< <
15 / total: 15

NƏTİCƏ

İnsanların böyük hissəsi sual verdikdə müsəlman olduqlarını deyirlər. Ancaq bunu deyən insanların bir çoxu İslamın haqq kitabı olan Quranı bir dəfə olsun belə oxumayıblar. Halbuki, bu kitab boyu bəhs edildiyi kimi, müqəddəs kitabımız Quran Allah`ın bizə Özünü tanıtdığı, dünya həyatının gerçək məqsədini, axirəti, gözəl əxlaqın necə olduğunu açıqlayan vəhyidir.

Bir insanın Allah`ın ondan nə istədiyini bilmədən din haqqında şifahi şəkildə eşitdiyi məlumatlara qane olub yaşaması ağıl və vicdana uyğun deyildir. Allah Quranı oxumaq üçün endirdiyini “İsra” surəsində belə bildirir:

Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik. (İsra surəsi, 105-106)

Quran bütün kitablardan üstündür və içindəki məlumatlar gəlib-keçmiş bütün bilgilərin üzərindədir. Quranı səmimi niyyətlə oxuyan hər insan ayələrdə bildirilən möcüzələri, bənzərsiz hikmət və üstünlüyü görərək hidayətə çatır. İnsanlar inanıb-inanmasalar da, Quran aləmlərə öyüddür və Rəbbimizin möcüzəsidir. Ayələrdə belə buyurulur:

De: "İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)

Bir insan yaşından asılı olmayaraq, heç bir zaman Quranı oxuyub anlaması və içində yazılanlara əməl etməsi üçün gec qalmış sayılmaz. Buna görə də insan şeytanın “bu günə qədər etməmisən, bundan sonra etməyinin faydası yoxdur” kimi vəsvəsəsinə aldanmamalı, buna bənzər təlqinlərə qarşı da diqqətli olmalıdır. Allah hər bir insanı son halından məsul tutacaqdır. Əgər insan həqiqətləri görüb Allah`a və Qurana yönəlməklə Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşamağa başlayarsa, Allah keçmiş günahlarının tövbəsini qəbul edər.

Elə isə bir gün öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən, cənnət və cəhənnəmin varlığından xəbərdar olan hər insan ağıl və vicdanla düşünüb həyatını necə yaşayacağı haqqında qəti qərar verməlidir. Ağıl və vicdana uyğun olan isə insanın ömrünü Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməsi və Onun əmrinə tabe olmasıdır. Allah Quranda belə buyurur:

Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allah`dan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Kəhf surəsi, 27)

 

15 / total 15
"Harun Yəhyanın Quranı Rəhbər Tutmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top