İslam Və Buddizm

< <
2 / total: 6

Bütpərəst Bir Din: Buddizm

meditasyon

Buda heykelleri, putperest bir inanca sahip Budistler için büyük önem taşımaktadır. Sapkın Budist inancı, insanları, bu heykellerin kendilerine fayda sağlayabileceği gibi son derece mantık dışı fikirlere yöneltir.

Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindistanın cənub-şərqində ortaya çıxıb. Zaman ötdükcə Şri-Lanka, Monqolustan, Seylon, Mancuriya, Koreya, Yaponiya, Tibet, Çin, Tailand və Nepal kimi ölkələrdə təsirli olub. Bu gün bütün dünyada təxminən 300 milyon buddistin (və buddizmə rəğbət bəsləyənin) olduğu güman edilir.

Buddizmi və buddist həyat anlayışına tərif vermək məsələsində fikirlər haçalanıb. Bəzilərinə görə, buddizm bir din olduğu halda digərləri onun məzhəb, təriqət və ya fəlsəfi cərəyan olduğunu söyləmişlər. Nəticədə buddizmin dünyagörüşlərini və bütün əməli tərəflərini nəzərə alaraq deyə bilərik ki, buddizm bütpərəst batil təlimdir. Buddizm Allah inancına sahib olmayan ateist bir dindir. O, axirətin, hesab gününün, cənnətin, cəhənnəmin və mələklərin varlığını rədd edir.

Buddizmin qurucusu Siddharta Qautama eramızdan əvvəl 563-483-cü illərdə Hindistanın Kapilavastu şəhərində yaşamışdır. Onun yaşadığı illərdə Hindistanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların dini olan brahmanizm idi. Ariyalılar keçilməsi heç vaxt mümkün olmayan möhkəm bir kasta sistemi tətbiq etmişdilər. Bu kasta sisteminə görə, cəmiyyət dörd qrupa ayrılmışdı. Hər qrup da öz daxilində bölünürdü. Brahman din adamları cəmiyyətin ən üst təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdilər.

Soylu Sakya ailəsinə mənsub olan Qautama Suudhodana adlı alicənab bir şahzadənin oğlu kimi doğulmuşdu. Gənclik illəri rifah və bolluq içində keçmişdi. 29 yaşında ikən saraydan ayrılan Qautama 80 yaşında ölənə qədər mistik axtarışlara başlamış və bəzi prinsipləri müəyyən etmişdi. Bu prinsiplər dövr keçdikcə təlimə çevrildi. Buddizm də bu təlimdən ibarətdir.

"Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram."
(Ğafir Suresi, 42)

"Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin” – deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir” – deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?"
(Maidə Suresi, 104)

budist mekanlar - heykeller

a) Kuzey Çin'deki 5. yüzyıldan kalma Yungang Mağaraları.

b) Lhasa Vadisi'ndeki Potala Sarayı Tibet'in en büyük binasıdır. Sarayda eski Dalai Lama'ların mezarları bulunmaktadır. Günümüz Budistleri bu sarayın önünde eğilir, garip saygı gösterilerinde bulunurlar. Bu gösteriler, Tibetli Budistlerin Dalai Lama'yı nasıl putlaştırdıklarını gözler önüne sermektedir.

c)Katmandu’daki bu heykel, budistlerin, sapık inanışları sonucu inşa ettikleri devasa heykellerden biridir.

d)Tibetli Budistlerin "Tibet'in koruyucusu" olarak isimlendirdikleri bir put. 11 başa ve birçok kola sahip olan bu put (Chenresig), putperest Tibet geleneklerine göre çeşitli sıfatlara sahiptir. Oysa akıl sahibi bir insanın taştan yapılmış bir heykeli güç ve kudret sahibi bir varlık zannetmesi, bu saçmalığa inanması mümkün değildir.

"Budda" kəlməsi "oyandırılmış" və ya "aydınlanmış" mənalarına gəlir. Bu da Siddharta Qautamanın çatdığı hesab edilən mənəvi dərəcəni ifadə edir. Buddadan günümüzə qədər gəlib çatan mətnlər isə onun yaşadığı dövrə aid deyil. Bu mətnlər onun ölümündən 300-400 il sonra yazılıb. Bu mətnlərdə kitabın sonrakı səhifələrində də görəcəyiniz kimi çoxlu batil inanc, ağıl və məntiqə zidd olan tətbiqatlar və Buddanı qarşısında səcdə edilən bir büt kimi göstərən batil açıqlamalar mövcuddur.

... Göylərin və yerin qeybi ancaq Ona məxsusdur.
O, necə gözəl görür, necə də yaxşı eşidir!
Onların Ondan başqa heç bir himayədarı yoxdur...
(Kəhf Suresi, 26)

Laos, Vientiane'deki Vat Ong Teu Tapınağı

Laos, Vientiane'deki Vat Ong Teu Tapınağı. Tapınağın içindeki enstitüde Budizmin putperest, insanları miskinliğe ve tembelliğe yönelten, iç karartıcı uygulama ve inançlarının yaygınlaştırılması için çalışmalar yapılmaktadır.

Buddanı Allaha şərik qoşanlar

Buddizm etiqad əsasları, fəlsəfəsi və praktiki tərəfləri ilə bütpərəst bir dindir. Buddizmdə insanlar Buddaya qarşı coşğulu bir sevgi, dərin ehtiram və qorxu hiss edirlər.

... kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. ....
(Muhəmməd Suresi, 3)

.... bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular."
(Əraf Suresi, 148)

budistler

Hindistan'ın Shravanbelagola bölgesinde bulunan Gomateshuwar heykeline dua eden ve bu taştan heykelden medet umma yanılgısına düşen Hindistanlı bir kadın.

Onu adətən bir tanrı olaraq qəbul edirlər. Buddanın yaşadığı dövrdə ona sitayiş edilməsini təşviq etdiyinə dair bir sənəd, məlumat olmasa da Buddanın ölümündən sonra bütpərəst brahmanlar ardıcıl şəkildə Budda heykəlləri düzəltməyə başlamışdılar. Buddaya qarşı həddindən artıq sevgi bəsləyənlər də zaman keçdikcə bu heykəllərə sitayiş edərək onu tanrılaşdırmışdı (Allahı bunlardan uzaq tuturuq). Halbuki Allahın vəhyinə əsaslanan bütün dinlər Allahı bir və tək olaraq tanıyır, tövhid inancını əsas kimi qəbul edirlər. Allah Quranda "Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin" deyə buyurur ("Həcc" surəsi, 34).

Amida Buda

Solda, Amida Buda, Budistlerin batıl inanışlarına göre sınırsız ışığı sembolize eden Buda'lardandır. Tek başına bu put dahi Budizmin ne kadar cahilce bir anlayış olduğunu anlamak için yeterlidir.

Sağda, Avalokiteshvara isimli Japon Budist heykel.

Buddistlər sayaq Allahı inkar edib hamımız kimi bir insan olan Buddanı bütləşdirmək Quranda "Allaha şərik qoşmaq" şəklində tərif edilir. Şirk isə Allahın yüzlərlə ayə ilə insanlara xatırlatdığı çox böyük bir günahdır. Allah ayədə belə buyurur:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48).

Şirk kəlməsinin mənası "şəriklik"dir. Bu ifadə Quranda Allaha şərik qoşmaq mənasında işlədilir. Şirk hər hansı bir şeyə, hər hansı bir adama ya da bir anlayışa Allahla bərabər və ya Allahdan daha çox dəyər vermək deməkdir. Müşrik şirk qoşduğu varlığı Allahdan üstün tutur. Bütün sevgisini, hörmətini, marağını, heyranlığını ona istiqamətləndirir. Bu yanlış qənaət Quranda "Allahdan başqa tanrı qəbul etmək" şəklində tərif edilir.

İslam dini tövhid inancı üzərində qurulub. Allah "Lə iləhə illəhu" ("Ondan başqa tanrı yoxdur") ifadəsini Quranda dəfələrlə təkrar etmiş və onu iman gətirməyin ilk şərti olaraq müəyyənləşdirmişdir. Buna görə də şirki ən ümumi mənada "Lə iləhə illəhu" həqiqətindən azmaq, Allahdan başqa "güc və qüdrət sahibləri" olduğu kimi yanlış bir anlayışa düşmək şəklində tərif edə bilərik. Rəbbimiz Quranda Özünü bizə əksər sifəti ilə tanıdır və Ondan başqa tanrı olmadığını bir çox ayədə bildirir. Allah üstün adlarını "Həşr" surəsində bu cür xəbər verir:

"O, Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmlidir, mərhəmətlidir! O, Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah Ona qoşduqlarından ucadır. O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət, hikmət sahibidir!" ("Həşr" surəsi, 22-24).

"Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər....
(Loğman Suresi, 21)

Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
(Tur Suresi, 43)

budistler

Allah sifətlərini insanların üzərində təcəlla etdirir. Məsələn, Allah sonsuz mərhəmət sahibidir, insanlarda "mərhəmət edən" sifəti təcəlla edər və Allahın sifətləri həmin insanlarda görünər. Ancaq bu insanlar öz səyləri ilə, özlüklərində bu xüsusiyyətlərə malik deyillər. Yaratmaq gücünə sahib olan və Allahın sifətlərinə özlüyündə sahib ola biləcək hər hansı bir varlıq yoxdur və bunu etmək "Allahdan başqa tanrılar qəbul etmək" mənasına gəlir. Buddistlər kimi Allaha şərik qoşan insanlar isə Allahın bəzi sifətlərini başqa varlıqlara ithaf edirlər. Məsələn, Allah "hər şeyi haqqı ilə görən, gizlinin gizlinini biləndir". İnsan gizli bir iş edərkən, gizlənərkən, ətrafında heç kim yoxdursa, heç bir insan tərəfindən görülmədiyini zənn edərkən Rəbbimiz onu görür, bütün etdiklərini bilir. Allah kainatdakı hər hadisəni ən incə təfərrüatına qədər görür və bilir. Bu olayların hamısını yaradan Allahdır. Allah bir ayədə: "Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), hər şeydən xəbərdardır!" buyurur ("Ənam" surəsi, 103).

İnsan harada olursa-olsun Allah mütləq onunla birlikdədir. Hazırda da Allah sizin bu sətirləri oxuduğunuzu görür və nələri fikirləşdiyinizi bilir. Allah insanları hər yerdə gördüyünü belə xəbər verir:

"Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Yunus" surəsi, 61).

"Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!" ("Hədid" surəsi, 4).

"Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!"
(Ta ha Suresi, 89)

"Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı?..."
(Rum Suresi, 40)

budistler

Budistlerin hayatı çeşitli batıl ritüellerle doludur. Örneğin Tibet'teki Yeni Yıl Festivali'nde Budistler, üzerinde dua metinlerinin yazıldığı örtüleri ağaçlara asıp, havaya konfetiler atarlar.

Buddistlərin bütpərəst anlayışları isə bir çox məsələdə olduğu kimi bu məqamda da ortaya çıxır. Buddistlər Buddanı "hər şeyi görən" və "hər şeyi bilən" kimi qəbul edir. Buddizmin hakim olduğu ölkələrin dörd bir tərəfində nəzərə çarpan Budda heykəllərinə, məbədlərin üzərinə yerləşdirilən Buddanın gözləri həmişə bu azğın anlayışı ifadə edir. Buddistlər hər an Buddanın onları gördüyünü düşünür, buna görə də evlərini Buddanın heykəlləri ilə doldurur və onların qarşısında hörmətlə əyilirlər. Buddanın daşdan, taxtadan düzəldilmiş gözləri ilə onları görəcəyinə, taxtadan hazırlanmış qulaqları ilə onları eşidəcəyinə inanaraq həm çox böyük bir günah işlədir, həm də məntiqə zidd hərəkət edirlər.

... De: “Mənə Allaha ibadət etmək və
Ona şərik qoşmamaq əmr edilmişdir....”
(Rad Suresi, 36)

orman

Allah müşrik qövmlərin bu böyük aldanışını və özlərinə tanrı qəbul etdikləri varlıqların gücünün heç nəyə çatmayacağını bizə "Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?!" ("Əraf" surəsi, 195) ayəsində bildirir.

budistlerin yeni yıl töreni

Tibet'teki Nechung Manastırı'nda Budistlerin Yeni Yıl Festivali, son derece batıl ve akıldışı ibadetlerle kutlanır.

Unutmaq olmaz ki, şirk ancaq maddi bütlərə sitayiş etməkdən də ibarət deyil. Bir insanı Allahın ona bu dünyada müvəqqəti olaraq və imtahan məqsədi ilə verdiyi imkanlara görə gözündə böyütmək, bu gücü ona aid imiş kimi, ondan qaynaqlanmış kimi görmək də onu tanrılaşdırmaq mənasına gəlir. Həmçinin Allah bir ayəsində belə buyurur:

“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər" ("Bəqərə" surəsi, 165).

Budda da Allahın yaratdığı və dünyada imtahana çəkdiyi aciz bir dindir. Onun şəxsinə aid bir gücü, iradəsi, insanlara təsir etmək qabiliyyəti yox idi. Allahın istəyi ilə danışa bilmiş, Allahın həyat bəxş etməsi ilə və Onun müəyyən etdiyi taleyə görə yaşamışdır. Allahın "Şuara" surəsində xəbər verdiyi Hz.İbrahimin duası insanın Allahın mütləq qüdrəti qarşısındakı acizliyini çox gözəl şəkildə ifadə edir:

"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra yenidən dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuara" surəsi, 78-82).

Budda da Allahın müəyyən etdiyi bir taleyə uyğun yaşamış və Allahın "ol" deməsi ilə əcəli gəlib çatanda vəfat etmişdir. Heç vaxt yaddan çıxarılmamalıdır ki, Allah istəməsə, bir insanın iman gətirməsi mümkün deyil. Hidayəti verən Allahdır. Yenə Allah istəməsə, heç bir insanın başqa insanları doğru yola sövq etməsi də mümkün deyil. İnsanları doğru və gözəl olana yönəldən də Allahdır. Edilən dəvətlər, aparılan təbliğatlar insanların ürəyinə ancaq Allahın bunu istəməsi ilə təsir edir. Həqiqətdə böyük qəbul edilməsi, heyran olunması, kömək istənilməsi lazım gələn yeganə mütləq güc Allahdır. Allah bu həqiqəti Quranda belə xəbər verir:

"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!" ("Həcc" surəsi, 74).

"De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”."
(Ənkəbut Suresi, 52)

Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.
(Casiye Suresi, 27)

tayland'da budist tapınağı budist

Allah Quranda bütlərə sitayiş edən bir çox xalqın nümunəsini verir. Hz.İbrahimin müşrik xalqı da bunlardan biridir. Onlar da insanabənzər heykəllər yonub bunlara ibadət etmiş, nəsihətlərə qulaq asmamışdılar. Rəbbimiz ayələrdə belə buyurur:

"Atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" dediyi zaman onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" deyə cavab vermişdilər" ("Ənbiya" surəsi, 52-53).

Ayələrdən də aydın olduğu kimi, bu cür sitayişlər insanlara atalarından miras qalmışdır. Dolayısı ilə bütə sitayiş etmək həqiqətdə nə qədər məntiqsiz bir hərəkət olsa da uşaqlıq yaşlarından qəbul edilən və öyrədilən təlimlər nəticəsində ən müasir cəmiyyətlərdə də yadırğanmayan sosial bir davranış tərzi olur.

Allah Quranda Səba xalqının da eynilə Hz.İbrahimin xalqı kimi bütpərəst olduğunu bildirir:

"Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxaran, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə belə etmişdilər" ("Nəml" surəsi, 24-25).

... Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. ...
(Hud Suresi, 109)

puta tapanlar

Laos'taki Vat Si Saket manastırında 300 tane farklı Buda figürü bulunmaktadır. Ahiret inancı olmayan sapkın Budist inançlarına sahip kişiler, Buda'yı açık bir şekilde putlaştırmışlardır. Göklerin ve yerin Yaratıcısı olan Allah'ı unutup kendine bile fayda sağlamaya güç yetiremeyecek bir insana dua etmeye, onun heykellerinden medet ummaya yönelmişlerdir.

Bu ayələrdə diqqətimizi çəkən başqa mühüm bir məsələ isə bu bütpərəst dini insanlara bər-bəzəkli göstərənin, doğru yoldan uzaqlaşdıranın şeytan olmasıdır. Yəni Allahın vəhyinə qarşı gələn bütün bütpərəst dinlər həqiqətdə şeytanın vəhyinə əsaslanır. Şeytan isə bunu insanlar "Allaha səcdə etməsinlər deyə" edir. Yoxsa şeytan da Günəşin sitayiş edilməli olan bir tanrı olmadığını, bütün kainat kimi Günəşin də Yaradanının Allah olduğunu bilir. Allahın Quranda bütpərəstliklə bağlı verdiyi nümunələrdən biri də İsrail oğulları ilə əlaqədardır. Hz.Musa ilə birlikdə fironun xalqından qurtulan İsrail oğulları səyahət əsnasında bütə ibadət edən bir xalqla qarşılaşmış və Musa peyğəmbərdən onlara da belə bir büt düzəltməsini xahiş etmişdilər. Allah bu hadisəni Quranda belə xəbər verir:

"Biz İsrail oğullarını dənizdən keçirdik, sonra onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" Musa belə cavab verdi: "Siz doğrudan da cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("Əraf" surəsi, 138-139).

"Həqiqətən, sizin məbudunuz Təkdir!"
(Saffat Suresi, 4)

budistler

Aydın olduğu kimi, İsrail oğulları cahil kimi hərəkət edib gözləri ilə gördükləri, qarşısında əyiləcəkləri, bəlkə də dəbdəbəli mərasimlər təşkil edəcəkləri bir tanrı istəyirlər. Bu vəziyyət onların Allahın ucalığını dərk edə bilməməsinin və başa düşməməsinin bir göstəricisidir. Hz.Musa onlara həqiqəti açıqladığı halda peyğəmbərləri yanlarından ayrılan kimi tələsik özlərinə bütlər düzəltmişdilər. Bu, çox böyük azğınlıqdır. Həmçinin onların bundan dərhal peşman olduqlarını Allah Quranda belə xəbər vermişdir:

"(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Bununla belə ona tapınıb özlərinə zülm eləyən oldular. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!" ("Əraf" surəsi, 148-149).

Ancaq Allahın buzovu tanrı kimi qəbul edənlərə cavabı belədir:

"Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz iftira yaxanları belə cəzalandırırıq!" ("Əraf" surəsi, 152).

Yuxarıdakı ayədən də aydın olur ki, Allah Ona şirk qoşanları istəsə bağışlayır, istəsə cəzalandırır. Çünki ayədə də ifadə edildiyi kimi, Allaha şirk qoşanlar əslində yalan uydururlar. Bir və tək olan Tanrının Allah olduğu aydın bir həqiqət olduğu halda onlar saxta tanrılar qəbul edirlər. Bu uydurma tanrıların qarşısında bellərini büküb əyilmək isə Allaha qarşı edilmiş çox çirkin və böyük bir günahdır. Allah başqa günah və səhvləri bağışlaya biləcəyini, ancaq şirki heç vaxt bağışlamayacağını Quranda belə bildirmişdir:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48).

Allahdan Başqa Tanrı Yoxdur

İslamın əsası Allahın varlığını başa düşmək və Ondan başqa heç bir tanrının olmadığını qavramaqdır. Allah İslamın ilahi mənbəyi olan Quranda dinin əsası sayılan ən böyük həqiqəti belə bildirir:

"Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" ("Bəqərə" surəsi, 163).

Həqiqətdə mütləq var olan Allahdır, digər hər şey isə Onun yaratdıqlarıdır. İçində yaşadığımız kainatı Rəbbimiz yaratmışdır. Kainat yaradılmamışdan əvvəl isə maddi mənada heç bir şey yox idi. Canlı və cansızlar varlıq halına gətirilməmişdi. Sözün əsl mənasında bir yoxluq mövcud idi. Kainatın yaradıldığı an zamanı, məkanı və maddəni bunlara tabe olmayan və sonsuzluğun sahibi Əzəli və Əbədi olan Allah yaratdı. Allah bir Quran ayəsində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir:

"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız "Ol!" deyər, o da dərhal olar" ("Bəqərə" surəsi, 117).

Bu anda meydana gələn hər şeyi, hər an Allah yaradır. Yağan hər yağış damcısını, anadan olan hər uşağı, yarpaqlarda baş verən fotosintezi, canlıların bədənindəki hərəkətləri, qalaktikalardakı ulduzların hərəkət istiqamətlərini, cücərən hər toxumu və bildiyimiz-bilmədiyimiz hər hadisəni davamlı şəkildə Allah yaradır. Kainatdakı böyük-kiçik hər təfərrüat Onun əmri ilə işləyir:

"Yaxud məxluqatı öncə yaradan, (öldükdən) sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" ("Nəml" surəsi, 64).

... O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!...
(Şuəra Suresi, 28)

"O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;"
(ƏlaSuresi, 2)

bahçe bahçe
sistemlər mükəmməl bir nizam içində nöqsansız olaraq fəaliyyət göstərir. Bu heyrətamiz nizama hər an nəzarət edilir, nizamlanır, böyük bir ahənglə davam etdirilir. Çünki Rəbbimizin sonsuz elmi bütün varlıqları əhatə etmişdir:

"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!" ("Mülk" surəsi, 3-4).

Bütün bu həqiqətlərə baxmayaraq Allahın yaradılışını rədd edib bu xüsusiyyəti Onun yaratdığı varlıqlara şamil etmək çox böyük ağılsızlıqdır. Kainatdakı mükəmməl nizam və canlılardakı qüsursuz mütənasiblik bütün bunların hamısının bir Yaradanın yaratdığını göstərir. Allah bir Quran ayəsində Özündən başqa heç bir tanrı olmadığını və Ondan başqa heç bir varlığın kainatda gücü olmadığını belə xəbər verir:

"Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərindən üstün olmağa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır!" ("Muminun" surəsi, 91).

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin...
(Hud Suresi, 6)

"Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur."
(Şura Suresi, 4)

manzara
varlıqdır. Bütün varlıqlar Ona boyun əymişdir. Allahın nəzarət etmədiyi, yoxlamadığı heç bir varlıq və canlı yoxdur. Hər şeyə gücü çatan Allah hər cür zəifliklərdən və acizliklərdən uzaqdır.

"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255).

 

2 / total 6
"Harun Yəhyanın İslam Və Buddizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com