Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 34

Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi)

9- Hz. Mehdi (ə.s)-ın Soy Ağacini Peyğəmbərimiz (s.ə.v) Açiqlamişdir.

Mufaddil dedi: "Ey Mövlam! Hz. (Mehdi (ə.s))-ın zühuru necədir?" (Sadiq) dedi: "Ey Mufaddil! Ortaya çıxmaq üçün şübhəli zühur edər, adı yayılar, əmri bilinər, adı ilə və ləqəbi ilə xatırlanar, nəsəbi açıqlanar, qəbul edən və etməyən, sınayaraq inkar edənlərin dilinə düşər ki, bəhs edilən sübutlara uyğun gəlsin və onun üçün dəlillərimiz isbat edilsin, soyunu, adını və ləqəbini ifadə etdik ki, insanlar adını, soyunu və ləqəbini bilmirik deməsinlər deyə babası Peyğəmbər (s.ə.v)-in adını verdik". (Bihar-ül Envar, 53-cü cild)

10- Peyğəmbərimiz (s.ə.v)-in Soyundandir

Qiyamətin qopması üçün vaxtdan yalnız bir gün qalsa da, Allah (cc) mənim Əhli- Beytimdən (soyumdan) bir şəxsi (hz. Mehdi (ə.s)-ı) göndərəcəkdir. (Sünen-i Ebu Davud, 5/92)

Hz. Mehdi (ə.s) ilə müjdələnin. O Qureyşdən və Əhli-Beytimdən olan bir kəsdir. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)

Mənim Əhli-Beytimdən bir şəxs (Hz. Mehdi (ə.s)) bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz. (En-Necmu's Sakıb, Ukayli)

Bütün peyğəmbərlər bir-birinin soyundandır. Hz. Mehdi (ə.s) da hədislərin ifadə etdiyinə görə bu soydan gəlir. Xalq arasında bu soydan gələnlərə "seyid" deyilir. Hz. Mehdi (ə.s) da seyid olacaqdır.

Allah Quranda bir-birlərinin soyundan gələn elçilərdən bəhs edir. Bu ayələr hz. Mehdi (ə.s)-ın da eyni soydan gələcəyinə işarə edir.

Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah Eşidəndir, Biləndir. (Ali İmran surəsi, 33- 34)

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (Bəqərə surəsi, 128)

Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 87)

11- Hz.Mehdi (ə.s) Hz. Əli (ə.s)-ın Soyundandir.

Hz. Əli ibn Əbu Talib belə buyurur: "Vəd edilmiş Mehdi bizdən olacaq və Axırzamanda zühur edəcəkdir. Heç bir millət arasında ondan başqa gözlənilən bir Mehdi yoxdur". (Isbat-ül Hüdat, 7-ci cild, səh.148)

12- Hz. Həsənin Soyundandir

"Hz. Mehdi Fatimənin övladlarındandır və Həsənin soyundandır". (Ebu Davud, Hz. Mehdi, 1)

Hz. İmam Əli Naqi belə buyurmuşdur: "MƏNDƏN SONRA OĞLUM HƏSƏN İMAMDIR VƏ HƏSƏNDƏN SONRA DA ƏDALƏTİ BÜTÜN DÜNYANI ÖRTƏCƏK OLAN OĞLUM MEHDİDİR". (Isbat-ül Hüdat, 6-cı cild, səh.275)

 

4 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top