< <
9 / total: 9

Nəticə

Kitab boyunca ortaya qoyduğumuz həqiqət Hz.İsanın gətirdiyi dinin "Allaha bir və tək şəklində iman gətirən haqq din" olmasıdır. Ancaq bu mübarək insanın təbliği onun Allah dərgahına yüksəldilməsindən sonra dəyişdirilib, həqiqi xristianlığın yerinə "üçləmə və kəffarə kimi" batil fəlsəfələri əsas götürən yeni bir inam meydana gətirilib. Və bu inam insanlara "heç fikirləşmədən, mühakimə etmədən, araşdırmadan" qəbul edilməsi vacib olan "mütləq bir qanun" kimi təqdim edilib.

Ancaq insanlar məclislərdə "səs çoxluğu" ilə qəbul edilən bu səhv etiqadları artıq saf-çürük və mühakimə etməyə başlayıblar. Keçmişdə üçləmə etiqadı haqqında şübhələrini söyləyənlər inkvizisiya məhkəmələrinə çıxarılıb edam cəzalarına məhkum edildikləri halda bu mübahisələr artıq indi cinayət işi olmaqdan xeyli uzaqdır. Əsrlər boyunca barəsində danışılmayan və mübahisə mövzusu olmayan üçləmə etiqadının xristianların müqəddəs mətnlərində mövcud olmaması, bu inamın xristianlığa Hz.İsadan 3 əsr sonra əlavə edilməsi imkan düşdükcə dilə gətirilməyə başlanıb. Kitabda da nümunələrini gördüyümüz müxtəlif ilahiyyatçılar, müəlliflər, tədqiqatçılar insanlara həqiqi xristianlığı başa salırlar. Üçləmə inancını rədd edən müxtəlif müstəqil kilsələr də dünyanın dörd bir tərəfində insanlara üçləmə etiqadı haqqındakı həqiqətləri vəz edir. Bu proseslərin son dövrlərdə də sürətlənməsinin isə çox mühüm bir səbəbi var: xristianlığın bütün səhv inanclardan təmizlənərək öz mahiyyətinə qayıdacağı vaxt yaxınlaşıb.

İçində yaşadığımız axırzaman bütün iman sahibləri üçün çox mübarək və müYdəli bir dövrdür. Çünki Rəbbimiz iki min ildən sonra axırzamanda elçisini yenidən dünyaya göndərəcəyi ilə müYdələyib. Bu elçi Hz.İsadır. Bu, xüsusilə də xristianlar üçün çox əhəmiyyətli bir müYdədir. Çünki iki min ildən bu günədək öz təməlindən uzaqlaşan xristianlığı özünə qaytara biləcək yeganə şəxs Hz.İsadır.

Qur’an ayələrində Hz.İsanın yer üzünə ikinci dəfə gəlişi bizə müxtəlif əlamətlərlə bildirilir. Peyğəmbərimizin (s.ə.v.) də "Allaha and olsun ki, əlbəttə və əlbəttə, Məryəm oğlu İsa gələcəkdir, həm adil bir hakim, həm də ədalətli bir hökmdar olaraq gələcək..." ("Səhihi Müslim bi şərhin-Nəvəvi", 2-ci cild, s.192) kimi bir çox hədisində Hz.İsanın gələndə edəcəklərindən və həmin dövrün xüsusiyyətlərindən müxtəlif nümunələrlə bəhs edilir. Hədislərdə bildirildiyinə görə, Hz.İsa gələndə xristianlığı əvvəlki vəziyyətinə qaytarandan sonra dünyada hakim olan inkarçı sistemi aradan qaldıracaq və bundan sonra insanlar axın-axın din əxlaqına uyğun yaşamağa başlayacaqlar. Həqiqi din əxlaqına uyğun yaşanması insanlara həm mənən, həm də maddi cəhətdən səadət və əmin-amanlıq gətirəcəkdir. Dünyadakı bütün xaos, iğtişaş və qarşıdurmalar bitəcək, bütün ziddiyyət və anlaşılmazlıqların hamısı sülh yolu ilə həll ediləcək. Əxlaqi tənəzzüldən irəli gələn narahatlıq, təşviş və qorxular öz yerini əmin-amanlığa, təhlükəsizliyə və dincliyə buraxacaqdır. Ədalət bütün dünyada hakim olacaq, insanlar dünyanın hansı yerinə getsələr, orada yalnız gözəllik, zənginlik, rifah və bərəkətlə qarşılaşacaqlar.

Bütün iman gətirənlər kimi bizim də arzumuz odur ki, Rəbbimiz bizi Hz.İsa ilə rastlaşma şərəfinə nail etsin və onun gəlişindən əvvəlki dövr olan bu zamanda mübarək qonağımızı qarşılamaq üçün ən gözəl hazırlığı yerinə yetirməyimizi bizə nəsib etsin.

Arzumuz xristianların da İncildə "...Sizdən göyə aparılan bu İsa göyə qalxdığını necə gördünüzsə, eyni cür geri qayıdacaqdır" ("Həvarilərin işləri", 1/11) şəklində xəbər verilən bu müYdə ilə sevinmələri və üçləmə yanlışlığını dərk edib Allaha üz tutmalarıdır.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

 

9 / total 9
"Harun Yəhyanın İslam Və Xristianlıq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top