< <
5 / total: 10

Sərt Krallıq (Harsh Realm)

Sərt Krallıq (Harsh Realm) adıyla yayımlanan bir serialda, Pentaqonun (Amerika Müdafiə Nazirliyinin) inkişaf etdirdiyi, bir döyüş oyunları simulyasiyası yer alır. Hərbi döyüş təhsilindəki yenilikləri test etmək məqsədiylə yaradılan bu virtual həqiqət oyunu gizli bir layihədir. Sistemə daxil olacaq kəslər ordunun idarəsindədir və bu kəslərin bədənləri başlarına naqillər bağlı vəziyyətdə xüsusi bir məkanda yerləşdirilir.

Haşin Krallık filmi

Sərt Krallıq adı verilən bu oyunun ən təəccüblü xüsusiyyəti, virtual bir mühitdə son dərəcə həqiqi bir həyatın canlandırılmış olmasıdır. Virtual dünyada da əsgərlər, düşmənlər, silahlar və insanların ictimai həyatı kimi bütün təfərrüatlar həqiqisindən fərqlənməyən şəkildədir. Hazırlanan bu oyunda iki növ insan var. Bunlardan ilki virtual obraz deyilən süni insanlardır; digəri isə oyuna daxil ola bilən həqiqi insanlar, yəni oyunçulardır. Mühitin həqiqiliyi kimi virtual obrazlar da həqiqi insanlarla ayırd edilə bilməyəcək dərəcədə bənzərdir.

Ancaq filmin ssenarisində Omar Santiyaqo (Omar Santiaqo) adıyla xatırlanan fərari bir əsgər sistemə gizlicə girərək, virtual dünyada hakimiyyət əldə etmişdir. Kimsə onun oyuna haradan girib-çıxdığını bilmədiyi üçün, bu adamın virtual dünyanı idarəetməsinə də müdaxilə edilmir. Santiyaqonu ələ keçirmək və onun dünya üzərindəki riyakar planlarını maneə törətmək məqsədiylə filmin baş rolda olan aktyorlarından Tom Hobsa (Tom Hobbes) vəzifə verilir.

Bir polkovnik, filmin qəhrəmanı Tom Hobsa (Tom Hobbes) Sərt Krallıq (Harsh Realm) haqqında məlumat verərək, buranın döyüş strategiyası öyrətmək üçün hazırlanmış "virtual həqiqi döyüş oyunu" olduğunu və vəzifəsinin Omar Santiyaqonu (Omar Santiaqo) məğlub etmək olduğunu bildirir. Bu mövzuda istəksiz kimi görünən Tom Hobsu (Tom Hobbes) razı salmaq üzrə, başına qulaqlığa bənzər bir alət taxılaraq, Sərt Krallıq simulyasiyasının məqsədini açıqlayan bir video kaset izlətdirilir. Bu videoda Sərt Krallıq layihəsində istifadə edilən mənzərələrdə, insanların həqiqi həyatını təqlid etmək üçün 1990 siyahıyaalmadan, peyk xəritələrindən və digər gizli məlumatlardan faydalanıldığından bəhs edilir. Daha sonra təqdimat filmi gözlənilməz bir şəkildə kəsilir və Hobs bu kaseti izləyərkən, eyni zamanda oyuna daxil olduğunun fərqində olur.

Tom Hobs (Tom Hobbes) artıq virtual bir dünyadadır. Sərt Krallıq deyilən bu məkanda özü kimi ordunun daha əvvəl vəzifələndirmiş olduğu Pinokyo (Pinocchio) adında bir əsgərlə tanış olur.

Bu virtual dünyanın içindəki hisslər elə həqiqidir ki, film boyunca Tom Hobs (Tom Hobbes) bu həqiqətə aldanaraq, yalnız kompyuter oyununun bir parçası olan virtual obrazlara kömək edir, hətta onları qorumaq üçün həyatını təhlükəyə atır. Sonrakı səhifələrdə daha ətraflı toxunacağımız kimi, insanlar gördükləri görünüşün keyfiyyətinə və ayrıntılarına aldanaraq, xəyallarında yaşadıqları hadisələrin həqiqi olduğunu zənn edirlər.

Hər İnsan Öz Ekranıyla, Yəni Ruhuna Göstərilən Görünüşlərlə Təmasdadır

üç boyutlu izleme

Üçölçülü film hazırlanarkən iki fərqli baxımdan çəkilən görünüş eyni ekran üzərində əks etdirilir. Tamaşaçılar rəng filtri və ya polyarizasiya filtrli xüsusi eynəklər taxarlar. Gözlüyün şüşəsindəki filtrlər iki görünüşdən birini tutar, beyin bunları birləşdirib üçölçülü görünüş halına gətirər. Halbuki, tamaşaçıların qarşısında üçölçülü bir görünüş yoxdur, bu xüsusi bir texnikayla əldə edilir.

Eyni şəkildə, insanın dünya həyatıyla bağlı gördüyü görünüşlər də yalnız iki ölçülüdür. Yəni yüksəklik və genişlik ölçülərinə malikdir. Lakin üçölçülü film izləyərkən istifadə edilən texnikaya bənzər bir şəkildə, insanın təmasda olduğu görünüşlər də özünə 3 ölçülü olaraq hiss etdirilir. Məhz, bu vəziyyət, insanların, beyinlərindəki ekrandan izlədikləri görünüşlərə həqiqət deyərək yanılmalarının arxasındakı ən əhəmiyyətli səbəblərdəndir. Görünüşümüzdə, məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlər o qədər qüsursuzca istifadə edilmişdir ki, beynimizdə yaranan üçölçülü, rəngli və canlı görünüşü son dərəcə inandırıcı qəbul edirik. Ayrıntıların çoxluğu, görünüşdəki kəsilməz keyfiyyət, bizə bir ömür boyu həqiqi bir həyat yaşadığımız təəssüratını verər. Ancaq üçölçülü, dərinlikli bir perspektivi izləyir olmağımız, bunların xarici dünyada qarşılıqları olduğunu heç bir zaman isbat etməz.

neo

Necə ki, Sərt Krallıq adlı bu serialda da yaradılan süni dünya həqiqətlərə nə qədər bənzər olsa da, oyuna qoşulan kəslərin bədənləri bir yataqda naqillərə bağlıdır. Yaşadıqları nə qədər həqiqi olursa olsun, bütün olanlar beyinə gələn süni elektrik siqnallarının şərhindən başqa bir şey deyildir. Yan səhifədəki kadrlarda filmin təqdimatına aid görünüş və yazılar yer alır:

Cenerik (Jenerik) : Eynilə həqiqi dünyamız kimi bir dünya da var. Siz bu dünyada yaşayırsınız. Ailəniz və dostlarınızla. Hələ siz bunu bilməsəniz də, mən sizi qurtarmaq üçün göndərildim. Bu bir oyundur.

Aşağıdakı sətirlərdə isə filmin qəhrəmanı Tom Hobsun (Tom Hobbes) virtual dünyada keçirdiyi ilk günlərdəki düşüncələri yer alır. İfadələrində də göründüyü kimi, Tom Hobs (Tom Hobbes) olduğu mühitin həqiqi olmadığını bildiyi halda, yenə də bu şəkildə düşünməkdən özünü çəkindirə bilmir.

Haşin Krallık filmi

Tom Hobs (Tom Hobbes) : ... Bütün bunların həqiqi olmadığını, içində yaşadığım bu dünyanın virtual bir həqiqət olduğunu bilməyimə baxmayaraq... gündəlik yaşayıram, yaşadıqlarıma bir məna verməyə çalışır və gücümü qorumağa cəhd göstərirəm. Həyatda qalmaq üçün əlimdən gələni edirəm.

Filmin qəhrəmanı aşağıdakı sətirlərdə də, daxil olduğu xəyali dünyanın həqiqətə bənzərliyini tez-tez vurğulayır. Hətta olduğu mühit o qədər güclü bir həqiqət hissi verir ki, yaşadıqlarının bir oyunun parçası olması üçün dua edir.

Tom Hobs (Tom Hobbes) : Omar Santiyaqodan (Omar Santiaqo) qaçırıq. Bu dünyanı idarə edən kompyuter proqramını ələ keçərən fərari bir əsgərdir. Ordunun məni, öldürməyim üçün göndərdiyi adam Santiyaqo idi. Əgər bütün bunlar həqiqi deyilsə, hələ səbəbini tam anlaya bilməyimə baxmayaraq, ondan qorxuları həqiqi və böyükdür... Buranın real dünyanın bir surəti olduğunu deyirlər. Bütün insanlarıyla hamımızın Sərt Krallığın virtual həqiqətində yaşayacaq və ya öləcək olan bir surəti vardır... Amma yalnız proqrama bağlanmış bizlər, həqiqətin şüurundayıq: bu bir oyundur. Bunun bir oyun olduğunun doğru olması üçün dua edirəm...

Yuxarıda filmdən verilən nümunələr, hal-hazırda yaşadığımız həyatımız üçün də məqbuldur. Çünki hamımız bizə ruhumuza göstərilən görünüşləri izləyər, onlarla təmasda olarıq. Xaricimizdə həqiqi bir dünya mövcud olsa belə ona çata bilməyimiz, əsli ilə qarşılaşa bilməyimiz əsla mümkün deyildir. Bu mövzunu “Təkamül yalanı” adlı kitabımızdan bu nümunələrlə yekunlaşdırmaq mümkündür:

Haşin Kırallık filmi

Maddə bir qəbul olduğuna görə, "süni" bir şeydir. Yəni bu qəbulun bir başqa güc tərəfindən edilməsi, daha açıq bir ifadəylə yaradılması lazımdır. Həm də davamlı olaraq. Əgər davamlı bir yaratma olmazsa, maddə dediyimiz hisslər də yox olub gedərlər. Bu, bir televiziya ekranında görünüşün davam edə bilməsi üçün, yayımın da daimi davam etməsi kimidir.

Yaxşı, kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirir?

Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslərin hamısını yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı, bu cür görkəmli bir yaradılış sərgilədiyinə görə də, sonsuz bir güc və elm sahibidir.

Necə ki, o Yaradıcı, bizə Özünü tanıdır. Yol göstərici olaraq göndərmiş olduğu Qurani Kərim yoluyla bizə Özünü, kainatı və bizim niyə var olduğumuzu izah edir. (Evrim Aldatmacası, II nəşr, səh. 210)

tv

İnsanın Bədəni də Hisslərinin Bir Şərhidir

İnsanların maddənin əslinə bağlı olan həqiqətləri qavramaqda çətinlik çəkmələrinə səbəb olan bir amil, öz bədənləri mövzusunda aldanmalarıdır. Aşağıya baxdıqlarında gördükləri bədən və bu bədənin hər tərəfindən özlərinə çatan toxunma hissləri, onların dünyanı səhv qəbul etmələrinə gətirib çıxarar. Bu bədənin verdiyi təəssürat səbəbiylə, sanki bir "xarici dünya"nın içində yaşadıqları hissinə qapılarlar.

Halbuki, bədənimiz də xarici dünyaya aid bütün hisslərimiz kimi bizim üçün bir surət görünüşüdür. Bu səbəbdən, bizim təmasda olduğumuz bədən çöldəki əsli deyil, beynimizin içində yaranan və hisslərimizin bir şərhi olan xəyalıdır.

Haşin Kırallık filmi
Haşin Kırallık filmi

Dizinin kahramanlarından Pinocchio'nun yüzü yaralı görüntüsü

Aşağıda bu mövzu ilə əlaqədar Sərt Krallıq adlı serialda olan söhbətlərdən bir qismi yer alır:

Tom Hobs (Tom Hobbes) : Oyunu qazanmaq üçün əmr aldım.

Mayor Vaters (Watters) : Bu bir oyun deyil. Çıxış yoxdur. Evə qayıtmaq yoxdur. Mənim də vəzifəm eyni idi.

Tom Hobs (Tom Hobbes) : O zaman niyə həqiqi dünyada Santiyaqonu aradan götürmürlər?

Mayor Vaters (Watters) : Harada olduğunu bilmirlər. Haradan çıxıb-girdiyini. Bütün proqramı oğurladı.

Pinokyo (Pinocchio) : Əgər burada ölsən, yox etdikləri bir virtual obraz olmayacaq, bu sən olacaqsan. Həqiqi dünyada bir yerdə bir xərəyin üstündə yatan sənin beynin, şüurun, başındır.

Yuxarıdakı izahlarda da göründüyü kimi Sərt Krallıq oyununa qoşulan kəslər, bir kompyuter oyunundakı kimi virtual görünüşləriylə olarlar. Həqiqi bədənləri isə, oyuna aid görünüşlərin kompyuterlər vasitəsilə beyinlərinə ötürüldüyü tamamilə fərqli məkanlardadır.

Məsələn, növbəti səhifədə orduda vəzifə alan Inga Fosa adındakı bir qadının bu virtual mühitə keçişi görünür. Fosa elektronik bir otaqda kürsüyə uzanır, başına xüsusi bir alət taxır və bədəninin yoxlanışdan keçməsiylə birlikdə simulyasiyaya keçişi təmin edir. Bir sonrakı kadrlarda isə özünü Sərt Krallıq oyununun içində Santiyaqo şəhərinin hökumət binasında tapır.

Aşağıdakı görünüşlərdə isə filmin baş rol oyunçularından Pinokyonun (Pinocchio), üzü yaralı şəkildə naqillərlə bağlanmış bədəni görülür. Ancaq Sərt Krallıq oyunu içərisində üzündə belə bir yara yoxdur. Bu nümunədən də aydın olacağı kimi, süni siqnallarla bir insanın xarici görünüşünü olduğundan çox fərqli qəbul etməsi mümkündür.

Bu mövzuyla əlaqədar olaraq kitablarımızda yer verdiyimiz bəzi şərhlər belədir:

İnsanların, gördüklərinin beyinlərində bir hiss olduğunu qavramalarını maneə törədən səbəblərdən biri də, bədənlərini də bu görünüşün içində görmələridir. "Mən bu otağın içində olduğuma görə, demək ki, bu otaq mənim beynimdə meydana gəlmir" kimi səhv bir nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə gətirən yanılmaları isə öz bədənlərinin də bir görünüş olduğunu unutmalarıdır. Necə ki, ətrafımızda gördüyümüz hər şey beynimizdə yaranan bir görünüş isə, öz bədənimiz də eyni şəkildə beynimizdə yaranan bir görünüşdür. Məsələn, hal-hazırda oturduğunuz kürsüdə, boyunuzdan aşağıda qalan qisminizi görürsünüz. Bu görünüş də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduğunuzda bu toxunma hissi yenə beyninizdə meydana gəlir. Yəni siz hal-hazırda beyninizdə yaranan bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz.

Bədəniniz də beyninizdə bir görünüş olduğuna görə, otaqmı sizin içinizdədir yoxsa sizmi otağın içindəsiniz? Bu problemin doğru cavabının, "otaq sizin içinizdə" olduğu çox açıqdır və siz beyninizdəki otaq görünüşünün içindəki bədəninizin görünüşünü görürsünüz. (Hayalin Diğer Adı: Madde, səh. 56)

Bir insan həqiqətdə evindəki divanında rahat şəkildə yatarkən, yuxusunda özünü bir döyüşün içində görə bilər. Hətta döyüşün bütün gərginliyini, qorxu və çaxnaşmasını son dərəcə həqiqi olaraq yaşaya bilər. O əsnada isə tək başına, səssiz və sakit bir yerdə yatır. Yuxusunda gördüyü son dərəcə inandırıcı görünüş və səslər isə beynində meydana gəlir. (Hayalin Diğer Adı: Madde, səh. 60)

Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz, sizi otağın içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə yaranan bir görünüşdür. (Evrim Aldatmacası, II nəşr, səh. 205)

Zehnimizdəki Görünüşlərin Xarici Dünyanın Əsli Olduğuna Inanan Insan Aldanmış Olar

Bir insan bir ağac gördüyündə, onun ağacın özü olduğunu düşünsə, özünü aldatmış olar. Çünki beynimizin xaricinə çıxıb ağacın əslinə çatmağımız heç bir zaman mümkün olmaz. Kitabda tez-tez dilə gətirdiyimiz kimi adamın təmasda olduğu ağac beynindəki elektrik siqnallarının şərhindən başqa bir şey deyildir. Bunu bir başqa tərəfdən belə bir nümunə ilə də açıqlaya bilərik:

Bir insan gerçekte sessizlik içinde uyuyorken, rüyasında kendisini bombaların patladığı sıcak bir savaşın içinde görebilir.
Hatta savaşın tüm gerilimini, korku ve paniğini son derece gerçekçi olarak yaşayabilir.

Fiziki həqiqətin özü ilə təmasda olduğumuz şəklindəki fərziyyəmiz, bir kompyuter ekranındakı şəkilə verdiyimiz reaksiya ilə bənzər bir vəziyyətdir. Kompyuterin düymələrini hərəkət etdirdiyimizdə, ekrandakı oxu hərəkət etdirdiyimizi görərik. Əslində kompyuter əsas əməliyyat mərkəzinə bir məlumat dalğası göndərər. Bu məlumat dalğası oxun yeni mövqeyini ölçər və ekrandakı görünüşü yeniləyər. Köhnə kompyuterlərdə bir əmrin verilməsi və ekrandakı təsirlərinin görülməsi arasında nəzərə çarpan bir gecikmə var idi. Ancaq bu gün kompyuterlər olduqca sürət qazandığı üçün, saniyənin kiçik bir parçasında dəyişən görünüşü belə yenidən hesablaya bilirlər. Bu səbəbdən, kompyuter düymələrini hərəkət etdirməyimizlə ekrandakı oxun hərəkətindəki uyğunlaşma, bizə oxu hərəkət etdirdiyimiz hissini verər.

Gündəlik həyatdakı təcrübələrimiz də yuxarıdakı nümunəyə bənzər bir vəziyyətdir. Bir daşa vurmaq istədiyimizdə, ayağımızı hərəkət etdirmə istəyi bədənimizin əlaqədar bölgələrinə çatdırılır və ayağımız daş ilə görüşmək üzrə hərəkət edər. Beyin bədənin geri göndərdiyi məlumatları -məsələn, daşın sərtlik hissini, ayağımızda hiss etdiyimiz ağrını- alar və həqiqi bir görünüş təqdim etmək üzrə yeniləyər. Əslində eynilə kompyuterdə olduğu kimi bizim təcrübələrimizdə də bir gecikmə olur. Amma beynimizin hisslərimizlə əlaqədar məlumatları şərh etməsi saniyənin beşdə biri qədər qısa bir müddətdə meydana gəlir. Bu səbəblə, bu gecikmənin fərqində deyilik və fiziki dünya ilə birbaşa olaraq qarşılıqlı təsir halında olduğumuz kimi bir təəssürata qapılarıq.

Əgər hər şey biləcəyimiz zehnimizdə reallaşan görünüşlərdən ibarətdirsə, hisslərimizin ardında fiziki bir həqiqət olduğundan necə əmin ola bilərik? Bu yalnız bir fərziyyə deyilmi? Bəli, bu yalnız bir fərziyyədir. Lakin isbatı heç bir şəkildə mümkün deyildir. Çünki fiziki bir dünyanın varlığına inananların əllərindəki tək dəlilləri yenə beyinlərində yaranan xəyallardır.

Təmasda olduğumuz maddənin əsli ilə təmasda olduğuna inananların vəziyyəti, virtual bir dünyada yaşananların həqiqi olduğunu iddia etmək qədər məntiqsizdir. Necə ki, serial boyunca Pinokyo (Pinocchio) adlı obraz, Tom Hobsun (Tom Hobbes), ətrafındakı görünüşlər həqiqətmiş kimi hərəkət etməsinin məntiqsizliyini izah edir.

Haşin Krallık filmi

Filmin bir hissəsində Tom Hobs (Tom Hobbes) həqiqi həyatdakı nişanlısının virtual obraz olaraq surətinə rast gələr və heç bir həqiqəti olmayan bu virtual surəti qorumaq üçün, öz həyatını təhlükəyə atar. Eyni şəkildə çox sevdiyi iti həqiqi həyatdakının bir surəti olaraq oyunda mövcuddur və onu itirməmək üçün də dəfələrlə riskə girər.

Filmin bir başqa səhnəsində Tom Hobs (Tom Hobbes), oyunun döyüş təhsili üçün xüsusi hazırlanmış bir bölgəsində kiçik bir uşağa rast gələr. Uşağa şəfqət duyar, ona geri dönməsini, olduqları məkanın təhlükəli olduğunu deyər. Ancaq yanındakı əsgər Tom Hobsa (Tom Hobbes) uşağın yalnız kompyuter oyununun bir parçası olduğunu xatırladar və aralarında belə bir söhbət keçər:

Tom Hobs (Tom Hobbes) : Sən burada nə axtarırsan. Evinə geri dön. (kiçik uşağı xəbərdar edir)

Erik Somers (Eric Sommers) : O uşağa çox öyrəşmə.

Tom Hobs (Tom Hobbes) : Niyə öyrəşməyim?

Erik Somers (Eric Sommers) : Bax bunun oynandığını 100 dəfə gördüm. Uşaq bir dəfə belə 28-ci gündən sonrasını görə bilmədi.

Tom Hobs (Tom Hobbes) : Amma hələ də buradadır.

Erik Somers (Eric Sommers) : O sadəcə bir oyun fiqurudur. O sənin və mənim kimi deyil. Təkrar gəlib, burada ölsünlər deyə simulyasiya onları yenidən proqrama yükləyir.

Tom Hobs (Tom Hobbes) virtual bir dünyada olduğunu bildiyi və özünə davamlı olaraq təmasda olduğu virtual obrazların simulyasiyanın bir parçası olduqları xatırladıldığı halda, görünüşün həqiqətinə aldanaraq reaksiyalar verər. Məsələn, döyüşün qızışdığı bir anda düşmənlərdən saxlanmağa çalışarlarkən, düşmənlərin bölgəsinə doğru gedən uşağı görüncə özünü tuta bilməyərək onu qurtarmaq üçün canını təhlükəyə atar.

Haşin Krallık filmi

Pinokyo (Pinocchio) : Sən nə edirsən?

Tom Hobs (Tom Hobbes) : O yalnız bir uşaqdır.

Pinokyo (Pinocchio) : Sommersin bu yer haqqında dediklərini eşitdin. Heç bir şeyi dəyişdirə bilməzsən.

Tom Hobs (Tom Hobbes) : Mən buna inanmıram.

Bir başqa səhnədə isə yenə düşmənlərdən qaçdıqları bir zamanda uşağa atəş açıldığını görər. Kömək etmək üçün əlinə aldığında isə bədəni yox olar. Özünə daha əvvəl də xatırladıldığı kimi uşaq oyunun bir parçası olaraq vurulmuşdur və oyun yenidən təkrar başlanana qədər də oyuna daxil ola bilməyəcəkdir.

Haşin Kırallık filmi

Yuxarıda filmdən verdiyimiz nümunələr əlaqədə olduğu dünyanın, beynindəki surəti olduğunu qəbul edə bilməyən kəslərin vəziyyətləri ilə bənzərdir. Əlbəttə, bizim yaşadığımız dünya bir film ilə müqayisə edilə biləcək şəkildə deyildir. Çünki bizim içində olduğumuz dünya bir kompyuter oyunu və ya texnoloji bir inkişaf ilə açıqlana bilməz. Dünyada yaşayan canlı-cansız bütün varlıqlarla birlikdə Uca Allah yaratmışdır və həyatımızın yaradılış məqsədini bizə Quranda belə açıqlamışdır:

Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat surəsi, 56)

Məhz bu səbəblə, biz həyatımız boyunca Allahın bizə əmr etdiklərini yerinə yetirməklə və Ona ibadət etməklə məsuluq.

Bəhs edilən filmlərlə olan bənzərlik isə həyatımızın texniki həqiqəti ilə əlaqədardır: "Gözümlə görürəm, qulağımla eşidirəm, elə isə yaşadığım dünya həqiqətdir" deyərək özünü aldadan bir çox insan, əslində bu sözlərini də beyinlərinin içindəki səssizlikdə deyir. Bu texniki həqiqətlər, bu gün hər hansı bir fiziologiya kitabında və ya lisey biologiya kitablarında belə ola biləcək son dərəcə açıq həqiqətlərdir. Görünüşün və hisslərin beyində necə meydana gəldiyi, bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir.

... Ben, yalnızca Allah'a kulluk etmek ve O'na ortak koşmamakla emrolundum. Ben ancak O'na davet ederim ve son dönüşüm O'nadır.
(Rad Suresi, 36)

hayal

İnkişaf edən elmlə birlikdə fizika, kvant fizikası, psixologiya, nevrologiya, biologiya, tibb kimi elmlər bu həqiqətin texniki istiqamətlərini açıq şəkildə ortaya çıxarmışdır. Bu səbəbdən, bu gün, maddənin əslinə heç bir zaman çata bilməyəcəyimiz elmi bir həqiqətdir və xarici dünyanın əsliylə təmasda olduğunu iddia edən bir kimsə bu elmi həqiqətən üz çevirir. İnsanın vəzifəsi isə, bu elmi həqiqətləri qəbul etmək və zehnimizdə yaşadığımız dünya içində Uca Allaha olan məsuliyyətlərimizi bilərək yaşamaqdır. Aşağıda bu mövzu ilə əlaqədar kitablarımızdakı şərhlərdən bir qismi yer alır:

... maddi dünyanın hisslərimizdən meydana gəldiyi həqiqəti, imtahanın sirrini ortadan qaldırmaz. Maddə, hiss olsa da və ya əsli zehnimizin xaricində mövcud olsa da, Allahın haram etdikləri haram, halal etdikləri isə halaldır. Məsələn, Allah donuz ətini haram etmişdir. "Donuz necə olsa beynimdə gördüyüm bir görünüşdür" deyərək bu heyvanın ətini yeməyin, böyük bir səmimiyyətsizlik və ağılsızlıq olacağı açıqdır və ya, "qarşımdakı insanların hamısı əslində zehnimdə yaranan görünüşlərdir, bunlara yalan danışsam heç bir şey olmaz" demək də, Allahdan qorxan və bu həqiqəti lazımi kimi qavrayan bir insanın edəcəyi bir şey deyildir. Bu, Allahın bütün sərhədləri, əmr və qadağanları üçün məqbudur... Allah, bütün dünyanı hisslər məcmusu olaraq yaratmışdır, ancaq bizləri bu hisslər içində Quranda bildirdiklərindən məsul tutmuşdur. (Hayalin Diğer Adı: Madde, səh. 207-208)

... Səmimi düşünən bir insan çox açıq şəkildə görəcək ki, imtahan üçün maddənin olması şərt deyil. Allah, imtahan mühitini görünüş aləmi içində yaratmışdır. Bir insanın namaz qılması, halala və harama diqqət yetirməsi üçün maddənin olması lazım olduğunu irəli sürənlərin heç bir səbəbləri yoxdur. Ayrıca, əhəmiyyətli olan ruhdur. Axirətdə cəzalandırılan və ya cənnət nemətləri ilə ruzi verilən də ruhdur. Allahın imtahan etdiyi varlıq da insanın ruhudur. Bu səbəbdən, maddənin beynimizdəki bir xəyal olduğu həqiqəti halal və haramların tətbiq olunmasını və ibadətlərin yerinə yetirilməsinə qətiliklə maneə törətməz. (Hayalin Diğer Adı: Madde, səh. 208)

Bəzi kəslər tarixdə maddənin həqiqəti mövzusunu qavramışlar ancaq Allaha olan imanları və Quranı qavrayışları zəif olduğu üçün azğın inanclar çıxarmışlar. "Hər şey necə olsa xəyaldır, o zaman ibadətlərə nə ehtiyac var" deyənlər olmuşdur. Bunlar son dərəcə azğın və cahil fikirlərdir. Hər şeyin Allahın bizə göstərdiyi bir görünüş olduğu doğrudur. Ancaq, Allahın bizləri Qurandan məsul tutduğu da qəti bir həqiqətdir. Bizim vəzifəmiz Allahın əmr və qadağanlarına böyük bir dəqiqliklə əməl etməkdir. (Hayalin Diğer Adı Madde, səh. 215)

Allah, bizi bir hisslər dünyasında yaşatsa da, bizə, bu dünyanı müəyyən səbəblərə bağlı kimi göstərir. Məsələn, biz acanda, "necə olsa xəyaldır, bir şey olmaz" demərik, yemək yeyərik. Yemədiyimiz təqdirdə zəifləyər və bir müddət sonra həyatımızı itirə bilərik. Allah dilədiyi zaman, dilədiyi adam üçün, dilədiyi şeyi vəsilə edib bu səbəbləri ortadan qaldıra bilər. Biz bunu bilmərik. Ancaq, bu çox əhəmiyyətli bir həqiqətdir: Allah bizi Quranın hamısından məsul tutmuşdur və biz Qurandakı ibadətləri və saleh əməlləri yerinə yetirə bilmək üçün bu səbəblər dairəsində yaşamaq məcburiyyətindəyik... (Hayalin Diğer Adı Madde, səh. 221)

Nəticə olaraq, insanın ilk növbədə Allahın Quranda ona verdiyi məsuliyyətləri vicdanı ilə qənaəti gələnə qədər tətbiq etməsi və yerinə yetirməsi lazımdır. Maddənin həqiqətini bilmək və dünyaya, bu həqiqətə görə bir dünyagörüşü əldə etmək isə, insanın Allah rizası üçün etdiyi bu səylərini daha da gücləndirər, qərarlılığını qat-qat artırar. (Hayalin Diğer Adı Madde, səh.222)

Başlanğıcı Və Sonu Müəyyən Edilmiş Bir Filmi Izləmək

film şeridi

Daha əvvəlki bir hissədə zamanın nisbi olduğuna, qəbul edənə görə dəyişənlik göstərən, sabit olmayan bir anlayış olduğuna toxunmuşduq. Bu həqiqətin bilinməsi, qədər mövzusunun qavranması baxımından da çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək bütün hadisələri "tək bir an" içində yaratmış olmasıdır. Bu da, Allah Qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir.

İnsanların əksəriyyəti, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini, Allah Qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin həqiqətini heç cür qavraya bilməzlər. Halbuki, "yaşanmamış hadisələr" bizə görə yaşanmamış hadisələrdir. Çünki biz Allahın yaratdığı zamana bağlı olaraq həyatımızı davam etdirərik və yaddaşımıza verilən məlumatlar olmadan heç bir şey bilmərik. Allah isə zamana və məkana tabe deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir.

Keçmiş və gələcəyin həqiqətdə Allah Qatında yaradılmış və yaşanmış olaraq gizli və planlı hadisələr olmaları bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilməzsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, nəhayət nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah Qatında, Allahın elmində yaşanmış olaraq vardır. Sadəcə bunların məlumatı hələ insanın öz yaddaşına verilməmişdir.

Bu səbəbdən, başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb çığıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki necə olacağından narahatlıq və qorxu duyduqları gələcəkləri, onsuz da yaşanmışdır və nə edərlərsə etsinlər bunları dəyişdirmə imkanları yoxdur.

Sərt Krallıq filminin bir hissəsindəki II Dünya müharibəsi ilə əlaqədar səhnələr də, bu mövzunun başa düşülməsinə köməkçi ola bilər. Filmin bu hissəsində filmin baş rol oyunçuları meşəlik sahədə gəzərlərkən, kompyuter oyunundakı bir səhvdən ötəri, özlərini bir anda davamlı olaraq təkrar edən bir döyüş simulyasiyasında görərlər.

Tom Hobs (Tom Hobbes) : O da nə idi elə? Proqram səhvimi?

Haşin Krallık filmi

Oyunun bu qismində II Dünya müharibəsindəki Ardennes Meydan müharibəsi canlandırılır. Bir körpünün iki başında olan Alman və Amerikan ordularının kiçik qabaqcıl birlikləri arasındakı döyüş, 1 aydan çox davam edən bir mühasirə mübarizəsini təmsil edir.

Tom Hobs (Tom Hobbes) : Oradakı körpüdür. Mən zabit məktəbindəykən II Dünya müharibəsindəki Ardennes Meydan müharibəsini araşdırmışdıq. Alman və Amerikan ordularının iki kiçik qabaqcıl birliyi arasında, Belçika Hottendə mühasirə vardı. 1 aydan çox davam etdi. Bu körpünün eyni körpü olduğuna and içə bilərəm.

Pinokyo (Pinocchio) : Bu bir qarşıdurma simulyasiyasıdır.

Tom Hobs (Tom Hobbes) : Bir nədir?

Pinokyo (Pinocchio) : Virtual Vuruşma Simulyasiyasıdır. Sərt Krallıq proqramının beta testini edərkən köhnə döyüş ssenarisi yüklədilər: Pork Çop Hil (Pork Chop Hill), Pikets Çarg (Pickets Charge) kimi.

Tom Hobs (Tom Hobbes) : O zaman, bu da bir başqa oyundur.

Pinokyo (Pinocchio) : Bu bir döyüş yerində təhsil proqramıdır. Sərt Krallığın əsas inkişaf səbəbidir.

Tom Hobs (Tom Hobbes) : Bu hələ də burada nə axtarır?

Pinokyo (Pinocchio) : Kim bilir? Ehtimalla gözdən qaçmışdır. Həqiqi dünyada biri "sil" düyməsinə basmağı unutmuşdur.

Özlərini fərqli bir zamanda görən filmin qəhrəmanları bir alman əsgəri tərəfindən öldürüləcəkləri vaxt, amerikalı bir əsgər qrupu onları qurtarır. Ancaq zaman fərqindən dolayı fərqli mövzulardan bəhs etdikləri üçün amerikan əsgərləri tərəfindən casus zənn edilərək əsir alınırlar.

Filmin ilk səhnələrində Erik Somers (Eric Sommers) adıyla xatırlanan və həqiqi dünyada varlığı olan bir əsgərin partlamalar qarşısındakı soyuqqanlılığı diqqəti çəkir. Bura davamlı təkrarlanan bir döyüş təhsili simulyasiyası olduğu üçün hər şey proqramlaşdırıldığı şəkildə inkişaf edir. Bunun şüurunda olan əsgər yerə yatır, 3-ə qədər saydığında yanına bir əl bombası düşür, o da bombanı götürərək sığınacağın xaricinə atır. Ardınca, çayını içməyə davam edir. Qısacası, hər şey proqramın bir parçası olaraq inkişaf etdiyi və oyun davamlı olaraq əvvələ qayıdıb eyni hadisələri eyni şəkildə təkrar etdiyi üçün əsgər qarşıdurma altındaykən belə sakitliyini qoruyur.

Erik Somers (Eric Sommers) : Üç... iki... bir. (Bombanı götürüb kənara atır, sonra da çayı götürüb davam edir.)

Erik Somers (Eric Sommers) : Əl bombası.

Haşin Kırallık filmi

Erik Somers (Eric Sommers) adlı bu əsgər də, filmin qəhrəmanları olan Tom Hobs (Tom Hobbes) və Pinokyo (Pinocchio) kimi həqiqi dünyada kompyuterlərə bağlanaraq oyuna daxil edilmiş bir adamdır. Bu səbəbdən, o da yaşadıqları zaman və məkanın həqiqət olmadığını bilir. Lakin oyunun bu hissəsindən bir çıxış yolu tapa bilməmişdir və bura ilk dəfə gələn Tom Hobs (Tom Hobbes) və Pinokyoya (Pinocchio) 4 km2-lik bu döyüş sahəsində olan hadisələrin həmişə proqramlaşdırıldığı kimi inkişaf etdiyini deyər. Məsələn, mühasirəyə almanın hər dəfə 34 gün, qarşı hücumun 28 gün davam etməsi, əsgər batalyonundakıların hansı gün və hansı hadisəylə öləcəyinin müəyyən olması kimi.

Filmin bu qisimləri, qədər mövzusunun başa düşülməsi baxımından açıqlayıcı bir nümunədir. Bir insan, bütün həyatını bir film lenti olaraq düşünsə, biz bu lenti video kasetdən seyr edər kimi seyr edərik və kaseti irəli çəkmək kimi bir imkanımız yoxdur. Kaseti dəfələrlə seyr etsək də əvvəldən hazır olan bu filmin heç bir ayrıntısını dəyişdirə bilmərik. Bizə dəyişdirirmişik kimi gələn anlar da əslində filmin əvvəldən təyin olunmuş anlarıdır.

kış - sonbahar

Sonbaharda hangi yaprağın nereye düşeceği, ilkbaharda hangi çiçeğin ne zaman açacağı hepsi kaderde önceden bellidir.

Ancaq bu filmi bütün təfərrüatlarıyla təsbit etmiş, yaratmış olan və həqiqət hissi ilə yaşadan Allahdır və bu film lentinin hamısını eyni anda görür və bilir. Biz necə bir cədvəlin əvvəlini, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı əvvəlindən sonuna qədər tək bir an olaraq ehtiva etmişdir. İnsanlar isə yalnız zamanı gəlincə bu hadisələri yaşayıb, Allahın onlar üçün yaratdığı qədərə şahid olarlar. Bu, dünya üzərindəki bütün insanların qədərləri üçün bu şəkildədir.

gül

Bir gülün toprağa ekilişi, bahçıvan tarafından sulanması, ilk gülün açması, bahçe sahibinin gülü dalından koparması ve onu evindeki bir sepet içine yerleştirmesi daha bu gül toprağa ekilmeden bellidir. Tüm bunlar zaten Allah Katında, Allah’ın ilminde yaşanmış olarak bulunmaktadır.

… Allah, bizə hadisələri müəyyən bir ardıcıllıqla, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi hiss etdirdiyi üçün, bizə gələcəyimizlə əlaqədar hadisələri bildirməz, bunların məlumatını yaddaşımıza verməz. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hafizəsində, bütün insanların keçmişləri və gələcəkləri vardır. Bu, daha əvvəl də ifadə edildiyi kimi, bir insanın həyatını, onsuz da mövcud olan bir filmdən izləməsi kimidir. Film, onsuz da çəkilmiş və bitmişdir. Ancaq, bu filmi irəli çəkə bilməyən insan, kadrları tək-tək seyr etdikcə həyatını görər. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır. (Hayalin Diğer Adı: Madde, səh. 142)

… qədərə iman edən bir insan, başına gələn heç bir hadisədən ötəri kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə, son dərəcə təvəkküllü, təslimiyyətli və həmişə rahat olar… İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəldən təyin etdiyi hadisələrdir… Sadəcə insanların deyil, bütün canlıların, əşyanın, günəşin, ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir qədəri vardır. (Hayalin Diğer Adı: Madde, səh. 148)

… hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ də Allahın elmində hazır olan bir həyat üçün narahat olmaq, qorxu duymaq, kədərlənmək böyük bir qəflətdir… Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş olaraq yaradılmışdır. Çünki istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı qədərə boyun əyərək yaşayar… Allaha təslim olan, Allahın yaratdığı qədərin özü üçün ən xeyirlisi olduğunu bilən bir insanı üzəcək, qorxudacaq, narahat edəcək heç bir şey yoxdur. Bu insan, əlindən gələn hər səyi göstərər, ancaq bu səyin də qədərində olduğunu, nə edərsə etsin qədərində yazılı olanları dəyişdirməyə güc çatdıra bilməyəcəyini bilər.

Mömin, Allahın yaratdığı qədərə təslim olacaq, bununla bərabər qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyincə səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyirə yönləndirmək üçün çalışacaq, amma bütün bunların qədər daxilində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olacaqdır. (Hayalin Diğer Adı: Madde, səh. 150-151)

Ağrı, Acı Kimi Hisslər Də Beyninizdəki Hisslərin Şərhindən Başqa Bir Şey Deyildir

Filmin qəhrəmanlarından Tom Hobs (Tom Hobbes) bir toplama düşərgəsinin əməkdaşları tərəfindən tutulur və taxta-şalban işlərində işlədilmək üçün düşərgədə həbs edilir. Burada anasının virtual dünyadakı surətinə rast gələr. Anasının ölmək üzrə olan bir xərçəng xəstəsi olduğunu öyrəndiyində, gördüyü görünüşlərin virtual bir həqiqət olduğunu unudaraq, ona kömək etməyə çalışar. Yoldaşı Pinochhio da düşərgədəki mühafizəçilər tərəfindən yaralanmışdır. Tom Hobbes ona planlarından bəhs etdiyində aralarında belə bir danışıq keçir:

Haşin Krallık filmi

Tom Hobs (Tom Hobbes) : Özünü necə hiss edirsən?

Pinokyo (Pinocchio) : Əgər bunlar həqiqi deyilsə, necə bu qədər ağrıya bilər?...

Tom Hobs (Tom Hobbes) : Buradan çıxmaq məcburiyyətindəyik... Mövzu bundan daha mürəkkəbdir.

Pinokyo (Pinocchio) : Necə yəni?

Tom Hobs (Tom Hobbes) : Anamı tapdım. O buradadır.

Pinokyo (Pinocchio) : Ananmı? Hobbes. Burada bir çox insana rast gəldim. Həqiqi dünyada tanıdığım insanlara.

Tom Hobs (Tom Hobbes) : O mənim anamdır.

Pinokyo (Pinocchio) : Xeyr. Yalnız onun kimi görünür. Dünyadakı hər kəsin burada bir surəti vardır. Hər şey belə qurulmuşdur. Amma onlar yalnız virtual simvol faylları, həqiqi insanlar deyil.

Tom Hobs (Tom Hobbes) : Məni tanıdı. Mənim kim olduğumu bilir.

Pinokyo (Pinocchio) : Bilmir, o sadəcə bir oyunun parçasıdır. Sənə nə olduğunu bilmir. Bütün bunların həqiqi olduğunu zənn edir.

Tom Hobs (Tom Hobbes) : Ağrı çəkir. Bu sənin hiss etdiyindən fərqlidir?

Filmin bu qismində görüldüyü kimi, filmin qəhrəmanları həqiqətdə bir yataqda uzanmış olmalarına baxmayaraq, özlərini yaralanmış, ağrı hiss edərkən görürlər. Bu ağrının həqiqəti ilə eyni olduğunu düşünürlər. Amma əslində bu hisslər onlara süni olaraq verilir.

gemi rüyası

Deniz kenarında balık tutarken uyuya kalan bir kişi, kendini batan bir geminin içinde görebilir, korku ve panik duygularını son derece gerçekçi yaşayabilir. Bu kişi sahilde, bir koltukta olmasına rağmen, rüyasında maddesel bir dünya olduğu yanılgısına düşebilir.

Əsərlərimizdə də insanların duyduqları hisslər səbəbiylə, -məsələn, şiddətli bir ağrı, qorxu və s.- maddənin əsli ilə təmasda olduqlarını zənn etdikləri izah edilir. Amma əslində bu bir yanılmadır. İnsan heç bir zaman maddənin əsli ilə təmasda ola bilməz. Bu mövzu ilə əlaqədar kitablarımızdakı qeydlərdən bir qismi belədir:

Bir insan əlini kəsdiyində hiss etdiyi ağrı, nəmlik, sızıltı hissi də beynində meydana gələr. Eynilə insan, yuxusunda da əlini kəsdiyini görə bilər və eyni hissləri yuxusunda da yaşaya bilər. Halbuki, yuxusunda yalnız bir xəyal görür, ortada nə bir bıçaq, nə də qanayan bir yara var. O halda ağrı hissi, bütün həyatımızı beynimizin içində bir görünüş olaraq gördüyümüz həqiqətini dəyişdirmir. (Hayalin diğer Adı: Madde, səh. 182)

… sadəcə görmə deyil, toxunma, zərbə, sərtlik, ağrı, istilik, soyuqluq, nəmlik kimi bütün hisslər, eynilə görmə kimi insanın beynində yaranan hisslərdir. Məsələn, avtobusa minmək üçün avtobusun qapısının soyuq metalını əlində hiss edən bir insan, əslində bu "soyuq metal hissini" beynində hiss edər. Bu çox açıq və bilinən bir həqiqətdir. Toxunma duyğusu, daha əvvəl də ifadə edildiyi kimi, bir insanın -məsələn, barmaqlarından gələn sinir xəbərdarlıqlarının- beyninin müəyyən bir nöqtəsində meydana gətirdiyi bir hissdir. Hiss edən barmaqlarımız deyil. İnsanlar bunu elmi olaraq da açıqlandığı üçün qəbul edirlər. Ancaq, mövzu avtobusun qapısını tutmaqda deyil, avtobusun insanı vurması hadisəsi olunca, yəni bu toxunma hissi daha şiddətli və ağrı verici olunca, bu həqiqətin məqbul olmadığını sanırlar. Halbuki, ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu bir insan zərbənin şiddətini və bütün ağrısını beynində hiss edər.

… İnsan yuxusunda da özünü avtobus vurduğunu, qəzadan sonra gözünü xəstəxanada açdığını, əməliyyata alındığını, həkimlərin söhbətlərini, ailəsinin təlaşla xəstəxanaya gəlişini, şikəst qaldığını və ya canının çox yandığını görə bilər. Yuxusunda yaşadığı bütün bu hadisələrin görünüşlərini, səslərini, sərtlik hissini, ağrını, işığı, xəstəxanadakı rəngləri, hər cür hissi çox aydın və dəqiq hesab edir və bunların hamısı həqiqi həyatdakılar qədər təbii və inandırıcıdır. O an, yuxunun içindəki biri ona yuxu gördüyünü, gördüklərinin bir xəyal olduğunu ona desə inanmaz. Halbuki, gördüklərinin hamısı bir xəyaldır və nə avtobusun, nə xəstəxananın, nə də yuxusunda gördüyü bədəninin xarici dünyada maddi qarşılığı yoxdur. Yuxusunda gördüyü bədənin və avtobusun maddi qarşılıqları olmamasına baxmayaraq, "həqiqi bir bədənə" "həqiqi bir avtobus" vurmuş kimi hiss edər.

… Sürətli bir zərbə, can ağrıdan itin dişləri, şiddətli bir sillə, maddənin əsli ilə təmasda olduğunuzun dəlili deyildirlər. Çünki bəhs edildiyi kimi bunların eynisini yuxunuzda da, maddi qarşılıqları olmadığı halda yaşaya bilərsiniz. Ayrıca, bir hissin şiddətli olması, o hissin beyində meydana gəldiyi həqiqətini də dəyişdirmir. Bu, elmi olaraq isbatı olan çox açıq bir həqiqətdir. (Hayalin Diğer Adı: Madde, səh.176-178)

... çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görünüşlərin həqiqi tərəfini bilən bir insan, yaşadığı sıxıntıdan ötəri çətinlik duymaz, bunlardan şikayət etməz və ya ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə, beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allahın meydana gətirdiyi görünüşlər olduğunu və Allahın bunları hikmətlə yaratdığını bilər. Hər nə ilə qarşılaşırsa qarşılaşsın, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi bir rahatlıq yaşayar. (Hayalin Diğer Adı: Madde, səh. 117-118)

 

5 / total 10
"Harun Yəhyanın İdealizm, Matriks Fəlsəfəsi və Maddənin Əsli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com