Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
27 / total: 34

Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s)

539- Dəccaliyyətə Hz. İsa (ə.s) Son Qoyacaqdir

Allahın düşməni olan MƏSİHİ DƏCCAL, İSA ƏLEYHİSSALAMI GÖRÜNCƏ, DUZUN SUDA ƏRİDİYİ KİMİ ƏRİYƏR. Hz. İsa (ə.s) onu tərk edib buraxsa belə həlak olana qədər əriyib gedəcəkdir. Lakin Allah onu şəxsən İsa Əleyhissalamın əli ilə (fikirlə) yox edəcəkdir. (Müslim, Kitabü'l Fiten, səh. 34)

... Dəccal ortalığa fitnə salarkən Cənabı Haqq, Məsih Məryəm oğlu İsanı göndərər... Nəfəsini dərk edən hər kafir mütləq yox olar. İSA (ə.s) DƏCCAL İLƏ LÜDD QAPISINDA (BEYT-ÜL MAQDİSƏ (MƏSCİDİ-ƏQSA) YAXIN BİR DİYAR) QARŞILAŞAR VƏ ONU (fikirlə) YOX EDƏR. (Sahih-i Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, səh. 104)

540- Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s)-a Kömək Edəcəkdir

Hz. İsa Peyğəmbər (ə.s) İMAMI ZAMAN (HZ. MEHDİ (ə.s))-A KÖMƏKÇİ OLMAQ, ONA BAĞLILIĞINI DİLƏ GƏTİRMƏK və onun arxasında namaz qılmaz üçün göydən enəcəkdir. (Şeyh Sadık, Al-Amaali, Oturum 39, səhifə 181; İküd'dürer, səh. 157 ve 230)

541- Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s)-ı Kitablarindan Da Taniyacaqdir

HZ. İSA (ə.s) ONU (SANDIĞI) GÖTÜRÜB AÇACAQ VƏ İÇİNDƏ BİR MÖHÜR, MİN KİTAB TAPACAQ, bu kitablarla şəriəti (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) canlandıracaqdır. (Risalet’ül Meşrep elverdi fi mezhebi bil Mehdi, Ali bin Sultan Muhammed-el Kari, səh. 4 -Enis el-Cülesci kitabından)

542- Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) Görünüş və Əxlaq Cəhətdən Bir-Birlərinə Çox Bənzəyəcəklər

Abdullah ibn Zamrə, İbni Mati-i Himyəri (Qab-ul Ahbar)-dan nəql edərək belə dedi: "... Qiyam edəcək (Qaim) hz. Mehdi (ə.s) Əlinin soyundandır. O (hz. Mehdi (ə.s)) bu yer üzünü tamamilə başqa bir hala gətirəcəkdir. Rum və Çinin xristiyanlarının əleyhində İsa ibn Məryəm (ə.s) ilə dəlil gətirəcəkdir. Qaim Mehdi (ə.s), Əlinin nəsilindəndir. (Seyiddir) XEYİRDƏ, GÖRÜNÜŞDƏ VƏ ƏXLAQDA ƏN ÇOX HZ. İSA (ə.s)-a BƏNZƏYƏN ODUR (HZ. MEHDİ (ə.s)-DIR). Allah peyğəmbərlərə verdiyi (əzəməti) ona da verəcəkdir. Ona fəzilətlər və zinət verəcəkdir... (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh.169)

543- Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s)-ın Arxasinda Namaz Qilacaqdir

Naim Əbu Səiddən təxric etdi, dedi Rəsulullah (s.ə.v) buyurar: ARXASINDA MƏRYƏM OĞLU İSANIN NAMAZ QILACAĞI ADAM BİZDƏNDİR. (HZ. MEHDİ (ə.s)-DIR).(Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh. 78)

Buxari və Müslim Əbu Xureyrədən təxric etdi. Buyurdu: MƏRYƏM OĞLU İSA (ə.s) ARANIZA ENDİYİNDƏ VƏ İMAMINIZ SİZDƏN (HZ. MEHDİ (ə.s)) OLDUĞUNDA, GÖRƏK NƏ EDƏRSİNİZ? (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh. 79)

Əli ibn İbrahim, Şəhər ibn Havşəbdən belə rəvayət edər: ... "HZ. İSA (ə.s) QİYAMƏTDƏN ƏVVƏL DÜNYAYA ENƏCƏKDİR. ... HZ. İSA (ə.s) HZ. MEHDİ (ə.s)-ıN ARXASINDA NAMAZ QILACAQDIR.Haccac: "Nələr söyləyirsən sən? Bunu haradan bilirsən ki?" ―deyə soruşduqda; "Bu hədisdir"―dedim, "Mən bu hədisi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibdən eşitdim!" Bundan sonra: "Vallah tam qaynağından eşitmisən!" dedi. (Kummi Tefsiri, 1-ci cild, səh. 158)

544- Hz. İsanin Hz. Mehdinin Arxasinda Namaz Qilacaği Hədis Təmiz Qaynaqdan Köçürülüb

Təfsirul-Qummidə qeyd edildi:

Qasım ibn Məhəmməd; Süleyman ibn Davud əl-Minkari, Əbu Həmzə vasitəsilə Şehr ibn Havşəbdən rəvayət edər:

"İsa [əleyhissalam] qiyamət günündən əvvəl dünyaya enəcək və beləcə ölmədən əvvəl ona iman etməyən qalmayacaqdır. Yenə o, Mehdi [əleyhissalam]-ın arxasında namaz qılacaqdır".

Haccac mənə: "Nə danışırsan, bu xəbəri haradan köçürürsən?"―dedi.

"Bunu mənə Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib rəvayət etdi" ―dedim.

"Allaha and olsun ki, pak bir qaynaqdan köçürürsən" deyə cavab verdi. (Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 14-cü cild, səh. 349-350)

545- Hz. İsa (ə.s) Hz. Mehdi (ə.s)-a Tabe Olacaqdir

Rəsulullah (s.ə.v) səadətlə belə buyurmuşdur: "Daim ümmətimdən bir camaat qiyamətə qədər haqqı yüksəltmək üçün fikri mübarizə aparacaq, MƏRYƏM OĞLU İSA (ə.s) YER ÜZÜNƏ ENƏCƏKDİR. ƏMRLƏRİ (HZ. MEHDİ (ə.s)) ONA (HZ. İSA (ə.s)-a) "BİZƏ NAMAZ QILDIR" DEDİKLƏRİ ZAMAN, “XEYR” DEYƏCƏKDİR ... VƏ "İMAM MEHDİNİ" İMAMLIĞA KEÇİRƏR. (Sahih-i Müslim, 1-ci cild, səh. 209)

İbni Əbi Şeybə, Musannəfində, İbni Şirindən nəql eylədi: Dedi ki: Hz. Mehdi (ə.s) bu ümmətdəndir VƏ HZ. İSA (ə.s)-a İMAM OLACAQDIR. (Kitabül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh. 79)

 

27 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top