Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
20 / total: 34

Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi

373- Əxlaqi Cəhətdən Hz. Əbu Bəkr və Hz. Ömərdən Belə Üstündür

İbni Şirindən nəql edilmişdir: "MEHDİ ƏBU BƏKR VƏ ÖMƏR (r.ə)-DƏN ÜSTÜNDÜR… Əbu Bəkr (r.ə)-ə dedilər ki: "O, Əbu Bəkr və Ömərdən də üstün olacaq?" "BƏZİ PEYĞƏMBƏRLƏRDƏN BELƏ ÜSTÜN OLACAQ!"―deyə cavab verdi... (Berzenci, Kıyamet Alametleri, 10-cu nəşr, səh. 193)

374- Allah Onu Bir Gündə Hidayətə Çatdirar

"Mehdi bizdən; Əhli-beytdəndir, ALLAH ONU BİR GECƏDƏ İSLAH EDƏR". (İbn Mace, Fiten, 34) İmam Məhəmməd Taqi Əbdüləzim Həsəniyə belə buyurdu: "Qaim, vəd edilmiş Mehdidir. ... Allaha and olsun ki, əgər qiyamətin qopmasına bir gün belə qalsa, Allah (c.c) Mehdi zühur etsin və yer üzünü zülmlə dolduğu kimi ədalətlə doldursun deyə o günü uzadar, ONUN İQTİDARINI MUSANIN İQTİDARI KİMİ BİR GÜNDƏ DÜZƏLDƏR. Musa (ə.s) yoldaşı üçün bir az atəş götürməyə getdi. Amma risalət və peyğəmbərlik mövqeyi ilə geri döndü".  ... (Bihar-ul Envar, 51-ci cild, səh.156; Isbat-ül Hüdat, 6-cı cild, səh. 420)     

... Bir gecədə hz. Mehdi (ə.s)-ın islah edilməsi sözü isə Cənabı Haqqın ona övliyaların çatacağı ən yüksək mərtəbəni verməsinə işarədir. Bu dərəcəni çalışmaqla qazana bilməz. Uca Mövlanın Qurani-Kərimdə ifadə etdiyi kimi hz. Peyğəmbər (s.ə.v)-ə verilən bu lütf, hz. Mehdi (ə.s)-a da verilmişdir. Uca Mövla, Qurani-Kərimdə Şura surəsi 52-ci ayədə Peyğəmbərimiz (s.ə.v)-ə belə demişdir: ... "Sən, kitab nədir, iman nədir bilmirdin. Ancak Biz onu bir nur etdik; onunla qullarımızdan dilədiklərimizi hidayətə çatdırarıq. Həqiqətən, sən düz olan bir yola  yönəldib-çatdırırsan". Hz. Mehdi (ə.s), dini məsələlərdə zamanındakı mücdəhidlərin ən fəzilətlisi və ən mükəmməlidir. Bu da onun böyüklüyünü, mərtəbəsinin yüksəkliyini, mövqeyinin ucalığını göstərir. (Ali ibn Sultan Muhammed el-Kari el-Hanefi, "Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

Bədiüzzaman Səid Nursi də hz. Mehdi (ə.s)-dan bu şəkildə bəhs edir:

Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə, ƏN BÖYÜK BİR MÜCTƏHİD (ictihad edən böyük İslam alimi), həm ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün tələbinə görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD (doğru yolu göstərən adam), HƏM QÜTBÜ-ƏZƏM (müsəlmanların ona bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir şəxsi-nuranini göndərəcək və o şəxs də, Əhli-beyti-Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) olacaq... (Mektubat, 411-412)

375- Əxlaqi Peyğəmbərimiz (s.ə.v)-in Əxlaqina Bənzəyər

Yaxında onun (hz. Həsənin) soyundan, Nəbinizin (s.ə.v) adı ilə adlandırılan bir şəxs (HZ. MEHDİ (ə.s)) çıxacaq, ƏXLAQINDA ONA (HZ. PEYĞƏMBƏR (s.ə.v)-ə) BƏNZƏYƏCƏK... (Tac V, 363)

Əbu Saleh Saibi “Əl-Fitan” adlı əsərində həzrəti möminlərin əmirindən nəql etmişdir: "HƏZRƏTİ MEHDİ (ə.s) GÖRÜNÜŞ, ƏXLAQ, XASİYYƏT VƏ ÜSTÜN FƏZİLƏTİ İLƏ, ALLAHIN ELÇİSİ (s.ə.v)-ə ÇOX BƏNZƏYƏCƏK". (El-Melahim ve El-Fitan, Bölüm 79)     

376- Üstünlükləri Çox Olacaq

Zamanındakı FİTNƏLƏRİN ÇƏTİNLİYİNƏ GÖRƏ ONUN ÜSTÜNLÜKLƏRİ ÇOXDUR. (İbn Hacer, eI-Kavlu’l-Muhtasar fi’l-Mehdi’l-Muntazar, səh. 71)

377- Ağlina və İmanina Çox Güvənilən Bir İnsandir

"Ey inananların əfəndisi, bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver". İnananların əfəndisi dedi ki: "... O (MEHDİ (ə.s)) ƏN YAXŞI SIĞINACAQDIR ARANIZDAKI, ƏN YAXŞI BİLƏN VƏ ƏN NƏZAKƏTLİ OLANDIR". (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh.

378- Peyğəmbərlər Kimi Əzəmətlidir

Abdullah ibn Zamrə, İbni Matı Himyəri (Kab-ul Əhbar)-dan nəql edərək belə dedi: "... Qiyam edəcək (Qaim) olan hz. Mehdi (ə.s), ... ALLAH PEYĞƏMBƏRLƏRƏ VERDİYİ (ƏZƏMƏTİ) ONA DA VERƏCƏK..." ...” (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 169)

379- Mübarizdir, Çətinliklər Qarşisinda Əsla Qorxmaz

MEHDİ İŞİ MÖHKƏM TUTACAQ. (Kıyamet Alametleri, səh.175)

FİTNƏLƏRİN QAŞISINI ALMAQDA ÇƏTİNLİK ÇƏKMƏYƏN VƏ ÖLÜMDƏN QORXMAYAN ƏHLİ-BEYTİMƏ MƏNSUB BİRİ (MEHDİ) sahib olmadan günlər gecələr bitməyəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.12)

380- Dağlar Qarşisinda Dayansa Belə Ona Mane Ola Bilməyəcək

Mehdi Şərq tərəfindən çıxacaq. QARŞISINA DAĞLAR OLSA  BELƏ ONLARI ƏZİB KEÇƏCƏK, O DAĞLARDA ÖZÜNƏ YOL TAPACAQ.  (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.39)

381- Əxlaqindan Hz. İsa (ə.s)-a Da Bənzəyər

Abdullah ibn Zamrə, İbni Mati-i Himyəri (Kab-ul Əhbar)-dan nəql edərək belə dedi: "... Qiyam edəcək (Qaim) hz. Mehdi (ə.s), ...xeyirdə, görünüşdə və ƏXLAQDA ƏN ÇOX HZ. İSAYA BƏNZƏYƏN ODUR..."(Şeyh Muhammed ibn  İbrahim-i Numani, Gaybet-i Numani səh. 169)

382- Hər An Allah Qorxusu ilə Hərəkət Edər

... Eynilə, qartal cinsindən Nəşir quşunun qanadları ilə titrəməsi kimi ALLAHDAN QORXACAQ. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 51)

383- Allahin Böyüklüyünü, Gücünü Çox Düşünəndir

Hz. Mehdi (ə.s) ALLAHIN QARŞISINDA, ALLAHIN ƏZƏMƏTİ QARŞISINDA BOYUN ƏYƏNDİR, çox itaətkardır―qanadlarını açıb, başını aşağı dikərək səmanın zirvəsindən yerə doğru enən bir qartal kimi. Hz. Mehdi (ə.s), ALLAHIN CƏLALI QARŞISINDA BELƏ HUZU ( təvazökar olmaq, Allahın əzəmətini, Cəlal və Camalını, böyüklüyünü düşünməkdən yaranan insandakı hüzur və huşu halı) VƏ HUŞU EDƏNDİR. (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 280 ve 300)

384- Allaha Qarşi İtaətkardir

MEHDİ ALLAHA QARŞI OLDUQCA İTAƏTKARDIR. Əxlaq baxımından Peyğəmbərə bənzəyər. (KIyamet Alametleri, səh. 163)

385- Hər Nə Olursa Olsun Allah Rizasini Güdər

ONLAR HİDAYƏTƏ QARŞI NƏFSLƏRİNƏ UYMAQ İSTƏYƏRKƏN O DA (HZ. MEHDİ (ə.s) NƏFSƏ QARŞI HİDAYƏTƏ UYMAĞI İSTƏYƏR. ONLAR QURANA QARŞI TƏFSİRLƏRİ İSTƏYƏRLƏRSƏ, O DA TƏFSİRƏ QARŞI QURANA UYĞUN GƏLMƏYİ İSTƏYƏR. (Nehcül belağe, 138. Hutbe)

386- Qurana Uyğun Davranmaqda Əsla Güzəştə Getməz

Hz. Əli hz. Mehdi (ə.s)-ın qiyamının gətirdikləri haqqında belə buyurar: "XALQIN FƏRDİ RƏYLƏRİNƏ, ŞƏRHLƏRİNƏ ƏHƏMİYYƏT VERMƏZ; QURANIN HÖKMÜNÜ İCRA EDƏR".  (Mikyalu'l Mekarimcilt 1, səh. 81)

387- Qarşilaşilan Problemləri Qəti Şəkildə Həll Edər

Hz. Mehdi (ə.s) YARDIMA GƏLƏN VƏ FƏRYADA  ÇATANDIR (FƏRYAD EDƏNİN DADINA ÇATAN, KÖMƏK EDƏNDİR). ALLAH ONU DÜNYADAKI İNSANLARIN İMDADINA ÇATMASI ÜÇÜN GÖNDƏRƏCƏK... (El-Mehdiyyil Mev'ud, 1-ci cild, səh. 264, 275, 277, 285, 287, 288, 311, 318, 2-ci cild, səh. 11)

388- Çətinlikdə Olan İnsanlar Üçün Siğinacaqdir

Dedi ki: "Ey Əmirəlmöminin! Bu Mehdi kimdəndir?" Buyurdu ki: "Bəni-Haşimdən, Ərəblərin uca dağının zirvəsindəndir. O ELƏ BİR DƏNİZDİR Kİ, ONA GİRƏN İTƏR. ONA SIĞINANLAR ÜÇÜN AMANDIR". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 250)

"Ey inananların əfəndisi, bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver". İnananların əfəndisi dedi ki: "... O (MEHDİ (ə.s)) ƏN YAXŞI SIĞINACAQDIR ARANIZDAKI, ƏN YAXŞI BİLƏN VƏ ƏN NƏZAKƏTLİ OLANDIR..." (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh.
184)

389- Hz. Mehdi (ə.s) Ehkamda Günahsizdir, İlham ilə Hərəkət Edər

Dedim ki: "HZ. MEHDİ (ə.s) ALLAHIN RAZILIĞINI HARADAN BİLƏCƏK?" BUYURDU Kİ: "ALLAH ONUN ÜRƏYİNƏ RƏHMƏTİNİ NAZİL EDƏCƏK". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 191)

390- Verdiyi Qərarlar Allahin Nəzarətindədir

Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir: "Allah Azzə və Celle (İmam Mehdini) digər qullarının işlərini idarə etməsi üçün seçdiyi zaman, onun sinəsini bu işin öhdəsindən gələcək şəkildə açar, ürəyinə hikmət qaynaqlarını yerləşdirər, ona elə bir elm ilham edər ki, bundan sonra hər hansı bir suala cavab verməkdə çətinlik çəkməz, əsla doğrudan azmaz, hədəfsiz cavab ağızından çıxmaz. Bu baxımdan qulların işlərini icra etməsi üçün Allah tərəfindən vəzifələndirilən imam Mehdi günahsızdır, dəstəklənmişdir, müvəffəqiyyətli edilmişdir və istiqamətləndirilmişdir. Səhvlərdən, dolaşıqlardan və axsamalardan sığortalanmışdır. Allah onu (İmam Mehdini) bu işə xüsusi olaraq seçər ki, qullarının üzərindəki əksiksiz dəlili və yaratdıqlarının arasındakı şahidi olsun".  (İman Ve Küfür Kitabı / Usul-U Kafi (ElUsul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

391- Qurani və Sünnələri Canlandirmaq Üçün Çalişar

O da (hz. Mehdi (ə.s) da) ədalət necə tətbiq olunacağını onlara göstərəcək; KİTABA VƏ SÜNNƏYƏ TƏKRAR HƏYAT VERƏCƏK... (Nehcül beleğe, 138. Hutbe)

392- Dinin Rəsulullah (s.ə.v) Dövründəki Kimi Yaşanmasina Vəsilə Olar

RƏSULULLAH (s.ə.v)-iN HƏR ETDİYİNİ O (HZ. MEHDİ (ə.s)) DA EDƏCƏK; RƏSULULLAH (s.ə.v) CAHİLİYYƏ TƏMƏLLƏRİNİ YIXDIĞI KİMİ O (HZ. MEHDİ (ə.s)) DA ƏVVƏLKİ TƏMƏLLƏRİ YIXACAQ. O, İslamı yenidən əvvəldən alacaqdır. (Mikyalu’l Mekarim,1-ci cild, səh. 57)

393- Çox Təmkinlidir

O (hz. Mehdi (ə.s)) MÜLAYİM... bir gəncdir. (Sımt-ul Nucum-il Avali, 4-cü cild, səh. 138) (Hz. Mehdi Aleyhisselam, Abdullah Turan, Al-i Taha, səh. 157)
 


394- Elmi Mübarizəsi ilə Dünya Səviyyəsində Təsir Yaradar

Vəd edilmiş Qaim (hz. Mehdi (ə.s)) ... O QƏDƏR GÜCLÜDÜR Kİ; YER ÜZÜNÜN ƏN BÖYÜK AĞACINA DA ƏL UZATSA ONU KÖKÜNDƏN DARTIB ÇIXARAR, DAĞLAR ARASINDA FƏRYAD ETSƏ SƏRT QAYALAR TOZ OLAR... (Bihar-ul Envar, 52-ci cild, səh. 32; İsbat-ul Hudat, 6-cı cild, səh. 19)

395- Çox Səxavətlidir

Tovuz: "… (HZ. MEHDİ (ə.s)) MAL İNFAQ ETMƏKDƏ ÇOX SƏXAVƏTLİDİR…" (El-Havi, 2-ci cild, səh. 150)

396- Ehtiyac İçində Olanlara Qarşi Çox Mərhəmətlidir

Tovuz: "... (HZ. MEHDİ (ə.s)) ACİZLƏRƏ QARŞI ÇOX MƏRHƏMƏTLİDİR". (ElHavi, 2-ci cild, səh.150)

397- Fitnələri Yox Etmək Üçün Elmi Mübarizə Aparar

Əbu Məbəd belə deyir: İbni Abbasa dedim ki, "mənə Mehdi haqqında bir şey söylə. "Ümid edirəm ki, çox keçmədən ALLAH TƏALA FİTNƏLƏRİ YOX ETMƏK ÜÇÜN BİZDƏN OLAN BİR GƏNCİ GÖNDƏRƏR"―dedi. (Melahim, səh.169)

398- Bir Damla Belə Qan Tökülməsinə İcazə Verməz

ZAMANINDA NƏ BİR KƏS YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KƏSİN BURNU QANAYACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44)                                                   

399- Çox Ədalətlidir

(HZ. MEHDİ (ə.s)) KİMİSƏ BAŞQASINDAN ÜSTÜN TUTMAYACAQ. (ElMehdiyy-il Mev'ud, 1-ci cild, səh. 264, 275, 277, 285, 287, 288, 311, 318, 2-ci cild, səh. 11)

400- Bütün Dünyanin Ədalətlə Dolmasina Vəsilə Olar

Hz. Mehdi (ə.s) qiyam etdiyində―bəzi çətinliklər çıxdıqdan və döyüşlər aparıldıqdan sonra―ZÜLM VƏ HAQSIZLIĞI ORTADAN QALDIRACAQ, YER ÜZÜNÜN HƏR YERİNİ ƏDALƏTLƏ DOLDURACAQ. (Bihar'ül Envar,  51-ci cild, səh. 146)

401- İnsanlarin İmanina və Allahdan Qorxmalarina Vəsilə Olar

Əbul Hicaf da Peyğəmbər (s.ə.v)-in üç dəfə belə buyurduğunu rəvayət edir: ... "(HZ. MEHDİ) QULLARIN ÜRƏYİNƏ ALLAHA QUL OLMAĞI YERLƏŞDİRƏCƏK". (Bihar-ul Envar,51-ci cild, səh. 74)

402- Hər Kəsə Qarşi Çox Şəfqətli, Mərhəmətlidir

… İbni Əbu Həmzədən: Ona (hz. Mehdi (ə.s)-a) ədalət, İNSAF (mərhəmət) VƏ LÜTFKARLIQ (yardım etmə, yaxşılıq etmə) SİFƏTLƏRİ HƏDİYYƏ EDİLMİŞDİR. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 287)

403- Cənnət ilə Müjdələnmişdir

İbni Abbas dedi ki, hz. Rəsulullah (s.ə.v) belə buyurdu: "HZ. MEHDİ (ə.s) CƏNNƏT ƏHLİNİN TOVUZUDUR".  (El-Fusul’ül-Mühimme, səh. 295; İbn-i Şirveyh-i Deylemi, el-Firdevs, Elif ve Lâm babı; Yenabi’ül-Mevedde, səh. 181, 435 ve 489; Nur’ül-Ebsar, səh. 154)

Ənəs ibn Malikdən dedi ki, hz. Rəsulullah (s.ə.v)-in belə buyurduğunu eşitdim: "BİZ ƏBDÜLMÜTTƏLLİB ÖVLADLARINDAN YEDDİ ADAM CƏNNƏT ƏHLİNİN ƏFƏNDİLƏRİYİK: MƏN, HƏMZƏ, ƏLİ, CƏFƏR, HƏSƏN, HÜSEYN VƏ MEHDİ". (Sünen-i İbn-i Mace, hadis no: 4077, Yenabi’ül-Mevedde, səh.435, Savaik-ül Muhrika, səh.309, Zehair-ül Ukba, səh.15, Metalib-üs Sual, ikinci bab, el- Burhan fi Alamat-ül Mehdi, ikinci bab ve...)

404- Zamaninin Ən Xeyirlisidir

İbni Cərir, Təxzib-il Əsarda belə ərz etdi:

 "MƏHƏMMƏD ÜMMƏTİNİN ƏN XEYİRLİSİ və sizin çətinlikləri aradan qaldıran vəliniz olan kimsəyə qatılın. O Mehdidir". (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.57)

Dövründə YER ÜZÜNÜN ƏN XEYİRLİSİ O OLACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh.27)

405- İnsanlarin Rahatliği, Hüzuru və Təhlükəsizliyi Üçün Cəhd Edəcək

Nechül Belağadan: İnananların nümayəndəsi (s.ə.v) dedi ki: ... (HZ. MEHDİ (ə.s)), ƏSİRİ AZADLIĞA QOVUŞDURMAQ, KÖLƏNİ AZAD ETMƏK VƏ SƏHV İSTİQAMƏTLƏNDİRİLMİŞ XALQI DAĞIDIB VƏ DOĞRULUĞU İZLƏYƏNLƏRİ BİRLƏŞDİRMƏK ÜÇÜN kəramət sahibinin nümunələrini izləyəcək". (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır elMeclisi, İran-Kum, 2003, səh. 186)

406-Səbirlidir

... ƏYYU B PEYĞƏMBƏR (ə.s)-ıN SƏBRİNƏ malikdir. (Kefaayah al-Asar, səh. 43)

407- Çox Mərhəmətlidir

... Yoxsullara qarşı çox mərhəmətli olması, Mehdi (ə.s)-ın əlamətlərindəndir. (Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi ElMuntazar")

... Məzlumlara qarşı da çox mərhəmətli olmasıdır. (Nuaym ibn Hammad, vr. 50b; Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali ibn Ebi Talib Ale't-Temam ve'l kamal")

408- İstiqanli və Sevgi Doludur

Mahmud ibn Vahib Qızoğlu Bağdadi Hənəfi: "Cəvhərət-ul Kəlam" adlı kitabda belə yazır: O (HZ. MEHDİ (ə.s)) İSTİQANLI VƏ GÖZƏL BİR GƏNCDİR... (Cəvhərət-ul Kelam, səh. 157)

409- Ehtiyac İçində Olanlara Qarşi Qoruyucudur

İmam Mehdi (ə.s) böyük miqdarda sərvət paylayacaq. KASIBA VƏ EHTİYAC SAHİBİNƏ QARŞI ÇOX YUMŞAQ DAVRANACAQDIR. (Muntakhab al-Asar, səhifə 311)

410- Müsəlmanlari Qoruma Hissi Çox Güclüdür

İslamın əleyhinə deyiləcək bir söz belə ona ağır gəlir. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 30)

Hz. Mehdi (ə.s)-ın qoruma duyğularının çox güclü olacağı hədislərdə bildirilmişdir. İslam əleyhinə deyilən hər cür sözü tam olaraq cavablandıracaq, hər cür hərəkəti tamamilə təsirsizləşdirəcəkdir.

411- Zalima Qarşi Haqqi Müdafiə Edər

Hz. Mehdi (ə.s) zalıma qarşı haqqı müdafiə edəcək. Hətta (zalım) bir insanın azı dişində olan (haqsız bir tikəni) belə ondan çəkib alacaq və sahibinə qaytaracaq. (En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali ibn Ebi Talib Ale't-Temam ve'l kamal )

412- Kimsəyə Tənəzzül Etməz

O, mənim ümmətimdən, tənəzzül etməyən (Allahdan başqa heç bir varlığa minnət duymayan) bir adamdır. (Suyuti, elhavi, 2/24)

413- Ehtiyaclarini İnsanlara Bildirməz

Hz. Hüseyn (r.ə)-dən soruşuldu:

"İmam Mehdi hansı əlamətlərlə bilinər?". Belə cavab verdi: "... İnsanlar ona möhtac olarlar. O, isə insanlara ehtiyacını bildirməz".  (Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdisi  "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")

414- İnsanlara Lütfkarliği Bol və Gözəl Olar

Zamanın inkitaa uğradığı (sistemlərin dəyişdiyi) bir dövrdə, Mehdi (ə.s) deyilən bir adam gələcək və lütfkarlığı bol, gözəl olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)

O, fitnələrin zühur etdiyi bir zaman aralığında gələcək və lütfkarlığı qarşılıqsız olacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)

415- Elmi Mübarizəsində Qərarlidir

İnsanlar haqqa dönənə qədər (fikri) mübarizəsinə davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 23)

"Ey inananların əfəndisi, bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver". İnananların əfəndisi (s.ə.v) dedi ki: "... (HZ. MEHDİ (ə.s)) ÖLÜM GƏLDİYİNDƏ QORXMAYACAQ; imanlı olanlar ətrafını əhatə edəndə uzaqlaşıb üz çevirməz; DÖYÜŞÇÜLƏR ONA QARŞI MÜBARİZƏ APARDIQLARINDA TƏRƏDDÜD ETMƏZ... SƏXAVƏTLİDİR VƏ QORXMAZDIR..."(Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184)

Allah Quranda bir çox ayədə elçilərinin gözəl əxlaqı və cəsur xarakterlərindən bəhs edir. Elçilər qövmlərinin bütün inkarlarına, lağlarına, tələlərinə və hücumlarına ən gözəl şəkildə cavab vermişlər və həmişə Allahın köməyi ilə qalib gəlmişlər.

Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. (Hicr surəsi, 94)

416- İşləri Çox Ardicil Şəkildə Həll Edər

Mehdi (ə.s) hesabını çox sürətli bir şəkildə görəcək və vədindən dönməyəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 24)

417- Hz. Mehdi (ə.s), Güclü İmani, Heybəti, Təmkini, Soylu Rəftarlari və Peyğəmbərimiz (s.ə.v)-in Onun Haqqinda Etdiyi Təriflərlə Taninacaq

Hz. Mehdi (ə.s) imanı, zadəganlığı, heybəti, təmkini, alicənab rəftarı, gözəl əxlaqı, heç kimdən hədiyyə götürməməklə bərabər hədiyyəni paylayan olması, bütün insanlara İslam əxlaqını heç bir haqq istəmədən təbliğ etməsi, etdiyi xidmətlərdən heç bir şəkildə qarşılıq gözləməməsi və hər rəftarı ilə İslama faydalı olması ilə tanınacaq. Müsəlmanlar Peyğəmbərimiz (s.ə.v)-in onun haqqında bildirdiyi bu fəzilətlərini hər yerdə danışacaqlar və bu da hz. Mehdi (ə.s)-ın tanınmasında fərqli bir dəlil yaradacaq.

Əbul Carud deyir ki:

İmam Məhəmməd Baqirə: "...İMAM (HZ. MEHDİ (ə.s)) NƏ İLƏ TANINAR?" deyə ifadə edincə belə buyurdu:

"HİDAYƏT VƏ HEYBƏTİ İLƏ VƏ ƏLİ MƏHƏMMƏDİN, ONUN (HZ. MEHDİ (ə.s)-ıN) FƏZİLƏTLƏRİNİ TƏSDİQİ İLƏ". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 284)

Həris ibn Muğayrə-i Nəsri deyir ki, İmam Cəfəri Sadiqə: "İMAM (HZ. MEHDİ (ə.s)) NƏ İLƏ TANINAR?"―deyə ifadə edincə belə buyurdu:

"HEYBƏT VƏ TƏMKİNLƏ. BAŞQA NƏ İLƏ TANINAR? HƏMÇİNİN HALAL VƏ HARAM İLƏ, XALQIN ONA OLAN EHTİYACI İLƏ VƏ ONUN HEÇ KİMƏ MÖHTAC OLMAMASINDAN TANINAR..." (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283)

418- Müsəlmanlarin Qürurudur

… Əbdüləziz ibn Müslüm belə rəvayət etmişdir:

"İMAM MEHDİ DİNİN NİZAMI, MÜSƏLMANLARIN QÜRURUDUR. Münafiqlərin kinini üzərinə çəkər, kafirlərin (mənəvi cəhətdən) məhv olmasının vəsiləsidir... Heç kim onun səviyyəsinə çata bilməz və hər hansı bir alim onunla rəqabət apara bilməz. Onun bənzəri və yoldaşı olmaz..." (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

419- Bütün Fəzilətlər Hz. Mehdi (ə.s)-Da Toplanmişdir

… Əbdüləziz ibn Müslüm belə rəvayət etmişdir:

"Onun (Mehdi (ə.s)-ın) bənzəri və yoldaşı olmaz. FƏZİLƏT SİFƏTİ İLƏ DİQQƏTƏ ÇARPAR, BÜTÜN FƏZİLƏTLƏR ONDA TOPLANAR. Amma o (İmam Mehdi), bunları istəyərək və çalışaraq əldə etməyib. Əksinə bu fəzilətləri verən, Uca bəxş edən Allah tərəfindən ona (İmam Mehdiyə) verilmiş xüsusiyyətlərdir". (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / ElKuleyni, 1-ci cild)

420- Əməlində Eyib və Zülm Yoxdur

Mən hz. Mehdi (ə.s)-ı, peyğəmbərlərin səhifələrində (kitablarında) belə taparam: "Hz. Mehdi (ə.s)-ın əməlində nə zülm, nə də eyib vardır".
(Nuaym ibn Hammad, vr. 50b; Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler – Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Neşriyat, səh. 21)

421- Hz. Mehdi (ə.s)-ın Hikməti, Bəsirəti, Fərasəti və Anlayişi Çox Güclü Olacaq

Hədislərdə hz. Mehdi (ə.s)-ın Allahın özünə verdiyi xüsusi bir gücə sahib olduğu bildirilir:

O, heç kimin bilmədiyi gizli bir gücün sahibi olduğu üçün ona hz. Mehdi (ə.s) deyilmişdir.

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)

Mühyiddin Ərəbi hz. Mehdi (ə.s)-ın bəzi xüsusiyyətlərini sayır. Aşağıdakı izahında hz. Mehdi (ə.s)-ın diqqəti çəkən 9 başlıca xüsusiyyətinə yer verir:

1. Bəsirət sahibi olması

2. Müqəddəs kitabı anlaması

3. Ayələrin mənasını bilməsi

4. Təyin edəcəyi şəxslərin hal və hərəkətlərini bilməsi

5. Qəzəblənərkən də mərhəmət və ədalətdən ayrılmaması

6. Varlıqların siniflərini bilməsi

7. İşlərin dolaşıq tərəflərini bilməsi

Çünki bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə yanılmaz. Hz. Mehdi (ə.s) müqayisə elmini onunla hökm vermək üçün deyil, ondan çəkinmək üçün bilər. Çünki verdiyi hökm doğru ilhamın nəticəsi olacaq. Yəni hz. Məhəmməd (s.ə.v)-in gətirdiyi şəriət əsasında hökm verəcək. Buna görədir ki, Peyğəmbərimiz (s.ə.v) onu vəsf edərkən "Mənim izimi izləyəcək, səhvə yol verməyəcək" demişdir. Bundan anlayırıq ki, hz. Mehdi (ə.s), şəriət sahibi deyil, şəriətə tabe olandır.

8. İnsanların ehtiyacını yaxşı anlaması

Çünki onların hər cür işlərini görmək üçün Allah onu digər insanların üzərinə seçmişdir. Liderlərin davranış və fəaliyyətləri özlərindən çox xalqın mənfəətinə cavab verməlidir... Xalqın faydasına zidd olan şeylərlə məşğul olub, onların işlərini görməyən bir lider vəzifədən çıxarılmalıdır. Çünki onunla digər insanlar arasında fərq qalmamışdır.

9. Xüsusilə, onun zamanında ehtiyac olan qeyb elmlərini çox yaxşı bilməsi. Çünki ancaq onun sayəsində yeni çıxan məsələləri həll edə bilər. (Kıyamet Alametleri, səh. 189)

Hz. Mehdi (ə.s)-ın fərasəti, bəsirəti və anlayışı çox güclü olacaq. Bir çox mövzunu Allahın ilhamı ilə hiss edəcək.

İmam Sadiq (ə.s) buyurmuşdur ki: "HZ. MEHDİ (ə.s) HƏR QÖVMÜN İŞLƏRİNİN İÇ ÜZÜNDƏN (saxladıqları şeydən) XƏBƏR VERƏR VƏ DOSTUNU DÜŞMƏNİNDƏN FƏRASƏTLƏ AYIRAR".  (Sırat'ul-Mustakifm, 2-ci cild, səh. 254)

422- Kiməsə Pislik Edilməsinə İcazə Verməz

ONUN (HZ. MEHDİ Ə.S) ZAMANINDA KİMƏSƏ PİSLİK EDİLMƏZ. (El-Mehdiyy-il Mev'ud..., 1-ci cild, səh. 280 ve 300)

423- Bitkiləri və Heyvanlari Çox Sevər

Hz. Mehdi (ə.s) quru bir ağacı əkdiyində də ağac dərhal yaşıllanıb yarpaqlaşacaq. (El-Kavlu'l Muhtasar Fi Alametil Mehdiyy-il Muntazar, səh. 43)

Hz. Mehdi (ə.s) bir yerə quru bir budağı əkdiyində və budaq yarpaqlanıb yaşıllaşar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 67)(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 67)

Hz. Mehdi (ə.s) uçan bir quşa işarə etdiyində, quş dərhal bu əmrlə yerə qonacaq. Quru bir ağacı əkdiyində də ağac dərhal yaşıllanıb yarpaqlaşacaq. (El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43)

Bu hədislə də hz. Mehdi (ə.s)-ın heyvanlarla maraqlanacağı, heyvanların da onu sevəcəyinə işarə edilir. Necə ki, bir başqa hədisdə: "Yer və göy əhlinin hz. Mehdi (ə.s)-ı sevdiyi", "quşların və dənizlərdəki balıqların belə ondan razı olduqları" bildirilir:

Onun xilafətindən (mənəvi liderliyindən) yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31)

424- Hz. Mehdi (ə.s)-ın Heyvanlara Qarşi Sevgisi Olacaq və Onlarin Halini Anlayacaq

O (HZ. MEHDİ (ə.s)), TƏSDİQLƏNMİŞ, QUŞ VƏ BÜTÜN HEYVANLARIN DİLLƏRİNİ BİLƏN BİRİDİR. (Muhammed İBN Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)

Hz. Mehdi (ə.s)-ın, heyvanlara qarşı sevgisi və şəfqəti çox güclü olacaq; onların halını, ehtiyaclarını çox yaxşı anlayacaq. Onun dövründə, yer üzündəki bütün varlıqlar kimi yerdəki və göydəki bütün heyvanlar da hz. Mehdi (ə.s)-a qarşı çox böyük sevgi bəsləyəcəklər; hamısı ondan razı qalacaq.

425- Hz. Mehdi (ə.s)-ın Mali-Mülkü Heç Olmayacaq

O (hz. Mehdi (ə.s)) DÜNYAYA KÖNÜL BAĞLAMAZ VƏ (BUNUN ÜÇÜN DƏ) DAŞ ÜSTÜNƏ DAŞ YIĞMAZ. (El-Mehdiyy-il Mev'ud..., 1-ci cild, səh. 280 və 300)

426- İnsanlar Üçün Ən Yaxşi Dostdur

Sonra hz. Mehdi (ə.s)-ın sifətlərini sayaraq buyurdu ki: "İÇİNİZDƏKİ ƏN GENİŞ SIĞINACAQDIR, İÇİNİZDƏ ELMİ ƏN ÇOX OLANDIR VƏ DOSTLARINI, SEVDİKLƏRİNİ ƏN ÇOX AXTARIB SORUŞANDIR. Allahım! Onun zühurunu hüznlərin aradan qaldırılmasına vəsilə et və ümmətin dağınıqlığını onunla topla! Əgər Allah səni uğurlu etsə ONUN BEYƏTİNƏ QAÇ (ONA TABE OL) VƏ ONDAN ƏSLA İMTİNA ETMƏ. ƏGƏR BAŞARSAN, ONA ÇATIB VƏ HİDAYƏTƏ QOVUŞSAN ONDAN ƏSLA İMTİNA ETMƏ. Ah - və Əli ilə sinəsini göstərərək - onu çox görmək istəyərdim" (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 252)

427- Üslubu və Rəftari Çox Səmimidir

Hz. Mehdi (ə.s)-ın təbliğ üsulu insanların ürəklərinin dərinliklərinə işləyən və Allaha ən səmimi qəlblə yönələn tərzdə olacaq. Dindən uzaqlaşanlar ibadətlərinə, qənaətbəxşliyə və təhlükəsizliyə geri dönəcəklər. (İkdud Durar, səhifə.156, Bihar- ül Envar, 53-cü cild, səh. 36 ve 280)

Hədisdə hz. Mehdi (ə.s)-ın İslam əxlaqını izah edərkən son dərəcə səmimi bir üsul istifadə edəcəyi izah edilmişdir. Allah hz. Mehdi (ə.s)-ın səmimiyyətini də vəsilə edərək "Hadi" sifəti ilə təcəlli edəcək və insanları hidayətə çatdıracaq. Hz. Mehdi (ə.s)-ın dövründə insanlar xalis bir ürəklə Allaha iman edəcəklər və imanı zəifləmiş kəslərin də yenidən imanları güclənəcək. Hz. Mehdi (ə.s)-ın İslam əxlaqını anlatma üslubundakı səmimiyyətin xüsusilə diqqət çəkməsinin səbəblərindən biri də, hz. Mehdi (ə.s)-ın yaşadığı dövrdə insanların ümumiyyətlə səmimiyyətdən uzaq bir rəftar göstərməlidir. Hədisdə həmçinin iman edənlərin ürəklərinin rahatlıq tapacağına və təhlükəsizliyin meydana gələcəyinə də diqqət çəkilmişdir.

 

20 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top