< <
3 / total: 10

Matriks (The Matrix)

Geridə qalan illərdə -bu il də ikinci bölümü ilə- ən çox seyr edilən və bəyənilən filmlərdən biri olan Matriksdə (The Matrix), süni zəka (artificial intelligence) olaraq bilinən cihazların dünyanı ələ keçirdiyi və insan irqini yalnız bir enerji qaynağı kimi istifadə edərək, insanlara xəyali bir dünya yaşatdıqları ssenari edilir. Yaşadığımız dövrdə ikincisinin yayımlanması ilə birlikdə geniş tamaşaçı kütlələri tərəfindən izlənilən "Matriks", virtual həqiqət meydana gətirən bir kompyuter proqramının çox inkişaf etmiş bir şəklini ifadə edir.

matrix

"Neo" ləqəbi ilə xatırlanan filmin baş roldakı aktyoru, bu sistemin içində, böyük bir proqram şirkətində kompyuter proqramçısıdır. Burada yaşadığı və 20-ci əsrin son illərində keçən həyatının həqiqət olduğunu zənn edir. Halbuki, həqiqi bədəni 2199-cu illərdə içi maye dolu, xarici pərdəylə örtülü kapsula bənzər bir məkandadır. Burada özünə nə göstərilsə onu görür, nə hiss etdirilsə onu yaşayır. Əslində, bədəni çox fərqli bir mühitdə və zamanda olmasına baxmayaraq, özünü şəhər kütləsi içində işinə gedib gələn, kompyuter proqramlarıyla məşğul olan bir kəs olaraq düşünür. Qısası, "Matriks" deyilən süni bir dünyada, özünü həqiqi bir həyatı yaşayırmış kimi zənn edir.

Həqiqətlərin -Neonun xəyali bir dünyada yaşadığının- fərqində olan "Morfeus" adındakı obraz, film boyu Neoya həqiqətləri izah edir. Məsələn, ona indiyə qədər gördüyü, eşitdiyi, iylədiyi, daddığı, hiss etdiyi şeylərin fiziki bir həqiqiliyinin olmadığını; bunların, beyninin içində özünə göstərilən xəyali görünüşlər olduğunu dəlilləriylə açıqlayır. Sonrakı hissələrdə filmin obrazları arasında baş verən söhbətlərdən nümunələr veriləcəkdir.

Virtual Həqiqət Və Elektrik Siqnallarından Ibarət Olan Dünya

simulator

Resimdeki kişi ayağında kar kayağı, etrafında da kar olmadığı halde, kendisine verilen yapay sinyallerle kendini dağda kayak yapıyormuş gibi hissetmektedir. Üstelik bu kişi sanal bir ortamla muhatap olduğunun farkında olmasına rağmen, kendini bu şekilde hissetmekten alıkoyamamaktadır.

Günümüzdəki texnologiyanın inkişafı sayəsində, "xarici dünya" və ya "maddə" olmadan, hisslərin çox həqiqi bir şəkildə yaşana biləcəyinə dair müxtəlif nümunələr əldə edilmişdir. Xüsusilə son illərdə inkişaf edən "virtual həqiqət" anlayışı, bu mövzuda olduqca inandırıcı dəlillər təqdim edir.

Virtual həqiqət, ən sadə şəkliylə, kompyuterdə canlandırılan üçölçülü görünüşlərin, bəzi cihazların köməyi ilə insanlara "həqiqi bir dünya" kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiyaya, bu səbəblə, "süni həqiqət", "virtual dünyalar", "virtual yerlər" kimi adlar da verilir. Virtual həqiqətin ən vacib xüsusiyyəti, xüsusi alətlər istifadə edən bir adamın gördüyü görünüşü həqiqi zənn edərək, aldanmasıdır. Bu səbəblə, son illərdə virtual həqiqət ifadəsinin ingiliscə qarşılığının əvvəlində "immersive" sözü də istifadə edilir və bu sözün mənası "dalmaq, qapılmaq"dır. (Immersive Virtual Reality: Qapdıran virtual həqiqət)

Virtual dünyanın yaradılması üçün lazımlı olan alətlərdə istifadə edilən sistem, beş duyğu orqanımız üçün uyğun olan sistemlə eynidir. Məsələn, istifadəçinin əlinə keçirdiyi əlcəyin içindəki mexanizmin təsiriylə, barmaq uclarına bəzi siqnallar verilər və bu siqnallar beyinə ötürülər. Beyin bu siqnalları ayırd edəndə bu adam, ətrafında olmadığı halda ipək bir parçaya və ya səthində bir çox girinti və çıxıntı olan, qabarıq naxışlı bir vazaya toxunduğunu hiss edər.

Virtual həqiqətin istifadəsinə başlayan əhəmiyyətli sahələrdən biri də tibb sahəsidir. Miçiqan Universitetində təkmilləşdirilmiş bir texnikayla həkim namizədləri və xüsusilə təcili xidmət heyəti süni bir əməliyyatxana mühitində təlimləndirilir. Bu tətbiqdə, bir otağın döşəməsinə və divarlarına əməliyyatxana ilə bağlı görünüşlər, əməliyyatxananın ortasına isə bir əməliyyat masası və bir "xəstə"nin görünüşü əks etdirilir. Həkim namizədləri isə üçölçülü eynəklərini taxaraq bu virtual xəstə üzərində əməliyyata başlayırlar. Növbəti səhifədəki şəkillərdən də aydın olacağı kimi, bu rəsmi görən bir insan, hansının həqiqət, hansının virtual olduğunu ayıra bilməyəcəkdir.

holographic

Günümüz teknolojisindeki gelişmeler sayesinde, "dış dünya" olmadan, algıların çok gerçekçi olarak yaşanabileceği görülmüştür: İnsanlar olmadıkları ortamlarda bulunduklarını, yapmadıkları şeyleri yaptıklarını hissedebilmektedirler.

Matriks adlı filmdə də, filmin iki qəhrəmanı, bir kürsüdə yatmış vəziyyətdə ikən sinir sistemlərinə bir kompyuter bağlandığında özlərini tamamilə fərqli məkanlarda görürlər. Bir səhnədə, uzaq şərq idmanları edərkən, bir başqa səhnədə isə özlərini tamamilə fərqli geyimdə çox izdihamlı bir prospektdə getdiklərini görürlər. Filmin qəhrəmanı Neo, yaşadıqlarının həqiqiliyi qarşısında, bunların kompyuter tərəfindən yaradılan görünüşlər olduğuna inanmadığını dediyində isə, kompyuterdəki görünüş dondurularaq bu adama həqiqi zənn etdiyi dünyanın əslində bir görünüş olduğuna inandırılır.

simülatör

Michigan Üniversitesi'nde geliştirilen bir teknikle doktor adayları ve özellikle acil servis personeli yapay bir ameliyathane ortamında eğitilmektedir. Doktor adayları üç boyutlu gözlükler takarak, sanal hasta üzerinde ameliyat yapmaktadırlar.

Filmin bir səhnəsində realda başına naqillər bağlanmış şəkildə, pis geyimlərdə, olduqca köhnə bir kürsüdə uzanan Neo, kompyuter proqramı yükləndikdən sonra özünü tamamilə fərqli paltarlarla tamamən fərqli bir yerdə görür. Pis görünüşlü geyimləri dəyişmiş, saçı uzanmışdır. Olduğu simulyasiya mühitində, həqiqi halından tamamilə fərqli bir görünüşə bürünmüşdür.

Morfeus (Morpheus) : Bu inşa, bizim yükləmə proqramımızdır. Hər şeyi yükləyə bilərik. Geyim, təchizatlar, silah, təhsil simulyasiyaları, ehtiyacımız olan hər şeyi.

Neo : Hal-hazırda bir kompyuter proqramının içindəyikmi?

Morfeus (Morpheus) : Buna inanmaq çox çətindir? Geyimlərin fərqlidir. Qollarındakı və başındakı əlaqələr yoxdur. Saçın dəyişib. Hal-hazırdakı görünüşün müvəqqəti bir insan rəsmidir. Rəqəmsal mənliyinin zehni bir proyeksiyasıdır.

neo - morpheus

 

Söhbətlərindən aydın olduğu kimi filmdəki Neo adlı obraz, gördüklərinin xəyal ola bilməyəcək qədər həqiqi olmasına görə həqiqəti qəbul etmək istəmir. Bu zaman həqiqətlərin şüurunda olan Morpheus ilə aralarında belə bir söhbət keçir:

Neo : Bu həqiqət deyil? (kürsünü göstərərək)

Morfeus (Morpheus) : Həqiqət nədir? Həqiqəti necə tərif edə bilərsən? Əgər hiss edə bildiyin, iyləyib, dadıb, görə bildiyin şeylərdən danışırsansa, həqiqət, beyinə göndərilən elektrik siqnallarının şərh olunmasıdır.

neo - morpheus

Morfeus (Morpheus) adıyla xatırlanan müdrik adam tərəfindən Neoya həqiqi olduğunu düşündüyü dünyanın, əslində simulyasiyadan başqa bir şey olmadığı göstərilir. Buna, gördüyü hər ayrıntı daxildir. Avtomobillər, şəhərin səs-küyü, nəqliyyat, göydələnlər, okean, insanlar, qısacası, hər şey yalnız kompyuter proqramı ilə zehində yaranan canlandırmadan ibarətdir. Diqqət edilərsə, Morfeus (Morpheus) adlı obraz, yuxarıdakı sözlərində həqiqi zənn edilən hisslərin beyinə ötürülən elektrik siqnallarının şərhi olduğunu elmi olaraq izah edir.

Bu mövzu ilə bağlı kitablarımızda yer alan açıqlamalardan bir qismi belədir:

algı

Tüm algıladıklarımız beynimizde bize özel olarak tekrar oluşturulur. Dolayısıyla "etrafımdaki dünyayı algılıyorum" derken, zihnimizde oluşan kopya renklerden, şekillerden, seslerden ve kokulardan bahsederiz.

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğu orqanının vasitəsiylə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Doğulduğumuz andan etibarən bu hisslərə bağlı olduğumuz üçün "xarici dünya"nın, hisslərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünmədik.

Halbuki, bu gün bir çox elm sahəsində aparılan araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə bərabər gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə bağlı ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, hətta ananız, atanız, ailəniz, sahib olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir. (Evrim Aldatmacası,II nəşr, səh. 198)

Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik. Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlir. (Evrim Aldatmacası, II nəşr, səh. 200)

Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır. (Evrim Aldatmacası, II nəşr, səh. 203)

Bu nöqtədə təəccüblü bir həqiqətlə də qarşılaşırıq: Beynimizdə, əslində nə rənglər, nə səslər, nə də görünüşlər vardır. Beynimizdə olan tək şey elektrik siqnallarıdır. Bu, fəlsəfi bir görüş deyil; hisslərimizin fəaliyyəti ilə bağlı elmi bir izahdır. (Hayalin Diğer Adı: Madde, səh. 16)

Görmə hadisəsi olduqca mərhələli bir şəkildə reallaşır. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən qırılaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları, sinirlər vasitəsiylə beyinin arxa qismindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir sıra əməliyyatdan sonra beyindəki bu mərkəzdə görünüş olaraq qəbul edilər. Yəni görmə hadisəsi, əslində beyinin arxasındakı kiçik, işığın heç vaxt girə bilmədiyi, qapqaranlıq bir nöqtədə yaşanar. (Evrim Aldatmacası, II nəşr, səh.199-200)

görme

Ne kadar gerçekçi olurlarsa olsunlar, tüm algılarımız zihnimizin birer yorumudur. Yunusların denizdeki gösterisini izleyen bir kişi aslında beynindeki üç boyutlu, canlı, renkli görüntüleri izler.

Görme olayı oldukça aşamalı bir biçimde gerçekleşir. Görme sırasında, herhangi bir cisimden gelen ışık demetleri (fotonlar), gözün önündeki lensin içinden kırılarak geçer ve gözün arka tarafındaki retinaya ters olarak düşerler. Buradaki hücreler tarafından elektrik sinyaline dönüştürülen görme uyarıları, sinirler aracılığı ile, beynin arka kısmındaki görme merkezi adı verilen küçük bir bölgeye ulaşırlar. Bu elektrik sinyali bir dizi işlemden sonra beyindeki bu merkezde görüntü olarak algılanır. Yani görme olayı, gerçekte beynin arkasındaki küçük, ışığın hiçbir şekilde giremediği, kapkaranlık bir noktada yaşanır. (Evrim Aldatmacası, II. baskı, s.199-200)

Göründüyü kimi Matriks filmində işlənən mövzu, kitablarımızda yer verdiyimiz elmi həqiqətlə eyni paraleldədir. İstər filmdəki söhbətlərdə, istərsə də yuxarıdakı sitatlarda ifadə edildiyi kimi, biz yalnız bizə beynimizdə göstərilən görünüşlərlə təmasda olarıq. Nə qədər həqiqi olurlarsa olsunlar, bütün hisslərimiz zehnimizin bir şərhidir. Bu səbəbdən, seyr etdiyimiz, parçası olduğumuz bu görünüşlərin süni siqnallarla yaradılıb yaradılmadığından heç vaxt əmin ola bilmərik. Başqa sözlə desək, həqiqət ilə xəyal arasındakı fərqi əsla deyə bilmərik.

İndi bu mövzuya yenə filmdəki hissələrdən yer verərək bir az daha təfərrüatlı toxunaq.

Xəyallarla Həqiqətlər Arasındakı Ayırd Edilməyən Bənzərlik

izlediğimiz dünya

Filmdən götürülən kadrlarda göründüyü kimi, filmin qəhrəmanı Neoya həqiqətləri göstərən Morfeus (Morpheus), onun bir xəyal dünyasında yaşadığını və yaşadıqlarını həqiqət zənn etdiyini, bu dəfə televiziyadan göstərdiyi görünüşlərlə izah edir. Neonun, Matriksin içində gördüyü göydələnlər, avtomobillər, müasir görünüş və digər bütün ayrıntılar yalnız zehnində özünə seyr etdirilən hisslərdir. Dünyanın o ankı həqiqi halı isə tamam fərqlidir; dağılmış, məhv olmuş bir planetdir. Ancaq Neoya izah edilənə qədər, həmişə həqiqi bir dünyada olduğunu düşünüb və həyatının həqiqiliyindən heç bir şübhə etmədən, bu xəyali dünyaya aldanaraq illərlə yaşamışdır.

Morfeus (Morpheus): Bu bildiyin 20-ci əsrin sonundakı dünyadır. Hal-hazırda beyin sadəcə interaktiv bir simulyasiyası hissəsidir. Buna "Matriks" deyirik. Bir xəyal dünyasında yaşayırdın. Bu, bu günkü halıyla həqiqi dünyadır... Həqiqətin xaricinə xoş gəldin...

Filmin bu kadrları ilə əlaqədar kitablarımızda daha əvvəl yer verilmiş şərhlərdən bir qismi belədir:

... "Xarici dünya"ya heç vaxt çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğunu necə təyin edə bilərik?

simülatör

Əlbəttə ki, təyin edə bilmərik. Əksinə, hər şey sadəcə hisslərin yığını olduğuna, hisslər də sadəcə zehində var olduqlarına görə, bizim üçün mövcud olan hisslər dünyasıdır. Tanıdığımız tək dünya, zehnimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası, zehnimizdə meydana gələn bir dünyadır və bizim varlığından əmin olduğumuz tək dünya da budur.

Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu isə əsla isbat edə bilmərik. Bu hisslər çox yaxşı "süni" bir qaynaqdan da gələ bilərlər.

Bunu belə bir nümunə ilə zehnimizdə canlandıra bilərik:

Əvvəlcə, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir kubun içində süni olaraq yaşatdığımızı fərz edək. Bir də bunun yanına, hər cür elektrik siqnalını yarada bilən bir kompyuter yerləşdirək. Sonra, hər hansı bir yerə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompyuterdə yaradaq və qeyd edək. Bu kompyuteri elektrik naqilləriylə beyninizdəki hiss mərkəzlərinə bağlayıb burada qeydli olan siqnalları beyninizə ötürək. Bu siqnalları qəbul etdikcə beyniniz (bir başqa sözlə "siz"), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaqdır.

Bu kompyuterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da ötürə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi hisslərin elektron qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturan bir iş adamı zənn edəcəkdir.

Kompyuterdən gələn xəbərdarlıqlar davam etdikcə bu xəyali dünya davam edəcəkdir. Sadəcə bir beyindən ibarət olduğunu isə heç bir şəkildə bilməyəcəkdir. Çünki beyində bir dünya meydana gəlməsi üçün beyindəki müvafiq mərkəzlərə lazımlı xəbərdarlıqların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn, bir qeyd cihazından ya da daha fərqli bir hiss qaynağından gələ bilər. (Evrim Aldatmacası, II nəşr, səh. 206-207)

Hisslərimizin Həqiqi Olması Xarici Dünyada Maddi Qarşılıqları Olduğunu Sübut Edə Bilməz

Neo - kung fu yükleme

Hisslərimizin maddi bir qarşılığı olduğunu heç vaxt isbat edə bilmərik. Çünki beynimizdə hisslərin meydana gəlməsi üçün xarici dünyaya ehtiyacımız yoxdur. Bu gün –kitabın əvvəlində də toxunduğumuz kimi- simulatorlar kimi bir çox texnoloji inkişaf bu həqiqətin ən əhəmiyyətli dəlilləridir. Filmin qəhrəmanı Neo da, təhsil məqsədiylə girdiyi simulyasiya mühitini son dərəcə həqiqi zənn edir. Belə ki, döyüş əsnasında göstəriləcək müvəffəqiyyətin əzələlərin gücünə bağlı olduğunu və o yerdə həqiqətən hava ilə tənəffüs edərək yaşadığını düşünür. Halbuki, həqiqi bədəni bir kürsüdə kompyuter sisteminə bağlı olaraq uzanmışdır.

Tank: Döyüş dərsinə nə deyirsən?

Neo: "Jujitsu". Jujitsu öyrənəcəyəm? Yüklənmə başa çatdıqdan sonra...

Neo: Kunq Fu bilirəm.

Morfeus (Morpheus): Göstər mənə.

Morfeus (Morpheus): Bu bir döyüş proqramıdır. Matriksin proqramlaşdırılmış həqiqətinə bənzəyir. Eynilə əsas qaydaları var. Cazibə kimi. Bu qaydaların bir kompyuter sisteminin qaydalarından fərqi yoxdur. Bəzi qaydalar dəyişə bilər. Bəziləri də ləğv edilə bilər.

neo - kung fu yüklemesi sonrası

İndiki vaxtda da filmdəkinə bənzər bir texnologiyadan istifadə edərək insanlara, çox fərqli məkanlarda yaşadıqları hiss etdirilə bilər və bu insanlar gördükləri, eşitdikləri, etdikləri şeylər həqiqətmiş kimi reaksiyalar verə bilirlər. Bəzən bir otaq böyüklükdəki bir kubun bütün divarlarına və döşəməsinə stereo görünüşlər əks etdirilər və bu otağa daxil olan kəslər, taxdıqları stereo eynəklərlə, otaqda gəzib özlərini tamamilə fərqli məkanlarda, məsələn, bir şəlalə kənarında, bir dağın zirvəsində, dənizin ortasındakı bir gəminin göyərtəsində görə bilərlər. Başa taxılan kaskalar üçölçülü, dərinlik və məkan hissləri olan görünüşlər meydana gətirirlər. Görünüşlər insan ölçüləri ilə mütənasib olaraq verilir və əlcək kimi bəzi alətlərə toxunma hissi təmin edilir. Beləcə, bu alətləri istifadə edən adam, gördüyü virtual dünyadakı əşyalara toxuna bilər, onların yerlərini dəyişdirə bilər. Bu məkanlarda insanın gördüyü görünüşdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər istiqamətdən, fərqli dərinliklərə sahib olaraq verilə bilinir. Bəzi tətbiqlərdə, dünyanın çox fərqli yerlərindəki bir neçə adama eyni virtual yer göstərilə bilinir. Beləcə, məsələn, dünyanın fərqli ölkələrindən, hətta fərqli qitələrindən üç insan, özlərini digərləri ilə birlikdə bir sürət motosikletinə minərkən ya da bir iclasın sonunda fikir müzakirəsində görə bilərlər.

morpheus - kung fu

Bu nümunələr onu göstərir ki, bizim özümüzü bir məkanda görə bilməyimiz üçün xarici dünyanın mövcud olması şərt deyil. Bizim dünya haqqında qəbul etdiyimiz bütün hisslər, görünüşlər, dadlar və qoxular süni bir qaynaqdan da gəlsə, həqiqətən mövcud olsa da bizim bunu bir-birindən ayırd etməyimiz mümkün deyil. Biz hər vəziyyətdə sadəcə zehnimizin içində yaşayırıq və çöldəki maddənin əsli bizə əlçatmazdır.

manzara

Görünüşdəki Keyfiyyət, Ayrıntılardakı Zənginlik Sizi Aldatmasın!

neo caddede

Filmin yenə bir başqa səhnəsində, simulyasiya mühitində Neoya Matriks adındakı virtual dünya tanıdılır. Hər şey həqiqətə son dərəcə uyğundur. Neo, küçədə gedən insanların nəqliyyat işıqlarında dayandıqlarını, sonra da yaşıl işıq yanınca getməyə davam etdiklərini görür. Hətta izdiham içindən bir nəfərin çiyninə dəydiyini, bədəninin sarsıldığını hiss edir.

Morfeus (Morpheus) : Matriks bir sistemdir, Neo... İçəridə, ətrafına baxanda nə görürsən? İş adamları, müəllimlər, vəkillər, dülgərlər. Xilas etməyə çalışdığımız insanların zehinləri. Onları qurtarana qədər, sistemin bir parçası olaraq qalacaqlar... Başa düşməlisən, bu insanların böyük bir qismi sistemdən çıxmağa hazır deyillər. Aralarından böyük bir qismi sistemə o qədər ümidsiz bir şəkildə bağlıdır ki, onu qorumaq üçün döyüşəcəklər…

Neonun həqiqətmiş kimi ətrafa baxdığı bir anda, Morfeus (Morpheus) "dayandır" əmri verər və bir anda ətraflarındakı görünüş olduğu şəkliylə donar. İnsanlar olduqları kimi donub qalarlar, hovuzun axmaqda olan suyu dayanar, quş havada olduğu yerdə asılı qalar. Bu görünüşlə bağlı sadəcə Morfeus (Morpheus) və Neo söhbətlərinə davam edirlər. Neo çox təəccüblənər, lakin o zaman ətrafındakı hər şeyin yaşadığı xəyalın bir parçası olduğunu, həqiqət olmadığını daha yaxşı qavrayar.

Morfeus (Morpheus) : Dayandır.

Neo : Bu Matriksdir, elə deyil?

Morfeus (Morpheus) : Sənə bir şey öyrətmək üçün hazırlanmış bir proqramdır.

neo - morpheus caddede

Bu filmdə yaşanan hadisələrin insan həyatında da bənzər şəkildə olmadığını isbat etmək mümkün deyil. Bir adam nə qədər inandırıcı təfərrüatlarla dolu bir məkanda olsa belə bunları yalnız öz zehnində yaşayır. Öz xaricində bu hadisələrin, məkanların, insanların əsilləri olsa belə onlara çatmaz. Bu mövzunu açıqlayan izahlarımızdan bəziləri belədir:

İnsan, bir növ ekranda üçölçülü, son dərəcə dəqiq, son dərəcə həqiqi bir film seyr edir. Bu ekrana sanki yapışıq olduğundan heç cürə filmdən sıyrılıb, içində olduğu vəziyyəti görə bilməz. (Sonsuzluk Başlamış Durumda, səh. 43)

… maddə dünyası olsa da, olmasa da insan yalnız beynindəki hisslər dünyasını izləyər. Maddələrin əslləri ilə heç bir zaman qarşılaşa bilməz. Hətta, hər insana surətini görmək bəs edir. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bir bağçanı gəzən bir insan, əslində bu bağçanın əslini deyil, beynindəki surətini görər. Ancaq, bu bağça o qədər həqiqidir ki, hər bir insan bu xəyalında yaranan bağçadan həqiqiymiş kimi eyni zövqü alar. Hətta bu günə qədər milyardlarla insan, bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü zənn etmişdir… (Hayalin Diğer Adı: Madde, səh. 48)

....Muhakkak Rabbin insanları çepeçevre kuşatmıştır.
(İsra Suresi,60)

bahçe

Allah, qüsursuz və saymaqla bitməyəcək qədər çox ayrıntıya sahib olan kainatı, hər an, əksiksiz olaraq yaradır. Üstəlik, bu yaradılış o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş milyardlarla insan, bu kainatın və gördükləri hər şeyin bir xəyal olduğunu başa düşə bilməmişlər, həmişə maddənin əsli ilə təmasda olduqlarını zənn etmişlər. (Hayalin Diğer Adı: Madde, səh. 91)

Bəzi insanların şosedən sürətlə keçən bir avtobusu və ya bu avtobusun səbəb olduğu bir qəzanı, maddənin fiziki varlığı ilə təmasda olduqlarının təəccüblü bir dəlili bilmələrinin səbəbi, görünüşün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görünüşlərindəki, məsələn, şosedəki dərinlik və perspektivin qüsursuzluğu, məkanda görülən cisimlərin rənginin, şəklinin, kölgəsinin mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox dəqiq olması və görünüşün içində bir məntiq olması kimilərini aldada bilir və bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unudur. Amma zehində meydana gələn hisslər nə qədər əksiksiz və mükəmməl olarsa olsun, bunların bir hiss olduğu həqiqəti dəyişməyəcəkdir. (Hayalin Diğer Adı: Madde, səh. 178-179)

Fizika Qanunları Da Hisslərimizin Bir Açıqlamasıdır

Morfeus (Morpheus), Neonun maddənin əsliylə bağlı həqiqətləri qavraması üçün bir çox üsul sınayır və ona bir çox dəlil təqdim edir. Bir əvvəlki hissədə təlimin bir parçası olaraq, Matriks adlı sistemin bir surətində görünüşün dondurulduğunu, beləcə həqiqi kimi görünən hər şeyin əslində virtual bir həqiqət olduğunu göstərdiyini izah etmişdik. Neonun buradakı təlimi, bu söhbətlə davam edir:

Neo : Onlar nədir?

Morfeus (Morpheus) : Sensor proqramlar. Sistemə bağlı qalaraq hər cür proqrama girib, çıxa bilərlər. Sistemdən çıxarmadığımız hər kəs potensial bir agentdir. Matriksin içində haradasa hər kəs bir agentdir, ya da deyildir. Onlardan gizlənərək və qaçaraq həyatda qaldıq, amma onlar qapı gözətçiləridir. Bütün qapıları tutublar. Açarlar onlardadır. Gec ya da tez, birinin onlarla döyüşməsi lazım olacaqdır.

Neo : Birimi?

Morfeus (Morpheus) : Sənə yalan demiyəcəm. Bir agentə qarşı gəlib, onunla döyüşən hər kəs, canından oldu. Onların edə bilmədiklərini sən edəcəksən.

Neo : Niyə?

Morfeus (Morpheus) : Bir divarın içindən yumruq atan agentlər gördüm. İnsanlar onlara bir silah boşaltdılar; ancaq güllələri ilə sadəcə havanı vurdular. Gücləri və sürətləri, qaydalara əsaslanan bir dünyaya bağlıdır. Buna görə sənin qədər sürətli və güclü ola bilməzlər.

Neo : Nə deməyə çalışırsan? Güllələri tuta biləcəyəmmi?

Morfeus (Morpheus) : Xeyr Neo. Demək istədiyim budur: hazır olduğunda buna ehtiyac qalmayacaqdır.

Yuxarıdakı söhbətdə də Morfeus (Morpheus), Neoya davamlı olaraq fizika qaydalarıyla düşünməməsini nəsihət edir. Matriks adlı sistemdə "agent" olaraq tanınan təhlükəsizlik işçiləri, sistemdəki virtual obrazların bədənlərini istifadə edərək hər şeyə hakim ola bilirlər. Ancaq bu sistemin zehinlərə göstərilən süni bir dünya olmasına görə, Neonun ən qeyri-mümkün kimi görünən şeyləri də bacara biləcəyi izah edilir.

atlama

Növbəti səhnələrdə isə filmdəki xarakterlərin lazım olduğunda fövqəlbəşər bir bacarıq sərgilədikləri görünür. Bunu son dərəcə həqiqi bir şəkildə yaşayırlar. Ancaq bu, əslində kompyuter tərəfindən beyində canlandırılan xəyallardan ibarətdir. Filmin qəhrəmanı Neo bu həyəcan verici hadisələri yaşadığını zənn edərkən, əslində kürsüsündə oturmuşdur.

Digər tərəfdən Morfeus (Morpheus), Neonun zehnini, həyatı boyu əldə etdiyi qeyri-obyektivlikdən, aldığı təlqinlərdən qurtarmağa -filmdəki ifadəsiylə zehnini azad etməyə- çalışır. Bu məqsədlə hər iki aktyor da bir atlama proqramına qoşulurlar. Burada Morfeus (Morpheus), bir-birindən uzaq və son dərəcə yüksək binalar arasında sanki uçurmuş kimi tullanır və Neonun da zehnini azad etdiyi (yəni qeyri-obyektivlikdən xilas olduğu) təqdirdə bunu bacara biləcəyini deyir. Ancaq Neo bir kompyuter proqramında olduğunu bildiyi halda, özünün fizika qaydalarına tabe olduğunu düşünür. Digər bir sözlə desək, həqiqi olmayan bir mühitə böyük əhəmiyyət verərək tullanarkən yıxılacağının qorxusunu yaşayır.

Əvvəlki səhifədəki kadrlarda da Neonun bu yüksək binalar arasından tullanmağı sınayarkən, tullana bilməyəcəyinə dair tərəddüd və qorxu hiss etməsiylə bərabər beton yerə düşməsi görünür.

Filmdə fantastik ünsürlər olmaqla birlikdə, verilən mesajlar son dərəcə düşündürücüdür. Məsələn, maddənin və məkanın xəyal olduğunu anlayan bir adam, digər insanların bilmədiyi çox əhəmiyyətli bir sirri də qavrayar: Dünyada etibarlı olan səbəb-nəticə əlaqələri, maddənin fiziki xüsusiyyətlərinin nəticəsində və ya insanlar arasındakı əlaqələrin nəticəsində meydana gələr. Maddə bir hiss olduğuna görə fiziki bir təsirə sahib ola bilməz. Hər fiziki təsir, ayrı-ayrı olaraq yaradılır. Məsələn, atılan bir daş şüşəni sındırmaz; daşın atılması və şüşənin qırılması görünüşləri ayrı-ayrı yaradılır. Gəmiləri suda üzdürən "suyun qaldırma qüvvəsi" və ya quşları havada tutan "havanın qaldırma qüvvəsi" də bir hiss olaraq yaradılır. Bu səbəbdən əslində bu kimi "qüvvələr"in hamısı, əslində bunları yaradan Allaha aiddir.

Necə ki, filmdə də bu həqiqətləri öyrənən baş roldakı aktyor, kompyuterə bağlı bir kürsüdə uzanarkən, Matriks olaraq xatırlanan virtual dünyaya girəndə, fizika qanunlarının xaricində hərəkətlər edə bildiyini görür. Məsələn, yandakı kadrlarda görüldüyü kimi özünü güllələrə hədəf olmayacaq qədər fövqəladə bir sürətlə hərəkət edərkən görər. Üstəlik hər şey elə həqiqidir ki, aktyor gözünü kürsüdə açanda hələ də böyük bir çaşqınlıq yaşayır. Bu da bir mühiti insanlara yaşatmaq üçün çöldəki konkret həqiqətə ehtiyac olmadığının çox əhəmiyyətli bir dəlilidir.

neo - kurşun

Maddənin əsli mövzusunu izah etdiyimiz əsərlərdə bu mövzu üzərində də qalaraq fizika qaydalarının da zehində yarandığını belə izah etmişdik:

Allah, bizə yaşadığımız görünüşləri, bir səbəb və nəticə əlaqəsi içində, bəzi qanunlara bağlıymış kimi göstərir. Məsələn, gecə ilə gündüz, bizim beynimizdə yaranan görünüşlərdir və biz gecə ilə gündüzün günəşə və dünyanın hərəkətlərinə bağlı olaraq dəyişdiyini düşünərik. Məsələn, beynimizin içindəki görünüşdə günəş ən yüksəkdəykən, günorta vaxtı olduğunu bilərik və günəş batarkən də havanın qaraldığına şahid olarıq. Allah, kainata aid hissləri yaradarkən, bu səbəb və nəticə əlaqəsi ilə birlikdə yaratmışdır. Heç vaxt günəş batdığı halda gündüzü yaşamarıq. (Hayalin Diğer Adı: Madde, səh. 199)

Beynimizin içindəki xəyalda, əlimizdən buraxdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb və nəticə əlaqəsini araşdıranda "cazibə qanununu" taparıq. Allah, ruhumuza izlətdirdiyi görünüşləri müəyyən səbəblərə və qanunlara bağlıymış kimi göstərir. Bu səbəblərin və qanunların yaradılmasının bir səbəbi, həyatın imtahan üçün yaradılmasıdır. (Hayalin Diğer Adı: Madde, səh. 200)

Allah bütün bu hissləri, heç bir qanuna və səbəbə ehtiyac duymadan yaratmağa qadirdir. Məsələn, Allah, toxum olmadan bir gülü yarada bilir, bulud olmadan yağış yağdıra bilir ya da günəş olmadan kölgəni, gecəni və gündüzü yarada bilir. Allah Furqan surəsinin 45-47-ci ayələrində əvvəl kölgəni yaratdığını, sonra da günəşi ona dəlil etdiyini bildirir. Yuxularımız bu yaradılışı daha doğru qavramağımız üçün yaxşı bir nümunədir. Yuxumuzda günəşin maddi bir qarşılığı olmadığı halda, günəşin verdiyi işığı, istiliyi, aydınlığı eyni real həyatdakı kimi hiss edərik. Bu baxımdan yuxular, Allahın, günəş olmadan da günəşə aid hissləri zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir. Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin bir səbəbini də yaratmışdır. Gündüzün səbəbi günəşdir, yağışın səbəbi isə buluddur. Bunların hamısı, beynimizdə Allahın ayrı-ayrı yaratdığı görünüşlərdir. Bir səbəbin nəticədən əvvəl yaradılması da, Allah, bu imtahan mühitində hər şeyin müəyyən qanunlarla işlədiyini düşünməyimizi və bu şəkildə elmi araşdırma etməyimizi təmin edir. (Hayalin Diğer Adı: Madde, səh. 202-203)

Rabbini görmedin mi, gölgeyi nasıl uzatıvermiştir? Eğer dilemiş olsaydı onu durgun kılardı. Sonra biz güneşi ona bir delil kılmışızdır.
(Furkan Suresi,45)

bahçe

Allah, yaratdığı görünüşləri müəyyən səbəblərə bağlıymış kimi göstərər. Məsələn, bir alma budağından qopduğunda həmişə yerə düşər, heç vaxt göyə doğru yüksəlməz və ya havada asılı qalmaz. Allahın yaratdığı bu səbəblərin və qanunların araşdırılması isə elmin mövzularını meydana gətirər... (Hayalin Diğer Adı: Madde, səh. 201)

Allah, səbəb olmadan da nəticəni yaratmağa qadirdir. Məsələn, yuxusunda günəş olmadığı halda günəşin işıqlarıyla istiləndiyini hiss edən bir insan bunun bir dəlilidir. (Hayalin Diğer Adı: Madde, səh. 202)

(Yer) Üzerindeki her şey yok olucudur; Celal ve ikram sahibi olan Rabbinin yüzü (kendisi) baki kalacaktır.
(Rahman Suresi,26-27)

elma

Beynimizin Içindəki Görünüşlərin Xaricinə Çıxa Bilmərik

Doğulduğumuzdan etibarən beş duyğu orqanımıza bağlı olduğumuz üçün "xarici dünya"nın, hisslərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

İnsanın həyatına dair bildiyi hər şey gözləriylə gördükləri, qulaqlarıyla eşitdikləri, əlləriylə toxunduqlarından, qısacası, duyğu orqanlarıyla qəbul etdiklərindən meydana gələr. Yəni insan daim öz "fərdi dünyasında" yaşayar. Kosmosdakı ulduzlar, üzərində yaşadığımız dünya, dünyanı dolduran milyardlarla insan, ətrafımızda gördüyümüz hər canlı, evimiz, evimizin içindəki əşyalarımız, hal-hazırda üzərində oturduğumuz kürsü, əlimizdə tutduğumuz kitab və daha milyonlarla incəliklə indiyə qədər min dəfə qarşılaşmışıq. Ancaq bunların hamısı, yenə bizim "fərdi dünyamıza" aid hisslərdir. Heç bir insan, indiyə qədər öz seyr etdiyi bu dünyanın xaricinə çıxa bilməmişdir. İnsan nə edərsə etsin, bütün həyatının və bədəninin bir xəyal olduğu, bunların əsilləri ilə təmasda olmadığı həqiqətini dəyişdirə bilməyəcəkdir...

Yanda filmdən gördüyünüz kadrlar Neonun, Matriksin nə olduğunu öyrənmək üçün Morfeusla (Morpheus) etdiyi söhbətə aiddir. Morfeus (Morpheus) bu söhbət əsnasında, Neoya Matriksin nə olduğunu təsvir edərkən, bu sistemdən "həqiqəti görməsinə maneə olan bir pərdə" kimi bəhs edir:

Morfeus (Morpheus) : Niyə burada olduğunu izah edim sənə. Bir şey bildiyin üçün buradasan. Bildiyini açıqlaya bilmirsən. Amma hiss edirsən. Həyatın boyunca hiss etdin. Dünyada tərs gedən bir şeylər var. Nə olduğunu başa düşmürsən, amma orada beynində daş parçası kimi səni özündən çıxardan bir şeydir. Səni mənə gətirən şey bu hiss idi. Nədən danışdığımı bilirsən?

Neo : Matriksdən?

Morfeus (Morpheus) : Nə olduğunu öyrənmək istəyirsən? Matriks hər yerdədir. Ətrafımızda. Hal-hazırda, bu otaqda. Pəncərədən çölə baxdığında görərsən ya da televizoru açdığında. İşə getdiyində hiss edərsən... Vergi ödəyərkən. Həqiqəti görməməyin üçün dünya, bir pərdə kimi önünə çəkilmişdir sanki.

Filmin qəhrəmanı Neo, həqiqəti öyrənmək üzrə, olduğu kapsuladan çıxarılıb oyandırılana qədər, özünə göstərilən xəyali dünyanın fərqində deyildi. Çünki həyatının hər anında bu sistemlə iç-içə yaşamış və ətrafındakı bütün insanlardan bu həyatın həqiqi olduğu təlqinini almışdır. Bu səbəblə, Neonun razı salınması, o ana qədər zənn edərək yaşadığı həyatının bir xəyaldan ibarət olduğunu dərk etməsi vaxt almışdır.

Bu vəziyyət indiki vaxtda maddənin əsli mövzusunda məlumatlandırılan bir qisim kəslər üçün də məqbuldur. Maddənin mütləq varlığına inanan və gördüklərinin xarici dünyadakı əsilləri ilə təmasda olduğundan əmin olan kəslər bəzi məntiqsiz etirazlara yönəlirlər. Ancaq burada izah edilənlər, -kim nə qədər etiraz edirsə etsin- eynilə bir fizika qanunu və ya bir kimya düsturu qədər dəqiq həqiqətlərdir.

Matriks filminin yuxarıdakı görünüşləri ilə oxşar olan izahlarımızdan bir qismi belədir:

Dünyada yaşadığımız həyatın bir parçası olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, vəzifələr, qısacası, həyatımız boyunca gördüyümüz, tutduğumuz, toxunduğumuz, iylədiyimiz, daddığımız, dinlədiyimiz hər şey, əslində beynimizdə yaranan görünüş və hisslərdir.

Biz, bizə verilən təlqinlə bunların, beynimizin xaricindəki bir dünyada sabit olduqlarını, hər birinin maddi varlıqlar olduqlarını və bizim bu səbəblə bunların əsillərini gördüyümüzü, hiss etdiyimizi zənn edərik. Halbuki, biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əsillərinə əsla toxuna bilmərik. Qısacası, bizim həyatımız boyunca maddə bildiyimiz hər şey əslində bir xəyal olaraq beynimizdə meydana gələn görünüşlərdən ibarətdir. (Hayalin Diğer Adı: Madde, səh. 8)

Əgər diqqətlə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və hal-hazırda bu kitabı oxuyan ağıllı varlığın, yalnız bir ruh olduğunu və sanki bir növ pərdə üzərində "maddə" deyilən hissləri seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan, insanlığın böyük hissəsini aldadan maddi dünya həyatından uzaqlaşıb, həqiqi varlıq həyatına girmiş olar… (Sonsuzluk Başlamış Durumda, səh. 46)

sinirler

Görən Gözlərimiz Deyil, Görünüş Beynimizdə Meydana Gəlir

Daha əvvəl də qeyd etdiyimiz kimi, həyatımız boyunca aldığımız təlqinlə, bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edərik. Hətta "gözlərimiz dünyaya açılan pəncərələrimizdir" deyə bilirik. Halbuki, görmənin elmi açıqlamasına görə həqiqət belə deyil; çünki biz gözlərimizlə görmərik. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz, sadəcə "görmə hadisəsinin" reallaşması üçün beyinə mesaj çatdıran naqil vəzifəsinə sahibdirlər.

Matriks adlı filmdə də baş roldakı aktyor, realda naqillərlə cihaza bağlı olduğu və gözləri bağlı olaraq bir kürsüdə yatdığı halda, çox canlı bir həyat yaşadığı hissinə qapılır. Ancaq o ana qədər gördüyü bütün rəngarəng, aydın, canlı görünüşlər, ona fiziki bir gözün varlığına ehtiyac olmadan göstərilmişdir. Eyniylə qaçdığını, hərəkət etdiyini, döyüşdüyünü zənn etdiyi görünüşləri də, əzələlərini istifadə etmədən bir kürsüdə yatarkən sadəcə seyr etmişdir.

neo

Filmin qəhrəmanı real həyata dönüb həqiqi zənn etdiyi şeyləri, əslində xəyali bir dünyanın içində yaşadığını başa düşəndə isə çox təəccüblənmişdi. O günə qədər şüşə bir plafonun içində, beyninə verilən elektrik siqnallarından yaranan xəyali bir dünyada yaşadığı halda, özünü bir kompyuter proqramçısı zənn edərək yandakı şəkildə olan məkanda yatırdı. Yəni həqiqi zənn etdiyi hər şey əslində bir xəyaldır.

Neo : Nə edirsən?

Morfeus (Morpheus) : Əzələlərin gücdən düşdü, onları yenidən işlədirik.

Neo : Gözlərim niyə ağrıyır?

Morfeus (Morpheus) : Onları heç istifadə etmədin. İstirahət et Neo. Cavablar gəlir.

Yuxarıdakı söhbətlərdən aydın olduğu kimi, Neo gözlərini ya da bədən əzələlərini istifadə etmədən beyninə ötürülən süni siqnallarla real bir həyat yaşadığı təəssüratında idi. Gözlərini heç istifadə etmədiyi halda son dərəcə rəngli, aydın və canlı bir dünya ilə təmasda olmuş; eyni şəkildə əzələlərini istifadə etmədiyi halda həyatı boyu özünü hərəkət halında hiss etmişdir.

Buradakı vəziyyət hər bir insan üçün bənzərdir. Məsələn, bir adam bazarda alver edən insanlara baxanda, bu insanları və bazarı gözləriylə görməz; çünki bu mənzərəyə aid görünüş gözünün qarşısında deyil, beyninin arxa tərəfində yaranar. Bu səbəbdən, gözə ehtiyac duymadan, beyninin müvafiq yerinə göndərilən süni siqnallarla da eyni görünüşü görməsi mümkün olacaqdır.

Doğu da Allah'ındır, batı da. Her nereye dönerseniz Allah'ın yüzü (kıblesi) orasıdır. Şüphesiz ki Allah, kuşatandır, bilendir.
(Bakara Suresi,115)

manzara

Filmin yuxarıdakı kadrları ilə paralel olaraq, kitablarımızda yer alan ifadələrdən bir qismi belədir:

Otağınızın pəncərəsindən çöldəki mənzərəni seyr edərkən, həyatınız boyu aldığınız təlqindən dolayı, bu mənzərəni gözlərinizlə gördüyünüzü zənn edərsiniz. Halbuki, həqiqət belə deyil. Çünki siz gözlərinizlə çöldəki bir mənzərəni görə bilməzsiniz. Siz, beyninizin içində yaranan mənzərəyə aid görünüşü görərsiniz. Bu bir təxmin ya da bir fəlsəfə deyil, elmi bir həqiqətdir. (Hayalin Diğer Adı: Madde, səh. 10)

Bilindiyi kimi, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları, beynimizdə görünüşə çevrilir. Məsələn, beyin, görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını bir günəbaxan tarlası olaraq şərh edər. Elə isə görən göz deyil.

Yaxşı, görən gözlərimiz deyilsə, beyinin arxa qismində, qapqaranlıq bir məkanda, bir gözə, retinaya, mərcəyə, göz sinirlərinə, göz bəbəyinə ehtiyac duymadan, elektrik siqnallarını rəngarəng bir günəbaxan tarlası olaraq görən, bu gördüyü mənzərədən zövq alan kimdir?

… beyinin içində yaranan bu görünüşləri, bir televizor ekranından seyr edən kimi izləyən, izlədikləri ilə sevinən, kədərlənən, həyəcanlanan, fəxr edən, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edəcək şüur kimə aiddir?

Həyatı boyu, qapqaranlıq, səssiz beyninin içində özünə göstərilən görünüşləri izləyən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi olan varlıq kimdir?

Bütün bunları qəbul edən, şüuru meydana gətirən varlığın, şüursuz atomların meydana gətirdiyi, su, yağ, zülal kimi maddələrdən ibarət olan bir beyinin ola bilməyəcəyi aşkardır. Beyindən əlavə, çox fərqli bir varlıq olmalıdır.

… Beyninin içindəki görünüşü "görürəm" deyən, beyninin içində eşitdiyi səsləri "eşidirəm" deyən, öz varlığının şüurunda olan və "mən mənəm" deyən bu varlıq Allahın insana vermiş olduğu ruhdur. (Hayalin Diğer Adı: Madde, səh. 79-80)

Bütün Ləzzətlər Beyində Meydana Gələr

neo yemek yerken

Dad bilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd fərqli tipdə kimyəvi qəbuledici vardır; bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıq gəlir. Dad qəbuledicilərimiz bir sıra əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beyinə ötürərlər və bu siqnallar da beyin tərəfindən dad hesab edilər. Bir tortu, pendiri, portağalı ya da sevdiyiniz bir yeməyi yediyinizdə aldığınız dad, əslində elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır.

Matriks filmində də bu həqiqət yemək masasındakı söhbət əsnasında belə şərh olunmuşdur:

Tank : Hə dostum. Çempionların səhər yeməyi. (Neoya sıyıq bənzəri bir yemək verilir)

Maus (Mouse) : Gözlərini bağlasan yumurta yediyin təəssüratına qapılarsan... Mənə nəyi xatırlatdı, bilirsən? Ləziz buğda. Heç ləziz buğda yemisən?

Sviç (Switch) : Xeyr, amma əslində sən də yeməmisən.

Maus (Mouse) : Demək istədiyim elə budur. Cihazların ləziz buğdanın dadını haradan bildiyini yəqin bilmək istəyərsən. Bəlkə səhv etdilər. Bəlkə ləziz buğdanın dadı yulaf əzməsi ya da ton balığı kimi idi. Bu vəziyyətdə insanın ağlına çox şey gəlir. Məsələn, toyuq, bəlkə toyuğun dadını qərarlaşdıra bilmədilər, buna görə toyuq ətində hər şeyin dadı var.

Dozer : Yediyim şey sintetik amin turşuları, vitaminlər, minerallarla birləşdirilib. Bədənin ehtiyacı olan hər şey.

Filmin bir başqa səhnəsində isə, həqiqətləri - Matriks adlı sistemin onlara xəyali bir dünya yaşatdığını- bilən obrazlardan biri, yediyi yeməyi belə təsvir edir:

Mr. Riqan (Reagan) : Bilirsinizmi bu qızardılmış ətin mövcud olmadığını bilirəm. Bunu ağzıma qoyanda Matriksin beynimə bunun sulu və ləzzətli olduğunu dediyini bilirəm...

yemek

Yuxarıdakı kadrlarda izahat verən adam, bütün həyatının özünə bir kompyuter proqramı tərəfindən həqiqət kimi göstərildiyini bilir. Bu səbəblə, yediyi qızardılmış ətin ləzzətinin əslində mövcud olmadığını, bunu sadəcə beynində qəbul etdiyini deyir, ancaq yenə də bu ləzzətdən həqiqiymiş kimi zövq aldığını ifadə edir. Bu söhbətlə bağlı kitablarımızda yer verilən izahlardan bir qismi belədir:

Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır. Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynindəki hissiylə təmasdadır, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrikli informasiyanın beyində qəbul edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar və ya burundakı qəbuledicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə yox edər. Çünki meyvə, bəzi elektrik siqnallarını beyinin şərh etməsindən başqa bir şey deyil. (Evrim Aldatmacası, II nəşr, səh. 203-204; Zamansızlık ve Kader Gerçeği, səh. 24)

Beyninizdə yaranan bir tort görünüşünə beyninizdə yaranan şəkər dadı əlavə edilər və tort haqqında hər şey sevdiyiniz hala gələr. Siz iştahla tortunuzu yeyəndə aldığınız dad, əslində elektrik siqnallarının beyninizdə meydana gətirdiyi bir təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn xəbərdarlıqları necə şərh edərsə siz ancaq onu o cür bilərsiniz. Yoxsa xaricdəki əsliylə əsla təmasda ola bilməzsiniz; məsələn, şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Ya da beyninizə gedən dad bilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dadbilmə duyğunuzu tamamilə itirərsiniz. Qəbul etdiyiniz dadların olduqca qüsursuz və həqiqi olması üstəlik bunlara aid görünüşləri də seyr etməniz sizi qətiyyən aldatmasın. Mövzunun elmi şərhi bu şəkildədir. (Hayalin Diğer Adı: Madde, səh. 40)

Eyni şəkildə, bu günə qədər heç bir insan nanənin əslinin dadına baxmamışdır. Nanə hesab edilən dad, beyində yaranan sadəcə bir hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə əslinin qoxusunu və ya dadını ala bilər. Nəticədə, biz həyatımız boyu bizə göstərilən surətlərlə yaşayarıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini yaşadığımızı fərq edə bilmərik. (Hayalin Diğer Adı: Madde, səh. 46)

... Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Xaricdəki obyekt isə əlçatmazdır; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dadbilmə duyğunuzu tamamilə itirərsiniz. Bu yerdə qarşımıza bir həqiqət də çıxar: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimizlə eyni olduğundan əmin olmağımız mümkün deyil. (Evrim Aldatmacası, II nəşr, səh. 202-203)

çilek suyu

Çilek suyu içen bir kişinin beynine giden tat alma sinirleri kesilse, içtiği meyve suyunun tadını tamamen yitirecektir.

Bütün Qoxular Da Beyinin Içində Yaranar

Qəbul etdiyiniz qoxular da əslində uzaq bir məsafədən sizə gəlib çatmaz. Qoxu hissetmə mərkəzinizdə yaranan təsirləri, xaricdəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki, bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hissetmə mərkəzinizin içindədir. Xaricdə nə gülün, nə də ona aid bir qoxunun varlığını əsla bilməzsiniz. Çünki hisslərimizin bizə tanıtdığı xarici dünya əslində beynimizə çatan "elektrik siqnalları yığını"ndan başqa bir şey deyildir. Beynimiz həyatımız boyu bu siqnalları qiymətləndirir. Biz də maddənin "xaricdəki" əsli ilə təmasda olduğumuzu düşünərək aldandığımızı bilmədən bir ömür sürərik.

Matriks filminin bir səhnəsində də qoxunun həqiqətindən şübhə edilir, lakin bir tərəfdən də hissdəki inandırıcılığa diqqət çəkilir.

Agent : Mən buradan nifrət edirəm. Bu zooparkdan, bu həbsxanadan, bu həqiqilikdən ya da hər nə deyirsinizsə. Artıq dözə bilməyəcəm. Ən çox da qoxu, belə bir şey varsa. Bunu artıqlaması ilə hiss edirəm.

Filmdəki Matriks adlı kompyuter sistemində, "təhlükəsizlik üzrə məsuliyyət daşıyan agent" obrazının yuxarıdakı ifadələrindən də aydın olduğu kimi, digər bütün hisslərimiz kimi qoxunun da əsli olub-olmadığını başa düşməyimiz mümkün deyil. Bu mövzuya da kitablarımızda belə yer verilmişdir:

Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən yerində titrək tüklərdə olan qəbuledicilərə gəlirlər və bu qəbuledicilərdə qarşılıqlı təsirə girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq ötürülər və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyindəki hisslərə çevrilmiş formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edərsiniz. Lakin qoxu molekulları beyinə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə ötürülən sadəcə elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən xaricdəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsiylə hiss etdiyiniz elektrik xəbərdarlıqlarıdır. (Evrim Aldatmacası, II nəşr, səh. 202)

... bir görünüşün zehnimizdə meydana gəlməsi üçün, xaricdə bir qaynaq olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissi üçün məqbuldur. Necə ki, yuxunuzda və ya xəyalınızda olmayan bir qoxunu hiss edə bilirsinizsə, real həyatda da qoxusunu duyduqlarınızın xaricinizdə mövcud olub-olmadıqlarından əmin ola bilməzsiniz. Xaricinizdə bu obyektlərin mövcud olduğunu düşünsəniz belə, əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz. (Hayalin Diğer Adı: Madde, səh. 38)

Hal-Hazırda Bir Yuxuda Olmadığınızı Necə Isbat Edə Bilərsiniz?

İnsanlar yuxularından oyandıqlarında o ana qədər gördüklərinin xəyal olduğunu başa düşərlər, amma "oyanma" görünüşüylə başlayan və adına "real həyat" dedikləri həyatın bir xəyal ola biləcəyindən nədənsə heç şübhələnməzlər. Halbuki, "real həyatımız" dediyimiz görünüşləri hissetmə şəklimiz, yuxularımızı hissetmə şəklimizlə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxularımızdan oyandırılmadığımız müddət ərzində, onların bir xəyal olduğunu başa düşmərik. Ancaq oyandığımız zaman "demək ki, gördüklərim bir yuxuymuş" deyərik.

Nimet olarak size ulaşan ne varsa, Allah’tandır.
(Nahl Suresi,53)

bahçe

Doğduğumuz andan itibaren dışarıdaki nesnelere ait olarak bildiğimiz kokular, hep burnumuz aracılığı ile hissettiğimiz elektrik uyarılarıdır.

Elə isə hal-hazırda gördüklərimizin bir yuxu olmadığını necə isbat edə bilərik? Yalnız hələ oyandırılmamış olduğumuz üçün, içində olduğumuz anı həqiqi zənn edə bilmərikmi? Hər gecə gördüyümüz yuxulardan daha uzun olan bu yuxudan bir gün oyandırıldığımızda, bu həqiqətlə qarşılaşmağımız çox yaxşı mümkündür və bunun əksini isbatlayacığımız heç bir dəlilimiz yoxdur.

Yuxuda "əlinizlə tutar, gözünüzlə görərsiniz", amma əslində nə əliniz vardır, nə gözünüz, nə də görüb tuta biləcəyiniz bir şey. Bütün bunları beyinin xaricində təmin edən heç bir maddi həqiqət yoxdur. Açıq şəkildə aldanırsınız. Yaxşı, bəs real həyatla yuxunu ayıran nədir? Real həyatın davamlı olub, yuxunun kəsik-kəsik olması ya da yuxuda fərqli səbəb-nəticə əlaqələrinin olmasımı? Bunlar təməldə əhəmiyyətli fərqlər deyildir. Çünki nəticədə hər iki həyat da beyinin içində yaranar. Yuxu əsnasında həqiqi olmayan bir dünyada rahatlıqla yaşaya biliriksə, eyni şey içində olduğumuz dünya üçün də məqbul ola bilər. Yuxudan oyandığımızda real həyat dediyimiz daha uzun bir yuxuya başlamadığımızdan heç bir şəkildə əmin ola bilmərik. Yuxunu xəyal, dünyanı həqiqi saymamızın səbəbi, yalnız vərdişlərimiz və qeyri-obyektivliyimizdir və bu vəziyyət, bəlkə də bir gün, hal-hazırda yaşadığımızı zənn etdiyimiz dünya həyatından eynilə yuxudan oyandırıldığımız kimi oyandırıla biləcəyimizi göstərər.

Matriks adlı filmdə də, bu əhəmiyyətli nöqtə üzərində dayanılır. Filmin baş roldakı aktyoru Neo, tez-tez yuxu ilə real həyat arasında tərəddüdə düşər. Filmin bir səhnəsində Neo, güzgüyə baxanda güzgüdəki qırıqlardan dolayı üzünü üç parça şəklində görür. Daha sonra güzgüdəki qırığın itərək görünüşünün düzəldiyini görür. Bunun çaşqınlığıyla ətrafındakılara dönərək onların da bu vəziyyəti görüb-görmədiklərini soruşar. Həqiqət olduğunu yoxlamaq üçün güzgüyə toxunduğunda isə, güzgü yapışqan bir hal alar və bədənini metal bir örtü kimi bürüməyə başlayar, hətta bu örtünün soyuqluğunu belə hiss edər. Bütün bu gördüyü, hiss etdiyi şeylərin həqiqi ola biləcəyinə ehtimal vermədiyi halda, yaşadıqları bədən tarazlığını sarsıdacaq dərəcədə həqiqidir. Müdrik adam rolundakı Morfeus (Morpheus) da Neoya, gördüklərinin, yaşadıqlarının həqiqiliyinə aldanmaması üçün, real dünya ilə xəyal dünyası arasındakı fərqin nə olduğunu soruşar:

ayna

Morfeus (Morpheus) : Həqiqi olduğuna inandığın bir yuxu gördünmü Neo? Bəlkə o yuxudan oyana bilməzsənsə? Xəyal dünyası ilə real dünya arasındakı fərqi necə başa düşərdin?

Neo : Bu ola bilməz!

Morfeus (Morpheus) : Nə ola bilməz? Həqiqətmi?

Aşağıda bu mövzu ilə əlaqədar kitablarımızda yer verdiyimiz nümunələr və izahlar var:

Yuxusunda yüksək bir yerdən aşağı düşən bir insan da bunu bütün bədəni ilə hiss edər. Halbuki, o anda yatağında heç tərpənmədən yatır. Ya da, yuxusunda ayağı büdrəyib su yığınının içinə düşdüyünü görən bir insan, bütün paltarlarının islandığını, əsən külək səbəbiylə üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə nə bir su yığını, nə də külək var. Hətta çox isti bir otaqda yatmasına baxmayaraq yaşlığı və üşüməyi, eynilə oyaq olduğu kimi yaşayar. (Hayalin Diğer Adı: Madde, səh. 60)

İnsan əslində təhlükəsizlik içində evində yatarkən, yuxusunda lunaparkda sürətlə fırlanan vaqonlara mindiyini görə bilər. Vaqonların sürətini, zaman-zaman tərs döndüyünü, əsən küləyi realdakının eynisi kimi hiss edə bilər. (Hayalin Diğer Adı: Madde, səh. 61)

Yuxu ilə real həyat arasındakı bənzərliyə diqqət çəkilən filmin bir başqa səhnəsi belədir: (Özündən kompyuter çipi satın almaq üçün evinin qapısına gələn müştərilərə)

Neo : Heç yuxuda olduğundan ya da oyandığından şübhəyə düşdüyün oldumu?

Yan səhifədəki kadrda Neo heç cür oyanıb-oyanmadığından əmin ola bilmir. Oyandığında saatın çaldığını eşidir, özünü otağında görür, masasını, kompyuterini də görür; lakin yuxusunda yaşadıqları o qədər həqiqidir ki, bunların xəyal olduğundan heç cür əmin ola bilmir. Yaşadığı bu ziddiyyətin verdiyi qarışıqlığa görə, özündən kompyuter çipi satın almaq üçün qapısına gələn müştəriləri, ona heç yaxşı görünmədiyini deyərlər. Neo da yuxarıdakı ifadəsiylə yaşadığı tərəddüdü qapısına gələn bu kəslərlə paylaşmaq istəyər.

Neonun yaşadığı bu tərəddüd əslində son dərəcə təbiidir. Əslində düşünən hər bir insan belə bir ziddiyyət içində olduğunu fərq edə bilər. Kitablarımızda bu mövzuya diqqət çəkdiyimiz bir çox keçid vardır. Bunlardan biri belədir:

İnsanların da yaşadığımız dünyanın həqiqi vəziyyətini sorğu-sual etməsi lazımdır. İnsan, xaricində mövcud olduğuna inandığı dünyanın əslinə heç vaxt çata bilməyəcəyi həqiqətinin fərqində olmalı və bu həqiqətdən dünyadakı məqsədi ilə əlaqədar qəti doğruları əldə etməlidir.

Filmdə də tez-tez vurğulanan, maddəylə təmasda ola bilmədiyimizin həqiqəti ilə bağlı, kitablarımızda verilmiş nümunələrdən bir qismi belədir:

Yaxşı, yuxunuzdan heç oyanmadan yaşamağa davam etsəniz, yuxu içində yaşadığınızın, gördüklərinizin heç birinin əsli ilə təmasda olmadığınızın fərqinə vara bilərsinizmi? Qətiyyən xeyr. Oyanıb, özünüzü yatağınızda gördüyünüz müddətə qədər, heç bir zaman yuxuda olduğunuzu anlaya bilməzsiniz və böyük bir ömrü real həyatınızı yaşadığınızı zənn edərək keçirərsiniz. Elə isə, real həyat dediyimiz həyatımızın da bir yuxu olmadığını necə isbat edə bilərik? Bir gün bu gördüyümüz həyatdan çıxıb özümüzü tamamilə fərqli bir yerdə, bu həyatımıza dair görünüşləri izləyərkən görəcəyimizə dair bir məlumatımız varmı? (Hayalin Diğer Adı: Madde, səh. 65)

Matriks filmində, həqiqətlərin fərqində olan Morfeus (Morpheus), Neoya gördüklərinə inanmaması, həqiqəti dərk etməsi üçün araşdırmasını tez-tez nəsihət edir. Filmə aid aşağıdakı sətirlərdə də, yenə Morfeus (Morpheus), Neonun gördüklərinə inanmadan əvvəl sorğu-sual etməsinin lazım olduğuna belə diqqət çəkir:

Morfeus (Morpheus) : Gözlərindən bəllidir. Səndə gördüklərini qəbul edən birinin gözləri var. Oyanmağı gözlədiyin üçün. Qəribə olsa da bunlar həqiqətən çox uzaq deyil.

İnsanların da yaşadığımız dünyanın həqiqi vəziyyətini sorğu-sual etməsi lazımdır. İnsan, xaricində mövcud olduğuna inandığı dünyanın əslinə heç vaxt çata bilməyəcəyi həqiqətinin fərqində olmalı və bu həqiqətdən dünyadakı məqsədi ilə əlaqədar qəti doğruları əldə etməlidir.

Filmdə də tez-tez vurğulanan, maddəylə təmasda ola bilmədiyimizin həqiqəti ilə bağlı, kitablarımızda verilmiş nümunələrdən bir qismi belədir:

beyinde oluşan görüntü

... insanlar, ümumiyyətlə, "xarici dünya" anlayışına hər şeyi daxil etməzlər ya da etmək istəməzlər. Bu mövzuda bir az səmimi və cəsur düşünsəniz, evinizin, içindəki əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, yeni aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də sizə göstərilən bu "xəyali xarici dünyaya" daxil olduğu həqiqətini fərq edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, qısacası, beş duyğu orqanınızla qəbul etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir; ən sevdiyiniz sənətkarın səsi, oturduğunuz stulun sərtliyi, qoxusu xoşunuza gələn bir ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan bir çiçək, pəncərənizin yanında uçan bir quş, dənizin üzərində sürətlə irəliləyən bir sürət qayığı, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompyuter ya da dünyadakı ən keyfiyyətli musiqi saytınız...

Həqiqət budur. Çünki dünya yalnız insanı sınamaq üçün yaradılan bir görünüşlər toplusudur. İnsanlar qısa həyatları boyunca əslində həqiqəti olmayan hisslərlə sınanırlar. (Evrim Aldatmacası, səh. 213-214)

Ətrafınızdakı mal-mülk ehtirasına qapılmış insanların ən çox nələrə dəyər verdiklərini bir düşünün: Yaxşı bir ev, lüks əşyalar, dəbdəbəli ləl-cəvahiratlar, son model bir avtomobil, banklarda yüksək miqdarda pul... Məhz bu səbəblə də bu insanlar, sahib olduqları bütün bu maddələri beyinlərindəki bir ekrandan izlədikləri və əsilləriylə əsla qarşılaşa bilməyəcəkləri həqiqətindən çox qorxarlar.

Halbuki, qəbul etməsələr də beyinlərində yaranan bir surət olan dünya içində yaşayarlar. Xaricdəki dünya ilə təmasda olmaları mümkün deyil. Çünki səsi, işığı və qoxunu heç bir şəkildə keçirməyən beyinlərinin içinə girən sadəcə bu maddələrdən gələn elektrik siqnallarıdır. (Hayalin Diğer Adı: Madde, səh. 104)

Bir insanın sahibi olduğunu zənn etdiyi hər şeyi, evi, avtomobili, ailəsi, işi və bütün dostları beynində meydana gələn hiss və görünüşlərdən ibarətdir. Bu həqiqəti dərk edən bir insan, hər şeyin tək sahibinin, bu görünüşləri beynində yaradanın Allah olduğunu başa düşər. Dünya həyatına ehtirasla bağlı olan insanlar bu səbəblə bu həqiqətdən çox böyük bir qorxu duyarlar. (Hayalin Diğer Adı: Madde, səh. 103)

Zamansızlıq Həqiqəti

Zaman, bizim, yaşadığımız hadisələr arasında etdiyimiz müqayisəyə əsaslanan bir anlayışdır. Məsələn, bir adam avtomobilə minər. Sonra maşın açarını çevirər və qaz pedalına basaraq avtomobili hərəkət etdirər. Bir qədər yol getdikdən sonra avtomobilini səkinin kənarında saxlayar. Adam, bütün bu hərəkətlər arasında müqayisə aparar; hər biri arasında bir müddət keçdiyini düşünər və beləliklə, zaman hissini əldə edər.

Bütün hadisələr bizə müəyyən bir sıralama üsulu ilə göstərildiyi üçün, zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, bir yarpaq ağacdan həmişə aşağı doğru düşər, yuxarı doğru qalxmaz və ya yağış damlaları həmişə göydən düşər, damlaların heç bir zaman damcılar halında yuxarı doğru qalxdığını görə bilmərik. Beləliklə, bir yarpağın ağacın budağındakı halı keçmişdirsə, aşağıya düşdüyü halı gələcəkdir. Halbuki, əgər yaddaşımızdakı məlumatlar, bir filmin başa verilməsi kimi tərsinə göstərilməyə başlayarsa bizim üçün gələcək, yəni yarpaqların aşağıda olması halı keçmiş olar, ağacın təpəsindəki halı isə gələcək olar.

Bu nümunədən aydın olduğu kimi zaman, hiss edənə bağlı olaraq dəyişən bir hissdir. Zamanın nisbiliyi yəni, dəyişkənliyi o qədər fərqlidir ki, bizim üçün minlərlə il davam edən bir zaman hissi, bir başqa yerdə yalnız tək bir saniyə belə davam edə bilər. Hətta, kainatın əvvəlindən axıra qədər keçən çox böyük bir zaman, bir başqa yerdə bir saniyə belə deyil, sadəcə bir "an" ola bilər.

Matriks filmində də bütün hisslərlə birlikdə, zamanın da nisbi olduğu vurğulanaraq Neoya zaman mövzusunda da aldandığı izah edilir. Aşağıdakı kadrlarda filmin qəhrəmanı Neo, 2060-cı ildə ABŞ-da hazırlanmış, hava və quru nəqliyyat vasitəsi olaraq istifadə edilən bir gəminin içərisindədir. Daha əvvəl Matriksin içində geydiyi qəşəng paltarları ya da yaşadığı şəhərin müasir görünüşü artıq yoxdur. Bunun yerinə köhnəlmiş paltarlar geyinmiş və xaraba görünüşlü bir məkandadır.

Neo : Morpheus mənə nə oldu? Bura haradır?

Morfeus (Morpheus) : Nə deyil, nə vaxt?

Neo : "Nə vaxt" mı?

Morfeus (Morpheus) : 1999-cu ildə olduğumuzu zənn edirsən amma 2199-a yaxınsan. Neçənci ildə olduğumuzu dəqiq deyə bilmərəm, çünki biz də dəqiq bilmirik. Hələlik bunu izah edəcək bir şey deyə bilmərəm.

Bir kimsəyə bütün yaşadıqları kimi zaman hissi də süni siqnallarla çox fərqli olaraq hiss etdirilə bilər. Zamansızlıq həqiqəti ilə bağlı kitablarımızda yer verilən izahlardan bir qismi belədir:

Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır.

Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişər. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii bir saat yoxdur...

Zamanın nisbiliyi, yuxuda çox aydın bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə hətta bir neçə saniyə davam etmişdir. (Zamansızlık ve Kader Gerçeği, səh. 70-71)

... zamanın nisbi (nisbi-relativ) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir hiss olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın nisbiliyi Eynşteynin "Relativite" nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günkü müasir fizikanın təməlini meydana gətirmişdir.

Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki, bunlara tabe deyil. Allah, zamanın hər anını zamansızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır… (Zamansızlık ve Kader Gerçeği, səh. 10)

İnsanlar zamana tabe olduqları üçün belə bir hadisə onlara uzaq gəlir, halbuki, Allah qatında zaman yoxdur, daha əvvəl də qeyd etdiyimiz kimi keçmiş və gələcək tək bir andır. Eynilə bir video kasetdəki kadrların tək bir anda mövcud olması kimidir… Biz bir filmi seyr etdikdən sonra necə ki, o filmi geriyə qaytarıb yenidən seyr edə biliriksə, bizim üçün keçmiş hadisələri Allahın diləməsiylə yenidən seyr etməyimiz mümkündür. Əhəmiyyətli olan Allahın o an bizə o hadisələrə aid hissləri təkrar hiss etdirməsidir. (Sonsuzluk Başlamış Durumda, səh. 90)

zaman
 

Xatirələrimiz də Əslində Bir Xəyaldır

Filmdə baş roldakı aktyor Neo, həqiqətləri yəni indiyə qədər həqiqi zənn etdiyi həyatının bir xəyaldan ibarət olduğunu öyrəndikdən sonra, təkrar Matriks adındakı virtual dünyaya gedəndə ətrafını heyrətlə izləyər. Avtomobildəki səfəri boyunca keçmişinə aid bəzi şeyləri xatırlayar; ancaq bunların heç birinin əslində yaşanmamış olmasından dolayı çaşqınlıq duyar. Neonun, keçmişinə aid xatirələr kimi düşündüyü hadisələrin hamısı, yaddaşına süni olaraq verilmiş görünüşlərdən ibarətdir.

Morfeus (Morpheus) : İnanılmazdır elə deyil?

Neo : Allahım.

Triniti (Trınıty) : Nə oldu?

Neo : Orada yemək yeyirdim. Ləzzətli makaron hazırlayırlar. Həyatımla əlaqədar xatirələrim var. Heç biri olmayıb.

Bu mövzuda kitablarımızda yer vermiş olduğumuz şərhlərdən bir neçəsi belədir:

Biz, bizə verilən təlqindən dolayı, keçmiş, indi və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edərik. Halbuki, "keçmiş" kimi bir anlayışa sahib olmağımızın tək səbəbi, -daha əvvəl də ifadə etdiyimiz kimi- yaddaşımıza bəzi hadisələrin verilməsidir. Məsələn, ibtidai məktəbdə qeydiyyat olunduğumuz an yaddaşımızda olan bir məlumatdır və biz bu səbəblə bunu keçmiş bir hadisə hesab edərik. Gələcəklə bağlı hadisələr isə yaddaşımızda yoxdur. Bu səbəblə, biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş necə bizim üçün yaşanıb, təcrübə edilib, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün biz bunları bilmirik. (Hayalin Diğer Adı: Madde, səh. 139)

5 yaşındaykən baqqaldan aldığınız bir vaflini yeyərkən hiss etdiyiniz şəkərin dadı, 7 yaşında ibtidai məktəbə başlayacağınız gün səhər erkən saatda həyəcanla oyanmanız, liseydəki coğrafiya dərsində içinizdə hiss etdiyiniz çətinlik, riyaziyyat müəlliminizin taxtaya yazdığı uzun tənliklər, bir yaxınınızı itirdiyiniz yol qəzasında hiss etdikləriniz, işinizdə qazandığınız bir müvəffəqiyyət səbəbiylə yaşadığınız qürur, illərlə xəyal etdiyiniz bir şeyi almağa gedərkən hiss etdiyiniz sevinc, qısacası, yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr əslində eynilə qalır, sadəcə sizin beyninizdə mühafizə edilir. Mühafizə edilən də xatirə olaraq, an olaraq yəni keçmiş kimi hiss etdirilir. Hal-hazırda var olan o səhnələri beyniniz qəbul edir... İnsanlar axan bir zamana tabe olduqlarını düşünər, həyatlarının keçmiş, indi və gələcək olmaq üzrə hissələrə ayrıldığını zənn edərlər… Lakin yaradılmış hər canlının, hər hadisənin və hər şeyin eynilə bir film xəttini meydana gətirən kadrlar kimi, kadr-kadr sonsuz olaraq yaradıldığını və eyni anda var edildiyini bilmək bu qavrayışı asanlaşdıracaq. (Sonsuzluk Başlamış Durumda, səh. 74-75)

Dedi ki: "Yıl sayısı olarak yeryüzünde ne kadar kaldınız?" Dediler ki: "Bir gün ya da bir günün birazı kadar kaldık, sayanlara sor." Dedi ki: "Yalnızca az (bir zaman) kaldınız, gerçekten bir bilseydiniz,"
(Müminun Suresi, 112-114)

bahçe

Bu Həqiqətin Bizi Apardığı Fövqəladə Nəticə

İnsan beyninin xaricində maddə olaraq adlandırılan, görünüşdən yaranan və möhkəmlik hissi verilən bir aləm vardır. Ancaq siz bu aləmə əsla duyğu orqanlarınız vasitəsilə ilə çata bilməzsiniz. Hər insan beynində yaranan aləmi seyr edər, beynində yaranan aləmə toxunar, beynindəki aləmin səsini dinləyər.

Matrix ve Matrix Reloaded filmleri tüm dünyada büyük yankı uyandırdı. Pek çok televizyon kanalında, dergi ve gazetelerde, filme konu olan maddenin aslına ilişkin bilimsel gerçekler tartışıldı. Bu filmlerin milyonlarca insanın ilgisini çekmiş olmasının en önemli nedenlerinden biri ise, insanların bu konunun önemini kavramış ve derin düşünmeye başlamış olmalarıdır.

Allah, yaratdığı maddə aləmini, hər insana beynində bir görünüş olaraq izlətdirməklə yanaşı bu görünüşə möhkəmlik, sərtlik verərək görünüşü həqiqət kimi qəbul etdirir. 20-ci əsrdə elmi tapıntılarla sübut edilən bu həqiqət əsrlər əvvəl yaşayan böyük İslam alimi imam Rəbbani tərəfindən ətraflı bir şəkildə izah edilmişdir. İmam Rəbbaninin, məktublarından birində belə bir izahı var:

Xaricdə və həqiqətdə, Allah Təaladan başqa, varlıq yoxdur. Allah Təala, qüdrəti ilə, öz adlarının və sifətlərinin kamalını mümkün surətlərinin pərdəsində göstərib, yəni əşyanı, öz kəmalatına uyğun şəkildə hiss və vəhm mərtəbəsində icad edib, var etmişdir. Beləliklə, əşya, vəhmdə görünüb, xəyalda davam edir. O halda əşya, xəyalda göründüyü üçün vardır. Lakin Allah Təala, bu görünüşə davam verdiyi, yox olmaqdan qoruduğu əşyanın quruluşuna möhkəmlik verdiyi və əbədi rəftarı da bunlara bağlı etdiyi üçün, vəhmdəki varlıq və xəyaldakı davam da, həqiqi varlıq olmuşdur. (İmam-ı Rabbani, ikinci cild, 44-cü məktub)

Burada izah edilən, hər insanın üzərində çox ciddi düşünməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. Çünki bu həqiqəti görməməzlikdən gələn hər insan, ömrü boyunca kiçik bir nöqtədə yaranan görünüşü həqiqi zənn edərək aldanar. Məsələn, beynindəki bir nöqtədə yaranan binaların sahibi olduğunu zənn edən bir adam, bu görünüşdən ötəri qürurlanar, lovğalanar, bir gün öləcəyini unudaraq özünü sonsuz güclü zənn edər və ya beynindəki bir nöqtədə yaranan kasıb həyat görünüşü başqa bir insanın məzlum, bədbəxt və ümidsiz yaşamasına səbəb olar. Beyninin içindəki kiçik bir yerdə yaranan pul görünüşünü itirən insan dərhal pərişan olar. Beyninin içindəki avtomobil görünüşünün cızıldığını görən bir başqası isə hiddətlənər, mal ehtirasından ötəri böyük bir ehtiras duyar. Halbuki, bu kəslərin hər biri yuxusunda varlı və ya kasıb olan və ya yuxusunda avtomobili cızılan bir insandan fərqli bir vəziyyətdə deyillər. Cızılan avtomobil, beynimizin içində yaranan bir avtomobil görünüşüdür. Bu avtomobilin əslini, xaricdəki əsl halını heç kim, heç bir zaman bilməz və görməz. Bunu ancaq beynimizdəki və xaricindəki aləmi yaradan uca Allah bilir.

Məhz bu həqiqətin fərqində olmayan və ya çox açıq olmasına baxmayaraq bu həqiqəti qəbul etmək istəməyən insanlar, həyatları boyu həmişə yanılma içində, həqiqətləri görməzlikdən gələrək yaşayarlar. Bu insanların vəziyyəti bir kino filmini və ya teatr oyununu həqiqi zənn edərək bu filmin və ya oyunun içində yaşamaq istəyən bir insanın vəziyyəti kimidir. Ətrafındakılar bu insanı nə qədər razı salmağa və ona həqiqəti göstərməyə çalışsalar da bu insan bunu bilməzlikdən gəlir.

Ancaq hər insanın, heç bir istisna olmadan, bu həqiqəti anlayacağı, qavrayacağı və qəbul edəcəyi bir an vardır. Məhz bu an hər insana ölümlə birlikdə gələcəkdir. Ölümlə birlikdə insanın beynində seyr etdiyi dünya həyatına dair görünüş dəyişəcək, bunun yerinə ölüm anının, hesab gününün və axirətin görünüşü gələcəkdir. Allahın Quranda bildirdiyi kimi, ölümlə birlikdə insan sanki bir yuxudan oyanacaq, yuxusundan real dünyaya keçən kimi, həqiqi və sonsuz həyatına keçəcək, bu həyatın da görünüşü daha dəqiq və həqiqi olacaqdır. Eynilə yuxusundakı daha bulanıq görünüşdən oyanıb daha dəqiq olan dünya həyatına keçən insan kimi. Ayələrdə bütün aləmlərin Rəbbi olan Allah bu həqiqəti belə bildirir:

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”. (Yasin surəsi, 52)

Andolsun, sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” (Qaf surəsi, 22)

Hər sözü etibarlı, elm və hikmətiylə nümunə olan Peyğəmbərimiz (s.ə.v) də bir hədisi şərifində "insanlar yuxudadır, ölümlə oyanarlar" (İmam Gazali, İslam Klasikleri 2, Bedir Yayınları, 18 səh. 36152) buyuraraq bu həqiqətə diqqət çəkmişdir.

... Biz de senin üzerindeki örtüyü açıp-kaldırdık.
Artık bugün görüş-gücün keskindir.
(Kaf Suresi, 22)

Rabbine, hoşnut edici ve hoşnut edilmiş olarak dön.
(Fecir Suresi,28)

manzara

Həqiqi olan ölümdən sonrakı həyatdır. Dünya həyatı isə, eynilə bir yuxu kimi insana beynindəki kiçik bir nöqtədə izlətdirilən bir görünüş aləmidir. Bir insanın bu görünüşə aldanıb, həqiqi və sonsuz həyatını unutması, düşünməməsi isə böyük bir qəflət və yanılmadır. Bu həqiqəti dünyada görməyənlər axirətdə böyük bir peşmançılıq yaşayacaqlar. Həyatları boyu bağlandıqları, həqiqi zənn edərək arxasından süründükləri, Allahı və axirəti unudaraq şirk qoşduqları insanların, malların, vəzifələrin, ünvanların əslində bir xəyal olduğunu, beyinlərindəki görünüşlər olduğunu başa düşəcəklər və bu peşmanlıqlarını dilə gətirəcəklər. Əsla yox olmayacağını zənn etdikləri şeylərin bir-bir itdiyini gördüklərində böyük hüsrana uğrayacaqlar. Allah, bu insanların axirətdəki etiraflarını Quranda belə bildirir:

Sonra onlara deyiləcək: "Sizin şirk qoşduqlarınız haradadır? Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar. (Mömin surəsi, 73-74)

… Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: “Allahdan savayı çağırdıqlarınız haradadır?” – deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!” – deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər. (Əraf surəsi, 37)

Dünyada bu həqiqətləri görməzlikdən gələrək, düşünməyən hər insan axirətdə eyni sözləri deyə bilər, eynilə bağışlanması olmayan peşmanlığı yaşaya bilər. Allahın bir yuxu kimi göstərdiyi dünya həyatına qapılıb gedənlər, ölümü həqiqi və tək həyatlarının sonu zənn edənlər, ölümlə birlikdə içində olduqları bu qəflət yuxusundan oyanacaq, yuxularından ayrılacaqlar və məhz o zaman əsl həqiqəti görəcəklər. Ağlını və vicdanını istifadə edən, səmimi və diqqətli düşünən hər bir insan isə, daha dünyada ikən həqiqətləri fərq edərək, axirət həyatı üçün ciddi bir cəhd içində olacaqdır.

Şüphesiz, dönüş yalnızca Rabbinedir.
(Alak Suresi, 8)

bahçe

 

3 / total 10
"Harun Yəhyanın İdealizm, Matriks Fəlsəfəsi və Maddənin Əsli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com