Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
23 / total: 34

Hz. Mehdi (ə.s) və Əhli-Kitab

464- Hz. Mehdi (ə.s) Yəhudilərin Gözlədiyi Kral Məsihdir

Hz. Əli ibn Əbu Talib belə buyurur: "Vəd edilmiş Mehdi bizdən olacaq və Axırzamanda zühur edəcək. HƏR HANSI MİLLƏT ARASINDA ONDAN BAŞQA GÖZLƏNİLƏN BİR MEHDİ YOXDUR". (Isbat-ül Hüdat, 7-ci cild, səh. 148)

Əbu Abdullah (İmam Cəfəri Sadiq) güldü və belə dedi: "Ey Hişam! Bunları sənə kim öyrətdi?".

 Dedim ki: "Bunları səndən öyrənərək bir yerə gətirdim". İmam buyurdu ki: "ALLAHA AND İÇƏRƏM Kİ, BU (HZ. MEHDİ (ə.s)), İBRAHİM VƏ MUSANIN SƏHİFƏLƏRİNDƏ YER ALAN HƏQİQƏTLƏRDİR". (Usul-i Kafi, Yakub bin İshak El Kuleyni, 1-ci cild, səh. 229)           

465- Tövrati və İncili Təhrif Edilmiş Qisimlərindən Təmizləyər və Qurana Uyğun Hissələrini Ortaya Çixarar

İmamı Zaman (hz. Mehdi (ə.s)-ın ədalətli hökumətində, BÜTÜN İLAHİ KİTABLAR İNSANLARIN ÖNÜNƏ ORİJİNAL FORMALARI İLƏ, HEÇ BİR DƏYİŞİKLİK OLMADAN TƏQDİM EDİLƏCƏK. İmam Mehdi (ə.s) Tövrat əhlinə Tövratla, İncil əhlinə İncillə, Zəbur əhlinə Zəburla, Quran əhlinə Quranla hökm verəcək. (Bihar-ül Envar, 52-ci cild, səhifə 351)

466- Yəhudilərlə Ortaq İşlər Görəcək

Əhməd ibn Məhəmməd ibn Səid Əl Ukdəh dedi ki: Əli ibn Əl-Həsən Ət-Taymali dediyini köçürdü: Əli ibnu Yusif oğlu Əl-Həsən və Məhəmməd, Sadaan ibni Müslimdən, rəcaldan, Əl-Mufəzəəl ibn Ömərdən dedi: Əbu Abdullah bildirdi: "İMAM MEHDİ ÇAĞIRDIQDA ALLAHDAN İBRANİ DİLİNDƏ KÖMƏK DİLƏYƏCƏK". (El-Gaybet-i Numani, səh.326)

467- Yəhudilərə Tövratin Əsli ilə Hökm Edər

Ona hz. Mehdi (ə.s) deyilməsinin səbəbi, Şamda olan dağlardan birinə yönəlməsidir. Oradan (ƏSL) TÖVRAT KİTABLARINI ÇIXARACAQ, YƏHUDİLƏRƏ QARŞI DƏLİL GƏTİRƏCƏK. (Suyuti, el-Havi li'l Feteva, II. 81)

Cabir ibn Yezid Əl-Cofi, İmam Məhəmməd Baqirdən rəvayət edir: "...Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s) deyə adlandırılmasının səbəbi budur ki, gizli işə doğru istiqamətləndiriləcək, TÖVRAT VƏ DİGƏR SƏMAVİ KİTABLARI ANTAKYADA BİR MAĞARADAN ÇIXARACAQ VƏ YƏHUDİLƏR ARASINDA TÖVRATLA ... HÖKM VERƏCƏK". (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 254-255)

468- Əsl Tövrati Tapar və Yəhudilərdən Bir Qrup Onun Vəsiləsi ilə Müsəlman Olar

Ona Mehdi deyilməsinin səbəbi budur. O, yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki TÖVRATA DAİR KİTABLARI ÇIXARAR VƏ YƏHUDİLƏRDƏN BİR CAMAAT ONUN ƏLİNDƏ MÜSƏLMAN OLAR. (İmam-ı Suyuti)

469- Xristianlara İncilin Əsli ilə Hökm Edər

Cabir ibn Yezid əl-Cofi, İmam Məhəmməd Baqirdən rəvayət edir: "...Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s) deyə adlandırılmasının səbəbi budur ki, gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər Səmavi kitabları Antakyada bir mağaradan çıxaracaq və... XRİSTİANLAR ARASINDA İNCİLLƏ HÖKM EDƏCƏK". (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 254-255)

Hz. Mehdi (ə.s)… Yəhudilər arasında Tövratla, XRİSTİANLAR ARASINDA İNCİLLƏ HÖKM EDƏCƏK. (Cabir ibn Yezid əl-Cofi İmam Məhəmməd Baqirdən rəvayət edir.)

470- Mehdiyyət Dövründə Müsəlmanlar, Yəhudilər və Xristianlar Birlikdə Hüzur İçində Yaşayacaqlar

Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. İnsanlar arasında bir DÜŞMƏNLİK QALMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, QARŞIDURMALAR, QISQANCLIQLAR, ŞÜBHƏSİZ, İTİB GEDƏCƏK. (Sahih-i Müslim, 1/136)

... Cənabı Haqq İslamı necə Bizimlə başlatmışsa onunla (hz. Mehdi (ə.s) ilə) sona çatdıracaq. Necə Bizimlə onlar arasındakı ŞİRK VƏ ƏDAVƏTTƏN (HÜSUMƏT VƏ DÜŞMƏNÇİLİKDƏN) XİLAS OLMUŞ VƏ ÜRƏKLƏRİNƏ ÜLFƏT (DOSTLUQ) VƏ MƏHƏBBƏT (SEVGİ) YERLƏŞMİŞSƏ, (HZ. MEHDİ (ə.s) GƏLİŞİ İLƏ) YENƏ ELƏ OLACAQ. (Ahir Zaman Mehdisi'nin Alametleri, Celalettin Suyuti, səh. 20)

 

23 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top