< <
13 / total: 15

HZ. MUHƏMMƏDİN (SƏV) TƏK RƏHBƏRİ QURAN İDİ

Allah Peyğəmbərimiz hz. Muhəmmədi (səv) seçmiş və ona hökmü qiyamətə qədər keçən Quranı vəhy etmişdir. Hz. Muhəmməddən (səv) sonra bir peyğəmbər göndərilməyəcəyi yenə Quranda bildirilmişdir.

Peyğəmbərimiz (səv) Qurana tabe olmuş, insanlara da Quran oxumalarını və yalnız Quranın hökmlərini əsas almalarını nəsihət etmişdir. Ayələrdə belə buyurulur:

De: “Mən sizə demirəm ki, mənim yanımda Allah`ın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)

Peyğəmbərimiz (səv) səhabələrinə də Quran oxumalarını və Qurandan kənar hökm verməmələrini nəsihət etmişdir:

Sənə Allah`dan qorxmağı tövsiyə edirəm. Çünki o qorxu bütün işlərin zinətidir. Sənə Quran oxumağı, Allah`ı zikr etməyi tövsiyə edirəm. Çünki o, sənin səmada anılmana səbəbdir. Yer üzündə isə sənin üçün bir nurdur. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, Əhməd Ziyaüddin, Gümüşxan evi, 1-ci cild, səh 157, 4-cü maddə)

İnsanlara nə olur ki, Allah`ın kitabında olmayan şərtləri qoşurlar. Cənabi-Haqqın kitabında olmayan şərt yüz də olsa batildir. Allah`ın hökmü əməl edilməyə daha layiq, şərti isə daha sağlamdır. Haqq azad edənindir. (Hz. Aişə (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh. 82, no 11)

Quranı daşıyan İslamın bayrağını daşıyan kimidir. Kim ona ikram edərsə, Allah`a ikram etmiş olar. Hər kim də onlara xəyanət edərsə, Əziz və Cəlil olan Allah`ın lənəti onun üzərinə olsun. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh 272, no 10)

Hədislərdən göründüyü kimi, Peyğəmbərimiz (səv) möminlərin bir işi edib-etməməyini istəyərkən yalnız Quranı rəhbər tutmuşdur. Onun hər sözü Qurana əsaslanır. Necə ki, Peyğəmbərimiz (səv) haqqında ayədə "...Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu, Rəbbiniz tərəfindən aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir" (Əraf surəsi, 203) şəklində buyurulur. Məsələn, qövmü qadınlar haqqında Peyğəmbərimizin (səv) hökm verməsini istəmişdir. Buna qarşı ayədə "...Onlar barəsində fitvanı sizə Allah verir..." (Nisa surəsi, 127) cavabı verilir. Eyni şəkildə, ondan həmçinin mirasla bağlı hökm istəmişdirlər. Bu barədə isə "Atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə fitva verir " (Nisa surəsi, 176) ayəsi nazil olmuşdur. Bir başqa Quran ayəsində bildirildiyi kimi, ona: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir" (Yunis surəsi, 15) –deyənlərə hz. Muhəmmədin (səv) belə dediyi xəbər verilir:

Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, böyük günün əzabından qorxuram.(Yunis surəsi, 15)

Dolayısilə, Rəsulullahın (səv) sünnəsi Quranın həyatda tətbiq edilməsidir. Buna görə, Allah Peyğəmbərimizə (səv) itaəti imanın bir şərti olaraq bildirir və bir ayədə peyğəmbərə itaətin Allah`a itaət olduğunu buyurur (Nisa surəsi, 80). Peyğəmbərimizin (səv) sünnəsinə əməl edən, əslində, Quranın hökmlərini yerinə yetirmiş olur. Çünki Peyğəmbərimizin (səv) hər hərəkəti, hər qərarı və hər danışığı Qurana əsaslanmışdır. Peyğəmbərimiz (səv) bir hədisində belə buyurub:

Mənə itaət edən Allah`a itaət etmiş olur. Mənə üsyan edən də Allah`a üsyan etmiş olur. Əmrə itaət edən mənə itaət etmiş, əmrə üsyan edən də mənə üsyan etmiş deməkdir. (Ramuz əl-əhadis, Əbu Hüreyrə (rə), 2-ci cild, səh. 405, 5-ci maddə)

Peyğəmbərimiz (səv) Quranda bildirildiyi kimi, möminlərin sıxıntıya düşməsi ağırına gedən, onlara şəfqətli olan (Tövbə surəsi, 128), insanlara yaxşılığı əmr edən və onları ağır yükdən və buxovdan azad edən (Əraf surəsi, 157), Allah`dan bir lütf olan, insanları pis yoldan çəkindirən, həmçinin hikmət və kitabı öyrədən yüksək əxlaqlı insandır (Ali-İmran surəsi, 164).

Bir insan Allah`ın razı olduğu həqiqi bir müsəlman olmaq üçün Quranın hökmlərinə tabe olmalı, hz. Muhəmmədin (səv) sünnəsini anlayıb qəbul etməli və bu hökmlərə həyatının hər anında əməl etməlidir. Allah Peyğəmbərimizin (səv) həyatını Quranda ətraflı şəkildə açıqlamışdır. Buna görə də Peyğəmbərimizin (səv) həyatını incələmək, onun üstün əxlaqını örnək almaq hər bir müsəlmanın hədəfi olmalıdır. Allah Quranda peyğəmbərlərin iman edənlər üçün gözəl nümunə olduğunu belə bildirir:

Həqiqətən, Allah`ın Rəsulu Allah`a, qiyamət gününə ümid bəsləyənlər və Allah`ı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əhzab surəsi, 21)

 

13 / total 15
"Harun Yəhyanın Quranı Rəhbər Tutmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top