< <
6 / total: 9

İncildəki Həqiqi Xristianlıq

İncildə üçləmə (təslis) etiqadına əsaslanmayan, əksinə, Allaha bir və tək olaraq iman gətirməyi əsas götürən tövhid inamını müdafiə edən çoxlu açıqlamalar var. Həmçinin üçləmə inamını qəbul etməyən qruplar da tarix boyunca bu məsələyə diqqəti cəlb edərək üçləməni müdafiə edənlərin dəlilsiz olduqlarını ifadə ediblər.

Üçləmə etiqadı Hz.İsaya Allahla eyni status verdiyi halda (bundan Allaha sığınırıq) İncil açıqlamalarında Allahın birliyi, Onun hər şeyin üzərində sonsuz hakimiyyətinin olması çox ətraflı şəkildə tərif edilir. Həm Hz.İsanın xalqı və tələbələri arasında apardığı təbliğdə, həm də həvarilərin sözlərində insanlar həmişə tövhid inamına çağırılırlar. Hz.İsa hər etdiyini həqiqətən Allahın sonsuz güc və qüdrəti ilə etdiyini, hər söylədiyinin Allahın ona söylətdiyini, möcüzələri Allahın istəyi ilə həyata keçirdiyini davamlı olaraq dilə gətirir, özünü öyüb yüksəldən insanları Allahı öyüb yüksəltməyə, Allahın sonsuz gücünü xatırlamağa və Ona təslim olmağa dəvət edir. Bu mövzudan sonrakı səhifələrdə ətraflı bəhs edəcəyik.

Hz.İsanın necə təbliğat apardığını göstərən çoxlu Qur’an ayəsi var. "Maidə" surəsində bu məsələ ilə bağlı belə buyrulur:

"Xatırla ki, o zaman Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!" - demişdin?" (İsa cavabında) deyəcək: "Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahid sən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!"" ("Maidə" surəsi, 116-118).

Ayələrdə də bildirildiyi kimi, Hz.İsa insanları yalnız Allaha iman gətirib Onun üçün yaşamağa dəvət etmişdir. Tövhid inamı eynilə İslam dinində olduğu kimi "həqiqi xristianlığ"ın da əsasını təşkil edir (Buradakı hissədə İncildən sitat verəcəyimiz ifadələrdə "ata" sözü "Allah" və ya "Rəbb", "oğul" ifadəsi "peyğəmbər-elçi", Hz.İsa üçün işlədilən "Rəbb" sifəti isə "müəllim" şəklində dəyişdirilib).

Əhdi-Ətiqdə Tövhid Etiqadı

Hz.İsanın Allah dərgahına yüksəldilməsindən 30-40 il sonra ortaya çıxan batil "Allahın oğlu" ifadəsi zaman ötdükcə insanlar arasında geniş yayıldı. Ancaq bu məfhumun nəyi ifadə etməsi uzun müddət qeyri-müəyyən olaraq qaldı. Bəziləri bu ifadəni Hz.İsanın sadəcə Allah dərgahındakı mötəbər yerini ifadə edən məcazi ifadə kimi izah etdilər və Allahın birliyinə inanmağa çağırdılar. Digərləri isə bu ifadəyə əsaslanaraq Hz.İsanı "tanrılaşdırdılar" və onu özlərinə "Oğul Tanrı" saydılar.

Məlum olduğu kimi, Hz.İsa İsrail oğulları nəslindəndir və təbliğini də İsrail oğullarına çatdırdı. İsrail oğulları, yəni yəhudilər Hz.İsa gələndə iki min il idi ki, bir və tək olan Allaha iman gətirən bir xalq idi. Rəbbimiz Öz vəhyini yəhudilərə Hz.İbrahimlə başlayan və sonra da bir-birinin ardınca gələn çox sayda peyğəmbərlər vasitəsilə çatdırmışdı. Elçiləri onları bu vəhyə qüsursuz şəkildə tabe olmaları üçün xəbərdar etmişdilər. Yəhudilər Allahın Qur’anda bildirilən ifadə ilə desək, "Onda haqq yol və nur vardır" deyə göndərdiyi Tövratı ("Maidə" surəsi, 44) Hz.Musadan bu yana tanıyıb bilirdilər.

Hz.İsa isə xristianların da qəbul etdiyi kimi, Tövratı təsdiq edən peyğəmbər olaraq gəlmişdi. Tövratda və Əhdi-Ətiqin başqa kitablarında Hz.İsanın gələcəyinə işarə edən müYdəli xəbərlər vardı.

Bu həqiqət İznik məclisində səs çoxluğu ilə qəbul edilən üçləmə etiqadının nə qədər böyük bir səhv olduğunu ortaya qoyurdu. Çünki haqqında danışılan üçləmə inancından nə Tövratın, nə də Əhdi-Ətiqi təşkil edən başqa kitabların hər hansı bir yerində bəhs edilmirdi. İsrail peyğəmbərləri xalqlarını iki min il boyunca bir və tək olan Allaha iman gətirməyə dəvət etmişlər, amma onların üçləmə etiqadına işarə edən çox kiçik bir açıqlamaları da olmayıb. Nə Hz.İbrahimdən, nə Hz.Musadan, nə də başqa peyğəmbərdən belə bir açıqlama eşidilməyib. Onların hamısının öyrətdiyi dinin bir əsası vardı: Allahı bir olaraq tanımaq və Ondan başqa Tanrı qəbul etməmək. Yəhudilərin ən çox təkrar etdikləri Tövrat cümlələrində belə deyilirdi: "Qulaq as, ey İsrail! Allahımız Rəbb bir olan Rəbbdir" ("Təsniyə", 6/4).

"Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər."
(Nisa surəsi, 171)

Əhdi-Ətiqin başqa ayələrində də eyni həqiqət vurğulanır: "Rəbb Özü Allahdır, Ondan başqası yoxdur... Bu gün bil və ürəyinə qoy ki, yuxarıda göylərdə və aşağıda yerdə Rəbb O Allahdır, başqa yoxdur" ("Təsniyə", 4/35-39).

"...Məndən əvvəl Allah olmadı və Məndən sonra da olmayacaq. Mən Rəbbəm və Məndən başqa xilaskar yoxdur..." ("İşaya", 43/10-11).

"Çünki göyləri yaradan Rəbb dünyaya şəkil verən və onu yaradan, onu gücləndirən və onu əbəs yerə yaratmayan, üstündə yaşamağı əlverişli hala gətirən Allah belə deyir: "Rəbb Mənəm və başqası yoxdur"" ("İşaya", 45/18).

"Və Məndən başqa Allah, haqq Allah və Xilaskar yoxdur. Məndən başqası yoxdur" ("İşaya", 45/22).

"...Allahımız Rəbb bir olan Rəbbdir və Allahın Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün gücünlə sevəcəksən" ("Təsniyə", 6/4-5).

Yuxarıdakı Tövrat cümlələrindən də göründüyü kimi, Rəbbimizin sonsuz gücü və qüdrəti, Onun bütün kainatın yeganə sahibi olması yəhudiliyini təməl həqiqətidir.

Əhdi-Ətiqi oxuyan hər bir adam oradakı bütün kitablarda bir olan Tanrıdan, aləmlərin Rəbbi olan Allahdan bəhs edildiyini aydın şəkildə görür. Əhdi-Ətiqdə üçləmədən bircə dəfə də olsa bəhs edilməməsi çox böyük mənaya malikdir. Bu mənanın aşkar nəticəsi üçləmənin səmavi dinə sonradan daxil olmuş batil bir etiqad olmasıdır.

İncildə "Allaha Bir Və Tək Olaraq İman Gətirmək" Əsasdır

Qur’anda Hz.İsanın yəhudilərə bu cür təbliğat apardığı bildirilir:

"...Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin..." ("Maidə" surəsi, 72).

Hz.İsanın insanları tövhidə çağıran ifadələri təhrifə məruz qalan Əhdi-Cədidin İncillərində hazırda da mövcuddur. Məsələn, Mark İncilinə görə, Hz.İsa onun yanına gələrək "Bütün əmrlərin ən əhəmiyyətlisi hansıdır?" deyə soruşan yəhudi din aliminə belə cavab verib:

"Əmrlərin ən birincisi: "Dinlə, ey İsrail! Allahımız Rəbb bir olan Rəbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev"" ("Mark İncili", 12/29-30).

Yenə Mark İncilində yer alan aşağıdakı ayədə isə Hz.İsanın onun tanrılaşdırılması hələ bir tərəfə dursun, hətta təriflənməsinə də mane olduğunu göstərir:

"İsa yola çıxarkən bir nəfər onun yanına qaçdı və qarşısında diz çöküb Ondan soruşdu: "Yaxşı müəllim, əbədi həyatı miras almaq üçün nə etməliyəm?" İsa da ona dedi: "Nə üçün məni yaxşı adlandırırsan? Allahdan başqa kimsə yaxşı deyildir"" ("Mark İncili", 10/17-18).

Əslində təkcə bu ayə üçləmənin həqiqi xristianlığa zidd bir inam olduğunu göstərməyə kifayət edir. Hz.İsa özünün təriflənməsini qəbul etməyərək tərifə layiq olanın yalnız Allah olduğunu vurğulayır və özünün Allahın bir bəndəsi olduğunu çox aydın şəkildə ifadə edir.

Hz.İsanın İsrail oğullarına çatdırdığı həqiqət bəşər tarixinin başlanğıcından etibarən bütün peyğəmbərlərin izah etdiyi həqiqətdir: Rəbbimiz hər şeyi yoxdan ərsəyə gətirən, onları ən gözəl şəkildə və qüsursuz surətdə yaradan, çox böyük və üstün olan, hər şeyin daxilində olanları və gizli tərəflərini bilən, əzəli və əbədi olan, doğmayan və doğulmayan, hər cür qüsurlardan uzaq, şanı böyük olan, hökm edən, kərəmi bol olan, mərhəmətli və bağışlayan Uca Allahdır. Göylərdə və yerdə olanların hamısı yalnız Allaha təslim olub.

 

Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar."İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar."
(Rum surəsi, 14-15)

Həmçinin Əhdi-Cədiddə də "Allahın bir olması" imanın çox vacib şərti kimi qeyd edilib. Hər cür çoxtanrılı, üçtanrılı etiqadlar yaxud da hər cür bütpərəstlik Tövratda olduğu kimi İncildə də - həm dörd İncildə, həm də elçilərin yazı və məktublarında - sərt şəkildə tənqid edilib qınanır. Əksər Allahdan başqa tanrıları qəbul edənlər bir çox İncil ayələrində tövhid inamına dəvət edilirlər. Bu açıqlamalardan bəziləri belədir:

"İsa ona dedi: "Allahımız Rəbb bir olan Rəbdir"... Din alimi ona dedi: "Lap yaxşı, Müəllim! Doğru dedin ki, Allah birdir, Ondan başqası yoxdur"" ("Mark İncili", 12/29-32).

"...Allah birdir" ("Qalatiyalılara məktub", 3/20).

"Və fani olmayan Allahın izzətini, fani olan insana, quşlara, dördayaqlılara və yerdə sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər... Onlar Allahın həqiqətini yalanla dəyişdirdilər və Yaradanın əvəzinə yaradılana pərəstiş və ibadət etdilər. Halbuki Allah sonsuza kimi təriflənməyə layiqdir" ("Pavelin romalılara məktubu", 1/23-25).

"...Bizim tək bir Allahımız vardır. Hər şey Ondandır və biz Onun üçün yaşayırıq..." ("Korinflilərə I məktub", 8/6).

"...Bilirik ki, büt dünyada əslində heç bir şeydir və bir olan Allahdan başqası yoxdur" ("Korinflilərə I məktub", 8/4).

"Sonsuz əsrlərin hökmdarı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun" ("Timoteyə I məktub", 1/17).

"Tək bir Allah var..." ("Timoteyə I məktub", 2/5).

"İman edirsənmi ki, Allah birdir? Yaxşı edirsən..." ("Yaqubun məktubu", 2/19).

"Xilaskarımız tək bir Allaha izzət olsun..." ("Yəhudanın məktubu", 24).

"Siz bir-birinizdən izzət qəbul edib bir olan Allahdan gələn izzəti axtarmadığınız bir halda, necə iman edə bilərsiniz?" ("Yəhya İncili", 5/44).

"Allahın yanında qeyri-mümkün bir şey yoxdur" ("Luka İncili", 1/37).

Burada İncildən qısaca şəkildə qeyd etdiyimiz ayələrdən başqa da Allahı bir və tək olaraq tərif edən çoxsaylı açıqlamalar mövcuddur. Bu məsələ ilə bağlı başqa bir nümunə isə Hz.İsanın tələbələrinin apardığı təbliğatdır. Hz.İsanın Allah dərgahına yüksədilməsindən sonra xristianlar kəndbəkənd, qəsəbə-qəsəbə gəzərək insanlara Hz.İsanın sözlərini çatdırıb və onları Allaha təslim olmağa dəvət etmişlər. Onların təbliğat apardıqları insanları Allaha bir və tək olaraq iman gətirən xristianlar olmağa çağırmaları İncildə belə bildirilir:

"Lakin həvarilər Barnaba və Pavel bunu eşitdikdə paltarlarını cırdılar və xalqın ortasına atılıb qışqıraraq dedilər: "Ərlər! Bunları niyə edirsiniz? Biz də, fitrətləri sizə bənzəyən insanlarıq və sizə müYdə gətirdik ki, siz bu boş şeylərdən...göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan Allaha tərəf dönəsiniz. Bununla bərabər göydən bizə yağmurlar və səmərəli mövsümlər verərək, ürəklərimizi qida və sevinclə doldurub, yaxşılıq edərək Özünü şahidsiz qoymamışdır"" ("Həvarilərin işləri", 14/14-17).

"Dünyanı və onun içində olan bütün şeyləri yaradan Allah, göy və yerin Rəbbi olduğundan, əl ilə tikilmiş məbədlərdə yaşamaz. Madam ki, hamıya həyat, nəfəs və hər şeyi verən Özüdür, bir şeyə möhtac imiş kimi, insanların əlləri ilə Ona xidmət oluna bilməz. O, bütün xalqlardan olan insanları bir insandan yaratdı ki, bütün yer üzündə yaşasınlar. Onların qabaqcadan müəyyən edilmiş vaxtlarını və yaşadıqları yerlərin sərhədlərini təyin etdi ki, Allahı axtarsınlar... O heç birimizdən uzaq deyil. Çünki biz Onunla yaşayırıq, hərəkət edirik və varıq..." ("Həvarilərin işləri", 17/24-28).

Allah Sonsuz Güc Və Qüdrət Sahibidir

Təslis inancına görə, Hz.İsa yaradılmayıb, o, əzəldən bəri mövcuddur və Allahla eyni gücə, səlahiyyətə malikdir (bu ifadədən Allaha sığınırıq). Halbuki bu, çox böyük bir səhvdir. Hal-hazırda üçləməyə inananlar Hz.İsanın onları xilas edib qurtaracağına, dualarını qəbul edəcəyinə, onun sayəsində bütün günahlarından xilas olduqlarına inanırlar (Kəffarə məsələsi ilə bağlı yanlışlıq sonrakı səhifələrdə ətraflı şəkildə araşdırılacaq). Bu səhv inam Qur’an ayələrində bildirilən çox böyük yanlışlıqdır. Həmçinin İncildə də bu inam heç cürə dəstəklənmir, əksinə, təkzib edilir.

Ancaq İncildən bəzi ayələr bu səhv inanca dəlil kimi təqdim edilir. Bu dəlillərin başında isə Hz.İsanın göstərdiyi möcüzələr gəlir. Halbuki Hz.İsanın insanlara çoxlu möcüzə göstərməsi onu tanrılaşdıran etiqada dəlil ola bilməz. Bu möcüzələr Qur’anda da bildirilən aşkar bir həqiqətdir. Hz.İsanın dünyaya atasız gəlməsi, beşikdə olarkən danışması, korları, cüzam xəstələrini sağaltması kimi həyatı boyunca göstərdiyi çoxlu möcüzəsi olub. Ancaq bu möcüzələr sonsuz güc və qüdrət sahibi olan, bütün kainatın hakimi olan Rəbbimizin mərhəməti ilə həyata keçib. Allah Hz.İsadan başqa Hz.Musaya, Hz.Süleymana, Hz.İbrahimə, Hz.Zəkəriyyaya, Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) və daha bir çox peyğəmbərə də möcüzələrlə kömək edib. Ancaq üçləmə etiqadının tərəfdarları bu möcüzələri dəlil kimi göstərərək Hz.İsanın "tanrı" olduğunu iddia edirlər. Halbuki digərləri kimi bu fikir də İncildə mövcud olan fikirlərlə ziddiyyət təşkil edən iddiadır.

Sonrakı hissələrdə daha ətraflı şəkildə qeyd edəcəyimiz kimi, Hz.İsa öz çıxışlarında Allahın şanını həmişə ucaldıb, "Allah mənə necə əmr edirsə, elə də icra edirəm" ("Yəhya", 14/31); "Mən sizə söylədiyim sözləri özümdən söyləmirəm" ("Yəhya", 14/10)"Sizə doğrusunu, doğrusunu deyirəm: elçi özündən bir şey edə bilməz" ("Yəhya", 5/19) kimi ifadələrlə bütün gücün Allaha məxsus olduğunu bildirib.

Allahın sonsuz güc və qüdrətinin ifadə edildiyi bəzi İncil ayələri isə belədir:

"Çünki hər şey Ondan, Onun vasitəsi ilə və Onun üçün davam edir. Ona əbədi izzət olsun!" ("Pavelin romalılara məktubu", 11/36).

"Məgər beş sərçə iki assariyə satılmırmı? Və Allahın yanında onların heç biri unudulmamışdır? Sizin başınızdakı saçların hamısı da belə sayılmışdır..." ("Luka İncili", 12/6-7).

"İsa onlara baxıb, dedi: "İnsanlar üçün bu qeyri-mümkündür, Allah üçün isə hər şey mümkündür"" ("Matta İncili", 19/26).

"...O hər şeyin üzərində əbədi olaraq təriflənəcək mübarək Allahdır" ("Pavelin romalılara məktubu", 9/5).

"Allahın zənginliyi, hikməti və elmi nə dərindir..." ("Pavelin romalılara məktubu", 11/33).

"Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin" ("Vəhy", 14/7).

"...Gücü hər şeyə çatan Rəbb Allah, Sənin məllərin böyük və xariqüladədir. Ey millətlərin Hökmdarı. Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən. Bütün xalqlar gələcək və Sənin önündə səcdə edəcəklər. Çünki Sənin adil işlərin izhar olundu" ("Vəhy", 15/3-4).

"...Hər şey Allahdandır" ("Pavelin korinflilərə I məktub", 11/12).

"...Xilas, izzət, hörmət və qüdrət Allahımızındır! Çünki Onun hökmləri həqiqi və adildir... Çünki gücü hər şeyə çatan Rəbb Tanrımız səltənət sürür" ("Vəhy", 19/1-6).

"...Allah tərəfindən olmayan hakimiyyət yoxdur, mövcud olanlar da Allah tərəfindən qurulmuşdur" ("Pavelin romalılara məktubu", 13/1).

"Mübarək və tək Hökmdar, şahların Şahı və rəblərin Rəbbi, ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan, insanlardan kimsənin görmədiyi və görməyə qadir olmadığı Allah Məsihin zühurunu vaxtında gerrçəkləşdirəcəkdir. Allaha hörmət və əbədi qüdrət olsun" ("Pavelin Timoteyə I məktubu", 6/15-16).

"Ehtiyatlı olun, insanlara özünüzü göstərmək üçün yaxşılıq etməyin; yoxsa göylərdəki Rəbbinizdən mükafat almazsınız. ...Sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, gizlində olan Rəbbinə dua et, gizlini görən Rəbbiniz sizi mükafatlandıracaqdır. Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər. Onlara bənzəməyin; çünki Rəbbiniz sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. ...Və bizi imtahana çəkmə. Lakin bizi şərdən (yaxud, şeytandan) xilas et. Çünki səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir" ("Matta İncili", 6/5-8, 13).

İncildə bildirilən bu həqiqətlər Qur’anda bəhs edilənlərlə uzlaşır. Bunlar bəşər tarixindən etibarən bütün peyğəmbərlərin öyrətdiyi mütləq həqiqətlərdir: zamanı, məkanı, insanı, bütün aləmləri və varlıqları Allah yaradıb. Rəbbimiz hər cür qüsur və nöqsandan uzaqdır. O, Uca və Üstün olandır. Hər bir hadisə Rəbbimizin icazəsi və təqdiri ilə həyata keçir. Qur’anda bildirilən ifadə ilə desək, Allah istəməsə yer üzündə bircə yarpaq da budaqdan düşməz, heç bir dişi canlı hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğa bilməz. Allah gizli olanı da, aşkar olanı da biləndir və hər şeyə gücü çatandır. Allah istədiyini etməyə qadirdir, sonsuz güc və qüdrət sahibidir. Bir şeyin olmasını istəyəndə ona ancaq "Ol!" deməsi kifayət edir. Onun dərgahında heç bir şey imkansız deyil. Kainatdakı bütün iqtidar və qüdrətin yeganə sahibi Allahdır.

Allahın bütün kainatdakı mütləq hakimiyyəti İncildə çox aydın ifadələrlə qeyd edilib. İnsanlara bütün güc və səlahiyyətləri verən gücün aləmlərin Rəbbi olan Allah olduğu müxtəlif nümunələrlə açıqlanıb. Yer üzündəki bütün hadisələri meydana gətirən, bütün varlıqlara həyat verən güc sahibi də Uca Rəbbimizdir.

"Bədəni öldürüb canı öldürə bilməyənlərdən də qorxmayın; ancaq daha artıq cəhənnəmdə həm bədəni, həm canı həlak etməyə qadir Olandan (yəni, Allahdan) qorxun. Məgər iki sərçə bir assariyə (xırda pul) satılmırmı? Və Rəbbinizin hökmü olmadıqda, onlardan heç biri yerə düşməz" ("Matta İncili", 10/28-29)

"İnsan özünə göydən verilmədiyi halda, heç bir şey ala bilməz" ("Yəhya İncili", 3/27).

"...Sizə göydən çörəyi Musa vermədi, sizə göydən həqiqi çörəyi verən Rəbbimdir" ("Yəhya İncili", 6/32).

"Onlar sizi ələ verdikləri zaman, necə və ya nə deyəcəyinizin qayğısına qalmayın; çünki nə söyləyəcəyiniz o anda sizə bildiriləcəkdir. Çünki söyləyən siz olmayacaqsınız, Rəbbinizin Ruhu sizin vasitənizlə danışacaqdır" ("Matta İncili", 10/19-20).

"Xilaskarımız Allah sizi büdrəməkdən qorumağa, Öz izzətinin hüzuruna böyük sevinclə ləkəsiz çıxarmağa qadirdir..." ("Yəhudanın məktubu", 24-25).

"Həmin günü və saatı, nə göydəki mələklər, nə də elçi bilir. Allahdan başqa heç kim bilməz" ("Matta İncili", 24/36).

"Ölməzliyə yeganə malik olan Odur... İnsanlardan kimsə nə Onu görən olmuşdur, nə də görə bilər..." ("Timoteyə I məktub", 6/16).

"Biz daxilən ölüm hökmünü hiss etdik ki, özümüzə deyil, ölüləri dirildən Allaha bel bağlayaq" ("Korinflilərə II məktub", 1/9).

Bütün bu Əhdi-Cədid ayələri həqiqi xristianlıqda Allaha səmimi və daxildən gələn bir imanın olmasını aydın şəkildə göstərir. Ancaq bu doğru inancların yanına üçləmə kimi batil bir etiqad əlavə edilib və bu da xristianlığın təhrif olunmasına gətirib çıxarıb.

İncildə Tanıdılan "Allahın Peyğəmbəri Hz.İsa"

Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz aralarında müxtəlif qollara ayrılır. İncili fərqli şəkillərdə izah edən, müxtəlif tətbiq metodlarına malik olan cürbəcür dini cərəyanlar, kilsələr mövcuddur. Ancaq bu fərqli qolların əksəriyyətinin yekdilliklə qəbul etdiyi iman əsası "üçləmə"dir.

Tarix boyunca üçləmə inancını rədd edən müxtəlif cərəyanlar ortaya çıxıb. Lakin bu cərəyanların böyüyüb güclənməsi çoxluq təşkil edən üçləmə müdafiəçiləri tərəfindən əngəllənib. Bu cərəyanlar dərhal "azğın" və "batil" adlandırılıb, təzyiqlərə məruz qalıblar və onların qarşısı hər vasitə ilə alınıb. Kitabın sonrakı hissələrində də oxuyacağınız kimi, azlıq təşkil edən bəzi qruplar istisna olmaqla üçləmə inancı xristian dünyasında ümumən qəbul olunub və ya zorla qəbul etdirilib.

Kitabın əvvəlindən etibarən qeyd etdiyimiz kimi, üçləmə inancı Qur’ana tamamilə zidd bir inancdır və İncildə də mövcud olan açıqlamalar Hz.İsanın həyatının heç bir anında belə bir iddiasının olmadığını, belə bir şeyə dolayısı ilə də olsa işarə etmədiyini, hətta bu kimi səylərin qarşısını şəxsən aldığını, hər sözündə Allahı təriflədiyini və ucaltdığını göstərir. Müasir dövrdə üçləmə inancına əks tərəfdə olan qrupların üstündə dayandıqları məsələlərdən biri də əslində budur: Hz.İsanın bəşər olması.

"Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz..."
(Ali İmran surəsi, 110)

Hz.İsanın Həyatı Üçləmə İddiasını Təkzib Edir

İncildə Hz.İsanın həyatı və bu qiymətli elçinin təbliği ilə bağlı qeyd edilən məlumatlar və Hz.İsanın hikmətli nəsihətləri üçləmə etiqadı səbəbi ilə əsrlərdir ki, qulaqardına vurulur. Üçləmə inancı beyinləri o qədər qarışdırıb ki, bunun nəticəsində Hz.İsa tanrılaşdırılır və o, ondan kömək umulacaq səviyyəyə qaldırılır.

Qur’ana görə, Hz.İsa Allahın insanlara xəbərdarlıq edən və onları qorxudan kimi göndərdiyi, anadan olmasından Öz dərgahına yüksədilməsinə kimi həyatının hər anında bənzərsiz möcüzələr yaradaraq kömək etdiyi mübarək bir peyğəmbərdir. Onun anadan olması Allahdan çox böyük möcüzədir. Ancaq anadan olmasından sonra o da bütün insanlar kimi bir həyat yaşayıb. Hz.İsa da başqa insanlar kimi Allahın "Ol" deməsi ilə yaradılıb və o, Allah qarşısında acizliyini bilən, Allaha möhtac olan bir bəşərdir. Həm Qur’an ayələrində, həm də İncildə Hz.İsanın bəşəri xüsusiyyətləri çox müxtəlif misallarla tərif edilir. Məsələn, əvvəlki fəsillərdə də qeyd etdiyimiz kimi, Rəbbimiz "Maidə" surəsinin 75-ci ayəsində Hz.İsa və Hz.Məryəm barədə "...Onların hər ikisi yemək yeyirdi..." şəklində buyuraraq onların mələk olmadıqlarını, başqa insanlar kimi bir bəşər olduqlarını bildirib.

İncildə mövcud olan bir çox nümunədə Hz.İsanın bəşəri xüsusiyyətlərindən bəhs edilir. Bunlardan bir neçəsi aşağıdakı kimidir.

Hz.İsanın Anadan Olması, Nəsli Və Yaxınları

Hz.İsanın əcdadı və dünyaya gəlməsi ilə bağlı müxtəlif açıqlamalar var. Bu məlumatlara görə, Hz.İsa Hz.Davudun nəslindən gəlir. Hz.İsa xalq arasında tanınan bir şəxsdir. İnsanlar onun kimin nəslindən gəldiyini, harada anadan olduğunu, harada böyüdüyünü bilir. Hz.İsanın ailəsi camaat tərəfindən yaxşı tanınırdı.

"O, bizlərə qulu Davudun sülaləsindən qüdrətli bir Xilaskar meydana gətirdi. Əzəldən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə xəbər göndərdi ki, bizi düşmənlərimizin və bizə nifrət edənlərin hamısının əlindən xilas edəcək" ("Luka İncili", 1/69-71).

"İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsil şəcərəsi belədir..." ("Matta İncili", 1/1-2).

"Onun anası və qardaşları gəldilər, evin bayırında durub, Onun yanına adam göndərərək, Onu çağırdılar" ("Mark İncili", 3/31).

"İsanın önündə gedən və ardınca gələn xalq: "Davud oğluna hosana! ("bizi xilas et" deməkdir) Rəbbin adı ilə gələnə həmd olsun! Ən yüksəklərdə hosana", - deyə qışqırırdılar. İsa Yerusəlimə çatdığı zaman, bütün şəhər: "Bu kimdir?", - deyərək sarsıldı. Xalq isə deyirdi: "Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir"" ("Matta İncili", 21/9-11).

"Məryəmin oğlu, Yaqub, Yusif, Yəhuda və Şimonun qardaşı dülgər bu deyilmi? Bacıları burada aramızda deyillərmi..." ("Mark İncili", 6/3).

Hz.İsanın Bəşəri Xüsusiyyətləri

Üçləmə inancının əsasında Hz.İsanın bəşəri xüsusiyyətlərini qulaqardına vurmaq anlayışı var. Halbuki İncildə Hz.İsa ilə bağlı verilən məlumatlardan bu qiymətli insanın "Allahın oğlu deyil, Allahın mübarək bir elçisi olaraq bəhs edildiyi" açıq-aşkar aydın olur. Onun da bütün insanlar kimi bir həyat yaşadığını görürük. O da başqa insanlar kimi anadan olub, həyatının körpəlik, uşaqlıq və gənclik mərhələlərini yaşayıb. Acanda yanındakı həvariləri ilə birlikdə Allaha şükr edərək yemək yeyib, uzun bir günün ardınca hər bir insan kimi o da yorulub və yatmağa ehtiyac hiss edib. Bununla yanaşı, ətrafdakı insanlar Hz.İsanın yuyunmaq, təmizlənmək kimi hər cür fiziki ehtiyaclarının olmasına da şahid olublar. Bunlar hər bir adamın qarşılaşdığı təbii ehtiyaclardır. Bundan başqa, həmin ehtiyaclar üçləmə inancında Hz.İsanın adına qoşulmasına çalışılan tanrılıq iddiası ilə də tam şəkildə ziddiyyət təşkil edir.

"İsa isə hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi" ("Luka İncili", 2/52).

"Onlarla süfrə başında oturarkən, çörək götürüb şükr etdi, parçaladı və onlara verdi" ("Luka İncili", 24/30).

"Onlar hələ sevincdən inanmayıb təəccüblənərkən, İsa onlara dedi: "Burada bir yeməyə bir şey varmı?" Ona bir tikə bişmiş balıq və bir parça bal pətəyi verdilər. O da götürüb onların qabağında yedi" ("Luka İncili", 24/41-43).

"Mayasız çörək bayramının birinci günündə şagirdlər İsanın yanına gəlib dedilər: "Pasxa yeməyi üçün harada hazırlıq görməyimizi istəyirsən?"" ("Matta İncili", 26/17).

"İsa Levinin evində yemək yeyərkən..." ("Mark İncili", 2/15).

"Onlar evə gəldilər və yenə izdiham toplaşdı, belə ki, çörək yeməyə belə imkanları yox idi" ("Mark İncili", 3/20).

"Onlar süfrədə oturub yemək yeyərkən İsa dedi: "Sizə doğrusunu deyirəm: Mənimlə bərabər çörək başında yemək yeyən sizlərdən biri Məni ələ verəcəkdir"" ("Mark İncili", 14/18).

"Fəriseylərdən biri İsadan xahiş etdi ki, onunla bərabər çörək yesin. O da fəriseyin evinə girdi və süfrə başında oturdu" ("Luka İncili", 7/36).

"...İsa yol getməkdən yorulmuşdu. O quyunun yanında oturdu. Altıncı saata az qalmışdı. Samariyalı bir qadın su çəkməyə gəldi. İsa ona dedi: "Mənə su ver içim", - dedi" ("Yəhya İncili", 4/6-7).

"İsa qayığın arxa tərəfində yastığın üstündə yatırdı..." ("Mark İncili", 4/38).

"İsa onlara dedi: "Sakit bir yerə gedək və bir az dincələk". Çünki gəlib-gedən o qədər çox idi ki, qidalanmağa belə vaxtları yox idi" ("Mark İncili", 6/31).

"...Gəzməkdən yorulan İsa quyunun yanında oturdu..." ("Yəhya İncili", 4/4).

Yuxarıda sitat gətirdiyimiz İncil cümlələri Hz.İsanın başqa insanlar kimi Rəbbimizin mərhəmətinə möhtac bir bəşər olduğunu göstərir. O, Allahın bütün aləmlərə üstün etdiyi, peyğəmbərlik vəzifəsi ilə şərəfləndirdiyi və möcüzələr bəxş etdiyi çox üstün əxlaqlı bir bəndəsidir. O, xüsusi özəlliklərə malik olan bir bəşərdir, həmçinin digər canlılar kimi Allahın mərhəmətinə möhtac, aciz bir bəndədir. Halbuki canlı-cansız bütün kainatın yaradanı olan Allah həmişə diridir, hər an hər şeyə hakimdir və hər şeyə hökm edəndir, hər şeyi bilir, hər şeyə gücü çatır. O, mürgüləmir və Onu yuxu da tutmur, O, hər cür qüsurlardan da uzaqdır, O, yaratdıqlarına müxtəlif acizliklər verib və malik olduqları bu qüsurları dərk edərək ancaq Ona qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib.

Hz.İsa Da Bütün İnsanlar Kimi Allahın Mərhəmətinə Möhtac Bir Bəndədir

Hz.İsanın Allahın sonsuz mərhəməti ilə müxtəlif möcüzələr göstərməsindən həm Qur’an ayələrində, həm də İncildə bəhs edilir. Ancaq Hz.İsa hər sözündə, apardığı təbliğatda və həvarilərlə olan söhbətlərində bu möcüzələri Allahın istəyi ilə yerinə yetirdiyini bildirib. Danışanın özü deyil, Allah olduğunu, bütün edilən işləri Allahın yerinə yetirdiyini, Allahın bütün canlılar üzərində tək hakim olduğunu tez-tez vurğulayıb. Onun Allahın dəvətini insanlara çatdıran bir bəndə olduğunu, bu etdiklərini Allahın istəyi ilə həyata keçirdiyini, hər etdiyinin Allahın nəzarətində olduğunu bildirib. Onun bu sözlərindən bəziləri aşağıdakı kimidir:

"Hər şey Rəbbim tərəfindən mənə verildi..." ("Matta İncili", 11/27).

"...Allah mənə necə əmr etmişsə, elə də icra edirəm..." ("Yəhya İncili", 14/31).

"...Mən sizə söylədiyim sözləri Özümdən söyləmirəm..." ("Yəhya İncili", 14/10).

"...Sizə doğrusunu, doğrusunu deyirəm: elçi özündən bir şey edə bilməz..." ("Yəhya İncili", 5/19).

"...Verdiyim təlim mənim deyil, məni göndərənindir" ("Yəhya İncili", 7/16).

"Onları mənə verən Rəbbim hamıdan böyükdür..." ("Yəhya İncili", 10/29).

"Çünki mən özümdən söyləmədim, məni göndərən Allah Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm" ("Yəhya İncili", 12/49-50).

"İsa Allahın hər şeyi Özünə əmanət etdiyini və Allahdan çıxıb gəlib, Allaha qayıdacağını bilirdi" ("Yəhya İncili", 13/3).

"Məni göndərən mənimlədir. O məni tək buraxmayıb, çünki mən daim Onun xoşuna gələn işləri görürəm" ("Yəhya İncili", 8/29).

"Mən öz-özümdən bir şey edə bilmərəm; eşitdiyim kimi hökm edirəm və mənim hökmüm doğrudur, ona görə ki, məqsədim öz iradəmi deyil, məni göndərənin iradəsini yerinə yetirməkdir" ("Yəhya İncili", 5/30).

"...Əgər Rəbbim ona imkan verməsə, heç kimsə mənim yanıma gələ bilməz" ("Yəhya İncili", 6/65).

İncildə yer alan yuxarıdakı açıqlamalar üçləmə inancı baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadələrdə Hz.İsanın bir tanrı deyil, Allaha möhtac, Allahın istədiyi kimi hərəkət edən, Allahın əmrinə uyğun şəkildə qərar verən, Allahın ilhamı ilə danışan, Allahın xoşlayacağı işləri görən bir bəndə olması şəxsən Hz.İsanın özü tərəfindən ifadə edilib. Ancaq bütün bu hikmətli və səmimi sözlər üçləmə inancında qulaqardına vurulur, Hz.İsanın isə mövcud olmaq üçün heç bir şeyə ehtiyac duymayan üstün varlıq kimi tanıdılmasına səy göstərilir. Halbuki bunlar həqiqəti əks etdirmədiyi kimi həm Rəbbimizin uca Şəxsinə, həm də Onun mübarək elçisi Hz.İsaya qarşı hörmətsizlikdir. Rəbbimiz bütün bu bənzətmə və müqayisələrdən uzaqdır. O, heç bir şeyə ehtiyacı olmayan, bütün qüsur və nöqsanlardan uzaq, sonsuz və tək güc sahibi olan Allahdır. Ona bərabər və oxşar heç bir varlıq yoxdur.

Buradakı ifadələrdə Hz.İsanın ancaq Allaha qulluq etməklə bağlı hökmlərə tabe olduğu aydın şəkildə görünür. Yalnız Allaha qulluq edən Hz.İsanı Allahla "eyniləşdirən" üçləmənin nə qədər batil bir etiqad olması buradan da aydın olur.

Hz.İsanın Allaha Dua Etməsi

Üçləmə inancını təkzib edən başqa bir dəlil isə bu mübarək insanın Rəbbimizə olan səmimi dualarıdır. Dua edən insan Allahın varlığını və birliyini, Onun qarşısındakı acizliyini, ona yeganə kömək edənin Allah olduğunu və Ondan başqa ibadət ediləcək heç bir gücün olmadığını qəbul etmiş adam mənasına gəlir. Dua Allaha olan dərin təslimiyyətin, insanın öz şəxsi acizliyinin fərqində olmasının ən gözəl ifadə formalarından biridir. Rəbbimiz bütün qüsurlu sifətlərdən uzaq olandır və sonsuz qüdrət sahibidir. Kainatda bütün qüdrət yalnız Ona məxsusdur. Kömək və bağışlanma yalnız və yalnız bütün insanların möhtac olduğu, Özünün isə heç kimə ehtiyacı olmayan Allahdan istənilir. Hz.İsanın duaları da onun Allaha olan təslimiyyətinin və malik olduğu güclü Allah qorxusunun ən səmimi və sadə əlamətlərindədir. İncildə bildirildiyinə görə, Hz.İsa həm şükr etmək, həm də istəyini çatdırmaq məqsədilə Rəbbimizə dua edib. O, istəklərini yerinə yetirə biləcək yeganə gücün və mütləq Qüdrətin Allah olduğunu bilirdi.

"Bir az irəli getdi, yerə üzüqoylu döşəndi və dua etdi..." ("Matta İncili", 26/39).

"Xalqa əmr etdi ki, ot üzərində otursunlar. Beş çörəklə iki balığı götürdü, göyə baxaraq Allaha şükr duası etdi..." ("Matta İncili", 14/19).

"Və xalqı buraxdıqdan sonra, dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam düşdükdə orada tək idi" ("Matta İncili", 14/23).

"Səhər gün doğmazdan əvvəl İsa qalxdı və çıxıb tənha bir yerə getdi. Orada dua etməyə başladı" ("Mark İncili", 1/35).

"Onları yola salandan sonra dağa, dua etməyə getdi" ("Mark İncili", 6/46).

"İsa şagirdlərinə dedi: "Mən dua edərkən, siz burada oturun"" ("Mark İncili", 14/32).

"O günlərdə İsa dua etmək üçün dağa çıxdı, bütün gecəni Allaha dua ilə keçirdi" ("Luka İncili", 6/12).

"İsa bir yerdə dua edirdi. Bitirdiyi zaman şagirdlərindən biri ona dedi: "Ya Rəbb! Yəhya öz şagirdlərinə öyrətdiyi kimi, Sən də bizə dua etməyi öyrət"" ("Luka İncili", 11/1).

"...Amma mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver" ("Luka İncili", 22/32).

Hz.İsanın Rəbbimizin ən gözəl sifətlərini anaraq etdiyi səmimi duası Qur’anın bir ayəsində belə bildirilir:

"Məryəm oğlu İsa dedi: "Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o həm bizim, həm də bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!"" ("Maidə" surəsi, 114).

Allah Hz.İsanın bu duasını qəbul edib və belə buyurub:

"Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!"" ("Maidə" surəsi, 115).

Hz.İsa Allaha dua edərək Ondan bir süfrə göndərməsini istəyib. Allah Hz.İsanın bu duasını qəbul edərək Onun istəyini yerinə yetirib. Ancaq yaddan çıxarılmamalıdır ki, Hz.İsanın bu möcüzəni yerinə yetirəcək müstəqil və xüsusi bir gücü yoxdur. O, Allahın sonsuz yaratma gücünü insanlara göstərməsində elçilik vəzifəsini icra edən çox mübarək bir bəndədir.

Hz.İsa İncildə "Allahın Elçisi" Adlandırılıb

Üçləmə etiqadının əsasında Hz.İsanın Allahın hökm və əmrlərini təbliğ edən bir elçi və ya başqa peyğəmbərlər kimi Allahın göndərdiyi bir bəndə kimi deyil, "Allahın oğlu" (bundan Allaha sığınırıq) şəklində görmək düşüncəsi dayanır. Halbuki İncildə Hz.İsanın Allahın vəhyini təbliğ edən, insanları iman gətirməyə və Allaha təslim olmağa dəvət edən bir elçi olduğu xəbər verilir. Hz.İsa da "göndərilmiş bir elçi" olduğunu öz təbliğatında həmişə ifadə edib. Hz.İsanın Allahın söylədiyi "Mən onlara Sənin sözünü çatdırdım" ("Yəhya İncili", 17/14) sözü diqqəti xüsusilə cəlb edir. O da Hz.Süleyman, Hz.Musa, Hz.Davud, Hz.Muhəmməd (s.ə.v.) kimi bir peyğəmbərdir, Allahın əmr və buyruqlarını təbliğ edən elçidir. Həmçinin bir İncil ayəsində Hz.Musanın "Allahınız Rəbb sizə qardaşlarınızdan mənim kimi bir peyğəmbər çıxaracaq" ("Həvarilərin işləri", 7/37) deyə söylədiyi xəbər verilir. Hz.İsanın peyğəmbərliyini təsdiq edən İncil ifadələrindən bəziləri bu cürdür:

"Məni sevməyən sözlərimə riayət etməz və eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır" ("Yəhya İncili", 14/24).

"Əgər Rəbbimin işlərini görmürəmsə, mənə iman etməyin. Amma görürəmsə, mənə iman etmirsinizsə də o işlərə iman edin" ("Yəhya İncili", 10/37-38).

"İsanın göstərdiyi möcüzəni görən xalq: "Doğrudan da dünyaya gəlməli olan peyğəmbər budur", - dedi" ("Yəhya İncili", 6/14).

"Həmin adam Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli peyğəmbərdi" ("Luka İncili", 24/19).

"...Çünki məni göndərəni tanımırlar" ("Yəhya İncili", 15/21).

"Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, Öz qulunu ortaya çıxardıb əvvəlcədən sizin yanınıza göndərdi" ("Həvarilərin işləri", 3/26).

"Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən Səni yer üzündə ucaltdım. Sənin Mənə icra etmək üçün tapşırdığın işi yerinə yetirdim. Dünyadan mənə verdiyini adamlara Sənin adını açıqladım. Sənin idilər, onları Mənə verdin və Sənin sözünə riayət etdilər. İndi bilirlər ki, mənə verdiyin hər şey Səndəndir. Çünki mənə bildirdiyin sözləri onlara bildirdim və onlar qəbul etdilər. Səndən çıxıb gəldiyimi də həqiqətən anladılar və məni Sənin göndərdiyinə iman etdilər" ("Yəhya İncili", 17/3-8).

"Sizə doğrusunu, doğrusunu deyirəm: mənim göndərdiyim kimsəni qəbul edən məni qəbul edər və məni qəbul edən məni göndərəni qəbul edər" ("Yəhya İncili", 13/20).

"...Mən özüm özlüyümdən gəlmədim, amma məni göndərən haqqdır. Və siz Onu tanımırsınız. Mən Onu tanıyıram, çünki Ondanam və məni O göndərdi" ("Yəhya İncili", 7/28-29).

"İsa onlara dedi: "Başqa yaxın qəsəbələrə gedək ki, oralarda da təbliğ edim, çünki mən buna görə gəlmişəm"" ("Mark İncili", 1/38).

"İsa dedi: "Allahın tələb etdiyi iş budur: Onun göndərdiyi adama iman edəsiniz"" ("Yəhya İncili", 6/29).

"Allahın göndərdiyi kimsə Allahın kəlamlarını söylər..." ("Yəhya İncili", 3/34).

"...Məni göndərən Haqqdır və mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm" ("Yəhya İncili", 8/26).

"...İsa onlara: "Məndə elə yemək vardır ki, onu siz bilməzsiniz", - dedi. Buna görə də şagirdlər bir-birilərinə: "Kimsə ona yemək gətiribmi?" - deyirdilər. İsa onlara dedi: "Mənim yeməyim məni göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır", - dedi" ("Yəhya İncili", 4/31-34).

Hz.İsanın Apardığı Təbliğatın Əsası Allaha İman Və Qulluqdur

Üçləmə etiqadına görə, xristianlığın əsas şərti Hz.İsaya iman gətirməkdir və üçləməyə inanmayan bir adam həqiqi xristian deyil. Halbuki İncildə bu iddiaları puça çıxaran çox aydın ifadələr var. Xüsusilə də Hz.İsanın təbliğatı insanları yalnız Allaha iman gətirməyə dəvət etmək üzərində qurulub. Hz.İsa ətrafındakı insanların suallarını, şübhələrini, tərəddüdlərini onları Allaha təslim olmağa dəvət edərək aradan qaldırır.

"İsa ona belə dedi: "Belə yazılmışdır ki, Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et"" ("Luka İncili", 4/8).

"Sizə doğrusunu deyirəm: Mənim sözümü dinləyib məni göndərənə iman edənin əbədi həyatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir" ("Yəhya İncili", 5/24).

"Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz" ("Matta İncili", 6/24).

"İsa ona dedi: "Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev"" ("Matta İncili", 22/37).

"Din alimlərindən biri gəlib onların mübahisələrini dinlədi. Və İsanın onlara yaxşı cavab verdiyini görəndə: "Əmrlərin ən birincisi hansıdır?" - deyə soruşdu. İsa da cavab verdi: "Əmrlərin ən birincisi: "Dinlə ey İsrail! Allahımız Rəbb, bir olan Rəbbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev"". İkincisi buna bənzərdir: "Qonşunu özün kimi sev. Bunlardan daha böyük əmr yoxdur". Din alimi ona dedi: "Lap yaxşı, müəllim! Doğru dedin ki, Allah birdir və Ondan başqası yoxdur"" ("Mark İncili", 12/28-32).

"Bundan sonra daşı qaldırdılar. İsa da gözlərini yuxarıya qaldırıb dedi: "Ey Rəbb, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə, məni daim eşidəcəyini bilirdim, amma bunu ətrafımda duran xalq üçün söylədim ki, məni Sənin göndərdiyinə iman etsinlər"" ("Yəhya İncili", 11/41-42).

"İsa yüksək səslə dedi: "Mənə iman edən, mənə deyil, məni göndərənə iman edər. Və məni görən, məni göndərəni görür. Mən dünyaya nur olaraq gəldim ki, Mənə iman edən heç kimsə zülmətdə qalmasın. Və kim sözlərimi eşidib inanmazsa, ona mən hökm etmərəm, çünki dünyaya hökm etməyə gəlməmişəm, ancaq dünyanı xilas etməyə gəlmişəm. Məni rədd edib, sözlərimi qəbul etməyənə hökm edən bir şey vardır: Son gündə ona hökm edəcək olan, söylədiyim sözdür. Çünki mən özümdən söyləmədim; məni göndlərən Allahın Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm"" ("Yəhya İncili", 12/44-50).

Yuxarıdakı İncil ayələrindən də göründüyü kimi, Hz.İsa bütün başqa peyğəmbərlər kimi Allaha bütün ürəyi ilə təslim olan mübarək bir bəndədir. O, insanlara Allahın vəhyini çatdırıb, onlara Allaha Onu bir və tək qəbul edərək iman gətirməyə dəvət edib. Dünyada yaşadığı dövrdə çox çətinliklərə məruz qalıb. Hz.İsa öz təbliğatını apararkən ona mane olmağa çalışan çoxsaylı din əleyhdarlarının olmasına baxmayaraq çox üstün səbr göstərərək Allahın dinini başa salmağa davam edib. Şiddətli Allah qorxusu ilə son ana kimi insanları bütün kainatın yaradanı olan Allaha iman gətirməyə və Ona qulluq etməyə çağırıb. Bütün bunlar Hz.İsanın Allahın oğlu deyil, xalqına Allahdan müYdələr gətirən, insanları axirət günü ilə bağlı xəbərdar edən, gözəl əxlaqa dəvət edib hər cür mənfilikdən xilas olmaları üçün onları imana çağıran bir peyğəmbər olduğunu ortaya qoyur. Təkcə Hz.İsa deyil, bu müqəddəs insanın nəsihətlərinə qulaq asan və onun ardınca gedən ilk möminlər də Hz.İsa kimi muvahhid (Allahı tək olaraq qəbul edənlər) idilər. Məruz qaldıqları təzyiqlər onları qətiyyən bezdirməyib, Allahı bir olaraq qəbul edənlər Hz.İsanın yolundan heç bir şəkildə dönməyiblər. Bu adamlar nəsranilərdir.

Hz.İsanın Dəvətinə Tabe Olan Səmimi Xristianlar: Nəsranilər

Hz.İsa özündən sonra sadiq möminlər icması qoyub getdi. Əhdi-Cədidə görə, Hz.İsanın seçdiyi on iki həvari, Hz.İsanın ailəsi və Hz.İsaya iman gətirən digər yəhudilərdən ibarət olan bu icma başqaları tərəfindən "nəsranilər" (nazareans) adlandırılıb.11 Bu ifadənin İncildə Hz.İsa barədə işlədilən "Nasıralı İsa" sözündən törədiyi yaxud da bu ifadə ilə eyni mənbədən gəldiyi qəbul edilir.

Nəsranilər Əhdi-Ətiqə və Hz.Musanın hökmlərinə tabe olmağa davam edir, onun gətirdiyi etiqadın əmr və qadağalarına tabe olurdular. Nəsraniləri başqa yəhudilərdən fərqləndirən ən mühüm amil isə onların Hz.İsanın gətirdiyi yeni dinə inanmaları, onu bir peyğəmbər və Məsih olaraq qəbul etmələri idi. Onlar Hz.İsanın daha əvvəllər Hz.Musa tərəfindən xəbər verilən12 və Allahın yəhudiləri düzgün yola yönəldib dinlərini batil etiqadlardan təmizləmək üçün göndərdiyi peyğəmbər olduğuna iman gətirirdilər. Nəsranilər Hz.İsanın Allahın dərgahına yüksəldilməsindən sonra onun gətirdiyi xəbərdarlığı yaymaq üçün bütün imkanları ilə mübarizə apardılar. Əhdi-Cədidin İncillərdən sonra ən mühüm kitabı qəbul edilən "Həvarilərin işləri" bu məsələ haqqında əhəmiyyətli məlumatlar verir.

Nəsranilərin İsmarıcı

"Həvarilərin işləri"ndə yazıldığına görə, Hz.İsanın şagirdləri peyğəmbərlərinin Allah dərgahına yüksəldilməsindən sonra çox ağır təzyiqlərlə üzləşdilər. Dövrün yəhudi din adamları onları azğın məzhəb kimi qəbul edir və əllərindən gələn qədər susdurmaq və səhnədən silmək istəyirdilər. Onlar romalıların nəzərində də təhlükəli idilər. Ancaq təzyiqlər və qınaqlar onları bezdirmədi. Bunun ən böyük sirri isə şübhəsiz ki, Allaha olan inamları idi. Bu inam onlara böyük səbr, birlik və qardaşlıq da qazandırmışdı. "Həvarilərin işləri"ndə bu məsələ belə izah edilir:

"Bütün iman edənlər bir yerdə idilər və hər şeyləri müştərək idi. Mallarını və mülklərini satıb hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün birlikdə məbədə getməkdə davam edərək, evdə çörək bölüb, sevinclə və ürək sadəliyi ilə Allaha həmd edərək yemək yeyirdilər. Bütün xalqın rəğbətini qazanırdılar. Rəbb də xilas edilənləri gündən günə onların arasına əlavə edirdi" ("Həvarilərin işləri", 2/44-47).

Nəsranilərin arasındakı bərabərlik və fədakarlıq başqa yerdə belə bildirilir:

"İman edənlərin cəminin isə bir ürək və bir canı var idi və heç biri özünün olan şeylər üçün "Mənimdir", - demirdi. Çünki hər şey onlar üçün ümumi idi... Allah hamısına böyük lütflər yağdırdı. Onların aralarında ehtiyacı olan bir kimsə yox idi. Ona görə ki, torpaq və mülk sahibi olanların hamısı bunları satıb, satılmış şeylərin pulunu gətirərək həvarilərin sərəncamına verirdilər. Bu da hər birinə ehtiyacına görə paylanırdı. Məsələn, Kiprdə anadan olmuş Levili Yusif (həvarilər ona Barnaba ləqəbini verdilər ki, bu da Təsəlli Oğlu deməkdir) də malik olduğu torpağı satdı və pulunu gətirib həvarilərin sərəncamına verdi" ("Həvarilərin işləri", 4/32-37).

Bu cür böyük bir daxili intizama malik olan nəsranilər Hz.İsanın təbliğini başqa yəhudilərə çatdırmağa davam etdilər. Hz.İsanı tanıdarkən də onun Allahın yəhudilərə göndərdiyi sonuncu peyğəmbər olduğunu söyləyirdilər. Həvari Peterin Süleyman məbədindəki bir qrup yəhudiyə xitabən etdiyi çıxış "Həvarilərin işləri"ndə belə qeyd edilir:

"İndi, ey qardaşlar, bilirəm ki, rəisləriniz kimi siz də bunu bilməyərək etdiniz... Beləliklə, günahlarınızın silinməsi üçün tövbə edin və Allaha qaydın ki, Rəbbin hüzurundan yenilənmə fürsətləri gəlsin; və sizin üçün əvvəlcədən təyin olunan İsanı, yəni Məsihi göndərsin. Allahın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi kimi, hər şeyin yenilənəcəyi vaxta qədər, İsa göydə qalmalıdır. Musa belə demişdi: "Allahınız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq; hər işdə sizə nə söylərsə onu dinləyərsiniz. Və vaxt olacaq ki, o peyğəmbəri dinləməyən hər adam Allahın xalqından ayrılıb yox ediləcəkdir".

Şəmuel və ondan sonrakılar da daxil olmaqla bütün peyğəmbərlər nə danışdılarsa, bu günləri qabaqcadan xəbər verdilər. Siz peyğəmbərlərin varisləri, həmçinin Allahın atalarınızla kəsdiyi əhdi-peymanın varislərinsiniz. Rəbb İbrahimə belə demişdi: "Yerin bütün xalqları sənin nəslin sayəsində mübarək olacaqlar". Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, qulunu ortaya çıxardıb, əvvəlcə sizin yanınıza göndərdi" ("Həvarilərin işləri", 3/17-26).

Bu ifadələrdə Peter Hz.İsadan "Allahın qulu" deyə bəhs edir və onun bir peyğəmbər olduğunu vurğulayır. O, Hz.İsanın Hz.Musa tərəfindən xəbər verilən bir peyğəmbər olduğunu insanlara çatdırır və onun sözlərində "Allahın oğlu" ifadəsi öz əksini tapmır. Burada həmçinin üçləmə etiqadından və ya Hz.İsanın adına çıxarılan tanrılıq sifətindən (bu ifadədən Allaha sığınırıq) də söhbət açılmır.

Nəsranilərə Göstərilən Təzyiqlər

"Həvarilərin işləri"ndə bəhs edildiyinə görə, o dövrün yəhudi din adamları nəsranilərin təsirindən narahat olmağa başlamışdı. Onların təbliği ətrafa yayıldıqca bu narahatçılıq da artırdı. Həm yəhudi din adamları, həm də onlar tərəfindən qızışdırılan Roma rəhbərləri onları "siyasi yöndən" təhlükəli bir qrup sayıb hədəfə götürdü. Tarixi mənbələrə görə, nəsranilərə qarşı həyata keçirilən təzyiq siyasəti getdikcə gücləndi. Onlar bir neçə dəfə həbs edildilər, qamçılandılar və Hz.İsanın adını dillərinə gətirməmək barədə ciddi xəbərdarlıqlar aldılar. Nəsranilərin tutulması və cəzalandırılması halları eramızın 48-49-cu illərində xeyli artdı. Axırda nəsranilərin başçısı eramızın 62-65-ci illərində tutularaq öldürüldü. Nəsranilərin başqa yəhudilərlə, xüsusilə də qabaqcıl din adamları ilə (səddukilər və fəriseylər) razılaşa bilməməsinin səbəbi İncil mətnlərinə görə, bu din adamlarının "nəsildən-nəslə keçən ənənələrlə Allahın sözünü təsirsiz saymaları" idi ("Mark İncili", 7/13).

Əhdi-Cədidə görə, Hz.İsanın yaxın ailəsinin və həvarilərinin rəhbərliyi ilə yaşayan bu camaatın əsas xüsusiyyəti "bir və tək olan Allaha" inanmaları idi. Nəsranilər üçün Hz.İsa Allahın elçisi idi. Üçləmə inancı isə onlar üçün heç nə ifadə etmirdi. Onlar üçün vacib olan məsələ Hz.İsanın gətirdiyi ismarıc idi. Həmçinin nəsrani yazılarında - məsələn, Əhdi-Cədiddəki "Yaqubun məktubu"nda - həmişə Allaha imana çağırılır və daha çox iman məsələlərinin üzərində dayanılır.

48-49-cu illərdə Yəhudanın romalı valisi çox sayda nəsranini çarmıxa çəkmişdi. Romaya qarşı baş verən bütün üsyanlarda nəsranilərin də iştirak etməsi fikri qəbul olunurdu. Təzyiq 50-ci illərdə də davam etdi. Nəsrani qrupları 65-ci ildə Qüdsdən çıxdı və Mesopotamiyaya tərəf köçdülər.

"Azğınlar" Və Ebionlar

Nəsranilər II əsrdən etibarən kilsə rəhbərlərinin yazılarında "azğın" məzhəb kimi qeyd edilməyə başladılar. Kilsənin nüfuzlu adamlarından biri olan Yustin Martyr (Castin Martir) 150-ci ildə qələmə aldığı bir yazıda Hz.İsanı Məsih kimi tanıyan, ancaq onu yenə də adi insan sayan, yəni "Tanrının oğlu" (bundan Allaha sığınırıq) kimi qəbul etməyən bir məzhəbdən bəhs etmişdi. Martyr bu məsələni də vurğulamışdı; bu insanlar üçləməni müdafiə edən qruplar tərəfindən pislənirdi və iki tərəfin arası da çox pis idi.13

Bundan təxminən yarım əsr sonra isə katolik rahib İrenaeus "Adversus Haereses" ("Azğınlara cavablar") adlı bəyanat yaydı. İrenaeusun ən çox təhqir etdiyi "azğın"ların başında "Ebionim" kimi qeyd etdiyi bir camaat gəlirdi. "Ebionim" sözü ibrani dilindəki "ebion" sözünün cəmi idi və "kasıblar" mənasına gəlirdi.

İrenaeusa görə, ebionlar camaatının "azğın" olmasının səbəbi isə Hz.İsanın adi insan olması ilə bağlı etiqadları idi. Yenə İrenaeusa görə, onlar yəhudi hökmlərinin bütün qaydalarına həssaslıqla tabe olur, digər tərəfdən dörd İncildən ancaq "Matta İncili"ni qəbul edirdilər.14 Yazılı mənbələrdə bəhs edilən ebionların nəsranilər olmsaı aydınlaşır. Kilsə rəhbərləri "ebion" və "nəsrani" sözlərindən həmişə eyni camaatı ifadə etmək üçün istifadə ediblər. Məsələn, IV əsrin axırlarında Epiphanius (Epifanius) adlı bir kilsə yazarı bir yazısında "nəsrani" və "ebion" sözlərini eyni mənada və eyni camaatı ifadə etmək üçün sinonim kimi işlədirdi. Epiphaniusa görə, bu qrupun "azğınlığı" Hz.İsanın "tanrı" olduğunu rədd etmələrindən və onu sadə bir insan kimi tanımalarından qaynaqlanırdı. Epiphanius bu adamların kilsənin təsdiq etdiyi Əhdi-Cədid kitablarından yox, bu kitabların "fərqli variantlarından" istifadə etdiklərini də vurğulayırdı.15

Ebionların Hz.İsanı bir insan kimi qəbul etməsi, onun adına tanrılıq nisbət etməməsi 2003-cü il dekabr ayının 22-də "Time" Yurnalında dərc edilən "The Lost Gospels" ("İtmiş İncillər") sərlövhəli bir məqalədə belə vurğulanırdı:

"Ebionlar Hz.İsaya inanır, ancaq (tədqiqatçı) Ehrmanın bildirdiyinə görə, "onu müqəddəs yəhudi kitabında vəd edildiyi kimi "yəhudilərə göndərilən yəhudi Məsihi"" kimi qəbul edirdilər. Ebionların inandığı Hz.İsa üçləmənin bir hissəsi deyildi. Onun bir insan olduğunu və özünəməxsus cəhətinin yəhudi şəriətini təkmilləşdirmək olması fikrini müdafiə edirdilər".16

Qüdsdən ayrılan nəsranilər Suriya tərəfə köç etdilər və sonrakı bir neçə əsr ərzində Mesopotamiyada yaşamağa davam etdilər. Ancaq nəsranilər bir icma olaraq bu bölgədə yaşasa da nəsrani təlimləri getdikcə yayıldı və daha uzaq coğrafiyalara çatdı. Romanın Katolik kilsəsinin təsirinin gəlib çatmadığı bölgələrdə xristianlığın ən azı ilk dörd əsrində nəsrani inancına sahib olan müxtəlif xristian məzhəbləri ortaya çıxdı. Nəsrani təliminə sahib çıxan yaxud da ən azı bu təlimdən təsirlənən adıçəkilən müxalif xristian cərəyanlarının ən məşhuru əvvəlki hissələrdə üzərində dayandığımız İskəndəriyyə yepiskopu Ariusun adı ilə xatırlanan "ariusçuluq" hərəkatı idi.

 

İqtibaslar

11. "Nəsrani" ifadəsi Əhdi-Cədidin "Həvarilərin İşləri" kitabında qeyd edilir. Burada yəhudilər Hz.İsanın tələbələrini ifadə etmək üçün "nəsrani təriqəti" ifadəsini işlədirlər (24:5). Bu ifadə həmin dövrə aid olan yəhudi və xristian mənbələrində də qeyd edilir.

12. Tövratda Hz.Musanın belə dediyi yazılıb: "Allahınız olan Rəbb sizə, öz qardaşlarınızın arasından mənim kimi bir peyğəmbər çıxaracaq. Onun sizə söyləyəcəyi hər sözü qulaq asın. Həmin peyğəmbərə qulaq asmayan hər kəs Tanrının xalqından qoparılıb məhv ediləcəkdir" ("Təsniyə", 18/15).

13. Michael Baigent, Richard Leigh, Nenry Lincoln, "The Messianic Legacy", s.136

14. Irenaeus, Adversus Naereses, 1:26; Michael Baigent, Richard Leigh, Nenry Lincoln, "The Messianic Legacy", s. 136.

15. Erirhanius. Contra Octoaginta Naereses, xxx, s. 45; Michael Baigent, Richard Leigh, Nenry Lincoln, The Messianic Legacy, s. 137

16. David van Biema, The Lost Gosrels, Time, 22 dekabr 2003.

6 / total 9
"Harun Yəhyanın İslam Və Xristianlıq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top