Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
6 / total: 34

Hz. Mehdi (ə.s) və İstanbul

22- İstanbulu Mənəvi Cəhətdən, Elmlə Fəth Edəcəkdir

Hz. İbni Əmr (r.ə)-dən rəvayət edilmişdir:

Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: "Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz, (altıncısı) MƏDİNƏNİN (ŞƏHƏRİN) FƏTHİDİR".

Deyildi ki: “Hansı Mədinə? (Hansı şəhər?)”

Buyurdu ki: “Konstantinopol (İstanbul)”. (Medineli Allâme Muhammed ibn Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, 204 Ramuz-el Ehadis, 296)

Nuaym ibn Hammad, Əbu Cəfərdən belə rəvayət etmişdir: "… Zülmə və zalımlara mane olacaq, ölkələr düzələcək, CƏNABI HAQQ ONA İSTANBULU (MƏNƏVİ) FƏTH ETDİRƏCƏKDİR". (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali ibn Ebi Talib Ale't-Temam ve'l kamal")

ALLAH KONSTANTİNOPOLU (İSTANBULU) ÇOX SEVDİYİ DOSTLARININ ƏLİ İLƏ FƏTH EDƏCƏK... Onlardan xəstəliyi və kədəri qaldıracaqdır. (Kıyamet Alametleri, səh. 181)

23- Olduğu Yerdə Çoxlu Sayda Bayraq Olacaqdir

Konstantinopolun fəthi ərəfəsində SƏHƏR NAMAZI ÜÇÜN DƏSTƏMAZ ALARKƏN BİR BAYRAQ SANCACAQDIR, dəniz ikiyə ayrılaraq su mənbəyindən uzaqlaşacaq və açılan yolla gedən hz. Mehdi qarşı sahilə keçəcəkdir. Sonra BİR BAYRAQ DAHA SANCACAQ və deyəcək ki, "Ey insanlar, ibrət götürün. Dəniz Bəni-İsrailə necə yol verdisə, bizə də eləcə yol verdi". (El-Kavlü'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, səh. 57)

24- Hz. Mehdi (ə.s)-ın Müqəddəs Əmanətlərlə Çixmasi İstanbuldan Çixacağina İşarədir

Abdullah ibn Surəfədən rəvayət edildi ki: "HZ. MEHDİ (ə.s) İLƏ BİRLİKDƏ, BƏZƏDİLMİŞ BİR HALDA PEYĞƏMBƏRİMİZ (s.ə.v)-iN BAYRAĞI OLACAQDIR".  (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 65)

Əlamətlərə gəlincə, ONUNLA BİRLİKDƏ ALLAH RƏSULU (s.ə.v)-iN KÖYNƏYİ, QILINCI VƏ BAYRAĞI OLACAQDIR. O bayraq ki, Peyğəmbər (s.ə.v)-in vəfatından bu günə qədər heç açılmamışdır... (Kıyamet Alametleri, səh. 164)

25- Bədiüzzaman Həzrətləri Də Hz. Mehdi (ə.s)-ın İstanbuldan Çixacağini Söyləmişdir

Mehdi kimi şəxs haqqındakı rəvayətin anlaşılmazlığı və sirri budur ki: Hədisi təfsir edənlər, hədis mətni təfsirlərindən və gizli mənalardan istifadə etmişlər. Məsələn: Mərkəzi səltənət o vaxt Şamda və ya Mədinədə olduğundan, hadisələri Mehdiyə və ya Süfyanilər mərkəzi səltənətinin ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək təfsir etmişlər. Həm də o adamların şəxsi-mənəvisinə və ya təmsil etdikləri camaata aid böyük əsərlər o adamı təsəvvür edərək elə təfsir etmişdilər ki, O MÖCÜZƏLİ ŞƏXS çıxdığı vaxt bütün xalq onları tanıyacaq. Halbuki, demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılar, lakin ixtiyarı əlindən alınmaz. ELƏ İSƏ O ŞƏXS, hətta  dəccal da çıxdığı zaman çoxları, hətta özü də əvvəl dəccal olduğunu bilməz. Bəlkə iman nurunun diqqəti cəlb etməsi ilə, O AXIRZAMAN  TANINA. (Sözler, səh. 344)

Bədiüzzaman Həzrətləri, sonuncu səltənət və xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi (ə.s) ilə əlaqədar hadisələrin də bu şəhərdə reallaşacağını bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərini açıqlayanlar, o dövrlərdə səltənətin mərkəzi Bəsrə, Şam, Kufə kimi yerlərdə olduğu üçün hz. Mehdi (ə.s) ilə əlaqədar hadisələrin bu ərazilərdə baş verəcəyini düşünmüşdürlər. Ancaq Bədiüzzaman, son səltənət və xəlifəliyin mərkəzi İstanbulda olduğu üçün hz. Mehdi (ə.s) ilə əlaqədar hadisələrin də bu şəhərdə baş verəcəyini bildirmişdir. Bu ifadələrlə Bədiüzzaman Axırzamanla əlaqədar rəvayət və şərhlərin daha yaxşı başa düşülməsini təmin edir.

 

6 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top