Axırzamanın 656 Əlaməti

KİTABI ENDİRİN

KİTABIN BÖLÜMLƏRİ

< <
32 / total: 34

Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq

645- Hz. Mehdi (ə.s) Bir Damla Belə Qan Axitmayacaq

İnsanlar bal arılarının bəyləri ətrafında toplaşdıqları kimi hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI, O ƏDALƏTLƏ DOLDURAR. ƏDALƏTİ O DƏRƏCƏDƏ OLAR Kİ, YUXUDA OLAN BİR KƏS DƏ OYADILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. DÜNYA SANKİ ƏSRİ-SƏADƏT DÖVRÜNƏ GERİ QAYIDAR. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 29)

Hz. Mehdi (ə.s) Peyğəmbər (s.ə.v)-in yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhammed İbn Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, səh. 163)

 (Hz. Mehdi (ə.s)) Zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 44)

646- Yatan Yuxusundan Oyandirilmaz

Ona (hz. Mehdi (ə.s)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və mövqe arasında beyət edərlər. Yatanı oyandırmaz, ƏSLA QAN TÖKMƏZLƏR. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24)

647- Yer Üzünün Sülhlə Dolmasi Üçün Cəhd Göstərər

QAB SU İLƏ DOLDUĞU KİMİ YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kimin arasında bir düşmənçilik qalmayacaq. və bütün düşmənçiliklər, boğuşmalar, bəhskarlıq, şübhəsiz, itib gedəcək. (Sahih-i Müslim, 1/136)

... Cənabı Haqq İslamı necə bizimlə başlamışsa onunla (hz. Mehdi (ə.s)) ilə sona çatdıracaq. Necə, bizimlə onlar aralarındakı şirk və ədavətdən (hüsumət və düşmənçilikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və məhəbbət (sevgi) dolmuşsa, hz. Mehdi (ə.s) gəlişi ilə yenə elə olacaq. (Ahir Zaman Mehdisi'nin Alametleri, Celalettin Suyuti, səh. 20)

648- Hz. Mehdi (ə.s)-ın Silahi İmandir, Sevgidir

Hz. Mehdi (ə.s) və tələbələri dinsizliyin beynini, yəni fikir sistemini Quranla, elmlə, sənətlə, ağılla, imanla məğlub edəcəklər. İnancda, fikirdə qalibiyyət meydana gələcək və batil düşüncə, dəlalət, Darvinist, materialist, ateist düşüncə yox olub gedəcək, inşaAllah.

Hz. Əmr ibn Avf (r.ə.)-dən rəvayət edilmişdir:

Rumlara aid Konstantinopol təsbehlə və təkbirlə müsəlmanlar tərəfindən fəth edilmədikcə qiyamət qopmaz. (Ramuzel-Ehadis, səh. 478)

İmam Müslümün Əbu Hureyrə (r.ə.)-dən rəvayət etdiyi hədisi-şərifdə Peyğəmbər (s.ə.v) bir gün səhabələrinə xitab olaraq:

… Bu mücahidlər o diyara gəlib yerləşdikləri zaman silahla vuruşmaz, ox da atmazlar. Lə-ilahə illallahu-əkbər deyərək təkbir gətirərlər. Bu təkbirlə şəhərin iki tərəfindəki qala divarlarından biri yıxılar. Sonra ikinci dəfə təkbir gətirərlər. Dərhal şəhərin o biri tərəfindəki də yıxılar. Sonra üçüncü dəfə təkbir gətirəcəklər. Bununla da İslam ordusu üçün qala divarlarının mövqeləri açılacaq, onlar da dərhal buradan şəhərə girərək fəth edəcəklər.   (İmam Şarani, Ölüm-KıyametAhiret ve Ahir Zaman Alametleri, səh. 445-446)

Bu şəhərə girərkən müsəlmanlar döyüşməyəcəklər. Yalnız təkbir gətirdiklərində şəhərin dəniz tərəfi yıxılacaq, təkrar təkbir gətirdiklərində digər tərəfi yıxılacaq. Üç dəfə təkbir gətirdiklərində də bütün şəhər əllərinə keçəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 30)

Hz. Mehdi (ə.s) və tələbələri Allahı xatırlayaraq İstanbulu və dünyanın bir çox şəhərini mənəvi cəhətdən, fikirlə, mədəni istiqamətdən fəth edəcək, Darvinizmi və materializmi mənəvi cəhətdən öldürəcəklər. Qurandakı bu ayədə də Allah fikirlə öldürməyə diqqət çəkir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz ... (Ənbiya surəsi, 18)

649- İşlərini Rahatliqla Yerinə Yetirərlər

Hz. Mehdi (ə.s)... çox rahatlıqla irəliləyəcək. (Muhammed İbn Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, səh. 173)

650- Hz. Mehdi (ə.s) Din Əxlaqini Hakim Etdiyində Peyğəmbərimiz (s.ə.v)-in Son Peyğəmbər Olduğunu Qəbul Etməyən Kimsə Qalmayacaq

İmam Baqir əleyhissalamdan nəql edilən başqa bir hədisdə belə buyrulub: BU QƏLƏBƏ (QALİBİYYƏT) VƏ ÜSTÜNLÜK ƏL-İ MƏHƏMMƏDDƏN OLAN HZ. MEHDİ (Ə.S.) QİYAM ETDİYİNDƏ REALLAŞACAQ. BELƏ Kİ, YER ÜZÜNDƏ HZ. MƏHƏMMƏD MUSTAFANI (ONUN PEYĞƏMBƏRLİYİNİ) TƏSDİQ ETMƏYƏN BİR KİMSƏ QALMAZ". (Tefsir-i Burhan, 2-ci cild, səh. 121.)

651- Hz. Mehdi (ə.s)-ın ''Üzərində Allahin Adinin Yazildiği, Sari-Ağ Bayraqlari'' Dünyanin Dörd Bir Tərəfini Əhatə Edəcək

Belə rəvayət edilmişdir: "Bu mütləq ki, Axırzamanda məğrib məmləkətinin ən uzaq mövqeyindən hz. Mehdi (ə.s) deyilən bir şəxs çıxacaq. Ön tərəfində qırx mil məsafədə yardım irəliləyəcək. HZ. MEHDİ (ə.s)-ıN BAYRAQLARI AĞ VƏ SARIDIR. ÜZƏRİNDƏ XƏTLƏR OLAR. BAYRAQLARINDA ALLAHIN AZAM İSMİ YAZILMIŞDIR. Onun bayrağı altındakı heç bir birlik məğlub edilməz". (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve Ahir Zaman Alametleri Muhtasaru, (Tezkireti'l Kurtubi), səh. 438)

Hədisdə Axırzamanda hz. Mehdi (ə.s)-ı insanlara tanıdacaq xüsusiyyətlərdən birinin hz. Mehdi (ə.s)-ın istifadə edəcəyi "sarı ağ bayraqları" olduğu xəbər verilmişdir. Həmçinin,  "bu bayraqların içində xətlər olacağı və üzərində də Allahın adının xatırlandığı yazılar olacağı" da ifadə edilmişdir.

Hədisin izahatından bu xüsusiyyətlərin hz. Mehdi (ə.s)-ın insanlara İslam əxlaqını təbliğ etdiyi kitablara işarə etdiyi aydın olur. Bu kitablar ağ səhifələrdən düzəldiləcək, sarı qızıl rəngli bəzəkləri olacaq və kitabın içində də yazılar, bu yazıları əhatə edən çərçivələri xatırladan kənar xətləri, şəkillər və rəsmlər olacaq. Uca Allahın adı kitabın hər yerində yazılacaq; Allahın Böyüklüyü və Ucalığı bu kitablarda çox təfərrüatlı olaraq izah ediləcək. Həmçinin hədisdə “bayraq” deyə izah edildiyi kimi, bu kitablar sanki bir ordunun bayraqları kimi, çatdığı hər yeri mənəvi cəhətdən fəth etməsinin bir əlaməti olaraq, hz. Mehdi (ə.s)-ın mənəvi cəhətdən, mədəni baxımdan və elmi cəhətdən fəth etdiyi; yəni ateistliyi məğlub etdiyi hər yerdə tapılacaq.

Hədisdə "onun bayrağı altındakı heç bir birlik məğlub edilməz" sözləri ilə də, hz. Mehdi (ə.s)-ın bu əsərlər çatdığı hər yerdə məğlub edilməz təsir oyadaraq, İslam əxlaqının yer üzündə hakim olmasına vəsilə olacağına işarə edilmişdir.

652- Hz. Mehdi (ə.s)-ın İmani Əsərləri Axirzamanda İnsanlarin Hidayətinə Vəsilə Olacaq

Əli ibn Əbu Talib (ə.s) belə buyurur: "Hz. Peyğəmbər (s.ə.v) uzun vəsiyyətində mənə xitabən belə buyurdu:

"Ya Əli! İmani cəhətdən xalqın ən heyrətləndiriciləri və elm baxımından da ən böyük insanlar, Axırzamanda gələcək kəslərdir. Onlar Peyğəmbəri görməmiş və imam da (hz. Mehdi (ə.s) da) onlardan gizlidir. BUNUNLA BİRLİKDƏ ONLAR AĞ SƏHİFƏLƏRƏ NAXIŞ OLUNMUŞ QARA XƏTLƏR VASİTƏSİ İLƏ (YAZILI SƏNƏDLƏRLƏ) İMAN EDƏRLƏR". (Men La Yehzuruhu'l Fakih, 1-ci cild, səh. 269)

Axırzamanda ağ səhifələrə qara hərflərlə kitabların basılacağı və hz. Mehdi (ə.s)-ın tələbələrinin də, hz. Mehdi (ə.s)-ın liderliyində hazırlanacaq bu əsərləri oxuyacaqları xəbər verilmişdir. Məlumdur ki, hz. Mehdi (ə.s)-ın tələbələri də, onun hz. Mehdi (ə.s) olduğundan əmin olmayacaqlar, ancaq görülən əlamətlərə görə ona qarşı bir hüsni-zənn sahibi olacaqlar.

653- Hz. Mehdi (ə.s) Bütün Dünyanin Hidayətinə Vəsilə Olacaq

Hz. Mehdi (ə.s) HİDAYƏT MƏŞƏLİ İLƏ ALƏMDƏ GƏZƏR VƏ SALEHLƏR KİMİ YAŞAYAR. (El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 281-282 ve 266 ve 300)

654- Allah Hz. Mehdi (ə.s)-ı Vəsilə Edərək, Əsrə və Bütün Dünyaya Təsir Edəcək Mükəmməl Kitablar Hazirlatdiracaq

Əbu Basar İmam Məhəmməd Baqir və ya İmam Cəfəri Sadiq əleyhissalamdan belə nəql edir: "ONA (HZ. MEHDİ (ə.s)-a) İMAMƏTİ VERƏN ONA ELM VƏ KİTABLAR VERƏCƏK VƏ ONU ÖZ BAŞINA BURAXMAYACAQ". (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 387)

Hz. Mehdi (ə.s)-ın davamlı olaraq Allahın idarəsində olacağı; Allahın hz. Mehdi (ə.s)-ı vəsilə edərək çox təsirli, əsrə və bütün dünyaya təsir edəcək mükəmməl kitablar hazırladacağı hədisdən aydın olur.

655- Hz. Mehdi (ə.s) Vəsiləsi ilə İslam Əxlaqi Bütün Dünyaya Hakim Olacaq

Yer üzünə dörd nəfər malik olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s), kafirlər isə Nəmrud və Buhtunnasırdır. Beşinci olaraq Əhli-Beytimdən biri (hz. Mehdi (ə.s)) gələcək və o da dünyaya malik olacaq. (Kitab'ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, səh. 10)

Hz. Mehdi (ə.s) eynilə hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s) kimi dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 30)

Ayyasi Əli ibn Həsəndən belə rəvayət edildi: Onun yanında bu ayəti-kərimə oxundu: Onlar Allaha and olsun ki, bizim Əhli-beyt sevənlərindəndir. ALLAH BİZDƏN BİR ŞƏXSİN ƏLİ İLƏ ONLARA (BUNU) ETDİRƏR. O ŞƏXS İSƏ BU ÜMMƏTİN MEHDİSİDİR. (Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan ibn Fazl Tabersi 1986, 4-cü cild, səh. 832)

 

32 / total 34
"Harun Yəhyanın Axırzamanın 656 Əlaməti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top