< <
4 / total: 10

13-cü Mərtəbə (The Thirteenth Floor)

On üçüncü mərtəbə adlı filmdə də Matriks filminə oxşar olaraq, həqiqi dünya ilə virtual dünya arasındakı təəccüblü bənzərlik nəzərə çarpır. Filmin mövzusu qısaca olaraq belədir: Filmə adını verən 13-cü mərtəbə, Los Ancelesdə bir iş yeri binasının 13-cü mərtəbəsidir. Burada filmin iki baş roldakı aktyoru olan Hanon Fuler (Hannon Fuller) və iş yoldaşı Duqlas Hol (Douglas Hall), kompyuter ilə virtual bir dünya yaradırlar. Bu virtual dünyada Los Ancelesin 1937-ci ildəki vəziyyəti canlandırılır. Sistemi quran bu kəslər isə 1999-cu ildə yaşayırlar.

Şəkillərdə gördüyümüz kimi bu kompyuter proqramına bağlanmaq istəyən adam, bir yatağa uzanar və beyninə proqramdakı məlumatlar ötürülər. Beləliklə, sistemə daxil olan adam 1937-ci ilə aid virtual bir şəxsiyyət olar. Məsələn, bu adam 1999-cu ildə yaşayan Duqlas Hol (Douglas Hall) adlı, zəngin və müvəffəqiyyətli bir kompyuter şirkəti rəhbəri ikən, yaddaşına 1937-ci ildə yaşayan Con Ferquson (John Ferguson) adlı bir bank kassiri ilə əlaqədar məlumatlar yüklənir.

Sistemə qoşulan adam, yükləmə tamamlandıqdan sonra özünü bir anda 1937-ci ildə görər. Binalar, avtomobillər, paltarlar tamamilə o ilə aiddir. Simulyasiya mühitinə daxil olan kəsləri ən çox təəccübləndirən mövzu isə, hər iki həyatlarının da bir-biri ilə eyni həqiqətdə olmasıdır. Bu kəslər hər iki həyatlarında da suyun sərinliyini, çöldəki küləyin uğultusunu hiss edir, qarşılaşdıqları hadisələrdə qorxu və həyəcan kimi duyğuları bütün həqiqəti ilə yaşayırlar.

Filmin sonrakı dəqiqələrində isə sistemə qoşulan bu kəslər, həqiqi həyatları zənn etdikləri həyatlarının (1999-cu ildə Los Ancelesdəki həyatlarının) da əslində xüsusi olaraq hazırlanmış bir kompyuter proqramı olduğunu, o günə qədər həqiqi zənn etdikləri hər şeyin -şirkətləri, vəzifələri, avtomobilləri, kompyuter sistemləri, ailələri, dostları...- bir xəyal olduğunu başa düşərlər. Əslində tarix 2024-cü il kimi çox daha sonrakı bir zamana aiddir və filmdə həqiqi bir həyat olaraq əks etdirilən bütün hadisələr simulyasiyanın bir parçasıdır. Filmin ən maraqlı tərəfi isə filmdəki obrazların simulyasiya içində simulatora bağlanaraq, mərhələli bir həyat yaşamaları və bu virtual yerlərdəki həyatlarının həqiqətlərlə olan fövqəladə bənzərliyidir.

Yan səhifədəki kadrlarda filmin baş roldakı obrazını canlandıran Duqlas Holun (Douglas Hall) simulyasiyaya bağlanması və 1937-ci ildə Con Ferquson (John Ferguson) adında bir bankirin şəxsiyyətinin özünə köçürüldüyü görünür.

transfer

Duqlas Hol (Douglas Hall) - Con Ferquson (John Ferguson) şüur transferi

İstifadəçi: Duqlas Hol (Douglas Hall)

Yükləmə üçün istifadəçini nizamlayır.

Proqram əlaqəsi: Con Ferquson (John Ferguson)

İstifadəçini proqrama sıralayır

Yükləmə üçün hazır

Sıralama tamamlandı.

Cənab Qrierson (Grierson), 117 Qərb Vinston, Pasadena

Şüur köçürülməsi

Köçürülmə əməliyyatı başladı.

Yükləmə tamamlandı.

Filmin qəhrəmanı Duqlas Hol (Douglas Hall) simulatora qoşulduqdan sonra, bədəni heç hərəkət etməməsinə baxmayaraq, özünü 1937-ci ildə, Con Ferquson (John Ferguson) adlı bir bank kassirinin şəxsiyyəti ilə canlı bir həyatın içində görər. Bu adamın bədəni 20-ci əsrdə simulator alətinə bağlı bir şəkildə yatmasına baxmayaraq, hər şey son dərəcə həqiqi görünür. Amma köhnə model avtomobillər, qarşılaşdığı insanlar, öz paltarı, fiziki görünüşü qısacası, hər cür təfərrüat, bu adamın beynində süni siqnallarla göstərilən görünüşlərdir.

13. kat filmi

Duqlas Hol (Douglas Hall) bu sistemi şəxsən özü hazırladığı halda, aşağıdakı filmin kadrında da göründüyü kimi, görünüşünün və olduğu mühitin həqiqiliyi baxımından heyrətə düşür. Hətta güzgüyə xeyli baxaraq saçını, bığını, dərisinin rəngini nəzərdən keçirir.

Duqlas Hola (Douglas Hall), (1937-ci ildəki şəxsiyyətiylə Con Ferqusona (John Ferguson)) bu donuq hərəkətlərinə görə, bankdakı müdiri pis göründüyünü və istirahət etməsini tövsiyə edir. Ancaq Duqlas Hol (Douglas Hall), kompyuter mühitində həqiqətə bu qədər uyğun bir həyatı sürməsinə görə çox təsirlənir və bu sistemi qura bildiyinə görə sevinir:

Duqlas Hol (Douglas Hall) : Məncə olduqca yaxşı görünürəm.

Simulyasiya Mühiti Və Aldadıcı Həqiqət

Bizim "xarici dünya" olaraq qəbul etdiklərimiz, əvvəlki hissələrdə təfərrüatlı olaraq toxunduğumuz kimi yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Pəncərənizdən gördüyünüz səmanın mavi rəngi, oturduğunuz kürsünün yumşaqlığı, içdiyiniz qəhvənin qoxusu, yediyiniz ətin ləzzəti, eşitdiyiniz telefon səsi, bütün yaxınlarınız, hətta bədəniniz-hamısı elektrik siqnallarının beyninizdəki şərhidir.

Əgər bu filmdə olduğu kimi, beynimizə inkişaf etmiş bir kompyuterin köməyiylə lazımlı elektrik siqnallarını göndərə bilmək mümkün olsaydı, eyni hissləri bütün həqiqətiylə qəbul etməyimiz mümkün olardı. Göründüyü kimi, süni olaraq yaradılan xəbərdarlıqlar nəticəsində, çöldə hər hansı bir maddi həqiqət yoxkən, beynimizdə həqiqi və canlı bir dünya meydana gəlməsi mümkündür. Necə ki, indiki vaxtda simulatorlar vasitəçiliyi ilə həyatımızdan müəyyən qisimləri son dərəcə həqiqi hisslərlə canlandırılır. Məsələn, ələ geyilən xüsusi bir əlcək ilə bir insan, yerdə olmadığı halda bir pişiyi əzizlədiyini, bir insanla qucaqlaşdığını, suyun altında əlini yuduğunu və ya sərt bir cismə toxunduğunu hiss edə bilir. Daha inkişaf etmiş olan sistemlərlə isə qolf oynadığını, xizək sürdüyünü, sürətlə avtomobil sürdüyünü və ya bir təyyarənin pilotu olduğunu hiss edə bilər. Əslində isə, toxunduğunu hiss etdiyi bu varlıqların ya da içində olduğunu zənn etdiyi bu məkanların heç biri həqiqi deyil. Bütün bunlar, insanın həyatındakı bütün hissləri və varlıqları beynində qəbul etdiyinin, bunların heç birinin əsli ilə təmasda ola bilmədiyinin qəti bir dəlilidir.

13-cü mərtəbə adlı filmdə də kompyuterlər vasitəsilə həqiqi həyatdan ayrılması mümkün olmayan virtual həyatlar yaradılır. Filmdəki obrazlar simulyasiya maşınları vasitəsilə fərqli zaman və mühitlərə bağlanır, burada həqiqi həyatları kimi yaşayırlar.

Aşağıdakı söhbətlərdə sistemin qurucularından Vitni (Whitney), Dedektiv Mak Beinin (McBain) üzərində işlədikləri simulyasiya sistemini izah edir:

13. kat filmi

Dedektiv Mak Bein (Mcbain) : Bütün dava-qırğın, böyük bir kompyuter oyunudur?

Vitni (Whitney) : Xeyr, funksiyalarının işləməsi üçün istifadəçi lazım deyil. Bütün bölmələri, açıq öyrənmə imkanına sahib virtual birləşmələri.

Dedektiv Mak Bein (Mcbain) : Bölmələrmi?

Vitni (Whitney) : Elektronik, bənzər obrazlar. Sistemi onlar meydana gətirir. Düşünərlər, çalışarlar, yemək yeyərlər... Qısaca olaraq, bizə bənzədildiklərini deyə bilərik. Hal-hazırda işləyən bir nümunəmiz var: Los Anceles, 1937-ci illər.

Dedektiv Mak Bein (Mcbain) : Niyə 37?

Vitni (Whitney) : Fuller, öz gənclik dövrünü meydana gətirərək başlamaq istəmişdi. Bax, beynimin içinə yükləndikdə, mən 1937-ci ili yaşayaraq gəzərəm. Bədənim burada qalır və proqram, əlaqə bölməsinin şüuruna nəzarət edər.

Yandakı ifadələrdən aydın olduğu kimi simulyasiya mühitində heç bir həqiqət yoxdur; yalnız süni siqnallar vardır. Nə görmək üçün gözə, nə eşitmək üçün qulağa, nə də hiss etmək üçün bədənə ehtiyac vardır. Adamın bədəni bir kürsüdə uzanarkən, kompyuter vasitəsilə zehininə yüklənən məlumatlar sayəsində, bu adam özünü çox fərqli bir məkanda və çox fərqli bir zamanda hiss edə bilir.

Bu mövzu ilə əlaqədar kitablarımızda yer verdiyimiz bir qisim izahlar belədir:

Görmə, eşitmə, qoxubilmə, dadbilmə, toxunma orqanlarımızın hamısı bir-birlərinə bənzər bir mexanizmə sahibdir. Xaricdə mövcud olduğunu düşündüyümüz obyektlərdən gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.), sinirlərimiz vasitəsiylə beyindəki duyğu mərkəzlərinə köçürülürlər. Beyinə çatan bəhsi keçən təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə prosesi əsnasında xaricdəki bir qaynaqdan gələn işıq seli (fotonlar) gözün arxa tərəfindəki retinaya çatar və burada bir sıra əməliyyat nəticəsində elektrik siqnallarına çevrilərlər. Bu siqnallar, sinirlər vasitəsiylə beyinin görmə mərkəzinə ötürülər və biz də, bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, boyu, dərinliyi olan bir dünyanı qəbul edərik.

Eyni sistem digər duyğu orqanlarımız üçün də xarakterikdir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burun epitelyumundakı hüceyrələr tərəfindən, toxunmaya aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altında yerləşdirilmiş xüsusi qəbuledicilər və səslər də qulaqdakı xüsusi bir mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki lazımi mərkəzlərə göndərilir və o mərkəzlərdə qəbul edilirlər.

... İndi bir stəkan çay içdiyinizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbuledicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda, çaya məxsus kəskin qoxu, onu içdiyiniz anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz qəhvə rəngi də lazımi duyğu orqanlarımız tərəfindən bir elektrik cərəyanı olaraq beyinə çatdırılır. Dərhal sonra masaya qoyarkən stəkanın şüşəyə dəyməsiylə çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biriylə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan çay içdiyinizi düşünürsünüz. Yəni əslində hər şey beyindəki duyğu mərkəzlərində olub bitir, amma siz bütün bu hisslərinizin konkret bir varlığı olduğunu zənn edərsiniz. Halbuki, bu nöqtədə aldanırsınız, çünki beyninizdə qəbul etdiyiniz hisslərin beyninizin xaricində bir varlığı olduğunu düşünmək üçün heç bir dəliliniz yoxdur. Əgər beyninizə gedən görmə sinirlərini kəssəniz, bir anda görünüş yox olar. Eyni şəkildə, eşitmə sinirlərində bir problem olsa, xaricdə mövcud olduğunu zənn etdiyiniz səs də bir anda kəsilər. (Makaleler-II, Maddenin Ardındaki Muhteşem İlim, səh. 112-113)

Gördüğümüz, tattığımız, kokladığımız, duyduğumuz, hissettiğimiz herşey sadece beynimizdeki algılardan ibarettir.

Xaricdə Işıq Yoxdur

Hal-hazırda elm adamlarının son elmi kəşflərində maraqlı bir həqiqət vardır: Dünyamız əslində zülmət qaranlıqdır. Çünki bu gün artıq məlumdur ki, işıq tamamilə subyektiv bir anlayışdır; yəni insanların beynində bir hiss olaraq yaranar.

beyinde oluşan görüntü

Gül bahçesine bakan bir kişi, aslında güllerin beynindeki algısıyla muhataptır, aslıyla değil. Eğer beyne giden görme siniri kesilecek olursa güllerin görüntüsü de bir anda yok olur.

Əslində xarici dünyada işıq yoxdur. Nə lampalarımız, nə avtomobil faraları, nə də ən böyük işıq qaynağımız olaraq bildiyimiz günəş əslində işıq saçmaz. "İşıq" dediyimiz qavrayışa, qaynaq olan fotonlar, gözümüzün arxasındakı retina təbəqəsinə düşdüklərində buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilər. Biz də əslində fiziki bir parça olan fotonları "işıq" hesab edərik. Əgər gözümüzdəki hüceyrələr fotonları "istilik parçaları" hesab etsəydilər, o zaman bizim üçün işıq, rəng və qaranlıq olaraq adlandırdığımız anlayışlar heç bir zaman olmayacaq, cisimlərə baxdığımızda onların yalnız "isti" və ya "soyuq" olduqlarını hiss edəcəkdik.

13. Kat filmi

13-cü mərtəbə filmində, Duqlas Hol (Douglas Hall) adındakı obraz, simulyasiya ilə 1937-ci ilə aid süni mühitə bağlanıb geri qayıtdıqdan sonra, mühitin həqiqiliyini belə dilə gətirir:

Vitni (Whitney) : İşıqlandırma necədir? Toxumalar...

Duqlas Hol (Douglas Hall) : Rəngləndirməylə bir az da məşğul olmaq lazımdır, amma bölmələr fərq etmirlər.

Vitni (Whitney) : Necədirlər?

Duqlas Hol (Douglas Hall) : Sənin, mənim qədər həqiqidirlər.

Filmdə dilə gətirilən həqiqət əslində doğrudur. İşıq və rəng kimi xüsusiyyətlər də süni siqnallar vasitəsilə son dərəcə həqiqi olaraq qəbul edilir. Bu mövzuyla əlaqədar kitablarımızda yer alan izahlı nümunələrdən bir neçəsi belədir:

13. Kat filmi

... kəllə işığı içəri keçirməz, yəni beyinin içi qapqaranlıqdır. Bu səbəbdən, beynin işıqla təmasda olması əsla mümkün deyil... Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman təmasda olmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində işıqlı, parlaq və rəngli bir dünyanı seyr edərik. (Evrim Aldatmacası, II nəşr, səh. 200)

Bilindiyi kimi beynimiz kəlləmizin içində qorunar və kəllə işığı içəri keçirməz. Yəni beynimizin içi zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin parıltılarını və rənglərin hər tonunu görə bilərik. Bu, son dərəcə maraqlıdır və üzərində düşünülməsi lazımdır. Əgər biz varlıqların bizim xaricimizdəki hallarını görsəydik, bu çöldəki görünüşün işıltısını, rənglərini, parıltısını əsla görə bilməzdik. Çünki bu parıltılar və işıqlar kəlləmizdə maneə ilə qarşılaşacaq və beynimizdəki görmə mərkəzinə əsla çata bilməyəcəkdi. Elə isə biz bu parıltıları, ayın və günəşin işığını, salonumuzdakı çilçırağın parlaqlığını necə görə bilirik? İşığın əsla çata bilmədiyi beyində işıqlı görünüşlər necə meydana gəlir? (Makaleler-II, Maddenin Ardındaki Muhteşem İlim, səh. 112-113)

Əslində, beynimizin xaricində, bizim bildiyimiz işıq da yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq, yenə beynimizdə meydana gələr. Xarici dünyada, yəni beynimizin xaricində işıq olaraq təyin etdiyimiz şey, elektromaqnit dalğalar və fotonlardır (fotonlar dənəcik şəklindəki enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar, retinanı xəbərdar edəndə, bizim bildiyimiz "işıq" meydana gəlir. (Hayalin Diğer Adı: Madde, səh. 25)

Nəticədə, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaların və ya parçaların bizdə meydana gətirdiyi təsir ilə meydana gəlir. Yəni xaricdə, beynimizdəki görünüşü meydana gətirən bir işıq da yoxdur. Sadəcə bir enerji vardır və bu enerji, gözümüzə çatdığında biz rəngarəng, parlaq, işıqlı bir dünya görərik. (Hayalin Diğer Adı: Madde, səh. 26)

İşıq hissində olduğu kimi rənglər də beynimizdə meydana gəlir. Günəşdən gələn fotonlar (fotonlar dənəcik şəklindəki enerjidir) bir cismə toxunduqlarında, hər cisim bu fotonları fərqli dalğa boyunda əks etdirər. Bu fərqli dalğa boylarındakı fotonlar gözə çatanda, retina bölgəsində elektrik siqnalına çevrilərlər. Daha sonra bu elektrik siqnalları beyinin görmə mərkəzinə ötürülər. Burada olan sinir hüceyrələri elektrik siqnallarını "rəng" olaraq qəbul edərlər. Ancaq həqiqi dünyada nə işıq, nə də rəng var. Bu, beynimizin fərdi, bizə xüsusi bir şərhidir. Gözün quruluşundakı bir səhv, ya da digər canlılardakı kimi gözün quruluşundakı bir fərqlilik, gələn fotonların fərqli elektrik siqnallarına çevrilməsinə və eyni cismin çox fərqli şəkillərdə qəbul edilməsinə səbəb olacaq.

Allah, sizi annelerinizin karnından hiçbir şey bilmezken çıkardı ve umulur ki şükredersiniz diye işitme, görme (duyularını) ve gönüller verdi.
(Nahl Suresi, 78)

doğum

Bu mövzuyla bağlı əsərlərimizdəki izahatlardan bəziləri bunlardır:

Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli bir dünya görər, rəngarəng bir mühitlə təmasda olarıq. Halbuki, kainatda bir dənə də olsun rəng yoxdur. Rənglər beynimizin içində meydana gələr. Xaricdə sadəcə fərqli dalğa boylarına sahib elektromaqnit dalğalar vardır. Gözümüzə çatan, bu fərqli dalğa boylarındakı enerjidir. Yuxarıda da qeyd edildiyi kimi, biz buna işıq deyirik, ancaq bu bizim bildiyimiz mənada parlaq, aydın bir işıq deyil, sadəcə bir enerjidir. Beynimiz, bu fərqli dalğa boylarına sahib enerjini şərh edəndə biz bunları "rənglər" olaraq görərik. Halbuki, nə dənizlər mavi, nə çəmənlər yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar, yalnız beynimizdə elə hiss etdiyimiz üçün elədirlər. (Hayalin Diğer Adı: Madde, səh. 26)

... Həm rənglər, həm də işıq sadəcə bizim beynimizdədir. Yəni biz bir gülü qırmızı olduğu üçün qırmızı rəngdə görmərik. Bizim bir gülü qırmızı görməyimizin səbəbi, retinamıza toxunan enerjinin, beynimiz tərəfindən qırmızı olaraq şərh olunmasıdır. (Hayalin Diğer Adı: Madde, səh. 31)

Rəng korluğu, rənglərin beynimizdə meydana gəldiyinin əhəmiyyətli dəlillərindəndir. Bilindiyi kimi gözdəki retinada yaranan kiçik bir pozğunluq rəng korluğuna səbəb olar. Bu vəziyyətdə bir çox insan yaşıl ilə qırmızını bir-birindən ayıra bilməz. Bu vəziyyətdə çöldəki obyektin "rəngli" olub-olmaması əhəmiyyətli deyildir. Çünki biz obyektləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Burada gəldiyimiz nəticə budur: Varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil beynimizdədir. Bizlər heç bir zaman hisslərimizi aşıb, xaricə çata bilməyəcəyimiz üçün maddələrin, ya da rənglərin varlığını da bilmərik. (Hayalin Diğer Adı: Madde, səh. 28-29)

beynimizde kokladığımız çiçekler

Beyninizdə Iylədiyiniz Çiçəklər

Bir çox insan iyləmək üçün çiçəklərə yaxınlaşdığında, çiçəklərin qoxusunu burnuyla hiss edəcəyini zənn edər. Halbuki, digər bütün hisslərimizdə olduğu kimi qoxu da beynimizin bir şərhidir. Qoxu qəbulumuzun fəaliyyəti də digər duyğu orqanlarımızın fəaliyyətinə bənzərdir. Məsələn, çiçəyə aid qoxu molekulları burun kanalından içəri girdikdən sonra, epitelyum bölgəsindəki alıcılar tərəfindən elektrik siqnalına çevrilərlər. Bir sıra əməliyyatdan sonra beyinə çatan bu siqnallar, beyindəki iyləmə mərkəzlərində çobanyastığı, gül, qərənfil ya da bir başqa çiçəyin qoxusu olaraq qəbul edilər. Eyni şəkildə süni yollarla beyninizə əlaqədar siqnallar göndərilmiş olsa, bu çiçəklər ortada yoxkən də qoxularını hiss etmək mümkün olardı.

Necə ki, 13-cü mərtəbə filmində də simulyasiya mühitindəki obrazlar, qoxuları da çox inandırıcı bir şəkildə hiss edə bilirlər. 1937-ci ildə bir kitabxanaçı olaraq yaşayan Mr. Qrierson (Grierson), filmdəki yaşlı obraz Hanon Fulerə (Hannon Fuller) bənzədilərək düzəldilmiş xəyali bir obrazdır. Hanon Fuler (Hannon Fuller), simulyasiya sisteminə qoşulduğunda bu adamın virtual mühitdəki bədənini istifadə edərək, bu ilin mühitində vaxt keçirir. 1937-ci ilin musiqilərini dinləyir, o dövrün rəqslərini izləyir və o dövrdən ictimai bir çevrə əldə edir. Ancaq sistemdən çıxdığında istifadə etdiyi bədən, proqramın gərəyi olaraq yenə köhnə həyatına davam edir. Bu səbəbdən, 1937-ci ilə aid simulyasiya mühitindəki kitabxanaçı Mr. Qrierson (Grierson), o müddət içində nələr yaşadığını tam olaraq xatırlaya bilmir və xatırladıqlarının da xəyal olduğunu düşünür. Bir söhbətində qoxu ilə əlaqədar bunları deyər:

13. Kat filmi

Mr. Qrierson (Grierson) : Oyandığımda belə üzərimdə hələ də ətir qoxusunu hiss edirəm.

Duqlas Hol (Douglas Hall) : Həqiqətinmi yoxsa xəyalınmı məhsulu?

Filmin yuxarıdakı səhnəsindən də aydın olduğu kimi həqiqətdə ətir qoxusu olmadığı halda, kompyuter vasitəsilə yüklənən məlumatlar sayəsində oyunçular qoxunu da həqiqi olaraq qəbul edirlər. Bu mövzunu açıqlayan kitablarımızdakı şərhlərdən bir neçəsi belədir:

Qoxunu qəbul etmə mərkəzinizdə yaranan təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki, bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxunu qəbul etmə mərkəzinizin içindədir... (Evrim Aldatmacası, II nəşr, səh. 205)

Qoxunun bir hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı ola bilər. İnsanlar yuxularında necə bütün görünüşləri son dərəcə həqiqi bir şəkildə görə bilirlərsə, eyni şəkildə yuxularında bütün qoxuları da həqiqətdə olduğu kimi hiss edərlər. Məsələn, yuxusunda restorana gedən bir adam, yeməyini menyudakı yeməklərin qoxuları arasında yeyir, dəniz kənarına gəzintiyə çıxan biri dənizin özünə xas qoxusunu hiss edir, çobanyastığı bağçasına girən biri o mükəmməl qoxulardan həzz alır. Ya da bir başqası parfümeriya mağazasına girib özünə ətir seçə və hətta tək-tək bu ətirlərin qoxusunu ayırd edə bilir. Hər şey elə həqiqidir ki, adam yuxusundan oyandığında bu vəziyyətə təəccübənir. (Hayalin Diğer Adı: Madde, səh. 36)

neo - morpheus

Yaşadıqlarınızın Həqiqi Olduğu Hissini Bilməyiniz Üçün Xarici Dünyanın Varlığı Şərt Deyildir

İlk dəfə bir kino pərdəsi görən insanlar, qarşılaşdıqları üstün texnologiya sayəsində, gördükləri obyektlərin "həqiqi" olduğunu zənn etmişlər və üstlərinə doğru gələn qatar görünüşü qarşısında çaxnaşmaya düşmüşlər. Hal-hazırda bu təsir, holoqram (üçölçülü görünüş) meydana gətirən xüsusi eynəklər sayəsində əldə edilə bilinir. Bu eynəyi taxan insanlar, gördükləri xəyali görünüşün həqiqi olduğu hissinə qapılır və qorxu, həyəcan kimi reaksiyalar verirlər. Bu kəslər virtual bir görünüş ilə təmasda olduqlarını bildikləri halda, yenə də xüsusi olaraq yaradılan bu həqiqi mühitə qapılmaqdan özlərini ayıra bilmirlər.

Bu vəziyyət, texniki keyfiyyətin qüsursuzluğundan ötəri "həqiqi dünya" olaraq qəbul etdiyimiz həyatımız üçün də məqbuldur. Necə ki, 13-cü mərtəbə adlı filmdə də texniki mükəmməlliyin aldadıcı olmasına diqqət çəkilmişdir.

Filmdə 1937-ci ildə Aşton (Ashton) adıyla xatırlanan obraz, simulyasiya sisteminin qurucularından Hanon Fulerin (Hannon Fuller) yazdığı və oxumaması lazım olan bir məktubu oxuyaraq əslində virtual bir dünyada yaşadığını öyrənir. O ana qədər yaşadıqlarının heç birinin həqiqət olmadığını öyrəndiyində əvvəl bunun bir zarafat olduğunu düşünür, ancaq daha sonra özləri üçün yaradılan bu xüsusi məkanın bir sonu olduğunu görəndə hirslənir. Ancaq verdiyi reaksiyaların heç biri virtual bir dünyada yaşadığı həqiqətini dəyişdirə bilməz. Bir tərəfdən sistemin qurucularından Duqlas Holdan (Douglas Hall) həqiqətləri izah etməsini istəyərkən, bir tərəfdən də təcavüzkar reaksiyalar verməyə davam edir. Aralarında baş verən danışıqlar belədir:

13. Kat filmi

Aşton (Ashton) : Mən oxuduğumda zarafat olduğunu düşünmüşdüm. Dünya bir yalandır. Zəif bir ehtimal! Amma mən axmaq deyiləm, Cənab Hall... "Dünyanın sonuna getmək" haqqında yazanları oxudum.

Duqlas Hol (Douglas Hall) : Nə yazırdı?

Aşton (Ashton) : Məktubda yazılanı eynilə etdim. Heç getməyəcəyim bir yer seçdim. Taksona getməyi sınadım. Nədənsə oranı seçdim. Heç əyalətə getməmişdim. Avtomobili götürüb, şəhərdən kənara çıxdım. Səhrada 80 km. sürətlə gedirdim. Bir müddət sonra, yolda yalnız mən qalmışdım. Mənim ətrafımda isti və toz vardı. Məktubda nə deyirsə etdim: "Yol işarələrini izləmə və heç bir şəkildə dayanma. Barrikadalarda belə." Amma artıq şəhərə yaxınlaşmağım lazımkən, bir tərslik hiss etdim. Heç bir hərəkət və canlı yox idi. Sakitlik və sükunət hakim idi və avtomobildən endim. Gördüyüm şey, qorxudan, ürəyimi titrətdi. Doğru idi. Hər şey yalan idi. Həqiqi deyildi.

Duqlas Hol (Douglas Hall) : Fuller mənə nəyə görə simulyasiyanın sərhədlərini yazsın? Mən onları bilirəm.

Aşton (Ashton) : Sualları mən verirəm! Səbəbini bilmək istəyirəm... İndi mənə nəyin həqiqi olduğunu göstərməyini istəyirəm. Bu həqiqimi? (atəş açır) Bu, həqiqi qanmı?

Aşton (Ashton), olduğu məkanın əslində virtual bir dünya olduğunu öyrəndiyində, bu həqiqəti qəbul etmək istəmir. Hətta bunu isbat etmək üçün Douglas Halla atəş açaraq, ayağından axan qanın həqiqi olub-olmadığını soruşur. Halbuki, bir kimsə yaralandığında da dəyişən bir vəziyyət yoxdur. Çünki bu adamın ayağından axan qan, hiss etdiyi ağrı və ya qorxu hisslərinin hamısı bir hissdir. Bu səbəbdən, bir kimsənin qorxu, ağrı kimi hissləri yaşaması da kənarda maddi bir dünyanın varlığına dəlil olaraq təqdim edilə bilməz.

Bu vəziyyət bizim üçün də məqbuldur. Biz beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu heç bir zaman isbat edə bilmərik. Bu hisslərin "süni" bir qaynaqdan gəlib-gəlmədiklərini, ya da xarici dünyada maddi bir qarşılıqları olub-olmadığını təsbit etməyimiz mümkün deyildir. Çünki nə yaşayırıqsa yaşayaq, biz beynimizin xaricinə əsla çıxa bilmərik.

simülatör

Resimdeki sinekkuşu bu kuşa bakan kişi için yalnızca algılarının bir toplamıdır. Kuş bu kişinin zihninin içinde çizilir, renklendirilir, kuşun sesi de zihninin içinde seslendirilir.

Bu mövzuda düşünmədən etiraz edən bir qisim kəslər, "bir yük maşınının önünə çıxan bir kimsə, yük maşını vurunca o zaman maddə xəyalmı, deyilmi başa düşər" kimi şərhlər edərlər. Halbuki, yük maşını vurduğunda da hər şeyi beynimizdə yaşayarıq. Çünki yük maşınının görünüşü kimi, vurma hissi də, yük maşınından qaçmaq üçün yaşanan qorxu da beyində yaşanan hisslərdir. Eyni şəkildə biri sizə sillə vuracaq olsa, əlinin qüvvəsini, üzünüzdə yaranan ağrı hissini, qızartını da həmişə beyninizdə yaşayarsınız.

Bu mövzuyla paralel olaraq kitablarımızda izah etdiyimiz nümunələrdən bir neçəsi belədir:

Etiraz: "Maddə beynimin xaricində vardır. Bıçaqla bir az kəsdiyimdə əlimdə hiss etdiyim ağrı, sızlama, əlimdən axan qan bir görünüş deyildir. Ayrıca, bunu yanımdakı dostum da gördü.

Cavab: Bu etirazı gətirənlərin ən əsas yanılması, görünüş xaricində səs, qoxu, toxunma kimi digər hisslərin də beyində meydana gəldiyini gözardı etmələridir. Bu səbəblə, "bıçağı beynimdə görmüş ola bilərəm, amma bıçağın itiliyi baxın həqiqidir, çünki əlimi kəsdi" deyirlər. Halbuki, bu adamın əlindəki ağrı, axan qanın verdiyi istilik və yaşlıq hissi və bütün digər hissləri yenə beynində meydana gələr. Yanındakı yoldaşının bu hadisəyə şahid olması bu həqiqəti dəyişdirməz, çünki dostu da bıçaqla eyni yerdə yəni beynindəki görmə mərkəzində meydana gəlir. Bu adam eyni hissləri, bıçaqla əlini kəsdiyini, əlindəki ağrını, qanın görünüşünü və istiliyini eynisi ilə yuxusunda da yaşaya bilər. Əlini kəsdiyini görən yoldaşını da yenə yuxusunda görər. Amma yoldaşının varlığı, bu yuxuda gördüklərinin maddi qarşılıqları olduğunun bir dəlili olmaz.

Hətta yuxusunda əlini kəsdiyi zaman biri gəlib, "bu gördüklərin bir hissdir, bu bıçaq həqiqi deyil, əlindən axan qan, hiss etdiyin ağrılar da həqiqi deyil, bunların hamısı hal-hazırda zehnində izlədiyin hadisələrdir" desə, adam buna inanmayacaq və yenə etiraz edəcəkdir. Hətta bəlkə "Mən materialistəm. Belə iddialara inanmıram. Hal-hazırda gördüklərimin hamısının maddi həqiqəti var, bax qanı görmürsənmü?" deyəcəkdir. (Hayalin Diğer Adı: Madde, səh.181-182)

... maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər, həqiqətdə görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyunca maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki surətləri ilə təmasda olar. (Zamansızlık ve Kader Gerçeği, səh. 49)

... kompyuterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturan bir iş adamı zənn edəcəkdir. Kompyuterdən gələn xəbərdarlıqlar davam etdikcə də bu xəyali dünya davam edəcəkdir. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcəkdir. Çünki beyinin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımlı xəbərdarlıqların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn, bir qeyd cihazından ya da daha fərqli bir qəbul qaynağından gəlmiş ola bilər. (Zamansızlık ve Kader Gerçeği, səh. 28)

Aşağıdakı dialoqda isə Duqlas Holun (Douglas Hall) simulyasiyadan əlaqəsinin kəsilməsiylə həqiqi həyatına dönüşü köçürülür. Dostu Vitni (Whitney), virtual dünyada Ashton şəxsiyyəti özünü öldürməyə çalışır. Duqlas Hol (Douglas Hall), olduğu virtual dünyada elə həqiqi bir qorxu yaşayır ki, həqiqi həyatına geri qayıtdığında təngnəfəs özünü müdafiə etməyə çalışdığı görülür. Hətta özünü qorumaq üçün yoldaşı Vitniyə (Whitney) yumruq atır.

13. Kat filmi

Duqlas Hol (Douglas Hall) : Məni öldürməyə çalışdı.

Vitni (Whitney) : Kim?

Duqlas Hol (Douglas Hall) : Ashton. Bu dünyanın həqiqi olmadığını öyrəndi. Bu proyekt, bu təcrübə. İnsanların həyatlarıyla oynayırıq!

Vitni (Whitney) : İndi nə danışdığını bilmirsən. Pis bir səfər etdiyini bilirəm amma...

Douglas Hall : "Pis bir səfər" mi? Bu insanlar həqiqidir. Sənin, mənim qədər həqiqidirlər.

Vitni (Whitney) : Bəli, onları belə hazırladığımız üçün. Nəticədə, hamısı bir ovuc elektronik dövrədir.

Bu söhbət və səhnələrdə də görüldüyü kimi bir insanın həqiqi olmayan bir mühiti, həqiqi həyatı zənn edərək yaşaması mümkündür. Duqlas Hol (Douglas Hall), sistemi hazırlayan kəslərdən biri olmasına və yoldaşı Vitni (Whitney) də gördüyü insanların elektronik montajdan başqa bir şey olmadığını xatırlatmasına baxmayaraq, bu vəziyyətə inanmaqda çətinlik çəkir. Haqqında danışılan kəslər hazırladıqları sistemin həqiqətə bənzərliyi haqqında mübahisə edərkən, əslində özləri də süni bir sistemin içində yaşayırlar. Ancaq o zaman xəbərləri olmadığı üçün, yaşadıqları dünyanı həqiqi zənn edirlər.

Kitablarımızda da süni xəbərdarlıqlarla həqiqi bir mühitdə yaşamağı düşünməyin mümkün olduğuna dair bir çox izahat vardır. Bunlardan bəziləri belədir:

... günümüzdəki texnologiya ilə, süni xəbərdarlıqlar ilə süni görünüşlər, digər bir sözlə süni bir dünya meydana gətirmək mümkündür. Bu süni görünüşlərin həqiqilərindən heç bir fərqi olmadığı, sınayan kəslər tərəfindən ifadə edilir. O halda, biz də hər an gördüyümüz "həyat görünüşü"nün, çöldə əsillərinin mütləq var olduğunu və təmasda olduqlarımızın da bu "əsillər" olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin səbəbi çox daha fərqli bir qaynaq ola bilər. (Hayalin Diğer Adı: Madde, səh. 72)

Beyinə gedən sinirlər kəsildiyində beyində heç bir görünüş meydana gəlməyəcəkdir. Bu vəziyyətdə insanın, "çöldə gördüyüm görünüşlərin əsilləri var" deməsinin heç bir mənası qalmayacaqdır, çünki bu əsilləri "mövcud olsalar belə" heç bir zaman görə bilməyəcəkdir. (Hayalin Diğer Adı: Madde, səh. 180)

Xəyal Içində Xəyal Görmək

Filmi sona qədər izləyənlər daha bir təəccüblü həqiqətlə qarşılaşırlar. Sistemi hazırlayan və simulyasiyaya bağlanaraq virtual dünyalarda həyat sürən aktyorların əsl bədənləri 2024-cü ildədir. Duqlas Holun (Douglas Hall) 1999-cu ildə Los Ancelesdə keçdiyini düşündüyü həyatı da əslində bir xəyaldır. Yəni xəyal içində xəyal yaşanır.

Bu vəziyyəti yuxunun içində yuxu görməyə də bənzədə bilərik. Yuxuda da heç bir maddi həqiqət olmamasına baxmayaraq son dərəcə həqiqi duyğular yaşaya bilər, hətta gündəlik həyatımızın bir parçası olaraq yatıb oyandığımızı zənn edə bilərik. Hətta yuxumuzun içində gördüyümüz yuxunun nə qədər həqiqi olduğunu, yuxumuzdakı yoldaşlarımıza izah edə bilərik.

Nəticə olaraq süni siqnallarla xəyal gördüyümüz, sonra da bunun fərqinə vardığımız hissini yaşaya bilərik. Filmdə bu cür bir həqiqətlə qarşılaşan Duqlas Hol (Douglas Hall), bu vəziyyətin qarışıqlığından çıxa bilmir.

Duqlas Hol (Douglas Hall) : Bunun kimi neçə dənə simulyasiya dünyası var?

Ceyn Fuler (Jane Fuller) : Minlərlə… Amma səninki, simulyasiya içindəki simulyasiya olan tək dünyadır. Heç ümid etmədiyimiz bir şey.

İş yerinde uyuya kalan bir kişi, rüyasında kendisini sahilde uyurken, sahilde uyurken de kendisini çocuğuyla birlikte vakit geçirirken görebilir. Diğer bir deyişle rüyasının içinde rüya görebilir, maddesel hiçbir gerçeklik olmamasına rağmen...

Bədəniniz Də Beyninizdə Yaranan Bir Görünüşdür

Bəzi insanların öz bədənlərinə toxunmaları, barmaqlarını kəsdiklərində ağrı hiss etmələri, sahib olduqları bədənin bəzi ehtiyaclarını qarşılamaları bu insanlara öz bədənlərinin maddi həqiqəti ilə təmasda olduqları hissini verə bilər. Halbuki, bütün digər varlıqlar kimi insanın öz bədəni də bir hissdir və insanın özü, öz bədəninin maddi həqiqətinə əsla çata bilməz. Məsələn, insanın barmağını kəsdiyində hiss etdiyi ağrı yenə bir hissdir və ya acıb yemək yediyində duyduğu toxluq hissi yenə bir hissdir. İnsanın beyninə kənardan veriləcək olan süni xəbərdarlıqlar bu toxluq hissini yemək yemədən də meydana gətirə biləcəkdir. Buna görə, insan heç bir zaman öz bədəninin maddi bir həqiqəti olduğundan əmin ola bilməz. Ağrıları hiss edən, toxunan, bu yazını oxuyaraq anlayan, insanın ruhudur.

Bu mövzunu fərqli bir baxımdan da düşünə bilərik: Hal-hazırda oxuduğunuz kitab sizdən təxminən 30 sm qədər uzaqda görünür. Ətrafınızda divar, pəncərə və qapı olması, yerdən müəyyən bir yüksəklikdə kürsü üzərində oturmanız, önünüzdə masa olması sizə bədəninizin otağın içində bir yerdə olduğu hissini verə bilər. Halbuki, özünüzü qəbul etdiyiniz dünyanın ortasına qoymanız, yenə sizə zehninizin meydana gətirdiyi bir illüziyadır. Bu yanılmanın təbii bir nəticəsi olaraq da dünyanın içində olduğunuz hissini yaşayarsınız. Halbuki, həqiqət tam tərsidir; hər şey sizin içinizdədir.

Yandakı kadrlarda simulyasiyanın içində bir simulyasiya obrazı olan Aşton (Ashton), həqiqətləri öyrəndikdən sonra Duqlas Holla (Douglas Hall) danışır. Aşton (Ashton) illərlə həqiqi zənn edərək bir xəyali yaşamış olmanın təəccübünü yaşayır. Ancaq bu virtual mühiti quran Duqlas Hol (Douglas Hall) da eyni hissləri paylaşır; çünki o da başqa bir virtual aləmin parçasıdır.

13. Kat filmi

Duqlas Hol (Douglas Hall) : Xeyr Aşton (Ashton)... Mən də eynilə sənin kimiyəm. Bir yığın elektrik dövrəsi.

Aşton (Ashton) : Nə demək istəyirsən?

Duqlas Hol (Douglas Hall) : Hamısı tüstü və ayna. Eynilə sənin dünyandakı kimi Aşton (Ashton). Kompyuter simulyasiyasından başqa bir şey deyilik.

Aşton (Ashton) : Amma məktubda- Hər şey saxtamıymış?

Duqlas Hol (Douglas Hall) : Məktub mənə yazılmışdı. Fuller mənim dünyamdan bəhs edirdi.

Aşton (Ashton) : Yaxşı, sən nə deyirsən? Bu dünyanın üstündə başqa bir dünya olduğunumu deyirsən?

Duqlas Hol (Douglas Hall) : Bəli.

Aşton (Ashton) : Başa düşmürəm.

Duqlas Hol (Douglas Hall) : Fuller həll etmişdi.

Maddi həqiqəti olmayan bir mühitdə, xəyali bir bədənlə yaşadıqlarını fərq edən aktyorlar, gördükləri, yaşadıqları heç bir şeyin özlərindən olmadığını başa düşürlər. Filmin bir başqa səhnəsində bu mövzu ilə əlaqədar bu ifadələr keçir:

Duqlas Hol (Douglas Hall) :... Bunların heç biri həqiqi deyil. Elektrik naqilini çıxartdığında mən yox olaram. Dediyim, etdiyim heç bir şeyin mənası qalmaz...

Filmdə simulyasiyanın bir parçası olduqlarını kəşf edən obrazlar, bütün yaşadıqlarının öz təsirləri xaricində inkişaf etdiyini, hər şeyin, içində olduqları virtual dünyanı meydana gətirən adamın idarəsində olduğunu başa düşərlər.

Bizim yaşadığımız vəziyyət də filmdəki aktyorların mövqeyi ilə oxşardır. İçində yaşadığımız dünyada hər şey Allahın idarəsindədir və hər cür ayrıntı imtahanın parçası olaraq yaradılmışdır. Həyatı boyunca gördüyü bütün hadisələri, eşitdiyi bütün səsləri Allahın, beynində bir görünüş olaraq yaratdığını bilən bir insan, qorxmaq, boş yerə sıxılıb kədərlənmək, çaxnaşmaya düşmək yerinə, hamımızın Yaradıcısı olan sonsuz mərhəmətli və şəfqətli olan Allaha təvəkkül edər.

... Olur ki hoşunuza gitmeyen bir şey, sizin için hayırlıdır ve olur ki, sevdiğiniz şey de sizin için bir şerdir. Allah bilir de siz bilmezsiniz.
(Bakara Suresi, 216)

beyin

Bu mövzu ilə əlaqədar kitablarımızdakı bu şərhləri xatırlatmaq yerində olacaqdır:

İnsanların həyatları boyunca yaşadıqları bütün çətinlik və sıxıntı səbəbi olan hadisələr də, həqiqətdə beyinlərinin içində meydana gəlir. Bu həqiqəti bilən bir insan qarşılaşdığı hər hadisəyə gözəl bir səbirlə səbir göstərər. Allahın hər şeyi xeyirlə yaratdığını bilər və təvəkküllü olar. (Hayalin Diğer Adı: Madde, səh. 117)

… Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçkisinə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn, insan su içmək istədiyində bunun üçün "qədərimdə varsa içərəm" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də, qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair bir hiss duyar və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu həqiqəti qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli olan insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın diləməsi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılar. (Hayalin Diğer Adı: Madde, s. 144-145)

… Göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təcəllisidir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər varlıqlar mütləq deyil, bir görünüşdür. Allahın yaratdığı görünüşləri seyr edən "mən"lər, yəni insanlar, Allahdan bir ruhdurlar.

Bu elm və bu böyük sirr qavrandığı təqdirdə insanların şüurları kəskin bir dəqiqliyə qovuşacaq, üzərlərindəki mənəvi hiss ortadan qalxacaqdır. Anlayan hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan çox qorxacaqdır... Bu təəccüblü həqiqəti anlayanlar yeni bir dünyagörüşü qazanacaq, yeni bir həyata başlayacaqlar. (Hayalin Diğer Adı: Madde, səh. 101)

 

4 / total 10
"Harun Yəhyanın İdealizm, Matriks Fəlsəfəsi və Maddənin Əsli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com