Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 34

Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti

1- Dövrün İmamini Qəbul Etmədən Ölən, Cahiliyyə Ölümü Əsasinda Ölər

Fuzeyl ibn Yəsar belə deyir: İmam Məhəmməd Baqirin belə buyurduğunu eşitdim: "Hər kim zamanının imamını tanımadan ölsə cahiliyindən ölər. Hər kim imamını tanısa Qaim (hz. Mehdi) əleyhissalamın zühurununa erkən və ya gec olması, onun üçün fərq etməz. Hər kim imamını tanıyaraq ölsə Qaim (hz. Mehdi) əleyhissalamın çadırında olanlar kimidir". (Gaybetul Numani, səh. 407)

2- Digər İmamlari Qəbul Edib Hz. Mehdi (ə.s)-ı İnkar Edən, Bütün Peyğəmbərləri Qəbul Edib Hz. Məhəmməd (s.ə.v)-i İnkar Etmiş Kimi Olar.

On birinci İmam Həsən Əskəri dedi ki: "Allahın peyğəmbərindən sonrakı imamları qəbul edib Mehdi (ə.s)-ı inkar edən adam, bütün peyğəmbərləri qəbul edən, amma Məhəmməd (s.ə.v)-i rədd edən adam kimidir. Hər kim Allahın peyğəmbərini (Məhəmməd (s.ə.v)-i) inkar etsə Allahın bütün peyğəmbərlərini inkar etmiş olar. Bizim sonuncumuza itaət etməyiniz birincimizə itaət etməyiniz kimidir və sonuncumuzu inkar etməyiniz birincimizi inkar etməyiniz kimidir. Diqqət edin! Doğrusu Mehdi üçün Allahın qoruduqlarını çıxmaqla, bütün insanların şübhəyə düşəcəyi qeyb olacaqdır". (Ithbatu'l-hudat, Şeyh Hurr el-Amili, səh. 427)

3- Peyğəmbərimiz (s.ə.v): "Mehdini İnkar Edən Məni İnkar Edər"- deyə Buyurmuşdur.

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Qaim, (qiyam edən Mehdi) mənim övladlarımdandır. Adı, mənim adım, ləqəbi mənim ləqəbim, xasiyyəti mənim xasiyyətim və davranışları da mənim davranışlarım olacaqdır. İnsanları mənim dinimə çağıracaqdır, Allahın Kitabına dəvət edəcəkdir. Ona itaət edən, mənə itaət edər. Ona üsyan edən mənə üsyan edər. Zühurundan əvvəl onu inkar edən məni inkar etmişdir. Onu təkzib edən (inkar edən) məni təkzib etmişdir. Onu təsdiq edən, məni təsdiq etmişdir. Onu (hz. Mehdini) təkzib edənlərdən (inkar edənlərdən), onun (hz. Mehdinin) haqqındakı sözlərimi inkar edənlərdən və ümmətimi azdıranlardan Allah yanında şikayət edəcəyəm. Zalımlar yaxında işlərinin nəticəsini görəcəklər". (Bihar-ul Envar, 51-ci cild, səh. 73)

Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: "Övladlarımdan olan Mehdini inkar edən məni inkar etmişdir." (Bihar-ul Envar, 51-ci cild, səh. 73)

4- Hz. Mehdi (ə.s)-ı Gözləmək İbadətdir.

Qaimimiz Mehdi (ə.s)-ın yoldaşları arasında olmağı ümid edən kəslər onu gözləməli, şəfqətli və yaxşı davranışları mənimsəməlidir. (İmam Mehdi Haqqında Suallar və Cavablar, Seyid Hüseyn Hüseyni)

Əmir əl-Möminin Əli, Rəsulullah (s.ə.v)-dən belə nəql edir: "İbadətlərin ən üstünü Mehdi (ə.s)-in zühurunu gözləməkdir". (Yenabi'ul- Mevedde, səh. 493. el-Mehdi, səh. 201)

5- Allah, Meracda Peyğəmbərimiz (s.ə.v)-ə Hz. Mehdi (ə.s)-ı Göstərmiş və Hz. Mehdi (ə.s)-ı Sevdiyini Söyləmişdir.

Abdullah ibn Ömər ibn Xəttabdan, Rəsulullah (s.ə.v) belə buyurdu: “Mirac gecəsi Allah Azzə və Cəllə mənə belə vəhy etdi: "Ey Məhəmməd! Onları görmək istəyirsənmi? İstəyirəm, ya Rəbbim!" dedim.

Belə buyurdu: "Elə isə bir az get. Bir az getdikcə Əli ibn Əbu Talibi gördüm. Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və hüccəti Qaimi (Hz. Mehdi (ə.s)-ı) gördüm. Mehdi onların içində parlayan ulduz kimi idi. Dedim ki: "Ey Rəbbim! Kimdir bunlar?"

Belə buyurdu: "Onlar imamlardır. Bu da Qaim (Mehdi)-dir. Halalımı halal edəcək, haramımı isə haram edəcəkdir. Düşmənlərimdən də intiqam alacaqdır. Ey Məhəmməd, onu sev, çünki mən onu sevirəm, onu sevəni də sevirəm". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh.97)

6- Heç Bir Şey Müsəlmanlari Hz. Mehdi (ə.s)-a Tabe Olmaqdan Saxlamamalidir.

Heç bir şey səni ona beyət etməkdən (onun tələbəsi olmaqdan, ona tabe olmaqdan) saxlamasın, sənə mane olanlar həmişə fitnəyə sığınanlardır. Əgər danışsalar şər danışarlar, əgər susarlarsa fasid və fasiqdirlər". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 252)

7- Müsəlmanlar Ən Çətin Şərtlərdə Belə Olsa Hz. Mehdi (ə.s)-ı Axtarmaqla Məsuliyyət Daşiyirlar.

Sizdən ona (hz. Mehdi (ə.s)-a) kim çatsa, qar üzərində sürünərək da olsa ona gəlsin. Ona qatılsın. Çünki o, hz. Mehdi (ə.s)-dır.

(İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, cild: VII, səh. 527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.14)

Allah Elçisi (s.ə.v) Huzəyfətül-Yəmani, "Bu sülhdən sonra nə olacaq?" deyərkən belə buyurmuşdu: "Dəlalətə dəvət ediləcəkdir. Məhz sən o gün bir xəlifə (hz. Mehdi (ə.s)) gördüyündə ağacın kökünü dişləyərək də olsa (yəni aclıqdan çox çarəsiz hala düşsən də) ölənə qədər ona tərəf qaç". (Ebu Avane, Müsned, 4:476)

8- Peyğəmbərimiz (s.ə.v): “Hz. Mehdi (ə.s)-ı Tərk Etmək, Allahi Tərk Etməkdir”–deyə Buyurmuşdur.

… Bu ümmətin Mehdisi də bizdəndir. Məndən sonra onlara sarılan şübhəsiz ki, Allahın qopmaz ipinə sarılmışdır. Onları (Mehdi (ə.s) və camaatını) tərk edən isə Allahı tərk etmiş sayılar.

 

3 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top