< <
2 / total: 10

Giriş: Surətini İzlədiyimiz Həyatimiz

Hal-hazırda əlinizdə tutduğunuzu düşündüyünüz bu kitab, yazı və şəkilləriylə, parlaq və canlı rəngləriylə, əslində beyninizdə seyr etdiyiniz üçölçülü bir görünüşdür... Kitabın üz qabığına əlinizi gəzdirdiynizdə hiss etdiyiniz qızıl zərli qabartmalar da, eyni şəkildə beyninizdə toxunduğunuz kitaba aiddir...

giriş

Kitaba baxdığınızda kitabın səhifələrindən əks olunan işıq, gözünüzün retina hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilir. Optik sinirlər vasitəsilə göndərilən bu siqnallar, kitabın şəkli, rəngi, qalınlığı kimi xüsusiyyətləri haqqında məlumatları beyinin görmə mərkəzinə daşıyırlar. Burada şərh olunan siqnallar, mənalı bir tam halına gətirilər; beləcə kitabın görünüşü sizin üçün, başınızın içindəki qaranlıqda yenidən inşa edilmiş olar. Bu səbəbdən "gözümlə görürəm", "kitab qarşımdadır" kimi ifadələr əslində həqiqətləri əks etdirməz. Göz yalnız özünə gələn işığı elektrik siqnalına çevirməklə vəzifəlidir. Təmasda olduğunuz kitab görünüşü də zənn edildiyi kimi sizin xaricinizdə deyil, tam tərsinə içinizdədir. Hətta zehininizdə meydana gələn bu görünüşün həqiqətləri əks etdirib-etdirmədiyindən və ya maddi bir qarşılığı olub-olmadığından da heç bir zaman əmin ola bilməzsiniz.

Bəlkə səhifələrin sürüşkənliyini əlinizdə hiss etdiyinizdən kitabı xaricinizdə zənn edə bilərsiniz. Halbuki, bu sürüşkənlik hissi də, eynilə görmə hissində olduğu kimi beyninizdə meydana gəlir. Dərinizdəki sinirlər xəbərdar edildiyində, bu xəbərdarlıqlar elektrik siqnalları halında beyinə göndərilirlər. Beyindəki toxunma mərkəzinə çatan bu mesajlar toxunma, təzyiq, sərtlik-yumşaqlıq, istilik-soyuqluq kimi hisslər olaraq hesab edilər və siz beyninizdə, kitaba toxunduğunuza, kitabın sərtliyini, səhifələrinin sürüşkənliyini ya da üz qabığındakı qabartmaları qəbul etdiyinizə dair hisslərə sahib olarsınız. Həqiqətdə isə, heç bir zaman bu kitabın əslinə toxuna bilməzsiniz. Toxunduğunuzu sandığınızda, əslində beyninizin içində kitabın səhifələrini çevirir, beyninizin içində səhifələrin incəliyini, sürüşkənliyini hiss edərsiniz.

okumak

Kitabın sayfalarının kayganlığını elinizde hissediyor olduğunuz için kitabı dışınızda zannedebilirsiniz. Oysa, dokunduğunuzu sandığınızda, aslında beyninizin içinde kitabın sayfalarını çevirir, beyninizin içinde sayfaların inceliğini, kayganlığını hissedersiniz.

Eyni vəziyyət digər duyğu orqanları üçün də məqbuldur. Titrəyən bir gitara teli havada təzyiq dalğaları meydana gətirər. Bu dalğalar iç qulaqda olan tükcükləri xəbərdar edər və bu titrəşmələr elektrik xəbərdarlıqları şəklində beyninizin müvafiq mərkəzinə göndərilər. Bu siqnalların beyində şərh olunması nəticəsində isə, gitara səsi eşitdiyiniz hissini yaşayarsınız.

Qoxu hissi də eyni şəkildə beyninizdə meydana gələr. Bir limonun qabığından çıxan kimyəvi molekullar burundakı qoxu qəbul edicilərini xəbərdar edir. Buradan elektrik siqnalı olaraq şərh olunmaq üzrə beyinə çatdırılırlar.

Qısacası, bütün qəbul etdikləriniz -gördüyünüz, eşitdiyiniz, daddığınız, toxunduğunuz və iylədiyiniz şeylər- beyninizdə sizin üçün xüsusi olaraq təkrar yaradılar. Bu səbəbdən, "ətrafımdakı dünyanı hiss edirəm" deyərkən, zehnimizdə yaranan rənglərin, şəkillərin, səslərin və qoxuların surətindən bəhs edərik.

Dünyanı hissetmə şəklimiz, "xaricdə" yəni bədənimizin ətrafında bir görünüş olduğuna bizi inandıracaq mükəmməllikdədir, amma içində olduğumuz vəziyyətin gecə gördüyümüz yuxulardan elə də fərqli bir cəhəti yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səslərin və görünüşlərin fərqində olarıq, hətta bədənimizin də... Düşünərik və mühakimə edərik, qorxu, hirs, məmnuniyyət və sevgi duyarıq. Digər insanlarla danışar, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir bildirərik. Qısacası, yuxumuzda da ətrafımızda maddi bir dünya olduğu təəssüratına qapılarıq. Ta ki oyanıb və yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə yaşandığını fərq edənə qədər...

insan hayatı

Dünyayı algılayış şeklimiz, "dışarıda", yani bedenimizin etrafında bir görüntü olduğuna bizi inandıracak mükemmelliktedir. Görüntülerde hiçbir kopukluk olmaksızın, sayısız detaydan oluşan, son derece parlak ve renkli bir dünya ile muhatap olmamız, bize algılar dünyasında yaşadığımız gerçeğini unutturabilir. Ancak tüm bu görüntüler gerçekte beynimizin içinde yaşanıp biter.

Oyanıb "hər şey bir yuxuymuş" dediyimizdə isə, yaşadığımız təcrübənin əslində fiziki bir həqiqətə dayanmadığını, bütün olub bitənlərin zehnimizdə yaradıldığını ifadə etmək istəyərik. Oyaq olduğumuz zaman isə, dünyanı hiss etməyimizin fiziki dünyada qarşılıqları olduğunu fərz edərik. Ancaq oyaq olduğumuz zamankı təcrübələrimiz də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır.

Oyaq olduğunuzu düşünmənizin səbəbi, ehtimal olunur ki, oxuduğunuz bu kitabı əlinizdə tutduğunuzu hiss etməniz, oxuduqlarınıza şərh gətirə bilməniz, bütün hadisələrin çox tutarlı bir şəkildə davam etməsi kimi səbəblərdir. Lakin bunların hamısı -kitabı tutduğunuz əliniz, səhifələrini çevirdiyiniz kitab, ətrafınızda dayanan əşyalar, otağın içindəki mövqeniz- beyninizdə seyr etdiyiniz surətlərdir. "İndi oyaqsınız, yoxsa xəyalmı görürsünüz?" sualı ilə qarşılaşacaq olsanız, cavabınız "əlbəttə ki, oyağam" şəklində olacaqdır. Bəlkə bu sualı bir çox dəfə yuxularınızda da soruşduğunuz olmuşdur. Lakin bu suala yuxunuzda verdiyiniz cavabın -oyaq olduğunuz cavabının- oyandıqdan sonra səhv olduğunu görmüsünüz. Yaxşı, eyni yanılmaya indi də düşmüş ola bilməzsinizmi? Hal-hazırda da yuxu görmədiyinizin, hətta bütün həyatınızın bir yuxu olmadığının zəmanətini sizə kim verə bilər? Məhz bütün bunlardan ötəri, içində olduğunuz dünyanın həqiqiliyindən necə əmin ola bilərsiniz?

Kitabın sonrakı səhifələrində bu həqiqətdən əsla əmin ola bilməyəcəyimizi ortaya qoyan elmi həqiqətlərin işləndiyi filmlərdən hissələri və bunlarla əlaqədar müxtəlif kitablarımızda yer verdiyimiz izahları oxuya bilərsiniz.

 

Mövzunun Əhəmiyyətini Materialistlərin Yaşadiği Narahatliqdan Başa Düşə Bilərik!

 

Diqqət edilərsə, bu gün maddənin əsli ilə bağlı şərhlərdən fövqəladə şəkildə narahat olan seqmenti, materialistlər meydana gətirir. Materialistlər, böyük bir maraqla gündəmdə tutulan "yaşadığımız dünyanın eynilə bir yuxudakı kimi xəyal ola biləcəyi" mövzusuna qarşı, guya kiçik hesab edirlərmiş kimi bir yanaşma sərgiləyərək; "əsla özünüzü idealizmin təlqinlərinə təslim etməyin, materializmə olan sədaqətinizi qoruyun" mesajları verirlər. Ancaq bu cür reaksiyaların təməlində bu mövzunun gündəmə gətirilməsindən yaranan narahatlıq yer alır.

Bu kəslərin öyüdləri isə onlara Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir I. Lenindən miras qalmışdır. Leninin, bir əsr əvvəl yazdığı “Materializm” və “Ampiryokritisizm” adlı kitabında bu sətirlər yer almışdır:

Hisslərimizlə qəbul etdiyimiz obyektiv həqiqəti bir dəfə yadırğadınsa, şübhəçiliyə (aqnostisizmə) və fərdçiliyə (subyektivizmə) sürüyəcəyindən, fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını qapdırdınsa, əvvəl qolun sonra bütün mənliyin gedər. Hissləri obyektiv dünyanın bir görünüşü olaraq deyil, xüsusi bir element olaraq qəbul etdiyində, digər bir sözlə materializmə qurban verdiyində, mənliyini fideizmə yem etmiş olarsan. Sonra hisslər heç kimin olar, ağıl heç kimin ağılı, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar.

Bu sətirlər, Leninin böyük bir qorxuyla fərq etdiyi və həm öz başından, həm də "dost"larının başlarından silmək istədiyi həqiqətin, günümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərir. Amma günümüzdəki materialistlər Lenindən daha da böyük bir narahatlıq içindədirlər; çünki bu həqiqətin bundan 100 il əvvəlkinə nisbətən daha çox açıq, qəti və güclü bir şəkildə ortaya qoyulduğunun fərqindədirlər. Bu mövzu, bütün dünya tarixində ilk dəfə bu qədər qarşı gəlinərək izah edilir.

Materialistlərin "əsla bu mövzunu düşünməyin, yoxsa materializmi itirərsiniz və özünüzü dinə təslim edərsiniz" şəklindəki xəbərdarlıqları, maddənin əsli ilə əlaqədar olaraq izah edilən həqiqətlərin materialist fəlsəfəni təməldən dağıdaraq, üzərində müzakirəyə belə ehtiyac buraxmayan bir mövqeyə gətirmiş olmasından ötəridir. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları maddi dünyanın yox olduğunu görməkdən ötəri yaşadıqları narahatlıqla, "maddənin əsli ilə təmasda olma imkanı yoxdur ki, materializm olsun" həqiqətini qəbul edə bilmirlər.

Elmi yazıçı Linkoln Barnett, bu mövzunun yalnız "hiss edilməsinin" belə materialist elm adamlarını qorxu və narahatlığa sürüdüyünü bu şəkildə ifadə edir:

Filosoflar bütün obyektiv həqiqətləri hisslərin bir kölgə dünyası halına gətirərkən, elm adamları insan duyğularının sərhədlərini qorxu və narahatlıq ilə hiss etdilər. (Lincoln Barnett, "Evren ve Einstein", Varlık Yayınları, 1980, səh. 17-18)

Ölkəmizdə və bütün dünyada, bu mövzu ilə qarşı-qarşıya gələn hər materialistdə bu "qorxu və narahatlıq" çox güclü olaraq görünür.

Ancaq XXI əsrdə, bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi bir dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların, keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib olan, həqiqəti gördükdən sonra, buna müqavimət göstərməmək, ölümlə birlikdə onsuz da açıq-aşkar aydın olacaq olan bu həqiqəti gec olmadan anlamaqdır.

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

2 / total 10
"Harun Yəhyanın İdealizm, Matriks Fəlsəfəsi və Maddənin Əsli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com