Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
14 / total: 34

Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr

Döyüşlər

226- Yer Üzündən Sülh Götürülər

Bütün ürəklərin içinə fəsad düşdüyü üçün xalqın bir qismi digəri ilə danışaraq sülh və ittifaq göstərişləri edərlər. Lakin ürəklərində SÜLH İLƏ İTTİFAQA MÜXALİF BİR VƏZİYYƏT OLDUĞU BİR DÖVR GƏLMƏDİKCƏ QİYAMƏT QOPMAZ (ÖlümKıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no.701)
 


227- Döyüşlərlə Böyük Şəhərlər Yox Olar

BÖYÜK ŞƏHƏRLƏR DÜNƏN SANKİ YOXMUŞ KİMİ MƏHV OLAR. (Kitab-ül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)
 


228- Əfqanistan İşğal Edildi

TALİKANA (ƏFQANISTANA) TƏƏSSÜF OLDU. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır... (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 59)

Talikana təəssüf oldu...

Hədisdə Əfqanıstanın hz. Mehdi (ə.s) zamanında işğal ediləcəyinə işarə edilir. Rusların Əfqanıstanı işğal etdiyi 1979-cu ili hicri 1400-cü ilə, yəni hicri 14-cü əsrin başlanğıcına uyğun gəlir. Bildiyimiz kimi hədislərdə hz. Mehdi (ə.s)-ın əsrin əvvəllərində çıxacağı xəbər verilmişdir. Hz. Mehdi (ə.s)-la əlaqədar digər bir çox əlamətin də hicri 1400 və hicri 14-cü əsrin əvvəlində reallaşması bu tarixlərin hz. Mehdi (ə.s)-ın çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərir.

Orada qızıl və gümüş olmayan xəzinələr vardır...

Rəvayətin bu hissəsində Əfqanıstanın maddi zənginlik qaynaqlarına diqqət çəkilir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərlə işlədilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri təsbit edilmişdir.

229- Azərbaycan İşğal Edildi

AZƏRBAYCANDAN MÜTLƏQ BİR ALOV ÇIXACAQ VƏ HEÇ BİR ŞEY ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY BAŞ VERDİKDƏ EVİNİZDƏ OTURUN...  ...  (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 311)

230- Azərbaycanda Böyük Bir Döyüş Yaşandi

Əbu Abdullah [Cəfər Sadiq] belə buyurdu: "AZƏRBAYCANDA HEÇ NƏYİN QARŞISINDA DAYANA BİLMƏYƏCƏYİ BİR ATƏŞ ZÜHUR EDƏCƏK. Belə olduğu zaman evlərinizdən çıxmayın və bizim olduğumuz yerdə olun. Hərəkət edicimiz hərəkətə keçdiyində isə bir addım da olsa ona tərəf qaçın. Allaha and içirəm ki, onu Kəbə və məqam arasında görür kimiyəm...".  (Muhammed ibn İbrahim Nu’mânî, Kitâbü’lGaybe (Tahran, 1397), səh.263. [İSAM demirbaş no: 016351])

231- İran-İraq Döyüşü

Faris cəhətdən gələn bir qövm belə deyəcək: "Ey Ərəblər! Siz çox fanatizmə qaçdınız! Siz bunlara lazımi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq... Bir gün onlara, bir gün də sizlərə verilsin və qarşılıqlı sözlər verilsin..." Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı yazıya enəcəklər... Müşriklər digər tərəfdəki (Rakabə) deyilən qapqara olan çayın kənarında dayanacaqlar... ARALARINDA DÖYÜŞ OLACAQ: Allah hər iki ordudan zəfəri qaldıracaq... (Kıyamet Alametleri, El Berzenci, səh. 179)

- Faris tərəfdən gələn: İran tərəfindən gələn

- Faris: İran - İranlı (Böyük Lüğət)

- Yazıya enəcəklər: düzənlik, İraq düzənliyi

- Mutık: Bölgədəki bir dağın adı.

- Rakabə: Neft quyularının çox olduğu bölgə.

"Ey Ərəblər! Siz fanatizmə çox qaçdınız! Siz bunların haqqını lazımi kimi tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…"

Hədisin bu hissəsində iki tərəf arasında, həddindən artıq milliyyətçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmazlığa görə, "Yazı"ya eniləcək və döyüş başlayacaq. (Yazı: İraq Düzənliyi)

Allah hər iki ordudan zəfəri qaldıracaq...

Hədisdəki bu ifadənin işarə etdiyi kimi İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticə əldə edilməmişdir. İki tərəfin heç biri qəti üstünlük əldə edə bilməmişdir, yəni heç biri qalib olmamışdır.

Şəvval ayında qiyam Zilqədədə hərb danışıqları, Zilhiccədə isə müharibə baş verəcək. (Kıyamet Alametleri, Berzenci, səh. 166)

Hədisdə ifadə edilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin inkişaf mərhələləri ilə eyni tarixlərə uyğun gəlir:

Şəvval ayında qiyam...

İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 şəvval 1398-ci ildə (8 sentyabr 1976-cı il) baş vermişdir.

Zilqədədə hərb danışıqları və zilhiccədə isə döyüş baş verəcək...

Hicri 1400-cü ildə zilhiccə (1980 oktyabr) ayında İran-İraq arasındakı döyüş artıq başlamışdı.

232- Bir Ordunun İtməsi

BİR ORDU DÖYÜŞ ÜÇÜN GƏLİR, SƏHRAYA GİRDİYİNDƏ BAŞ VƏ SONUNDAKILARI BATAR, ortadakılar da xilas olmaz. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, səh.30)
 


...Ona BİR ORDU GÖNDƏRİLƏCƏK, BUNLAR SƏHRADA İKƏN YERƏ BATIRILACAQLAR. (Müslim'den; Geleceğin Tarihi 4, səh. 31)

233- İraqlilarin Pulunun Yox Olmasi

İraqlıların əlində ölçəcəkləri bir çəki aləti və ALIŞ-VERİŞ EDƏ BİLƏCƏKLƏRİ BİR PUL AZ QALA QALMAYACAQ(Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal,5-ci cild, səh. 45)


234- İraqin Üç Yerə Bölünməsi

İRAQ XALQI ÜÇ YERƏ AYRILARLAR. Bir qismi soyğunçulara qatılar. Bir qismi ailələrini geridə qoyub qaçarlar. Bir qismi döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın.(Fera İdu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
 


235- İraq Xalqinin Şama, Şimala Qaçmasi

Günahsız və təmiz İRAQ XALQI ŞAMA QAÇAR. (Risalet-ül Huruc-ül Mehdi, səh. 210)

236- Bağdad Körpüsünün Bombalanmasi

Möminlərin Əmiri Əli (r.ə)-dən belə nəql edilmişdir: "BAĞDADDA KÖRPÜ SALINDIĞI VƏ QUYRUQLU ULDUZLAR ŞƏRQDƏN DOĞULDUĞU ZAMAN ORDUNUN SÜVARİ BÖLÜKLƏRİ KÖRPÜ ÜZƏRİNDƏ ÖLDÜRÜLƏCƏK". (Muhtasar-u Basair-id Deracat Sayfa:237 ve Et Teşrif Bil Menun Sayfa:367 ve Bihar Cild:41 Səhifə:178)

1. ...QUYRUQLU ULDUZLAR ŞƏRQDƏN DOĞULDUĞU ZAMAN...

Hicri 1406-cı ildə, yəni miladi 1986-cı ildə "Halley" quyruqlu ulduzu, hicri 1430-cu ildə yəni 24 fevral 2009-cu ildə də Lulin quyruqlu ulduzu dünyamızın yaxınlığından keçmişdir. HƏR İKİ ULDUZ DA HƏRƏKƏTLƏRİNƏ ŞƏRQDƏN BAŞLAYIRLAR.

2. ...ORDUNUN SÜVARİ BÖLÜKLƏRİ KÖRPÜ ÜZƏRİNDƏ ÖLDÜRÜLƏCƏK.

TARİX: Aprel 2007-ci ildə Bağdad körpüsü bombalanmışdır. 2007-ci il tarixində Bağdad körpüsündə baş verən bu hadisə, müqavimətçilərə qarşı həyata keçirilmişdir. Hədisdə də müqavimətçilərə xüsusilə diqqət çəkilmişdir.

237- Bağdadin Alovlarla Yox Edilməsi

Axırzamanda BAĞDAD ALOVLARLA YOX EDİLƏR... (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 177)

238- İraqin Yenidən Qurulmasi

..İraqa hücum etmədikcə qiyamət qopmaz. İraqdakı günahsız insanlar Şama doğru sığınacaq yeri axtararlar. ŞAM YENİDƏN QURULAR, İRAQ DA YENİDƏN QURULAR. (Kənzul Ummal, Kitab-ul qiyamə qisim-ul əfal,cild 5, səh. 254)

239- Şərq Tərəfdən Alovun Görünməsi

ŞƏRQDƏN ÜÇ VƏ YA YEDDİ GÜN ARD-ARDA BÖYÜK BİR ALOV ZÜHUR EDƏCƏK, GÖYDƏ QARANLIQ GÖRÜNƏCƏK, GÖYDƏ HƏR ZAMANKI KİMİ OLAN QIRMIZILIĞIN ƏKSİNƏ TAM FƏRQLİ BİR QIRMIZILIQ YAYILACAQ. Yer üzünün duyub anlaya biləcəyi bir dillə nida ediləcək. (Kıyamet Alametleri, səh. 166)

240- Məhəllələr Arasi Döyüşlərin Baş Verməsi

Fərat çayı ilə Dəclə çayı arasında bir şəhər salınacaq və orada Abbas oğullarının səltənətləri qurulacaq. Ora Zavra (yəni Bağdad şəhəridir) deyə adlandırılmışdır... "Ey möminlərin əmiri, Rəsulu Əkrəm oranı nə üçün Zavra adlandırmışdır?". "MÜHARİBƏNİN HƏR TƏRƏFİ BÜRÜYƏCƏYİ VƏ TA UZAQLARA QƏDƏR ÇATDIĞI ÜÇÜN Zavra deyə adlandırılar".  (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 426, no. 776)

"Mənim gördüyüm məhv olmuş yerləri sizlər də görə bilirsinizmi? Mən EVLƏRİNİZİN ARALARINA FİTNƏ VƏ FƏLAKƏT MƏHƏLLƏLƏRİNİ ŞİDDƏTLİ YAĞIŞ SELLƏRİNİN AÇDIĞI YARLAR KİMİ görürəm" ―deyə buyurdu. (Sahih-i Müslim, 4/2221; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 368,

241- Kufədə Qarşidurmalarin Olmasi, Kufə Məscidinin Qübbəsinin və Divarinin Yixilmasi

Ondan "(hz. Mehdi (ə.s)) nə vaxt çıxacaq?" deyə soruşdum. O dedi: "İraqın Anbar vilayətində, Fərat ilə Şiraz və Dəclə sahilində ordular gördüyündə KUFƏNİN QÜBBƏSİ YIXILDIQDA, KUFƏDƏ BƏZİ EVLƏR YANDIQDA, BÜTÜN BUNLARI GÖRDÜYÜN ZAMAN ALLAH DİLƏYİNİ HƏQİQƏTƏN REALLAŞDIRACAQ, heç kim Allahın əmrinə mane ola və hökmünü dəyişdirə bilməz". (Falahi Ssa'il: 199; ve El-Misbaah: 51 ve El-Baladul Amin: 35)

Əbu Abdullah Hüseyn ibn Əli (r.ə)-in belə buyurduğunu dedi:
"KUFƏ MƏSCİDİNİN Abdullah ibn Məsudun evi tərəfindəki DİVARI YIXILDIQDA, O ZAMAN o qövm mülkünü itirər və o mülk yox olarkən Mehdi zühur edər".  (El Muttaki, Ahir Zaman Mehdisi'nin Alametleri -Suyuti'nin Tasnifinden Hadisler, səh. 27)

242- Peyğəmbərimiz (s.ə.v) 1400 İl Əvvəl Pkk Terroruna Açiq Şəkildə İşarə Etmişdir

"Dani Huzeyfədən nəql etdi. O, Rəsulullah (s.ə.v)-ın belə buyurduğunu dedi: ZƏVRADA BİR DÖYÜŞ OLAR. Huzeyfə isə: "Ya Rəsulullah Zəvra nədir?"―dedi. Buyurdu: ZƏVRA ŞƏRQDƏ ÇAYLAR ARASINDA OLAN VƏ ÜMMƏTİMİN ƏN ŞƏRLİLƏRİNİN YAŞADIĞI BİR ŞƏHƏRDİR. Zalımlar həmişə orada olarlar. Onlara dörd növ bəla müsəllət (üz verər) olar: Qılıncdan keçirilərlər, yerə batırılarlar, tufana məruz qalarlar və üzləri heyvan surətinə çevrilər".  (Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, El Muttaki, səh.70)

Hədisdə PKK-nın zalımlığı və qan tökücülüyü izah edilir, bu fitnənin bölgədə yaşayan məzlum kürd qardaşlarımıza toxunacağı, əziyyətlərinə səbəb olacağına da diqqət çəkilmişdir.

"Zəvrada bir döyüş olar..."
Zəvra kürd sözüdür və kürdlərin yaşadığı bölgələri izah etmək üçün istifadə edilir.

 "Zəvra şərqdə çaylar arasında yerləşən və ümmətimin ən şərlilərinin yaşadığı bir şəhərdir".
PKK-nın əsas terror bölgəsi hədisdə də bildirildiyi kimi Fərat və Dəclə çayları arasında qalan Cənub-şərq Anadolu bölgəsi şəhərləridir. Bu bölgədə Orta şərqin və İslam ümmətinin ən şərli birliyi olan PKK-lı terroristlər dağınıq halda yaşayır.

Əhəmiyyətli xatırlatma!

Peyğəmbərimiz (s.ə.v)-in hədisdəki ifadələri PKK terror təşkilatına işarə edir, "ümmətin ən şərliləri" bölgədə Marksist, Lelinist, Stalinist zülm sistemi qurmaq istəyən PKK-dır. Əsla kürd qardaşlarımız deyil. Kürdlər bizim çox sadə, şərəfli, cəsur və vəfalı, canımız, qardaşlarımızdır. Allaha, Qurana və Rəsulullah (s.ə.v)-ə sədaqətləri bütün İslam aləminə nümunədir.

"Onlara dörd növ bəla müsəllət olar"

1- "Qılıncdan keçirilərlər..."
PKK terror təşkilatına meylli qəhrəman Türk Ordusunun illərdir apardığı mübarizəsində bu azğın, vəhşi təşkilatın çoxlu üzvü öldürülmüşdür.

2- "... yerə batırılarlar..."
PKK təşkilatı üzvləri türk əsgərindən qaçmaq üçün yerin altlarındakı sığınacaqlarda iyrənc şəkildə yaşamağa məhkum olmuşlar. Eynilə hədisdə işarə edildiyi kimi "yerə batıb" mağaralarda yaşayarlar.

3-"... tufana məruz qalarlar..."
Tufan sözünün mənası "çox sıx və şiddətli şey" deməkdir. Hava bombardmanı, pulemyot atəşi, helikopterdən yaxud təyyarədən edilən hər cür hücum tufandır. PKK-lı terroristlər təxminən 30 ildir tanklardan, helekopter və təyyarələrdən yağdırılan bombalarla sanki tufana məruz qalmışlar.

4-" ... və heyvan surətinə çevrilərlər"
PKK-lı terroristlərin fotoşəkillərinə baxıldıqda sanki bir heyvana çevrildikləri görünür. Saçları saqqalları bir-birinə qarışmış, danışmağı belə bilməyən, dağlarda heyvan kimi yeyib içən varlıqlara çevrilmişlər.

Həmçinin, bildiyimiz kimi PKK kommunist və Darvinist təşkilatdır. Təkamülə inanıb meymundan əmələ gəldiklərini, buna görə bir heyvan olduqlarını düşünürlər. Peyğəmbərimiz (s.ə.v)-in bu ifadəsinin bir başqa işarəsi də bu cəhətdəndir.

Gördüyünüz kimi hədisdə Rəsulullah (s.ə.v) açıq şəkildə PKK təşkilatını, təşkilat işçilərinin necə bir birlik olduqlarını və başlarına nələrin gələcəyini möcüzəvi bir şəkildə 1400 il əvvəl xəbər vermişdir.

Suriyada Yaşanan Hadisələr

243- Şamda Fitnələrin Görünməsi

ŞAMDA FİTNƏLƏR BİR TƏRƏFDƏN SAKİTLƏŞDİKCƏ, DİGƏR BİR TƏRƏFDƏN ALOVLANAR. Göydən çağırıcı münadi "Mehdi əmirinizdir. Mehdi xəlifənizdir (mənəvi lideriniz)" demədikcə də fitnələr bitməz. (Risalet-ül Huruc-ül Mehdi, səh. 63)

244- Şamda Haresta Bölgəsində Yaşanan Hadisələr

Xalid ibn Madan belə deyir: "ŞAM DİYARININ MƏRKƏZİNDƏ HARESTA ADLANDIRILAN KƏND MƏHV EDİLMƏYƏNƏ KİMİ HZ. MEHDİ (ə.s) ZÜHUR ETMƏZ".(Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")

Möminlərin Əmiri Əli belə buyurmuşdur: "SARI BAYRAQLILARIN QIRMIZI MADDƏLƏRLƏ ŞAMA GİRDİKLƏRİ ZAMAN ADINA HARESTA DEDİKLƏRİ ŞAM KƏNDLƏRİNDƏN BİRİNİN YERİN DİBİNƏ ÇÖKMƏSİNİ GÖZLƏYİN. Sonra ciyər yiyənin oğlunu (Süfyanini) gözləyin".  (Mucem-ul Ehadis-i  İmam Mehdi, 3-cü cild, səh. 86 ve İkdud Durer, səh. 54 ve Gaybet-i Tusi, səh. 461 ve Bihar-ül Envar, 52-ci cild, səh. 216)

245- Şam, İraq, Ərəbistanda Qarişiqliq Yaşanmasi

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "...Elə bəla və müsibətlər olacaq ki, heç kim sığınmağa bir yer tapa bilməyəcək. BU BƏLALAR ŞAMIN ƏTRAFINDA DOLANACAQ, İRAQIN ÜZƏRİNƏ ÇÖKƏCƏK. ƏRƏBİSTAN YARIMADASININ ƏLİNİ VƏ AYAĞINI BAĞLAYACAQ... Onlar bəlanı bir tərəfdə rədd etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq".  (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 38-39)
 


246- İraq və Şama Embarqo Tətbiq Olunmasi

Əbu nadrə (r.ə) Cabİ (r.ə)-İn yanında olarkən O belə dedİ: “Elə bİr zaman yaxınlaşır kİ, İraq əhalİsİnə bİr kafİz (gilə ), bİr dİrhəm verİlməyəcək". Dedik ki: "Bunu kİm edə bİlər?"―dedi: "Əcəmİlər (Ərəb olmayanlar) bundan məhrum edərlər". Sonra dedİ: "Şam əhalİsinə bİr dİnar da verİlməyəcək". "Bunun səbəbkarı kİm olar?"―deyə soruşduq. "RumlULardır”― dedi. (EtTac, Ali Nâsıf el-Hüseyni)

Misirdə Yaşanan Hadisələr

247- Şam və Misir Məliklərinin Öldürülməsi

Ondan əvvəl ŞAM VƏ MİSİR MƏLİKLƏRİ ÖLDÜRÜLƏCƏK... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)
 


248- Misirlilərin Əsir Düşməsi

Şam əhli MİSİRLİ QƏBİLƏLƏRİ ƏSİR GÖTÜRƏCƏKLƏR. (Beklenen Mehdi'nin Alametleri, s. 49)
249-Misirdə Fitnə və Qarişiqliqlarin Yaşanmasi

Nuaym ibn Hammad Fitəndə və Əbu Cəfər, Məhəmməd ibn Əli (r.ə)-dən nəql etdilər. Buyurdu ki: "Abbasi Xorasana çatdığı zaman Şərqdə buynuz şəklində bir ulduz çıxar. Bu ulduz ilk çıxarkən Allah Nuh qövmünü məhv etmişdir. Hz. İbrahim atəşə atılarkən də çıxmışdır. Firon qövmü yox edildiyində və Yəhya ibn Zəkəriyya öldürüldüyündə də görünmüşdür. Siz o ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması günəş və ay tutulmasından sonra olacaq. SONRA FİTNƏLƏR "ALA QARĞA" MİSİRDƏ ZÜHUR EDƏNƏ QƏDƏR DAVAM EDƏR. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Deyləmi Əbu Əli Mərdənidən (ravəyətçilər silsiləsi ilə) o da Əbu Zərdən, o da Rəsulullah (s.ə.v)-dən belə rəvayət etdilər: MİSİRDƏ QUREYŞDƏN BİR ADAM ÇIXAR, YASTI BURUNLUDUR. MƏĞLUB OLAR VƏ MÜLKÜNÜ YOX EDƏR VƏ RUMA QAÇAR. Onları götürüb İskəndəriyyəyə gətirər və müsəlmanlarla döyüşər və ilk qanlı döyüş bu olar. QAYNAQ YOXDUR.

250- Misirdə Yaşanan Qilincli Hücumlar

İbni Əbi Şəybə, Əbi Celddən rəvayət etdi. O dedi: "Bir fitnə görünər, bunun ardınca digər fitnələr baş verər və BİRİNCİLƏR SONUNCULARIN QILINCLA İXTİLAFA DÖNMƏYƏ TƏŞVİQ EDƏR, bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xilafət yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturarkən gələcəkdir". (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh.26)

Fələstində Yaşanan Hadisələr

251- Fələstində Zülmün Yaşanmasi

Nuaym Kaabdan belə rəvayət etdi:

Dəccal Beytül Makdisdə (Məscidiqsayayaxın diyar, Fələstin) MÖMİNLƏRİ MÜHASİRƏ ALTINA ALAR VƏ ONLARA (MÖMİNLƏRƏ) ELƏ ŞİDDƏTLİ BİR ACLIQ BAŞ VERƏR Kİ, aclıqdan yaylarının telini belə yemək məcburiyyətində qalarlar. (Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, səh. 48)

252- İsrail-Fələstin Arasinda Sülh Görüşmələri

BEYTÜL MAKDİSDƏ SÜLH RAZILAŞMASI olacaq. (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 184)

253- Dördüncü Sülh və Ərəb-İsrail Sülhü

Əbu Naim Rəsulullah (s.ə.v)-in belə buyurduğunu Əbu Umamədən nəql etdi. Rəsullulah (s.ə.v) deyir: "SİZİNLƏ İNSANLAR (BİR NÜSXƏDƏ RUMLAR DEYİLİR) ARASINDA DÖRD SÜLH OLACAQ, DÖRDÜNCÜ SÜLH, Herakl əhlindən olan bir adam vasitəsi ilə olar və bu yeddi il davam edər...". (Kıyamet Alametleri, Osman Çataklı, 299/8)
 


254- Köhnə İordaniya Krali Abdullahin Öldürülməsi

Mehdinin çıxış əlamətlərindən biri də, HAŞİMİLƏRDƏN YUXARI SƏVİYYƏLİ BİRİNİN ÖLDÜRÜLMƏSİDİR.(Risalet-ül Huruc-ül Mehdi, səh . 12)

Qətliamlarin Artmasi

255- Bəzi İnsanlarin Liderlərini Öldürməsi

LİDERLƏRİNİZİ ÖLDÜRMƏDİKCƏ, dünyanızda pisləriniz varis olmadıqca qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 141)

256- Vətəndaş Müharibələri və İxtilaflarin Artmasi

Şübhəsiz ki, yaxın gələcəkdə fitnə, AYRILIQ VƏ İXTİLAFLAR (ÇIXARAN BƏZİ İNSANLAR) OLACAQ. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 376, no. 685)


257- Qardaşin Qardaşla Döyüşməsi

Ürəklər bir-birindən nifrət etmədikcə, FİKİRLƏR AYRILMADIQCA, QARDAŞLAR DİNDƏ İXTİLAFA DÜŞMƏDİKCƏ QİYAMƏT QOPMAZ.  (Kıyamet Alametleri, səh.142-143)

258- Bombardmanlarin Olmasi

Aişə (r.ə)-dən nəql edilir: "BU ÜMMƏTİN SONUNDA HASF (YERƏ BATMA), mesh (surət dəyişməsi) VƏ KAZİF (DAŞ YAĞMASI) OLACAQ.."  (Muhammed İbn Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 111)

Əli ibn Əbu Talib və Əbu Hureyrə (R. Ənhumə)-dən nəql edildiyinə görə Allahın elçisi səlləllahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"... Zəlzələ, yerlə-yeksan olmaq fəlakətini, surətlərin meymun və ya donuza çevrilməsini, GÖYDƏN DAŞ VƏ BƏNZƏRLƏRİNİN YAĞMASINI GÖZLƏYİN!"  " (Tirmızi) (Muhammed İbn Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 114)
 


Peyğəmbərimiz (s.ə.v) hədislərində Axırzamanda "göydən daş və ona bənzər şeylərin yağacağını", "zəlzələlər olacağını, yerlə bir olma fəlakətinin reallaşacağını və yerə batma hadisələrinin olacağını" xəbər vermişdir. Əsrimizdə dünyanın bir çox yerində bombardmanla göydən daş yağır. Yerə düşən bombalar-hədisdə "daş və bənzərlərinin (daşa bənzər şeylərin) yağacağı" sözləri ilə ifadə edildiyi kimi-yerdəki torpağı və daşı qaldırıb insanların üzərinə atmaqda və bunun nəticəsində də kütləvi şəkildə insanların öldüyü fəlakətlər baş verir.

259- Günahsiz İnsanlar Öldürülər

GÜNAHSIZ İNSANLAR ÖLDÜRÜLƏNƏ QƏDƏR  Mehdi (ə.s) çıxmayacaq və qırğınlara yerdə və göydəkilər artıq dözmədikləri zaman zühur edəcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

260- Günahsiz Uşaqlarin Öldürülməsi

Məhəmməd ümmətindən GÜNAHSIZ BİR UŞAQ ÖLDÜRÜLDÜYÜNDƏ, göydən bir münadi “haqq onda (Mehdidə) və onun yanında olandadır” deyə səslənər. (Sabban İsafur Ragibin, səh. 154)

261- İnsanlarin Səbəbsiz Yerə Öldürülməsi

Əbu Hurəyrə (r.ə), Rəsulullah (s.ə.v)-in belə buyurduğunu nəql edir: "İnsanlar elə günlər görəcək ki, QATİL NƏ ÜÇÜN ÖLDÜRDÜYÜNÜ, MƏRHUM DA NƏ ÜÇÜN ÖLDÜRÜLDÜYÜNÜ BİLMƏYƏCƏK". (Müslim, Fiten: 56, (2908))

262- Adamin Öz Qardaşini Öldürməsi

İNSAN QARDAŞINI ÖLDÜRMƏDİKCƏ qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 141)

263- Evlərin Məzar Olmasi

"İnsanlara ölüm gəlib EVLƏR MƏZAR OLDUĞU ZAMAN halın necə olar" buyurdu.(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 392, no. 726)

264- Anarxiya və Qarişiqliq Hər Yeri Bürüyər

Qiyamətə çox yaxın ANARXİYA VƏ QARIŞIQLIQ GÜNLƏRİ OLACAQDIR. (Suyuti, Cami'üs Sagir, 3/211)


 

14 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top