Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
22 / total: 34

Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir

461- Hz. Mehdi (ə.s) “Mən Hz. Mehdi (ə.s)-am” Deməyəcək; Ancaq İnsanların Gözlərindəki Qəflət Pərdəsini Qaldıraraq, “Mehdi Həqiqətini” Anlamalarını Təmin Edəcək

Hz. Mehdi (ə.s) heç vaxt insanlara "Mən Mehdiyəm" deməyəcək. Allah Peyğəmbərimiz (s.ə.v)-in dili ilə xəbər verdiyi əlamətlərlə, onu insanlara tanıdacaq. Bu əlamətlərdən biri də, "HZ. MEHDİ (ə.s)-ı İNSANLARA ƏN YAXŞI İZAH EDƏN ADAMIN YENƏ YALNIZ HZ. MEHDİ (ə.s) olması"dır. Hz. Mehdi (ə.s) gördüyü işlərlə; Peyğəmbərimiz (s.ə.v)-in hədislərini və İslam alimlərinin hz. Mehdi (ə.s) haqqındakı şərhlərini ən doğru və ən hikmətli şəkildə şərh etməsi ilə, insanlara hz. Mehdi (ə.s)-ı ən mükəmməl şəkildə tanıdacaq. Bir hədisdə hz. Mehdi (ə.s)-ın, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar verdiyi məlumatların əslini şəxsən bilən adam olacağı, bu səbəblə də Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar hədislərini ən doğru şəkildə açıqlayacaq adamın da yenə yalnız hz. Mehdi (ə.s) olacağı belə bildirilmişdir:

Əbu Basir deyir ki: İmam Məhəmməd Baqir belə buyurduğunu eşitdim: "... Buyurdu ki: Hz. Mehdi (ə.s) qiyam etdiyində Rəsulullahın yolundan gedəcək.  YALNIZ O (HZ. MEHDİ (ə.s)),  RƏSULULLAH (s.ə.v)-iN ƏSƏRLƏRİNİ AÇIQLAYACAQ..." (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 191)

Hz. Mehdi (ə.s) bu hikmətli izahatları ilə insanların fərasət və bəsirətlərini açacaq. Açıq şəkildə "Mən hz. Mehdi (ə.s)-am deməyəcək; lakin mənəvi cəhətdən hz. Mehdi (ə.s)-ın varlığına və gücünə işarə edərək insanların gözlərindəki qəflət pərdəsini qaldırıb "Mehdi həqiqətini" anlamalarını təmin edəcək. Hz. Mehdi (ə.s) hz. Mehdi (ə.s)-dan bəhs etdikcə, insanlar onun hz. Mehdi (ə.s) olduğuna səmimi olaraq qərar verəcək və ona mənəvi cəhətdən tabe olmaq istəyəcəklər.

462- Mehdiyyəti İzah Etmək Üçün Xalqın Arasında Fəaliyyət Göstərər

İmam Sadiq belə buyurur: "...Halbuki, o [HZ. MEHDİ (ə.s)], ONLARIN BAZARLARINA GEDİB-GƏLƏR. YIĞINCAQLARINDA XALÇALARININ ÜZƏRİNƏ AYAQ BASAR. ALLAHIN İZNİ  İLƏ ÖZÜNÜ TANIDANA QƏDƏR onlar onu (hz. Mehdi (ə.s)-ı) tanımayacaqlar". (Mucem-ul Ehadisi İmam Mehdi, 3-cü cild)     

463- Hz. Mehdi (ə.s) Açiq Şəkildə Zühur Etmədiyi Dövrdə Də İnsanlar Ondan Faydalanacaq

Hz. Rəsulullah (s.ə.v) "zühurundan əvvəlki dövrdə (qaybət dövründə) hz. Mehdinin varlığının nə kimi bir faydası olacaq?" şəklində soruşulan bir suala belə cavab verdilər:

"Bəni-peyğəmbər olaraq göndərən Allaha and olsun ki, insanlar qaybət dövründə, BULUDLARIN ARXASINDA QALAN GÜNƏŞDƏN FAYDALANDIQLARI KİMİ ONDAN (HZ. MEHDİDƏN) FAYDALANARLAR". (Bihar'ul-Envar, 52-ci cild, səh. 93)

 

22 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top