< <
7 / total: 15

QURAN FURQANDIR; DOĞRUNU YANLIŞDAN AYIRIR

Allah Quran ayələri ilə insanlara öyüd verir və onlara ən doğru olan hidayət yolunu göstərir. Quran bir insanın Allah`ı və İslam əxlaqını tanımaq və Allah`ın razı olacağı həyatı yaşamağın yollarını öyrənmək üçün üz tutacağı ən önəmli mənbə, doğru ilə yanlışı bir-birindən ayıran mütləq ölçüdür. Bu səbəbdən, Quranın bir adı da Furqan, yəni doğrunu yanlışdan ayırandır.

Dünyada hər insanın özünə xas inancı, məqsədi, baxış yönü, düşüncə və dəyərləri vardır. Demək olar ki, hər insanın doğru və yanlışları fərqlidir. Bunların bir çoxu insanların şəxsi mənfəətlərinə görə müəyyən edilmiş, ağıl və vicdana zidd inanc, mühakimə və dəyərlərdir. Halbuki, haqq və doğru olan sadəcə Allah`ın insanlar üçün bildirdiyi Quranın hökmləridir. Necə ki, Allah “Bəqərə” surəsində buyurur: "...Düzgün yol yalnız Allah`ın göstərdiyi yoldur!.." Dolayısilə, insanların öz ağlı ilə uydurduğu, öz mənfəətlərini hesablayıb təsbit etdiyi yol və məqsədlər insanları doğru olana və qurtuluşa aparmaz. İnsan dünyadakı yaradılış məqsədini, bu məqsədlərinə çatmaq üçün etməsi gərəkənləri, hal və hərəkətlərini, hüzurlu və xoşbəxt olmağın yollarını, ölüm həqiqətini və ölümdən sonra olanları ən doğrusu ilə Quran ayələrindən öyrənə bilər.

Bir insan Qurandan istifadə edib onun rəhbərliyində hidayət tapmaq üçün Quranı gərəyi kimi oxumalıdır. Bir ayədə Allah belə buyurur:

Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir. (Bəqərə surəsi, 121)

Quranın gərəyi kimi oxunması isə səmimi şəkildə Allah`dan qorxub çəkinməklə və ayələrə möhkəm sarılmaqla mümkündür. Quran ayələrini yuxarıdakı ayədə tərif edildiyi kimi oxuyanlar hələ ən başdan Qurandakı hər hökmə təslim olur, Allah`ın əmr və tövsiyələrinə əməl etməyə ciddi şəkildə qərar verir.

Buna görə, Qurana tabe olan hər insan istənilən durumda və qarşılaşdığı hər hadisədə Quran hökmlərini və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutaraq qərar verir. Quran Furqan özəlliyi ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Belə ki, Allah bir ayəsində də buyurur: "...Artıq doğruluq azğınlıqdan ayırd edildi..."(Bəqərə surəsi, 256) Buna görə, iman edən hər insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta yol axtarmağa çalışmaz, qəti və əmin şəkildə sadəcə Qurana, yəni doğru olana tabe olar.

Allah ayələrində möminlərə Qurandan möhkəm yapışmalarını belə buyurur:

Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan! Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz (ondan) mütləq sorğu-sual olunacaqsınız! (Zuxruf surəsi, 43-44)

Allah`ın vəhyindən uzaq durub inkarı seçənlər isə həm dünyada və həm də axirətdə sıxıntı və əzabı seçmişlər. Çünki Allah`ın Quranda əmr etdiyi həyat şəkli insan fitrətinə ən uyğun olandır. Bu səbəbdən, Quran hökmlərinə tabe olmayan insanlar yaradılışlarına uyğun olan həyatı tərk etdikləri üçün heç vaxt gerçək hüzur və xoşbəxtliyi əldə edə bilməzlər. İnsanlar dünya və axirətdə qurtuluş və xoşbəxtliyi qazanmaq üçün həqiqi dini və Rəbbimizin əmrlərini Qurandan öyrənməli və Qurana tabe olmalıdırlar. Necə ki, Allah Quranda insanları belə xəbərdar edir:

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah`dan daha yaxşı hökm verə bilən kimdir?! (Maidə surəsi, 50)

Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır! (Ənkəbut surəsi, 51)

Qurana tabe olan bir insanın təşxis və şərhləri, başqalarına verdiyi tövsiyələr, problemlərə tapdığı həll yolları Quran ayələri əsasında olur. Buna görə də həmişə haqq və doğru olmuş olur.

Qurana tabe olmayanların axirətdəki durumu isə ayələrdə belə xəbər verilir:

Necə ola bilər ki, onlar Allah`ın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)

Kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran surəsi, 85)

Allah yanında din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allah`ın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir. (Ali-İmran surəsi, 19)

Budur, bu səbəbdən dolayı, insan Qurandan xaric hər cür batil inancdan xilas olmalı və özünə sadəcə Quran ayələrini və Peyğəmbərimizin (səv) sünnəsini örnək götürməlidir. Yoxsa axirətdə çox böyük peşmançılıq çəkər və şiddətli cəhənnəm əzabı ilə qarşılıq görər.

7 / total 15
"Harun Yəhyanın Quranı Rəhbər Tutmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top