Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
21 / total: 34

Hz. Mehdi (ə.s)-ın Elmi

428- Hər Mövzuda Çox Biliklidir

Hakim səhihdir qeydi ilə Əbu Hüreyrədən bu xəbəri nəql etmişdir: Peyğəmbər (s.ə.v) buyurdu: "İnsanların MƏDİNƏ ALİMİNƏ (HZ. MEHDİ (ə.s)) çatmaq üçün dəvələrini minərək yollara çıxacağı günlər yaxındır. Məhz o zaman ONLAR, MƏDİNƏ ALİMİNDƏN (HZ. MEHDİ (ə.s)-DAN) DAHA MƏLUMATLI BİRİNİ TAPA BİLMƏYƏCƏKLƏR". (Celaleddin es-Suyuti, Peygamberimizin Mucizeleri ve Büyük Özellikleri, Uysal Kitabevi: 2/265)

429- Elmi və Yumşaqliği Dövründəki Hər Kəsdən Üstündür

HZ. MEHDİ (ə.s)-ıN ELM VƏ ANADANGƏLMƏ YUMŞAQLIĞI HƏR KƏSDƏN DAHA ÇOXDUR. Hz. Mehdi (ə.s) Peyğəmbər (s.ə.v)-in adını daşıyır və əxlaqı da Məhəmmədi (s.ə.v) əxlaqıdır. (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 281-282 ve 266 ve 300)

430- Hər Mövzunu Dəlilləri ilə İsbat Edər, Belə Ki, Kimsə Ona Qarşi Dəlil Gətirə Bilməz

Şeyx Tusinin Qaybəti: "HZ. MEHDİ (ə.s)-ıN HAKİMİYYƏTİ (mənəvi liderliyi) ALLAHIN BÜTÜN YARATDIQLARI HAQQINDAKI DƏLİLLƏRİNDƏDİR; bunlar elə çoxdur ki, ONUN (HZ. MEHDİ (ə.s)-ıN) DƏLİLLƏRİ BÜTÜN İNSANLAR ÜZƏRİNDƏ QALİB GƏLƏCƏK (TƏSİRLİ OLACAQ, HAKİM OLACAQ) VƏ KİMİNSƏ ONA QARŞI GƏTİRƏCƏYİ SƏBƏBİ OLMAYACAQ". (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 70)

431- Ona Yönəldilən Suallara Çox Ağilli Cavablar Verər

... HZ. MEHDİ (ə.s) ŞƏRQ İLƏ QƏRB ARASINDAKI ŞEYLƏR HAQQINDAKI BÜTÜN SUALLARA CAVAB VERƏR. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybeti Numani səh. 283)

432- Elmi Hz. Davudun Elminə Bənzəyəcək, Batini Elmlərə Sahib Olacaq

 "Əl-Qaim Mehdi [əleyhissalam] haqqında soruşmusan; QİYAM ETDİYİ ZAMAN İNSANLAR ARASINDA DAVUD [ƏLEYHİSSALAM]-IN HÖKMÜNƏ BƏNZƏR ŞƏKİLDƏ ÖZ ELMİ İLƏ HÖKM VERƏCƏK və hər hansı bir dəlilə ehtiyac duymayacaq". (Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 50-ci cild, səh.264-265)

433- Hz. Mehdinin Hər Hansi Bir Dəlilə Ehtiyaci Qalmayacaq

İbn Şəhraşubun həyatından və əl-Həraic vəl-Cəraih əsərindən, Həsən ibn Zarif rəvayət edir:

Könlümü iki mövzu narahat edirdi və onlarla əlaqədar Əbu Məhəmmədə yazmaq istədim. Beləcə ona bir məktub yazıb əl-Qaim Mehdi [əleyhissalamı], onun nə ilə hökm edəcəyini və məclisinin harada olacağını soruşdum.

Belə bir cavab gəldi:

"Əl-Qaim Mehdi [əleyhissalam] haqqında soruşmusan; qiyam etdiyi zaman insanlar arasında Davud [əleyhissalam]-ın hökmünə bənzər şəkildə ÖZ ELMİ İLƏ HÖKM VERƏCƏK VƏ HƏR HANSI BİR DƏLİLƏ EHTİYACI QALMAYACAQ".

“İlamu'l-Vəra” və “Əl-İrşad” əsərlərində İbn Quluya, Qüleyni, Əli ibn Məhəmməd və Həsən ibn Zarif sənədi ilə bənzər hadisəyə yer verilmişdir. (Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 50-ci cild, səh.264-265)

434- Baş Verəcək Hadisələri Ən Uzaqgörən Şəkildə Təsbit Edər

Əbu Basar belə rəvayət etmişdir: Əbul Həsən (Musa ibn Cəfər)-ə dedim ki: "Səni yaradan Allaha qurban olum! İmam Mehdi hansı işarəsi ilə tanınar?" Buyurdu ki: "İmam Mehdinin tanınmasını təmin edən bir neçə xüsusiyyəti vardır. İNSANLAR ONA SUAL VERDİKLƏRİNDƏ DƏRHAL CAVAB VERƏR; ƏGƏR HÜZURUNDA SUSSALAR, O ÖZÜNDƏN DANIŞMAĞA BAŞLAYAR VƏ SABAH BAŞ VERƏCƏKLƏRİ (yaşanacaq hadisələri) İZAH EDƏR. İNSANLARLA HƏR DİLDƏ DANIŞAR". (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / ElKuleyni, 1-ci cild. səh. 402)

435- Hz. Mehdi (ə.s)-ın Təbliği İnsanlara Çox Təsir Edər

HZ. MEHDİ (ə.s) QURU BİR AĞACI ƏKDİYİNDƏ DƏ AĞAC DƏRHAL YAŞILLAŞIB YARPAQLANACAQ.  (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 43)

Əsrində CAHİL, XƏSİS VƏ QORXAQ OLAN BİR ADAM DƏRHAL ALİM, SƏXAVƏTLİ VƏ CƏSUR OLACAQ.  (Kıyamet Alametleri, səh. 186)

436- Ədalətin Tam Hakim Olmasina Vəsilə Olar

Hz. Mehdi (ə.s) YENİ BİR MÜHAKİMƏ VƏ QƏZAVƏT (HAKİMLİK) SİSTEMİ gətirəcək. (El-Gaybet (Nümani) Bihar'ül Envar, 52-ci cild, səh. 349, 354)

Hz. Mehdi (ə.s) dürüst və ədalətli mühakimə sistemini təşviq edib mühakimədə və hakimlik əxlaqında mükəmməlliyi təmin edəcək.

Hz. Mehdi (ə.s) dövründə, İslam aləmindəki dövlətləri narahat edən qarşıdurmalar nəticəsində məhkəmə işlərinə müdaxilələr olacaq; ədalət sistemində pozulma və degenerasiya meydana gələcəkdir. Məhz hz. Mehdi (ə.s) bu dövrdə ortaya çıxacaq və yaranan bu pozulma ancaq hz. Mehdi (ə.s) vəsiləsi ilə düzələcək.

437- Mehdi (ə.s) Elmin Qaynağidir

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

"İMAM MEHDİ ALİMDİR, ÖNDƏRDİR... MÜQƏDDƏSLİYİN, TƏMİZLİYİN, İBADƏTİN, ZAHİDLİYİN, ELMİN VƏ QULLUĞUN QAYNAĞIDIR. Rəsulullah (s.ə.v)-in dəvəti, xüsusilə ona (İmam Mehdiyə) təqdim edilmiş, çağırış vəzifəsi ona verilmişdir. Fatimə Betülün tərtəmiz soyundan gəlir. Qureyş xanədanından, Haşimoğulları zirvəsindən və Peyğəmbərin pak nəsilindən gəlmiş, Allah Azze və Cellenin razılığına malikdir". (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min ElKafi) / El-Kuleyni,  1-ci cild)

438- Dini Məsələlər Haqqinda Yüksək Elm Sahibidir

... HZ. MEHDİ (ə.s) DİNİ MƏSƏLƏLƏRDƏ ZAMANINDAKI MÜCTƏHİDLƏRİN ƏN FƏZİLƏTLİSİ VƏ ƏN MÜKƏMMƏLİDİR. Bu da onun böyüklüyünü, mərtəbəsinin yüksəkliyini, mövqeyinin ucalığını göstərər. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

Onun (hz. Mehdi (ə.s)-ın) dövründə DİN TAMAMİLƏ ŞƏRHLƏRDƏN TƏMİZLƏNƏRƏK OLARAQ ƏSL MAHİYYƏTİNİ QAZANACAQ. (Muhyiddin Arabi, "Futuhat-El Mekkiye", 66. bab, 3-cü cild, səh. 327- 328)

439- Qizil Möhürlü Kitabi İnsanlara Səsli Oxuyacaq

İmam Sadiq deyir ki: Qaim (hz. Mehdi (ə.s)) müəyyən geyim geyinəndə Peyğəmbər (s.ə.v)-in QIZIL MÖHÜRLƏ MÖHÜRLƏNİLMİŞ MƏKTUBUNUN (KİTABININ) MÖHÜRÜNÜ ÇIXARARAQ (QAPAĞINI AÇARAQ), İNSANLARA YÜKSƏK SƏSLƏ OXUYACAQ. (Bihar'ül Envar,52-ci cild, səh. 326)

440- Hədislər Mövzusunda Çox Məlumatlidir

Əbu Basar deyir ki, İmam Məhəmməd Baqirin belə buyurduğunu eşitdim: ... Buyurdu ki: "Hz. Mehdi (ə.s) qiyam etdiyində Rəsulullah (s.ə.v)-in yolu ilə gedəcək. TƏK O (HZ. MEHDİ (ə.s)) RƏSULULLAH (s.ə.v)-iN ƏSƏRLƏRİNİ AÇIQLAYACAQ...". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 191)      

441- Allah Hz. Mehdi (ə.s)-ı Vəsilə Edərək, Həm Şiddəti Həm Də Şiddətin Fəlsəfəsini Yox Edəcək

Şeyx Tusinin Qaybəti: "Sonra hz. Mehdi (ə.s)-ın yüksəlişi olacaq... ALLAH ONUN (HZ. MEHDİ (ə.s)-ıN) VASİTƏSİ İLƏ YALANLARI ORTADAN QALDIRACAQ. ONUN (HZ. MEHDİ (Ə,S) VASİTƏSİ İLƏ, ŞİDDƏTİ ORTADAN QALDIRACAQ. O (hz. Mehdi (ə.s)) boyunlarınızdakı əsarət eyibini qaldıracaq". (Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 132)

442- Allahin Xəlifəsidir

... Mehdi (ə.s) zühur edincə, hər şeyi buraxıb mümkün olan hər vəsiləylə ona doğru qaçın. Çünki O ALLAHIN XƏLİFƏSİ (mənəvi lider) VƏ MƏNİM QƏYYUMUMDUR. (Bihar-ul Envar, 51-ci cild, səh.65; Isbat-ul Hüdat, 6-cı cild, səh.382)

443- Cifr (Əbcəd) Elmini Bilər

Bəziləri dedilər ki, BU KİTABI KAMALI-VÜQÜF (yetkinliyə çatmış) AXIRZAMANDA HURUCU MÜNTƏZƏR (çıxışı gözlənilən) HZ. MEHDİ (ə.s)-ıN HURUCUNA MEVKUFDUR (çıxışına məhkumdur) Kİ, ONLAR ƏBCƏD ELMİNƏ VƏQF VƏ SİRLƏRİNƏ ARİF OLARLAR (bilərlər). Kitabı-ənbiyanı salifədən də bu elm varid olmuşdur. (Bu elm keçmiş peyğəmbərlərə verilən kitablardan çatmış bir elmdir). (Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu, səh.252) (Taşköprülüzade Ahmet Efendi "Mevzuatu'l-Ulum", (11/246))

444- Batin Elmindən Xəbərdardir

Kab: "Qiyam edənin Mehdi olaraq adlandırılmasının səbəbi GİZLİ İŞLƏRƏ HİDAYƏT EDİLMƏSİNƏ GÖRƏDİR" deyər. (El Havi, 2-ci cild, səh.148)

Kabdan rəvayət edildi ki:

 O, HEÇ KİMİN BİLMƏDİYİ GİZLİ BİR GÜCÜN SAHİBİ OLDUĞU ÜÇÜN ONA MEHDİ DEYİLMİŞDİR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)  

O (Mehdi) təsdiqlənmiş, QUŞ VƏ BÜTÜN HEYVANLARIN DİLLƏRİNİ BİLƏN BİRİDİR. Ona görə ədaləti bütün insanlar və cinlər tərəfindən qəbul ediləcək. (Muhammed ibn Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)

445- Elmi Əskiksiz və Mükəmməldir

Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir: (İmam Mehdinin) ELMİ İNKİŞAF ETMİŞ VƏ ELMİ ƏKSİKSİZDİR. İmanlıqda güclü, siyasətdə müdrikdir. Ona (İmam Mehdiyə) itaət etmək fərzdir. Allah Azzə və Cəllənin əmri ilə bu vəzifəyə gəlmişdir. Allahın qullarına nəsihət verər. Allahın dininin qoruyucusudur. (İman Ve Küfür Kitabı / UsulU Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

446- Hadisələrin Zahirinə Deyil, Batininə Görə Hərəkət Edər

Şeyx Müfid belə deyir: "Qaim Ali Məhəmməd (HZ. MEHDİ (ə.s)) QİYAM ETDİYİNDƏ EYNİ HZ. DAVUD (ə.s) KİMİ, YƏNİ QƏRBİN HASƏBİYLƏ (QƏRBİN MƏLUMATIYLA) HÖKM VERƏCƏK, ŞAHİDƏ EHTİYAC DUYMADAN HÖKM VERƏCƏK. ALLAH HÖKMÜ ONA İLHAM EDƏCƏK VƏ O DA İLAHİ İLHAMA GÖRƏ HÖKM VERƏCƏK. (İrşad (Şeyh Müfid), səh. 365-366)

BU HZ. MEHDİ (ə.s); SÜLEYMAN (ə.s) İLƏ DAVUD (ə.s) KİMİ HÖKM VERƏCƏK. VERDİYİ HÖKMDƏ DƏLİL VƏ ŞAHİD İSTƏMƏYƏCƏK. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 374)

447- Kimin Dost Kimin Düşmən Olduğunu Dərhal Anlayar

Hz. Mehdi (ə.s) HƏR QRUPUN GİZLİ PLANLARINDAN XƏBƏRDAR OLACAQ VƏ PLANLARINI ÖZLƏRİNƏ SÖYLƏYƏCƏK. HZ. MEHDİ (ə.s) DOST VƏ DÜŞMƏNİNİ BAXARAQ TANIYACAQ. (İrşad (Şeyh Müfid), səh. 365-366)       

448- Yalniz İnsanlara Deyil, Cinlərə Də Göndərilmişdir

O (Mehdi), təsdiqlənmiş, ... ədaləti, bütün insanlar və CİNLƏR TƏRƏFİNDƏN QƏBUL EDİLƏCƏK. (Muhammed İBN Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 188)

449- Peyğəmbərlik Yolundadir

Hz. Huzeyfədən rəvayət edilmişdir: Aranızda "Peyğəmbərlik" Allahın istədiyi qədərdavam edər, sonra onu qaldırmağı istədiyi zaman da qaldırar. Allahın arzu etdiyi qədər davam edən "şiddətli bir məliklik" idarəsi gəlir. Sonra  onu qaldırmağı istədiyi zaman qaldırar. Sonra zorba bir idarə gəlir. Sonra da "PEYĞƏMBƏRLİK YOLU ÜZRƏ BİR XİLAFƏT" (mənəvi liderlik) (HZ. MEHDİ (ə.s)) GƏLƏR.  (Ramuz El-Ehadis, 1/257
(Ebu Davud "Tayalisi" -Ahmet ibn Hanbel "Müsned"inden))

... Birinci yolda, yəni (yaxın peyğəmbərlik) deyilən yolda, bolluq və hidayət, vasitə ilə gəlməz. BU YOLDA YÜKSƏLƏN, ARADA VASİTƏ VƏ PƏRDƏ OLMADAN VASİL OLAR. HEÇ KİM VASİTƏ VƏ PƏRDƏ OLMADAN BOLLUQLARA VƏ BƏRƏKƏTLƏRƏ QOVUŞMAZ. Vasitə olmaq və pərdə olmaq  (vilayət yaxınlığı) deyilən yoldadır. Bu iki yolu bir-birinə qarışdırmamalı. HƏZRƏTİ İSA (ə.s) VƏ HƏZRƏTİ MEHDİ (ə.s) PEYĞƏMBƏRLİK YOLU İLƏ HAQQA ÇATARLAR. Seyhayn, yəni həzrəti Əbu Bəkr ilə həzrəti Ömər (r.ə)-də, peyğəmbərlik yolu ilə qovuşmuşlar. Rəsulullah (s.ə.v)-in himayəsi altındadırlar. Şanları çox yüksəkdir. (Saadet-i Ebediye, H. Hilmi Işık, səh. 836 (Mektubat-i Rabbani'den 123. Mektup))

450- Quranin Doğru Şərh Edilməsi Üçün Elmi Mübarizə Aparar

Rəsulullah (s.ə.v) Ammar İbn Yasirə belə buyurmuşdur: "Onun (hz. Mehdi (ə.s)-ın) uzun bir qaybəti olacaq ki, bir sıra insanlar bu dövrdə imanlarını itirəcək, digər bir qrupu isə imanlarını qoruyacaqlar. O (hz. Mehdi (ə.s)), Axırzamanda çıxıb yer üzünü ədalətlə dolduracaq. O (hz. Mehdi (ə.s)), ALLAHIN KƏLAMININ ŞƏRHİ ÜÇÜN (FİKİRLƏ) MÜBARİZƏ APARACAQ, necə ki, mən Allahın kəlamının endirmə (nazil olması) üçün mübarizə apardım. Ey Ammar... (o (hz. Mehdi (ə.s)) xalqın mənə ən çox bənzəyəni olacaq". (Kifayet’ül Eser, İlzam-ün Nasib, 1-ci cild, səh. 98)

451- Siyasətdə Müdrikdir

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

 "(İmam Mehdinin) elmi inkişaf etmiş və helmi əskiksizdir. İmanlıqda güclü, SİYASƏTDƏ MÜDRİKDİR. Ona (İmam Mehdiyə) itaət etmək fərzdir. Allah Azzə və Cəllənin əmri ilə bu vəzifəyə gəlmişdir. Allahın qullarına nəsihət verər. Allahın dininin qoruyucusudur". (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / ElKuleyni, 1-ci cild)

452- Qurani İnsanlara Hikmətlə Açiqlayar

İmam Sadiqdən:

"Qaimimiz çıxdığında, hər kəs Allahın kitabından səbəblər qarşıya qoyar. MEHDİ, İZAH EDƏRƏK ALLAHIN KİTABINI (QURANI) AÇIQLAYAR. (Gaybeti Numani, səh. 297)

453- İnsanlarin Əxlaqinin Gözəlləşməsinə Vəsilə Olar

Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir: İmam Mehdi, Allahın yaratdığı varlıqlar arasındakı əmin təmsilçisidir. Allahın qullarına təqdim etdiyi hüccətidir. Allahın ərşində Onun xəlifəsidir. Allaha çağıran dəvətçidir. Allahın qoyduğu haramların müdafiəçisidir. İMAM MEHDİ, İNSANLARI (ƏXLAQLARININ GÖZƏLLƏŞMƏSİNƏ VƏSİLƏ OLARAQ) GÜNAHLARDAN, EYİBLƏRDƏN TƏMİZLƏYƏR. Elmindəki özəlliyi ilə diqqətə çarpması, mülayimliyi onun xarakterik xüsusiyyətidir. (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

454- Mehdi (ə.s)-ın Sahib Olduğu Xüsusiyyətlər Çalişilaraq Əldə Edilə Bilməz

Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir: İMAM MEHDİ, DİNİN NİZAMI, MÜSƏLMANLARIN QÜRURUDUR. Münafiqlərin kinini üzərinə çəkər, kafirlərin həlak olmasının vəsiləsidir. İMAM MEHDİ, ZAMANININ TƏK ŞƏXSİDİR. HEÇ KİM ONUN SƏVİYYƏSİNƏ ÇATA BİLMƏZ VƏ HEÇ BİR ALİM ONUNLA MÜQAYİSƏ EDİLƏ BİLMƏZ. Onun bənzəri və tayı-bərabəri olmaz. İman sifəti ilə diqqətə çarpar, bütün imani dəyərlər onda toplaşar. AMMA O (İMAM MEHDİ), BUNLARI İSTƏYƏRƏK VƏ ÇALIŞARAQ ƏLDƏ ETMƏYİB. Əksinə bu dəyərləri verən, Uca bəxşedici olan Allah tərəfindən ona (İmam Mehdiyə) xas olan xüsusiyyətlərdir. (İman Ve Küfür Kitabı / Usul-U Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

455- Halallari və Haramlari Bilər

Hz. Hüseyn (r.ə)-dən soruşuldu:

"İmam hz. Mehdi (ə.s) hansı əlamətlərlə tanınar?" Belə cavab verdi: "Könül rahatlığı və ciddiyət sahibi olması ilə, halal və haramı çox yaxşı bilməsi ilə tanınar.

(Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")

456- Allahin İlhamiyla İnsanlari Çox Yaxşi Taniyacaq, Aldiği Qərarlarda Şahid Lazim Olmayacaq

İmam Mehdi (ə.s) İLAHİ MƏLUMATA UYĞUN OLARAQ hökm verəcək. İnsanları ÖZ HƏQİQƏTLƏRİ İLƏ VƏ ƏSLİNDƏ OLDUQLARI KİMİ tanıyacaq. Davud Peyğəmbər (ə.s) və Süleyman peyğəmbər (ə.s)-ın qərarları kimi ONUN HÖKMLƏRİNƏ DƏ ŞAHİD LAZIM OLMAYACAQ. (Bihar-ül Envar, 18-ci cild, səhifə 341; 52-ci cild, səhifə 325; Mikyaal alMakaarem, 1-ci cild, səh. 6, 83-84 ve 145)

Hədisdə Allahın doğru qərarları hz. Mehdi (ə.s)-ın ürəyinə ilham edəcəyinə işarə edilir. Hz. Davud (ə.s)-ın və hz. Süleyman (ə.s)-ın ədalətli hökmləri kimi hz. Mehdi (ə.s)-ın da bütün hökmləri ədalətli olacaq. Hz. Mehdi (ə.s)-ın ürəyinə insanların xarakterləri və əsl üzləri ilham olunacaq və insanlar haqqında qərar verərkən hz. Mehdi (ə.s)-ın dəlilə və ya şahidə ehtiyacı olmayacaq. Hadisələrin iç üzünün hz. Mehdi (ə.s)-a Allah tərəfindən hiss etdiriləcəyinə hədisdə işarə edilmişdir.

457- Üstün Fərasət Sahibi Olacaq və Allahın Diləməsi ilə Qeyb Elmlərinə Yiyələnəcəkdir

İmam Sadiq (ə.s) buyurmuşdur ki: "Hz. Mehdi (ə.s) hər qövmün işlərinin əslindən (saxladıqları şeydən) xəbər verər və dostunu düşmənini fərasətlə tanıyar". (Sırat'ulMustakim, 2-ci cild, səh. 254)

458- Allah Hz. Mehdi (ə.s)-ı Hikməti ilə , Elmi ilə , Hidayəti ilə İstiqamətləndirəcək

Allah Təalanın hz. Mehdi (ə.s)-a necə kömək edəcəyini İmam Rıza (ə.s) belə açıqlamışdır:

Allah hz. Mehdi (ə.s)-a ürək genişliyi verəcək. Qəlbini həqiqət və hikmətlərin çeşməsi edəcək, ona elmini daim ilham edəcək.
Ondan sonra heç bir problemin cavabından aciz qalmayacaq, doğru yol göstərməkdə və həqiqətləri bəyan etmədə heç vaxt pozğunluğa düşməyəcək: (Allahın diləməsi ilə) xətadan məsumdur. Daima Allahın yol göstərməsinə, yardımı və qüvvəsinə çatmışdır. Səhv və dolaşıqlardan amandadır. Qullarına nümunə və şahid olması üçün onu bu mövqeyə Allah seçmişdir. Allah bu İlahi lütfkarlığını istədiyinə verər və Allah böyük lütf sahibidir. (Usul-u Kafi, 1-ci cild, səh. 390)   

459- Hz. Mehdi (ə.s) ''Heç Kimdə Olmayan Elmlərin'' Sahibi Olacaq

"(Hz. Mehdi (ə.s)-ın) Onun fiqh məlumatı ON ALİMİNKİNƏ ƏVƏZDİR". (Nuaym bin Hammad, Kitab-ül Fiten)

İmam Sadiq (ə.s) belə buyurdular:

"ELM İYİRMİ YEDDİ HİSSƏYƏ AYRILMIŞDIR. İnsan övladı indiyə qədər bunun yalnız İKİ QİSMİNİ əldə edə bilmişdir. Qaimimiz (HZ. MEHDİ (ə.s)) QİYAM EDİNCƏ DİGƏR İYİRMİ BEŞ QİSMİ DƏ ORTAYA ÇIXACAQ və insanlar arasında yayılacaq". (Bihar, 52-ci cild, səh. 336)   

Allah insanların hidayətinə vəsilə olması üçün vəzifələndirdiyi bütün peyğəmbər və elçilərini elmi və fiziki olaraq qüvvətləndirmişdir. Allahın, Axırzamanın hidayət öndəri olaraq seçdiyi hz. Mehdi (ə.s) da yaşadığı dövrdə bu xüsusiyyəti ilə çox diqqət çəkəcək. Hz. Mehdi (ə.s) Allahın lütf etməsi ilə, çox üstün elmlərə sahib olacaq. Ancaq hədis və rəvayətlərdəki məlumatlardan bu elmin, klassik mədəni məlumatlardan çox, hikmət, dərinlik, ağıl, fərasət və bəsirət olacağı aydın olur.

Sahib olduğu bu hikmət, fərasət, bəsirət, hadisələri şərh etmək və nəticə çıxarmaq qabiliyyətinə görə insanlar hz. Mehdi (ə.s)-a verdikləri hər sualda, həll axtardıqları hər mövzuda, bənzərsiz bir ağılla qarşılaşacaqlar. Daha əvvəl heç düşünə bilmədikləri yolları, heç görmədikləri həlləri, heç fikirləşmədikləri dünyagörüşlərini hz. Mehdi (ə.s) vəsiləsi ilə öyrənəcək və tətbiq edəcəklər.

460- Hz. Mehdi (ə.s) Bütün Peyğəmbərlərin Elmlərinə Sahib Olacaq

İmam Mehdi (ə.s) ELM SANDIĞININ QORUYUCUSUDUR, BÜTÜN PEYĞƏMBƏR (ə.s)-LARIN ELMLƏRİNİN VARİSİDİR VƏ HƏR ŞEYDƏN XƏBƏRDARDIR. (Bihar-ül Envar,  95-ci cild, Səhifə 378; 102-ci cild, səhifə 67 ve 117; Mikyaal al-Makaarem, 1-ci cild, səh. 49)

 

21 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top