Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
8 / total: 34

Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi

35- Hz. Mehdi (ə.s)-ın Kim Olduğu Allah Qatinda Müəyyəndir

... Ey Allahın qulları, Allahdan qorxun. MEHDİ (ə.s) ZÜHUR EDİNCƏ, HƏR ŞEYİ BURAXIB MÜMKÜN OLAN HƏR VƏSİLƏ İLƏ ONA DOĞRU QAÇIN. ÇÜNKİ O ALLAHIN XƏLİFƏSİ VƏ MƏNİM QƏYYUMUMDUR. . (Bihar-ul Envar, 51-ci cild, səh.65; Isbat-ul Hüdat, 6-cı cild, səh. 382)

36- Allah Hz. Mehdi (ə.s)-ı Mütləq İnsanlara Tanidacaqdir

Əbu Abdullah (İmam Cəfəri Sadiq) buyurdu ki: "Ey Hişam! Mənə Əmir ibn Ubeydəyə  nə etdiyini və ona necə bir sual verdiyini xəbər ver". Hişam (verilən bu sual əsasında Əmir ibn Ubeyd ilə aralarında keçən dialoqu izah etdi.) Dedi ki: "Yoxsa Allah, ürəyi, bədənin digər orqanlarının şübhələrini aradan qaldırmaq üçünmü var etmişdir?" (Əmir ibn Ubeyd) Dedi ki: "Bəli!". Hişam dedi ki: "Allah Təbarəkə və Təala sənin bədəninin orqanlarını özbaşına buraxmamış, onlara doğrunu aydınlaşdıran, şübhəli məsələlərlə əlaqədar qəti inancı bildirən bir imam yaratmışdır. BUNU EDƏN ALLAHDIR, BÜTÜN İNSANLARI, TƏƏCCÜB, ŞÜBHƏLƏR VƏ İXTİLAFLAR İÇƏRİSİNDƏ BURAXARMI? ONLAR ÜÇÜN MÜRACİƏT EDƏCƏKLƏRİ, ŞÜBHƏLƏRİNƏ CAVAB VERƏCƏK, TƏƏCCÜBLƏRİNİ ARADAN QALDIRMASI ÜÇÜN SIĞINACAQLARI BİR İMAM TƏYİN ETMƏZ Mİ? SƏNİN ORQANLARININ TƏƏCCÜBÜNÜ VƏ ŞÜBHƏLƏRİNİ ARADAN QALDIRMAQ ÜÇÜN MÜRACİƏT EDƏCƏYİ BİR İMAM TƏYİN EDƏRKƏN, BÜTÜN İNSANLARI TƏƏCCÜB VƏ ŞÜBHƏLƏR İÇƏRİSİNDƏ UNUDARMI?". Əbu Abdullah (İmam Cəfəri Sadiq) güldü və belə dedi: "Ey Hişam! Bunları sənə kim öyrətdi? Dedim ki: "Bunları səndən öyrənərək bir araya gətirdim". İmam buyurdu ki: "Allaha and içərəm ki, bu, İbrahim və Musanın səhifələrində olan həqiqətlərdir". (Usul-i Kafi, Yakub ibn İshak El Kuleyni, 1-ci cild, səh. 229

37- Hz. Mehdi (ə.s)-ın Zühurunda Şübhə Yoxdur

Əbu Həmzə-i Somalidən: Bir gün İmam Məhəmməd Baqirin yanında oturmuşdum. Yanındakılar dağılıb getdikdən sonra mənə belə buyurdu: "EY ƏBU HƏMZƏ! ALLAHIN YANINDA DƏYİŞMƏYƏCƏK OLAN QƏTİ HÖKMLƏRDƏN BİRİ MEHDİMİZİN QİYAMIDIR…" (Şeyh Muhammed ibn.  İbrahim-i Numani, Gaybet-i Numani səh. 90-91)

38- Hz. Mehdi (ə.s) Səhabə Zamaninda Belə, Şövqlə Gözlənilmişdir

Hakem ibn Üyeynə: "Məhəmməd ibn Əliyə dedim ki: "SİZİN ƏHLİ-BEYTDƏN BİRİNİN (HZ. MEHDİ (ə.s)-ıN) QİYAM EDƏCƏYİNİ VƏ HƏR YERİ ƏDALƏTLƏ DOLDURACAĞINI EŞİTDİK. GÖRƏSƏN DOĞRUDURMU?" BUNDAN SONRA, "BİZ DƏ ÜMİD İÇİNDƏ ONU GÖZLƏYİRİK" DEDİ. (El-Havi, 2-ci cild, səh. 155)

39- İnsanlar Hz. Mehdi (ə.s)-ı Gözləməklə və Axtarmaqla Məsuldurlar

İmam Məhəmməd Taqi Əbdülazim Hasaniyə belə buyurdu: "QAİM, VƏD EDİLMİŞ MEHDİDİR. GİZLİ ZAMANINDA ONU GÖZLƏMƏK, ZÜHUR ETDİKDƏ DƏ ONA İTAƏT ETMƏK LAZIMDIR... Allaha and olsun ki, əgər qiyamətin qopmasına bir gün belə qalsa, Allah Mehdi zühur etsin və yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun deyə o günü uzadar..." (Bihar-ul Envar, 51-ci cild, səh.156; Isbat-ül Hüdat, 6-cı cild, səh. 420 

40- Allah Dünyanin Son Günü Belə Olsa, Hz. Mehdi (ə.s)-ın Zühuru Üçün O Günü Uzadacaqdir

Mənim Əhli-Beytimdən bir şəxs (hz. Mehdi (ə.s)) bütün dünyaya hakim olana qədər GÜNLƏR VƏ GECƏLƏR GETMƏZ. (En-Necmu's Sakıb, Ukayli ) ƏGƏR DÜNYADA BİR GECƏ BELƏ QALSA, ALLAH ONU UZADAR və Əhli-Beytimdən birini (hz. Mehdi (ə.s)-ı) məlik edərdi. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 10)

DÜNYADA BİR GÜN QALSA BELƏ (QİYAMƏT QOPMADAN) ALLAH O GÜNÜ UZADACAQ, adı adıma, atasının adı da atamın adına uyğun ƏHLİ-BEYTİMDƏN MÜTLƏQ BİR KİMSƏ (HZ. MEHDİ (ə.s)) GƏLƏCƏKDİR.... (Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani 5-ci cild, səh. 365)

41- İman Edənlərlə Münafiqlərin Tamamilə Ortaya Çixmasindan Sonra Hz. Mehdi (ə.s) Zühur Edər

Süleyman ibn Bilal deyir ki: "İmam Cəfəri Sadiq atasından, o da babasından nəql edir ki, hz. Hüseyn belə buyurdu: Bir gün bir nəfər Əmir əl-möminin Əlinin yanına gələrək: "Ey Əmir əl-möminin! Bizə bu Mehdinizdən bəhs edərsənmi?"―deyə ifadə edincə belə buyurdu: "GETMƏSİ LAZIM OLANLAR GEDİB MÖMİNLƏR AZALDIĞINDA VƏ FİTNƏÇİLƏR GETDİYİNDƏ MƏHZ ORADA (YƏNİ UZAQ BİR YERDƏ ZÜHUR EDƏCƏKDİR)". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh.250)

 

8 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top