İslam Və Buddizm

< <
4 / total: 6

Materialist Qərb Mədəniyyəti və Buddizm

manzara

"Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz."
(Fatir Suresi, 14)

günümüzde budistler

Bu gün buddizmi dünyanın gündəminə gətirən ən böyük səbəb bu dinin ənənəvi coğrafiyası olan Uzaq Şərqdəki mövcudluğu deyil, Qərbdə aparılan təbliğatdır. Bu təbliğatın başlanğıcı XIX əsrə qədər gedib çıxır. XX əsrin ikinci yarısında isə buddizm getdikcə nəzərləri cəlb etmək və "orijinal" olmaq istəyən insanlar üçün bir dəb halına gəlməyə başlamışdır.

Bu dəbin başlanğıcı xüsusilə 1960-cı illərdəki pop musiqisi mədəniyyətinə söykənir. Həmin illərdə Qərb gəncliyinin bir hissəsi və bəzi Qərb ziyalıları ənənəvi xristian inancını tərk edərək yeni axtarışlara başlamışdılar. Bəziləri axtardıqlarını Uzaq Şərq dinlərində tapmışdı. Bu axtarışların ən mühüm səbəbləri isə "əks olmaq", "sistemə qarşı çıxmaq" və bu yolla nəzərləri özlərinə cəlb etmək idi. 60-cı illərin pop mədəniyyətini müəyyənləşdirən "Bitlz" ("Beatles") qrupunun üzvlərindən Corc Harrison (buddizmə oxşayan Uzaq Şərq bütpərəst inancı olan) hinduizmi qəbul etdiyini elan edəndə bu qrupun heyranları da bu təlimə diqqət yönəltməyə başladılar. Con Lennon "Kainat boyunca" ("Across the Universe") adlı mahnısında buddist "mantra"lardan (müqəddəs ritmlər) istifadə etdi. 60-cı və 70-ci illərin "xippi" gəncliyi arasında buddist melodiyaları, geyimləri və sözləri çox dəbdə idi.

Buddizm haqqında diqqətçəkici məqam onun bu cür məşhur mədəniyyət vasitələri ilə Qərb dünyasına sistemli şəkildə təlqin edilməsidir. Populyar mədəniyyətin ən mühüm memarı olan Hollivud bu məsələdə ən öndə gedir. Hollivudun əsas etibarı ilə Amerikanın "liberal" qanadının fikirlərinin əks etdirdiyi, yəni əksəriyyət etibarı ilə xristian inancına və əxlaqına zidd dəyərləri müdafiə etməsi məlum olan bir həqiqətdir. Hollivud dinin əleyhinə olan nəzəriyyələrin müdafiə edilməsində də ön cərgələrdədir. Məsələn, təkamül nəzəriyyəsi elm yönümlü kinoların əksəriyyətində tamaşaçılara güclü bir formada təqdim edilir. Təkamül-yaradılış mübahisəsində Hollivud filmləri demək olar ki, həmişə darvinistlərin yanındadır (Hollivudun məşhur "Küləyi miras al" (“İnherit the Wind") kinosu ilə başlayan bir "din əleyhinə darvinist təbliğat" ənənəsi var). Hollivud filmlərində İslamın pis şəkildə göstərilməsi və onun aşağılanması təmayülü isə çox aydın olan başqa bir "strategiya"dır.

Ancaq xristianlıq və İslam kimi ilahi dinlərə ümumiyyətlə müsbət yanaşmayan Hollivud dünyası buddizm məsələsində tam zidd bir yoldadır. Buddizm mərhəmətli, sülhlə dolu və cazibəli bir din kimi göstərilir. Bred Pittin baş rolda çəkildiyi "Tibetdə yeddi il" ("Seven Years İn Tibet") və ya Martin Skorsizin rejissoru olduğu və buddist baş rahib Dalay Lamanın həyatından bəhs edən "Kundun" kimi filmlər buddizmin geniş kütlələrə təlqin edilməsi vəzifəsini yerinə yetirir.

Kinolar qədər aktyor və aktrisaların özəl həyatı da buddizm təbliğatında mühüm rol oynayır. Döyüş filmlərinin məşhur ulduzu sayılan Stiven Siqal "Tibet buddizmi Nyinqma dərnəyi" tərəfindən XV əsrdə yaşamış bir "lama"nın reenkarnasiyası elan edilmişdir. Məşhur aktyor Riçard Gir aktrisa Uma Turmanın atası Riçard Turmanla birlikdə Nyu-York şəhərində "Tibet evi" qurmuş, buddizmi müdafiə edən kitablar yazmışdır. Digər tanınmış buddistlərin arasında Tina Törner, Harrison Ford, Oliver Stoun, Herbi Henkok, Kurtni Lav kimi adları göstərmək olar.

Şübhəsiz ki, özəl həyatları ancaq onların özlərini düşündürər. İnsanlar da istədikləri inancı qəbul etməkdə azaddır. Əgər bu insanlar həqiqi İslamı öyrənsələr, ürəklərinin dərhal isinəcəyinə də şübhə yoxdur. Ancaq bura qədər xülasə etdiyimiz mənzərənin göstərdiyi mühüm bir nəticə var: buddizm əsasən materialist bir mədəniyyətə sahib olan qərblilərin diqqət və marağına səbəb olur və onlar tərəfindən qəbul olunub müdafiə edilir. Materialist Qərb mədəniyyəti öz mənəviyyatının mənbəyi olan yəhudi-xristian mədəniyyətindən uzaqlaşarkən buddizmi təsdiq edir. Bəs nəyə görə belədir?

Özellikle eski tarihlerde yapılan Buda heykelleri devasa boyutlardadır. Bu heykellerle Buda'ya saygı gösterisinde bulunulduğuna inanılır. Ancak putları ne kadar büyük olursa olsun, onları Allah'tan gelecek bir azaptan hiçbir şekilde koruyamayacaktır. Allah Araf Suresi'nde müşrik topluluklara şu şekilde seslenmektedir:

"Kendileri yaratılıp dururken, hiçbir şeyi yaratamayan şeyleri mi ortak koşuyorlar? Oysa (bu şirk koştukları güçler ve nesneler) ne onlara bir yardıma güç yetirebilir, ne kendi nefislerine yardım etmeğe." (Araf Suresi, 191-192)

budist mekanlar - heykeller

Budizmin çok yaygın olduğu Laos'taki Buda heykelleri.

Bu suala cavab vermək üçün əvvəlcə "materialist Qərb mədəniyyəti"nin əsas xüsusiyyətlərini aydınlaşdırmaq lazımdır. XVIII əsrdə bünövrəsi qoyulan, XIX əsrdə nəzəri çərçivəsi qurulan və XX əsrdə də (nəzəri çərçivəsi getdikcə çürüsə də) kütləviləşən bu mədəniyyət:

  • - Allahın varlığını inkar edir. Kainatın təsadüfi əsər olduğuna inanır;
  • - canlıların necə meydana gəldiyi sualına verdiyi cavab "təkamül"dür. Darvinizmin canlı həyatı izah etdiyini qəbul edir;
  • - insanın "bir növ heyvan" olduğunu qəbul edir. İnsan ruhunun varlığını rədd edir;
  • - ölümdən sonrakı həyatı, dirilişi, hesab gününü, cənnət və cəhənnəmin varlığını rədd edir.

Materialist Qərb mədəniyyətinin hər biri böyük yanlışlıq olan bu fikirləri əlbəttə ki, ilahi dinlərə ziddir. Ancaq çox qəribədir ki, bu yanlışlıqları eynilə paylaşan başqa bir mədəniyyət də var: buddizm.

Buddizmin Haksli Tərəfindən Kəşf Edilməsi

Buddizm ateist bir dindir. Allahın varlığını qəbul etmir. Axirəti, cənnət və cəhənnəmi də qəbul etmir. İnsanın heyvanlardan fərqli bir ruhunun olmadığına inanır. Ən betəri isə karma inancına uyğun olaraq təbiətdə davamlı bir çevrilmə olduğunu əsas götürür. Buddizmə görə, bir balıq "sonrakı həyat"ında məməli olaraq dünyaya gələ bilər. Bir insan da "sonrakı həyat"ında adi bir soxulcan ola bilər. Cinslər arasında "keçid" olduğunu və insanı da heyvanlar arasında qəbul edən bu anlayışın Darvinin təkamül nəzəriyyəsi ilə mühüm oxşarlıqları var. Bir tədqiqatçı buddizmin təkamüllə bu əlaqəsini belə qeyd edir:

"Əslində buddist fəlsəfə təkamülün baş verdiyini lazım bilir. Çünki hər şeyi bir-birinə keçə bilən varlıq olaraq qəbul edir. Davamlı olaraq yoxdan var olduğunu, bir müddət varlığını davam etdirdiyini və sonra itdiyini müdafiə edir. Cinslərin dəyişməyərək sabit qalması buddist ontologiya ilə uyğun gəlməyəcəkdir".6

Buna görə də darvinistlər XIX əsrdən bu günə kimi buddizmə rəğbət bəsləmiş və bu dini müdafiə etmişlər.

Buddizmə darvinistcəsinə heyranlığını ifadə edən ilk insan darvinizmin meydana çıxmasında bəlkə də Darvinin özündən də böyük rolu üzərinə götürən şəxs idi: Tomas H.Haksli.

Darvin öz nəzəriyyəsini ortaya atandan sonra Haksli onun ən qızğın müdafiəçisi olaraq səhnəyə çıxdı. Buna görə də o, həmin dövrdə "Darvinin çoban iti" ("Darwin's Bulldog") adlandırılmışdı. Yaradılışı müdafiə edən din və elm adamları ilə apardığı mübahisələr, darvinizmi müdafiə edən atəşin yazı və çıxışları Hakslinin adını XIX əsrin ən məşhur darvinisti olaraq tarixə yazdı.

Hakslinin çox bilinməyən bir xüsusiyyəti isə onun buddizmə heyranlığı idi. Xristianlıq və yəhudilik kimi ilahi dinlərin təmsilçiləri ilə mübarizə aparan Haksli buddizmi meydana gətirmək istədiyi sekulyar Qərb mədəniyyətinə uyğun bir inanc olaraq qəbul edirdi. "Philosorhy East and West" jurnalında dərc olunan "Hakslinin "Təkamül və əxlaq"ında buddizm" ("Buddhism in Huxley's Evolution and Ethics") sərlövhəli məqalədə bu məsələdən bəhs edilmişdir. Məqalədə Hakslinin "Təkamül və əxlaq" ("Evolution and Ethics") adlı kitabından buddizm haqqındakı bu fikirləri qeyd edilmişdir:

"(Buddizm) qərbli mənasında Tanrı tanımayan bir sistemdir. İnsanın bir ruhu olduğunu qəbul etmir. Ölümsüzlüyə inanmağın səhv olduğunu müdafiə edir. Hətta bunu ümid etməyi günah sayır. Duaya və qurban ibadətinə yer vermir. İnsanların qurtuluş üçün ancaq öz etdiklərinə etibar etməsini istəyir... Yenə də qədim dünyanın çox mühüm bir hissəsində inanılmaz sürətlə yayılmış, əcnəbi inanclarla qarışsa da bəşərin kiçik görülməyəcək bir qisminin hakim olan inancı olmuşdur".7

Buradan da aydın olur ki, Haksli buddizmə heyrandır. Bunun yeganə səbəbi isə eynilə Haksli və digər darvinistlər kimi Allah inancına sahib olmamasıdır.

"Buddhism in Huxley's Evolution and Ethics" məqaləsinin müəllifi, Havay Universitetinin müəllimi Vicita Racapakseyə görə, Hakslinin buddizmə olan heyranlığında buddizmlə Qədim Yunanıstanın paqan və ateist mütəfəkkirləri arasında gördüyü paralellik də rol oynamışdır:

"Hakslinin buddist fikirləri qərbli fikirlərlə əlaqələndirməyə açıq meylliliyi onun arqumentinin başqa ölçülərində də nümunələndirilir. Buddizmin qeyri-ilahi mövqeyini Heraklın fikirlərinə oxşatmış və "Stoacılıqla buddizm arasında" bir çox paralelliyə işarə etmişdir".8

Racapakse ancaq Hakslinin deyil, XIX əsrin digər bəzi ateistlərinin (və ya aqnostiklərinin) də buddizmə böyük heyranlıq hiss etdiklərini qeyd edir. Bu dövrdə buddizmlə materialist Qərb fəlsəfəsi arasında qurulan bir paralellik də Devid Yumun fikirləri mövzusundadır. XVIII əsrdə yaşamış şotlandiyalı mütəfəkkir Yum ateist və din əleyhdarı bir filosofdur. Racapakse "Qəribədir ki, buddizm və Yum fəlsəfəsi arasındakı paralellər buddizm haqqında açıqlamalar edən ilk şərhçilər tərəfindən də düzgün bir şəkildə qeyd edilmişdir" deyir və sözlərinə belə davam edir:

"Məsələn, Riş Devids bildirir ki, "kənardan gələn bir ruha sahib olmamaq fikri kimi yönlərdən bizdən ancaq iki əsr əvvəl yaşayan Yumdan iki min dörd yüz il əvvəl eyni mövqeyi almışdır".9

Racapaksenin qeyd etdiyi kimi, Viktoriyanın dövründəki Ingiltərədə (yəni XIX əsrdə) daha bir neçə mütəfəkkir buddizmə rəğbət bəsləmişdir. Bunun səbəbi də buddizmi o dövrün yüksələn fəlsəfəsi olan ateizmə və darvinizmə uyğun görmələridir.

Buddizmə eyni səbəblə ilıq münasibət bəsləyən başqa bir ateist isə məşhur alman filosofu Fridrix Nitsşedir.

Thomas Huxley, David Hume ve Friedrich Nietzshce

Soldan sağa, Thomas Huxley, David Hume ve 19. yüzyılın koyu ateistlerinden Friedrich Nietzshce

Nitsşenin Buddizm Heyranlığı

Xristianlığa kəskin nifrət edirdi. Buna baxmayaraq bütpərəst mədəniyyətini və bütpərəst əxlaqını müdafiə edən Nitsşe müdafiə etdiyi fikirlərlə XX əsrin faşizminin və xüsusilə nasizmin ideya rəhbəri oldu. Nitsşe şəfqət, mərhəmət, təvazökarlıq, təvəkkül kimi dəyərləri müdafiə edən xristianlığa müharibə elan edirdi. Nitsşe dolayısı ilə İslama və həqiqi yəhudiliyin əsas əxlaqi prinsiplərinə də qarşı çıxırdı. Nitsşenin ilahi dinlərə qarşı olan bu nifrəti şübhəsiz ki, ancaq bu dinlərin əxlaq prinsiplərindən deyil, bundan da əhəmiyyətlisi onun fanatik ateizmindən də qaynaqlanırdı.

Amerikalı ədəbiyyatçı Ceyson De Bur Nitsşe haqqındakı məqaləsində "ateizm Nitsşenin fikirlərinin çox əhəmiyyətli bir parçasıdır" deyir və bunları əlavə edir: "O, bitərəf bir tənqidçi deyildi. Xristianlığa qarşı nifrətlə alışıb-yanırdı. Ateist yazıları da böyük kinlə dolu idi".10

Ancaq ehtimal edilə biləcəyi kimi, Nitsşenin nifrəti ancaq ilahi dinlərə qarşı idi, bütpərəst dinlərə qarşı deyildi. Əksinə, paqanizmi tərifləyir və ucaldırdı. Xüsusilə də buddizmi...

Ceyson De Burun sözləri ilə desək, "qəribədir ki, tarixdəki ən davakar ateistlərdən biri olmasına baxmayaraq Nitsşe tamamilə din əleyhdarı deyildi... Digər bəzi dinlərin bir çox xüsusiyyətinə hörmət etmiş və onlara rəğbət bəsləmişdi; bunlar paqanizm, hətta buddizm idi".11

İngilis elm adamı Devid R.Loy isə Nitsşe haqqında yazdığı bir məqalədə eyni mövzuda bunları bildirir:

"Nitsşe ilə buddizmi müqayisə etmək hardasa klassik bir iş halına gəlmişdir və bunun yaxşı bir səbəbi var: aralarında dərin bir uyğunluq olduğu görsənir. Morrisonun bildirdiyi kimi, bir çox müştərək yönləri paylaşırlar: hər ikisi də Tanrısız bir kainatda insanın mərkəzdə olmağını vurğulayır və onların hər biri varlıq probleminin həlli üçün gətirdikləri həll variantlarında kənar bir varlığa əsaslanmır... Hər ikisi də insanı həmişə dəyişən və çox müxtəlif olan psixofiziki güclərin axını olaraq görür və bu axında muxtar və dəyişməyən bir varlığa (yəni ruha) yer vermirlər".12

Nitsşenin buddizmlə paylaşdığı bu fikirlər əlbəttə ki, böyük səhvlərdir. Bu səhvlərin ortaya çıxmasının səbəbi isə insanın təkəbbür və cəhalətindən başqa bir şey deyil. Kainatı və təbiəti ağıl və vicdan gözü ilə tədqiq edən insan Allahın varlığının aşkar dəlillərini görəcək. Eyni həqiqət əsrimizdəki elmi kəşflər tərəfindən də ortaya qoyulur. Nitsşe kimi ateistlərin ortaya atdığı "Tanrısız kainat" fikri "Biq Banq" və “İnsani prinsip" ("Anthroric Princirle") kimi elmi kəşflərlə darmadağın edilmişdir. Elm Allahın kainatı yaratdığına və fövqəladə bir sistemlə nizamladığına dair aşkar sübutlar ortaya qoymuşdur (Ateizmin süqutu haqqında ətraflı məlumat üçün "İslamın yüksəlişi" adlı kitaba müraciət edə bilərsiniz). Darvinin təkamül nəzəriyyəsinin mənasızlığını və "şüurlu nizam"ın varlığını göstərən dəlillər yaradılışn doğruluğunu isbat edir. Freyd, Marks və Dürkeym kimi XIX əsrin ateist mütəfəkkirlərinin fikirləri də yeni elmi kəşflərlə və ya sosial nəticələrlə bir-bir puç edilmişdir.

Buddizm: Materialist Mədəniyyətə Saxta Mənəviyyat

konfiçyus

Budizm ve benzeri putperest inançlar, materyalist Batı dünyası tarafından da destek görmektedir. Materyalizm ve ateizmin hızla çöktüğü günümüzde, insanların hak dine yönelmelerini önleyebilmek için, Budizm başta olmak üzere pek çok batıl inanışın propagandası yapılmaktadır. Bu içi boş öğretilerin gerçek yüzlerini anlamak içinse, sadece biraz düşünmek, bunları akıl ve mantık süzgecinden geçirmek yeterli olacaktır.

Ateizmin qeyd edilən elmi süqutu bu gün Qərb dünyasında buddizmin niyə körükləndiyi sualı ilə də sıx bağlıdır. Ateist və materialist Qərb mədəniyyətinin memarları nəzəriyyələrinin puç olduğunu görürlər. Buna görə də ilahi dinlərə meylin güclənməsinə mane ola bilmək üçün bunun həllini buddizm kimi bütpərəst dinlərin yenidən canlandırılmasında görürlər.

Başqa sözlə, buddizm - və ona oxşayan başqa bütpərəst inanclar - materializmə saxta bir "mənəviyyat" əlavə edilməsidir.

Elə isə materialist Qərb mədəniyyəti buna niyə ehtiyac hiss edir? Qərb dünyasının iki min illik zehni inkişafını (və degenerasiyasını) tədqiq edən ingilis yazıçıları Maykl Beycent, Riçard Leyq, Henri Linkoln Qərb dünyasının XX əsrdə bir ideya böhranı içinə düşdüyünü bildirirlər. Başqa sözlə, Qərb cəmiyyətlərinə qəbul etdirilən materialist fəlsəfə və həyat tərzi insanları Allahın varlığı və Ona ibadət həqiqətindən qopararaq onların həyatını mənasız hala gətirmişdir. Beycent, Leyq və Linkolnun sözləri ilə desək, "həyat hər hansı bir mənadan və müəyyənedicilikdən tamamilə qopmuş və heç bir konkret hədəfə yönəldilməyən təsadüfi bir mövcudluq halına gəlmişdir".13

Bu ideya böhranına bir tərəfdən də materialist nəzəriyyələrin elmi səviyyədəki süqutunun əlavə edilməsi insanların ilahi dinlərə - xüsusilə də İslama - yenidən yönəlməsinə səbəb olmuşdur. Buna görədir ki, bu gün xristian, müsəlman və yəhudi dünyasında din yüksəlir. Dinə inananların və dini tətbiq edənlərin nisbəti getdikcə artır. Dini təfəkkür və dəyərlər cəmiyyətin həyatında daha çox yer tutmağa başlayır.

Buddizm və buna bənzəyən bütpərəst inanclar bu yüksəlişin qarşısını almaq, dinsizliyin ideya böhranı içində çabalayan insanlara saxta bir qurtuluş və çıxış yolu təqdim etmək üçün körüklənir. Buddizm, taoizm, hindiuzm, bunların Hare Krişna kimi versiyaları, bütün bu büpərəst təlimləri birləşdirən "New Age" kimi cərəyanlar, "başqa dünyalardan" gəldiyinə inanılan və "müqəddəs mətnlər" üzərində toplanan "UNO dinləri"... Bütün bunlar ateist və materialist ehkamlardan qopmaq istəməyən, buna baxmayaraq özlərinə bir cür "mənəviyyat" axtaran insanların qapıldığı boş-boş təlimlərdir. Bununla yanaşı heç bir təmələ əsaslanmayan boş bir təqlidçilik, nəzərləri özünə cəlb etmək arzusu da buddizmi seçən insanların qərarına çox böyük təsir edir.

Bu təlimlərin mənasız olduğunu başa düşmək üçünsə ancaq bir az fikirləşmək, onları ağıl və məntiq süzgəcindən keçirmək kifayətdir. Uzaq Şərq inanclarının təməli olan karma və reenkarnasiya inancı əvvəl də ətraflı şəkildə incələdiyimiz kimi heç bir məntiqə əsaslanmayan batil bir inancdır. (Ətraflı məlumat üçün Harun Yəhyanın "İslam və karma inancı" adlı kitabına baxa bilərsiniz). Bu dinlər Allahın varlığına inanmadığı, dolayısı ilə insanları hesaba çəkəcək ilahi bir məqam da tanımadığı halda hər insanın etdiyinin əvəzini görəcəyinə, "sonrakı həyat"ının buna görə müəyyən ediləcəyinə necə inana bilirlər? Bunu kim edəcəkdir? "Başqa dünyalardan gələnlər"ə sitayiş edənlər də çox batil bir inanc içindədirlər. Varlıqları tamamilə xəyal olan UNO-larla bağlı necə bir həyat fəlsəfəsi inşa edilə bilər? "Başqa dünyalardan gələnlər" mövcud olsalar da bu varlıqların insanlara doğru yol göstərəcəyinə təminat nədir? Ayrıca olaraq bunu da yaddan çıxarmamaq lazımdır ki, "başqa dünyalardan gələnlər" mövcud olsalar, mütləq onların da "yaradılmış" olmaları lazımdır. Bu batil inanclara qapılanlar həqiqi Yaradanları olan Allahın "Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz?" ("Vaqiə" surəsi, 56/57) ayəsinin üstündə fikirləşməlidir. Rəbbimizin Quranda əmr etdiyi kimi, yenə Onun yoluna tabe olmalıdırlar:

"Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Onun yolundan sapdıracaq yollara uymayın. Sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!" ("Ənam" surəsi, 6/153).

 

İqtibaslar

6- Sean Robsville, Arguments Against Buddhism, http://www.geocities.com/scimah/

7- Huxley, Evolution and Ethics, s. 74; Vijitha Rajapakse "Buddhism in Huxley's Evolution and Ethics: A note on a Victorian evaluation and its comparativist dimension", Philosophy East and West, cilt 35, no. 3 (Temmuz 1985), s. 298

8- Huxley, Evolution and Ethics, s. 90; Vijitha Rajapakse "Buddhism in Huxley's Evolution and Ethics: A note on a Victorian evaluation and its comparativist dimension", Philosophy East and West, cilt 35, no. 3 (Temmuz 1985), s. 301

9-Davids. Buddhism, s. 79; Vijitha Rajapakse "Buddhism in Huxley's Evolution and Ethics: A note on a Victorian evaluation and its comparativist dimension", Philosophy East and West, cilt 35, no. 3 (Temmuz 1985), s. 299

10- Jason DeBoer, "Sublime Hatred: Nietzsche’s Anti-Christianity", http://www.absinthe-literary-review.com/archives/fierce6.htm

11- Jason DeBoer, "Sublime Hatred: Nietzsche’s Anti-Christianity", ttp://www.absinthe-literary-review.com/archives/fierce6.htm

12- Morrison, Robert G., Nietzsche and Buddhism: A Study in Nihilism and Ironic Affinities, By Reviewed by David R. Loy. http://ccbs.ntu.edu.tw//FULLTEXT/JR-EPT/loy.htm

13- Michael Baigent, Richard Leigh, Henry Lincoln, Messianic Legacy, London: Corgi Books, 1991, s. 184

4 / total 6
"Harun Yəhyanın İslam Və Buddizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com