HÖKM VERƏNLƏR

Əvvəlki hissələrdə də üzərində dayandığımız kimi, bir qrup insanlar özlərindən dində olmayan batil hökmlər, halal və haramlar çıxarır, Allah`ın Quranda halal buyurduğuna haram, haram dediyinə də halal deyirlər. Peyğəmbərimizin (səv) sünnəsini isə tamamilə görməzlikdən gəlirlər. Bunu etməklə dini əslindən döndərməyə çalışır, özünə xas inanc və əməlləri olan batil bir din meydana gətirirlər. Allah`ın endirdiyi haqq dini bilməyən, Quran ayələrindən və Peyğəmbərimiz hz. Muhəmmədin həyatından xəbərdar olmayan insanlar isə bunun batil bir din olduğunun fərqində olmurlar. Bu şəxslərin təlqinlərinə aldanır və düşünmədən onların ardınca gedirlər. Beləliklə, Allah adına hökm verənlər özləri ilə yanaşı, böyük kütləni də günah və üsyana sürükləmiş olurlar. Allah bu şəxslərin durumunu “Ali-İmran” surəsində bu şəkildə bildirir:

Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki, onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda: “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allah`a qarşı yalan söyləyirlər. (Ali İmran surəsi, 78)

Quranda bütün xüsusiyyətləri ilə açıqlanan haqq dini özlərinə ölçü götürməyən və atalarından qalma batil inancları israrla sürdürmək istəyən bəzi cəmiyyətlər daha da irəli gedib Allah`a qarşı çirkin iftiralar atırlar. Belə kimsələr ağıl və vicdanlarını bir kənara qoyub Allah`ı gərəyi kimi təqdir etmədiklərinə görə, doğru olanı tapacaq anlayışa da sahib olmurlar. Bu səbəbdən, Quran əxlaqına uyğun olmayan bir çox batil inanc çıxarır və təkcə özlərini deyil, cahil kütlələri də batil əməllərə yönəldirlər. Halalı haram, haramı da halal edir, yalan yerə iftira yaxırlar. Bu mövzu ilə əlaqədar bəzi ayələr bunlardır:

Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, - dedilər. Elə heyvanlar da vardır ki, (kəsərkən) Allah`ın adını çəkməzlər. Bütün bunları Allah`a iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir. Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”, - dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. (Allah) onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir! (Ənam surəsi, 138-139)

...Allah`ın onlara verdiyi ruzini Allah`a iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər. (Ənam surəsi, 140)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, insanların bir qismi halal və haram uydurub bu minvalla Allah`a qarşı böyük iftira atırlar. Halbuki, Allah insanlara həddi aşmamağı və gözəl olan təmiz şeyləri haram etməməyi əmr etmişdir:

Ey iman gətirənlər! Allah`ın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi 87)

Lakin onların etdiklərinin qarşılığı da ayədə açıq şəkildə bildirilmiş, cəzalarını mütləq çəkəcəkləri xəbər verilmişdir. “Ənam” surəsində həmin şəxslərin heç bir məlumata əsaslanmadan etdikləri bu böyük zülm haqqında belə nümunə verilir:

Bir cüt dəvə və bir cüt inək. De: “İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allah`a qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144)

Ayələrdə də göründüyü kimi, insanların bir çoxu Allah adına hökm verməyə və bilmədikləri şeyləri dinə aid etməyə meyillidirlər. Bu səbəbdən, insan fitrətini ən yaxşı bilən Allah Quranda "Diliniz yalana vərdiş etdiyi üçün: “Bu, halaldır, o, haramdır!” – deməyin, çünki Allah`a iftira yaxmış olursunuz" (Nəhl surəsi, 116) ayəsi ilə insanları xəbərdar etmişdir. Bir başqa ayədə Allah belə buyurur:

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin (Saffat surəsi, 154-157)

Tək hökm verən Allah`dır və Allah`ın hökmləri ayələrdə son dərəcə açıq və başa düşülən şəkildə verilmişdir. Peyğəmbərimizin (səv) sünnəsi də göz qabağındadır. Halal və haramlar bir-birindən açıq-aydın şəkildə ayrılmış və insanların tərəddüd etməsinə səbəb olan heç bir xüsusa da yol verilməmişdir. İnsanlar hər bir hökmün doğru olub-olmadığını Quran və Peyğəmbərimizin (səv) sünnəsinə baxıb anlaya bilərlər. Bu, Allah`ın insanlara verdiyi asanlıq və böyük rəhmətdir. Necə ki, Peyğəmbərimiz (səv) bir hədisində tək rəhbər və mənbə olaraq Qurana tabe olmağı belə ifadə etmişdir:

Sizə üz tutduğunuz zaman əsla dəlalətə düşməyəcəyiniz şeyi buraxdım: Allah`ın kitabı Quran və Əhli-beytim. (Ramuz əl-əhadis 1-ci cild, səh. 250, no. 8)

Quran endirildiyi gündən etibarən bütün dövr və zamanlara xitab edən bir kitabdır. Buna görə, Allah`ın tək hökm verici olduğunu və Allah adına hökm verənlərin aqibətindən bəhs edən ayələrin dövrümüzə baxan hikmətlərini diqqətlə düşünmək lazımdır. Quranda keçmiş cəmiyyətlərin malik olduğu düşüncələr, batil din və inancları ətraflı olaraq xəbər verilir. Lakin bu gün belə, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini tək mənbə olaraq qəbul etmədiyi üçün din adına yanlış hökm və zidd məntiqlər ortaya çıxaran insanlar vardır. Xüsusilə bəzi cəmiyyətlərdə yayılmış batil din anlayışından dolayı, insanlar Quranın və Peyğəmbərimizin (səv) sünnəsinin əvəzinə, ömrü boyu eşidib gördüklərini ölçü götürürlər. Bu batil anlayışı insanların gündəlik söhbətlərində belə görmək mümkündür. Məsələn, insanların bir çoxu yalan danışmaqdan çəkinmir, yalan dediklərində bunun Allah qatında cəzasının olacağını düşünmürlər və “bu qədəri günah deyildir” məntiqi ilə hərəkət edirlər. Yaxud da “şirin yalan” deyə ad uydurub bunun günah olmadığını deyirlər. Halbuki, bu, dinləri haqqında yanıldıqlarından sadəcə biridir. Çünki Allah Quranda yalan danışmağın haram olduğunu açıq şəkildə bildirmişdir. (www.Kurandanbilgiler.com)

Bundan başqa, yanındakı birisinə Allah`ın xoşlanmadığı bir işi gördürmək istəyən adam “sən et, günahı mənim boynuma” kimi ifadə işlədir. Ancaq Allah “...Heç bir günahkar başqasının günahını daşımaz...” (Fatir surəsi, 18) ayəsi ilə bu mövzudakı hökmünü bildirmişdir. Dolayısilə, Qurana tabe olan, Peyğəmbərimizin (səv) yolunu izləyən və Allah`ın ayələrinə iman edən insan Allahın bu hökmlərinə uyğun davranmalı, Quran və Peyğəmbərimizin (səv) sünnəsinə zidd olan heç bir söz və hərəkətə yol verməməlidir.

Ayrıca, Quranda öz uydurduğu batil dini yaşayan bu insanların elçiləri dini dəyişdirib yalan danışmaqla günahlandırdığı xəbər verilir. Ayələrdə belə buyurulur:

Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir”. Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. Məgər Quran aramızdan onamı nazil olmuşdur?!” Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar! (Sad surəsi, 4-8)

Ayələrdə bəhsi keçən kəslər dinə bağlılıqlarından dolayı belə etdiklərini iddia edirlər. Bunun səbəbi Allah`ın Quranda bildirdiyi gerçək dini bilməmələridir. Allah`ın hökmlərini görməzlikdən gələn və ya şəxsi mənfəətlərinə zidd olduğu üçün bu hökmlərdən xoşlanmayıb yenisini çıxaranlar Allah`ı və endirdiyi kitabı tanımayan insanlardır. Onlar bütün kainatı yoxdan var edən Rəbbimizin hər şeyə qadir olduğunu, elmi ilə hər yeri əhatə etdiyini, gizlinin gizlisini bildiyini təqdir etmirlər. Onların bildiyi sadəcə bir neçə xurafə və ön mühakimədən ibarətdir.

Halbuki, Allah insanlara belə buyurur:

Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! (Ənam surəsi, 106)

 

4 / total 15
"Harun Yəhyanın Quranı Rəhbər Tutmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top